Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-48/2023 03.05.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Saat 10:55-də Şirvan şəhər Məhkəməsinin hakimi X4 oğlunun sədrliyi, Məmmədli Murad Sadiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkimiş şəxs Zərərçəkmiş şəxs, müdafiəçi Azərbaycan Respublikası Vəkillər X2 Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx xxxx 1982-ci ildə Qazı-Məmməd şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər Hacıqabul rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 178.2.2-ci maddəsi ilə 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu olan, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ev 60-da qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yeni Massivdə kirayə yaşayan, barəsində Şirvan şəhər Məhkəməsinin 01 sentyabr 2022-ci il tarixli qərarı ilə həbsetmənin əvvəli 30 avqust 2022-ci il tarixdən hesablanmaqla “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs ayrı-ayrı şəxsləri işə düzəltmək kimi imkanının olmasına inandıraraq, sonuncunun oğlu Şahid2 və Şahid1 «Atef» şirkətində nəzarətçi işinə düzəldəcəyinə dair yalan vədlər verməklə, etibarından sui-istifadə edib, aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs 2020-ci ilin iyun ayında Şirvan şəhəri, M.Ə.Rəsulzadə prospektində yerləşən "xxxx" MMC-nin Şirvan şəhər şöbəsinin yaxınlığında 2000 manat, 2020-ci ilin iyul ayında poçt vasitəsilə 600 manat, Şirvan şəhəri, M.Ə.Rəsulzadə prospektində yerləşən "xxxx" MMC-nin Şirvan şəhər şöbəsinin yaxınlığında 400 manat, 24 iyul 2020-ci il tarixdə poçt vasitəsilə 100 manat, 28 iyul 2020-ci il tarixdə poçt vasitəsilə 100 manat, 11 avqust 2020-ci il tarixdə poçt vasitəsilə 1000 manat, 24 avqust 2020ci il tarixdə poçt vasitəsilə 990 manat, 28 avqust 2020-ci il tarixdə poçt vasitəsilə 200 manat, 31 avqust 2020-ci il tarixdə poçt vasitəsilə 200 manat, 01 sentyabr 2020-ci il tarixdə poçt vasitəsilə 100 manat, 03 sentyabr 2020-ci il tarixdə poçt vasitəsilə 200 manat, 08 sentyabr 2020-ci il tarixdə poçt vasitəsilə 200 manat, 09 sentyabr 2020-ci il tarixdə poçt vasitəsilə 300 manat, 10 sentyabr 2020-ci il tarixdə poçt vasitəsilə 200 manat, 14 sentyabr 2020-ci il tarixdə poçt vasitəsilə 200 manat, 16 sentyabr 2020-ci il tarixdə poçt vasitəsilə 300 manat, 21 sentyabr 2020-ci il tarixdə poçt vasitəsilə 500 manat, 24 sentyabr 2020-ci il tarixdə poçt vasitəsilə 200 manat, 25 sentyabr 2020-ci il tarixdə poçt vasitəsilə 300 manat, 28 sentyabr 2020-ci il tarixdə poçt vasitəsilə 200 manat, 30 sentyabr 2020-ci il tarixdə poçt vasitəsilə 195 manat, 30 sentyabr 2020-ci il tarixdə poçt vasitəsilə 100 manat, 01 oktyabr 2020-ci il tarixdə poçt vasitəsilə 200 manat, 05 oktyabr 2020-ci il tarixdə poçt vasitəsilə 200 manat, 06 oktyabr 2020-ci il tarixdə poçt vasitəsilə 300 manat, 08 oktyabr 2020-ci il tarixdə poçt vasitəsilə 100 manat, 12 oktyabr 2020-ci il tarixdə poçt vasitəsilə 400 manat, 13 oktyabr 2020-ci il tarixdə poçt vasitəsilə 97 manat, 14 oktyabr 2020-ci il tarixdə poçt vasitəsilə 300 manat, 16 oktyabr 2020-ci il tarixdə poçt vasitəsilə 200 manat, 17 oktyabr 2020-ci il tarixdə poçt vasitəsilə 97 manat, 24 oktyabr 2020-ci il tarixdə poçt vasitəsilə 97 manat, 02 noyabr 2020-ci il tarixdə poçt vasitəsilə 98 manat, 2020-ci ilin noyabr ayından 2021-ci ilin fevral ayına kimi olan müddət ərzində Şirvan şəhəri, M.Ə.Rəsulzadə prospektində yerləşən "xxxx" MMC-nin Şirvan şəhər şöbəsinin yaxınlığında cəmi 1300 manat pulunu alıb, ələ keçirərək, verdiyi vədə əməl etməyib, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə xeyli miqdar təşkil edən 11974 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan edilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ittiham üzrə qismən təqsirli bildi, ifadə verərək bildirdi ki, X3 2020-ci il tarixdə tanımışdır. Belə ki, 2020-ci ilin yay aylarında Rahil Vahidovun həyat yoldaşı Sevinc Şirvan şəhərində Mərkəzi poçtda işləmişdir. Həmin vaxt o özü də Hacıqabul rayonunda “Atef” şirkətlər qrupunda əməyin və texniki təhlükəsizlik mühəndisi işləmişdir. Həmin vaxtlar o, Şirvan şəhərində poçt vasitəsilə dəfələrlə Hacıqabulda şirkətdə çalışan türk vətəndaşı Bülənt Ateşin əmək haqqını sonuncunun oğluna göndərmişdir. Həmin vaxtdan etibarən Sevinc xanımla münasibəti yaranmışdır. 2020-ci ilin yay aylarında o, Türkiyəyə pul göndərmək üçün yenidən poçta gəlmişdir. Poçtda olan zaman Sevinc oğlu Sultanın hal-hazırda Türkiyədə çalışdığını, karantin səbəbindən sərhədlərin bağlı olduğu üçün onun “depor” olduğunu və sənədlərinin qaydasında olmadığı üçün Azərbaycana gələ bilmədiyini bildirmiş, o da Sevinc xanıma kömək edəcəyini demiş, bundan sonra öz tanışları vasitəsilə Sultanın Azərbaycana gəlməsinə kömək etmiş və Sultan Azərbaycana gəlmiş, Sultanın Azərbaycana gətirməyi üçün ona ümumilikdə 2700 manat xərc çəkmiş, bir müddət sonra onun barəsində Hacıqabul rayon polis şöbəsində dələduzluğa görə cinayət işi başlanılmış, cinayət işinin gedişatı zamanı ona zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəmək üçün faizə pul lazım olmuş, o da bu barədə Sevincə demiş, Sevinc ona 10 faizə pul tapa biləcəyini bildirmişdir. 2020-ci ilin yay aylarından 2021-ci ilin əvvəllərinədək olan müddətdə Sevinc onun adına poçt vasitəsilə hissə-hissə ümumilikdə 7000 (yeddi min) manat pul göndərmiş, o da həmin pulları Azərbaycan Respublikasının ayrı-ayrı rayonlarında yerləşən poçtlardan götürmüş və Hacıqabul rayon Məhkəməsində cinayət işinə baxılan zaman zərərçəkmiş şəxslərə ödəmişdir. Hal-hazırda zərərçəkmiş şəxsə dəymiş ziyandan 3300 (üç min üç yüz manat) məbləğində ödəniş etmişdir. Əməlindən peşmandır. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, bu cür ifadə özünü müdafiə xarakteri daşıyır, işin faktiki hallarına uyğun gəlmir, cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Məhkəmə baxışında Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs təxminən 2020-ci ilin may ayında tanımış, sonuncu ilə aralarında heç bir düşmənçilik və ya ədavət olmamışdır. Pərvizi tanıdıqdan sonra sonuncunun Hacıqabul rayon ərazisində “Atef” adlı şirkətdə səthəm üzrə mütəxəssis işlədiyini bilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxslə söhbət edərkən oğlu Şahid1 işlədiyi yerdə məvacibinin aşağı olduğuna görə onu “Atef”-də işə düzəltməsini xahiş etmişdir. Pərviz də ona Ceyhunu “Atef” şirkətində nəzarətçi kimi işə düzəldə biləcəyini demişdir. Bu barədə ailə üzvlərinə, yoldaşı Rahil Vahidova və oğlu Şahid1 məlumat vermişdir. Onlar onunla razılaşmışdır. Həmçinin həmin vaxt Ceyhun Pərvizin özü ilə də mobil telefonla danışmışdır. Pərviz onunla və oğlu ilə danışan zaman bir neçə nəfəri əvvəllər “Atef” şirkətində işə düzəltdiyini və hal-hazırda işlədiklərini bildirmişdir. Həmin vaxt Pərviz ondan bunun müqabilində nə qədər pul alacağını deməmiş, sadəcə bildirmişdir ki, işə düzəltmə ilə bağlı lazım olduqca ondan pul alacaq. O da razılaşmışdır. Bir müddət sonra Pərviz ondan Ceyhunun barəsində sənədləri (xəstəxana arayışı, yaşayış yerindən arayış, hərbi bilet, şəxsiyyət vəsiqəsi) istəmiş, o da həmin sənədlərini Pərvizə vermişdir. Pərviz 1 ay içində Ceyhunun işinin düzələcəyini demişdir. 1 ay sonra Pərviz Ceyhunun sənədlərini göndərdiyini, cavab gözlədiyini bank hesabına 2000 (iki min) manat pul köçürülməli olduğunu bildirmişdir. O da Pərvizin dediyi kimi təqribən 2020-ci ilin iyun ayında əlbəəl olaraq Şirvan şəhəri, Mərkəzi poçtun yaxınlığında 2000 (iki min) manat pul vermişdir. Bir müddət sonra xəbər olmadığı üçün o, Pərvizdən xəbər ala bilməmişdir. Pərvizə zəng etmişdir. Pərvizlə danışan zaman Pərviz ona şirkətin özünün Ceyhunla əlaqə saxlayacağını bildirmişdir. Həmin ərəfələrdə Pərviz zəng edərək Ceyhuna şirkətdən paltar verilməsi üçün 600 manat pul lazım olduğunu demişdir. O da poçt vasitəsilə Pərvizə 600 manat pul göndərmişdir. Pərviz yenidən bir neçə gün sonra Ceyhunun əmrinin gəlməsi ilə əlaqədar 400 manat pul lazım olduğunu demişdir. O da Pərvizə əlbəəl Mərkəzi poçtun yanında 400 manat pul vermişdir. Daha sonra isə yenidən 400 və 200 manat pul göndərmişdir. Bir müddət sonra o, digər oğlu Şahid2 Türkiyə Respublikasında olduğunu Pərvizə demiş və pandemiya dövrü olduğu üçün oğlunun Azərbaycan Respublikasına qayıtmasına köməklik göstərməsini xahiş etmişdir. Pərviz də ona kömək edəcəyinə söz verməklə sonradan oğlunun Türkiyə Respublikasından Azərbaycan Respublikasına gətirilməsində ona köməklik göstərmiş və bunun üçün Pərvizə 1900 manat pul vermişdir. Həmçinin Pərviz özü də 800 manat xərc çəkmişdir və həmin pulu ondan almamışdır. X6 şəhərinə gəldikdən sonra isə Pərvizdən oğlu Sultanı da işə düzəltməsini istəmiş və Pərviz ona Sultanı da işə düzəldəcəyini demişdir. Pərviz yenidən Sultanın barəsində olan sənədləri ondan istəmişdir. O da Pərvizin dediyi kimi sənədləri yığaraq Pərvizə vermişdir. Bundan sonra ayrı-ayrı vaxtlarda Pərvizə ümumilikdə 8000 (səkkiz min) manat məbləğində pul vermişdir. Ümumilikdə Ceyhunu və Sultanı işə düzəltmək üçün Pərvizə 12000 (on iki min) manat məbləğində pul vermişdir. Pulu verdikdən bir müddət sonra o, Pərvizə zəng etmiş və sonuncuya vermiş olduğu vədləri yerinə yetirmədiyi üçün pulunu geri verməsini tələb etmişdir. Pərviz də pulu verəcəyini demişdir. Həmin vaxtdan sonra Pərviz mobil telefonları söndürmüş və onunla əlaqə saxlaya bilməmişlər. xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs adına poçt vasitəsilə 100 manat, xx.xx.2020-ci il tarixdə 100 manat, xx.xx.2020-ci il tarixdə 1000 manat, xx.xx.2020-ci il tarixdə 990 manat, xx.xx.2020-ci il tarixdə 200 manat, xx.xx.2020-ci il tarixdə 200 manat, xx.xx.2020-ci il tarixdə 100 manat, xx.xx.2020-ci il tarixdə 200 manat, xx.xx.2020ci il tarixdə 200 manat, xx.xx.2020-ci il tarixdə 300 manat, xx.xx.2020-ci il tarixdə 200 manat, xx.xx.2020-ci il tarixdə 200 manat, xx.xx.2020-ci il tarixdə 300 manat, xx.xx.2020-ci il tarixdə 500 manat, xx.xx.2020-ci il tarixdə 200 manat, xx.xx.2020-ci il tarixdə 300 manat, xx.xx.2020ci il tarixdə 200 manat, xx.xx.2020-ci il tarixdə 195 manat, xx.xx.2020-ci il tarixdə 100 manat, xx.xx.2020-ci il tarixdə 200 manat, xx.xx.2020-ci il tarixdə 200 manat, xx.xx.2020-ci il tarixdə 300 manat, xx.xx.2020-ci il tarixdə 100 manat, xx.xx.2020-ci il tarixdə 400 manat, xx.xx.2020ci il tarixdə 97 manat, xx.xx.2020-ci il tarixdə 300 manat, xx.xx.2020-ci il tarixdə 200 manat, xx.xx.2020-ci il tarixdə 97 manat, xx.xx.2020-ci il tarixdə 97 manat, xx.xx.2020-ci il tarixdə 98 manat pul göndərmişdir. Həmçinin 2020-ci ilin iyun ayında əlbəəl Mərkəzi poçtun yanında Pərvizə 2000 manat, 2020-ci ilin iyul ayında poçt vasitəsilə 600 manat göndərmiş, əlbəəl də Mərkəzi poçtun yanında 400 manat vermiş, həmçinin 2020-ci ilin noyabr ayından 2021-ci ilin fevral ayına kimi ayrı-ayrı vaxtlarda əlbəəl Pərvizə Mərkəzi poçtun yanında ümumilikdə 1300 manat pul vermişdir. Ümumilikdə o, Pərvizə 11974 manat pul vermişdir. Təqsirləndirilən şəxs tərəfindən ona cəmi 3300 manat məbləğində ödəniş olunmuş, 8674 manat borclu qalmışdır. Dəymiş ziyanın ödənilməsini tələb edir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərdi ki, 2020ci ilin sentyabr ayının əvvəllərində anası Zərərçəkmiş şəxs tanışı Təqsirləndirilən şəxs köməyi ilə Türkiyə Respublikasından Azərbaycan Respublikasına Şirvan şəhərinə gəlmişdir. O, Şirvan şəhərinə gəldikdən sonra anası Zərərçəkmiş şəxs ona demişdir ki, Təqsirləndirilən şəxs vasitəsilə onu «Atef» şirkətində işə düzəldəcək, həmçinin qardaşı Ceyhunu da həmin işə düzəltmək üçün Təqsirləndirilən şəxs söz vermişdir. Həmin ərəfədə anası Sevincin Pərvizə bununla bağlı pul verməsindən məlumatı olmamışdır. Təqsirləndirilən şəxslə mobil telefonla danışdıqda sonuncu onu özünün işlədiyi «Atef» şirkətində nəzarətçi işinə düzəldəcəyini demiş, o da sonuncunun dediklərinə inanmışdır. Hətta 2020-ci ilin oktyabr-dekabr aylarında Pərvizlə birlikdə işi öyrənmək məqsədilə Kürdəmir şəhərində qalmış, orada Pərvizlə birlikdə şirkətə gedib-gəlmişdir. Pərviz hər dəfə tez bir zamanda onun və qardaşının işinin düzələcəyini demiş, o da bir söz deməmişdir. 2020-ci ilin dekabr ayında Pərvizlə birlikdə Şirvan şəhərinə gəlmişlər və Pərviz onunla sağollaşıb çıxıb getmişdir. 2021-ci ilin fevral ayında anası Sevinc və atası Rahilin deməsindən bilmişdir ki, sən demə anası, o və qardaşı Ceyhunu işə düzəltmək üçün Pərvizə ayrı-ayrı vaxtlarda ümumilikdə 12000 manat pul vermiş, sadəcə olaraq bilməklərini istəmədiyi üçün bu barədə onlara məlumat verməmişdir. Bundan sonra Pərvizdən pullarını tələb etməyə çalışsalar da, sonuncu hər dəfə bir bəhanə gətirib, pullarını qaytarmaqdan boyun qaçırmışdır. Sonradan Pərvizlə əlaqələri itmiş və sonuncu əvvəlcə zənglərinə cavab verməmiş, sonradan isə ümumiyyətlə mobil telefon nömrəsinə zəng çatmamışdır. Pərvizin yanında olarkən sonuncunun şirkətdə kiməsə pul verməsini və ya kiminləsə onun və ya qardışının işi ilə bağlı söhbət aparmasını görməmiş və eşitməmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid1 məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid2 ifadəsinə uyğun ifadə verib göstərilən xüsusatları təsdiq etmişdir. İş materiallarında olan götürmə aparılması haqqında 18 dekabr 2022-ci il tarixli qərardan, götürmə aparılması və baxış keçirilməsi haqqında həmin tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi qəbzlərə baxış zamanı həmin qəbzlərdə Zərərçəkmiş şəxs adından Təqsirləndirilən şəxs adına müxtəlif vaxtlarda Azərpoçt MMC-nin Şirvan şəhər şöbəsindən müxtəlif məbləğlərdə pulların göndərilməsi müşahidə olunur. Belə ki, qəbzlərə baxıldıqda Zərərçəkmiş şəxs tərəfindən xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs adına poçt vasitəsilə 100 manat, xx.xx.2020-ci il tarixdə 100 manat, xx.xx.2020-ci il tarixdə 1000 manat, xx.xx.2020-ci il tarixdə 990 manat, xx.xx.2020-ci il tarixdə 200 manat, xx.xx.2020-ci il tarixdə 200 manat, xx.xx.2020-ci il tarixdə 100 manat, xx.xx.2020-ci il tarixdə 200 manat, xx.xx.2020-ci il tarixdə 200 manat, xx.xx.2020-ci il tarixdə 300 manat, xx.xx.2020-ci il tarixdə 200 manat, xx.xx.2020-ci il tarixdə 200 manat, xx.xx.2020-ci il tarixdə 300 manat, xx.xx.2020ci il tarixdə 500 manat, xx.xx.2020-ci il tarixdə 200 manat, xx.xx.2020-ci il tarixdə 300 manat, xx.xx.2020-ci il tarixdə 200 manat, xx.xx.2020-ci il tarixdə 195 manat, xx.xx.2020-ci il tarixdə 100 manat, xx.xx.2020-ci il tarixdə 200 manat, xx.xx.2020-ci il tarixdə 200 manat, xx.xx.2020ci il tarixdə 300 manat, xx.xx.2020-ci il tarixdə 100 manat, xx.xx.2020-ci il tarixdə 400 manat, xx.xx.2020-ci il tarixdə 97 manat, xx.xx.2020-ci il tarixdə 300 manat, xx.xx.2020-ci il tarixdə 200 manat, xx.xx.2020-ci il tarixdə 97 manat, xx.xx.2020-ci il tarixdə 97 manat, xx.xx.2020-ci il tarixdə 98 manat pul göndərilməsi müəyyən olunur. Baxış zamanı qəbzlərdə göndərilən pulların komissiyası nəzərə alınmamışdır. Baxışda iştirak edən Zərərçəkmiş şəxs həmin qəbzlərdə olan pulları Təqsirləndirilən şəxs işlədiyi Azərpoçt MMC-nin Şirvan şəhər şöbəsindən göndərdiyini bildirmişdir. İş materiallarında olan qəbzdən görünür ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş ziyandan 3300 (üç min üç yüz) manat məbləğində ödəniş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsindən alınmış tələbnamədən və Hacıqabul rayon Məhkəməsinin 13 may 2020-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı Şəhər Probasiya İdarəsinin 08 fevral 2022-ci il məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində olan Hacıqabul rayon Məhkəməsinin 1(071)-12/2020 saylı, 13 may 2020-ci il tarixli hökmü xx.xx.2020-ci il tarixdə Bakı Şəhər Probasiya İdarəsinin icraatına daxil olmuş, məhkum xx.xx.2020-ci ildə qeydiyyata alınmışdır. Sonradan məhkum cəzanı çəkməkdən yayınmaq məqsədilə qaçıb gizləndiyindən onun barəsində xx.xx.2021-ci il tarixdə qərar qəbul edilərək icra edilməsi üçün Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə göndərilmiş, həmçinin Binəqədi rayon Məhkəməsinin 4(001)-649/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə məhkum Təqsirləndirilən şəxs 7 gün müddətinə tutulması qərara alınmışdır. Sonradan məhkumun axtarışı üzrə iş materialları Binəqədi rayon Polis İdarəsi tərəfindən 260052/2022 saylı axtarış işinə əlavə edilməsi üçün Şirvan şəhər Polis Şöbəsinə göndərilmişdir. Məhkum Təqsirləndirilən şəxs olduğu yer məlum olmadığına və barəsində axtarış elan olunduğuna görə barəsində “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarı tətbiq edilməmiş, cəzasının çəkilməmiş hissəsi 01 il 01 ay 26 gün təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 81.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcələsinin 19.2-ci maddəsinə əsasən məhkəmə cinayət-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada cəzanın çəkilməsinin təxirə salınması və ya onun ləğv edilməsi, xəstəliyə görə cəzanı çəkməkdən azad edilməsi, ittiham hökmünün icrası müddəti ilə əlaqədar cəza çəkməkdən azad edilməsi, cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi, cəzaçəkmə müəssisəsində saxlanılma şəraitinin dəyişdirilməsi, amnistiyanın tətbiq edilməsi, müalicə müəssisəsində saxlanma vaxtının cəzaçəkmə müddətinə daxil edilməsi, məhkumluğun vaxtından əvvəl götürülməsi məsələlərinin həlli zamanı cəzanın icrasına nəzarət edir. «08 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikasi Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 2.5-ci bəndinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətdiklərinə görə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxslər, habelə az ağır və ya ilk dəfə ağır cinayət törətdiklərinə görə azadlığın məhdudlaşdırılması cəzasının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 1 ildən artıq olmayan şəxslər cəzadan azad edilirlər. Həmin qərarın 5-ci hissəsinə əsasən, bu Qərarın 2.5-ci bəndində nəzərdə tutulan şəxslərdən başqa, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxslərin cəzasının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 1 ildən artıq olduqda, çəkilməmiş cəza 1 il azaldılsın (bu Qərarın 10-cu hissəsində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). Beləliklə, Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi dövrdə qaçıb gizləndiyindən barəsində amnistiya tətbiq olunmaması nəzərə alınmalı, barəsində «08 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikasi Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 5-ci hissəsi tətbiq edilməklə Hacıqabul rayon Məhkməsinin 13 may 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək təyin edilmiş 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 (bir) il 01 (bir) ay 26 (iyirmi altı) gün müddəti 01 il azaldılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayətin onun tərəfindən təqsirli olaraq törədilməsi cinayət işi üzrə toplanmış dəlillərin məcmusu ilə kifayət qədər sübuta yetirilir. Beləliklə təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərək, məhkəmə yuxarıda qeyd olunan və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq, belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs ayrı-ayrı şəxsləri işə düzəltmək kimi imkanının olmasına inandıraraq, sonuncunun oğlu Şahid2 və Şahid1 «Atef» şirkətində nəzarətçi işinə düzəldəcəyinə dair yalan vədlər verməklə, etibarından sui-istifadə edib, aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs 2020-ci ilin iyun ayında Şirvan şəhəri, M.Ə.Rəsulzadə prospektində yerləşən "xxxx" MMC-nin Şirvan şəhər şöbəsinin yaxınlığında 2000 manat, 2020-ci ilin iyul ayında poçt vasitəsilə 600 manat, Şirvan şəhəri, M.Ə.Rəsulzadə prospektində yerləşən "xxxx" MMC-nin Şirvan şəhər şöbəsinin yaxınlığında 400 manat, 24 iyul 2020-ci il tarixdə poçt vasitəsilə 100 manat, 28 iyul 2020-ci il tarixdə poçt vasitəsilə 100 manat, 11 avqust 2020-ci il tarixdə poçt vasitəsilə 1000 manat, 24 avqust 2020ci il tarixdə poçt vasitəsilə 990 manat, 28 avqust 2020-ci il tarixdə poçt vasitəsilə 200 manat, 31 avqust 2020-ci il tarixdə poçt vasitəsilə 200 manat, 01 sentyabr 2020-ci il tarixdə poçt vasitəsilə 100 manat, 03 sentyabr 2020-ci il tarixdə poçt vasitəsilə 200 manat, 08 sentyabr 2020-ci il tarixdə poçt vasitəsilə 200 manat, 09 sentyabr 2020-ci il tarixdə poçt vasitəsilə 300 manat, 10 sentyabr 2020-ci il tarixdə poçt vasitəsilə 200 manat, 14 sentyabr 2020-ci il tarixdə poçt vasitəsilə 200 manat, 16 sentyabr 2020-ci il tarixdə poçt vasitəsilə 300 manat, 21 sentyabr 2020-ci il tarixdə poçt vasitəsilə 500 manat, 24 sentyabr 2020-ci il tarixdə poçt vasitəsilə 200 manat, 25 sentyabr 2020-ci il tarixdə poçt vasitəsilə 300 manat, 28 sentyabr 2020-ci il tarixdə poçt vasitəsilə 200 manat, 30 sentyabr 2020-ci il tarixdə poçt vasitəsilə 195 manat, 30 sentyabr 2020-ci il tarixdə poçt vasitəsilə 100 manat, 01 oktyabr 2020-ci il tarixdə poçt vasitəsilə 200 manat, 05 oktyabr 2020-ci il tarixdə poçt vasitəsilə 200 manat, 06 oktyabr 2020-ci il tarixdə poçt vasitəsilə 300 manat, 08 oktyabr 2020-ci il tarixdə poçt vasitəsilə 100 manat, 12 oktyabr 2020-ci il tarixdə poçt vasitəsilə 400 manat, 13 oktyabr 2020-ci il tarixdə poçt vasitəsilə 97 manat, 14 oktyabr 2020-ci il tarixdə poçt vasitəsilə 300 manat, 16 oktyabr 2020-ci il tarixdə poçt vasitəsilə 200 manat, 17 oktyabr 2020-ci il tarixdə poçt vasitəsilə 97 manat, 24 oktyabr 2020-ci il tarixdə poçt vasitəsilə 97 manat, 02 noyabr 2020-ci il tarixdə poçt vasitəsilə 98 manat, 2020-ci ilin noyabr ayından 2021-ci ilin fevral ayına kimi olan müddət ərzində Şirvan şəhəri, M.Ə.Rəsulzadə prospektində yerləşən "xxxx" MMC-nin Şirvan şəhər şöbəsinin yaxınlığında cəmi 1300 manat pulunu alıb, ələ keçirərək, verdiyi vədə əməl etməyib, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə xeyli miqdar təşkil edən 11974 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Həmin əməllər isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin tərkibini təşkil edir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin, cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə cəza təyin edərkən cinayət əməlinin qəsdən törədilməsini, əvvəllər Hacıqabul rayon Məhkməsinin 13 may 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək təyin edilmiş 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsini, cəzasını çəkib qurtarmadan yenidən cinayət törətməsini, məhkumluğunun olmasını və az ağır cinayətlər kateqoriyasına aid olması barədə cinayətin xarakterini, cinayətin ictimai təhlükəliliyini azalda bilən halın olmamasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş ziyanı qismən ödəməsini iş üzrə cəzasını yüngülləşdirən hal olduğunu və iş üzrə cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alır. İş üzrə obyektiv və subyektiv halların məcmusunu nəzərə alıb, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsinin sanksiyası həddləri daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə hazırki hökmlə təyin edilmiş cəzaya əvvəlki Hacıqabul rayon Məhkəməsinin 1(071)-12/2020 saylı, 13 may 2020-ci il tarixli hökmü ilə təyin edilmiş 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi CM-in 68.1.1-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla qismən birləşdirilməklə qəti cəza təyin edilməli, cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli tutulduğu vaxtdan hesablanmalıdır. Zərərçəkmiş şəxsə izah olunmalıdır ki, dəymiş zərərlə əlaqədar mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 351-353,384-cü maddələrini rəhbər tutub, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə hazırki hökmlə təyin edilmiş cəzaya əvvəlki Hacıqabul rayon Məhkəməsinin 13 may 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək təyin edilmiş 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasının qərar qanuni qüvvəyə minənədək 01 (bir) il 01 (bir) ay 26 (iyirmi altı) gün çəkilməmiş hissəsinə «08 noyabr- Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikasi Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 5-ci hissəsi tətbiq edilməklə 01 il azaldılaraq çəkilməmiş qalan azadlığın məhdudlaşdırılması cəzasının 01 (bir) ay 26 (iyirmi altı) gün müddəti Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanmaqla 28 gün azadlıqdan məhrum etmə cəzası qismən birləşdirilməklə ona qəti olaraq 02 (iki) il 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli 30 avqust 2022-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxsə maddi ziyanın ödənilməsi ilə bağlı məhkəmədə mülki mühakimə icraatı qaydasında iddia qaldırmaq hüququ izah edilsin. İş üzrə maddi sübutun olmaması nəzərə alınsın. Hökmdən 20 gün müddətində (həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmü ona verildiyi andan 20 gün müddətində) Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən: Etibar Hümbətov
Məhkəmə qərarları › İş №1(032)-48/2023
Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-48/2023
03.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver