Məhkəmə qərarları › İş №1(032)-49/2024

Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-49/2024

08.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-49/2024 08.05.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ saat 10:29-da Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi , Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Müdafiəçilər Azərbaycan Respublikası Vəkillər Kollegiyası Şirvan Regional Vəkil bürosunun vəkili Müdafiəçi2 və Müdafiəçi1, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakı ilə, xx.xx.1993-cü il tarixdə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli,evli, işləməyən, məhkumluğu olmayan, Sabirabad rayonu Nizami kəndində qeydiyyatda olan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə, xx.xx.1977-ci il tarixdə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Sabirabad rayonu Nəsimi kəndində qeydiyyatda olan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Şirvan şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bir qrup şəxs halında xuliqanlıq cinayət əməlini törətmişlər. Belə ki, Təqsirləndirilən şəxs1 sərxoş halda 13 iyul 2023-cü il tarixdə saat 21 radələrində dayısı Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında ictimai yer hesab olunan Şirvan şəhəri, H.Əliyev prospekti 412 ünvanında yerləşən “Ağ saray” şadlıq sarayının “Gold” zalına çıxan pilləkan tərəfdə Zərərçəkmiş şəxs2 ilə heç bir əsaslı səbəb olmadan mübahisə edib, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək, Zərərçəkmiş şəxs2 və sonuncunun qohumu Zərərçəkmiş şəxs1 ünvanına ucadan nalayiq ifadələr işlətməklə, öz şəxsiyyətlərini başqa şəxslərin şəxsiyyəti fövqündə qoyub, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş əxlaq normalarından kənara çıxmaqla ətrafdakı şəxslər və özləri üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, digər şəxslərin qanuni mənafelərinə toxunan hərəkətlərə yol verib, ətrafdakı şəxslərin gözü qarşısında Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2la mübahisə edərək, sonuncunun sifətinə yumruqla vurub, ona fiziki ağrı yetirmiş, həmin hadisə zamanı qrup üzvü Təqsirləndirilən şəxs2 yumruqla Zərərçəkmiş şəxs2 vuraraq ona fiziki ağrı yetirmiş və Zərərçəkmiş şəxs1 isə yumruqla sifətinin sol hissəsinə vuraraq, sonuncuya “sol göz almasına qansızma müşahidə olunan şişkinlik-qançır, sol almacıqda şişknlik-qançır kimi” sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edib xuliqanlıq etmişdir. Həmçinin, skərov Natik Abbas oğlu sərxoş halda 13 iyul 2023-cü il tarixdə saat 21 radələrində bacısıoğlu Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında ictimai yer hesab olunan Şirvan şəhəri, H.Əliyev prospekti 412 ünvanında yerləşən “Ağ saray” şadlıq sarayının “Gold” zalına çıxan pilləkan tərəfdə Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ilə heç bir əsaslı səbəb olmadan mübahisə edib, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək,sonuncuların ünvanına ucadan nalayiq ifadələr işlətməklə, öz şəxsiyyətlərini başqa şəxslərin şəxsiyyəti fövqündə qoyub, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş əxlaq normalarından kənara çıxmaqla ətrafdakışəxslər vəözləri üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, digər şəxslərin qanuni mənafelərinə toxunan hərəkətlərə yol vermiş, hadisə zamanı qrup üzvü olan Təqsirləndirilən şəxs1 ətrafdakışəxslərin gözü qarşısında Zərərçəkmiş şəxs2 sifətinə yumruqla vurub ona fiziki ağrı yetirmiş, o isə, sonuncunun sifətinə yumruqla vurub ona fiziki ağrı yetirməklə və Zərərçəkmiş şəxs1 isə yumruqla sifətinin sol hissəsinə vuraraq, sonuncuya “sol göz almasına qansızma müşahidə olunan şişkinlik-qançır, sol almacıqda şişknlik-qançır kimi” sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edib xuliqanlıq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 13 iyul 2023-cü il tarixdə atası ilə birlikdə Şirvan şəhərində “Ağ Saray” şadlıq sarayında toy mərasimində olmuş, həmin vaxt spirtli içki olan araq içmişdir. Mübahisə şadlıq sarayının pilləkənlərində olmuş, Zərərçəkmiş şəxs2 nalayiq ifadə işlətməsi ilə əlaqədar baş vermişdir. Hadisə vaxtı o orada olmamış, sonradan, mübahisə yekunlaşandan sonra həmin yerə gəlmişdir.O,heç kimi vurmamışdır, özünü yanlız mübahisə olan yerə gəlməkdə təqsirli bilir. Zərərçəkmiş şəxs Mahur da ona təsadüfən xəsarət yetirmiş , o bunun qarşılığında zərərçəkmiş şəxsə heç bir xəsarət yetirməmiş, yanlız DİN 102 xidmətinə zəng edərək məlumat vermişdir. Törətmiş olduğu cinayət əməlindən peşmandır, zərərçəkmiş şəxslərlə barışmış, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbi yoxdur. İbtidai araşdırma zamanı isə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 13 iyul 2023-cü il tarixdə atası ilə birlikdə Şirvan şəhərində “Ağ Saray” şadlıq sarayında toy mərasimində imiş. Həmin toya onları həmkəndliləri olan Gülağa övladının kiçik toy mərasiminə dəvət etmişdir. Toyda olduğu vaxtı spirtli içki olan araq içmişdir. Şadlıq sarayının qarşısında qonşu kənd Qardaşkənd kənd sakini olan Mahurla söhbət edirmiş. Sonra o sarayın toy zalına getmişdir. Toyda oynadıqdan sonra havasını dəyişmək üçün şadlıq sarayından çıxaraq həyətə düşmüşdür. Həyətdə zalın pilləkanlarının önündə dayısı Təqsirləndirilən şəxs2 ilə pilləkanın birinci pilləsində dayanıb söhbət edərkən qonşu kənddən olan Zərərçəkmiş şəxs1 dayısı Natikə yaxınlaşaraq nə səbəbdən zalın girişində qohumu Zərərçəkmiş şəxs2la mübahisə etdiyi barədə soruşmuşdur. Söhbət zamanı Zərərçəkmiş şəxs2 zaldan çıxaraq pilləkanlar ilə həyətə düşən zaman dayısı Natikin köynəyinin arxa tərəfindən tutaraq dartib nəlayiq söyüş söymüş və bu vaxt dayısı Natik arxaya çevrilib Mahurun sol sifətindən yumruqla vurmuşdur. Həmin vaxt dayısı Natiklə söhbət edən Elşən Natikin sifətinin sol hissəsindən yumruqla vurmuşdur. Bu vaxt Natik Elşənin də sifətinin sol tərəfindən qaş nahiyəsindən yumruqla vurmuşdur. Mahur təkrarən Natikin üstünə hücum çəkərək Natiki vurmaq istədikdə o Mahurun çənə nahiyəsindən yumruqla vurmuşdur. Bundan sonra Mahur da onun dodaq nahiyəmdən yumruqla vurmuşdur. Həmin vaxt şadlıq sarayının qarşısında olan toya gələn şəxslər onları aralayaraq sakitləşdirmək istədikdə, dava sakitləşərək aralandıqları vaxt Elşən təkrarən Natikin üstünə gedərək onu sifət nahiyyəsindən vurduqdan sonra Natik huşunu itirərək yerə yıxılmışdır. Sonra orada olan şəxslər onların hamısını aralayaraq davanı sakitləşdirmişlər. Həmin vaxt onların yanında olan Nəsimi və sonradan onlara yaxınlaşaraq onları aralayan şəxslərdən Mirqasım və Gülağanı tanıyır. Digər şəxslər isə toya gələn tanımadığı qonaqlar olmuşdur. Münaqişə və dava-dalaş təxminən 5-6 dəqiqə davam etmiş, sonra orada olan adını qeyd etdiyi şəxslər və qonaqlar onları aralayaraq sakitləşdirmişlər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 mübahisə zamanı orada olmadığını , sonradan mübahisə olan yerə gəldiyini bildirsə də Şirvan şəhər Məhkəməsinin Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair digər cinayət işi üzrə xx.xx.2024-cü il tarixli ,1(032)- 17/2024 saylı hökmündən də görünür ki, Təqsirləndirilən şəxs1 həmin iş üzrə zərərçəkmiş şəxs qismində məhkəmə iclasında verdiyi ifadəsində baş vermiş münaqişədə iştirak etməklə Mahurun təkrarən Natikin üstünə hücum çəkərək Natiki vurmaq istədiyi zaman Mahurun çənə nahiyəsindən yumruqla vurduğunu təsdiq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 13 iyul 2023-cü il tarixdə oğlu Nahidlə birlikdə Şirvan şəhərində “Ağ Saray” şadlıq sarayında həmkəndlisi Gülağa övladının kiçik toy mərasimində iştirak etmişlər. Oğlu ilə toyda təxminən 2-3 saat oturduqdan sonra oğlu spirtli içki qəbul etdiyi üçün onu toy zalından çıxararaq həyətə düşürüb toya gəldikləri həmkəndlisi Mirqasımın avtomobilinə əyləşdirmişdir. Toy mərasimində özüdə spirtli içki olan araq içmişdir. Bundan sonra həmkəndliləri Yalçın və Rahimlə birlikdə şadlıq sarayının yaxınlığında olan Banu restoranına çay içmək üçün getmişlər. Orada çay içib təxminən yarım saat oturduqdan sonra oradan durub şadlıq sarayının həyətinə gəlmişdir. Həmin vaxt Mirqasım ona demişdir ki, “çıx şadlıq sarayına gör bizimlə gələn kəndlilərimiz gedirsə çıxsınlar gedək kəndə”. Şadlıq sarayının pilləkanı ilə saraya çıxarkən qonşu kənd olan Qardaşkənd sakini Mahur yanında söhbət etdiyi həmkəndlisi olan Müşviqdən və Zülfüqardan onun kimliyini soruşmuşdur. Müşviq Mahura demişdir ki, “Natikdir də, tanımırsan?”. Mahur həmin vaxt Müşviqə demişdir ki, “Mən Natik zad hərləmirəm”. Müşviq ona əli ilə işarə etmişdir ki, “piyandır yola ver”. O, Mahura demişdir ki, “Mahur sən məni tanımırsan ki, məni təhqir edirsən?”. Mahur ona cavab olaraq bildirmişdir ki, “mən səni tanımıram, nədə ki, tanımaq istəmirəm”. Bundan sonra o Mahura fikir verməyərək sarayın piləkanlarından qalxaraq sarayın dəhlizinə daxil olmuşdur. O sarayın dəhlizindən qayıdaraq pilləkanları həyətə düşmüşdür. Bu vaxt Mahurun qohumu Elşən ona yaxınlaşaraq aqressiv şəkildə “Sən Mahuru tanımırsan, sən Mahura heç bir şey edə bilməzsən” deyib onu təhqir etmişdir. O, Elşənə öz iradını bildirərək bildirmişdir ki, “mən ona heç bir söz deməmişəm”. Bu barədə söhbət edərkən Mahur pilləkanları enərək onun arxa tərəfindən köynəyini tutub dartmışdır. Həmin vaxt arxaya çevriləndə Mahuru görərək onun bu hərəkətinə əsəbləşib Mahuru sol sifət nahiyəsindən yumruqla vurmuşdur. Bundan sonra Mahurun yeznəsi Elşən onun sifətinin sol hissəsindən yumruqla vurmuşdur. Həmin vaxt o Elşənin də sifətinin sol tərəfindən qaş nahiyəsindən yumruqla vurmuşdur. Həmin vaxt yanlarında olan Nəsimi, Gülağa, Mirqasım və şadlıq sarayının qarşısında olan toya gələn şəxslər onları aralayaraq sakitləşdirmək istəmişlər. Mübahisə vaxtı Elçin orada olmamışdır, Elçin ora gəldiyi zaman Mahurun səhvən onu yumruqla vurduğunu bildirmişdir. O, Elçini görən zaman artıq Elçinin dodağı partlamışdır, onun Mahur tərəfindən vurulduğunu görməmişdir. Törətmiş olduğu cinayət əməlindən peşmandır, zərərçəkmiş şəxslərlə barışmışdır, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbi yoxdur. İbtidai araşdırma zamanı isə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 13 iyul 2023-cü il tarixdə oğlu Nahidlə birlikdə Şirvan şəhərində “Ağ Saray” şadlıq sarayında toy mərasimində imiş. Həmin toya onları həmkəndlisi Gülağa övladının kiçik toy mərasiminə dəvət etmişdir. Oğlu ilə toyda təxminən 2-3 saat oturduqdan sonra oğlu spirtli içki qəbul etdiyi üçün onu toy zalından çıxararaq həyətə düşürüb toya gəldikləri həmkəndlisi Mirqasımın avtomobilinə əyləşdirmişdir. Toy mərasimində özüdə spirtli içki olan araq içmişdir. Nahid avtomobilə əyləşən kimi yuxuya getmişdir. Bundan sonra həmkəndliləri Yalçın və Rahimlə birlikdə şadlıq sarayının yaxıınlığında olan Banu restoranına çay içmək üçün getmişlər. Orada çay içib təxminən yarım saat oturduqdan sonra oradan durub şadlıq sarayının həyətinə gəlmişdir. Şadlıq sarayının həyətində avtomobildə yatan oğlu Nahidə baxmış və görmüş ki, hələdə yatır. Həmin vaxt Mirqasım ona demiş ki, “çıx şadlıq sarayına gör bizimlə gələn kəndlilərimiz gedirsə çıxsınlar gedək kəndə”. Şadlıq sarayının pilləkanı ilə saraya çıxarkən qonşu kənd olan Qardaşkənd sakini Mahur yanında söhbət etdiyi həmkəndlisi olan Müşviqdən və Zülfüqardan onun kimliyini soruşmuşdur. Müşviq Mahura demiş ki, “Natikdirdə, tanımırsan?”. Mahur həmin vaxt Müşviqə demiş ki, “Mən Natik zad hərləmirəm”. Müşviq ona əli ilə işarə etmiş ki, “piyandır yola ver”. O, Mahura demiş ki, “Mahur sən məni tanımırsan ki, məni təhqir edirsən?”. Mahur ona cavab olaraq bildirmiş ki, “mən səni tanımıram, nədə ki, tanımaq istəmirəm”. Bundan sonra o Mahura fikir verməyərək sarayın piləkanlarından qalxaraq sarayın dəhlizinə daxil olmuşdur. Həmin vaxt Mahur, Zülfüqar və Müşviq onun arxamca dəhlizə gəlmişlər. Bu vaxt Mirqasım onun arxamca gələrək ona bildirmiş ki, “sən get maşına, mən özüm mənimlə gələn şəxsləri çağıracam”. O sarayın dəhlizindən qayıdaraq pilləkanları həyətə düşmüşdür. Bu vaxt Mahurun qohumu Elşən ona yaxınlaşaraq aqressiv şəkildə “Sən Mahuru tanımırsan, sən Mahura heç bir şey edə bilməzsən” deyib onu təhqir etmişdir. O, Elşənə öz iradını bildirərək bildirmiş ki, “mən sizin üçün uşaq deyiləm, Mahur məni bayaq təhqir edib, indidə sən təhqir edirsən”. Bu barədə söhbət edərkən Mahur pilləkanları enərək onun arxa tərəfimdən köynəyini tutub dartmışdır. Həmin vaxt arxaya çevriləndə Mahuru görərək onun bu hərəkətinə əsəbləşib Mahuru sol sifət nahiyəsindən yumruqla vurmuşdur. Bundan sonra Mahurun yeznəsi Elşən onun sifətinin sol hissəsindən yumruqla vurmuşdur. Həmin vaxt o Elşənində sifətinin sol tərəfindən qaş nahiyəsindən yumruqla vurmuşdur. Mahur təkrarən onun üstünə hücum çəkərək onu vurmaq istədikdə bacısı oğlu Elçin Mahurun çənə nahiyəsindən yumruqla vurmuşdur. Bundan sonra Mahurda Elçinin dodaq nahiyəsindən yumruqla vurmuşdur. Həmin vaxt yanlarında olan Nəsimi, Gülağa, Mirqasım və şadlıq sarayının qarşısında olan toya gələn şəxslər onları aralayaraq sakitləşdirmək istəmişlər. Dava sakitləşərək aralandıqları vaxt Elşən təkrarən onun üstünə gələrək onun sifət nahiyyəsindən vurduqdan sonra o huşunu itirərək yerə yıxılmışdır. Sonra orada olan şəxslər onları aralayaraq davanı sakitləşdirdirmişlər. Həmin vaxt onların yanında olan Nəsimi və sonradan onlara yaxınlaşaraq onları aralayan şəxslərdən Mirqasım və Gülağanı tanıyır. Digər şəxslər isə toya gələn tanımadığı qonaqlar olmuşdur. Münaqişə və dava-dalaş təxminən 5-6 dəqiqə davam etmiş, sonra orada olan adını qeyd etdiyi şəxslər və qonaqlar onları aralayaraq sakitləşdirmişlər. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməlləri törətmələri özlərinin ifadələri ilə yanaşı zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspertiza rəyləri və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 13 iyul 2023-cü il tarixdə Zərərçəkmiş şəxs2la birlikdə Şirvan şəhərində “Ağ Saray” şadlıq sarayında toy mərasində olmuşdur. Mahurla toyda təxminən 2-3 saat oturduqdan və yeyib-içdikdən sonra toy zalından çıxaraq tanışı Mirqasımla birlikdə şadlıq sarayının yaxınlığında olan “Banu” restoranına çay içmək üçün getmişlər. Mirqasımla təxminən 25 dəqiqə restoranda oturub çay içdikdən sonra qalxıb şadlıq sarayının həyətinə gəlmişlər. Şadlıq sarayının həyətinə gəldikdə sarayın qarşısında ona həmkəndlilərindən kimsə demişdir ki, qaynı Zərərçəkmiş şəxs2la qonşu kənddən olan Təqsirləndirilən şəxs2 arasında mübahisə olmuşdur. O, Natiki sarayın girişində olan pilləkanda görüb ona yaxınlaşmış və nə səbəbdən Mahurla mübahisə etdiyini soruşmuşdur. Həmin vaxtı Natikin bacısı oğlu Təqsirləndirilən şəxs1 da orada imiş. Söhbət əsnasında Mahur şadlıq sarayından çıxaraq pilləkanları aşağı düşərkən Natikin köynəyinin arxa tərəfindən tutaraq dartib nəlayiq söyüş söymüşdür. Bu vaxt Natik arxaya çevrilib Mahurun sol sifətindən yumruqla vurmuşdur. Həmin vaxt o Natikin sifətinin sol hissəsindən yumruqla vurmuşdur. Bu vaxt Natik onun da sifətinin sol tərəfindən qaş nahiyəsindən yumruqla vurmuşdur. Mahur təkrarən Natikin üstünə hücum çəkərək Natiki vurmaq istədikdə Natikin bacısı oğlu Elçin Mahurun çənə nahiyəsindən yumruqla vurmuşdur. Bundan sonra Mahur da onun dodaq nahiyəsindən yumruqla vurmuşdur. Həmin vaxt yanlarında olan Nəsimi, Mirqasım, Gülağa və şadlıq sarayının qarşısında olan toya gələn şəxslər onları aralayaraq sakitləşdirmək istədikdə, dava sakitləşərək aralandıqları vaxt o təkrarən Natikin üstünə gedərək onu sifət nahiyyəsindən vurduqdan sonra Natik huşunu itirərək yerə yıxılmışdır. Sonra orada olan şəxslər onları aralayaraq davanı sakitləşdirmişlər. Hal-hazırda təqsirləndirilən şəxslərlə barışmış, onlara qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 13 iyul 2023-cü il tarixdə Zərərçəkmiş şəxs1la birlikdə Şirvan şəhərində “Ağ Saray” şadlıq sarayında toy mərasimində olmuşdur. Elşənlə toyda təxminən 2-3 saat oturduqdan sonra o Elşənə evə getmələrini təklif etmişdir. Həmin vaxtı Elşən ona gözlə birazdan gedərik demişdir. O, toyda sıxıldığı üçün saraydan çıxmış, pilləkanlardan enib zalın giriş qapısında olarkən sonradan adını bildiyi qonşu kənd Nəsimi kənd sakini Natiq ona yaxınlaşmışdır. O, həmin vaxtı Müşviqdən onun kim olduğunu soruşmuşdur. Müşviq ona bildirmişdir ki, adı Natikdir, qonşu kənd olan Nəsimi kənddəndir. O, həmin vaxtı Natiqə aqressiv cavab vermişdir. Həmin vaxtı Müşviq onları sakitləşdirmiş və Natik çıxıb getmişdir. Bundan sonra təxminən 15 dəqiqədən sonra zaldan pilləkanlarla həyətə düşərkən Natik və bacısı oğlu Elçinlə yeznəsi Zərərçəkmiş şəxs1 söhbət etdiyini görmüş və həmin vaxtı Natikin arxası ona tərəf olduğundan pilləkanlarla düşə-düşə Natiki arxa tərəfindən köynəyindən tutaraq dartmışdır. Bu vaxt Natik ona tərəf çevrilərək onun sol sifətindən yumruqla vurmuşdur. Həmin vaxt yeznəsi Elşən Natikin sifətinin sol hissəsindən yumruqla vurmuşdur. Bu vaxt Natik Elşənin də sifətinin sol tərəfindən qaş nahiyəsindən yumruqla vurmuşdur. O, təkrarən Natikin üstünə hücum çəkərək Natiki vurmaq istədikdə sonuncunun bacısı oğlu Elçin onun çənə nahiyəsindən yumruqla vurmuşdur. Bundan sonra o da Elçinin dodaq nahiyəsindən yumruqla vurmuşdur. Həmin vaxt orada olan Nəsimi, Gülağa, Mirqasım və şadlıq sarayının qarşısında olan toya gələn şəxslər onları aralayaraq sakitləşdirmək istəmişlər. Dava sakitləşərək aralandıqları vaxt Elşən təkrarən Natikin üstünə gedərək Natikin sifət nahiyyəsindən vurduqdan sonra Natik huşunu itirərək yerə yıxılmışdır. Sonra orada olan şəxslər onları aralayaraq davanı sakitləşdirmişlər. Hal-hazırda təqsirləndirilən şəxslərlə barışmış, onlara qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şirvan şəhər X17-patrul xidməti bölüyünün polis nəfəri Şahid1 ifadəsində göstərmişdir ki, 13 iyul 2023-ci il tarixdə, saat 21:40 radələrində Şirvan şəhəri H.Əliyev prospektində PPXB-nün polis nəfərləri Şahid3, Şahid1 və Şahid4lə xidmətdə olarkən növbətçı hissədən göstəriş verilmişdir ki, həmin ərazidə yerləşən “Ağ saray” şadlıq sarayının qarşısında dava-dalaş vardır. Onların hadisə yerinə yaxınlaşmaları tələb olunmuşdur. Onlar dərhal həmin əraziyə yaxınlaşmışlar. Şadlıq sarayının həyətində bir qrup şəxsin bir-birləri ilə mübahisə etdiklərini və uca səslə nəlayiq küçə söyüşləri söymələrini görərək həmin şəxslərə yaxınlaşmışlar. Həmin şəxsləri nizam-intizama dəvət etmələrinə baxmayaraq həmin şəxslər öz hərəkətlərini davam etdirdikləri üçün tərəflərindən həmin şəxslər polis şöbəsinə gətirilmişlər. Polis şöbəsində məlum olmuşdur ki, dava-dalaş edən şəxslər Sabirabad rayon sakinləri Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2dur. Bu barədə rəhbərliyə raportla məruzə etmişlər. Mübahisənin hansı səbəbdən baş verməsindən isə məlumatları olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şirvan şəhər X17-patrul xidməti bölüyünün polis nəfəri Şahid3 Şirvan şəhər X17-patrul xidməti bölüyünün polis nəfəri Şahid1 göstərdiklərini təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə şahid Şirvan şəhər X17-patrul xidməti bölüyünün polis nəfəri Şahid2 və Şirvan şəhər X17-patrul xidməti bölüyünün polis nəfəri Şahid4 məhkəməyə gəlmədiyindən onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş, o, həmin ifadəsində Şahid1 ifadəsində qeyd etdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 13 iyul 2023-cü il tarixdə Şirvan şəhərində yerləşən Ağ saray şadlıq sarayında övladı üçün kiçik toy mərasimi edirmiş. Həmin toya qohumları ilə yanaşı həmkəndlilərini və qonşu kənddən olan tanışlarını dəvət etmişdir. Toy mərasimində saat təxminən 22:30 radələrində şadlıq sarayının qarşısında olan giriş qapısının pilləkanlarının yaxınlığında toya dəvət etdiyi Elşən və Natikin mübahisə etdiklərini görüb onlara yaxınlaşaraq bildirmişdir ki, mübahisə etməsinlər və onları intizama dəvət etmişdir. Bundan sonra şadlıq sarayının qarşısında toya gələn qonaqlarını yola salarkən görmüşdür ki, Elçin, Natik, Elşən və Mahur bir-birləri ilə dava-dalaş edirlər. Orada olan qonaqlarla birlikdə onları aralayaraq sakitləşdirmişlər. Həmin vaxtı kimin kimi vurduğunu görməmişdir. Lakin görmüşdür ki, adını çəkdiyi şəxslər bir-birləri ilə dava edirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, 13 iyul 2023-cü il tarixdə Şirvan şəhərində yerləşən Ağ saray şadlıq sarayında təxminən saat 22 radələrində şadlıq sarayının qarşısında kəndlərindən toya gətirdiyi şəxsləri gözləyirmiş. Onunla birlikdə gələn Təqsirləndirilən şəxs2 demişdir ki, getsin toy zalından onlarla gələn kəndçilərini çağırsın. Natik zala daxil olarkən görmüşdür ki, Natik zalın girişində olan qonşu kənddən olan Mahurla sözlə mübahisə edir. O, onlara yaxınlaşaraq Natikə demişdir ki, “sən get maşına mən özüm adamları çağıracam”. Həmin vaxt Natik zaldan həyətə çıxmışdır. O zala qalxıb onunla gələn həmkəndlisi Fəridə bildirmişdir ki, “yekunlaşdırsınlar gedək”. Bundan sonra zaldan çölə həyətə düşərkən görmüşdür ki, pilləkanların qarşısında Natiklə Elşən dava edir və orada çoxlu sayda adam var. O dərhal onları aralayaraq Natiki oradan kənarlaşdırmışdır. Bu vaxt Elşən kənardan birbaşa Natikin üstünə gəlmiş və Natikə çatan kimi sifətinə yumruqla vurmuşdur. Həmin vaxt Natik yerə yıxılmışdır. Dərhal onları yenidən aralamışlar. Onlar sakitləşdikdən sonra o Natiki maşınına əyləşdirmiş və onunla toya gələn şəxslərlə birlikdə kəndə getmişlər. Bundan sonra nə baş verdiyindən məlumatı olmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə Şahid6 məhkəməyə gəlmədiyindən onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuşdur . İbtidai istintaqda şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 13 iyul 2023-cü il tarixdə həmkəndlisi Şahid5 övladı üçün Şirvan şəhərində yerləşən Ağ saray şadlıq sarayında kiçik toy mərasimi edirmiş. Həmin toya o da dəvətli imiş. Toy vaxtı yeyib içdikdən sonra təxminən saat 22 radələrində şadlıq sarayının qarşısında telefonla danışırmış. Həmin vaxt sarayın giriş qapısında olan pilləkanların qarşısında tanıdığı həmkəndliləri Natiklə Elşən söhbət edirmişlər. O da onların yaxınlığında imiş. Ani vaxt görmüş ki pilləkanlarla həyətə düşən Mahur Natikin arxa tərəfindən köynəyindən tutub dartmışdır. Həmin vaxt Natik arxaya çevrilərək Mahurun sifət nahiyəsindən vurmuşdur. O, dərhal onların arasına girərək onları aralamaq istədikdə Elşəndə Natikin sifətinə yumruqla vurmuşdur. Bu vaxt Natikdə Elşənin sifətinə yumruqla vurmuşdur. Orada olan həmkəndlisi Mirqasım da ona onları aralamağına köməklik etmişdir. Buna baxmayaraq Mahur yenidən Natiki vurmaq istədikdə Elçin Mahurun sifətinə yumruqla vurmuşdur. Həmin vaxt Mahur da Elçinin sifətinə yumruqla vurmuşdur. Toya gələn qonaqlar da onlara köməklik edərək onları aralamışlar. Mirqasım Natiki aralayaraq kənara çəkdikdə, Elşən onların yanından aralanaraq birbaşa Natikin üstünə getmiş və Natikə çatan kimi sifətinə yumruqla vurmuşdur. Həmin vaxt Natik yerə yıxılmışdır. Dərhal onları yenidən aralamışlar. Onlar sakitləşdikdən sonra o çıxıb evinə getmişdir. Bundan sonra nə baş verdiyindən məlumatı olmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilən: 03 oktyabr 2023-ci il tarixli qərarla ********* nömrəli cinayət işindən Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair ********* nömrəli cinayət işi ayrıca icraata ayrılaraq icraata qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanması və icraata qəbul edilməsi qərara alınmışdır. Məhkəmə-tibbi ekspertizasının 14 iyul 2023-cü il tarixli, 332 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 bədən səthində aşkar olunan xəsarət – üst dodaqda şişkinlik-qansızma, sıyrıq - küt əşya təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən 13 iyul 2023-cü il tarixdə kənar şəxs tərəfindən yumruqla yetirilə bilərdi. Qeyd olunan xəsarət sağlamlığa zərər vurmadığına görə dərəcəsi təyin edilmir. Məhkəmə-tibbi ekspertizasının 15 iyul 2023-cü il tarixli, 334 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 bədən səthində aşkar olunan xəsarət - sol təpəənsə sərhəddində əzilmiş-cırılmış yara, sol gözaltı nahiyədə qançır, üst dodaqda şişkinlik-qansızma, üst çənədə İİ kəsici dişin laxlaması - küt əşya təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən 13 iyul 2023-cü il tarixdə əmələ gələ bilərdi. Ağırlıq dərəcəsinə görə, qeyd olunan xəsarət sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Məhkəmə-tibbi ekspertizasının 14 iyul 2023-cü il tarixli, 331 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs1 bədən səthində aşkar olunan xəsarət - sol göz almasına qansızmamüşahidə olanan şişkinlik-qançır, sol almacıqda şişkinlik-qançır-küt əşya təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən 13 iyul 2023-cü il tarixdə kənar şəxs tərəfindən yumruqla yetirilə bilərdi. Ağırlıq dərəcəsinə görə, qeyd olunan xəsarət sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. Məhkəmə-tibbi ekspertizasının 14 iyul 2023-cü il tarixli, 333 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs2 bədən səthində heç bir xəsarət aşkar olunmadı. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixatriya xəstəxanası PHŞ-nin xx.xx.2023-cü il tarixli 3924 nömrəli məktubuna əsasən Həkim Psixiatr Komissiyasının xx.xx.2023-cü il tarixli 2354 nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 qeyd edilən cinayət hadisəsini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilir. Təqsirləndirilən şəxs1 öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs1 hazırda da hər hansı psixi xəstəlik aşkar edilmir. Təqsirləndirilən şəxs1 hadisəni düzgün qavrayıb, düzgün ifadə vermək qabiliyyətindədir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixatriya xəstəxanası PHŞ-nin xx.xx.2023-cü il tarixli 3924 nömrəli məktubuna əsasən Həkim Psixiatr Komissiyasının xx.xx.2023-cü il tarixli 2357 nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs2 qeyd edilən cinayət hadisəsini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilir. Təqsirləndirilən şəxs2 öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs2 hazırda hər hansı psixi xəstəlik aşkar edilmir. Təqsirləndirilən şəxs2 hadisəni düzgün qavrayıb, düzgün ifadə vermək qabiliyyətindədir. xx.xx.2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şirvan şəhər X13 bölməsinin müstəntiqi, polis mayoru X5, Sabirabad rayonu Nəsimi kənd sakinləri X12, Təqsirləndirilən şəxs2, Sabirabad rayonu Qardaşkənd kənd sakinləri Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və hal şahidləri xx.xx.1960-cı ildə Əli- Bayramlı şəhərində anadan olmuş, Şirvan şəhəri, M.Mirzəyev küçəsi, ev 2-də yaşayan X2, xx.xx.1958-ci ildə Sabirabad rayonu, Qarağac kəndində anadan olmuş, Şirvan şəhəri, L-nt İbrahimov küçəsi, ev 16/1-də yaşayan X1 iştirakları ilə xx.xx.2023-cü il tarixdə Şirvan şəhəri H.Əliyev prospekti 412 ünvanında yerləşən “Ağ saray” şadlıq sarayının qarşısında baş vermiş hadisə ilə əlaqədar icraatında araşdırması aparılan material üzrə hadisə yerinə baxış keçirtmişdir. Hadisə yerinə baxış zamanı müəyyən edilmişdir ki, hadisə yeri ünvan 3 ünvanında yerləşən “Ağ saray” şadlıq sarayının “Gold” zalının girişində olan pilləkanların qarşısı olmuşdur. Hadisə xx.xx.2023-cü il tarixdə saat 22 radələrində sözügedən şadlıq sarayında toy mərasimi olan vaxt baş vermişdir. Baxış zamanı yuxarıda adı göstərilən hadisənin iştirakçıları ayrı-ayrılıqda hadisənin baş verməsini və səbəbini şifahi olaraq izah etmişlər. Məlum olmuşdur ki, hadisə iştirakçıları hər biri sərxoş vəziyyətdə olmuşlar. Belə ki, hadisədən təxminən 10-15 dəqiqə qabaq Təqsirləndirilən şəxs2 şadlıq sarayının giriş qapısından saraya daxil olmaq istəyərkən Zərərçəkmiş şəxs2 onunla heç bir səbəb olmadan mübahisə etmiş, sonradan orada olan toya gələn şəxslər onları sakitləşdirmiş, təxminən 5 dəqiqə sonra sarayın girişində olan pilləkanda Təqsirləndirilən şəxs2 bacısı oğlu Təqsirləndirilən şəxs1la dayandığı vaxt Mahur Sələrovun kürəkəni olan Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs2 yaxınlaşaraq Zərərçəkmiş şəxs2la nə səbəbdən mübahisə etdiyi barədə söhbət edərkən Zərərçəkmiş şəxs2 pilləkənləri enərək Təqsirləndirilən şəxs2 arxa tərəfindən köynəyini tutub dartmış, həmin vaxt Təqsirləndirilən şəxs2 arxaya çevriləndə M.Səfərli görərək onun bu hərəkətinə əsəbləşib Zərərçəkmiş şəxs2 sol sifət nahiyəsindən yumruqla vurmuş, bundan sonra Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs2 sifətinin sol hissəsindən yumruqla vurmuş, həmin vaxt Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1da sifətinin sol tərəfindən qaş nahiyəsindən yumruqla vurmuşdur. Bundan sonra Zərərçəkmiş şəxs2 təkrarən Təqsirləndirilən şəxs2 üstünə hücum çəkərək onu vurmaq istədikdə Təqsirləndirilən şəxs1 M. Səfərovun çənə nahiyəsindən yumruqla vurmuş, bundan sonra Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs1 dodaq nahiyəsindən yumruqla vurmuş, həmin vaxt şadlıq sarayının qarşısında olan toya gələn şəxslər onları aralayaraq sakitləşdirmək istəmiş, dava sakitləşərək aralandıqları vaxt E. Məmmədov təkrarən Təqsirləndirilən şəxs2 üstünə gələrək onun sifət nahiyyəsindən vurduqdan sonra Təqsirləndirilən şəxs2 huşunu itirərək yerə yıxılmış, sonra orada olan şəxslər onların hamısını aralayaraq davanı sakitləşdirmişlər. Hadisə vaxtı hadisə iştirakçıları qarşılıqlı olaraq bir-birlərinə xəsarətlər yetirmişlər. xx.xx.2023-cü il tarixdə Şirvan şəhəri, H.Əliyev prospekti 412 ünvanında yerləşən “Ağ saray” şadlıq sarayının müşahidə kameralarından diskə köçürülmüş videogörüntüdən görünür ki, pilləkanın qarşısında Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Zərərçəkmiş şəxs1 dayanıb söhbət edirlər. Təqsirləndirilən şəxs2la Zərərçəkmiş şəxs1 söhbət edərkən Zərərçəkmiş şəxs2 arxadan pilləkanlarla düşərkən Təqsirləndirilən şəxs2 arxa tərəfdən köynəyindən tutaraq dartır. Bu vaxt Təqsirləndirilən şəxs2 arxaya çevrilərək Zərərçəkmiş şəxs2 sifət nahiyyəsindən vurur. Həmin vaxt Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs2 sifət nahiyəsindən yumruqla vurur. Bu vaxt Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 da sifət nahiyəsindən yumruqla vurur. Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 sifət nahiyəsindən yumruqla vurur. Həmin vaxt Zərərçəkmiş şəxs2 da Təqsirləndirilən şəxs1 üz nahiyəsinə yumruqla vurur. Orada olan digər şəxslər də onları aralayaraq kənara çəkirlər. Zərərçəkmiş şəxs1 kənardan gəlib təkrarən heç bir maneəsiz Təqsirləndirilən şəxs2 sifət nahiyəsindən yumruqla vurur və həmin vaxt Təqsirləndirilən şəxs2 yerə yıxılır. Orada olan şəxslər Zərərçəkmiş şəxs1 oradan uzaqlaşdırırlar. Digər şəxslər isə Təqsirləndirilən şəxs2 yerdən qaldıraraq aparırlar. xx.xx.2023-cü il tarixli şübhəli şəxs qismində tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə saat 09.30-da Şirvan şəhər Polis Şöbəsində vəkilin iştirakı ilə tutulmuşdur. xx.xx.2023-cü il tarixli şübhəli şəxs qismində tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə saat 15.30-da Şirvan şəhər Polis Şöbəsində vəkilin iştirakı ilə tutulmuşdur. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. xx.xx.2023-cü il tarixli polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi və təqsirləndirilən şəxsin saxlanıldığı müvəqqəti saxlama yerindən azad edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. xx.xx.2023-cü il tarixli polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi və təqsirləndirilən şəxsin saxlanıldığı müvəqqəti saxlama yerindən azad edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. İfadənin yerində yoxlanılması zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ifadələrində göstərdikləri xüsusatları hadisə yerində əyani olaraq göstərmişlər. İş üzrə verilmiş əməliyyat tapşırığına verilmiş xx.xx.2023-cü il tarixli 3-13-111/2- 74621/23 saylı cavabdan görünür ki, Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə verilmiş əməliyyat tapşırığında göstərilən xüsusatlarla bağlı bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş, məxfi aqentlər təlimatlandırılmış və müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs1, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Təqsirləndirilən şəxs2 aralarında 13 iyul 2023cü il tarixdə saat 21:30 radələrində Şirvan şəhəri H.Əliyev prospekti 412 ünvanında yerləşən “Ağ saray” şadlıq sarayının “Gold” zalının qarşısında olan pilləkanların yaxınlığında baş vermiş mübahisə zamanı ictimai qayda pozulmuş, həmin mübahisə zamanı adları qeyd olunan şəxslər bir-birlərini vuraraq bir birlərinə xəsarətlər yetirmişlər. Bununla yanaşı, keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə hadisə vaxtı hadisənin baş verdiyi yerdə olan şəxslərin dairəsinin müəyyən edilməsi mümkün olmamışdır. ünvan 5 üzrə nümayəndəliyi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 5-70-31/2- 342/2023 saylı arayışdan görünür ki, Əzimov X4 rayon Nəsimi kənd ünvanında qeydiyyatdadır. ünvan 5 üzrə nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs1 adına verilmiş xx.xx.2024-cü il tarixli 5-70-31/2-25/2023 nömrəli xasiyyətnamədə göstərilir ki, onun barəsində nümayəndəliyinə yazılı və şifahi məlumat daxil olmamışdır. ünvan 5 üzrə nümayəndəliyi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 5-70-31/2- 343/2023 saylı arayışdan görünür ki, Əskərov X8 rayon Nəsimi kənd ünvanında qeydiyyatdadır. ünvan 5 üzrə nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs2 adına verilmiş xx.xx.2024-cü il tarixli 5-70-31/2-24/2023 nömrəli xasiyyətnamədə göstərilir ki, onun barəsində nümayəndəliyinə yazılı və şifahi məlumat daxil olmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 və X6 məhkumluqları yoxdur. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X22 “Sabirabad rayon Mərkəzi Xəstəxanası” X19 xx.xx.2023-cü il tarixli PHŞ-6-70/2-840/2023 nömrəli məktubundan görünür ki, Əzimov X4 rayon Mərkəzi Xəstəxanasında ruhi əsəb və narkoloji kabinetlərində qeydiyyatda yoxdur. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2023-cü il təvəllüdlü X10 atası Təqsirləndirilən şəxs1, anası X3r . Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X22 “Sabirabad rayon Mərkəzi Xəstəxanası” X19 xx.xx.2023-cü il tarixli PHŞ-6-70/2-841/2023 nömrəli məktubundan görünür ki, Əskərov X8 rayon Mərkəzi Xəstəxanasında ruhi əsəb və narkoloji kabinetlərində qeydiyyatda yoxdur. Azərbyacan Respublikası Vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.2009-cu il təvəllüdlü X7 atası Təqsirləndirilən şəxs2, anası Vüsalə Əskərovadır. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məhkəmə baxışı zamanı təqsirləndirilən şəxslərlə barışmışlar, heç bir şikayət və tələbləri olmadığını bildirmişlər. Məhkəmə cinayət işi ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinə əsasən Xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Xuliqanlığın əsas tərkibini təsbit edən Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasından, eləcə də “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarında, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Yusifovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair “17 fevral 2006-cı il tarixli,habelə “Azərbaycan Respublikası Cinayət Məcəlləsiinn 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarlarında xuliqanlıq cinayətinə verilmiş təfsirlərdən aydın olur ki,xuliqanlıq cinayəti ictimai qaydanı kobud surətdə pozan,cəmiyyətə açıqca hörmətsizlik göstərən qərəzli hərəkətlərdə ifadə olunmalı, həmin hərəkətlər isə vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi,yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Göründüyü kimi, cinayət olaraq xuliqanlığın xüsusiyyəti onu ictimai qaydanın pozulmasına səbəb olan və yaxud şəxslər üzərində zorun, hədənin tətbiq edilməsi, əmlakın məhv edilməsi, zədələnməsi ilə müşayiət edilən digər cinayətlərdən fərqləndirən başlıca əlamət qeyd edilən əməldə qəsdin məhz (birbaşa) ictimai qaydanın kobud surətdə pozulmasına,cəmiyyətə açıqca hörmətsizliyin göstərilməsinə yönəlməsidir. Xuliqanlıqda qəsdin yönəldiyi obyektin özünəməxsusluğu bu cinayət üçün spesifik olan xuliqanlıq kimi motivi (xuliqanlıq motivini) labüd edir.Təqsirkarın hərəkətlərini şərtləndirən (cinayətə sövq edən) amil,hərəkətverici qüvvə kimi çıxış edən xuliqanlıq motivi onun hamılıqla qəbul edilmiş əxlaq normalarının,birgəyaşayış qaydalarının ziddinə hərəkət etmək,eqoizmini nümayiş etdirib,özünü başqalarının fövqündə qoymaq kimi,son nəticədə ictimai qaydanı kobud şəkildə pozmaq,cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə etmək istəyini ehtiva edir. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir.Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir.Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir,bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini,yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir.Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək,gücünü nümayiş etdirmək, qalmaqal salmağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən hökmdə məhkəmə tərəfindən müəyyən edilən, irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən hallar təsvir edilməli, məhkəmənin həmin halların həqiqət olub-olmaması inamına gəlməsi üçün əsas verən sübutlar şərh edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri tədqiq edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxslərin əməlində cinayət tərkibi var, cinayət əməlininin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən törədilməsi tam sübuta yetir, onların törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 221.2.1-ci ilə tövsif edilmiş, əməlin cinayət olmasını aradan qaldıran hallar və onun cinayət məsuliyyətindən, cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs1 himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsi Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə, əməlindən peşman olması Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar qismində qəbul edir. Məhkəmə, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslərlə barışıq əldə etməsi Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə, əməlindən peşman olması, himayəsində yetkinlik yaşına çatmayan uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzsını yüngülləşdirən hallar qismində qəbul edir. Cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə işin obyektiv hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini, yüngülləşdirici halları və ağırlaşdırıcı halların olmamasını nəzərə alır, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək azadlığın məhdudlaşdırılması növündə cəzası təyin olunmasını, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı xx.xx.2023-ci il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu müddətin nəzərə alınmasını, üzərinə müvafiq olaraq daimi yaşayış yerini günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Sabirabad rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək habelə, cəzanın icrasına nəzarət edən Sabirabad rayon üzrə İcra və probasiya şöbəsini iş yerinin dəyişdirilməsi ilə bağlı əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirmək öhdəliyi qoyulmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə işin obyektiv hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini, mövcud yüngülləşdirici halları və ağırlaşdırıcı halın olmamasını, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək azadlığın məhdudlaşdırılması növündə cəzası təyin olunmasını, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı xx.xx.2023-ci il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu müddətin nəzərə alınmasını, üzərinə müvafiq olaraq daimi yaşayış yerini günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Sabirabad rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək habelə, cəzanın icrasına nəzarət edən Sabirabad rayon üzrə İcra və probasiya şöbəsini iş yerinin dəyişdirilməsi ilə bağlı əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirmək öhdəliyi qoyulmasını məqsədəmüvafiq hesab edir. İş üzrə maddi sübut kimi tanınmış - hadisə yerinə baxış zamanı hadisəni özündə əks etdirən video görüntülərin köçürüldüyü 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə müsadirə edilməsi təklif olunan əmlak, mülki iddia, məhkəmə məsrəfləri yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341- 349, 351-353, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il 09 (doqquz) ay müddətə müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 xx.xx.2023-ci il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə olduğu 2 gün müddət 4 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 02 il 08 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə Sabirabad rayon ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmün icrası Sabirabad rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin, cəzasının əvvəli Təqsirləndirilən şəxs1 Sabirabad rayon İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il 09 (doqquz) ay müddətə müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 xx.xx.2023-ci il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə olduğu 2 gün müddət 4 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 02 il 08 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə Sabirabad rayon ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmün icrası Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin, cəzasının əvvəli Təqsirləndirilən şəxs2 Sabirabad rayon İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə mülki iddia və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Cinayət işinə əlavə edilmiş bir ədəd “CD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmü ona verildiyi) andan 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 (iyirmi) gündən sonra qüvvəyə minir. Hakim: Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar