Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-47/2024 01.05.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ saat 10:21-də Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs , Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Şirvan Regional Vəkil bürosunun vəkili Müdafiəçi , Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1991-ci il tarixdə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.3-cü və 126.2.4-cü maddələri ilə təqsirli bilinərək CM-nin 66.3-cü maddəsinə əsasən 08 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə CM-nin 317-2.1-ci maddəsi ilə təqsirli bilinib CM-nin 66.5-ci maddəsinə əsasən qəti olaraq 08 il 08 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən üzərində qəti olaraq 08 il 05 ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, xx.xx.2022-ci ildə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu olan, Şirvan şəhəri Vidadi küçəsi ev 20 ünvanında qeydiyyatda olan, barəsində həbsetmənin əvvəli 10 oktyabr 2023-cü il tarixdən hesablanmaqla Şirvan şəhər Məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli qərarı ilə “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.1-ci və 234.1-ci (əvvəlki redaksiya) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Şirvan şəhər Məhkəməsinin binasında videokonfrans əlaqə sistemi vasitəsindən istifadə etməklə ilə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : Təqsirləndirilən şəxs talama məqsədi olmadan 27 sentyabr 2023-cü il tarixdə saat 02 radələrində Şirvan şəhəri, H.Əliyev küçəsi 24 nömrəli binanın qarşısından Şirvan şəhər sakini Zərərçəkmiş şəxs baş etibarnamə əsasında idarə etdiyi “VAZ 21074 minik” markalı, **-HK-*** dövlət qeydiyyat nişanlı avtomobili qanunsuz olaraq ələ keçirib, avtomobili idarə edib Şirvan şəhəri, Fariz Eynullayev küçəsinə apararaq orada asfalt yolun kənarında səkiyə çırpıb həmin avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirmə cinayət əməlini törətmişdir. Bundan başqa o, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,402 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edib üzərində daşımaqla saxlamış, 10 oktyabr 2023-cü il tarixdə saat 16:40 radələrində Şirvan şəhər polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-tədbiri nəticəsində Şirvan şəhəri, T.İsmayılov küçəsinin yaxınlığında saxlanılaraq Şirvan şəhər polis şöbəsinin inzibati binasına gətirilmiş və üzərində axtarış aparılan zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibində olan bir ədəd bükümdə təmiz çəkisi 0,402 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona Azərbaycan Respublikasının CM-in 185.1-ci və 234.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən, yəni yalnız CM-nin 185.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, 26 sentyabr 2023cü il tarixdən 27 sentyabr 2023-cü il tarixə keçən gecə təxminən saat 02 radələrində həddən artıq içkili vəziyyətdə Şirvan şəhəri, H.Əliyev prospekti ilə piyada yaşadığı evə doğru gedərkən “Yeganə” şadlıq sarayı ilə üzbəüz yerləşən binanın qarşısına çatmış, binanın həyətində qırmızı rəngli “VAZ 2107” markalı avtomobilə yaxınlaşmış, avtomobilin qapısının tam bağlı olmadığını görüb qapını açıb sükan arxasında əyləşən zaman avtomobilin açarının üstündə olduğunu görmüş, avtomobili sürmək istəmiş, avtomobili işə salıb oradan asfalt yola çıxıb Şirvan şəhərində dəmiryol keçidinə doğru avtomobili hərəkət etdirmişdir. Bir qədər getdikdən sonra sərxoş vəziyyətdə olduğundan idarəetməni itirmiş və avtomobilin qabaq sol hissəsini yolun kənarında olan səkiyə çırpmışdır. Avtomobil zərbənin təsirindən dayanmış, həmin vaxt sərxoş olduğundan ona yaxınlaşan polis əməkdaşlarının suallarına nə cavab verdiyini xatırlamır. O, ayaqyoluna getmək adı ilə polisləri aldadıb oradan uzaqlaşmış və evinə getmişdir. Avtomobili idarə etmək niyyəti ilə qaçırmış, həmin avtomaşını oğurlamaq niyyəti olmamışdır. Bir müddət sonra, 10 oktyabr 2023-cü il tarixdə “Həyat” şadlıq sarayının 1-ci mərtəbəsində yerləşən “Araba“ çay evində 4-5 nəfər polis əməkdaşı onu saxlamış, onu polis şöbəsinə aparmışlar. Şirvan şəhər Polis Şöbəsində olarkən onun üzərinə vəkilin iştirakı və videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilmiş, axtarış zamanı üzərindən narkotik vasitə aşkar olunmuşdur. Üzərindən aşkar edilmiş bükümün içərisi açılıb baxıldıqda içərisində narkotik vasitə heroinə bənzər kütlənin olması müəyyən edilmişdir. Lakin narkotik vasitə ona məxsus olmamışdır. O, ümumiyyətlə narkotik vasitələrdən istifadə etməmişdir. Odur ki, qeyd olunan halın nəzərə alınmasını məhkəmədən xahiş etdi. İbtidai araşdırma zamanı isə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 185.1-ci və 234.1-ci maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, ünvan 1 ünvanında qeydiyyatdadır və orada yaşayır, heç yerdə işləmir, heç bir xəstəliyi olmamışdır. Əvvəl Şirvan şəhərində yerləşən “Yeganə” və “Həyat” şadlıq saraylarında xidmətçi işləmiş, iki dəfə məhkumluq həyatı yaşamış, sonuncu dəfə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 08 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, 2022-ci ilin may ayının 23-də cəzasının sonu ilə azad edilmişdir. Azadlığa çıxdıqdan sonra qeydiyyatda olduğu Şirvan şəhəri, Vidadi küçəsi ev 20-də atası Əvəzlə birlikdə yaşamış, əvvəllər narkotik vasitə olan marixuana və heroindən tapanda istifadə etmiş, 2023-cü ilin sentyabr ayının ortalarında təxminən saat 14 radələrində Şirvan şəhərində, Köhnə bazar adlanan ərazidə gəzən zaman yerdə bir ədəd sellofan büküm görmüş və onun marağını cəlb etdiyi üçün həmin bükümü yerdən götürüb açmış, tanıdığı üçün içərisinə baxan zaman içərisində narkotik vasitə heroin olmasını bilmiş və həmin heroini tapmış olduğu sellofan bükümdə əynindəki şalvarının cibinə istifadə etmək məqsədilə qoymuşdur. Təxminən bir ay müddətində həmin bükümü cibində saxlamış, fikirləşmişdir ki, vaxt tapan kimi istifadə edəcəkdir. 10 oktyabr 2023-cü il tarixdə təxminən saat 16:40 radələrində Şirvan şəhəri, T.İsmayılov küçəsinin yaxınlığında yolun kənarında piyada hərəkətdə olarkən bir neçə mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini təqdim etmişlər və polis əməkdaşları olmasını bildirmişlər, bundan sonra polis əməkdaşları ona üzərində narkotik vasitə saxlamağında və narkotik vasitədən istifadə etməyində şübhəli olduğunu və üzərində şəxsi axtarış aparacaqlarını demişlər. Həmin vaxt ətrafda başqa insanlar olduğu üçün, həmçinin onun üzərində narkotik vasitə heroin olduğu üçün şəxsi axtarış aparılmasına etiraz etmiş, həmin vaxt polis əməkdaşları onu polis şöbəsinə dəvət etmişlər, o etiraz etməmiş, polis əməkdaşları ilə birlikdə Şirvan şəhər polis şöbəsinə getmişdir. Polis şöbəsində olarkən otaqların birində ona hüquqlarının müdafiə olunması üçün vəkillərin siyahısı təqdim olunmuş və o həmin siyahıdan hüquqlarını müdafiə etmək üçün vəkil X1. Bir qədər sonra vəkil Salman Fərəcov gəldikdən sonra polis əməkdaşlarının, vəkilin iştirakı ilə videoçəkiliş vasitəsilə onun üzərində şəxsi axtarış aparılmağa başlanılmış, şəxsi axtarış aparılan zaman polis əməkdaşı ondan üzərində narkotik vasitə və ya hər hansı bir qanunsuz əşya olubolmamasını soruşub, olduğu halda könüllü təqdim etməyini təklif etmişdir. O da, əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd sellofan bükümdə olan narkotik vasitə heroini masanın üzərinə qoymuş və həmin bükümün içərisində narkotik vasitə heroin olmasını söyləmişdir. Üzərindən aşkar edilmiş bükümün içərisi açılıb baxıldıqda içərisində narkotik vasitə heroinə bənzər kütlənin olması müəyyən edilmiş, təqdim etdiyi 1 ədəd bükümdə narkotik vasitə heroin elektron tərəzidə çəkilərkən çəkisinin bükümlə birlikdə 0,47 qram olması müəyyən olunmuşdur. Bundan başqa əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən ona məxsus 01 ədəd “Xiaomi Redmi” markalı mobil telefonunu çıxarıb masanın üzərinə qoymuş və həmin əşyanın özünə məxsus olmasını bildirmişdir. Sonra polis əməkdaşı tərəfindən üzərində şəxsi axtarış aparılmış və başqa narkotik vasitə və ya hər hansı bir qanunsuz əşya aşkar olunmamışdır. Polis əməkdaşları ondan həmin bükümdə olan heroini haradan əldə etdiyini soruşduqda tapdığını demişdir. Daha sonra polis əməkdaşına təqdim etdiyi narkotik vasitə heroin bükümlə birlikdə zərfdə qablaşdırılmış, üzəri möhürlənmiş, bu barədə protokol tərtib olunmuş, tərtib olunmuş protokol vəkil, polis əməkdaşları və onun tərəfindən imzalanmışdır. Ekspertiza rəyi ilə tanış olduqdan sonra ona məlum olmuşdur ki, üzərindən aşkar edilib götürülmüş narkotik vasitə olan heroinin çəkisi 0,402 qramdır. Bundan başqa 26 sentyabr 2023-cü il tarixdən 27 sentyabr 2023-cü il tarixə keçən gecə təxminən saat 02 radələrində həddən artıq içkili vəziyyətdə Şirvan şəhəri, H.Əliyev prospekti ilə piyada yaşadığı evə doğru gedərkən “Yeganə” şadlıq sarayı ilə üzbəüz yerləşən binanın qarşısına çatmış, binanın həyətində qırmızı rəngli VAZ2107 markalı avtomobilə yaxınlaşmış, avtomobilin qapısının tam bağlı olmadığını görüb qapını açıb sükan arxasında əyləşən zaman avtomobilin açarının üstündə olduğunu görmüş, avtomobili işə salıb oradan asfalt yola çıxıb Şirvan şəhərində dəmiryol keçidinə doğru avtomobili hərəkət etdirmişdir. Təxminən 4-5 km getdikdən sonra içkili olduğu üçün idarəetməni itirmiş və avtomobilin qabaq sol hissəsini yolun kənarında olan səkiyə çırpmışdır. Avtomobil zərbənin təsirindən dayanmış, sonra ora polis maşını və kənardan tanımadığı şəxslər gəlmişlər, həmin vaxt özündə olmamış, avtomobildən yerə düşmüş, polislər ona bir-iki sual vermişlər, lakin nə cavab verdiyini xatırlamamışdır. Sonradan polisin orada olduğunu görüb yalandan ayaqyoluna gedəcəyi adı ilə dəmiryol keçidinə doğru irəliləmiş və oradan uzaqlaşıb piyada yaşadığı evə getmişdir. Hadisəni törədərkən tək olmuş, həmin hadisədə ona heç kim köməklik göstərməmişdir. Polis şöbəsində olanda mənə ona məlum olmuş ki, avtomobilini qaçırdığı şəxs Şirvan şəhər sakini Zərərçəkmiş şəxsdur. Etdiyi əməllərdən çox peşmandır. Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, Şirvan ŞPŞ-dən daxil olmuş 01 ədəd DVD şəklində olan hadisəni özündə əks etdirən videogörüntülər ona təqdim edilmiş, görüntüdə olan VAZ21074 markalı avtomobili idarə edən şəxs özü olmuş, başqa heç bir söz demək istəməmişdir. VAZ 21074 markalı, **-HK-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək niyyəti ilə qaçırmış, həmin avtomaşını oğurlamaq niyyəti olmamışdır. Narkotik vasitələrin alqı-satqısı ilə məşğul olmamış, yalnız istifadə etmiş, üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə heroini 2023-cü ilin sentyabr ayının ortalarında təxminən saat 14 radələrində Şirvan şəhərində, Köhnə bazar adlanan ərazidə gəzən zaman yerdən tapmış, narkotik vasitədən istifadə edərkən tək olmuş, yanında heç kim olmamışdır. Narkotik vasitədən istifadə etməyindən heç kimin xəbəri olmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 26 sentyabr 2023-cü il tarixdə saat 21 radələrində evə getmiş, idarə etdiyi, baş etibarnamə əsasında faktiki olaraq özünə məxsus olan “VAZ 21074” minik markalı **-HK-*** dövlət qeydiyyat nişanlı avtomobilini həmişə olduğu kimi binanın həyətində saxlamış, avtomobilində nasazlıq olduğundan və nasazlığı aradan qaldırmağa maddi imkanı olmadığından açarı avtomobilin üzərində saxlamış, avtomobilin qapılarını pultla bağlayıb evə getmişdir. 27 sentyabr 2023-cü il tarixdə təxminən saat 7 radələrində atası ona avtomobilin binadan həyətində olmadığını bildirmiş, o binanın həyətinə baxan zaman avtomobilin olmadığını aşkar etmiş və bu barədə dərhal Azərbaycan Respublikası DİN-in 102 Xidmətinin zəng mərkəzi sisteminə məlumat vermiş, daha sonra Şirvan şəhər Polis Şöbəsinə gedib ərizə ilə müraciət etmişdir. Şirvan şəhər Polis Şöbəsindən ona bildirmişlər ki, ona məxsus avtomobili Şirvan şəhəri, F.Eynullayev küçəsində səkiyə çırpılmış halda aşkar etmişlər və polis şöbəsinin duracağına gətirmişlər. O, Şirvan şəhər Polis Şöbəsinin duracağına gedib avtomobilə polis əməkdaşının iştirakı ilə baxış keçirilmiş, avtomobilin qabaq ön hissəsinin yararsız hala düşdüyünün şahidi olmuşdur. Daha sonra Şirvan şəhər Polis Şöbəsində olarkən ona məlum olmuşdur ki, onun avtomobilini qaçıran və maddi ziyan vuran şəxs Şirvan şəhər sakini Təqsirləndirilən şəxsdur. Hadisə nəticəsində ona ümumilikdə 1643 manat məbləğində maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan aradan qaldırılmamış, təqsirləndirilən şəxslə barışmamışdır, ondan şikayətçidir . Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid3 göstərdi ki, 2018-ci ildən Şirvan şəhər Polis Şöbəsinin DİO-da X8 şöbəsinin polis nəfəri vəzifəsində işləyir, polis serjantıdır. 2021-ci il tarixdən X8 şöbəsində tutucu qrupdadır, “Volkswagen” markalı, **- AB-*** dövlət qeydiyyat nişanlı xidməti avtomobili idarə edir. xx.xx.2023-cü il tarixdə saat 09:00-dan xx.xx.2023-cü il saat 09:00-a qədər müddətdə şöbənin digər əməkdaşı polis nəfəri Şahid4 ilə birlikdə xidmətdə olmuş, xidmətdə olarkən yəni, 27 sentyabr 2023-cü il tarixdə təxminən saat 03 radələrində Şirvan şəhəri F.Eynullayev küçəsində dəmiryol keçidinin yaxınlığında güclü səs eşitmişlər, dərhal xidməti avtomobili həmin yerə doğru hərəkət etdirmiş, həmin yerə çatmışlar, Şahid4 ilə birlikdə avtomobildən düşüb baxdıqda qırmızı rəngli, “VAZ 21074” markalı, **-HK-*** dövlət qeydiyyat nişanlı avtomobilin səkiyə çırpıldığını, avtomobilin qabaq hissəsinin deformasiyaya uğradığını görmüşlər, Şahid4 sürücü tərəfdən qapını açmaq istəmiş, lakin qapı açılmamışdır. Bir qədər sonra avtomobilin qabaq sağ tərəfdən qapısını açmışlar, hadisəni törətmiş şəxs yəni sürücü səndələyə-səndələyə avtomobildən düşmüş, avtomobildə həmin şəxsdən başqa heç kim olmamışdır. Həmin şəxs özündə olmamış, gah “mənə nə olub, mən hardayam, maşını bura kim vurdu” demiş, o, hadisə ilə bağlı avtopatrula əyləşib Şirvan şəhər Polis Şöbəsinə gedib bu barədə dövlət yol polis bölməsini məlumatlandırmış, hadisəni törətmiş şəxs və post yoldaşı Şahid4 orada qalmışdır. Az sonra Şirvan şəhər Polis Şöbəsinin yol patrul xidmətinin inspektoru ilə hadisə yerinə gəldikdə hadisəni törətmiş şəxsin orada olmadığını və qaçıb getdiyini görmüşdür. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid4 göstərdi ki, 27 sentyabr 2023-cü il tarixdə təxminən saat 03 radələrində Şirvan şəhəri F.Eynullayev küçəsində dəmiryol keçidinin yaxınlığında “VAZ 21074” markalı, **-HK-*** dövlət qeydiyyat nişanlı avtomobilin səkiyə çırpıldığını, avtomobilin qabaq hissəsinin deformasiyaya uğradığını , sürücünün isə yatdığını görmüşlər. O, sürücü tərəfdən qapını açmaq istəmiş, lakin qapı açılmamışdır. Həmin vaxt ətrafda iki nəfər mülki şəxs də olmuş, lakin həmin şəxsləri tanımamışdır. Sürücüyə özlərini təqdim edib onunla söhbət etmək istəsələr də, lakin sürücü suallara heç bir cavab verməmişdir. Sürücü ayaqyoluna getmək istədiyini bildirirək uzaqlaşmış, daha sonra isə qaçmışdır. Onu arxasınca getsələr də onu saxlaya bilməmişlər. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid2 göstərdi ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərində qanunsuz yolla əldə etdiyi, narkotik vasitə saxlamaqda, istifadə etməkdə və satışında şübhəli olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında həmin şəxsin yeri müəyyən olunmuş, həmin şəxsin üzərində axtarış keçirilməsi üçün Şirvan şəhər Polis Şöbəsinə gətirmişlər, Şəhər Polis Şöbəsinin inzibati binasının otaqlarının birində saat 17:20-də vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs bir ədəd sellofan bükümü təqdim edərək içərisində narkotik vasitə olduğunu bildirmiş, həmin büküm açılıb içərisinə baxış keçirildikdə içərisində narkotik vasitə olan heroinə bənzər kütlə müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə heroinə bənzər kütlə elektron tərəzidə çəkilərək qablaşdırılmışdır. Sorğu sual zamanı o, həmin narkotik vasitəni yerdən tapdığını, istifadəçisi olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs Şirvan şəhər Polis Şöbəsinə gətirilən zaman ayıq olmuşdur. Şirvan şəhər Polis Şöbəsində ona qarşı hər hansı zorakılıq hərəkətləri edilməmişdir . Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə şahid Şirvan şəhər Polis Şöbəsinin CAB-nin baş əməliyyat müvəkkili Şahid1 məhkəməyə gəlmədiyindən onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş, o, həmin ifadəsində Şahid2 ifadəsində qeyd etdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş : xx.xx.2023-cü il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan və qərardan” görünür ki, Təqsirləndirilən şəxs azadlığı 10 oktyabr 2023-cü il tarixdə, saat 16:40 dəqiqədən məhdudlaşdırılmış, 10 oktyabr 2023-cü il tarixdə, saat 17:10-da şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümdə narkotik vasitə olan heroini təqdim etmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin 1 ədəd sellofan bükümdə narkotik vasitə olan heroini yaşadığı evin yaxınlığında yerdən tapdığını və istifadə etmək üçün üzərində saxlamasını bildirmişdir . xx.xx.2023-cü il tarixli “cinayət işinin icraata qəbul olunması haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi icraata qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli materialın cinayət işinə birləşdirilməsi barədə qərardan görünür ki, Zərərçəkmiş şəxs şikayət ərizəsi əsasında toplanmış material Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işinə birləşdirilərək ibtidai istintaq davam etdirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 Bölməsinin xx.xx.2023-cü il tarixli 18/984 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “... Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi- 0,402 qram olan maddə kustar üsulla alınmış narkotik vasitə heroindir. Heroinin təmiz çəkisi 0,402 - qram, tədqiqatda sərf edildi - 0,05 qram, qalıq - 0,352 qram. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X14 X12- Narkoloji tibbi yoxlamanın xx.xx.2023-cü il tarixli 7063 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və kannabinoidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzindən daxil olmuş xx.xx.2023-cü il tarixli 3074 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X5” X15 canlı şəxsin ekspertizasına dair xx.xx.2023-cü il tarixli, 538 nömrəli rəyindən görünür ki, 1991-ci il təvəllüdlü Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsinə əsasən bədən səthində heç bir xəsarət aşkar olunmamışdır. xx.xx.2023-cü il tarixli nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, “VAZ 21074” markalı, **-HK-*** dövlət qeydiyyat nişanlı avtomobili sol qapısı tərəfinin zərbə nəticəsində yararsız hala düşməsi müəyyən olunmuşdur. xx.xx.2017-ci il tarixli AD seriyalı 021696 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “VAZ 21074” markalı, **-HK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X6r. Nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamənin surətindən görünür ki, “VAZ 21074” markalı, **-HK-*** dövlət nömrə nişanlı avtomobil X9 tərəfindən Zərərçəkmiş şəxs etibar edilmişdir. Etibarnamə 08 ay 17 gün müddətinə verilib, xx.xx.2024-cü il saat 23:59-dək qüvvədədir. xx.xx.2023-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır. xx.xx.2023-cü il tarixli cinayət əməlinin tövsif olunması barədə qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 185.2.4-cü və 234.1-ci maddələrinə tövsif edilmişdir. xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 185.2.4-cü və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(032)-279/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 10 oktyabr 2023-cü il tarixdən hesablanmaqla 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. «Şirvan şəhər mərkəzi xəstəxanası» X15 xx.xx.2023-cü il tarixli, 18-1-35/2-856/2023 nömrəli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs ŞMX-nın narkoloji kabinetində qeydiyyatdadır.Ruhi-əsəb, narkoloji və nevroloji kabinetlərində qeydiyyatda yoxdur. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, İbişov X7 Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.3-cü və 126.2.4cü maddələri ilə təqsirli bilinərək Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən 08 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə CM-nin 317-2.1-ci maddəsi ilə təqsirli bilinib CM-nin 66.5-ci maddəsinə əsasən qəti olaraq 08 il 08 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən üzərində qəti olaraq 08 il 05 ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, xx.xx.2022-ci ildə cəzasının sonu ilə azad edilmiş, hazırda məhkumluğu olan şəxsdir. Şirvan şəhər polis şöbəsinin xx.xx.2023-cü il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs məxsus VAZ 21074 markalı **-HK-*** dövlət qeydiyyat nişanlı avtomobili qaçırarkən tək olması, üzərindən aşkar olunmuş narkotik vasitə heroini kimdən, haradan əldə etməsi barədə dəqiq məlumatın olmaması, narkotik vasitələrin satışı ilə məşğul olmaması, narkotik vasitə heroindən istifadə etməsi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsindən ailə üzvlərinin və yaxınlıqda yaşayan qonşularının xəbərləri olmamışdır. Bundan başqa keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin baş verdiyi yerdə müşahidə kameralarının olduğu müəyyən edilmiş və həmin videogörüntülər əldə edilərək 01 ədəd kompakt diskə köçürülüb İstintaq bölməsinə təqdim edilmişdir. xx.xx.2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki,Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş 01 ədəd DVD şəklində olan hadisəni özündə əks etdirən videogörüntülərə Şirvan şəhər Polis Şöbəsinin İB-nin müstəntiqi Pərviz Qasımovun xidməti iş otağında HP markalı komputerdə baxış keçirərkən müəyyən olunmuşdur ki, bir ədəd diskdə bir ədəd videofayl vardır. Həmin videofayl açıldıqda 06 dəqiqə 57 saniyə müddətində, xx.xx.2023-cü il tarixdə saat 02:56:24-dən 03:03:20-ə qədər olması məyyən olunmuşdur. Videofayl izlənildikdə orada Şirvan şəhəri F.Eynullayev küçəsində 02:56:27-də qırmızı rəngli “VAZ 21074” markalı avtomobilin sürücüsü sürətlə avtomobili idarə edib sağa sola dönmədən manevr qaydalarını pozub asfalt yolun kənarında gəldiyi istiqamətdə 02:56:30-da avtomobilin qabaq ön hissəsinin səkiyə çırpıldığı müşahidə olunur. 02:56:45-də asfalt yolda əks istiqamətdən ağ rəngli avtomobilin hərəkətdə olub hadisəni törətmiş avtomobilin sağ tərəfində asfalt yolda saxlayıb avtomobildən iki nəfər şəxsin düşüb hadisəni törətmiş həmin avtomobilə tərəf gələrək avtomobilin sürücüsünə baxan anda 02:56:57-də oraya hadisəni törətmiş avtomobilin gəldiyi istiqamətdə sayrışan işıqlarla Azərbaycan Respublikası DİN-in Mühafizə polisinin avtopatrulu həmin yerə yaxınlaşır, həmin avtomobildən iki nəfər polis əməkdaşı düşüb hadisəni törətmiş avtomobilə doğru yaxınlaşır, polis əməkdaşından bir nəfər avtomobilin sağ qapısını açmaq istədə də, qapı açılmır, 02:59:36-da polis əməkdaşı hadisəni törətmiş sürücüyə kənardan nə isə deyir, lakin avtomobilin sürücüsü avtomobildən düşmür, 03:00:12-də həmin yerə gəlmiş kişi cinsindən olan şəxs avtomobilin qabaq sağ qapısını açır, 03:00:16-da avtomobilin sürücüsü həmin qapıdan avtomobildən yerə düşür, səndələyə-səndələyə həmin şəxs avtomobilin qabaq sağ təkərinə təpik vurur, hadisəni törətmiş şəxs kənarda olan şəxslərə nə isə dedikdən sonra ağ rəngli avtomobildən düşüb gələn iki nəfər şəxs avtomobilə əyləşib çıxıb gedirlər, 03:02:01-də polis əməkdaşının biri xidməti avtomobilə əyləşib Şirvan şəhəri, F.İsmayılov küçəsi istiqamətində avtomobili hərəkət etdirir, orada isə bir nəfər polis əməkdaşı və hadisə törətmiş şəxs dayanıb söhbət edirlər, 03:02:45-də həmin yerə kənardan bir avtomobil yaxınlaşır, 03:03:12-də hadisəni törətmiş şəxs yaxınlıqda olan dəmiryol istiqamətində piyada hərəkət etdiyi müşahidə olunur. Bununla da baxış başa çatdırılmışdır. Şirvan şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 6838 saylı arayışdan görünür ki, İbişov X13 şəhəri Vidadi küçəsi ev 20 saylı ünvanda qeydiyyatdadır. Şirvan şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs adına verilmiş xx.xx.2023-cü il tarixli 601 nömrəli xasiyyətnamədə göstərilir ki, onun barəsində şəhər nümayəndəliyinə yazılı və şifahi məlumat daxil olmamışdır. İnzibati xəta haqqında protokola əlavə edilmiş Şirvan "xxxx" Müəssisəsinin mütəxəssisi F.M.Ələkbərovun xx.xx.2023-cü il tarixli rəy aktından görünür ki, “VAZ 21074” markalı, **-HK-*** dövlət nömrə nişanlı avtomobilin qəza zamanı 1 ədəd qabaq bufer 45 manat məbləğində,1 ədəd qabaq sol fara 35 manat məbləğində , 1 ədəd qabaq alt panel 20 manat məbləğində , 1 ədəd qabaq üst panel 50 manat məbləğində,1 ədəd qabaq sol qanad 50 manat, 1 ədəd qabaq sol “bakovin” 115 manat , 1 ədəd qabaq sol qapı 120 manat, 1 dəst qabaq sol təkər/disk 80 manat, 1 ədəd qabaq sol alt “çaşka” 22 manat, 1 ədəd qabaq sol üst “çaşka” 16 manat, 1 ədəd qabaq sol amartizator 20 manat, 1 ədəd qabaq körpünün - “Traversi” 65 manat, 1 ədəd qabaq alın şüşə 45 manat, 1 ədəd qabaq qabaq sol təkərin- “saptası” 25 manat, 1 ədəd su radiatoru 55 manat,cəmi 763 manat, armatur işi 50 manat, elektrik işi 30 manat, çilingər işi 100 manat, dəmirçi işi 400 manat, rəngsaz işi 300 manat, cəmi 880 manat, beləliklə, ümumilikdə 1643 manat məbləğində maddi ziyan dəymişdir. Şirvan şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 7552 saylı arayışdan görünür ki, Zərərçəkmiş şəxs ünvan 4 ünvanda qeydiyyatdadır. Şirvan şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs adına verilmiş xx.xx.2023-cü il tarixli 735 nömrəli xasiyyətnamədə göstərilir ki, onun barəsində şəhər nümayəndəliyinə yazılı və şifahi məlumat daxil olmamışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 7(007)-324/2021 saylı qərarın surətindən görünür ki, məhkum Təqsirləndirilən şəxs barəsində 01 iyun 2020-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 01 may 2020-ci il tarixli Qanununun müddəaları tətbiq edilməsi, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 04 avqust 2014-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təyin edilmiş 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasının müddəti 03 ilə endirilməsi, həmin müddətə azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Resputlikası CM-nin 126.2.4-cü maddəsi ilə təyin olunmuş 08 il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən qismən toplamaq yolu ilə ona 08 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 28 yanvar 2015-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə təyin edilmiş 04 ay müddətinə azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 04 avqust 2015-ci il tarixli hökmünün hazırkı qərarla yeni cinayət qanunvericiliyınə uyğunlaşdırılmaqla təyin edilmiş 08 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaqla, ona qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 08 il 05 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (məhkəmə kompüter-texniki ekspertizası) 5/1507 saylı ,xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, 1. Tədqiq edilmiş bir ədəd sensor ekranlı “Android 10” əməliyyat sistemi ilə təchiz olunmuş “X17 8” markalı , “M1908C3JG” modelli mobil smartfonunun yaddaşında (kontaktlar, zənglər,” SMS” mesajlar, audio, foto, video fayllar, “Whatsapp” proqram təminatı, ”Tiktok”, “Odnoklassniki” sosial şəbəklər vasitəsilə aparılmış məlumat mübadilələri və sairə) mövcud olan və yaddaşından pozulmuş məlumatlar müəyyən olundu. 3. Tədqiq olunan “X17 8” markalı , “M1908C3JG” modelli mobil smartfonun yaddaşında “Facebook” və “ İnstagram” sosial şəbəkələrinə aid proqram təminatları müəyyən olunmadı. xx.xx.2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki,03 ədəd DVD-R diskinə köçürülmüş kontaktlar,zənglər,” SMS” mesajlar,audio,foto,video fayllar, “Whatsapp” proqram təminatı,”Tiktok”, “Odnoklassniki” sosial şəbəklər vasitəsilə aparılmış məlumat mübadilələrinə baxış keçirilərkən iş üçün əhəmiyyət kəsb edəcək hər hansı bir məlumat aşkar olunmamışdır. xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi və iş üzrə əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 185.2.4-cü və 234.1-ci maddələrindən həmin Məcəllənin 185.1-ci və 234.1-ci maddələrinə tövsif olunmuş, ona Azərbaycan Respublikası CM-nin 185.1-ci və 234.1-ci maddələri ilə yeni məzmunda ittiham elan edilmişdir. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 185.2.4-cü və 234.1-ci maddələri ilə elan edilmiş ittiham dəyişdirilərək və məzmununa əlavələr edilərək , o Azərbaycan Respublikası CM-nin 185.1-ci və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddələr ilə yenidən ittiham elan edilmişdir. Məhkəmə iclasında cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsini əks etdirən videoçəkilişə baxış keçirimişdir. Videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümdə narkotik vasitə olan heroini təqdim etmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin 1 ədəd sellofan bükümdə narkotik vasitə olan heroini yaşadığı evin yaxınlığında yerdən tapdığını və istifadə etmək üçün üzərində saxlamasını bildirmişdir. Cinayət işi materiallarına əlavə edilmiş 01 ədəd DVD şəklində olan görünür ki, Şirvan şəhəri F.Eynullayev küçəsində 02:56:27-də qırmızı rəngli “VAZ 21074” markalı avtomobilin sürücüsü sürətlə avtomobili idarə edib çağa sola dönmədən manevr qaydalarını pozub asfalt yolun kənarında gəldiyi istiqamətdə 02:56:30-da avtomobilin qabaq ön hissəsinin səkiyə çırpıldığı müşahidə olunur. 02:56:45-də asfalt yolda əks istiqamətdən ağ rəngli avtomobilin hərəkətdə olub hadisəni törətmiş avtomobilin sağ tərəfində asfalt yolda saxlayıb avtomobildən iki nəfər şəxsin düşüb hadisəni törətmiş həmin avtomobilə tərəf gələrək avtomobilin sürücüsünə baxan anda 02:56:57-də oraya hadisəni törətmiş avtomobilin gəldiyi istiqamətdə sayrışan işıqlarla Azərbaycan Respublikası DİN-in Mühafizə polisinin avtopatrulu həmin yerə yaxınlaşır, həmin avtomobildən iki nəfər polis əməkdaşı düşüb hadisəni törətmiş avtomobilə doğru yaxınlaşır, polis əməkdaşından bir nəfər avtomobilin sağ qapısını açmaq istədə də, qapı açılmır, 02:59:36-da polis əməkdaşı hadisəni törətmiş sürücüyə kənardan nə isə deyir, lakin avtomobilin sürücüsü avtomobildən düşmür, 03:00:12-də həmin yerə gəlmiş kişi cinsindən olan şəxs avtomobilin qabaq sağ qapısını açır, 03:00:16-da avtomobilin sürücüsü həmin qapıdan avtomobildən yerə düşür, səndələyə-səndələyə həmin şəxs avtomobilin qabaq sağ təkərinə təpik vurur, hadisəni törətmiş şəxs kənarda olan şəxslərə nə isə dedikdən sonra ağ rəngli avtomobildən düşüb gələn iki nəfər şəxs avtomobilə əyləşib çıxıb gedirlər, 03:02:01-də polis əməkdaşının biri xidməti avtomobilə əyləşib Şirvan şəhəri, F.İsmayılov küçəsi istiqamətində avtomobili hərəkət etdirir, orada isə bir nəfər polis əməkdaşı və hadisə törətmiş şəxs dayanıb söhbət edirlər, 03:02:45-də həmin yerə kənardan bir avtomobil yaxınlaşır, 03:03:12-də hadisəni törətmiş şəxs yaxınlıqda olan dəmiryol istiqamətində piyada hərəkət etdiyi müşahidə olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin : 185.1-ci maddəsinə əsasən avtomobil və ya başqa nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz ələ keçirmə (qaçırma) — min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi mülkiyyətin xüsusi mülkiyyət, dövlət mülkiyyəti və bələdiyyə mülkiyyəti kimi üç növünü nəzərdə tutmaqla toxunulmaz və dövlət tərəfindən müdafiə olunduğunu təsbit edir. Mülki qanunvericilikdə mülkiyyətin bütün formalarının bərabərliyi və mülkiyyət hüququnun bütün subyektlərinin hüquq və mənafelərinin eyni dərəcədə mühafizə edildiyi, həmçinin cinayət qanununda bütün mülkiyyət formalarının bərabər cinayət-hüquqi mühafizəsi nəzərdə tutulmuşdur. Mülkiyyət əleyhinə olan cinayətlər içərisində talama cinayətləri öz yüksək ictimai təhlükəliliyinə görə seçilir. İqtisadi kateqoriya kimi mülkiyyət əşyalarda maddiləşdiyindən mülkiyyət hüququ da əşya hüquqlarına aiddir. Bu səbəbdən mülkiyyətin müxtəlif obyektlərinə qəsd edən talama cinayətlərini çox vaxt əmlak cinayətləri adlandırırlar. Belə cinayətlər təqsirkarın maddi aləmin əşyalarını qanunazidd olaraq götürməsində, ələ keçirməsində və ya öz xeyrinə keçirməsində ifadə olunur. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilməyərək verdiyi ifadəsinə qiymət verərək onları qəbul etmir və bildirir ki, həmin ifadə işin halları ilə təsdiq olunmur. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ibtidai araşdırmanın bütün mərhələsində onunla bağlı olan istintaq hərəkətlərində vəkil iştirak edib, o, həmin cinayətin törədilməsini etiraf etmiş, nə vəkilinə, nə videoçəkilişdə narazılığını və ya etirazını bildirməmişdir. Belə olan vəziyyətdə Təqsirləndirilən şəxs məhkəmə iclasında vermiş olduğu ifadələrinə inanıb onları qəbul etmək üçün məhkəmədə heç bir əsas yoxdur. Odur ki, məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.1-ci və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir və o, həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Cəza məsələsini müzakirə edərək məhkəmə aşağıdakılar qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin : 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsinin, iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən etməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət əməli törətməsi cinayətlərin residivini yaratdığından bu hal CMnin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərək həmçinin aşağıdakı halları qeyd etməyi vacib hesab edir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4№-li qərarının 3-cü bəndində qeyd olunmuşdur ki,…məhkəmələr böyük ictimai təhlükə törətməyən və az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə işin obyektiv hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini - əvvəllər qəsdən ağır cinayət törətməyə görə məhkumluq həyatı yaşamasını, islah olunmamasını, yüngülləşdirici halların olmamasını və ağırlaşdırıcı hal kimi əməlində cinayətlərin residivinin olmasını nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinin müddəaları nəzərə alınmaqla ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan həddə və CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını Azərbaycan Respublikasının CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 10 oktyabr 2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbiri təyin edilməli, o,ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. xx.xx.2023-cü il tarixdə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 80 manat və xx.xx.2023-cü il tarixdə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 31 manat 95 qəpik, ümumi 111 manat 95 qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 185.1-ci və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut kimi Şirvan şəhər Polis şöbəsində saxlanılan və keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,352 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, cinayət işinə əlavə edilmiş iki ədəd “DVD-R” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. İş üzrə maddi sübut olan “VAZ 21074” markalı **-HK-*** dövlət qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Zərərçəkmiş Zərərçəkmiş şəxs izah olunmalıdır ki, dəymiş zərərlə əlaqədar mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququ vardır. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347-349, 351-353, 356-358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.1-ci və 234.1-ci maddələri ilə təqsirli bilinsin və o, CM-nin 185.1-ci maddəsi ilə 01 (bir) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 234.1-ci maddəsi ilə 01 (bir) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nın 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbiri təyin edilsin . O, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,352 qram olan narkotik vasitə heroin məhv edilsin. “VAZ 21074” markalı **-HK-*** dövlət qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Zərərçəkmiş şəxs maddi ziyanın ödənilməsi ilə bağlı məhkəmədə mülki mühakimə icraatı qaydasında iddia qaldırmaq hüququ izah edilsin. İş üzrə mülki iddianın olmaması nəzərə alınsın. İş üzrə ekspertiza tədqiqatının 111 manat 95 qəpik pul tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X2 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülsün. Cinayət işinə əlavə edilmiş 02 (iki) ədəd “DVD-R” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Aydan Məmmədli
Məhkəmə qərarları › İş №1(032)-47/2024
Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-47/2024
01.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver