Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-40/2024 17.01.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ saat 10:30-da Şirvan şəhər Məhkəməsinin hakimi X13 oğlunun sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1980-ci ildə Əli-Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan barəsində Şirvan şəhər Məhkəməsinin 09 oktyabr 2023-cü il tarixli qərarı ilə “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şirvan şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan məlum olmayan mənbədən və vaxtda şəxsi istehlak miqdarından artıq miqdarda yəni, 0,511 qram narkotik vasitə heroini qanunsuz olaraq əldə edib, üzərində daşımaqla saxlamış, 07 oktyabr 2023-cü il tarixdə saat 16:10da Şirvan şəhər polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində Şirvan şəhəri, F.Eynullayev küçəsində saxlanaraq polis şöbəsinə gətirilib üzərinə şəxsi axtarış aparılan zaman əynində olan tünd göy rəngli şalvarın sağ yan cibində qanunsuz olaraq saxladığı 01 ədəd bükümdə təmiz çəkisi-0,511 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadə verib göstərdi ki, arabir narkotik vasitədən istifadə edir. xx.xx.2023-cü il tarixdə saat 16 radələrində onun barəsində verilmiş şikayətlə əlaqədar sahə müvəkkili izahat verməsi üçün çağırmışdır. Sahə müvəkkili oturduğu yerdə olmadığından telefonla əlaqə saxlanılmış, sonuncu onu Polis şöbəsinə dəvət etmişdir. O, Şirvan şəhər Polis şöbəsinə getmiş, orada əməliyyatçı Ayxan adlı polis əməkdaşı ona təzyiq göstərərək üzərinə narkotik vasitə olan heroini yerləşdirmiş və həmin maddənin özünə məxsus olmasını bildirməyini tələb etmiş, əks təqdirdə külli miqdarla rəsmiləşdirəcəyini bildirmişdir. O, təzyiq altında olduğu üçün qorxmuş, videoçəkiliş zamanı həmin narkotik maddənin özünə məxsus olmasını bildirmişdir. Lakin həmin narkotik vasitə ona məxsus olmamışdır. Bu barədə nə müdafiəçisinə, nə barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılarkən hakimə, nə də ki, digər yerlərə məlumat verməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs həmin ifadəsini qəbul etmir və bildirir ki, təqsirləndirilən şəxsin ifadəsi işin hallarına uyğun gəlmir və özünümüdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxs tərəfindən törədilən cinayət əməli onun ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri və digər sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə vermiş olduğu ifadəsində Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, əvvəllər məhkum olunmuş, 07 oktyabr 2023-cü il tarixində səhər saatlarında yaşadığı Şirvan şəhəri Nizami küçəsində piyada hərəkətdə olan zaman yolun kənarında yerdə olan sellofan büküm diqqətini cəlb etmiş, yaxınlaşaraq yerdə olan bir ədəd bükümü götürmüş, açaraq içərisinə baxmış və görmüşdür ki, bükümün içərisində narkotik vasitə olan heroin var. Həmin bükümü əynində olan şalvarın sağ yan cibinə qoymuş və istifadə etmək məqsədilə üzərində saxlamışdır. 07 oktyabr 2023-cü il tarixdə 16 radələrində Şirvan şəhəri F.Eynullayev küçəsində hərəkətdə olarkən mülki geyimli şəxslər yaxınlaşıb özlərini təqdim etmişlər və polis əməkdaşı olduqlarını bildirmişlər. Polis əməkdaşları üzərində narkotik vasitələrin qanunsuz gəzdirilməsində şübhəli olduğu üçün üzɔrində şəxsi axtarış və götürmə aparılmasından ötrü onu polis şöbəsinə dəvət etmişlər. O da buna etiraz etməmiş və birlikdə Şirvan şəhər polis şöbəsinə gəlmişlər. Polis şöbəsinin Təhqiqat bölməsində olarkən ona hüquqlarının müdafiə olunması üçün vəkillərin siyahısı təqdim olunmuş və o, həmin siyahıdan hüquqlarını müdafiə etmək üçün vəkil X1. Bìr qədər keçdikdən sonra vəkil Salman Fərəcov gəldikdən sonra üzərində şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərində qanunsuz ɔşya vɔ ya predmet, o cümlədən narkotik vasitə olduğu təqdirdə onu təqdim etməyini təklif etdikdə, o, üzərində bir ədəd sellofan bükümündə olan narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Sonra o, əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümü təqdim etmişdir. Həmin sellofan büküm elektron tɔrəzi vasitəsilə çəlildikdə çəkisinin 0,63 qram olması ona məlum olmuşdur. Daha sonra polis əməkdaşı tərəfindən üzərində şəxsi axtarış aparılmış, üzərindən başqa qanunsuz heç bir əşya və ya predmet, o cümlədən narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamışdır. Daha sonra protokol tərtib olunmuş, o da bütün iştirakçılar kimi həmin protokollarla tanış olduqdan sonra ona imza etmişdir. Bundan başqa o bildirmişdir ki, o, əvvəllər narkotik vasitələrin satış ilə məşğul olmamış, o, Şirvan şəhər PŞ-nə gətirildikdən sonra ona müdafiəçi təyin olunmuş, ona Şirvan şəhər PŞ-də heç bir fiziki və mənəvi təzyiq olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şirvan şəhər PŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 ifadə verib göstərdi ki, 07 oktyabr 2023-cü il tarixdə xidmətdə olarkən məlumat daxil olmuşdur ki, Şirvan şəhər sakini Təqsirləndirilən şəxs Şirvan şəhəri ərazisində qanunsuz olaraq üzərində narkotik vasitə saxlamaqla məşğul olur. Bununla əlaqədar tərəfindən Təqsirləndirilən şəxs ətrafında təxirə salınmaz əməliyyat axtarış tədbirləri keçirilməsi ilə əlaqədar qərar qəbul olunmuşdur. 07 oktyabr 2023-cü il tarixdə saat 16 radələrində o, Şirvan şəhər PŞ-nin İTB-nin sahə polis nəfəri Şahid1 ilə birlikdə Şirvan şəhəri, F.Eynullayev küçəsinə getmişlər. Həmin küçədə əməliyyat tədbirləri keçirərkən Təqsirləndirilən şəxs görmüşlər və onun barəsində məlumat daxil olduğu üçün qərara gəlmişlər ki, yaxınlaşaraq məlumatın yoxlanılması məqsədilə onu Şirvan şəhər PŞnə dəvət etsinlər. Onlar Təqsirləndirilən şəxs yaxınlaşıb Şirvan şəhər PŞ-nin əməkdaşı olduqlarını bildirdikdə, sonuncu onların polis əməkdaşı olduqlarını görüb özünü şübhəli apararaq onlardan yayınıb getmək istəmiş, buna baxmayaraq onlar onu Şirvan şəhər PŞnə dəvət etmişlər. Təqsirləndirilən şəxs onların təkliflərini qəbul etmiş və onlarla birlikdə Şirvan şəhər PŞ-nə gəlmişdir. PŞ-də Təqsirləndirilən şəxs Şirvan şəhər PŞ-nin TB-də vəkillərin siyahısı təqdim olunduqda, siyahını nəzərdən keçirib hüquqlarını müdafiə etmək üçün vəkil X1. Vəkil Salman Fərəcov gəldikdən sonra isə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağı, axtarışın videokamera vasitəsi ilə aparılacağı bildirilmiş və təklif olunmuşdur ki, əgər üzərində qanunla qadağan olunmuş narkotik vasitə, silah və döyüş sursatı, həmçinin cinayət xarakterli digər əşya və predmet vardırsa onları könüllü təqdim etsin. Təqsirləndirilən şəxs da əynində olan tünd göy rəngli şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümü təqdim etmiş, həmin 1 ədəd sellofan bükümün içərisində narkotik vasitə heroinə bənzər kütlə olması müəyyən olunmuş, şifahi sorğulara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin 1 ədəd sellofan bükümdə olan kütlə narkotik vasitə heroindir, həmin narkotik vasitəni tapmışdır və istifadə etmək üçün üzərində saxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, axtarış zamanı üzərindən başqa heç bir qanunla qadağan olunmuş əşya və ya predmet aşkar olunmamışdır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid1 Şahid2 ifadəsinə uyğun ifadə verib göstərilən xüsusatları təsdiq etdi. İş materiallarında olan 07 oktyabr 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması barədə protokoldan və diskdən görünür ki, Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış və götürmə aparılan zaman sonuncunun əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən 1 ədəd sellofan bükümdə narkotik vasitə heroinə bənzər kütlə aşkar olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş “məhkəmə-kimyəvi ekspertiza” üzrə xx.xx.2023cü il tarixli 18/977 №-li rəydən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “... Təqsirləndirilən şəxs üzərindən... ” sözləri yazılmış kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi-0,511 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin təmiz çəkisi 0,511 qram, tədqiqata sərf edilən miqdarı 0,05 qram, qalıq 0,461 qramdır. İş materiallarında olan Məhkəmə-narkoloji ekspertiza üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş 04 noyabr 2023-cü il tarixli 7251 nömrəli rəydən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanerində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan şübhəli şəxsi tutma haqqında protokoldan və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 07 oktyabr 2023-cü il tarixdə, saat 17.15-də şübhəli şəxs qismində tutulmuş, 09 oktyabr 2023-cü il tarixdə təqsirləndirlən şəxs qismində cəlb edilərək Şirvan şəhər Məhkəməsinin 09 oktyabr 2023-cü il tarixli qərarı ilə barəsində həbsetmənin əvvəli 07 oktyabr 2023-cü il tarixdən hesablanmaqla “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Şirvan şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 07 fevral 2023-cü il tarixdə verilmiş 7011 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Şirvan şəhəri, Nizami küçəsi ev 6 ünvanında yaşayır. İş materiallarında olan Şirvan şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədə göstərilir ki, onun barəsində şəhər nümayəndəliyinə yazılı və şifahi şikayət daxil olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs “Şirvan şəhər MərkəziXəstəxanası”publik hüquqi şəxsin 18 oktyabr 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs ŞMP-in ruhi-əsəb, narkoloji və nevroloji kabinetlərində qeydiyyatda yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Əli Bayramlı rayon Məhkəməsinin xx.xx.2001-ci il tarixli hökmü ilə AR CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, 03 il A.M.E cəzasına məhkum edilmiş, xx.xx.2002-ci ildə Salyan rayon Məhkəməsinin qərarı ilə CM-nin 77 maddəsinə əsasən 01 il 10 ay 28 gün azadlığın məhdudlaşdırılması cəzası təyin olunmuşdur. Şirvan şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə AR CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, 01 il azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2019-cu ildə cəza müddəti başa çatdığından şöbə qeydiyyatından çıxarılmışdır. Şirvan şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə AR CM-nin 29,180.2.4-cü maddəsi ilə təqsirli bilinərək, 03 il A.M.E cəzasına məhkum edilmiş, xx.xx.2020-ci ildə Şirvan Apelyasiya məhkəməsinin qərarına əsasən xx.xx.2020-ci il tarixli hökmü dəyişdirilərək, CM 29,180.2.4-cü maddəsi ilə təyin edilmiş cəza CM 62-ci maddəsi tətbiq edilməklı 01 il 06 aya qədər azadılmışdır. xx.xx.2021-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. İş materiallarında olan nikah haqqında şəhadətnamənin və doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs 09 mart 2010-cu il tarixdə X3 ilə Şirvan şəhər Qeydiyyat şöbəsində nikahlarını bağlamışlar. Birgə nikahdan xx.xx.2007-ci il tarixdə X5, xx.xx.2009-cu il tarixdə X8 anadan olmuşdur. İş materiallarında olan X2 Azərbaycan Respublikası Səhiyyə Nazirliyi M.A.Topşubaşov adına X12 aşağı(yuxarı)ətrafların Venoz (Arterial) sisteminin Dupleks Skanlaşdırılması və Doppleroqrafiyasından görünür ki, Venoz sistem: Hər iki aşağı ətrafın dərin venalarının keçiriciliyi pozulmayıb. Qan axını tənəffüslə əlaqəlidir. Valsalva sınağı hər iki SPS-lərdə mənfi, SFS-lərdə isə müsbətdir (erkən və davamiyyətli reflüks!).Hər iki BDV (d=8,8-10,3mm) damarların gedişi boyu və sol KDV ( d=4,8- 5,2 mm), lokal olaraq, baldırın yuxarı 1/3-də genişləniblər, özləri və şaxələri qıvrılmış şəkildədirlər. Venaların divarları qalınlaşıb, bəzi yerlərdə isə nazilib. Həmin hissələrdə mənfəzlərində hipoexogen strukturlarla dolu olan çıxıntılar lokasiya edilir. Qapaqların funksiyası pozulub. Reflüksun davamiyyəti ~2,5 -2,7 saniyyə təşkil edir.Sağ BDV-nın mənfəzi çox zəif və fraqmentar rənglənir (rekanalizasiya!). Keçiricilik -12-16% təşkil edir. Digər səthi venaların diametri N daxilindədir. Perforantlar hər iki 1 budun orta, aşağı 1/3-də, hər iki baldırın yüxarı 1/3-ir önmedial və arxa sətlərində və Kokket zonalarında genişləniblər,kompression sınaqlar müsbətdir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinin cinayət işi materialları ilə və məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla təkzib olunmasını nəzərə alıb, hesab edir ki, Təqsirləndirilən şəxs ona qarşı CM-in 234.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirli bilinməlidir. Beləliklə, ibtidai istintaqın başlandığı vaxtdan başlayaraq, müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirildiyi, təqsirləndirilən şəxs qismində ifadə verdiyi və barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə çıxarılan vaxtadək, sonradan isə ibtidai istintaqın qurtarması barədə məlumat vermə və cinayət işi materialları ilə tanış etmə protokolları tərtib edilənədək təqsirləndirilən şəxs bir dəfə də olsun ona qarşı irəli sürülmüş ittihamla razı olmamasını və ya özünü təqsirli bilməməsini göstərməmiş, bu barədə vəsatət verməmişdir. Yalnız məhkəmə baxışında özünü təqsirli bilməməsini və şəxsi axtarış zamanı aşkar edilmiş 0,511 qram narkotik vasitə heroinin ona məxsus olmamasını göstərmişdir. Təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərək, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq, belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni, təmiz çəkisi 0,511 qram narkotik vasitə heroinin qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış, həmin əməl isə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin tərkibini yaradır. Cəza məsələsini müzakirə edərək məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısnı almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə cəza təyin edərkən qəsdin obyektinin narkotik vasitələrin qanunsuz dövriyyəsinin təşkil etməsini, cinayət əməlinin qəsdən törədilməsini və az ağır cinayətlər kateqoriyasına aid olması barədə cinayətin xarakterini, cinayətin ictimai təhlükəliliyini azalda bilən halın olmamasını nəzərə alır. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxsin himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olması, yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsini və arvadının xəstəliyini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar olduğunu, cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alır. İş üzrə obyektiv və subyektiv halların məcmusunu nəzərə alıb, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası həddləri daxilində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cəzanın məqsədlərinə xidmət etmədiyindən, ona müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 07 oktyabr 2023-cü il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut olan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,461 qram narkotik vasitə heroin Azərbaycan Respublikası CPM-nin 132.0.1-ci maddəsinə əsasən müvafiq qaydada məhv edilməlidir. Ekspertiza tədqiqatının dəyəri 31 manat 95 qəpik Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilməlidir. Məhkəmə şərh olunanları nəzərə alıb və Azərbaycan Respublikası CPM-nın 351- 353,384-cü maddələrini rəhbər tutub, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə (köhnə redaksiyada) təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 07 oktyabr 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. O, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Ekspertiza tədqiqatının dəyəri – 31 manat 95 qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X6 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülsün. İş üzrə maddi sübut olan və Şirvan ŞPŞ-nin maddi sübutların saxlanılması anbarında saxlanılan tədqiqata sərf edildikdən sonra qalan 0,461 qram narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Hökmdən 20 gün müddətində (həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmü ona verildiyi andan 20 gün müddətində) Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Etibar Hümbətov
Məhkəmə qərarları › İş №1(032)-40/2024
Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-40/2024
17.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver