Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(032)-51/2023 30.01.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ X8 oğlunun sədrliyi Məmmədli Murad Sadiq oğlunun katibliyi ilə, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X2, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4, Müdafiəçi iştirakı ilə, X4 Azərbaycan Respublikasının CM-nin 147 və 148-ci maddələri ilə təqsirləndirilməsinə dair barəsində xüsusi ittiham qaydasında verilmiş şikayətə hazırlıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X4 Azərbaycan Respublikasının CM-nin 147 və 148-ci maddələri ilə ittiham olunmasına dair xüsusi ittiham qaydasında şikayətin məhkəmə baxışı məhz bu məhkəməyə aiddir. Şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olan şəxs tərəfindən verilmişdir. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X6 xüsusi ittiham qaydasında şikayətin icraata götürülərək baxışa təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X1 Süleyman Əli oğlunun xüsusi ittiham qaydasında şikayətinin məhkəmə icraatına qəbul edilməsindən imtina edilməsini xahiş etdi. Məhkəmə iclasında Müdafiəçi X2 xüsusi ittiham qaydasında şikayətinin məhkəmə icraatına qəbul edilməsindən imtina edilməsini xahiş etdi. Buna baxmayaraq işin məhkəmə baxışının qeyri-mümkünlüyünə səbəb olan hallar vardır. Belə ki,xüsusi ittiham qaydasında şikayət prosessual formasına riayət edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 293.3.1,293.3.2,293.3.3,293.3.4-cü maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı,adı,atasının adı,doğulduğu il,yaşayış yeri və məşğuliyyət növü,vəzifəsi), törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi,onun harada,nə vaxt və necə törədilməsi,bu zaman zərər vurulmuşdursa,məhz hansı zərərin vurulduğu,o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı,adı,atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətin verildiyi tarix (il, ay və gün) və yer, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı,adı,atasının adı və yaşayış yeri),hansı sənədlərlə,habelə hansı digər sübutlarla təsdiq edildiyi göstərilir. Xüsusi ittiham qaydasında verilmiş şikayətdə şikayətin verildiyi tarix (il, ay və gün) və yer, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin harada, nə vaxt və necə törədilməsi,bu zaman zərər vurulmuşdursa,məhz hansı zərərin vurulduğu və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi göstərilməmişdir. Azərbaycan Respublikası CPM-nin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4,302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında şikayətin məzmunu Azərbaycan Respublikası CPM-nin 293.3.2, 293.3.6-cı maddələrinin tələblərinə uyğun olmadığından xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 299,300,384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X2 xüsusi ittiham qaydasında şikayətinin məhkəmə icraatına qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Etibar Hümbətov
Məhkəmə qərarları › İş №1(032)-51/2023
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №1(032)-51/2023
30.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver