Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-41/2023 17.05.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Saat 14:55-də Şirvan şəhər Məhkəməsinin hakimi X5 oğlunun sədrliyi, Məmmədli Murad Sadiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs və eyni zamanda mülki iddiaçı Zərərçəkmiş şəxs, müdafiəçi Azərbaycan Respublikası Vəkillər X2 Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs və eyni zamanda mülki cavabdeh Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1992-ci ildə Rusiya Federasiyasında anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, “Respublika Narkoloji Mərkəzi” X8 xəstələrə qulluq edən kiçik tibb qardaşı vəzifəsində işləyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs hər hansı bir şəxsi cəzaçəkmə müəssəsindən azad etdirmək kimi imkanının olmasına inandıraraq, sonuncunun həbsdə olan oğlu X4 17000 (on yeddi min) manat pul müqabilində azadlığa buraxdıracağına dair yalan vədlər verərək, Zərərçəkmiş şəxs vahid niyyətlə əhatə olunan qəsdlə 20 may 2021-ci il tarixdə Şirvan şəhəri, ünvan 3 ünvanında 15000 (on beş min) manat pulu və 22 may 2021-ci il tarixdə isə həmin ünvanda 2000 (iki min) manat pulu ümumilikdə 17000 (on yeddi min) manat pulu ələ keçirərək, Zərərçəkmiş şəxs 17000 (on yeddi min) manat xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs və eyni zamanda mülki cavabdeh Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Narkoloji Dispanserdə tibb qardaşı işləyir. Şirvan şəhər sakini Üzeyir Dadaşov dostudur. 2021-ci ilin aprel ayında Üzeyir Dadaşovun qardaşı Nadim Dadaşov üzərində narkotik vasitə saxlaması ilə əlaqədar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutulmuşdur. O, Nadim Dadaşovun həbs olunması xəbərini eşidəndən sonra Üzeyir Dadaşovun yaşadığı evə getmişdir. Üzeyir Dadaşovun evlərində olarkən atası Şahid və anası Zərərçəkmiş şəxs ilə görüşüb söhbət edən zaman Nadim Dadaşova necə köməklik etmək ilə bağlı məsləhətləşərkən o, Şahid bildirmişdir ki, oğlunu həbsdən azad etdirəcək, bunun üçün 17000 manat pul lazımdır. O, Şahid və Zərərçəkmiş şəxs bildirmişdir ki, həmin pul müqabilində X3 köçürdüb, orada müalicə etdirəcək və sonradan həmin Dispanserdən azadlığa buraxdıracaq, bunun üçün tanışları vardır. Həmin vaxt onun Nadim Dadaşova köməklik etmək kimi niyyəti olmamış, həmçinin belə bir imkanı da olmamış, sadəcə olaraq niyyəti onların pulunu ələ keçirmək olmuşdur. Şahid və Zərərçəkmiş şəxs onunla razılaşmışlar. 20 may 2021-ci il tarixdə saat 13 radələrində Şahid yaşadığı evə getmişdir. Şahid arvadı Zərərçəkmiş şəxs ona 15000 manat pul vermişdir. O, Zərərçəkmiş şəxs 15000 manat pulu almışdır. Həmin vaxt orada Şahid, Şahid nəvəsi Şahid olmuşlar. O, Zərərçəkmiş şəxs pulu aldıqdan sonra bildirmişdir ki, 2021-ci ilin noyabr ayında Nadim Dadaşovu narkoloji dispanserə yerləşdirəcək, X7 dispanserdə müalicə alacaq, müalicəsi bitdikdən sonra azadlığa çıxacaq. Zərərçəkmiş şəxs və Şahid da onunla razılaşmışlar. 22 may 2021-ci il tarixdə Şahid ona zəng vurmuş və bildirmişdir ki, 2000 manat pulu hazırlamışdır. O, həmin tarixdə saat 13 radələrində Şahid yaşadığı evə getmişdir. Şahid yaşadığı evin həyətində Zərərçəkmiş şəxs ona 2000 manat pul vermişdir. O, Zərərçəkmiş şəxs 2000 manat pulu almış və bildirmişdir ki, oğlunu 2021-ci ilin noyabr ayında həbsdən azad etdirəcək. O, Zərərçəkmiş şəxs aldığı 17000 manat pulu maddi ehtiyaclarına xərcləmişdir. Nadim Dadaşovun həbsdən azad olunması üçün heç bir hərəkət etməmişdir. Sonradan Şahid və Zərərçəkmiş şəxs ondan pullarını tələb etdikdə isə hər dəfə bir bəhanə gətirib pulu ödəməkdən boyun qaçırmışdır. Sonradan Şahid vəfat etmiş, Zərərçəkmiş şəxs isə ondan pulu tələb etsə də, pulu olmadığı üçün onların pulunu qaytara bilməmişdir. Təqsirləndirilən şəxs ifadəsində həmçinin göstərmişdir ki, Zərərçəkmiş şəxs aldadaraq oğlu Nadim Dadaşovu həbsdən azad etdirəcəyini vəd edərək Minayədən ümumilikdə 17000 manat pul almışdır. Həmin pulu heç bir şəxsə verməmişdir. Niyyəti Zərərçəkmiş şəxs və Şahid aldadaraq onların pulunu ələ keçirmək olmuşdur. Əməlindən peşmandır. Zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmək üçün dəfələrlə cəhd etsə də, pul əldə edə bilmədiyindən cəhdi baş tutmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs və eyni zamanda mülki iddiaçı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, oğlu X6 16 aprel 2021-ci il tarixdə üzərində narkotik vasitə saxladığı üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs edilmişdir. Oğlunun barəsində Şirvan ŞPŞ-də cinayət işi başlanmışdır. Balaca oğlu Üzeyirin dostu Təqsirləndirilən şəxs Narkoloji Dispanserdə işləyir. Təqsirləndirilən şəxs 08 may 2021-ci il tarixdə yaşadıqları evə gəlmiş, aralarında yaranmış söhbət zamanı Təqsirləndirilən şəxs onlara bildirmişdir ki, Nadim Dadaşovun barəsində məhkəmə hökm çıxarsın, hökm çıxarandan sonra oğlunu Narkoloji Dispanserə yerləşdirəcək, Narkoloji Dispanserdə oğlu müalicə alacaq, müalicəsi bitdikdən sonra azadlığa buraxılacaq. Mərhum əri Şahid və o, Təqsirləndirilən şəxs ilə razılaşmışlar. Təqsirləndirilən şəxs onlara bildirmişdir ki, oğlunun azadlığa çıxması üçün 17000 manat pul lazımdır. Həmin pulu müəyyən vəzifədə işləyən tanışlarına verəcək və oğlu həbsdən azad olunacaq. Onun 17000 manat pulu olmadığı üçün X11dan pul istəmişdir. X11 Sumqayıt şəhərində yerləşən “Acces” bankdan 10000 manat kredit pul götürmüş və həmin pulu ona vermişdir. Mərhum əri Şahid bacısı Tamella Dadaşova da ona 5000 min manat borc vermişdir. Onun ümumilikdə 15000 manat pulu olmuşdur. 20 may 2021-ci il tarixdə saat 13 radələrində Təqsirləndirilən şəxs yaşadıqları evə gəlmişdir. Təqsirləndirilən şəxs, o, mərhum əri Şahid, X10 və nəvəsi Şahid həyətdə oturmuşlar. O, topladığı 15000 manat pulu Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs pulu götürüb onlara bildirmişdir ki, bu işi həll etmək çətin məsələdir, Üzeyir dostu olduğu üçün bu məsələni 17000 manata həll edəcək. Təqsirləndirilən şəxs pulu onlardan aldıqdan sonra yaşadıqları evdən getmişdir. X10 bundan sonra Şirvan şəhərində yerləşən “Rabitə” banka getmişdir. Bankdan 2000 manat pul götürmüşdür. Həmin pulu ona vermişdir. 22 may 2021-ci il tarixdə saat 13 radələrində Təqsirləndirilən şəxs yaşadıqları evə gəlmişdir. O, 2000 manat pulu Telman Süeymanova vermişdir. Təqsirləndirilən şəxs pulu almış və bildirmişdir ki, Nadim Dadaşovun işini həll edəcək. O, Telman Süeymanova 2000 manat pulu mərhum əri Şahid, X10un, nəvəsi Şahid yanında vermişdir. Təqsirləndirilən şəxs pulu aldıqdan sonra onlara bildirmişdir ki, 2021-ci ilin noyabr ayına qədər oğlu X7 Dispanserə gedəcək, orada müalicə alacaq, müalicəsi bitdikdən sonra isə evə buraxılacaq. 2021-ci ilin noyabr ayında o, Təqsirləndirilən şəxs bildirmişdir ki, oğlu nə üçün Narkoloji Dispanserə yerləşdirilməmişdir. Təqsirləndirilən şəxs isə ona bildirmişdir ki, 2022-ci ilin yanvar ayında oğlu həbsdən azad olunacaq. Təqsirləndirilən şəxs hər dəfə ona müxtəlif bəhanələr gətirərək, hazırki vaxta kimi nə oğlunu həbsdən azad etdirmiş, nə də ki, pullarını geri qaytarmamışdır. Mərhum əri Şahid 20 oktyabr 2022-ci il tarixdə vəfat etmişdir. O, Təqsirləndirilən şəxs dəfələrlə pulunu istəsə də, sonuncu hər dəfə müxtəlif bəhanlər gətirərək, pulunu qaytarmamışdır. Hətta 10 oktyabr 2022-ci il tarixdə Telmandan pulu istədikdə sonuncu öz xətti ilə ağ kağız parçasında pulu 11 oktyabr 2022-ci il tarixdə qaytaracağına dair qeydlər aparıb həmin kağız parçasını ona təqdim etmişdir. Lakin Telman yenə də pulunu qaytarmamış və onu aldadıb etibarından sui-istifadə edərək pulunu ələ keçirmişdir. O, Təqsirləndirilən şəxs ümumilikdə 17000 manat pul vermişdir. Təqsirləndirilən şəxs həbsdə olan oğlu Nadim Dadaşovu həbsdən azad etdirmək adı altında ondan 17000 manat pulu almışdır. Təqsirləndirilən şəxs 15000 manat pulu 20 may 2021-ci il tarixdə saat 13 radələrində yaşadığı Şirvan şəhəri, Naxçıvan küçəsi, döngə 2, ev 16-nın həyətində vermişdir. 2000 manat pulu isə 22 may 2021-ci il tarixdə saat 13 radələrində Şirvan şəhəri, Naxçıvan küçəsində yerləşən evinin həyətində vermişdir. Həmin vaxt orada mərhum əri Şahid, X10, nəvəsi Şahid olmuşdur. X11 Sumqayıt şəhərində yaşayır. Oğlu Üzeyir isə hazırda Çin Xalq Respublikasındadır. Telman onlara oğlunun azadlığa buraxılması ilə bağlı işlədiyi Narkoloji Dispanserində hər hansı bir şəxsə pul verəcəyini və ya işlədiyi iş ilə bağlı oğlunu azadlığa buraxdıracağını deməmişdir. Təqsirləndirilən şəxs onlara yalnız yüksək vəzifədə işləyən tanışlarının olduğunu demiş və onların vasitəsilə oğlunun işini həll edəcəyini bildirmişdir. Ona dəymiş ziyan ödənilməmişdir. Təqsirləndirilən şəxsin cəzalandırılmasını və mülki iddianın tam şəkildə təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, atası Nadim Dadaşov üzərində narkotik vasitə saxladığı üçün 16 aprel 2021-ci il tarixdə tutulmuş, sonradan əmisi Üzeyirin tanışı Təqsirləndirilən şəxs 2021-ci ilin may ayında onlara gələrək babası və nənəsinə demişdir ki, atasını azadlığa buraxdıra bilər, bunun üçün 17000 manat pul verəcəklər. Bu səbəbdən nənəsi Zərərçəkmiş şəxs əmisi Rauf Dadaşova zəng vurmuş, əmisi bankdan kredit götürməklə nənəsinə 10000 manat pul vermiş, sonra babasının bacısı Tamella Dadaşova həmin vaxt nənəsinə 5000 manat borca pul vermiş, 20 may 2021-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadıqları evə gəlmiş, orada nənəsi Minayə, o və əmisi Üzeyir Dadaşovun yanında 15000 manat pulu Təqsirləndirilən şəxs vermiş, sonuncu pulu alaraq nənəsinə Üzeyir dostu olduğu üçün bu işi 17000 manata həll edəcəyini bildirmişdir. Nənəsi Təqsirləndirilən şəxsla razılaşmışdır. Sonra Telman çıxıb getmişdir. Sonradan əmisi Üzeyir bankdan 2000 manat pul götürüb nənəsinə vermiş və 22 may 2021-ci il tarixdə nənəsi Minayə, o və əmisi Üzeyirin iştirakı ilə həmin pulu Təqsirləndirilən şəxs evdə vermişdir. Telman sonradan atası X1 yerləşəcəyini, orada müalicə aldıqdan sonra isə evə buraxılacağını demişdir. Lənkəran Ağır Cinayətlər məhkəməsində atasına 6 il iş verilmiş, bundan sonra nənəsi Telmana zəng vurub atasının nə vaxt buraxılacağını soruşduqda, Telman hər dəfə müxtəlif bəhanələr gətirməklə atasının tez zamanda azadlığa çıxacağını demiş, 2022-ci ilin oktyabr ayında nənəsi Telmanı evlərinə çağırmış, sonuncu nənəsi və babasına pullarını qaytaracağını demiş, lakin bu vaxta kimi qaytarmamış, nənəsi də polisə müraciət etmişdir. İş materiallarında olan 28 oktyabr 2022-ci il tarixli üzləşdirmə haqqında protokoldan görünür ki, aralarında keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs istintaqa verdiyi ifadəsində göstərdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə qarşı tam təsdiq etmişdir. İş materiallarında olan Şirvan şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs adına verilmiş xasiyyətnamədə göstərilir ki, onun barəsində nümayəndəliyə yazılı və ya şifahi olaraq heç bir şikayət daxil olmamışdır. Beləliklə məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Cəza məsələsini müzakirə edərək məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısnı almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 3 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, yaşayış yerindən müsbət xarakterizə olunmasını və əməlindən peşman olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən cəzasının ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, onun barəsində ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə cəza tətbiq edilməli, barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilməli, barəsində həbs qətimkan tədbiri seçilməli, hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalı, cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzasının əvvəli 28 oktyabr 2022-ci il tarixdən hesablanmalıdır. Mülki iddiaya gəldikdə məhkəmə hesab edir ki, mülki iddia tam təmin olunmalı, Təqsirləndirilən şəxsdan 17000 (on yeddi min) manat məbləğində pul alınaraq mülki iddiaçı Zərərçəkmiş şəxs verilməlidir. İş üzrə maddi sübutun olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346-349, 351-353, 356-cı maddələrini rəhbər tuturaq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin, barəsində həbs qətimkan tədbiri seçilsin, məhkəmə iclas zalında dərhal həbsə alınsın, hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli 28 oktyabr 2022-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Mülki iddia təmin edilsin. Mülki cavabdeh Təqsirləndirilən şəxs 17000 manat məbləğində pul alınaraq mülki iddiaçı Zərərçəkmiş şəxs verilsin. İş üzrə maddi sübutun olmaması nəzərə alınsın. Hökmdən 20 gün müddətində (həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmü ona verildiyi andan 20 gün müddətində) Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən: Etibar Hümbətov
Məhkəmə qərarları › İş №1(032)-41/2023
Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-41/2023
17.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver