Məhkəmə qərarları › İş №1(032)-43/2025

Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-43/2025

29.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-43/2025 29.07.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ saat 10:30-da Şirvan şəhər Məhkəməsinin hakimi İmanov Əli Sərməz oğlunun sədrliyi, Abuşova Pakizə Müşfiq qızının katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs və onun nümayəndəsi Müdafiəçi2, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 1964-cü il tarixdə Ermənistan Respublikası, İcevan rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işləməyən, məhkumluğu olmayan, Göygöl rayonu, Şəhriyar kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını xeyli miqdarda ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs ayrı-ayrı şəxsləri işlə təmin etmək, iş yerini dəyişmək, o cümlədən ayrı-ayrı şəxsləri ali-orta məktəblərə qəbul etdirmək kimi imkanının olmasına inandıraraq, sonuncuya övladını Bakı şəhərində yerləşən litseyə qəbul etdirəcəyinə, özünü isə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhərində olan ərazi idarələrinin birinə iş yerini dəyişəcəyinə dair yalan vəd verib, aldadaraq, etibarından sui-istifadə edib, vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə saat 15:13-də yaşadığı ünvan 1 ünvanda yerləşən evindən özünə məxsus 4169 7388 3552 1521 nömrəli "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid bank kartına dair mobil tətbiq vasitəsilə onun "xxxx" ASC-yə aid 4169 7388 4765 7320 nömrəli bank kartına göndərdiyi 400 manat, həmin gün saat 17:23-də Zərərçəkmiş şəxs yaşadığı ünvan 1 ünvanda yerləşən evindən özünə məxsus 4169 7388 3552 1521 nömrəli "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid bank kartına dair mobil tətbiq vasitəsilə onun "xxxx" ASC-yə aid 4169 7388 4765 7320 nömrəli bank kartına göndərdiyi 200 manat, xx.xx.2024-cü il tarixdə saat 13:36-da Zərərçəkmiş şəxs yaşadığı ünvan 1 ünvanda yerləşən evindən özünə məxsus 4169 7388 3552 1521 nömrəli "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid bank kartına dair mobil tətbiq vasitəsilə onun "xxxx" ASC-yə aid 4169 7388 4765 7320 nömrəli bank kartına göndərdiyi 1100 manat, həmin gün saat 14:28-də Zərərçəkmiş şəxs işlədiyi Şirvan şəhəri, H.Əliyev prospekti 20 ünvanında yerləşən ƏMDK yanında DƏDRX Şirvan şəhər şöbəsinin inzibati binasında quraşdırılmış “eManat” pul köçürmə terminalı vasitəsi ilə onun "xxxx" ASC-yə aid 4169 7388 4765 7320 nömrəli bank kartına göndərdiyi 600 manat, Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə saat 14:09-da Şirvan şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən “Elit” marketdə quraşdırılmış pul köçürmə terminalı vasitəsi ilə onun "xxxx" ASC-yə aid 4169 7388 4765 7320 nömrəli bank kartına göndərdiyi 1900 manat, xx.xx.2024-cü il tarixdə saat 09:51-də Zərərçəkmiş şəxs yaşadığı ünvan 1 ünvanda yerləşən evindən özünə məxsus 4169 7388 3552 1521 nömrəli "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid bank kartına dair mobil tətbiq vasitəsilə onun "xxxx" ASC-yə aid 4169 7388 4765 7320 nömrəli bank kartına göndərdiyi 3500 manat, xx.xx.2024-cü il tarixdə saat 13:09-da Zərərçəkmiş şəxs Şirvan şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən “Elit” marketdə quraşdırılmış pul köçürmə terminalı vasitəsi ilə onun "xxxx" ASC-yə aid 4169 7388 4765 7320 nömrəli bank kartına göndərdiyi 5000 manat, Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə saat 18:18-də yaşadığı ünvan 1 ünvanda yerləşən evindən özünə məxsus 4169 7388 3552 1521 nömrəli "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid bank kartına dair mobil tətbiq vasitəsilə onun "xxxx" ASC-yə aid 4169 7388 4765 7320 nömrəli bank kartına göndərdiyi 300 manat, xx.xx.2024-cü il tarixdə saat 13:38-də Zərərçəkmiş şəxs yaşadığı ünvan 1 ünvanda yerləşən evindən özünə məxsus 4169 7388 3552 1521 nömrəli "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid bank kartına dair mobil tətbiq vasitəsilə onun "xxxx" ASC-yə aid 4169 7388 4765 7320 nömrəli bank kartına göndərdiyi 200 manat pulu alıb, ələ keçirərək, verdiyi vədlərə əməl etməyib, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə xeyli miqdarda 13200 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o,2024-cü ilin may ayında tanışı olan Anar Nəsirovun vasitəsilə zərərçəkmiş Zərərçəkmiş şəxs ilə tanış olmuşdur. Tanışlıq zamanı Zərərçəkmiş şəxs ona bildirmişdir ki, əgər iş yerini Bakı şəhərinə dəyişmək imkanı olsa, övladını da paytaxtdakı liseylərdən birinə yerləşdirmək niyyətindədir. O, bu ehtiyacdan istifadə edərək, guya müvafiq dövlət və ya ictimai strukturlarda tanışları vasitəsilə bu məsələləri həll edə biləcəyini demişdir. Beləliklə, həm işə düzəltmə, həm də liseyə qəbul məsələsinin həll olunacağı vədi ilə Zərərçəkmiş şəxs ümumilikdə 15.000 manat məbləğində pul vəsaiti tələb etmişdir. Bu məqsədlə zərərçəkmiş şəxs ona müxtəlif vaxtlarda və fərqli üsullarla, yəni həm bank köçürməsi yolu ilə, həm də nağd formada ümumilikdə 13.200 manat təqdim etmişdir. O, pulu Bakı şəhərində qəbul etmiş, həmin vəsaitlərin heç bir hissəsini təyinatı üzrə – yəni vəd etdiyi işə düzəltmə və ya liseyə qəbul istiqamətində istifadə etməmiş, əksinə yalnız şəxsi xərcləri üçün xərcləmişdir. O, konkret olaraq xx.xx.2024-cü il tarixdə zərərçəkmişin Şirvan şəhərindən, Kapital Bank ASCdəki AZ30PAHA******************** saylı şəxsi hesabından özünün AZ49NABZ******************** saylı hesabına 600 manat bank köçürməsi vasitəsilə göndərdiyi pulu Bakı şəhərində qəbul etmişdir. xx.xx.2024-cü il tarixdə yenə Şirvan şəhərindən eyni qaydada köçürülmüş 1100 manat vəsaiti Bakı şəhərində nağdlaşdırmışdır. xx.xx.2024-cü il tarixdə 600 manat, xx.xx.2024-cü il tarixdə 1900 manat, xx.xx.2024-cü il tarixdə 3500 manat, xx.xx.2024-cü il tarixdə 5000 manat, xx.xx.2024-cü il tarixdə 300 manat və xx.xx.2024-cü il tarixdə 200 manat olmaqla ümumilikdə 13.200 manat məbləğində vəsait zərərçəkmiş şəxs tərəfindən X3 filialından onun hesabına köçürülmüşdür. O, qeyd edilən məbləğdə pul vəsaitini hesabdan çıxararaq həmin vəsaitlərin heç bir hissəsini təyinatı üzrə xərcləməmiş, öz şəxsi ehtiyaclarına xərcləmişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs bildirmişdir ki, təqsirləndirilən şəxslə 2024-cü ilin may ayında dayısı oğlu Anar Nəsirov vasitəsilə tanış olmuşdur. Altay özünü ictimai əlaqələri güclü, tanınmış adamlarla təmasda olan, nüfuzlu bir şəxs kimi təqdim etmiş və bu, onun etimadını qazanmasına səbəb olmuşdur. Altay ona bildirmişdir ki, tanışları vasitəsilə onun iş yerini Bakıya dəyişmək və övladını liseyə qəbul etdirmək imkanına malikdir. Bu vədlərə inanaraq ona etibar etmiş və müxtəlif vaxtlarda, əsasən Şirvan şəhərində olduğu müddətdə Kapital Bank ASC-dəki şəxsi hesabı AZ30PAHA******************** vasitəsilə Altayın təqdim etdiyi AZ49NABZ******************** saylı bank hesabına pul köçürmələri etmişdir. O, pulu göndərməmişdən əvvəl Altay hər dəfə təcili zəng edərək sənəd işləri üçün vaxt itirildiyini, notariat təsdiqlərinin lazım olduğunu, vəzifəli şəxslərlə görüşlər üçün pul tələb edildiyini bildirərək onu tələsdirmiş və inandırmışdır. O, qeyd etmişdir ki, xx.xx.2024-cü il tarixdə 600 manat, xx.xx.2024-cü il tarixdə 1100 manat, xx.xx.2024-cü il tarixdə 600 manat, xx.xx.2024cü il tarixdə 1900 manat, xx.xx.2024-cü il tarixdə 3500 manat, xx.xx.2024-cü il tarixdə 5000 manat, xx.xx.2024-cü il tarixdə 300 manat, sonuncu dəfə Şirvan şəhərindən xx.xx.2024-cü il tarixdə 200 manat olmaqla ümumilikdə 13.200 manat məbləğində vəsaiti təqsirləndirilən şəxsin bank hesabına köçürmüş, hər bir köçürməyə dair qəbz çıxararaq “WhatsApp” vasitəsilə Altaya göndərmişdir. Altay isə ona hər dəfə vəsaitin alındığını, sənədlərin hazırlandığını, nəticənin yaxın vaxtlarda əldə olunacağını bildirib, etimadını qorumağa çalışmışdır. O, pulların bir qismini həmçinin təqsirləndirilən şəxsə birbaşa nağd şəkildə də təqdim etmişdir. Lakin bir neçə ay ərzində heç bir nəticə əldə edilmədiyindən və təqsirləndirilən şəxs pulun qaytarılmasını müxtəlif bəhanələrlə uzatdığından, guya özü də aldadıldığını dediyindən, o, aldadıldığını başa düşmüş və hüquq-mühafizə orqanlarına müraciət etmişdir. Təqsirləndirilən şəxsin təkidli zəngləri, təcili pul tələbləri və inandırıcı bəhanələri qarşısında müqavimət göstərə bilməmiş və ona inanaraq vəsaitləri təqdim etmişdir. Məhkəmə baxışı zamanı mülki iddia verməklə mülki iddiaçı qismində prosesə buraxılmış Zərərçəkmiş şəxs iddia ərizəsində və məhkəmə baxışı zamanı bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə 2024-cü ilin may ayında dayısı oğlu vasitəsilə tanış olmuşdur. Təqsirləndirilən şəxs ona bildirib ki, tanışları vasitəsilə iş yerini Bakı şəhərinə dəyişməkdə köməklik göstərə və övladını paytaxtdakı liseylərdən birinə yerləşdirə bilər. O, bu məqsədlə onu dəfələrlə Şirvan şəhərindən Bakı şəhərinə çağırmış, guya Dövlət Əmlak Xidmətində və ya digər dövlət orqanlarında iş yerlərinin dəyişdirilməsi ilə bağlı rəsmi prosedurlar aparıldığını bildirmiş, bu istiqamətdə sənədlərin hazırlanması, notarial təsdiqlər, təqdimatlar və rəsmi xərclər adı ilə pul tələb etmişdir. Təqsirləndirilən şəxs hər dəfə müxtəlif bəhanələrlə pul istəmiş, ona etimad yaratmaq üçün dövlət qurumlarının adlarını çəkmiş, hətta yer dəyişməsi ilə bağlı guya Dövlət Reyestri Xidmətində işin getdiyini söyləmişdir. Bu yalan bəyanatlara inanaraq ona hissə-hissə olmaqla ümumilikdə 13.200 manat məbləğində pul təqdim etmişdir. Vəsaitin bir hissəsini təqsirləndirilən şəxsə birbaşa nağd şəkildə vermiş, digər hissəsini isə Kapital Bank ASC-dəki özünə məxsus AZ30PAHA******************** saylı şəxsi hesabdan Altayın təqdim etdiyi AZ49NABZ******************** saylı bank hesabına köçürmüşdür. Hər bir köçürməyə dair bank qəbzləri mövcuddur və bir çox hallarda həmin qəbzlər “WhatsApp” vasitəsilə Altaya göndərilmişdir. Təqsirləndirilən şəxs ona qarşı irəli sürdüyü öhdəliklərin heç birini yerinə yetirməmiş, müxtəlif bəhanələrlə prosesi uzatmış və nəhayət 2024-cü ilin oktyabr ayında ona bildirib ki, guya özü də aldadılıb və heç bir nəticə əldə edilməyib. Həmin vaxt zərərçəkmiş dərk etmişdir ki, ona qarşı əvvəlcədən planlaşdırılmış şəkildə dələduzluq cinayəti törədilmişdir. Mülki iddiaçı qeyd etdi ki, təqsirləndirilən şəxsin bu hərəkətləri yalnız maddi ziyanla kifayətlənməmiş, eyni zamanda onun mənəvi durumuna ciddi mənfi təsir göstərmişdir. Aldadılması, etibarından sui-istifadə edilməsi, müxtəlif şəxslər qarşısında mənəvi təhqirə və daxili iztiraba məruz qalması onun psixoloji vəziyyətini pozmuş, davamlı əsəb gərginliyi, narahatlıq və güvənsizlik yaratmışdır. Hazırki vaxtadək vurulmuş maddi ziyan tam şəkildə ödənilməmişdir. Bu səbəbdən mülki iddianın təmin edilməsini, Təqsirləndirilən şəxs 13.200 manat maddi ziyanın, həmçinin 3.000 manat mənəvi ziyanın əvəzinin və dövlət rüsumu qismində 138,60 manatın məhkəmə tərəfindən mülki iddia formasında tutulmasını xahiş edir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilən: İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2024ci il tarixli qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir. İş materiallarında olan 28 noyabr 2024-ci il tarixli təqsirləndirlən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri haqqında qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin 13 iyun 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 178.3.3, 313-cü maddələri ilə, təqsirli bilinərək 10 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilməklə , 01 il 06 ay dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məhsul vəzifə tutma hüququndan məhrum edilmişdir. xx.xx.2018-ci il tarixdə Qaradağ rayon məhkəməsinin qərarı ilə əməli Azərbaycan Respublikasının CM-nin 178.2.2, 178.2.3, 178.2.4 maddələrinə tövsif olunub, cəzası 06 il 09 aya endirilərək cəzadan azad edilmişdir. İş materiallarında olan 27 dekabr 2024-cü il tarixli TƏBİB-in Göygöl rayon Mərkəzi Xəstəxanası PHŞ-in 13-11/2-31112/2024 nömrəli məktubdan görünür ki, xx.xx.1964-cü il təvəllüdlü Təqsirləndirilən şəxs Göygöl RMX PHŞ Polklinika şöbəsinin psixiatrik kabnetində qeydiyyatda yoxdur, narkoloji kabinetində xx.xx.2024-cü il tarixdən XBT-10 üzrə “F10.2alkoqoluqundan asılılıq sindromu” diaqnozu ilə dispanser qeydiyyatındadır. İş materiallarında olan 22 yanvar 2025-ci il tarixli Əmək və Əhalinin Sosial Müdafiəsi Naziliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 13-17-1/2-13188/2025 nömrəli məktubdan görünür ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin(bundan sonra-Nazirlik) tabeleyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialında aidiyyəti üzrə baxılmışdır. Mərkəzləşdirilmiş elektron informasiya sistemində olan məlumatlara əsasən Təqsirləndirilən şəxs (FİN:xxxxxxx) hazırda qüvvədə olan məlumatlara əsasən əlilliyi müəyyən edilməmişdir. İş materiallarında olan 05 fevral 2025-ci il tarixli qərarın surətindən görünür ki, Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində axtarış elan olunaraq cinayət işinin icraatı Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli qərarın surətindən görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs həmin gün saxlanılaraq Şirvan ŞPŞ-nin İstintaq bölməsinə təhvil verilmiş, iş üzrə icraat təzələnmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli Şirvan şəhər Məhkəməsinin 1(032)- 43/2025 qərarı ilə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs barəsində məcburi gətirmə qərarı verilmişdir. İş materiallarında olan "xxxx" ASC-dən alınmış çıxarışlara baxış keçirilən zaman müəyyən edilmişdir ki, 4169 7388 4765 7320 nömrəli bank kartı Təqsirləndirilən şəxs məxsusdur və həmin bank kartına xx.xx.2024-cü il tarixdə 400 manat, xx.xx.2024-cü il tarixdə 200 manat, xx.xx.2024-cü il tarixdə 1100 manat, xx.xx.2024-cü il tarixdə 600 manat, xx.xx.2024-cü il tarixdə 1900 manat, xx.xx.2024-cü il tarixdə 3500 manat, xx.xx.2024-cü il tarixdə 5000 manat, xx.xx.2024-cü il tarixdə 300 manat, xx.xx.2024-cü il tarixdə 200 manat pullar mədaxil olmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli Şirvan Şəhər Məhkəməsinin 1(032)- 43/2025 qərarı ilə təqsirləndirlən şəxs Göygöl rayon, Şəhriyar kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs (FİN:xxxxxxx) məhkəmədən gizləndiyinə barəsində həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli 3-16-17/42/2-3452/2025 nömrəli məktubdan görünür ki, xx.xx.1964-cü il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Şirvan ŞPŞ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2025-ci il tarixdə saxlanılması üçün 3 saylı İstintaq Təcridxanasına təqdim edilmişdir. Məhkəmə cinayət işi ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CMin əsaslandığı qanunculuq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalətvə humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar törədildikdə; xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Məhkəmələrə izah edilsin ki, şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. AR Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeydində nəzərdə tutulmuş müddəalar, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tələbləri, habelə həmin maddənin qeydində göstərilənlər nəzərə alınaraq məhkəmələrə izah edilsin ki, dələduzluq o halda cinayət hesab edilir ki, ələ keçirilmiş əmlakın dəyəri beş yüz manatdan artıq olsun. Dələduzluqla ələ keçirilmiş əmlak beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğdə olduqda, əməl - xeyli miqdarda ziyan vurmaqla (CM-nin 178.2.4-cü maddəsi), əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayaq məbləğdə olduqda - külli miqdarda ziyan vurmaqla (CM-nin 178.3.2-ci maddəsi), beş yüz min manatdan yuxarı olan məbləğdə olduqda isə - xüsusilə külli miqdarda ziyan vurmaqla törədilmiş dələduzluq kimi qiymətləndirilir. Şəxs hər dəfə müstəqil yaranmış niyyətlə həm ayrı-ayrı şəxslərə, həm də eyni şəxsə qarşı bir neçə dələduzluq cinayəti törətdikdə, ələ keçirilmiş əmlakın dəyərinin toplanmasına yol verilmir və bu əməllər hər bir epizod üzrə ələ keçirilmiş əmlakın məbləğindən asılı olaraq müstəqil qiymətləndirilməlidir. Vahid qəsdlə əhatə olunan istər bir neçə şəxsə, istərsə də eyni şəxsə qarşı törədilən dələduzluq, ümumilikdə, vurulmuş zərərin miqdarına uyğun olaraq tövsif edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə 2004cü il 11 iyun tarixli 688-İİQD nömrəli Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 2005-ci il 25 yanvar tarixli Qərarına əsasən “Konstitusiya Məhkəməsinin qərarının yüksək hüquqi qüvvəsi onun bütün hissələrinə, habelə həmin qərarın əsasını təşkil edən hüquqi mövqelərə də şamil olunur. Lakin Konstitusiya Məhkəməsinin hüquqi mövqeləri bəzən müstəqil əhəmiyyət qazanır. Konstitusiya Məhkəməsinin hüquqi mövqelərinin qüvvəsi onun qərarlarının hüquqi qüvvəsinə bərabər olduğundan və ümumi xarakter daşıdığından yalnız konstitusiya işinin predmetini təşkil etmiş hala deyil, hüququn mənbəyi kimi hüquq tətbiqetmə təcrübəsində rast gəlinən analoji hallara da şamil edilməlidir”. Talama – özgənin əmlakını tamah məqsədi ilə hüquqazidd və əvəzsiz olaraq, həmin əmlakın mülkiyyətçisinə və başqa sahibinə ziyan vurmaqla götürmə və özünün və ya başqa şəxslərin xeyrinə keçirməsidir. Bu baxımdan, talama cinayətlərinin predmetini istehlak dəyərinə malik olan istənilən maddi-əmtəə dəyəri, habelə istənilən maddi dəyərlərin ümumi ekvivalenti olan pul təşkil edə bilər. Talama cinayətləri fəal hərəkətlə törədilir. Talamanın obyektiv cəhəti mülkiyyət münasibətlərinə qəsddən ibarətdir. Hansı formada törədilməsindən asılı olmayaraq, talama özgənin əmlakını götürmədən və (və ya) özünün, yaxud başqa şəxslərin xeyrinə keçirmədən ibarətdir. Talamanın istənilən forması subyektiv cəhətdən yalnız birbaşa qəsd formasında təqsirlə xarakterizə olunur. Təqsirkar özgənin əmlakını qanunsuz və əvəzsiz götürdüyünü və (və ya) özünün və ya başqa şəxsin xeyrinə keçirdiyini dərk edir, bunun əmlakın mülkiyyətçisinə (və ya başqa sahibinə) real maddi ziyan vuracağını qabaqcadan görür və belə nəticənin baş verməsini arzu edir. Talamanın subyektiv cəhətinin daha bir zəruri əlaməti tamah məqsədinin olmasıdır. Dələduzluq cinayətini oğurluqdan fərqləndirən ən mühüm əlamətlərdən biri onun törədilməsi üsuludur. Belə ki, dələduzluq cinayəti digər talama cinayətlərindən fərqli olaraq, məhz aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında, heç bir təzyiq və ya təsir, zor tətbiq etmə, yaxud zor tətbiq etmə hədəsi olmadan könüllü surətdə vermiş olur. Başqa sözlə, əmlak şəxsin sahibliyindən gizli yolla çıxmır, aldadılma və ya etibarından suiistifadə edilmə nəticəsində zərərçəkmişin özü tərəfindən zahirən könüllü şəkildə təqsirkar şəxsə verilir. Təqsirkar şəxs etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə zərərçəkmiş şəxsi yanılma dərəcəsinə çatdırmaqla əmlakın ona verilməsinə nail olur.( Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177 və 178-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsi baxımından və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318 və 391.8-1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair) Məhkəmənin mövqeyi-əmələ hüquqi qiymətlə bağlı Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs yalan vədlər verməklə – onun iş yerini Bakı şəhərinə dəyişdirəcəyi və övladını paytaxtdakı litseyə qəbul etdirəcəyi barədə inandırmaqla – müxtəlif vaxtlarda və müxtəlif üsullarla ümumilikdə 13.200 manat pul vəsaitini ələ keçirmişdir. O, həmin vəsaitlərin heç bir hissəsini təyinatı üzrə xərcləmədiyini, şəxsi ehtiyaclarına sərf etdiyini etiraf etmişdir. Zərərçəkmiş şəxs məhkəmədə verdiyi ifadəsində bu halları təsdiqləmiş, qeyd etmişdir ki, təqsirləndirilən şəxsin etimad doğuran davranışları və ardıcıl yalan vədləri nəticəsində onun iradəsinə təsir göstərilmiş, nəticədə Kapital Bank ASCdəki şəxsi hesabından təqsirləndirilən şəxsə məxsus bank hesabına hissə-hissə olmaqla ümumilikdə 13.200 manat məbləğində pul vəsaiti köçürmüşdür. O, bu vəsaitin bir qismini isə təqsirləndirilən şəxsə birbaşa nağd formada təqdim etdiyini bildirmişdir. Cinayət işinə əlavə edilmiş bank çıxarışları, köçürmə sənədləri, "xxxx" ASC-dən alınmış məlumatlar, habelə “eManat” və digər ödəniş terminallarından istifadə edilərək həyata keçirilmiş mədaxil əməliyyatlarına dair sənədlər istintaq zamanı və məhkəmə baxışı zamanı tədqiq edilmiş, göstərilən məbləğlərin təqsirləndirilən şəxsə məxsus hesabda toplanması sübut edilmişdir. Məhkəmə hesab edir ki, təqdim edilən sübutlar təqsirləndirilən şəxsin ittihamda göstərilən cinayət əməlini törətdiyini təsdiq edən, CM-nin 145-ci maddəsinin tələblərinə uyğun etibarlı, mənbə baxımından etiraza səbəb olmayan, bir-birini tamamlayan və məntiqi ardıcıllıqla ümumi mənzərəni yaradan sübutlar sistemidir. Sübutların məcmusu əsasında cinayət əməli tam sübut olunmuş hesab edilir. Təqsirləndirilən şəxs zərərçəkmişin ehtiyac və arzularından xəbərdar olaraq, əvvəlcədən formalaşmış niyyətlə ona qarşı inam və etibar yaratmış, əsassız və gerçəkliyi olmayan vədlər verməklə, bu yalan vədlər əsasında zərərçəkmiş şəxsi aldadaraq və onun etibarından sui-istifadə etməklə xeyli miqdarda əmlakını – ümumilikdə 13.200 manat pul vəsaitini – ələ keçirmiş, sonradan verdiyi öhdəlikləri yerinə yetirməmiş, əmlakı şəxsi məqsədlərinə xərcləmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177ci maddəsinin qeydində göstərildiyi kimi, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğdə dələduzluq xeyli miqdarda ziyan vurmaqla törədilmiş cinayət hesab olunur. Təqsirləndirilən şəxs tərəfindən ələ keçirilmiş məbləğin 13.200 manat olması bu maddədə nəzərdə tutulmuş maddi meyarın mövcudluğunu göstərir. Məhkəmə, eyni zamanda, nəzərə alır ki, bu cinayət özgənin mülkiyyət hüququna qəsd olmaqla bərabər, həm də cəmiyyətin hüquqi etimad münasibətlərinə, şəffaflığa və qarşılıqlı güvən mühitinə zərbə vurur. Belə əməllərin ictimai təhlükəlilik dərəcəsi yalnız maddi ziyanın miqdarı ilə deyil, həm də cəmiyyətin hüquqi təhlükəsizliyinə vurduğu zərərin dərinliyi ilə ölçülür. Nəzərə alınmalıdır ki, təqsirləndirilən şəxs öz cinayət əməllərini yalnız aldatma və etibar istismarı yolu ilə deyil, həm də bu vədləri çoxsaylı təkrar müraciətlərlə, psixoloji təzyiq elementi daşıyan təcili pul tələbləri ilə müşayiət etmiş, nəticədə zərərçəkmiş şəxsin iradəsini zəiflətmiş və onu qeyri-obyektiv vəziyyətə salaraq öz niyyətlərini həyata keçirmişdir. Bu hallar təqsirləndirilən şəxsin hərəkətlərində xüsusilə planlılıq və manipulyasiya elementlərinin olduğunu göstərir. Yuxarıda göstərilənlərə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə və digər aidiyyəti hüquqi normalara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun təqsirli bilinməsi üçün zəruri olan bütün hüquqi və faktiki əsasları təşkil edir. Bununla da, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri tədqiq edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə gəldiyi nəticələrlə yuxarıda təsvir olunan hüquq normalarının dispozitiv şərtlərini qarşılıqlı təhlil edərək qənaətə gəlir ki, Təqsirləndirilən şəxs subyektiv cəhətdən yalnız birbaşa qəsd formasında özgə əmlakını ələ keçirmək niyyətində olaraq bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və həqiqi məlumatların gizlədilməsi üsuli kimi aldadaraq və əmlakı ələ keçirmək məqsədi güdən şəxs olaraq əmlaka sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə etməklə özgənin əmlakını ələ keçirib dələduzluq etmişdir. Beləliklə məhkəmə müəyyən etmişdir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi var, təqsirləndirilən şəxsin cinayətin törədilməsində aidiyyəti sübuta yetirilmiş, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetirilir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tövsif edilmiş, yəni təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğundur, təqsirləndirilən şəxsin əməlində əməlin cinayət olmasını aradan qaldıran hallar və onun cinayət məsuliyyətindən, cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Cəza məsələsini dair məhkəmənin istinad etdiyi hüquq normaları: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.1-ci maddəsində təsbit edilmişdir ki, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. CM-nin 41.2-ci maddəsinin tələblərindən görünür ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 56.1.2-ci maddəsinin tələbinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — cəzanın çəkilməsi ümumi rejimli cəza çəkmə müəssisələrində müəyyən edilir; CM-nin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. CM-nin 58.3-cü maddəsində təsbit edilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən hallar CM-nin 59.1.1-59.1.14-cü maddələrində, cəzanın ağırlaşdıran hallar isə CM-nin 61.1.1-61.1.13-cü maddəslərində nəzərdə tutulmuşdur. Bununla yanaşı, məhkəmə qeyd edir ki, CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. CM-nin 61.2-ci maddəsində müəyyən edilmişdir ki, cəza təyin edilərkən bu Məcəllənin 61.1.1-61.1.13-cü maddələrində göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz. Aparılmış məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin törətdiyi əməldən peşmanlıq hissi keçirməsi, özünə və hərəkətlərinə tənqidi münasibət göstərməsi Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar olaraq məhkəmə tərəfindən müəyyən edilmişdir. Cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-nin 48-ci maddəsinin, CM-nin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsi haqqında Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq 23 iyul 2004cü il və 17 mart 2011-ci il tarixli qərarları). “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumnun 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və onun törətdiyi cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Həmçinin, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 mart 2011-ci il tarixli qərarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-nin vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Bundan başqa, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarı ilə hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin həyata keçirilməsinin sözsüz təmin edilməsi tövsiyyə edilmişdir. Həmin qərarın 1-ci bəndinin 2 və 3-cü abzasına görə cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Qeyd olunan qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 45-ci bəndində məhkəmələrin cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməli, CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaları tövsiyə edilmişdir. Qərarın göstərilən bəndində həmçinin qeyd olunmuşdur ki, bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qərarın 46-cı bəndində məhkəmələrə o, da izah edilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilib-göstərilməməsindən asılı deyillər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixli Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-nin 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-nin 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, ilk növbədə daha ciddi cəzanın təyin edilməsi məsələsinin müzakirəsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Plenum Qərarının 3-cü bəndində də müəyyən edildiyi kimi böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət üzrə əgər ağırlaşdırıcı hallar yoxdursa, onda məhkəmə yalnız cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq ilk növbədə təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməsi də CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına uyğun olmaz. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmənin mövqeyi: Araşdırma zamanı müəyyən olunmuşdur ki, təqsirləndirilən şəxs öz şəxsi tamah niyyəti ilə, ictimai münasibətlərdə etibar və inam mühitindən sui-istifadə etməklə, ardıcıl və planlı hərəkətlərlə zərərçəkmiş şəxsin əmlakını ələ keçirmiş, cəmiyyətin hüquqi təhlükəsizliyinə, fərdlərarası qarşılıqlı etimad münasibətlərinə ciddi zərbə vurmuşdur. O, əvvəllər məhkum olunmasına, daha əvvəl də eyni növ cinayət – dələduzluq əməlinə görə məsuliyyətə cəlb edilməsinə baxmayaraq, əvvəlki cəzanın islahedici təsirini qəbul etməmiş, yenidən oxşar cinayət törətmişdir. Məhkəmə bu halları nəzərə alaraq qeyd edir ki, cinayət əməlində ictimai təhlükəlilik sadəcə vurulmuş maddi ziyanla ölçülmür, həm də hüquqi münasibətlər sistemində etimadın zədələnməsi ilə, cəmiyyətin hüquqi mühitinə olan inamın sarsıdılması ilə ölçülür. Belə cinayətlər hüquqi dövlətin fundamental dayaqlarından biri olan vətəndaşlar arasında hüquqi təhlükəsizlik və qarşılıqlı inam prinsipinə zərbə vurur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədləri sırasında yalnız sosial ədalətin bərpası deyil, həmçinin təqsirkar şəxsin islah olunması və başqaları tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması da durur. Bu baxımdan, cəzanın ictimai profilaktik təsiri, gələcəkdə bu növ əməllərin qarşısının alınması baxımından ictimai siqnal və preventiv funksiya daşıması xüsusi əhəmiyyət kəsb edir. Təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi əməldən peşmanlıq, özünə tənqidi münasibət, habelə əməlini etiraf etməsi nəzərə alınmışdır. Bununla belə, onun əvvəlki məhkumluğu və bu məhkumluğun eyni növ cinayət üzrə olması, həm də məhkumluq müddətinin bitməsindən sonra az bir zaman ərzində bu əməli törətməsi onu göstərir ki, təqsirləndirilən şəxs əvvəlki cəzanın hüquqi və tərbiyəvi təsirini dərk etməmiş, bu da cinayət məsuliyyətinə cəlbetmə zərurətini artırır. Məhkəmə ağırlaşdırıcı hallar müəyyən etməmiş, lakin əvvəlki eyni xarakterli məhkumluğu, planlı və uzunmüddətli niyyətin mövcudluğu, vəsaitin tam şəkildə mənimsənilməsi, zərərin indiyədək ödənilməməsi, eləcə də cəmiyyət üçün nüfuzlu etibar mühitindən sui-istifadə edilməsi hallarını nəzərə alaraq, ictimai təhlükəliliyin yüksək səviyyədə olduğunu müəyyən etmiş və bu baxımdan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini zəruri hesab etmişdir. Həmçinin nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarına və 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarına əsasən məhkəmələr cəza təyin edərkən fərdi yanaşma, ədalətlilik, cinayət və şəxsiyyətin təhlili, cəmiyyətin və zərərçəkmişin maraqlarının qorunması prinsiplərini rəhbər tutmalıdır. Cəzanın növü və miqdarı cəmiyyətə ötürüləcək hüquqi siqnal baxımından da mühüm əhəmiyyət daşıyır. Bu iş üzrə, azadlıqdan məhrum etmədən fərqli cəza təyin edilməsinin nə təqsirləndirilən şəxsin islahına, nə də gələcəkdə bu cür cinayətlərin qarşısının alınmasına yönəlik təsir gücü olmadığı qənaətinə gəlinmişdir. Bu baxımdan, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və onun şəxsiyyətinə uyğun olaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə azadlıqdan məhrumetmə cəzası təyin edilməsi zəruridir. Beləliklə iş üzrə obyektiv halların məcmusunu nəzərə alıb, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2025-ci il tarixdə saxlanıldığı 01 gün müddət təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalı, cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli xx.xx.2025-ci il tarixdən-tutulduğu vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Mülki iddiaya dair məhkəmənin istinad etdiyi hüquq normaları: Azərbaycan Respublikası CPM-nin 89.1-ci maddəsinə əsasən Cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. 179.1. Cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. 179.2. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. 179.3. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. 181.1. Əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 183.1. Cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Məhkəmə hökmləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu:

66. Cinayət prosesində zərər çəkmiş qismində tanınmış şəxsə cinayət nəticəsində birbaşa vurulmuş ziyanın ödənilməsi məsələsi ilə əlaqədar onu nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin İİ hissəsinə əsasən “Cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqları qanunla qorunur. Zərər çəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır”. Həmçinin, CPM-in 87.6.20-ci maddəsi zərərçəkmiş şəxsin cinayət törətmiş şəxsdən ona məxsus əmlakı geri almaq imkanını hər hansı şərtlə əlaqələndirilməyən hüquq kimi təsbit etmiş, buna müvafiq olaraq da qanunverici cinayət prosesini həyata keçirən orqanların zərərçəkmiş şəxsin həmin hüququndan irəli gələn vəzifələrini müəyyən etmişdir.

67. Məhkəmə hökm çıxararkən verilmiş hər bir mülki iddia üzrə onun təmin edilibedilməməsi, kimin xeyrinə və hansı hissədə təmin edilməsi məsələlərini həll etməlidir.

68. Cinayət-prosessual qanuna əsasən məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində mülki iddianın tam və ya qismən təmin edilməsi və yaxud rədd edilməsi üzrə motivlərini, müvafiq maddi və prosessual hüquqi normaları və zəruri hallarda təmin edilmiş tələblərə aid olan hesablamaları göstərməklə gəldiyi nəticəni əsaslandırır. Belə əsaslandırma aparılarkən cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və yaxud əməlin törədilməsi ilə əlaqədar vurulmuş ziyanın xarakteri və təmin edilməli olan tələblər üzrə ödənişlərin məbləği (o cümlədən, mülki cavabdeh mülki iddianı qəbul etdiyi hallarda) məhkəmə baxışında tədqiq edilmiş sübutlar göstərilməklə onların məcmusu ilə əsaslandırılmalıdır.

69. İştirakçılıqla törədilmiş cinayətlər nəticəsində vurulmuş maddi ziyan cinayətin iştirakçılarından Mülki Məcəllənin 1113-cü maddəsinə əsasən müştərək qaydada və yaxud mülki iddiaçının vəsatəti ilə və onun mənafeyi üçün hər bir iştirakçıdan məhkəmə tərəfindən müəyyən edilmiş hissələr (paylar) üzrə tutula bilər. Məhkəmələr cinayət qanununda nəzərdə tutulmuş əməllə vurulmuş mənəvi ziyanın ödənilməsinə dair iddialara baxarkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli qərarında, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2008-ci il 3 noyabr tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” qərarında ifadə olunmuş hüquqi mövqelərdən irəli gələn yanaşmanı rəhbər tutmalı, o cümlədən mənəvi zərərə görə ödənilməli olan pulun məbləğini müəyyən edərkən zərərçəkmiş şəxsin fərdi xüsusiyyətləri ilə əlaqədar keçirdiyi fiziki, mənəvi iztirabların xarakterini, cinayət törətmiş şəxsin təqsirlilik dərəcəsini, maddi vəziyyətini, zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin cinayətin törədilməsinə təsir edib-etməməsini və verilmiş mülki iddianın həllinə təsir göstərən digər halları nəzərə almalı, hər bir halda ağlabatanlıq və ədalətlilik kimi meyarlar baxımından kompensasiyanın məbləğini nəzərdən keçirməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 119.3. İş, işdə iştirak edən şəxslər tərəfindən həmin kateqoriyadan olan mübahisələrin qanunla nəzərdə tutulmuş məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının (tələbi cavabsız qoymaq, tələb olunan sənədləri göndərməmək) pozulması nəticəsində meydana gəlmişdirsə, məhkəmə həmin xərcləri işin nəticəsindən asılı olmayaraq müəyyən edə bilər. 119.4. İşdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. Məhkəmənin mövqeyi: Cinayət işi üzrə aparılmış məhkəmə istintaqı nəticəsində təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs hərəkətləri nəticəsində zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs birbaşa maddi və mənəvi zərər vurulduğu müəyyən edilmişdir. Zərərçəkmiş şəxs tərəfindən iş üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179 və 181-ci maddələrinin tələblərinə uyğun olaraq verilmiş mülki iddianın baxılması zamanı məhkəmə zərərin cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin nəticəsində, birbaşa hüquqa zidd hərəkətlərin (deliktin) törədilməsi ilə baş verdiyi qənaətinə gəlmişdir. Delikt məsuliyyətinin tətbiqinə əsas verən hüquqi meyarlar Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinin 1-ci hissəsinə əsasən, əmlakına zərər vurulmuş şəxs, zərərin vurulmasına görə cavabdeh olan şəxsdən bu zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdir. Həmin Məcəllənin 1097-ci maddəsində isə göstərilmişdir ki, zərərin vurulması hüquqazidd hərəkətlər nəticəsində baş verməlidir. Zərərin əvəzinin ödənilməsi üçün aşağıdakı dörd əsas elementin birlikdə mövcudluğu tələb olunur:

1. Hüquqazidd hərəkət (əməl);

2. Zərər (maddi və ya mənəvi);

3. Əsaslandırılmış səbəb-nəticə əlaqəsi;

4. Günah (təqsir). İş üzrə aparılmış sübutların və cinayət əməlinin hüquqi təhlilinin nəticələrinə əsasən, bu dörd elementin hər biri təqsirləndirilən şəxsin əməllərində tam şəkildə mövcuddur: Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmişin etibarından sui-istifadə etməklə və aldatma yolu ilə təqdim edilmiş əsassız vədlər, əmlakın könüllü surətdə təqsirləndirilən şəxsə verilməsinə səbəb olmuşdur. Bu, deliktin hüquqazidd davranış elementi kimi özünü göstərir. 13200 manat maddi zərərin vurulması, həm sənədlə, həm də təqsirləndirilən şəxsin öz etirafı ilə sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin yalan vədləri, dəfələrlə tələb etməsi, psixoloji təsir göstərməsi nəticəsində zərərçəkmişin iradəsinin təhrif olunması ilə zərər baş vermişdir – bu da səbəb-nəticə əlaqəsini formalaşdırır. Təqsirləndirilən şəxs cinayəti birbaşa qəsdlə, əvvəlcədən formalaşmış niyyətlə törətmiş, zərərin yaranmasında tam təqsirlidir. Bu mənada, delikt hüququnun fundamental elementi olan hüquqaziddlik, zərər, təqsir və səbəb-nəticə əlaqəsi birlikdə formalaşdığına görə, mülki iddia Mülki Məcəllənin 1096– 1100-cü maddələrinə uyğun olaraq təmin olunmalıdır. Mənəvi zərərin ödənilməsi delikt hüququ baxımından Zərərçəkmiş şəxsin təqdim etdiyi 3.000 manat məbləğində mənəvi zərər tələbi, əxlaq və hüquq normalarına zidd hərəkətlər nəticəsində formalaşmış mənəvi iztirablara əsaslanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində və Konstitusiya Məhkəməsinin bu maddənin şərhinə dair 24 aprel 2020-ci il tarixli qərarında mənəvi zərərin ödənilməsi üçün qanuni əsaslar və halların qiymətləndirilməsi meyarları müəyyən edilmişdir. Ali Məhkəmənin 3 noyabr 2008-ci il tarixli plenum qərarında da qeyd edilmişdir ki, mənəvi zərərin ödənilməsi məsələsinə baxılarkən aşağıdakı hallara qiymət verilməlidir: Zərərçəkmişin fərdi psixoloji və sosial vəziyyəti; Cinayətin təqsir ağırlığı və təkrarlanması; Təqsirləndirilənin maddi və ailə vəziyyəti; Zərərin iztirab doğuran real təsiri və sosial nəticələri. İş üzrə bu hallar təhlil edildikdə məlum olur ki, zərərçəkmiş şəxs uzun müddət aldatma və vədlərlə yönləndirilmiş, öz vəsaitini təqsirləndirilən şəxsə təqdim edərkən davamlı psixoloji təzyiqə məruz qalmış, nəticədə güvəndə olduğu şəxslər qarşısında hörmətdən düşmüş, ailə daxilində və sosial mühitdə iztirab yaşamış, bu da mənəvi zərərin mövcudluğunu sübut edən faktlar kimi qiymətləndirilməlidir. Bu baxımdan məhkəmə hesab edir ki, 3.000 manatlıq iddia edilən məbləğ zərərin real həcmini və ağlabatanlığını aşdığından Mülki Məcəllənin 1110-cu maddəsi və ədalətlilik və mütənasiblik prinsipləri əsasında mənəvi zərərin ödənilməsi 500 manat məbləğində müəyyən edilməlidir. Dövlət rüsumunun tutulması məsələsi Cinayət mühakimə icraatı çərçivəsində verilmiş mülki iddia üzrə ödənilmiş dövlət rüsumunun taleyi də mülki prosessual normalar əsasında müəyyən edilir. Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı dövlət rüsumunu ödəyibsə və iddia təmin olunubsa, bu rüsum iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutulmalı və dövlət gəlirlərinə yönəldilməlidir. İş üzrə təqdim edilmiş sənədlərə əsasən, 138 manat 60 qəpik dövlət rüsumu ödənilmiş və bu da təqsirləndirilən şəxsdən(cavabdehdən) tutularaq dövlət büdcəsinə alınmalıdır. İş üzrə məhkəmə xərci yoxdur. İş üzrə maddi sübut 09 ədəd ödəmə qəbzi və "xxxx" ASC-dən alınmış bank əməliyyatlarına dair çıxarışlar cinayət işinin materiallarında saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 344-347, 349, 351-353, 356, 358, 384-cü maddələrini rəhbər tutub, məhkəmə

hökm etdi:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı xx.xx.2025-ci il tarixdə saxlanıldığı 01 gün müddət təyin edilmiş cəzadan çıxılaraq qəti olaraq üzərində 02 (iki) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia qismən təmin edilsin, vurulmuş 13200 (on üç min iki yüz) manat maddi ziyan, 500 manat mənəvi zərər və 138 manat 68 qəpik dövlət rüsumu, ümumilikdə 13838,60 manat (on üç min səkkiz yüz otuz səkkiz manat altmış qəpik) təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilsin. İş üzrə maddi sübut 09 ədəd ödəmə qəbzi və "xxxx" ASC-dən alınmış bank əməliyyatlarına dair çıxarışlar cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərcinin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmü ona verildiyi) andan 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 (iyirmi) gündən sonra qüvvəyə minir.

Hakim: Əli İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar