Məhkəmə qərarları › İş №1(032)-50/2023

Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-50/2023

07.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-50/2023 07.06.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Saat 12:35 Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu DİMÜİ-nin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Müdafiəçilər - Şirvan Regional Vəkil bürosunun vəkilləri Müdafiəçi4 və Müdafiəçi3, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, Şirvan şəhər Məhkəməsinin inzibati binasında xx xxxxxxx 1991-ci il tarixdə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Şirvan şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Xətai rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə 02 ay 17 gün təyin edilmiş cəzadan vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2020-ci il tarixdə cəzası başa çatmış, məhkumluğu olan, bundan başqa Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinərək 02 (iki) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hazırda cəza çəkən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Şirvan şəhəri, Xəqani küçəsində yerləşən sürücülük məktəbinin inzibati binasında yaşamış, barəsində Şirvan şəhər Məhkəməsinin 11 avqust 2022-ci il tarixli qərarı ilə həbsetmənin əvvəli 09 avqust 2022-ci il tarixdən hesablanmaqla «həbs» qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə, xx xxxxxxxx 1973-cü il tarixdə Cəlilabad rayonu, Göytəpə qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinərək 01 (bir) il 08 (səkkiz) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hazırda cəza çəkən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Şirvan şəhəri, Xəqani küçəsində yerləşən sürücülük məktəbinin inzibati binasında yaşamış, barəsində Şirvan şəhər Məhkəməsinin 10 avqust 2022-ci il tarixli qərarı ilə həbsetmənin əvvəli 09 avqust 2022-ci il tarixdən hesablanmaqla «həbs» qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli olaraq talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək, Təqsirləndirilən şəxs2 qeyri-rəsmi olaraq mühafizəçi kimi fəaliyyət göstərdiyi Şirvan şəhəri, Xəqani küçəsində yerləşən keçmiş sürücülük məktəbinin yataqxanasının yanındakı qarajlar saxlanılan ərazidən qaraj oğurlamaq qərarına gələrək, bu məqsədlə 2021-ci ilin dekabr ayının əvvəllərindən 2022-ci ilin ferval ayının sonlarına kimi olan müddət ərzində Zərərçəkmiş şəxs1 məxsus zərər çəkmiş şəxsin qiymətləndirdiyi 3000 manat dəyərində dəmir materialdan olan qarajı və həmin qarajın içərisində olan 1 ədəd Lifan 525 markalı avtomobilin 340 manat dəyərində radiatoru, 1 ədəd 350 manat dəyərində işıqlandırıcı faranı, 1 ədəd 200 manat dəyərində qaz peçini, ümumi dəyəri 500 manat miqdarında dəmir materialdan olan boruları, armatur və dəmir çəpərləri və 250 manat dəyərində məişət əşyaları olan qapı və pəncərəni gizli talayıb, Zərərçəkmiş şəxs1 4640 (dörd min altı yüz qırx) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək, Təqsirləndirilən şəxs2 qeyri-rəsmi olaraq mühafizəçi kimi fəaliyyət göstərdiyi Şirvan şəhəri, Xəqani küçəsində yerləşən keçmiş sürücülük məktəbinin yataqxanasının yanındakı qarajlar saxlanılan ərazidən qaraj oğurlamaq qərarına gələrək, bu məqsədlə 2021-ci ilin dekabr ayının əvvəllərindən 2022-ci ilin ferval ayının sonlarına kimi olan müddət ərzində Zərərçəkmiş şəxs2 məxsus zərər çəkmiş şəxsin qiymətləndirdiyi 2000 manat dəyərində dəmir materialdan olan qarajı və və həmin qarajın içərisində olan 1 ədəd 500 manat dəyərində kondisioneri, ümumi dəyəri 400 manat dəyərində olan qabqacaqları gizli talayıb, Zərərçəkmiş şəxs2 2900 (iki min doqquz yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli olaraq talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək, qeyri-rəsmi olaraq mühafizəçi kimi fəaliyyət göstərdiyi Şirvan şəhəri, Xəqani küçəsində yerləşən keçmiş sürücülük məktəbinin yataqxanasının yanındakı qarajlar saxlanılan ərazidən qaraj oğurlamaq qərarına gələrək, bu məqsədlə 2021-ci ilin dekabr ayının əvvəllərindən 2022-ci ilin ferval ayının sonlarına kimi olan müddət ərzində Zərərçəkmiş şəxs1 məxsus zərər çəkmiş şəxsin qiymətləndirdiyi 3000 manat dəyərində dəmir materialdan olan qarajı və həmin qarajın içərisində olan 1 ədəd Lifan 525 markalı avtomobilin 340 manat dəyərində radiatoru, 1 ədəd 350 manat dəyərində işıqlandırıcı faranı, 1 ədəd 200 manat dəyərində qaz peçini, ümumi dəyəri 500 manat miqdarında dəmir materialdan olan boruları, armatur və dəmir çəpərləri gizli talayıb, Zərərçəkmiş şəxs1 4440 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək, qeyri-rəsmi olaraq mühafizəçi kimi fəaliyyət göstərdiyi Şirvan şəhəri, Xəqani küçəsində yerləşən keçmiş sürücülük məktəbinin yataqxanasının yanındakı qarajlar saxlanılan ərazidən qaraj oğurlamaq qərarına gələrək, bu məqsədlə 2021-ci ilin dekabr ayının əvvəllərindən 2022-ci ilin ferval ayının sonlarına kimi olan müddət ərzində Zərərçəkmiş şəxs2 məxsus zərər çəkmiş şəxsin qiymətləndirdiyi 2000 manat dəyərində dəmir materialdan olan qarajı və həmin qarajın içərisində olan 1 ədəd 500 manat dəyərində kondisioneri, ümumi dəyəri 400 manat dəyərində olan qabqacaqları gizli talayıb, Zərərçəkmiş şəxs2 2900 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxslərin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, öz ifadələri, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək verdiyi ifadəsində bildirdi ki, əvvəllər Şirvan şəhəri, Heydər Əliyev küçəsində yerləşən sürücülük məktəbinin yataqxanasında yaşamış, Təqsirləndirilən şəxs2 təxminən beş ildir ki, tanımışdır. Elçin onun qonşusu olmuş, aralarında düşmənçilik və ya ədavət olmamış, münasibətləri həmişə yaxşı olmuşdur. Elçin Şirvan şəhəri, Xəqani küçəsində yerləşən ayrı-ayrı şəxslərə məxsus qarajlar yerləşən xüsusi yerdə qeyri-rəsmi olaraq mühafizəçi işləmiş və qarajlara cavabdehlik daşımışdır. Bununla bağlı Elçin qaraj sahiblərindən aylıq pul almışdır. Həmçinin Elçin orada yaxınlıqda yerləşən inşaat materialları mağazasını da mühafizə etmişdir. 2021-ci ilin dekabr ayının əvvəllərində Elçinlə görüşdükdə sonuncuya arvadı üçün gözəllik salonu açmaq üçün qaraj axtardığını dedikdə, sonuncu ona qaraj olsa xəbər edəcəyini demiş, bundan bir neçə gün sonra tarixi dəqiq yadında qalmayan bir gün Elçin onunla əlaqə saxlayıb qaraj olduğunu və gəlib qaraja baxmağını demişdir. O da, qarajlar olan yerə getdikdə, orada Elçin ona qaraj göstərdikdə o, həmin qarajın gözəllik salonu üçün yararsız olduğunu demiş və Elçinə demişdir ki, həmin qarajı aparıb metalloma verib satmaq olar. Elçin də onunla razılaşdıqdan sonra o, Şirvan şəhər sakini Elgün adlı şəxsə zəng vurub onu kran sürücüsü kimi Xəqani küçəsinə dəvət etmiş və Elgün gəldikdən sonra hazırda xatırlamadığı evakuator sürücüsünə də məlumat verib həmin yerə çağırmışdır. Oraya gedərək sonradan həmin qarajı aparıb Şirvan şəhərində metal qəbulu məntəqəsində işləyən Səbuhiyə satmışdır. Şirvan şəhəri, Xəqani küçəsində yerləşən qarajlar olan yerdən Təqsirləndirilən şəxs2lə birlikdə 2021-ci iln dekabr ayından 2022-ci ilin fevral ayının sonlarına kimi olan müddət ərzində 4 ədəd qaraj aparmışlar və həmin qarajların hamısını o, Səbuhiyə satmış, qarajların satılmasından əldə etdiyi pullardan isə hər dəfə Elçinə müəyyən məbləğlərdə pul vermişdir. Qarajların yerində olan qarajları Təqsirləndirilən şəxs2lə razılaşıb almışdır, həmin qarajların sahiblərini Elçin ona təqdim etmiş və heç bir problem olmadığını demişdir. Hər iki qaraja görə Elçinin ona təqdim etdiyi şəxslərə hər dəfə müxtəlif məbləğlərdə pul verib iki ədəd qarajı almış və sonradan həmin qarajları aparıb Səbuhiyə sataraq əldə etdiyi puldan bir dəfə Elçinə 270 manat, bir dəfə isə 350 manat pul vermişdir. Həmin qarajların qaldırılaraq evakuator maşınlara qoyulmasında Elgün adlı kran sürücüsü iştirak etmişdir. Təqsirləndirilən şəxs2lə birlikdə dörd ədəd qaraj aparmışlar, həmin qarajların hər birinin satışından Elçinə pul vermiş, Elçinin həmin qarajların aparılmasından məlumatı olmuşdur. Hazırda əməlindən peşmandır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək verdiyi ifadəsində bildirdi ki, Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinərək 01 (bir) il 08 (səkkiz) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hazırda cəza çəkir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məxsus qarajların oğurlanmasında heç bir iştirakı olmamışdır. Həmin qarajlar barədə sonradan öyrənmişdir ki, Təqsirləndirilən şəxs1 tərəfindən həmin iki ədəd qaraj oğurlanmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirdi ki, təqaüdçüdür, rəsmi olaraq heç bir yerdə işləmir. Təxminən on beş ildir ki, özünə məxsus avtomobil qarajı Şirvan şəhəri, Köhnə sürücülük məktəbinin həyətində olmuşdur. Avtomobilini həyətində saxladığı üçün qarajdan istifadə etməmiş, lakin evinə aid məişət əşyalarını həmin qaraja yığmışdır. Axrıncı dəfə təxminən 4-5 ay bundan əvvəl qarajdan əşya götürüb qapısını bağlamış, səhhəti ilə əlaqədar olaraq ondan sonra qaraja baxmağa gedə bilməmişdir. 23 iyul 2022-ci il tarixdə günorta saatlarında qaraja baxmaq üçün getdikdə görmüşdür ki, qarajın içindəkilərlə birlikdə yerində yoxdur. Orada yaşayan sakinlərdən maraqlananda bildirmişlər ki, Elçin və Cəlal adlı şəxslər orada olan digər qarajları oğurladıqları üçün tutulmuşdur. Həmin vaxt o, qarajının oğurlandığına əmin olmuş və bu barədə şikayət etmişdir. Ona məxsus qarajın 3000 manat qiyməti olmuş, həmçinin qarajın içərisindən 1 ədəd Lifan 525 markalı avtomobilin 340 manat dəyərində radiatoru, 1 ədəd 350 manat dəyərində işıqlandırıcı fara, 1 ədəd 200 manat dəyərində qaz peçi, 500 manat ümumi dəyəri olan dəmir turbalar, armatur, dəmir çəpərlər, ümumi dəyəri 250 manat dəyərində məişət əşyaları olan qapı, pəncərə və digər əşyalar oğurlanmışdır. Oğurluq nəticəsində ona ümumilikdə 4640 manat dəyərində maddi ziyan dəymişdir. Ona dəymiş ziyan ödənilməmişdir. Təqsirləndirilən şəxslərin barəsində qanunla nəzərdə tutulmuş ədalətli cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirdi ki, DQİİ-də xidməti mantyor işləyir. Təxminən on beş ildir ki, özünə məxsus avtomobil qarajı Şirvan şəhəri, Köhnə sürücülük məktəbinin həyətində olmuşdur. Əvvəllər avtomobilini həmin qarajda saxlasa da, sonradan avtomobilini dəyişmiş və həmin qarajda evində olan artıq əşyaları saxlamağa başlamışdır. Həmin qaraj oğurlanmazdan üç ay qabaqda oradan lazımi ev əşyalarını götürmüşdür. Dənizdə işlədiyindən və ayda bir dəfə evinə gəldiyindən qaraja baş çəkə bilməmiş, 25 iyul 2022-ci il tarixdə günorta saatlarında qaraja baxmaq üçün getdikdə görmüşdür ki, qaraj içindəkilərlə birlikdə yerində yoxdur. Orada yaşayan sakinlərdən maraqlananda bildirmişlər ki, Elçin və Cəlal adlı şəxslər orada olan digər qarajları oğurladıqları üçün tutulmuşdur. Həmin vaxt qarajının oğurlandığına əmin olmuş və bu barədə şikayət etmişdir. Ona məxsus qarajın 2000 manat qiyməti olmuş, həmçinin qarajın içərisindən 1 ədəd 500 manat dəyərində kondisioner, ümumi dəyəri 400 manat olan qabqacaqlar oğurlanmış, oğurluq nəticəsində ona ümumilikdə 2900 manat dəyərində maddi ziyan dəymişdir. Ona dəymiş ziyan ödənilməmişdir. Təqsirləndirilən şəxslərin barəsində qanunla nəzərdə tutulmuş ədalətli cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Ağali oğlu ifadəsində bildirdi ki, 2007-ci il tarixdən Taleh Bayramova məxsus “Mercedes Benz” markalı, **-UM-*** dövlət qeydiyyat nişanlı evakuator avtomobili idarə etmişdir. 2021-ci ilin dekabr ayında və ya 2022-ci ilin yanvar ayında Şirvan şəhərində Şirvan kanal deyilən yerdə avtomobillə dayandığı zaman günorta saatlarında Cəlal adlı şəxs ona yaxınlaşaraq Şirvan şəhəri, Xəqani küçəsində yerləşən qarajlar olan yerdən qaraj aldığını, həmin qarajı aparmaq üçün evakuator lazım olduğunu demişdir. Cəlaldan qarajın kimə məxsus olduğunu və qarajın sahibinin harada olmasını soruşduqda, Cəlal demişdir ki, qarajı almış, qarajın sahibi də oradadır. Bundan sonra Cəlalla Şirvan şəhəri, Xəqani küçəsində yerləşən qarajlar olan yerə getmişdir. Orada kran avtomobili də olmuş, lakin sürücüsünü tanımamışdır. Orada Cəlalın yanında bir nəfər orta yaşlı, orta bədən quruluşlu qadın olmuş, qarajın oğurluq olmasından ehtiyyat etdiyi üçün həmin ərazidə yaşayan tanışları ilə danışıb qarajlar olan yerdə mühafizəçi kimi işləyən şəxsin kim olmasını maraqlanmış və tanışlarından biri ona Elçin adlı şəxsin mobil telefon nömrəsini vermişdir. Hazırda həmin nömrəni xatırlamır. İstifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Elçin adlı şəxsin istifadəsində olan mobil telefon nömrəsinə zəng vurmuş və Şirvan şəhəri, Xəqani küçəsində yerləşən qarajlar olan yerin mühafizəçisi olub-olmamasını soruşmuş, Elçin bunu təsdiq etmişdir. Elçinə hazırda qarajlar olan yerdə Cəlal adlı şəxsin qaraj aldığını bildirib, həmin qarajı aparmaq üçün gəldiyini və hər hansı bir narahatçılıq olub-olmadığını soruşduqda, Elçin demişdir ki, heç bir narahatçılıq yoxdur. Bundan sonra arxayın olaraq Cəlal adlı şəxsin göstərdiyi qarajı kran avtomobili onun idarə etdiyi evakuatora qoyduqdan sona həmin qarajı Şirvan şəhərində su idarəsinin yanında Vasif adlı şəxsin metal qəbul etmə məntəqəsinə aparmışdır. Orada qarajı düşürdükdən sonra Cəlalın ona verdiyi 24 manat pulu götürüb işinin dalınca getmişdir. Elçin adlı şəxsi görməmiş, onunla yalnız mobil telefonda danışmış, həmin hadisənin üstündən xeyli müddət keçdiyi üçün Elçinin nömrəsi yadında qalmamışdır, Cəlal onun yanına ağ rəngli VAZ 2107 markalı avtomobil ilə gəlmiş, yanında heç kim olmamış, Elçin adlı şəxsin mobil nömrəsini kimdən aldığını xatırlamır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, Şirvan şəhəri, 1 May küçəsində metal qəbulu sexi işlədir. Təqsirləndirilən şəxs1 Şirvan şəhər sakini kimi tanımış, sonuncu ilə aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Təxminən 2022-ci ilin dekabr ayında Təqsirləndirilən şəxs1 onun işlətdiyi metal qəbulu sexinə evakuatorla bir ədəd qaraj gətirmiş, həmin qarajı hissələrə ayırmışlar və tərəzi vasitəsi ilə çəkmişlər, qarajın ümumi çəkisi bir tona yaxın gəlmiş, həmin vaxt Cəlala 550 manat pul vermişdir. Cəlaldan həmin qarajın kimin olması barədə soruşduqda, sonuncu qarajın ona məxsus olmasını və maddi çətinlik çəkdiyindən satmasını bildirmişdir. Həmin vaxt Cəlal ona qarajın oğurluq olması barədə bir söz deməmişdir. Qarajı evakuatorla gətirmiş, həmin qarajın oğurluq olmasından şübhələnməmişdir. Təqsirləndirilən şəxs1 ona yalnız bir ədəd qaraj satmışdır. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyərək, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. İş materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında 26 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Şirvan şəhəri, H.Əliyev küçəsində yerləşən köhnə sürücülük məktəbinin ərazisində olan qarajların toplandığı yerə baxış keçirilmişdir. Baxış zamanı Zərərçəkmiş şəxs1 özünə məxsus qarajın olduğu və sonradan yerində olmadığı yeri təqdim etmişdir. Təqdim edilən yer qeyd olunan qarajların toplandığı yerə daxil olarkən darvazadan içəridə sol tərəfdə ikinci sırada yerləşirdi (i.v 7-11); İş materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında 29 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Şirvan şəhəri, H.Əliyev küçəsində yerləşən köhnə sürücülük məktəbinin ərazisində olan qarajların toplandığı yerə keçirilmişdir. Baxış zamanı Zərərçəkmiş şəxs2 özünə məxsus qarajın olduğu və sonradan yerində olmadığı yeri təqdim etmişdir. Təqdim edilən yer qeyd olunan qarajların toplandığı yerdə daxil olarkən darvazadan içəridə sol tərəfdə birinci sırada yerləşmişdir (i.v 16-20); İş materiallarında olan üzləşdirmə keçirilməsi haqqında 17 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 əyani olaraq Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məxsus qarajları necə və hansı qaydada əvvəlcədən aralarında olan razılıq əsasında oğurlayıb satmasını bildirmiş, Təqsirləndirilən şəxs2 isə istintaqa vermiş olduğu ifadəsini təsdiq etmişdir. (i.v 96-98); İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X6 “Şirvan Şəhər Mərkəzi Xəstəxanası” X4 25 avqust 2022-ci il tarixli 864 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 “Dismiya, Xroniki əhval-ruhiyə pozuntusu, Affektiv tip şəxsiyyət pozuntusu” diaqnozu ilə ŞMP-nın ruhi-əsəb kabinetində və Təqsirləndirilən şəxs2 “Tiryək narkomaniyası” diaqnozu ilə ŞMP-nin narkoloji kabinetində qeydiyyatdadır (i.v 110); İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X5 xx.xx.2022-ci il tarixli 2538 nömrəli rəyindən görünür ki, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs1 qərarın təsviri hissəsində göstərilən cinayəti törədərkən “şəxsiyyətin emosional-davamsız tip pozuntusu” qeyd edilib. Təqsirləndirilən şəxs1 müəyyən edilən şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmamışdır ki, o cinayəti törədərkən öz əməlini faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək, onları idarə etmək iqtidarında olmasın. Təqsirləndirilən şəxs1 cinayəti törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs1 hazırda “şəxsiyyətin emosional-davamsız tip pozuntusu” aşkar edilir, Təqsirləndirilən şəxs1 öz hərəkətlərini idarə edib onları qiymətlədirmək iqtidarındadır. Təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs1 hazırki psixi vəziyyətinə görə istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs1 hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur (i.v 225-228); İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən, Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsindən daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 Şirvan şəhər Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinərək, 05 ay 15 gün və həbsdə olduğu müddət nəzərə alınmış və buraxılmışdır. Şirvan şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinərək, 03 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Şirvan şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci ildə Bakı şəhəri, Xətai rayon məhkəməsi xx.xx.2020-ci il tarixli qərarı ilə çəkilməmiş 02 ay 17 gün cəzadan vaxtından əvvəl şərti azad edilmişdir. xx.xx.2020-ci ildə cəzasının vaxtı başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır. Şirvan şəhər Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinərək, 02 il 08 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir (i.v 132-134, 143, 193-202); İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Əli Bayramlı rayon Xalq Məhkəməsinin xx.xx.1993-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 143 maddəsinin 3-cü hissəsinə əsasən təqsirli bilinərək, 02 il azadlıqdan məhrum etmə cəzasına, 02 il müddətinə hökmün icrası təxirə salınmışdır. Bakı Qarnizonu Hərbi Tribunalın xx.xx.1995-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 105 və 185.2-ci maddəsi ilə təqsirli bilinərək, 03 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdır. Cəlilabad rayon Xalq Məhkəməsinin 28.1.1997-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 207.2-ci maddəsi ilə təqsirli bilinərək, 03 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.1997-ci ildə Qradağ rayon Xalq Məhkəməsinin xx.xx.1997-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 50-2-ci maddəsinə əsasən 01 il 10 ay 04 gün şərti azad edilmişdir. Əli Bayramlı rayon Xalq məhkəməsinin xx.xx.1999-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 93.3 və 226.1-ci maddələri ilə təqsirli bilinərək, 08 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2006-cı ildə Bakı şəhəri, Xətai rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad olunmuş və təyin olunan cəzasını tam çəkib qurtarmışdır. Əli Bayramlı rayon Məhkəməsinin xx.xx.1999-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 226.1-ci maddəsi ilə təqsirli bilinərək, 03 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.1999-cu ildə Əli-Bayramlı rayon məhkəməsinin hökmü ilə CM-nin 38-ci maddəsinə əsasən birləşdirilib, üzərində 06 il azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəlilabad rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 il islah işləri cəzasına 20% məhkum edilmiş və xx.xx.2015ci ildə cəzası bitdiyindən qeydiyyatdan çıxarılmışdır. Şirvan şəhər Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinərək, 01 il 08 ay 15 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Şirvan şəhər məhkəməsinin 1(032)-202/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü Təqsirləndirilən şəxs2 münasibətdə apelyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır (i.v.135-137, 193-202, 203-206); Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(032)-217/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır (i.v 79-80); Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(032)-218/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır (i.v 94-95); Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(032)-202/2022 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinərək 02 (iki) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinərək 01 (bir) il 08 (səkkiz) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur (i.v 193-202); Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(106)-965/2022 nömrəli qərarından görünür ki, Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(032)-202/2022 nömrəli hökmü (Təqsirləndirilən şəxs2 müdafiəçisi tərəfindən verilmiş şikayətə münasibətdə) dəyişdirilmədən saxlanılmışdır (i.v 203-206); Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə Təqsirləndirilən şəxs2 ifadəsinə tənqidi yanaşır və onun vermiş olduğu ifadəsini özünümüdafiə xarakterli məsuliyyətdən yayınmağa yönəlmiş ifadə kimi qəbul edir, həmin ifadə işin halları ilə təsdiq olunmur. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növü kimi qəbul edərək, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə tövsif olunmuşdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin maddələrdə göstərilən cinayət əməlini törətmələri zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. İnsan Hüquqlarının və X1 Haqqında 3 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-nin 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-nin 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə, törətmiş olduğu cinayəti etiraf etdiyini və peşman olduğunu Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət əməli törətməsi cinayətlərin residivini yaratdığından onun cəzasını ağırlaşdıran haldır. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 Şirvan şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Xətai rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə 02 ay 17 gün təyin edilmiş cəzadan vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2020-ci il tarixdə cəzası başa çatmış, məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə hesab edir ki, həmin hal nəzərə alınmalıdır. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs2 himayəsində azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən iş üzrə cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir və həmin Məcəllənin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal yoxdur. Bundan başqa iş materialları ilə müəyyən edilmişdir ki, Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinərək 02 (iki) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinərək 01 (bir) il 08 (səkkiz) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və hazırda cəza çəkməkdədirlər. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, cəzanı ağırlaşdıran və yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələrinin sanksiyası daxilində və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələbinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzasının əvvəli 09 avqust 2022-ci il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində və Təqsirləndirilən şəxs2 isə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində və Cinayət Məcəlləsinin 56.1.3cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 maddi ziyanın ödənilməsi ilə bağlı məhkəmədə mülki mühakimə icraatı qaydasında iddia qaldırmaq hüquqları izah edilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347-349, 351-353, 356-358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(032)-202/2022 saylı hökmü ilə təyin olunmuş 02 (iki) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin olunmuş cəza ilə qismən toplanılmaqla ona qəti olaraq 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 09 avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(032)-202/2022 saylı hökmü ilə təyin olunmuş 01 (bir) il 08 (səkkiz) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin olunmuş cəza ilə qismən toplanılmaqla ona qəti olaraq 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 09 avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 maddi ziyanın ödənilməsi ilə bağlı məhkəmədə mülki mühakimə icraatı qaydasında iddia qaldırmaq hüququ izah edilsin. Təqsirləndirilən şəxs1 hüquqlarının ibtidai istintaqda müdafiə edilməsi ilə bağlı 47 iş saatına görə, cəmi 282 (iki yüz səksən iki) manat məbləğində vəsait fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi2 ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq onun hesabına köçürülsün. Təqsirləndirilən şəxs2 hüquqlarının ibtidai istintaqda müdafiə edilməsi ilə bağlı 30 iş saatına görə, cəmi 180 (bir yüz səksən) manat məbləğində vəsait Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Şirvan Regional Vəkil Bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 7 saata görə 42 (qırx iki) manat məbləğində pul vəsait Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi3 ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Şirvan Regional Vəkil Bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 7 saata görə 42 (qırx iki) manat məbləğində pul vəsait Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi4 ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Şirvan Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 isə rəsmi təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilərlər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar