Məhkəmə qərarları › İş №1(032)-43/2023

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №1(032)-43/2023

18.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(032)-43/2023 18.01.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi X3 oğlunun sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Azərbaycan Respublikası Vəkillər X2 Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1989-cu ildə Sabirabad rayonu, Qarağac kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, 2 uşaq atası, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Sabirabad rayon Beşdəli kəndində qeydiyyatda olan, Şirvan şəhəri, T.İsmayılov küçəsi ev 11 A, mənzil 8-də yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Şirvan şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 15 dekabr 2022-ci il tarixdə saat 23 radələrində yaşadığı ünvan 1 ünvanında yerləşən evdə arvadı Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlərin pozulması zəminində baş vermiş mübahisə vaxtı o, qəsdən sillə və təpik zərbələri ilə baş və ayaq nahiyyəsinə vuraraq Zərərçəkmiş şəxs ənsənin aşağı hissəsində şişkinlik-hematoma, sol baldırda qançır kimi ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə qəsdən Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadə verib göstərdi ki, Zərərçəkmiş şəxs onun bibisinin qızıdır. Zərərçəkmiş şəxs ilə 2011-ci ildən ailə həyatı qurmuş həmin nikahdan 2 övladı olmuşdur. Böyük oğlu Fuad Balayevin 10 yaşı, kiçik oğlu Yusif Balayevin isə 8 yaşı vardır. Arvadı Nahidə ilə 2020-ci ildə ünvan 2 ünvanında yerləşən evdə yaşamağa başlamışlar. Nahidə ilə aralarında əvvəllər ailədaxili kiçik söz-söhbət olmuş, bu səbəbdən də bir dəfə Nahidə atası evinə çıxıb getmişdir. 15 dekabr 2022-ci il tarixdə saat 20 radələrində fermada birlikdə işlədiyi Şamil adlı şəxslə işdən qayıdarkən Şirvan şəhərində yerləşən “Naves” adlanan kafedə spirtli içki qəbul etmiş, saat təxminən 21 radələrində Şamil ilə birlikdə kafedən çıxaraq yaşadığı evə getmiş, təxminən saat 22 radələrində yaşadığı evin qapısını döymüş və həmin vaxt arvadı Nahidə qapını açmışdır. Nahidə qapını açdıqdan sonra evə daxil olaraq yataq otağına getmiş və yatmışdır. Saat 23 radələrində yuxudan oyanmış, arvadı Nahidənin televizora baxırdığını görmüş və Nahidənin yanına getmişdir. Nahidə ona paltarları çirkli olduğuna görə iradını bildirmiş, o Nahidənin bu sözlərindən əsəbiləşmiş, sonra arvadı Nahidənin ayaq nahiyyəsinə təpik və baş nahiyyəsinə isə sillə zərbəsi vurmuşdur. Bundan sonra paltarlarını çantaya yığmış, ayaqqabı geyinərkən arvadı Nahidə yenidən irad bildirməyə başlamış, lakin o Nahidəyə əhəmiyyət verməyərək evdən çıxıb getdiyini bildirmişdir. Etdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxs ilə barışmışdır. İşin icraatına xitam verilməsini xahiş etdi və bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verib göstərdi ki, 2011-ci ildə dayısı oğlu Təqsirləndirilən şəxs Damət oğlu ilə ailə həyatı qurmuş və birgə nikahlarından 2 övladı olmuşdur. Böyük oğlu Fuad Balayevin 10 yaşı, kiçik oğlu Yusif Balayevin isə 8 yaşı vardır. Əri Mövsüm ilə 2020-ci ildə ünvan 3 ünvanında yerləşən evdə yaşamağa başlamışlar. Əri Mövsüm tez-tez spirtli içki qəbul edərək evdə mübahisələr yaratmışdır. xx.xx.2022-ci il tarixdə təxminən saat 22 radələrində Mövsüm evə gəlmiş, həmin vaxt Mövsümün sərxoş olduğunu görmüş və qonaq otağına getmişdir. Həmin vaxt övladları özlərinə məxsus otaqda yatmışlar. Sonra əri Mövsüm sərxoş halda yataq otağına gedərək yatmış, bir neçə saat keçdikdən sonra Mövsüm yuxudan oyanmış və onun yanına gəlmişdir. Sonra Mövsüm ondan istilik sistemini nə səbəbə qoşmadığını soruşmuş, o Mövsümə cavab olaraq elektrik sayğacında pul az olduğu üçün qoşa bilmədiyini bildirmişdir. Onun bu sözlərindən sonra Mövsüm əsəbiləşmiş, sonra onun üzərinə hücum etmiş, nalayiq ifadələrlə söyüb-təhqir etməyə başlamışdır. Lakin o, Mövsümə əhəmiyyət verməmiş və televizora baxmağa davam etmişdir. Bundan sonra Mövsüm onun ayaq nahiyyəsinə təpiklə və baş nahiyyəsinə sillə ilə bir neçə dəfə vurmuşdur. Bundan sonra əri Mövsüm evdən çıxıb getmiş və o, DİN-nin 102 xidmətinə zəng edərək bu barədə məlumat verdiyini bildirmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı hər hansı şikayəti və tələbi olmadığını bildirdi və bu barədə məhkəməyə ərizə təqdim etdi. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 17 dekabr 2022-ci il tarixli, 694 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar olunan xəsarətlərənsənin aşağı hissəsində şişkinlik-hematoma, sol baldırda qançır-küt əşya təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən 15 dekabr 2022-ci il tarixdə kənar şəxs tərəfindən yetirilə bilərdi. Qeyd olunan xəsarətlər ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistik informasiya idarəsindən göndərilmiş tələbnamənin cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Sabirabad rayon mərkəzi xəstəxanasının 20 dekabr 2022-ci il tarixli, 1117 nömrəli məktubunda göstərilmişdir ki, Balayev X1 RMP- da ruhi-əsəb və narkoloji kabinetlərdə qeydiyyatda yoxdur. İş materiallarında olan Sabirabad rayon İHB-nın Minbaşı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 19 dekabr 2022-ci il tarixli 630 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs arvadı Zərərçəkmiş şəxs ilə Sabirabad rayon Beşdəli kəndində yaşayır. İş materiallarında olan Sabirabad rayon İHB-nın Minbaşı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs adına veirlmiş xasiyyətnamədə göstərilir ki, kənddə yaşadığı müddətdə onun barəsində nümayəndəliyə yazılı və şifahi məlumat daxil olmamışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, hazırda Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam ödənildiyi, ondan heç bir şikayət və tələbi olmadığını göstərmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək, hazırda Zərərçəkmiş şəxs ilə barışdığını, zərərçəkmiş şəxsin ondan heç bir şikayəti və tələbi olmadığını göstərib, barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə olan sadələşdirilmiş icraat materialının icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə araşdırılmış sübutların məcmununa qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, məhkəmə baxışı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətmişdir. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən, cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olması cinayət təqibini istisna edən hallardandır. Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən, həmin məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar məhkəmə baxışı gedişində cinayət təqibinə xitam verilməsi əsaslarındandır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını və ona dəymiş ziyanı tamamilə ödəməsini nəzərə alaraq hesab edir ki, o, Azərbaycan Respublikası CM-nin 73.2ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad olunmalı və icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CM-nin 73.2, Azərbaycan Respublikası CPM-nin 39.1.11, 43.1.2 və 321.2.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialının icraatına xitam verilsin və o, Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin. Qərardan elan olunduğu vaxtdan 20 gün müddətində Şirvan şəhər məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Qərar apelyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən: Etibar Hümbətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar