Məhkəmə qərarları › İş №1(032)-47/2023

Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-47/2023

31.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-47/2023 31.08.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Saat 12:30 Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu DİMÜİ-nin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi X1, Zərərçəkmiş şəxsin hüquqi varisinin müdafiəçisi və nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs və müdafiəçisi - Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Şirvan şəhər Məhkəməsinin inzibati binasında xx xxxx 1984-cü il tarixdə Saatlı rayonu, Qolovino kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Salyan rayonu, Düzənlik kəndində qeydiyyatda olmaqla, Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsində yaşamış, barəsində Şirvan şəhər Məhkəməsinin 28 avqust 2022-ci il tarixli qərarı ilə «həbs» qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs, qəsdən, 25 avqust 2022-ci il tarixdə saat 15:50 radələrində Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsində, küçədə, ictimai qaydanı kobud surətdə pozaraq, səs-küy salıb, heç bir əsaslı səbəb olmadan, ictimai qaydaya, insanlar arasında təşəkkül tapmış adətlərə, davranış və birgəyaşayış qaydalarına qarşı etinasızlıq göstərməklə, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək, Zərərçəkmiş şəxs üzərində zor tətbiq olunması ilə müşayiət olunan hərəkətlər etməklə, özünün şəxsiyyətini başqa şəxsin fövqində qoyaraq, Zərərçəkmiş şəxs söyüb təhqir edərək yerdən götürdüyü silah qismində istifadə etdiyi daşla baş nahiyəsindən qəsdən bir dəfə vurmaqla onun baş nahiyəsinə “sol gicgahın sıyrığı” ilə nəticələnən dərəcəsi sağlamlığa zərər vurmayan bədən xəsarəti yetirmiş, bu səbəbdən hadisə yerinə çoxlu sayda vətəndaşların dalaşma səslərini eşidib toplaşmasına, həyəcanlanmasına, təhlükədə qalmasına gətirib çıxaran, ictimai qaydanın ümumilikdə 15 dəqiqə ərzində pozulmasına səbəb olan qərəzli hərəkətlərə yol verməklə xuliqanlıq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs tanıyır. Onunla münasibəti yaxşı olmuşdur. xx.xx.2022-ci il tarixdə, saat 15:50 radələrində işlədiyi Hacıqabul rayonu, Ağacanlı kəndində yerləşən balıq gölündən çıxıb yaşadığı Şirvan şəhəri, Hacıqəhrəmanlı kəndində yerləşən evinə gələn zaman həmin qəsəbədə yerləşən “Hacıqəhrəmanlı” marketə daxil olmuş, marketdən çörək alıb özünə məxsus olan “Honda” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilinə yaxınlaşmış, həmin vaxt onu arxadan Zərərçəkmiş şəxs səsləyərək çağırmışdır, geri çevrilmiş, Kamran ondan qardaşı Əfqanın yerini soruşmuş, Əfqanın yerini bilmədiyini Kamrana demiş və Əfqanı hansı səbəbə görə axtardığını soruşmuşdur, Kamranın spirtli içki qəbul etməsi və sərxoş vəziyyətdə olmasını onun davranışlarından və danışığından hiss etmişdir. Kamrandan sual soruşan kimi Kamran qardaşının ünvanına söyüşlər söymüş və qarın nahiyəsinə bir dəfə təpiklə vurmuşdur. Kamranın bacanağı Elşən və qaynı Elşən həmin vaxt onlardan təxminən 15-20 metr kənarda dayanmışdır. Kamran onu vuran kimi hər iki Elşən adlı şəxs onlara yaxınlaşmış və hərəsi onun bir qolundan tutaraq aralamış, Vüqar da Kamranın qolundan tutub Kamranı aralaşdırmışdır, aralaşdıqdan sonra Kamran yenidən onun və qardaşının ünvanına nalayiq ifadələr işlətmişdir. Elşəngilin yanından aralaşıb Kamranın yanına getmiş və yolun ehtiyat hissəsindən torpaq parçası götürüb Kamran tərəfə atmış, lakin atdığı torpaq parçası Kamrana dəyməmişdir, daha sonra Vüqar Kamranı, Şahid2 və Şahid1 isə onları əks tərəflərə çəkərək aralaşdırmış, yaşadığı evə getmiş, biraz sonra Şirvan şəhər Polis şöbəsinin əməkdaşları onun yaşadığı ünvana gəlmiş, ondan Kamranla dava edib etmədiyini soruşmuş, Kamranla arasında mübahisə olduğunu bildirmiş, polis əməkdaşları ona Kamranın ölməsi barədə deyənə qədər Kamranın ölməsindən məlumatı olmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X3 ifadəsində bildirdi ki, mərhum Zərərçəkmiş şəxs həyat yoldaşıdır. Təqsirləndirilən şəxs tanıyır. Kamranla Daşqının arasındakı münasibətlər təxminən hadisədən üç ay əvvəldən etibarən pisləşməyə başlamışdır. Hadisədən təxminən üç ay əvvəl həmkəndlisi Asifin toy mərasimindən bir gün qabaq Kamran və Daşqın bir yerdə toy axşamında olan zaman Daşqının qardaşı Əfqan bilmədiyi səbəbdən stolun üzərində olan çayniki Kamranın üzərinə atmış, çaynik Kamranın ağız nahiyəsinə dəymiş, Əfqanın bu hərəkətini görən qardaşı Daşqın da onların yanına gəlmiş və Əfqanla Daşqın birlikdə Kamranı döymüşdürlər. Davadan sonra Kamran yaşadıqları evə gəlmişdir. Evə gələn zaman Kamranın sifət nahiyəsində olan xəsarətləri görüb ondan nə hadisəsi olduğunu soruşmuş, Kamran da ona olanları bildirmişdir. Hadisədən təxminən iki gün sonra Kamran işləmək üçün Rusiya Federasiyasına getmiş, getdikdən təxminən 10 gün sonra geri qayıtmış, evdə bir gün qaldıqdan sonra yenidən Rusiya Federasiyasına qayıtmış, təxminən 20 avqust 2022-ci il tarixdə Kamran Rusiya Federasiyasından yaşadıqları Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsinə qayıtmışdır. 25 avqust 2022-ci il tarixədək olan müddətdə Kamran yaşadıqları evdə qalmışdır. Evdə olduqları müddətdə Kamranla həyətlərində yetişən üzümləri yığıb birlikdə gətirib Şirvan şəhərində yerləşən bazarda satmışdırlar. 25 avqust 2022-ci il tarixdə, saat təxminən 07 radələrində Kamranla hər gün olduğu kimi yuxudan oyandıqdan sonra həyətlərində yetişən üzümləri yığmağa başlamışlar, yığıb qurtardıqdan sonra Kamran üzümləri taxta yeşiklərə yığmış, yeşiklər kifayət etmədiyindən Kamrana qardaşı Şamildə yeşik olduğunu və ondan götürməsini demiş, 25 avqust 2022-ci il tarixdə, saat təxminən 14:30 radələrində Kamran qardaşı Şamilin yaşadığı evə getmiş, təxminən saat 15:00 radələrində Kamran qardaşı Şamilgildən götürdüyü dörd ədəd yeşiklə birlikdə yaşadıqları evə qayıtmışdır. Kamranın həyətə daxil olarkən hirsli olduğunu görüb ondan hansı səbəbə görə hirsli olduğunu soruşmuş, Kamran sualının qarşılığında ona “heçnə” cavabını vermiş, bundan sonra Kamranla birlikdə küçəyə çıxmış, küçədə olan zaman Təqsirləndirilən şəxs uzaqdan yəni, Hacıqəhrəmanlı kəndinin çıxışı istiqamətindən yaşadıqları ev istiqamətinə doğru qışqıra-qışqıra, ucadan ünvansız nalayiq söyüşlər söyəsöyə gəldiyini görmüş, bu zaman Kamran ona evə getməyini demiş, lakin Kamrana qulaq asmamış və evin qarşısında dayanmışdır. Kamran Təqsirləndirilən şəxs evləri istiqamətinə gəldiyini görüb özü də Daşqının olduğu istiqamətdə hərəkət etməyə başlamış, həmin vaxt darvazanın qarşısında dayanmış, Kamran Daşqına çatmağa 10 metr qalmış Daşqın cibindən bıçaq çıxarmış, Daşqın bıçağı bir neçə dəfə qabağa və arxaya yellədikdən sonra cibinə qoymuş, bunu görən Kamran Daşqına “mənə bıçaq çıxarırsan?” sözünü deyib Daşqının üzərinə getmişdir. Kamranın Daşqının üzərinə getdiyini görən Vüqar Kamranın yanına gəlmiş və Kamranı tutmuş, Daşqını da eyni qaydada qardaşı Elşən və bacısının həyat yoldaşı Elşən tutub saxlamağa çalışmış, onlar Daşqını aralaşdırmış, Vüqar da Kamranı geri çəkmişdir. Bu zaman Daşqın nalayiq söyüşlər söyə-söyə yerdən əlinin içi böyüklüyündə daş götürüb Kamrana tərəf atmış, daş Kamranın gicgah nahiyəsindən dəyərək yerə düşmüş, qardaşı Elşən və bacısının həyat yoldaşı Elşən dərhal Daşqının qoluna girib onu aralaşdırmış, Vüqar isə Kamranın qoluna girib onu ev istiqamətinə aparmağa başlamış, elə həmin vaxt Kamran Daşqının onu daşla vurması səbəbindən üzü üstə yerə yıxılmışdır. Kamran yıxılan zaman Vüqar Kamranın yanında olmuş, özü də Kamrana yaxınlaşmış, Kamranı Vüqarla birlikdə üzüyuxarı çevirmiş, hadisə yerinə çox sayda insanlar toplaşmış, bir neçə dəqiqə sonra isə Kamran hadisə yerində keçinmişdir. Təxminən 10 dəqiqə sonra polis əməkdaşları hadisə yerinə gəlmiş, X14 avtomobili hadisə yerinə gələn zaman isə artıq Kamran keçinmişdir. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir və ona ən ağır cəzanın verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs tanıyır. Kamran onun yeznəsidir. Təqsirləndirilən şəxs isə üzdən tanıyır. Onların hər ikisi ilə münasibəti yaxşı olmuşdur. 25 avqust 2022-ci il tarixdə, saat 15:50 radələrində həmkəndlisi Şahid1 ilə birlikdə Hacıqəhrəmanlı qəsəbəsində yerləşən polis məntəqəsinin qarşısında dayanan zaman yanlarından “VAZ 2106” markalı avtomobil keçmiş, həmin avtomobilin sürücüsü onlara əli ilə irəlini göstərərək orada iki nəfər şəxsin dava etdiyini demiş, o da həmin vaxt Şahid1 ilə birlikdə olduqları yerdən durub tanımadığı sürücünün göstərdiyi istiqamətə getmiş və orada yeznəsi Kamranın həmkəndlisi Vüqar tərəfindən qolundan tutularaq onlara yaxın olan Daşqından kənara çəkdiyini görmüş, Elşən ilə birlikdə Daşqını tutmuş, həmin vaxt Daşqın və Kamran bir-birilərinə nalayiq ifadələr işlətmişlər. Daşqın Elşənin və onun əlindən çıxıb Kamranın və Vüqarın olduğu yerə yaxınlaşmış, həmin vaxt o, və Elşən onun arxasınca getmiş, Daşqın Kamrana çatmasına təxminən iki metr qalmış yerə əyilmiş və yerdən daş götürüb Kamran tərəfə atmışdır. Daşqının atdığı daş Kamranın sol gicgah nahiyəsinə dəymiş, o, və Elşən Daşqın daşı atdıqdan sonra Daşqını hadisə yerindən aralaşdırmış və onu öz avtomobilinə mindirib yola salmışdır. Az sonra Vüqar ona və Elşənə səslənərək Kamranın yerə yıxıldığını, kömək lazım olduğunu demiş, onlar da Kamrana yaxınlaşmışlar, kənd camaatı da ora toplaşmış, biraz sonra X14 avtomobili olduqları yerə gəlmiş və Kamranı Şirvan ŞMX-na aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs tanıyır. Kamran onun bacanağıdır. Təqsirləndirilən şəxs isə üzdən tanıyır. Onların hər ikisi ilə münasibəti yaxşı olmuşdur. 25 avqust 2022-ci il tarixdə, saat 15:50 radələrində həmkəndlisi Şahid2 ilə birlikdə Hacıqəhrəmanlı qəsəbəsində yerləşən polis məntəqəsinin qarşısında dayanan zaman yanlarından “VAZ 2106” markalı avtomobil keçmiş, həmin avtomobilin sürücüsü onlara əli ilə irəlini göstərərək orada iki nəfər şəxsin dava etdiyini demiş, o, da həmin vaxt Şahid2 ilə birlikdə olduqları yerdən durub tanımadıqları sürücünün göstərdiyi istiqamətə getmişlər və orada yeznəsi Kamranın həmkəndlisi Vüqar tərəfindən qolundan tutularaq onlara yaxın olan Daşqından kənara çəkdiyini görmüş, o, da Elşən ilə birlikdə Daşqını tutmuş, həmin vaxt Daşqın və Kamran bir-birilərinə nalayiq ifadələr işlətmişdir. Daşqın Elşənin və onun əlindən çıxıb Kamranın və Vüqarın olduğu yerə yaxınlaşmış, həmin vaxt o, və Elşən də onun arxasınca getmiş, Daşqın Kamrana çatmasına təxminən iki metr qalmış yerə əyilmiş və yerdən daş götürüb Kamran tərəfə atmışdır. Daşqının atdığı daş Kamranın sol gicgah nahiyəsinə dəymiş, o, və Elşən Daşqın daşı atdıqdan sonra onu hadisə yerindən aralaşdırmış və öz avtomobilinə mindirib yola salmışlar. Az sonra Vüqar ona və Elşənə səslənərək Kamranın yerə yıxıldığını, ona kömək lazım olduğunu demiş, onlar da Kamrana yaxınlaşmış, kənd camaatı da ora toplaşmış, biraz sonra X14 avtomobili olduqları yerə gəlmiş və Kamranı Şirvan ŞMX-na aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs tanıyır. Onların hər ikisi ilə münasibətləri normal olmuşdur. 25 avqust 2022-ci il tarixdə, saat 15:50 radələrində Hacıqəhrəmanlı qəsəbəsində yerləşən icra nümayəndəliyindən çıxıb yaşadığı ev istiqamətinə yol ilə gedən zaman Zərərçəkmiş şəxs görmüş və ondan hara getdiyini soruşmuş, Kamran ona Daşqınla işinin olduğunu bildirmiş, arxaya çevirildikdə Daşqının arxada olduğunu görmüş, Kamran ona “Daşqınla işim var” sözünü əsəbi şəkildə dediyindən Kamranla Daşqının dalaşacağını bilib Kamranın Daşqına tərəf getməsinin qarşısını almaq üçün Kamranın qolundan tutub onu geriyə tərəf çəkmiş, həmin vaxt Kamranla Daşqının arasında təxminən 4-5 metr məsafə olmuş, Kamran Daşqına, Daşqın da Kamrana nalayiq ifadələr işlətmiş, Kamranı tutduğu kimi həmkəndliləri Şahid2 və Şahid1 də Daşqını tutmuşlar. Daşqın Şahid2 və Şahid1 əlindən çıxıb onunla Kamranın yanına yaxınlaşmış, yaxınlaşan kimi Daşqın yerdən daş götürüb Kamranın üzünə tərəf atmış, həmin vaxt özünü qorumaq üçün başını aşağı əymiş, Daşqının atdığı daşın Kamrana dəyib-dəymədiyini görməmişdir. Şahid2 və Şahid1 Daşqın daşı aldıqdan sonra Daşqını aralaşdırmış, o, da Kamranı aralaşdırıb onu evlərinə tərəf aparmışdır. Kamranın yaşadığı evə çatar-çatmaz Kamran “mənə nə oldu” sözünü deyərək sağ tərəfi üstə yerə yıxılmış, yerə yıxılan kimi Şahid2 və Şahid1 yanına çağırmışdır. Onlar tez Kamranın yanına gəlmiş, kənd camaatı da onların başına toplaşmış, biraz sonra X14 avtomobili olduqları yerə gəlmiş və Kamranı Şirvan ŞMX-na aparmışlar. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyərək, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X5” X12 25 avqust 2022-ci il tarixli, 27 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar olunan xəsarət -“sol gicgahda, burunüstü nahiyədə, sağ əlin İ barmağında, sağ çiyinüstü nahiyəsində, sağ mil-biləyin tış səthində sıyrıqlar”-küt əşya təsirindən törənmiş, ölümündən az əvvəl əmələ gələ bilərdi, ölümlə səbəbli əlaqəsi yoxdur və canlı şəxslərlə sağlamlığa zərər vurmayan xəsarətlər qrupuna aid olduğuna görə dərəcələri təyin edilmir. Zərərçəkmiş şəxs ölümünə səbəb ürəyin işemik xəstəliyi, aterosklerotik kardioskleroz və ürəyin tac damarlarının sklerozu fonunda baş vermiş kəskin ürək-damar çatışmazlığı olmuşdur. Meyitdə baş verən meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən ölüm meyit müayinə olunandan 2-4 saat əvvəl baş vermişdir. Zərərçəkmiş şəxs ölümündən əvvəl spirtli içki və narkotik vasitələr qəbul etməmişdir ki, bu da məhkəmə-kimya tədqiqatının nəticələri ilə təsdiq olunur. Cinayət işi materiallarında olan 28 mart 2023-cü il tarixli Şirvan şəhər Məhkəməsinin qərarından görünür ki, iş üzrə təkrar komisyon məhkəmə tibbi ekspertizası təyin edilmişdir. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X5” X12 T 340/2023 nömrəli rəyində göstərilmişdir ki, Mərhum Zərərçəkmiş şəxs meyitinin müayinəsi zamanı sol gicgah, burun beli, sağ əlin İ barmağında, sağ çiyinüstü nahiyədə, sağ mil-bilək nahiyəsində sıyrıq olmuşdur. Qeyd edilən xəsarətlər küt yaranma mexanizminə malik olmaqla, yetirilmə müddəti xx.xx.2022-ci ilə uyğun gəlir, canlı şəxslərdə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb ürəyin xronik işemik xəstəliyi, diffuz aterosklerotik kardioskleroz, koronaroskleroz nəticəsində yaranmış kəskin ürək-damar çatmamazlığı olmuşdur. Yetirilən xəsarətlərlə ölüm arasında səbəbli əlaqə mövcud deyildir. Cinayət işi materiallarında olan 25 avqust 2022-ci il tarixli cinayət işi başlanması və iş üzrə ibtidai istintaqın tapşırılması haqqında qərardan görünür ki, Şirvan şəhər prokurorluğunda araşdırılan 174 C-22 nömrəli material üzrə fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. Cinayət işi materiallarında olan 25 avqust 2022-ci il tarixli cinayət işinin icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə olan ********* saylı cinayət işi Şirvan şəhər Polis şöbəsinin İB-nin müstəntiqi X4 icraatına qəbul edilib iş üzrə istintaqı davam etdirilmişdir. Cinayət işi materiallarında olan 25 avqust 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan və qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində xx.xx.2022-ci il tarixdə, saat 18:00-da tutulmuşdur. Cinayət işi materiallarında olan 25 avqust 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Cinayət işi materiallarında olan 28 avqust 2022-ci il tarixli Şirvan şəhər Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Cinayət işi materiallarında olan 29 avqust 2022-ci il tarixli maddi sübut qismində tanımaq haqqında qərardan görünür ki, hadisənin baş verməsini özündə əks etdirməklə hadisə yerinə baxış keçirilməsi protokoluna əlavə edilmiş kompakt disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. Həmçinin, məhkəmə iclasında cinayət işi materiallarına əlavə edilmiş hadisənin baş verməsini özündə əks etdirən videoçəkilişə baxış keçirilmişdir. Cinayət işi materiallarında olan 15 sentyabr 2022-ci il tarixli zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınma haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə X6 Zərərçəkmiş şəxs hüquqi varisi qismində tanınmışdır. Cinayət işi materiallarında olan 12 oktyabr 2022-ci il tarixli Şirvan şəhər Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsi barədə müdafiəçisinin vəsatəti təmin edilməmişdir. Cinayət işi materiallarında olan 23 noyabr 2022-ci il tarixli Şirvan şəhər Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 01 (bir) ay, 20 (iyirmi) gün müddətinə, yəni - 14 yanvar 2023-cü il tarixədək uzadılmışdır. Cinayət işi materiallarında olan 23 noyabr 2022-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 27 avqust 2022-ci ildə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə elan edilmiş ittihamın məzmununa dəyişiklik edilməklə ona həmin maddə ilə dəqiqləşdirilmiş məzmunda yenidən ittiham elan edilmişdir. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işi materiallarında olan Şirvan İcra Hakimiyyəti başçısının Hacıqəhrəmanlı qəsəbəsi inzibati ərazi vahidi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 300 nömrəli xasiyyətnamədə qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs barəsində Şirvan İcra Hakimiyyəti başçısının Hacıqəhrəmanlı qəsəbə İcra Nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. Cinayət işi materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2012-ci il təvəllüdlü X7, xx.xx.2013-cü il təvəllüdlü X8 və xx.xx.2020-ci il təvəllüdlü X9 olmaqla üç azyaşlı uşaqları vardır. Cinayət işi materiallarında olan 12 yanvar 2023-cü il tarixli Şirvan şəhər Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 13 (on üç) gün müddətinə, yəni - 27 yanvar 2023-cü il tarixədək uzadılmışdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclaslarında (həmçinin ibtidai araşdırma zamanı) verdiyi ifadələrinə qiymət verərək onları qəbul etmir və bildirir ki, həmin ifadələr işin halları ilə (zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, hadisənin baş verməsini özündə əks etdirən videoçəkilişin izlənilməsi ilə tədqiq edilmiş) təsdiq olunmur. Belə olan vəziyyətdə Təqsirləndirilən şəxs məhkəmə iclasında vermiş olduğu ifadələrinə inanıb onları qəbul etmək üçün məhkəmədə heç bir əsas yoxdur. «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 nömrəli Qərarının tövsiyyəsinə görə, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ilə olunan hərəkətlər başa düşülür. Xuliqanlıq - öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər - təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgə yaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər - təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 saylı qərarının tövsiyyəsinə görə, şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Bundan başqa, xuliqanlıq hərəkətlərinin odlu silah, soyuq silah, habelə silah qismində istifadə edilə bilən əşyaların tətbiqi və yaxud tətbiqinə cəhd edilməsi, təqsirkar şəxsin əməlinin Cinayət Məcəlləsinin 221.3-cü maddəsilə tövsif edilməsi üçün əsasdır. Xüsusilə qərəzli xuliqanlığa görə məsuliyyət nəzərdə tutan Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin mənasına görə silah dedikdə hücum və ya müdafiə üçün uyğunlaşdırılmış texniki cəhətdən yararlı olan vasitələrin məcmusu başa düşülür. Burada cinayət qanunu ilə qadağan edilib edilməməsindən asılı olmayaraq, zavodda və ya kustar üsulla hazırlanmış odlu və soyuq silah, həmçinin qaz silahı aid edilir. Digər əşyalar dedikdə isə silah olmayan lakin silah kimi istifadə edilə bilən predmet (dəyənək, kərpic, dəmir çubuq, zəncir, çəkic və s.) başa düşülür. Beləliklə, məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Cəza məsələsini müzakirə edərək məhkəmə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. İnsan Hüquqlarının və X2 Haqqında 3 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-nin 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-nin 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısnı almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsinin, iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olubolmamasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xasiyyətləndirilməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci, himayəsində 3 (üç) azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qəbul edir. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və cəzasını Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 25 avqust 2022-ci il tarixdən hesablanmalıdır. Cinayət işinə əlavə edilmiş və maddi sübut hesab olunmuş bir ədəd “CD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.3cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347-349, 351-353, 356-358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvəsində saxlanılsın. Cinayət işinə əlavə edilmiş və maddi sübut hesab olunmuş bir ədəd “CD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə rəsmi təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar