Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-48/2024 14.02.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ saat 11:00-da, Şirvan şəhər Məhkəməsinin hakimi X10 oğlunun sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər X3 Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1977-ci ildə Əli-Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta ixtisas təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 02 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, məhkumluğu olan, Şirvan şəhəri, Sabir küçəsi, ev 2 ünvanında qeydiyyatda olan və yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində daşımaqla saxlamışdır. Belə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,311 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini məlum olmayan vaxtda və mənbədən əldə edib üzərində daşımaqla saxlamış, 16 oktyabr 2023-cü il tarixdə saat 14:30 radələrində Şirvan şəhər polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-tədbiri nəticəsində Şirvan şəhəri, Sabir küçəsində saxlanılaraq Şirvan şəhər polis şöbəsinin inzibati binasına gətirilib, üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd kağız bükümdə təmiz çəkisi 0,311 qram kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər də narkotik vasitələrdən istifadə etdiyinə görə Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə məhkum olunmuşdur. 14 oktyabr 2023-cü il tarixdə yaşadığı Şirvan şəhəri Sabir küçəsində gəzən zaman yerdən 01 (bir) ədəd kağız büküm tapmış, həmin bükümü açıb içərisinə baxdıqda psixotrop maddə metamfetamin olduğunu görüb həmin bükümün içərisində olan metamfetamindən istifadə etmək üçün əynindəki şalvarının cibinə qoyub saxlamış, xx.xx.2023-cü il tarixdə təxminən saat 14:30 radələrində yaşadığı evin yaxınlığında olarkən bir neçə mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini təqdim etmişlər və Şirvan polisinin işçiləri olduqlarını bildirmişlər. Polis əməkdaşları ona üzərində narkotik vasitə saxlamaqda, narkotik vasitədən istifadə etməkdə şübhəli olduğunu bildirmiş və üzərində şəxsi axtarış aparacaqları üçün Şirvan şəhər polis şöbəsinə dəvət etmişlər. O, etiraz etməmiş, polis əməkdaşları ilə birlikdə Şirvan şəhər polis şöbəsinə getmişdir. Polis şöbəsində vəkilin iştirakı ilə və videoçəkilişlə onun razılığı ilə üzərinə şəxsi-axtarış keçirilmiş, şəxsi-axtaırş zamanı polis əməkdaşı ondan üzərində narkotik vasitə, psixotrop maddə və ya hər hansı bir qanunsuz əşya olub-olmamasını soruşub, olduğu halda könüllü təqdim etməyini təklif etmiş, o da, əynində olan qara rəngli şalvarın sağ yan cibində saxladığı bir bükümdə psixotrop maddə metamfetamini masanın üzərinə qoymuş və həmin bükümün içərisində psixotrop maddə metamfetamin olmasını söyləmişdir. Həmin büküm çəkilərək qablaşdırılmış, daha sonra protokol tərtib olunaraq o və digər iştirak edən şəxslər imzalanmışdır. Əməlindən peşmandır. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, şəxsi axtarış və digər istintaq hərəkəti protokolları, ekspertiza rəyləri və digər sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə baxışında şahid qismində ifadə vermiş Şahid1 göstərmişdir ki, 16 oktyabr 2023-ci il tarixdə Şirvan şəhəri, Sabir küçəsi, ev 2 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs üzərində qanunsuz yolla əldə etdiyi narkotik vasitə istifadə etməkdə və gəzdirməkdə şübhəli olması barədə daxil olan məlumat və tərəfindən qəbul edilmiş təxirəsalınmaz əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar əsasında əməliyyat qrupu yaradılmış, daxil olmuş əməliyyat məlumatı əsasında təxirəsalınmadan Təqsirləndirilən şəxs üzərində axtarış aparılması zərurəti yaranmışdır. Tərəflərindən Təqsirləndirilən şəxs yeri müəyyən edilərək xx.xx.2023-ci il tarixdə saat 14:30 radələrində Şirvan şəhəri, Sabir küçəsində yaşadığı evin yaxınlığında hərəkət edən zaman saxlanılıb şəhər polis şöbəsinə gətirilmiş, şəhər polis şöbəsinin inzibati binasının otaqlarının birində saat 15:20-də videoçəkiliş vasitəsilə vəkilin və polis əməkdaşlarının iştirakları ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd kağız büküm aşkar olunmuş, həmin büküm açılıb içərisinə baxış keçirildikdə içərisində, psixotrop maddə metamfetaminə bənzər kütlənin olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs aşkar olunmuş bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu, özünün istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd kağız bükümdə həmin psixotrop maddə metamfetaminə bənzər kütlə tərəzi vasitəsilə çəkilərək ekspertizaya təqdim olunması üçün qablaşdırılmış, üzəri möhürlənmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə verib göstərilən xüsusatları təsdiq etdi. Məhkəmə iclasında cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsini əks etdirən videoçəkilişə baxış keçirimişdir. Videoçəkilişdən görünür ki, müdafiəçi X1 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarının sağ yan cibindən 01 ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin kütlənin psixotrop maddə metamfetamin olduğunu, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs üzərindən başqa qanunsuz əşya və ya vasitə aşkar edilməmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 Bölməsinin 17 oktyabr 2023-cü il tarixli, 18/995 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 1 ədəd kağız bükümdə təmiz çəkisi - 0,311 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata sərf edildi - 0,05 qram, qalıq -0,261 qram. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 oktyabr 2023-cü il tarixli, 5/1506 nömrəli rəyindən görünür ki, təqdim edilmiş bir ədəd sensor ekranlı “Android 5.1.1” əməliyyat sistemi ilə təchiz olunmuş “Samsung Galaxy J1 mini” markalı “SM-J105H” modelli “**********47816, **********47814” “ımeı” kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. Tədqiq olunan “Samsung Galaxy J1 mini” markalı “SM-J105H” modelli mobil smartfonun yaddaşında (kontaktlar, zənglər, “SMS” mesajlar, audio, foto fayllar, “WhatsApp” proqram təminatı vasitəsilə aparılmış məlumat mübadilələri və sairə) mövcud olan və yaddaşından pozulmuş məlumatlar müəyyən olunmuşdur. Tədqiq olunan “Samsung Galaxy J1 mini” markalı “SM-J105H” modelli mobil smartfonun yaddaşında “Facebook” və “İnstagram” sosial şəbəkələrinə aid proqram təminatları müəyyən olunmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator Məcburi-narkoloji tibbi yoxlamanın 04 noyabr 2023-cü il tarixli 7244 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorların və kannabinoidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİtərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Əliyev X4 şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 02 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin 12 yanvar 2024-cü il tarixli 101173-2023/10-25 saylı məktubundan görünür ki, Əliyev X4 şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmün icrası barədə göstəriş və hökmün surəti xx.xx.2023-cü il tarixdə Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş, xx.xx.2023-cü il tarixdə məhkum Əliyev X4 şəhəri üzrə İcra və Probasiya şöbəsinə gələrək qeydiyyatda düşmüş və cəza müddəti həmin vaxtdan hesablanmağa başlanılmışdır. xx.xx.2023-cü il tarixə məhkum Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzadan 05 ay 05 gününü çəkmiş, məhkumun çəkilməmiş cəzası 01 il 09 ay 21 gün təşkil edir. Cinayət işinin materiallarına əlavə olunmuş şəxsi axtarış və götürmə haqqında 16 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman əynindəki olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd kağız bükümdə psixotrop maddə metamfetaminə oxşar kütlə aşkar edilərək bir ədəd kağız zərfə qablaşdırılıb götürülmüşdür. Cinayət işi materiallarına əlavə edilmiş şübhəli şəxsi tutma haqqında protokoldan və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 16 oktyabr 2023-cü il tarixdə, saat 15:05-də şübhəli şəxs qismində tutulmuş, 18 oktyabr 2023-cü il tarixdə, saat 09:45-də Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, barəsində Şirvan şəhər Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli qərarı ilə əvvəli 16 oktyabr 2023-cü il tarixdən hesablanmaqla 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Şirvan şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs adına verilmiş xasiyyətnamədə göstərilir ki, onun barəsində nümayəndəliyə yazılı və ya şifahi olaraq heç bir şikayət daxil olmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş Şirvan şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs adına verilmiş arayışdan görünür ki, Əliyev X4 şəhər Bayramlı qəsəbəsi, Şirvan şəhəri, Sabir küçəsi, ev 2 ünvanında qeydiyyatdadır. Onun ailə üzvləri həyat yoldaşı X8, oğlu 2000-ci il təvəllüdlü X9, oğlu 2002-ci il təvəllüdlü X7r. Cinayət işi materiallarına əlavə edilmiş Şirvan şəhər X6 Hüquqi Şəxsinin 18 oktyabr 2023-cü il tarixli 18-1-35/2-896/2023 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs ŞMX-nın ruhi-əsəb, narkoloji kabinetlərində qeydiyyatda yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146-cı maddəsinin məzmunundan görünür ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda təqsiri tam sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddələri ilə tövsif edilmişdir. O, həmin maddənin sanksiyası çərçivəsində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərək, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq, belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,311 qram olan, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində daşımaqla saxlamış, həmin əməl isə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin tərkibini yaradır. Cəza məsələsini müzakirə edərək məhkəmə aşağıdakıları qeyd edir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısnı almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə cəza təyin edərkən təqsirləndirilən şəxsin əvvəllər Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə 02 il 02 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsini, cəzasını çəkib qurtarmadan yenidən cinayət törətməsini, məhkumluğunun olmasını, qəsdin obyektinin narkotik vasitələrin qanunsuz dövriyyəsinin təşkil etməsini, cinayət əməlinin qəsdən törədilməsini, az ağır cinayətlər kateqoriyasına aid olması barədə cinayətin xarakterini, cinayətin ictimai təhlükəliliyini azalda bilən halın olmamasını nəzərə alır. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxsin iş üzrə cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alır. İş üzrə obyektiv və subyektiv halların məcmusunu nəzərə alıb, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası həddləri daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə hazırki hökmlə təyin edilmiş cəzaya Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş 01 il 09 ay 21 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası CM-in 68.1.1-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla qismən birləşdirilməklə qəti cəza təyin edilməli, cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli tutulduğu vaxtdan hesablanmalıdır. İş üzrə maddi sübut olan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,261 qram psixotrop maddə olan metamfetamin Azərbaycan Respublikası CPM-nin 132.0.1-ci maddəsinə əsasən məhv edilməlidir. Ekspertiza tədqiqatının dəyəri – 129 manat 74 qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X2 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülməlidir. Məhkəmə şərh olunanları nəzərə alıb və Azərbaycan Respublikası CPM-nın 351- 353,384-cü maddələrini rəhbər tutub, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək təyin edilmiş və çəkilməmiş qalan 01 (bir) il 09(doqquz) ay 21 (iyirmi bir) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına 01 (bir) gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanmaqla 10 (on) ay 25 (iyirmi beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə hazırki hökmlə təyin olunmuş cəza ilə qismən birləşdirilməklə ona qəti olaraq 01 (bir) il 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 16 oktyabr 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə onun barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut olan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,261 qram psixotrop maddə metamfetamin məhv edilsin. Ekspertiza tədqiqatının dəyəri – 129 manat 74 qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X2 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülsün. Hökmdən 20 gün müddətində (həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmü ona verildiyi andan 20 gün müddətində) Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən: Etibar Hümbətov
Məhkəmə qərarları › İş №1(032)-48/2024
Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-48/2024
14.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver