Məhkəmə qərarları › İş №1(032)-49/2023

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №1(032)-49/2023

08.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(032)-49/2023 08.02.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi Qarayev Qiyas Sarvan oğlunun katibliyi ilə, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxslər X5, X10, X6, vəkili X3, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə X4 Azərbaycan Respublikasının CM-nin 148-ci maddəsi ilə ittiham olunmasına dair barəsində xüsusi ittiham qaydasında verilmiş şikayətə hazırlıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X11, X15 və X12 tərəfindən X4 Azərbaycan Respublikasının CM-nin 148-ci maddəsi ilə ittiham olunmasına dair xüsusi ittiham qaydasında Şirvan şəhər Məhkəməsinə şikayət verilmişdir. Xüsusi ittiham qaydasında şikayətlə tanış olarkən müəyyən edilmişdir ki, məhkəmə baxışı məhz bu məhkəməyə aiddir, lakin şikayətin məhkəmə baxışının qeyri-mümkünlüyünə səbəb olan hallar mövcudur. Belə ki, xüsusi ittiham qaydasında verilmiş şikayətdən görünür ki, X11, X15 və X1 Adişrin Arif oğlunun Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini istəmiş və göstərmişdir ki, ünvan 1 ünvanbında yaşayan X2 şəhərində yerləşən “Elite Ticarət Bazarı”nda Azərbaycan xalıqını, Dövlət Başçısını və s. şəxsləri ağır təhqiramiz küçə söyüşləri ilə söyərək təhqir etmişdir. Həmin təhqir görüntüsü sosial şəbəkələrdə yayımlanmaış, xüsusilə “Tik Tok” səhifəsində çoxlu sayda izləyici tərəfindən izlənmişdir. Azərbaycan Respublikasının vətəndaşları olaraq onlar bu təhqirlərə dözə bilməyərək xüsusi ittiham qaydasında şikayət vermək və həmin şəxsin cəzalandırılması qərarına gəlmişlər, çünki, həmin videogörüntüdə səslənən sözlər Azərbaycan Respublikasında yaşayan vətəndaş və YAP üzvləri kimi milli mənsubiyyətlərini, şəxsiyyətlərini, mənəviyyətlərini, xalq məhfumunu alçaldır. Amma özü qeyri-qanuni olaraq səyyari valyuta mübadiləsi həyata keçirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinə əsasən təhqir cinayəti, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmadır. Təhqir cinayətinin obyektiv cəhəti isə kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında başqa şəxsin şəxsiyyətini şərəf və ləyaqətini nalayiq formada alçaltmada ifadə olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: Xüsusi ittiham qaydasında şikayətdə göstərilməlidir: 293.3.1-ci maddəsinə əsasən şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2-ci maddəsinə əsasən törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.4-cü maddəsinə əsasən şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; Məhkəmə xüsusi ittiham qaydasında şikayəti aşağıdakı hallarda icraata götürməkdən imtina edir: 302.13-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; 302.1.5-ci maddəsinə əsasən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda; Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4,302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. 21 fevral 2014-cü il tarixli “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında məhkəmələrə xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlamaq tövsiyə edilir. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul etməlidir. Beləliklə, məhkəmə işin bütün hallarını, proses iştirakçılarının izahatlarını araşdıraraq, ilkin sübutlara obyektiv qiymət verərək hesab edir ki, xüsusi ittiham qaydasında şikayət CPM-nin 293-cü maddəsini tələblərinə uyğun verilmədiyindən xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina barədə qərar qəbul edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 299,300,384-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: X4 Azərbaycan Respublikasının CM-nin 148-ci maddəsi ilə ittiham olunmalarına dair X11, X15 və X12 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmə icraatına qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar