Məhkəmə qərarları › İş №1(032)-45/2024

Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-45/2024

05.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-45/2024 05.06.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ saat 09:39-da Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs , Zərərçəkmiş şəxsin nümayəndəsi Şirvan şəhər X8 Bölməsinin rəisi, polis kapitanı Qanuni nümayəndə , Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Şirvan Regional Vəkil bürosunun vəkili Müdafiəçi , Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.2001-ci il tarixdə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Şirvan şəhəri F.Cavadov küçəsi ev 46 ünvanında qeydiyyatda olan, ünvan 1əbsetmənin əvvəli 14 oktyabr 2023-cü il tarixdən hesablanmaqla Şirvan şəhər Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli qərarı ilə “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128, 221.3 və 315-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Şirvan şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : Təqsirləndirilən şəxs qəsdən silah qismində istifadə etdiyi əşya ilə heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud zurətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması və özgənin əmlakının zədələnməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərərkətləri etmiş, hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmişdir. Belə ki, o, 14 oktyabr 2023-cü il tarixdə, saat 04:20 radələrində yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində Şirvan şəhəri, F.İsmayılov küçəsində yerləşən Şirvan şəhər Polis Şöbəsinin müvəqqəti avtomobil duracağının qarşısında ona söyüş söyməməsi, Şirvan şəhər Polis Şöbəsinin YPX-nın əməkdaşlarının xidməti fəaliyyətinə mane olmaması və avtomobil duracağından çıxması barədə xəbərdarlıq edən, xx.xx.2023-cü il tarixli növbətçilik cədvəlinə əsasən naryadda olan hakimiyyət nümayəndəsi qismində xidməti vəzifələrini yerinə yetirən Şirvan şəhər X16 Patrul Xidməti Bölüyünün manqa komandiri, polis baş serjantı Zərərçəkmiş şəxs ona irad tutmasından hiddətlənib sonuncunun qanuni tələblərini icra etməkdən boyun qaçırmaq məqsədi ilə ictimai qaydanı kobud surətdə pozaraq, səs-küy salıb heç bir əsaslı səbəb olmadan ictimai qaydaya, insanlar arasında təşəkkül tapmış adətlərə, davranış və birgəyaşayış qaydalarına qarşı etinasızlıq göstərməklə, cəmiyyətə açıqca hörmətsizlik ifadə edib yerdən götürdüyü daş ilə Zərərçəkmiş şəxs üz nahiyəsinə bir dəfə vuraraq və sol əlindən dişləyib zor tətbiq edərək müqavimət göstərib sonuncuya “üst dodağın sağ yarısının qırmızı haşiyəsində və iç səthində əzilmiş-cırılmış yara, sol əl İ-İİ barmaqlarası sahədə qançır” kimi dərəcəsinə görə sağlamlığa yüngül zərərvurmaya aid edilən bədən xəsarətləri yetirməklə Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuş, avtomobil duracağının qarşısında olan digər polis əməkdaşlarının üzərində zor tətbiq edilməsi hədəsi ilə habelə özgənin əmlakının zədələnməsi ilə müşayiət olunan hərəkətlər etməklə özünün şəxsiyyətini başqa şəxslərin fövqində qoyaraq, hadisə yerində olan digər polis əməkdaşlarını söyüb təhqir etməklə Zərərçəkmiş şəxs bədən xəsarəti yetirdiyi daşdan silah qismində istifadə etməklə Azərbaycan Respublikası DİN-nin Şirvan şəhər Polis Şöbəsinin balansında olan “Fiat Doblo” markalı, **-AP-*** dövlət qeydiyyat nişanlı patrul avtomobilinin sol arxa qapının pəncərə şüşəsinə atıb sındıraraq avtomobilə 140 (yüz qırx) manat məbləğində maddi ziyan vurmaqla ictimai qaydanın, həmçinin Şirvan şəhər Polis Şöbəsinin iş fəaliyyətinin 30 dəqiqə ərzində pozulmasına və əmlakının zədələnməsinə səbəb olan qərəzli hərəkətlərə yol verməklə hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən zor tədbiq edib müqavimət göstərərək qəsdən sağlamlığa yüngül zərərvurmaya aid edilən bədən xəsarətləri yetirməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tədbiq olunması ilə, habelə özgənin əmlakının zədələnməsi ilə müşayiət edilən xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona Azərbaycan Respublikasının CM-in 128-ci, 221.3-cü və 315-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 02.30 radələrində qardaşı X9 və dostu Şahid5 ilə birlikdə sonuncunun avtomobillə hərəkətdə olan zaman polis əməkdaşları saxla işarəsi vermiş, sürücü Rafiq Sarıyevin sərxoş vəziyyətdə olmasını görüb avtomobilin duracağa yerləşdirilməli olduğunu bildirmişlər. Spirtli içki içdiyi üçün özü də sərxoş olmuşdur. Şirvan şəhər Polis Şöbəsinin duracağında olarkən polis əməkdaşları onu avtoduracaqdan çölə çıxaran zaman özünü narahat hiss etdiyindən çıxmamaq istəməmişdir. Əsəbi olduğundan həmin vaxt nalayiq ifadələr işlətmişdir. Polis əməkdaşları onu çıxaran zaman başı Zərərçəkmiş şəxs sifətinə dəymiş, avtomobilə mindirilən zaman isə ayağı avtomobilin şüşəsinə dəymiş və sınmışdır. O, Zərərçəkmiş şəxs qəsdən xəsarət yetirməmiş, təsadüfən başı Zərərçəkmiş şəxs sifət nahiyyəsinə dəymişdir. Narkotik vasitə ümumiyyətlə istifadə etməmişdir. Spirtli içkinin təsirindən hadisə zamanı sərxoş vəziyyətdə olmuşdur. Hadisə baş verən zaman əlində daş olmamış, daşdan istifadə etməmişdir. Zərərçəkmiş şəxs sifət nahiyyəsinə sonuncu onun qolundan tutmaq istəyən zaman başı dəymişdir. Polis şöbəsinə məxsus avtomaşının arxa sol yan şüşəsi isə polis əməkdaşları onu avtomobilə mindirən ayağının dəyməsi nəticəsində qırılmışdır. Özünü xuliqanlıq əməli törətməkdə təqsirli bilir, lakin həmin vaxt daş tətbiq etməmişdir. Odur ki, qeyd olunan halların nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 04:20 radələrində Şirvan şəhər Polis Şöbəsinin PPXB-nın polis nəfərləri, polis serjantı X10, PPXB-nın, polis baş serjantı Şahid1 və polis baş serjantı X11 ilə birlikdə Şirvan şəhər ərazisində xidmətdə olduqları zaman Şirvan şəhər Polis Şöbəsinin DYPB-nin YPX-nın baş inspektoru, polis leytenantı Şahid4 və DYPB-nin YPX-nın inspektoru, polis baş serjantı Mayıl Yusifov rabitə vasitəsilə Şirvan şəhəri, “kənd evləri” adlanan ərazidə olduqlarını, bir neçə vətəndaşın polisin qanuni əmrinə tabe olmadıqlarını və kömək lazım olduğunu bildirmişlər. Özünün idarə etdiyi, Şirvan şəhər polis şöbəsinin balansında olan “Fiat Doblo” markalı **-AP-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin əraziyə getmişlər. Həmin əraziyə çatan zaman YPX əməkdaşlarının “Kia Rio” markalı **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobili saxladıqlarını və sürücü Şahid5, digər şəxslər X3 və Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə olduğunu görmüşlər. Daha sonra Şahid5 idarə etdiyi avtomobili müşayiət edərək Şirvan şəhər Polis Şöbəsinin yaxınlığında yerləşən müvəqqəti avtomobil duracağının yaxınlığına gətirmişlər. Həmin ərazidə YPX əməkdaşları Şahid5 sərxoş olması səbəbindən protokol tərtib etmiş və avtomobilin duracağa yerləşdirilməli olduğunu bildirmişdir. Bu zaman Təqsirləndirilən şəxs və Saqif Eyvazov buna etiraz etmiş və avtomobili aparmaq istədiklərini demişlər. Həmin şəxslərə YPX əməkdaşlarına mane olmamasını bildirsələr də, buna məhəl qoymamışdır. Belə ki, Təqsirləndirilən şəxs nalayiq ifadələr işlədərək səs-küy salmışdır. O, Elşad Nağıyev, Şahid1 və X17 Eyvazovu nizamintizama dəvət edən zaman Raqib yerdən götürdüyü əlində olan daşla onun sifət nahiyəsinə vurmuşdur. Zərbənin təsirindən onun dodağı qanamışdır. Raqibi tutmaq istəyən zaman Raqib onun əlini dişləmişdir. O və digər polis əməkdaşları Raqibin qolundan tutmaq istəyən zaman isə Raqib əlində olan daş parçasını “Fiat Doblo” markalı, **-AP-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol yan şüşəsinə atmışdır. Nəticədə avtomobilin arxa sol yan şüşəsi qırılmışdır. Bundan sonra o və digər polis əməkdaşları Raqibi, Saqifi və Raqifi polis şöbəsinə gətirmişlər. Polis şöbəsində Növbətçi Hissənin qarşısında Raqib yenidən nalayiq söyüşlər söyərək onları təhqir etmişdir. Raqibi, Saqifi və Raqifi polis şöbəsinə təhvil verdikdən sonra xidməti ərazilərinə geri qayıtmışlar. Təqsirləndirilən şəxslə barışmamış, ondan şikayətçidir . Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş Şirvan şəhər Polis Şöbəsinin rəisinin şəxsi heyətlə iş üzrə köməkçisi X7 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə, təxminən saat 04 radələrində Rafiq Sarıyevin avtomobili “Kənd evləri” ərazisində saxlanılmış və sonuncunun sərxoş vəziyyətdə avtomobili idarə etməsi aşkar olunmuşdur. Hadisə yerinə PPXB-nin növbətçi əməkdaşları cəlb edilmiş daha sonra avtomobil və avtomobildə olan sərnişinlər Şirvan şəhər Polis Şöbəsinin avtoduracağına gətirilmişdir. Avtoduracağa gətirildikdən sonra Rafiq Sarıyev barəsində qanunamüvafiq tədbirlər görülərək sonuncunu alkotester müayinəsindən keçirmişlər. Daha sonra barəsində Azərbaycan Respublikası İXM-nın müvafiq maddəsi ilə protokol tərtib edilmişdir. Daha sonra DYPB-nin əməkdaşları Mayıl Yusifov və Şahid4 Rafiq Sarıyevin avtomobilinin duracaqda qalmasını bildirdikdə Rafiq Sarıyev və onun avtomobilində olan sərnişinlər Təqsirləndirilən şəxs və Saqif Eyvazov buna etiraz edərək avtomobilin duracaqdan götürülməməsini bildirmişlər. Həmin zaman Şahid4 sürücüdən başqa kənar şəxslərin avtoduracaqdan çıxarılmasını PPXB-nin əməkdaşlarına əmr etmişdir. Təqsirləndirilən şəxs avtoduracaqdan çıxarılan zaman səs-küy salmış və polis əməkdaşlarına qarşı nəlayiq ifadələr işlətmişdir. Daha sonra Raqib yerdən daş götürərək Zərərçəkmiş şəxs sifət nahiyyəsinə vurmuş, Zərərçəkmiş şəxs Raqibin qolundan tutmaq istəyən zaman əlini dişləmişdir. Sonra əlindəki daşı PPXB-nin xidməti avtomobili olan **-AP-*** dövlət qeydiyyat nişanlı, “Fiat Doblo” markalı avtomobilin arxa sol yan şüşəsini sındırmışdır. Bununla da Şirvan şəhər Polis Şöbəsinin mülkiyyətində olan avtomobilə 140 manat məbləğində maddi ziyan dəymişdir. Təmsil etdiyi qurumun nüməyəndəsi kimi təqsirləndirilən şəxslə barışmamışdır, ondan şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi X7 iş yerini dəyişməklə başqa işə keçməsi ilə əlaqədar zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanınmış Şirvan şəhər X8 Bölməsinin rəisi, polis kapitanı Qanuni nümayəndə göstərmişdir ki, Təqsirləndirilən şəxs yaxın qohumları tərəfindən vurulmuş maddi ziyan ödənilsə də Təqsirləndirilən şəxs tərəfindən Şirvan şəhər Polis Şöbəsinin əmlakına maddi və əməkdaşına vurulmuş fiziki zərər ümumilikdə icra hakimiyyətinə mənsub olmaqla vahid mərkəzləşdirilmiş hüquq-mühafizə orqanı olan polis orqanlarının işgüzar fəaliyyətinə və nüfuzuna qarşı yönəlmiş addım olduğundan təmsil etdiyi qurumun nüməyəndəsi kimi təqsirləndirilən şəxslə barışmamışdır, ondan şikayətçidir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid1 Ağmirzə oğlu göstərdi ki, xx.xx.2023-cü il tarixdə, saat 04:20 radələrində Şirvan şəhər Polis Şöbəsinin PPXB-nın manqa komandiri, polis baş serjantı Zərərçəkmiş şəxs, PPXB-nın polis nəfərləri, polis baş serjantı X10 və polis baş serjantı X11 ilə birlikdə Şirvan şəhər ərazisində xidmətdə olduqları zaman Şirvan şəhər Polis Şöbəsinin DYPB-nin YPX-nın əməkdaşları rabitə vasitəsilə kömək lazım olduğunu bildirmişlər. Həmin əraziyə çatan zaman YPX əməkdaşlarının “Kia Rio” markalı **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobili saxladıqlarını və sürücü Şahid5 həmçinin sonuncunun yanında olan X3 və Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə olduğunu görmüşlər. Daha sonra Şahid5 idarə etdiyi avtomobili müşayiət edərək Şirvan şəhər Polis Şöbəsinin yaxınlığında yerləşən müvəqqəti avtomobil duracağının yaxınlığına gətirmişlər. Təqsirləndirilən şəxs nalayiq ifadələr işlədərək səs-küy salmışdır. O, Zərərçəkmiş şəxs və X17 Eyvazovu nizam-intizama dəvət edən zaman Raqib yerdən daş parçası götürərək Salehin sifət nahiyəsinə vurmuşdur. Zərbənin nəticəsində Salehin dodağı qanamış, o və digər polis əməkdaşları Raqibin qolundan tutmaq istəyən zaman isə Raqib əlində olan daş parçasını “Fiat Doblo” markalı **-AP-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol yan şüşəsinə atmışdır. Nəticədə avtomobilin arxa sol yan şüşəsi qırılmışdır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X10 göstərdi ki, xx.xx.2023-cü il tarixdə, saat 04:20 radələrində Şirvan şəhər H.Əliyev prospektində xidmətdə olduqları zaman Şirvan şəhər Polis Şöbəsinin DYPB-nin YPX-nın əməkdaşları rabitə vasitəsilə Şirvan şəhəri, “kənd evləri” adlanan ərazidə olduqlarını, bir neçə vətəndaşın polisin qanuni əmrinə tabe olmadıqlarını və kömək lazım olduğunu bildirmişlər. Onlar da Zərərçəkmiş şəxs idarə etdiyi “Fiat Doblo” markalı **-AP-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin əraziyə getmişlər. Həmin əraziyə çatan zaman YPX əməkdaşlarının “Kia Rio” markalı **- BR-*** dövlət qeydiyyat nişanlı avtomobili saxladıqlarını və sürücü Şahid5 , onun yanında olan X3 və Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə olduğunu görmüşlər. Daha sonra Şahid5 idarə etdiyi avtomobili müşayiət edərək Şirvan şəhər Polis Şöbəsinin yaxınlığında yerləşən müvəqqəti avtomobil duracağının yaxınlığına gətirmişlər. Həmin ərazidə YPX əməkdaşları Şahid5 sərxoş olması səbəbindən protokol tərtib etmiş və avtomobilin duracağa yerləşdirilməli olduğunu bildirmişdir. Bu zaman Təqsirləndirilən şəxs və Saqif Eyvazov buna etiraz etmiş və avtomobili aparmaq istədiklərini demişlər. Onlar həmin şəxslərə YPX əməkdaşlarına mane olmamasını bildirsələr də, Təqsirləndirilən şəxs nalayiq ifadələr işlədərək səs-küy salmışdır. O, Zərərçəkmiş şəxs, Şahid1 və X15 nizamintizama dəvət edən zaman Raqib yerdən daş parçası götürərək Salehin ağız nahiyəsinə vurmuşdur. Zərbənin nəticəsində Salehin dodağı qanamışdır. Saleh Raqibi tutmaq istəyən zaman Raqib Salehin əlini dişləmişdir. O və digər polis əməkdaşları Raqibin qolundan tutmaq istəyən zaman isə Raqib əlində olan daş parçasını bilərəkdən “Fiat Doblo” markalı **-AP-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol yan şüşəsinə atmışdır. Nəticədə avtomobilin arxa sol yan şüşəsi qırılmışdır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid3 göstərdi ki, o, meyvətərəvəz alveri ilə məşğul olur. 14 oktyabr 2023-cü il tarixdə gecə radələrində ona məxsus olan avtomobil ilə Sabirabad rayonundan yük gətirən zaman Şirvan şəhər Polis şöbəsinin yolunda çoxlu maşınların və adamların olduğunu görmüş, maşınla keçməyə yer olmadığına görə avtomobili yolun qırağında saxlamışdır. Həmin vaxt təqsirləndirilən şəxsin sərxoşluğu müəyyən olunmuşdur. Hadisədən xeyli vaxt keçdiyinə görə hadisənin necə olması tam olaraq yadında qalmamışdır, hadisə vaxtında orada başqa mülki şəxslərin olması yadında deyil. Təqsirləndirilən şəxsin kimisə döyməsini görməsini xatırlamir. Polis əməkdaşlarının onu sakitləşdirə bilmədiyini görmüş, Şirvan şəhər Polis Şöbəsinin duracağına girdikdən sonra səs-küy eşitmişdir. Şirvan şəhər Polis Şöbəsində ona qarşı hər hansı fiziki və ya psixi təsir olmamışdır. Şahid3 sonda ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi. İbtidai araşdırma zamanı isə şahid qismində ifadə vermiş Şahid3 göstərmişdir ki, 14 oktyabr 2023-cü il tarixdə, saat 04 radələrində ona məxsus "VAZ 2106” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Şirvan şəhər Polis Şöbəsinin yanından Şirvan Regional Ədliyyə İdarəsi istiqamətində getmişdir. Həmin vaxt "Elit" ticarət mərkəzinə meyvə yeşikləri aparmışdır. Meyvə-tərəvəz alveri ilə məşğul olmuşdur. Həmin gün ona Sabirabad rayonu, Həşimxanlı kəndindən meyvə-tərəvəz göndərilmişdir. "Elit" ticarət Mərkəzində satışa hazırlıq həmin saatlarda başladığından həmin vaxt ticarət mərkəzinə getmişdir. Şirvan şəhər X13 şəhər mərkəzi xəstəxanası yolunda yerləşən müvəqqəti duracağının yanında xeyli sayda polis əməkdaşının yığışmasını görmüşdür. Hadisə diqqətini cəlb etdiyindən avtomobilini Şirvan şəhər prokurorluğunun yaxınında saxlayaraq avtomobildən enmişdir. Polis şöbəsinin duracağının qapısı açıq vəziyyətdə olmuşdur. Orada yol polisi əməkdaşlarının kiməsə cərimə yazdığını, həmin vaxt cavan yaşlı, orta boylu bir nəfər şəxsin qışqırdığını görmüşdür. Həmin şəxs polis əməkdaşlarından birinin üzərinə cumaraq şebelli hissədən götürdüyü daşla polis əməkdaşının sifətinə vurmuşdur. Bundan sonra yol polisi əməkdaşlarından biri "Salehə kimsə vurdu” deyə qışqırmışdır. Saleh adlı şəxsi və hadisəni törədəni yalnız üzlə tanıya bilmişdir. Hadisədən sonra polis əməkdaşları həmin şəxsi zərərsizləşdirmək istəyərkən həmin şəxs əlindəki daşı post patrul xidməti avtomobilinin sol yan arxa hissəsinə çırpmışdır. Bundan sonra həmin şəxs polis əməkdaşları tərəfindən avtomobilə salınmışdır. Polis əməkdaşları ona hadisə yerindən uzaqlaşmağı barədə əmr etdiyindən avtomobilinə əyləşərək getmişdir. Məhkəmə iclasında əlavə şahid qismində ifadə vermiş Şahid5 göstərdi ki, O, Şirvan şəhər Polis Şöbəsinin duracağında olan hadisəni görmüşdür. Polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra avtomobil Şirvan şəhər Polis Şöbəsinin duracağına aparılmış, orada olan zaman səs-küy eşitmiş, həmin tərəfə baxdıqda dostu Raqibin polislər tərəfindən tutulduğunu görmüşdür. Raqib avtomobilin saxlanılmasına görə etiraz etdiyinə görə 2 nəfərdən artıq polis əməkdaşının onu tutduğunu, Raqibin ürəyi sıxıldığına görə onların əlindən çıxmaq istədiyini görmüş, qışqırdığını eşitmişdir. Raqibin polis əməkdaşını vurmasını, polis avtomobilinin şüşəsinin sınması anını görməmişdir. O, yanlız duracağın içərisində olan hadisələri görmüşdür. Məhkəmə iclasında əlavə şahid qismində ifadə vermiş Şahid4 göstərdi ki, xx.xx.2023-cü il tarixdə gecə saatlarında “Kia Rio” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilin işıq cihazlarından düzgün istifadə etməyərək hərəkətdə olduğunu aşkar etmişlər. Dərhal həmin avtomobilə saxla əmri vermiş və avtomobilin sürücüsü maşını yolun sağ hissəsində saxlayaraq avtomobildən düşmüşdür. Sürücünün avtomobilində sərnişin qismində əyləşmiş Təqsirləndirilən şəxs onun qonşuluğunda yaşadığından ona onları buraxmalarını bildirmişdir. Həmin zaman gecə vaxtı olduğu üçün mübahisə yaranacağını hiss etmiş və rabitə vasitəsilə Şirvan Şirvan şəhər Polis Şöbəsinin PPXB-nin növbətçi qrupunun olduqları yerə gəlməsini bildirmişdir. Sürücü barəsində protokol tərətib edilərkən PPXB-nin əməkdaşlarına sürücüdən başqa kənar şəxslərin avtoduracaqdan çıxarılmasını bildirmişdir. Həmin zaman Zərərçəkmiş şəxs, Elşad Nağıyev, Şahid1 və X17 Eyvazova avtoduracaqdan çölə çıxmasını və polisin qanuni tələblərinə riayət etməsini bildirmişlər. Lakin Təqsirləndirilən şəxs onun ünvanına nalayiq ifadələr işlədərək səs-küy salmağa başlamışdır. Zərərçəkmiş şəxs və digər PPXB-nin əməkdaşları Raqibin qolundan tutaraq avtoduracaqdan çölə çıxarmağa çalışmışlar. Həmin anda Təqsirləndirilən şəxs nalayiq ifadələr işlətməyə davam etmişdir. Raqifin yerdən daşı götürməsini görməsə də, əlində daşın olmasını görmüşdür və Zərərçəkmiş şəxs daşla sifətinə vurduğunu bildirmişdir. Saleh Raqibi tutub sakitləşdirmək istəyən zaman Raqib Salehin əlini dişləmişdir. Həmin zaman həmin şəxslərə yaxınlaşmış, Raqib heç cür sakitləşməmişdir. Raqib əlindəki daşı PPXB-nin xidməti avtomobili olan “Fiat Doblo” markalı, **-AP-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol yan şüşəsinə atmış və şüşəni sındırmışdır. Raqibin atası onunla qonşuluqda yaşadığından bir neçə dəfə telefon vasitəsi ilə və üzbəüz görüşmüşlər. Həmin şəxs oğlu Raqibin tutulacağı təqdirdə özünü öldürəcəyini dediyindən o, danışıqlarda onu razı salmaq üçün yayındırıcı söhbətlər etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş : xx.xx.2023-cü il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan və qərardan” görünür ki, Təqsirləndirilən şəxs azadlığı 14 oktyabr 2023-cü il tarixdə, saat 06:00 dəqiqədən məhdudlaşdırılmış, 14 oktyabr 2023-cü il tarixdə, saat 13:00-da şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi icraata qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli 263 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs yüngül dərəcəli alkoqol sərxoşluğu müəyyən olunmuşdur. Şirvan "xxxx" Müəssisəsinin mütəxəssisi F.M.Ələkbərovun xx.xx.2023-cü il tarixli rəy aktından görünür ki, “Fiat-Doblo” markalı, **-AP-*** dövlət nömrə nişanlı avtomobilin qəza zamanı 1 ədəd sol yan arxa qapı şüşəsi 100 manat məbləğində, armatur işi 20 manat, dəmirçi işi 20 manat, beləliklə, ümumilikdə 140 manat məbləğində maddi ziyan dəymişdir. xx.xx.2023-cü il tarixli nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, “Fiat-Doblo” markalı, **-AP-*** dövlət nömrə nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı avtomobilin işlək vəziyyətdə olması, avtomobilin sol arxa yan güzgüsünün sınıq vəziyyətdə olması, sındırılmış arxa yan şüşənin qırıntıları avtomobilin arxa oturacaq hissəsinə yayılmışdır. Avtomobilin digər şüşələrində, həmçinin digər hissələrində deformasiya və ya sındırlan göstərən iz aşkar olunmamışdır. xx.xx.2023-cü il tarixli nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, ünvan 2 ünvanında yerləşən Şirvan şəhər Polis Şöbəsinin avtomobilin duracağının qarşısı və avtomobil duracağına baxış keçirilmişdir. Baxış zamanı baxışda iştirak edən Elşad Nağıyev bildirmişdir ki, Təqsirləndirilən şəxs polis şöbəsinin avtomobil duracağının daxilində yerdən götürdüyü daşla avtomobil duracağının qapısının yanında polis əməkdaşı Zərərçəkmiş şəxs ağız nahiyyəsinə vuraraq xəsarət yetirmiş, bundan sonra həmin daşı “Fiat Doblo” markalı **-AP-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol yan şüşəsinə vuraraq sındırmışdır. Hadisə zamanı Zərərçəkmiş şəxs dodaq nahiyyəsi partlamış və axan qan duracağın qapısına sıçramışdır. “Kia Rio” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilin avtomobil duracağına olması görünür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X6” X19 canlı şəxsin ekspertizasına dair xx.xx.2023-cü il tarixli, 545 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar olunan xəsarətlər-üst dodağın sağ yarısının qırmızı haşiyəsində və iç səthində əzilmiş-cırılmış yara, sol əl İ-İİ barmaqlararası sahədə qançır-küt əşya təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən tarixdə əmələ gələ bilərdi. Qeyd olunan xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. xx.xx.2023-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır. xx.xx.2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, CD diskin içərisində 2 videogörüntü vardır. 1-ci videogörüntüyə daxil olduqda - həmin videogörüntü xx.xx.2023-cü il saat 04:25 tarixini əhatə edir. Həmin videogörüntüdə Şahid5 spirtli içki qəbul etdiyini etiraf edir. 3-cü videogörüntüyə daxil olduqda həmin görüntünün 05:00 dəqiqə olduğu əks olunur. Həmin görüntü də xx.xx.2023-cü il tarixdə saat 04:10-dan etibarən qeydə alınmışdır. Orada Şahid4 kiməsə irad bildirir. Yaxınlıqda PPXB-nın polis nəfərləri Elşad Nağıyev və Şahid1 var. Orada Şahid5 avtomobilində hər hansı əşyanın olub-olmaması protokollaşdırılır və bu barədə Şahid5 soruşulur. O YPX əməkdaşı Mayıl Yusifovdan ona kömək etməsini xahiş edir. Baxışla müəyyən olunmuşdur ki. qeyd edilən görüntülər 14 oktyabr 2023-cü il tarixdə saat 04:20 radələrində X4 törətdiyi xuliqanlıq hərəkətlərinin başlanmasını və sonunu əhatə edir. Videogörüntüdə PPX avtomobilinə əyləşdirilməsinə ehtimal olunan şəxs Təqsirləndirilən şəxsdur və avtomobilin şüşəsi onun tərəfindən partladılmışdır. xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(032)-280/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 14 oktyabr 2023-cü il tarixdən hesablanmaqla 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. xx.xx.2023-cü il tarixli cinayət istintaq aidiyyəti üzrə göndərilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 221.3-cü və 315-ci maddələrinə tövsif edilmişdir. xx.xx.2023-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 221.3-cü və 315-ci maddələri ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə Şirvan şəhər Polis Şöbəsi zərərçəkmiş şəxs qismində tanınmışdır. xx.xx.2023-cü il tarixli Şirvan şəhər Polis Şöbəsinin rəisi Fizuli Əhmədov tərəfindən verilmiş etibarnamədən görünür ki, Şirvan şəhər Polis Şöbəsinin rəisinin şəxsi heyətlə iş üzrə köməkçisi, polis mayoru X7 Azərbaycan Respublikası CM-nin 221.3-cü və 315-ci maddələri ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə Şirvan şəhər X8 orqanında , birinci,apellyasiya və kassasiya məhkəmələrində təmsil etmək hüququna malikdir. Etibarnamə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək qüvvədədir. xx.xx.2023-cü il tarixli zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanınma haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Şirvan şəhər Polis Şöbəsinin rəisinin şəxsi heyətlə iş üzrə köməkçisi, polis mayoru X7 zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanınmışdır. xx.xx.2024-cü il tarixli Şirvan şəhər Polis Şöbəsinin rəisi Fizuli Əhmədov tərəfindən verilmiş etibarnamədən görünür ki, Şirvan şəhər X8 Bölməsinin rəisi, polis kapitanı Qanuni nümayəndə Azərbaycan Respublikası CM-nin 128-ci, 221.3-cü və 315-ci maddələri ilə məhkəmə istintaqı aparılan cinayət işi üzrə Şirvan şəhər Polis Şöbəsinin səlahiyyətli nümayəndəsi qismində həmin iş üzrə polis şöbəsini təmsil etmək hüququna malikdir. Etibarnamə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək qüvvədədir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şirvan şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 127.2.3cü və 221.2.1-ci maddələri ilə təqsirli bilinərək CM-nin 66.2-ci maddəsinə əsasən qəti olaraq 01 il 08 ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2021-ci ildə cəza müddəti başa çatmış, hazırda məhkumluğu olmayan şəxsdir. Şirvan şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 7514 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 4 ünvanda qeydiyyatdadır . Ailə tərkibi 1975-ci il təvəllüdlü atası X5 və 2003-cü il təvəllüdlü qardaşı X1 ibarətdir. Şirvan şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs adına verilmiş xx.xx.2023-cü il tarixli 727 nömrəli xasiyyətnamədə göstərilir ki, onun barəsində şəhər nümayəndəliyinə yazılı və şifahi məlumat daxil olmamışdır. «Şirvan şəhər mərkəzi xəstəxanası» X19 xx.xx.2023-cü il tarixli, 18-1-35/2- 1120/2023 nömrəli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs ŞMX-nın ruhi-əsəb, narkoloji kabinetlərində qeydiyyatda yoxdur. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci, 221.3-cü və 315-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddələr ilə yenidən ittiham elan edilmişdir. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, məhkəmə-tibbi ekspertizasının rəyi, habelə istintaq hərəkətlərinin protokolları işin faktiki hallarına uyğun gəldikləri və iş materialları ilə tamamlandığı üçün iş üzrə sübut növü kimi qiymətləndirilmişdir. xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, “Fiat-Doblo” markalı, **-AP- *** dövlət nömrə nişanlı avtomobilə dəymiş ziyan məbləği 140 manat pul Təqsirləndirilən şəxs vəkili Müdafiəçi tərəfindən ödənilmişdir. Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmamış, qanuni və ədalətli qərar qəbul olunmasını xahiş etmişdir . Zərərçəkmiş şəxsin nümayəndəsi Şirvan şəhər X8 Bölməsinin rəisi, polis kapitanı Qanuni nümayəndə xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən vurulmuş maddi ziyan ödənməsinə baxmayaraq onun tərəfindən Şirvan şəhər Polis Şöbəsinin əmlakına maddi və əməkdaşına vurulmuş fiziki zərər ümumilikdə icra hakimiyyətinə mənsub olmaqla vahid mərkəzləşdirilmiş hüquq-mühafizə orqanı olan polis orqanlarının işgüzar fəaliyyətinə və nüfuzuna qarşı yönəlmiş addım olduğundan təmsil etdiyi qurumun nüməyəndəsi kimi Təqsirləndirilən şəxs şikayətin davam etdiyini və keçiriləcək bütün məhkəmə iclaslarında bu mövqedən çıxış edəcəyini bəyan edir. Məhkəmə iclasında cinayət işi materiallarına əlavə edilmiş DYPB-dən təqdim olunmuş videoçəkilişə baxış keçirimişdir. Videoçəkilişdən görünür ki, CD diskin içərisində 2 videogörüntü vardır. 1-ci videogörüntüyə daxil olduqda - həmin videogörüntü xx.xx.2023cü il saat 04:25 tarixini əhatə edir. Həmin videogörüntüdə Şahid5 spirtli içki qəbul etdiyini etiraf edir. 2-ci videogörüntüyə daxil olduqda həmin görüntünün 05:00 dəqiqə olduğu əks olunur. Həmin görüntü də xx.xx.2023-cü il tarixdə saat 04:10-dan etibarən qeydə alınmışdır. Orada Şahid4 kiməsə irad bildirir. Yaxınlıqda PPXB-nın polis nəfərləri Elşad Nağıyev və Şahid1 var. Orada Şahid5 avtomobilində hər hansı əşyanın olub-olmaması protokollaşdırılır və bu barədə Şahid5 soruşulur. O YPX əməkdaşı Mayıl Yusifovdan ona kömək etməsini xahiş edir. Baxışla müəyyən olunmuşdur ki. qeyd edilən görüntülər 14 oktyabr 2023-cü il tarixdə saat 04:20 radələrində X4 törətdiyi xuliqanlıq hərəkətlərinin başlanmasını və sonunu əhatə edir. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, bu cür ifadə özünü müdafiə xarakteri daşıyır,cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür və işin faktiki hallarına uyğun gəlmir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən Təqsirləndirilən şəxs qismən etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin, zərərçəkmiş şəxsin nümayəndəsinin və şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməllərinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar mövcud deyildir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin : 221.3-cü maddəsinə əsasən bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda - iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 221.3-cü maddəsinin məzmunundan görünür ki, şəxsin CM-nin 221.3-cü maddəsi ilə məsuliyyətə cəlb edilməli olması haqqında nəticəyə gəlmək, yəni törədilmiş əməlin göstərilən maddə ilə tövsif edilməsi üçün aşağıdakı üç halın birgə mövcudluğu müəyyən edilməlidir : - əməlin xuliqanlıq cinayətinin əlamətlərini özündə ehtiva etməsi (CM-nin 221.1-ci maddəsi), yaxud xuliqanlığın tövsifedici əlamətlərlə törədilməsi (CM-nin 221.2-ci maddəsi); - belə əməllərin törədilməsi zamanı silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməsi; - şəxsin 2-ci bənddə göstərilən əşyalardan istifadə etməklə zərər çəkmiş şəxsə zor tətbiq etməsi, yaxud özgənin əmlakını məhv etməsi və ya zədələməsi. «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 nömrəli Qərarının tövsiyyəsinə görə, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ilə olunan hərəkətlər başa düşülür. Xuliqanlıq - öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər - təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgə yaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər - təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 saylı qərarının tövsiyyəsinə görə, şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Bundan başqa, xuliqanlıq hərəkətlərinin odlu silah, soyuq silah, habelə silah qismində istifadə edilə bilən əşyaların tətbiqi və yaxud tətbiqinə cəhd edilməsi, təqsirkar şəxsin əməlinin Cinayət Məcəlləsinin 221.3-cü maddəsilə tövsif edilməsi üçün əsasdır. Xüsusilə qərəzli xuliqanlığa görə məsuliyyət nəzərdə tutan Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin mənasına görə silah dedikdə hücum və ya müdafiə üçün uyğunlaşdırılmış texniki cəhətdən yararlı olan vasitələrin məcmusu başa düşülür. Burada cinayət qanunu ilə qadağan edilib edilməməsindən asılı olmayaraq, zavodda və ya kustar üsulla hazırlanmış odlu və soyuq silah, həmçinin qaz silahı aid edilir. Digər əşyalar dedikdə isə silah olmayan lakin silah kimi istifadə edilə bilən predmet (dəyənək, kərpic, dəmir çubuq, zəncir, çəkic və s.) başa düşülür. CM-nin 315-ci maddəsində göstərilən müqavimət göstərmə xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar hakimiyyət nümayəndəsinə qarşı fəal qanunazidd hərəkətlərin edilməsidir. Zor tətbiq etmə isə hakimiyyət nümayəndəsinə və ya onun yaxın qohumlarına qarşı təsir göstərmədir ki, belə təsir də həm fiziki, həm də psixi zorakılıq formasında təzahür edə bilər. Fiziki zor hakimiyyət nümayəndəsinin bilavasitə özünə və ya onun yaxın qohumlarına ünvanlanmış onların iradəsinə zidd elə bir qanunsuz fiziki təsir vasitəsidir ki, bu vasitələr hakimiyyət nümayəndəsinə müqavimət göstərmək, onu xidməti vəzifələrini icra etməkdən çəkindirmək, yaxud bu vəzifələri təqsirkar üçün əlverişli olan qanunsuz qayda və metodlarla icra etməyə məcbur etmək və sair məqsədinə xidmət etmiş olsun. CM-nin 315-ci maddəsində hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən tətbiq edilən zorun həyat və sağlamlıq üçün təhlükəli olub-olmaması halı dispozitiv şərt kimi nəzərdə tutulmamışdır. Lakin CM-nin 315-ci maddəsində cinayət məsuliyyətinə səbəb olan hakimiyyət nümayəndəsinə və ya onun yaxın qohumlarına qarşı tətbiq edilən zorun həyat və sağlamlıq üçün təhlükəli olmaması və ya təhlükəli olmasını ehtiva etməsi dispozitiv şərt kimi konkretləşmədiyindən, CM-nin 315-ci maddəsi göstərilən şəxslərə qarşı tətbiq edilən zor həm həyat və sağlamlıq üçün təhlükəli olmayan zoru, həm də həyat və sağlamlıq üçün təhlükəli olan zoru nəzərdə tutur. Məhkəmə törədilən əməllərin tövsifi məsələsində aşağıdakıları qeyd edir: Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün tövsif edilməmişdir, həmin əməllərin Cinayət Məcəlləsinin 221.3 və 315-ci maddələri ilə yanaşı, həm də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilməsi əsassızdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma əməli cinayət hesab edilir . “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 nömrəli Qərarının 4-cü bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında cinayətin obyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərin düzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilsin ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə, zərərçəkmiş şəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadə olunan hərəkətlərin edilməsi başa düşülməlidir. Bu zaman təqsirləndirilən şəxsin hərəkətləri Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tam əhatə olunduğundan əməlin əlavə olaraq 128 və ya 132-ci maddəsilə tövsif edilməsinə ehtiyac qalmır. Həmin Qərarın 8-ci bəndində göstərilmişdir ki, xuliqanlıq hərəkətlərinin odlu silah, soyuq silah, habelə silah qismində istifadə edilə bilən əşyaların tətbiqi və yaxud tətbiqinə cəhd edilməsi, təqsirkar şəxsin əməlinin Cinayət Məcəlləsinin 221.3-cü maddəsilə tövsüf edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 17-ci maddəsinin həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan “zor tətbiq etmə” və “həyat və ya sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə” müddəalarının əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2023-cü il tarixli Qərardadında göstərilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə müxtəlif ağırlıqda olan xəsarətləri və onların nəticələrini tamamilə əhatə etmək mümkün olmadıqda, həmin hərəkətlər cinayətlərin məcmusu qaydasında Məcəllənin müvafiq maddələri ilə tövsif edilməlidir. Əməlin cinayətlərin məcmusu kimi tövsif edildiyi bu kimi hallarda isə ümumi və xüsusi normalar arasında faktiki rəqabətin yaranmadığı, əksinə onların bir-birini tamamlayan müxtəlif normalar kimi çıxış etməsi nöqteyi-nəzərindən məsələyə Cinayət Məcəlləsinin 17.2-ci maddəsinin tələbləri baxımından qiymət verilməlidir. Belə ki, qanunverici Cinayət Məcəlləsinin 315-ci maddəsinin sanksiyasında (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) Məcəllənin 128 və 127.1-ci maddələri ilə müqayisədə daha ağır, Məcəllənin 127.2 və 126-cı maddələrinə münasibətdə isə daha yüngül cəza müəyyən etməklə, sağlamlığa yüngül zərər vurma və sağlamlığa az ağır zərər vurma ilə nəticələn halların yalnız Məcəllənin 315-ci maddəsi ilə tövsifini mümkün edir. Beləliklə, hazırki ittiham üzrə xuliqanlıq cinayəti və hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmə cinayəti törətmiş Təqsirləndirilən şəxs əməli 221.3-cü və 315-ci maddələri ilə tam əhatə olunduğu halda, bununla yanaşı əlavə olaraq onun əməlinin Azərbaycan Respublikası CM-nin 128ci maddəsi ilə tövsif edilməsi əsassız olmuşdur. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu “qəsdən sağlamlığa yüngül zərər vurma” cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü və 315-ci maddələri ilə tam əhatə olunduğundan onun əməli həmin CM-nin həmin maddələri ilə tövsif edilməli, CM-nin 128-ci maddəsi üzrə ittiham Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ümumi ittihamdan xaric edilməlidir. Cəza məsələsini müzakirə edərək məhkəmə aşağıdakılar qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin : 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islahetmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Qeyd olunan hüquq normalarının məna və mahiyyətinə, habelə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi və Ali Məhkəməsinin hüquqi mövqeyinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CM-in sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. İnsan Hüquqlarının və X2 Haqqında 3 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-nin 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-nin 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısnı almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsinin, iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olubolmamasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs Şirvan şəhər Polis Şöbəsinə vurulmuş maddi ziyanı ödəməklə dəymiş ziyanın ödənilməsini CM-nin 59.1.13-cü maddəsinə, yaşayış yerindən müsbət xarakterizə olunmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərək həmçinin aşağıdakı halları qeyd etməyi vacib hesab edir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4№-li qərarının 3-cü bəndində qeyd olunmuşdur ki,…məhkəmələr böyük ictimai təhlükə törətməyən və az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə cəza təyin edərkən qəsdin obyektinin ictimai qayda və dövlət hakimiyyətinin normal idarəetmə fəaliyyəti ilə əlaqədar yaranan ictimai münasibətlər təşkil etməsini, cinayət əməllərinin qəsdən törədilməsini və az ağır cinayətlər kateqoriyasına aid olması barədə cinayətlərin xarakterini nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 14 oktyabr 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır . Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.3-cü və 315-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut kimi Şirvan şəhər prokurorluğunda saxlanılan 1 ədəd daş hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, cinayət işinə əlavə edilmiş bir ədəd “CD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. İş üzrə 140 manat məbləğində maddi ziyanın zərərçəkmiş şəxs Şirvan şəhər Polis Şöbəsinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347-349, 351-353, 356-358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə Təqsirləndirilən şəxs elan edilmiş ittiham ümumi ittihamdan xaric edilsin . Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası CM-nin 315-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 14 oktyabr 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan Şirvan şəhər prokurorluğunda saxlanılan 1 ədəd daş məhv edilsin. İş üzrə 140 (yüz qırx) manat məbləğində maddi ziyanın zərərçəkmiş şəxs Şirvan şəhər Polis Şöbəsinə qaytarılması nəzərə alınsın. İş üzrə mülki iddianın olmaması nəzərə alınsın. Cinayət işinə əlavə edilmiş 01 (bir) ədəd “CD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar