Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(032)-44/2024 21.02.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ saat 10:32-də Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qıznın sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1984-cü ildə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olan, işləməyən, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Şirvan şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, o, 26 noyabr 2023-cü il tarixdə saat 21.30 radələrində yaşadığı ünvan 2 ünvanında arvadı Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlərin pozulması zəminində baş vermiş mübahisə zamanı qəsdən sonuncunu yumruq və təpik zərbələri ilə baş və bədən nahiyyəsinə vuraraq, Zərərçəkmiş şəxs sağ təpə-gicgah sərhəddində şişkinlik, sol saidin aşağı 1/3-də şişkinlik-hematoma kimi ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirməklə qəsdən Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Gülnara telefonla zəng etmiş, lakin Gülnar onun zənginə cavab verməmişdir. Ona görə də 26 noyabr 2023-cü il tarixdə gecə saat 21:00 radələrində evdə olan zaman Gülnardan telefona cavab verməməsinin səbəbini soruşmuş, Gülnar da telefonun uşaqda olduğunu və buna görə də xəbəri olmadığını bildirmişdir. Bu zaman əsəbləşib bəlkə vacib bir sözü olacağı barədə irad bildirmiş, Gülnar da ona kobud cavab qaytarmışdır. O, daha da əsəbləşib Gülnarın üstünə qışqırmış, Gülnarla arasında sözlü mübahisə yaranmışdır. Bu zaman Gülnar yataq otağına gedib əşyalarını yığmağa başlamış, o da dalınca otağa getmişdir. Orada Gülnarla yenə də uca səslə mübahisə yaranmış, Gülnardan evdən çıxıb getməsinin səbəbini soruşmuşdur. Gülnar da boşanmaq istədiyini və bu səbəbdən də atasının evinə getmək istədiyini bildirmişdir. Bu zaman Gülnarın əşyalarını götürüb yerə çırpmış, sonra Gülnar onu söyüb-təhqir etməyə başlamış və həmin vaxt da əsəblərini cilovlaya bilməyib güzgülü dolabın qarşısında olan uşaqlarının fotoşəkli olan şüşəli şəkil çərçivəni Gülnarın kürək nahiyyəsindən vurmuş, çərçivə sınaraq şüşə qırıqları Gülnarın baş və bədən nahiyyələrinə tökülmüşdür. Sonra isə Gülnarın baş və bədən nahiyyələrinə əli ilə bir neçə sillə zərbələri vurmuş, Gülnar bu zaman qaçaraq həyətə çıxmış və Gülnarın dalınca getsə də tapa bilməmişdir. Etdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxs ilə barışmış və ona dəymiş ziyanı aradan qaldırmışdır. İşin icraatına xitam verilməsini xahiş etdi və bu barədə ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verib göstərdi ki, 26 noyabr 2023-cü il tarixdə saat 21:30 radələrində yaşadığı evdə olarkən Əkbər dünən telefon zəngini açmadığına görə mübahisə yaratmışdır. O, Əkbərə həmin vaxt telefonun uşaqda olduğunu desə də Əkbər onun üstünə qışqıraraq nalayiq söyüşlərlə söyüb, təhqir etməyə başlamışdır. Sonra Əkbərə irad bildirdikdə Əkbər şüşəli fotoşəkil çərçivəni götürüb onun başına vurmuş və çərçivə başında sınmışdır. Daha sonra yerə yıxılmış və Əkbər bu dəfə onu təpik və yumruq zərbələri ilə baş və bədən nahiyyələrinə vurmağa başlamışdır. Daha sonra Əkbər mətbəxdən bıçaq gətirmək istəyərkən qaçıb qonşuya getmiş və oradan DİN-nin 102 xidmətinə məlumat vermişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı hər hansı şikayəti və tələbi olmadığını bildirdi və bu barədə məhkəməyə ərizə təqdim etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Baxış keçirilməsi haqqında” 27 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yerinə Zərərçəkmiş şəxs, X2, X1 iştirakları ilə baxış keçirilərkən ünvan 1 ünvanında 26 noyabr 2023-cü il tarixdə saat 21:30 radələrində Təqsirləndirilən şəxs ilə aralarında yaranmış şəxsi münasibətlərinin pozulması səbəbindən aralarında yaranmış mübahisə zamanı ona xəsarət yetirdiyi yeri, evin yataq otağını ünvan 1 ünvanında əyani olaraq göstərmişdir. Məhkəmə-tibbi ekspertizasının 27 noyabr 2023-cü il tarixli, 613 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar olunan xəsarətlər - sağ təpəgicgah sərhəddində şişkinlik ,sol saidin aşağı 1/3-də şişkinlik-hematoma - küt əşya təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən 26 noyabr 2023-cü il tarixdə kənar şəxs tərəfindən yetirilə bilərdi. Qeyd olunan xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistik informasiya idarəsindən göndərilmiş tələbnamənin cavabından görünür ki, Əliyev X3 şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 il 03 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Şirvan şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs adına verilmiş xx.xx.2023-cü il tarixli ,7443 saylı arayışdan görünür ki, Əliyev X3 şəhər, G.Şıxbalaoğlu küçəsi, dalan 2, ev 21 ünvanında qeydiyyatdadır. Ailə üzvlərinə dair hər hansı məlumat yoxdur. Şirvan şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 07 dekabr 2023-cü il tarixdə verilmiş 714 saylı xasiyyətnamədə göstərilir ki, onun barəsində şəhər nümayəndəliyinə yazılı və şifahi şikayət daxil olmamışdır. «Şirvan şəhər mərkəzi xəstəxanası» publik hüquqi şəxsin 13 dekabr 2023-cü il tarixli, 18-1-35/2-1116/2023 nömrəli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs ŞMP-nın narkoloji kabinetində “opioidlərin qəbulu nəticəsində narkomaniya” xəstəliyi ilə qeydiyyatdadır. Ruhi-əsəb kabinetində qeydiyyatda yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, hazırda Təqsirləndirilən şəxs ilə barışdığını, ondan heç bir şikayət və tələbi olmadığını, hazırda onunla birlikdə yaşadıqlarını, iş üzrə icraata xitam verilməsini göstərmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək, Zərərçəkmiş şəxs ilə barışdığını, hazırda onunla birlikdə yaşadıqlarını göstərib, barəsində olan sadələşdirilmiş icraat materialının icraatına xitam verilməsini xahiş etmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından və sonuncunun ona qarşı şikayət və tələbi olmadığından o, cinayət məsuliyyətindən azad olunaraq iş üzrə icraata xitam verilməlidir. Belə ki, CM-in 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM): 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CM-in 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir; 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığını təsdiq edən və iş üzrə icraata xitam verilməsinə dair məhkəməyə ünvanlanmış ərizəsini, qanununvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alaraq hesab edir ki, CM-in 73.2ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli, CMin 128-ci maddəsində nəzərdə tutulmuş böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat materialına CPM-in 43-cü maddəsinə əsasən xitam verilməli, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur həmçinin məhkəmə məsrəfləri yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 40, 43, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin və barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Qərardan elan olunduğu vaxtdan 20 gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Aydan Məmmədli
Məhkəmə qərarları › İş №1(032)-44/2024
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №1(032)-44/2024
21.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver