Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-51/2024 13.03.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı iştirakı ilə, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi , Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1968-ci ildə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Şirvan şəhəri Ş.Şükürov küçəsi döngə 4 ev 2 ünvanında qeydiyyatda olan, ünvan 1ində Şirvan şəhər Məhkəməsinin 29 sentyabr 2023-cü il tarixli qərarı ilə əvvəli 27 sentyabr 2023-cü il tarixdən hesablanmaqla “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respblikası CM-nin 234.2-ci maddəsi ilə itttiham olunur ondan ötrü ki, o, qəsdən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə olan qurudulmuş marixuananı və narkotik vasitə olan tiryəki əldə edib daşıyaraq saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs qəsdən, satış məqsədi ilə qanunsuz olaraq 10 (on) ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri - 0,50 qram, 0,44 qram, 0,45 qram, 46 qram,46 qram, 0,51 qram, 0,48 qram, 0,52 qram, 0,51 qram və 0,49 qram olmaqla ümumi çəkisi 4,82 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı və 03 (üç) ədəd poletilen kəsiyi bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri - 0,998 qram, 0,982 qram və 0,960 qram olmaqla ümumi çəkisi -2,940 qram olan maddələr xaşxaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə olan tiryəki istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edib üzərində və etibarnamə əsasında idarə etdiyi “VAZ-2107” markalı, **-XE-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük hissəsində daşıyaraq saxlamış, 27 sentyabr 2023-cü il tarixdə saat 11 radələrində Təqsirləndirilən şəxs Şirvan şəhəri, F.Eynullayev küçəsində qanunsuz narkotik dövriyyəsində şübhəli şəxs kimi saxlanılıb Şirvan şəhər Polis Şöbəsinə gətirilərək həmin tarixdə saat 12:25-dən 12:40-dək müddətdə müdafiəçinin iştirakı ilə və video çəkilişlə keçirilmiş şəxsi-axtarış nəticəsində üzərindən 01 (bir) ədəd kağız bükümdə təmiz çəkisi - 0,50 qram və etibarnamə əsasında idarə etdiyi “VAZ-2107” markalı, **-XE-*** dövlət qeydiyyat nişanlı avtomobilə həmin tarixdə saat 13:30-dan 13:50-dək müddətdə müdafiəçinin iştirakı və video çəkilişlə keçirilmiş baxış nəticəsində avtomobilin yük hissəsindən 09 (doqquz) ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri - 0,44 qram, 0,45 qram, 0,46 qram, 0,46 qram, 0,51 qram, 0,48 qram, 0,52 qram, 0,51 qram və 0,49 qram olmaqla ümumi çəkisi - 4,82 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə olan qurudulmuş marixuana , həmçinin etibarnamə əsasında idarə etdiyi “VAZ- 2107” markalı, **-XE-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük hissəsindən 03 (üç) ədəd poletilen kəsiyi bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri 0,998 qram, 0,982 qram və 0,960 qram olmaqla ümumi çəkisi - 2,940 qram olan maddələr xaşxaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə olan tiryək aşkar olunaraq qanunauyğun qaydada rəsmiləşdirilib, qablaşdırılaraq götürülmüşdür . Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, ağır şəkər xəstəliyindən əziyyət çəkməsi ilə əlaqədar son zamanlar ağrıları olduqda arabir narkotik vasitə olan marixuanadan istifadə edir. 27 sentyabr 2023-cu il tarixdə saat 10:10 radələrində özünə məxsus olan “VAZ-2107” markalı **-XE-*** dövlət qeydiyyat nişanlı avtomobili Şirvan şəhəri, İ.Qayıbov küçəsində saxlayıb avtomobilin arxa tərəfində gəzişərkən yolun kənarında olan kolun dibində yerdən 01 ədəd sellofan büküm tapmış, həmin sellofan bükümü açıb içərisinə baxdıqda bükümün içərisində bir neçə xırda bükümlərdə olan marixuana və tiryək olduğunu görmüşdür. Həmin sellofan bükümün içərisində olan marixuanadan istifadə etmək üçün bir bükümü sağ yan cibinə qoymuş, qalan bükümlərdə olan marixuana və tiyəki isə sonradan istifadə etmək məqsədi ilə avtomobilinin yük yerinə qoyub saxlamışdır. Həmin gün Şirvan şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb şəhər polis şöbəsinə aparıldıqdan sonra müdafiəçisinin iştirakı ilə şəxsi axtarış aparılan zaman üzərində olan bir bükümdə marixuana və avtomobilinə baxış keçirilərkən yük yerinə qoymuş olduğu bükülüdə marixuana və tiryək aşkar edilərək götürülmüşdür. O, narkotik vasitə istifadəçisi olsa da, narkotik vasitələrin satışı ilə məşğul deyil və olmamışdır. Ağır şəkər xəstəsidir, məhz xəstəliyi ilə əlaqədar narkotik vasitələrdən istifadə edir. Buna görə özünü CM-nin 234.2-ci maddəsi ilə deyil 234.1-ci maddəsi ilə təqsirli bilir. Törətdiyi əməldən peşmandır. İbtidai araşdırma zamanı da təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ittiham elan edilərkən özünü ona elan olunmuş ittiham üzrə deyil, CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək 29 sentyabr 2023-cü il tarixli ifadəsində göstərmişdir ki, hal-hazırda narkotik vasitələrin heç bir növündən istifadə etmir. Sonuncu dəfə 2019-cu ildə narkotik vasitə olan marixuana və narkotik vasitə olan tiryəkdən istifadə etmişdir. O, Şirvan şəhər ərazisində taksi fəaliyyəti ilə məşğul olur. 27 sentyabr 2023-cu il tarixdə saat 10:10 radələrində o etibarnamə əsasında idarə etdiyi və faktiki olaraq özünə məxsus olan “VAZ-2107” markalı **-XE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şirvan şəhəri, İ.Qayıbov küçəsində dayandığı zaman avtomobilin arxa tərəfində gəzərkən yerdən 01 ədəd sellofan büküm tapmış, həmin sellofan bükümü açıb içərisinə baxdıqda sellofan bükümün içərisində olan marixuananı görüb həmin sellofan bükümün içərisində olan marixuanadan istifadə etmək üçün bükümü sağ yan cibinə qoyub saxlamış, həmin gün saat 10:20 radələrində onun avtomobillə dayanmış olduğu yerə əvvəllər tanımadığı sonradan əməliyyatçı olduğunu bildiyi və adını bilmədiyi şəxs yaxınlaşmış, həmin şəxs ondan onu Şirvan şəhərində yerləşən X9 Stansiyasına apara bilib-bilməyəcəyini soruşmuş, o da həmin şəxsə onu dediyi yerə apara biləcəyini demiş, həmin şəxs avtomobilə əyləşmiş, o həmin şəxsi Şirvan şəhəri, X9 Stansiyasına aparmış, həmin şəxs göstərdiyi xidmət müqabilində ondan nə qədər pul istədiyini soruşmuş, o da həmin şəxsə xidmət haqqının 2 manat olduğunu bildirmiş, həmin vaxt Şirvan şəhər Polis Şöbəsinin əməkdaşları yəni, Təbriz, Fuad və həmin şəxslərdən başqa 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşmış, o avtomobildən düşdükdən sonra Fuad və digər adını bilmədiyi polis əməkdaşı onu öz avtomobilinin arxa oturacağına əyləşdirərək yanında oturmuş, avtomobili sürücü əyləşən oturacağına isə Təbriz əyləşmiş, digər adını bimədiyi polis əməkdaşı isə qabaq sağ tərəfə əyləşmiş, bundan sonra Təbriz avtomobili idarə edərək onları polis şöbəsinə gətirmiş, ona müdafiəçi təyin edilmiş, müdafiəçi Ulduzə Əhmədova təhqiqatçının otağına gəlmiş, təhqiqatçının otağında videoçəkilişlə üzərində şəxsi axtarış keçirilməyə başlanılmış, şəxsi axtarış zamanı üzərindən 01 ədəd bükümdə olan narkotik vasitə olan marixuana, 02 ədəd mobil telefon və 01 ədəd avtomobilinin açarı aşkar olunmuşdur. Videoçəkiliş zamanı o üzərindən aşkar olunmuş narkotik vasitənin və digər əşyaların özünə məxsus olduğunu bildirmişdir. Daha sonra videoçəkiliş yekunlaşmış, o, müdafiəçi və digər iştirakçılar üzərindən aşkar olunmuş narkotik vasitə olan marixuananın qoyulduğu zərfə və protokola imza edərək protokolun düzgünlüyünü təsdiq etmişdir. Şəxsi-axtarış yekunlaşdıqdan sonra o, müdafiəçi, təhqiqatçı və digər polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gətirilmiş “VAZ- 2107” markalı **-XE-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanına getmiş, təhqiqatçı tərəfindən videoçəkilişlə avtomobilinə baxış keçirilən zaman avtomobilinin yük hissəsindən və salon hissəsindən , ümumilikdə 06 ədəd bükümdə narkotik vasitə olan marixuana və 03 ədəd bükümdə narkotik vasitə olan tiryək aşkar olunaraq götürülmüşdür. Ayrı-ayrılıqda isə yəni, avtomobilin yük hissəsindən və salon hissəsindən konkret olaraq hansı sayda və hansı miqdarda narkotik vasitə olan marixuana və narkotik vasitə olan tiryək aşkar olunmasını xatırlamır. Avtomobilindən aşkar olunmuş narkotik vasitə marixuana olan bükümlər və narkotik vasitə tiryək olan bükümlər ona məxsus olmamışdır. Fikrincə avtomobilindən aşkar olunmuş narkotik vasitələr əvvəlcədən polis əməkdaşları tərəfindən avtomobilinə yerləşdirilmişdir. Videoçəkiliş yekunlaşdıqdan sonra o avtomobilindən aşkar olunmuş narkotik vasitələrin qoyulduğu zərfə və protokola imza etmişdir. İbtidai araşdırma zamanı da təqsirləndirilən şəxs qismində 18 dekabr 2023-cü tarixdə əlavə dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə deyil, CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək 29 sentyabr 2023-cü il tarixli ifadəsində göstərdiklərini təsdiq etmişdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə düzgün tövsif olunmamışdır, onun əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin deyil, CM-nin 234.1-ci maddəsinin tərkibi vardır və CM-nin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsində təqsiri, özünün ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 27 sentyabr 2023-cü il tarixdə polis şöbəsində olan zaman ona xx.xx.1968-ci ildə Əli-Bayramlı şəhərində doğulmuş, Şirvan şəhəri Ş.Şükürov küçəsi döngə 4 ev 2 ünvanında qeydiyyatda olmaqla Şirvan şəhəri, 28 May küçəsi, ev 6, mənzil 35 də yaşayan Təqsirləndirilən şəxs hal-hazırda Şirvan şəhəri F.Eynullayev küçəsində olması, Fazilin üzərində və avtomobilində narkotik vasitə olması, həmçinin Fazilin narkotik vasitələrin satışı, saxlaması və istifadəsi ilə məşğul olması baradə məlumat daxil olmuş, o bu barədə rəhbərliyə məlumat vermiş, əməliyyat tədbirinin keçirilməsi barədə qərar qəbul etdikdən sonra Şirvan şəhər Polis Şöbəsinin CAB-ın əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ilə birlikdə təxminən saat 11 radələrində Şirvan şəhəri F.Eynullayev küçəsinə getmiş, Fazili həmin küçədə idarə etdiyi “VAZ-2107” markalı, **-XE-*** dövlət qeydiyyat nişanlı avtomobilinin yanında görmüş, Fazilə yaxınlaşaraq özlərini təqdim etmiş, Fazilə avtomobili ilə birlikdə onlarla polis şöbəsinə getməli olduğu bildirilmiş, Fazil də etiraz etməyib avtomobili ilə onlarla birlikdə polis şöbəsinə gəlmiş, polis şöbəsinə gələn zaman Fazil öz avtomobilini özü idarə etmiş, o Fazilin avtomobilində qabaq sağ tərəfdə əyləşmiş, Şahid2 isə digər avtomobillə onları müşaiyət etmişdir. Polis şöbəsinə daxil olduqdan sonra Fazil avtomobilin qapılarını özündə olan açarla bağlamış, avtomobilin açarlarını cibinə qoymuş və avtomobil polis şöbəsinin həyətində qalmışdır. Bundan sonra onlar yəni, o, Şahid2 və Fazil şöbəyə daxil olan zaman şöbənin qarşısında olan Şahid3 və Şahid4 ilə birlikdə Fazili xidməti otağının yerləşdiyi Şirvan şəhər Polis Şöbəsinin inzibati binasının 2-ci mərtəbəsinə aparmış, xidməti otağında Fazilə narkotik vasitə dövriyyəsində şübhəli olduğu bildirilmiş, həmin vaxt Fazil səmimi olaraq üzərində və avtomobilində narkotk vasitə olan marixuana və tiryək olduğunu demiş, bundan sonra o və Şahid2 Fazili təhqiqatçının otağına aparmış, Fazilin hüquqlarını müdafiə edilməsi məqsədilə təhqiqatçı tərəfindən vəkil dəvət edilmiş, Fazilə hüquq və vəzifələri izah edildikdən sonra onun üstünə vəkilin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Fazilin əynindəki şalvarının sağ yan cibindən 01 ədəd kağız büküm və həmin kağız bükümün içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunmuş, sorğu-sual zamanı Fazilin özü həmin 01 ədəd kağız bükümün içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, həmin qurudulmuş marixuananı küçədə yerdən tapdığını və gəzdirməkdə məqsədinin gələcəkdə istifadə etmək olduğunu bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş həmin kütlə müdafiəçi iştirakı ilə və video çəkilişlə qablaşdırılaraq zərfə qoyularaq 55 saylı möhürlə möhürlənmiş və bu barədə protokol tərtib edilmiş, iştirakçılardan irad və təklif daxil olmamış və protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Bir qədər sonra Təqsirləndirilən şəxs razılığı və vəkilin iştirakı ilə videoçəkilişlə Fazilin idarə etdiyi “VAZ-2107” markalı, **-XE-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, baxış zamanı Fazilin idarə etdiyi avtomobilin yük yerindən 09 ədəd kağız bükümdə narkotik vasitə olan qurudulmuş marixuanaya və 03 ədəd sellofan bükümdə narkotik vasitə olan tiryəkə bənzər kütlələr aşkar olunmuş, sorğu-sual zamanı Fazilin özü həmin 09 ədəd kağız bükümün içərisində narkotik vasitə olan qurudulmuş marixuana və 03 ədəd sellofan bükümün içərisində narkotik vasitə olan tiryək olduğunu, həmin qurudulmuş marixuananı və tiryəki küçədə yerdən tapdığını və gəzdirməkdə məqsədinin gələcəkdə istifadə etmək olduğunu bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs avtomobilindən aşkar olunmuş həmin kütlələr müdafiəçinin iştirakı ilə və video çəkilişlə qablaşdırılaraq zərfə qoyularaq 55 saylı möhürlə möhürlənmiş və bu barədə protokol tərtib edilmiş, iştirakçılardan irad və təklif daxil olmamış və protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Bir qədər sonra Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanında baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evdən cinayət xarakterli hər hansı əşya və predmet aşkar olunmamış, baxış keçirilməsi barədə protokol tərtib edilmiş, iştirakçılardan irad və təklif daxil olmamış və protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Şirvan şəhər Polis Şöbəsinin CAB-ın əməliyyat müvəkkili vəzifəsində işləyir. 27 sentyabr 2023-cü il tarixdə saat 11 radələrində Şirvan şəhər Polis Şöbəsinin PPXB-nin nəfəri Şahid4 ilə Şirvan şəhər Polis Şöbəsinin həyətində olan zaman Şirvan şəhər Polis Şöbəsinin əməkdaşları olan Şahid1 və Şahid2 və sonradan adını bildiyi X2 Şirvan şəhər Polis Şöbəsinin həyətində Fazilə məxsus “VAZ-2107” markalı **-XE-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında olmuş, Fazil avtomobilin qapısını bağlayıb cibinə qoyan zaman Təbriz onu və Fuadı Fazili polis şöbəsinin daxilinə aparmaq üçün onlara kömək etmələrini xahiş etmiş, onlar da Təbrizin və Ayxanın yanına getmişlər. Bundan sonra o, Təbriz, Ayxan və X10 şəhər Polis Şöbəsinin 2-ci mərtəbəsində yerləşən Şahid1 xidməti otağına aparmış, orada Təbriz və Ayxan tərəfindən Fazilə narkotik vasitə dövriyyəsində şübhəli olduğu üçün saxlanıldığı bildirilmiş, bu zaman Fazil həqiqətən də üzərində və avtomobilində narkotik vasitə olduğunu səmimi olaraq etiraf etmişdir. Bundan sonra onlar birlikdə Fazili təhqiqatçının otağına aparmış, əməliyyat tədbiri Şahid1 və Şahid2 tərəfindən keçirildiyi üçün o və Fuad Fazili təhqiqatçının otağına qədər müşaiyət etdikdən sonra çıxıb getmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid4 Şahid3 ifadəsi ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları özünə aid hissədə bir daha təsdiq etmişdir . Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Şirvan şəhər polis şöbəsinin ŞPŞ-nin TB-nın təhqiqatçısı vəzifəsində işləyir. O 27 sentyabr 2023-cü il tarixdə polis şöbəsində olan zaman saat təxminən 11:30 radələrində Şirvan şəhəri, Ş.Şükürov küçəsi, döngə 4, ev 2-də qeydiyyatda olmaqla Şirvan şəhəri, 28 May küçəsi, ev 6, mənzil 35-də yaşayan Təqsirləndirilən şəxs üzərində və avtomobilində narkotik vasitə gəzdirməsi, habelə narkotik vasitə istifadəsi və satışı ilə məşğul olması şübhəsi ilə Şahid1 və Şahid2 tərəfindən xidməti otağına gətirilmiş, Fazilin hüquqlarını müdafiə edilməsi məqsədilə tərəfindən vəkil dəvət edilmiş, Fazilə hüquq və vəzifələri izah edildikdən sonra onun üstünə vəkilin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Fazilin əynindəki şalvarının sağ yan cibindən 01 ədəd kağız büküm və həmin kağız bükümün içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunmuş, sorğu-sual zamanı Fazilin özü həmin 01 ədəd kağız bükümün içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, həmin qurudulmuş marixuananı küçədə yerdən tapdığını və gəzdirməkdə məqsədinin gələcəkdə istifadə etmək olduğunu bildirmişdir. Üzərindən narkcətik vasitə aşkar olunması ilə əlaqədar Təqsirləndirilən şəxs izahatını aldıqdan sonra Təqsirləndirilən şəxs razılığı və vəkilin iştirakı ilə videoçəkilişlə Fazilin idarə etdiyi “VAZ-2107” markalı **-XE-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, baxış zamanı Fazilin idarə etdiyi avtomobilin yük yerindən 09 ədəd kağız bükümdə narkotik vasitə olan qurudulmuş marixuanaya və 03 ədəd sellofan bükümdə narkotik vasitə olan tiryəkə bənzər kütlələr aşkar olunmuş, sorğusual zamanı Fazilin özü həmin 09 ədəd kağız bükümün içərisində narkotık vasitə olan qurudulmuş marixuana və 03 ədəd sellofan bükümün içərisində narkotik vasitə olan tiryək olduğunu, həmin qurudulmuş marixuananı və tiryəki küçədə yerdən tapdığını və gəzdirməkdə məqsədinin gələcəkdə istifadə etmək olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs avtomobilindən aşkar olunmuş həmin kütlələr mudafiəçinin iştirakı ilə videoçəkilişlə qablaşdırılaraq zərfə qoyularaq 55 saylı möhürlə möhürlənmiş və bu barədə protokol tərtib edilmiş, iştirakçılardan irad və təklif daxil olmamış və protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Bir qədər sonra Təqsirləndirilən şəxs yaşadığı Şirvan şəhəri, 28 May küçəsi, ev 6, mənzil 35 ünvanında baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evdən cinayət xarakterli hər hansı əşya və predmet aşkar olunmamış, baxış keçirilməsi barədə protokol tərtib edilmiş, iştirakçılardan irad və təklif daxil olmamış və protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsini əks etdirən videoçəkilişə baxış keçirimişdir. Videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmişdir. Məhkəmə iclasında cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs etibarnamə əsasında idarə etdiyi VAZ-2107 markalı **-XE-*** dövlət qeydiyyat nişanlı avtomobildə baxış istintaq hərəkətinin aparılmasını əks etdirən videoçəkilişə baxış keçirimişdir. Videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs avtomobilinin yük yerindən narkotik vasitə olan qurudulmuş marixuana və narkotik vasitə olan tiryək aşkar edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X3 Bölməsinin 27 sentyabr 2023-cü il tarixli, 18/952-18/953 saylı rəyindən görünür ki, 1. tədqiqata təqdim olunmuş üzərində : 1)/imza var/Şahid1 2)/imza var/Şahid2...” sözləri yazılmış kağız paketdə 1 ədəd kağız bükümdə təmiz çəkisi-0,50 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə qurudulmuş marixuanadır.
2. Tədqiqata təqdim olunmuş üzərində : “...Təqsirləndirilən şəxs məxsus... avtomobildən...” sözləri yazılmış və imzalar olan kağız paketdə : - 9 ədəd kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri - 0,44 qram, 0,45 qram, 0,46 qram, 0,46 qram, 0,51 qram, 0,48 qram, 0,52 qram, 0,51 qram və 049 qram, ümumi çəkisi - 4,32 qram olan bitki kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır ;
3. 03 ədəd poletilen kəsiyi bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri - 0,998 qram, 0,982 qram və 0,960 qram, ümumi çəkisi - 2,940 qram olan maddələr xaşxaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə-tiryəkdir. Tədqiqata təqdim olunmuş Təqsirləndirilən şəxs üzərindən götürülmüş 1 büküm və onun avtomobilindən götürülmüş 9 büküm, cəmi 10 ədəd bükümdə ümumi çəkisi - 4.82 qram olan marixuanalar orqanoleptik əlamətlərinə və bioloii tərkiblərinə görə eynidir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4-narkoloji tibbi yoxlamanın 18 noyabr 2023-cü il tarixli, 7540 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabiodlərdən və opiodlərin qəbulu naticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, halhazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzindən daxil olmuş 11 dekabr 2023-cü il tarixli 3438 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs təsvir edilən hadisələri törədən zaman hər hansı psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs təsvir edilən hadisələri törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs üzərinə və avtomobilinə baxış keçirilən zaman qeydə alınmış videogörüntülərdə o öz hərəkətlərinin mənasını tam dərk etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs ilə istintaq hərəkətləri zamanı aparılmış videoçəkilişin təhlili zamanı onun baş vermiş hadisələri göstərməklə danışarkən psixi-emosional vəziyyətinin normaya uyğun olduğu, iş üçün əhəmiyyət kəsb edəcək hər hansı dəyişiklik yaranmadığı, onun fiziki və ya psixi təsir altında olmadığı nəticəsinə gəlinir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 noyabr 2023-cü il tarixli , 5/1476 saylı rəyindən görünür ki, 1.Təqdim edilmiş bir ədəd sünsor ekranlı “Android 11” əməliyyat sistemi ilə təchiz olunmuş “Xiaomi Redmi 10 A” markalı “220233L2G” modelli “**********94184, **********94192” “imei” kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir.
2. Rəyin “Tədqiqi hissəsi”nin 2-ci bəndində göstərilən səbəblərə görə təqdim edilmiş "Xiaomi Redmi 10A” markalı “220233L2G” modelli mobil smartfonun yaddaşından hər hansı bir məlumatın (2023-cü ilin iyun ayının 01-dən 2023-cü ilin sentyabr ayının 28-dək olan müddət ərzində kontakt, zəng, “SMS” mesaj, foto, audio, video fayllar, "WhatsApp proqram təminatı, digər sosial şəbəkələr vasitəsi ilə aparılmış məlumat mübadilələri və sairə) pozulub-pozulmaması üzrə tədqiqat işlərinin aparılması mümkün olmadı. İş materiallarında olan cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında 27 sentyabr 2023-cü il tarixli protokoldan və qərardan görünür ki, Təqsirləndirilən şəxs 27 sentyabr 2023-cü il tarixdə, saat 12:10-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 27 sentyabr 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərində narkotik vasitə olan marixuana var. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan yaşıl rəngli şalvarın sağ yan cibindən bir ədəd kağız büküm çıxarıb masanın üzərinə qoymuş və təqdim etmiş, həmin kağız bükümün içərisində narkotik vasitə olan marixuana olduğunu bildirmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan yaşıl rəngli şalvarının sol yan cibindən bir ədəd “Xiaomi Redmi” və “Kgtel” markalı mobil telefonu və 4 ədəd açarı çıxarıb masanın üzərinə qoymuş və həmin telefonun, açarların özünə məxsus olmasını bildirmişdir. Şübhəli şəxs X2 təqdim etdiyi bir ədəd kağz büküm açıldıqda içərisində narkotik vasitə olan marixuanaya bənzər maddə olması müəyyən edilmişdir. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsı axtarış aparılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən hər hansı bır qanunsuz əşya və ya predmet, o cümlədən başqa narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamışdır. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi kağız bükümdəki narkotik vasitə olan marixuanaya bənzər maddəni kimdən və haradan əldə etməsi soruşulduqda, bildirmişdir ki, təqdim etdiyi kağız bükümdəki narkotik vasitəni o, 27 sentyabr 2023-cü il tarixdə saat 10 radələrində Şirvan şəhəri İ.Qayıbov küçəsındə yerdən tapmış və istifadə etmək üçün üzərində saxlamışdır. Elektron tərəzi vasitəsilə həmin narkotik vasitəyə bənzər kütlə çəkilən zaman həmin kütlənin çəkisinin 0,61 qram olduğu (qablaşdırma ilə birlikdə) müəyyən edilmişdir. Şəxsi axtarış nəticəsində şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində narkotik vasitə olan marixuana bənzər maddə olan bir ədəd kağız büküm götürülərək müvafiq qaydada qablaşdırılmışdır. Həmçinin şübhəli şəxs Təqsirləndirilən şəxs məxsus “ Xiaomi Redmi” markalı və “Kgtel” markalı mobil telefon qablaşdırılmışdır. İş materiallarında olan 27 sentyabr 2023-cü il tarixli baxış keçirmə və götürmə aparılması haqqında protokoldan görünür ki, Şirvan şəhər Polis Şöbəsinin inzibati ərazisində ** XE *** dövlət qeydiyyat nişanlı Vaz 2107 markalı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs məxsus olan ** XE *** dövlət qeydiyyat nişanlı Vaz 2107 markalı avtomobildə narkotik vasitə psixotrop maddə və ya qanunsuz əşya və ya predmet olub-olmaması soruşulduqda Təqsirləndirilən şəxs avtomobilin yük yerində narkotik vasitə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs avtomobilin yük yerində olan ağ rəngli dəsmala bükülmüş narkotik vasitəni təqdim etmişdir. Həmin təqdim edilən 9 ədəd büküm açıldıqda marixuanaya bənzər kütlə və daha sonra 3 bükümə baxdıqda narkotik vasitə olan tiryəkə bənzər kütlələr aşkar olunmuşdur. Həmin aşkar olunmuş kütlələr elektron tərəzidə çəkilmiş və müəyyən olunmuşdur ki, 9 büküm narkotik vasitəyə bənzər marixuana 5.35 qram, 3 ədəd büküm tiryəkə bənzər narkotik vasitə 3 qram təşkil edir (qablaşdırma ilə birlikdə). Həmin bükümləri qablaşdırdıqdan sonra 55 saylı möhürlə möhürlənmişdir. Təkrar avtomobilə baxdıqda baxış keçirilmiş və avtomobildə qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. İş materiallarında olan cinayət işinin icraata qəbul edilməsi haqqında 27 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə olan ********* saylı cinayət işi icraata qəbul edilmişdir. İş materiallarında olan cinayət işi üzrə əməlin tövsif olunması haqqında 29 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsindən, həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edilmişdir; İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 29 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarında olan Şirvan şəhər Məhkəməsinin 29 sentyabr 2023-cü il tarixli,4 (032)-274/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti 3 (üç) ay həddində müəyyən edilmiş və həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və Şirvan şəhər Məhkəməsinin 03 fevral 2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Şirvan şəhər Məhkəməsinin 03 fevral 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi təqsirli bilinərək Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 il 01 ay 29 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur.Şirvan Apellyasiya Məhkəməsinin 07 aprel 2021-ci il tarixli qərarı ilə Şirvan şəhər Məhkəməsinin 03 fevral 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2021-ci il tarixdə «08 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikasi Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 2.4-cü bəndinə əsasən cəzadan azad edilmişdir. Məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan «Şirvan şəhər mərkəzi xəstəxanası» publik hüquqi şəxsin 12 oktyabr 2023-cü il tarixli, 18-1-35/2-832/2023 nömrəli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs ŞMP-nın narkoloji kabinetində “Çətənə bitkisi pereparatlarından sui istifadə edilməsi ilə nəticəlnən narkomaniya xəstəliyi” diaqnozu ilə qeydiyyatdadır. Ruhiəsəb kabinetində qeydiyyatda yoxdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Şirvan ŞPŞ-nin İB-nin müstəntiqi, polis kapitanı Xəzər Eldarov tərəfindən tərtib edilmiş 07 oktyabr 2023-cü il tarixdə daxil olmuş əməliyyat tapşırığına cavab olaraq bildirilir ki, əməliyyat tapşırığında qeyd edilmiş xüsusatlarla bağlı bir sıra əməliyyat-axtarış tədbirləri keçirilmiş və aşağıdakılar müəyyən edilmişdir : 1.Təqsirləndirilən şəxs Şirvan şəhər ərazisində narkotik vasitə olan marixuana və tiryək satışı ilə məşğuldur. (Əsas:Agentura və digər mənbələrdən əldə edilmiş məlumatlar). 2.Təqsirləndirilən şəxs üzərindən və avtomobilindən aşkar olunaraq götürülmüş narkotik vasitə olan marixuananı və tiryəki haradan, kimdən və nə vaxt əldə etməsini müəyyən etmək mümkün olmamışdır. 3.Təqsirləndirilən şəxs üzərindən və avtomobilindən aşkar olunaraq götürülmüş narkotik vasitə olan marixuananı və tiryəki satış məqsədilə əldə edib saxlamışdır. (Əsas:Agentura və digər mənbələrdən əldə edilmiş məlumatlar). Faktla bağlı tədbirlər davam etdilir. İş materiallarında olan Şirvan şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 01 noyabr 2023-cü il tarixdə verilmiş 6847 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 5 ünvanda qeydiyyatdadır. Ailə tərkibi haqqında məlumat yoxdur. İş materiallarında olan Şirvan şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs adına verilmiş 01 noyabr 2023-cü il tarixli 610 nömrəli xasiyyətnamədə göstərilir ki, onun barəsində şəhər nümayəndəliyinə yazılı və şifahi məlumat daxil olmamışdır. İş materiallarında olan təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında 18 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 29 sentyabr 2023-cü ildə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittihamın məzmununa əlavələr və dəyişikliklər edilməklə ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə dəqiqləşdirilmiş məzmunda yenidən ittiham elan edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərək, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq, belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 10 (on) ədəd kağız bükümdə ümumi çəkisi 4,82 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı və 03 (üç) ədəd poletilen kəsiyi bükümündə şəxsi istehlak miqdarından artıq miqdarda, ümumi çəkisi - 2,940 qram olan maddələr xaşxaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə olan tiryəki istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan əldə edib üzərində saxlayaraq daşımış, həmin əməl isə narkotik vasitə olan tiryəkə aid hissədə şəxsi istehlak miqdarından artıq olması ilə əlaqədar Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin (köhnə red.) tərkibini yaradır. Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının” İ siyahısının 12-ci bəndinin “a” yarımbəndinin tələbinə görə qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 5 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 500 qramdır. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının” İ siyahısının 187-ci bəndinə görə tiryəkin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,5 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 50 qramdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 959-İİQ nömrəli Qanununun 1.0.8, 1.0.9 və 1.0.10-cu maddələrinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş və narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 4-cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Həmin Qərarın 5-ci bəndinə görə təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Həmçinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətdir. Göründüyü kimi qanunun mənasına görə narkotik vasitələrin satışı dedikdə, yalnız qeyd olunan maddələrin əvəzli, qazanc əldə etmək, yaxud şəxsi maraq məqsədilə yayılması başa düşülür. Bu isə o deməkdir ki, şəxsin narkotik vasitələri satmaq üçün əldə edib saxlaması haqda nəticəyə gəlmək üçün məhz sadalanan məqsədlərin hər hansı birini izləyərək narkotik vasitələri əldə edib saxlaması sübut edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 131-ci maddəsinin 1-ci hissəsinə və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 79-cu maddəsinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu məhkəmə təcrübəsinə dair məsələlər üzrə məhkəmələrə izahlar verir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 9-cu bəndində məhkəmələrə izah olunmuşdur ki, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlləri formal tərkibli olduğundan onların başa çatmış hesab edilməsi üçün təqsirkarın qeyd olunan maddələrlə nəzərdə tutulan hərəkətləri törətməsi faktının müəyyən edilməsi kifayətdir. İş materiallarından və eləcə də təqsirləndirilən şəxsin verdiyi ifadələrdən də görünür ki, onun məqsədi məhz tapdığı narkotik vasitənin şəxsi istifadəsinə yönəlmişdir. Bu hal həmçinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 X6-Narkoloji tibbi müayinənin ekspert komissiyasının 18 noyabr 2023-cü il tarixli, 7540 nömrəli rəyi ilə də təsdiq olunur. Belə ki, həmin rəydə göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabiodlərdən və opiodlərin qəbulu naticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. İstintaq orqanı isə narkotik vasitələrin əvəzli, qazanc əldə etmək, yaxud şəxsi maraq məqsədilə yayılmasını təsdiq edən sübutları əldə etmədən Təqsirləndirilən şəxs 27 sentyabr 2023-cü il tarixdə üzərindən aşkar olunmuş narkotik vasitə olan marixuananı və tiryəki satmaq niyyəti ilə 10 (on) ədəd bükümdə, ümumi təmiz çəkisi 4,82 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı və 03 (üç) ədəd poletilen kəsiyi bükümündə, ümumi təmiz çəkisi 2,940 qram olan maddələr xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryəki (bükümlərə ayrıldığına və ayrı-ayrı növdə narkotik vasitələrin aşkarlanmasına görə) üzərində və avtomoilində saxlamasını həmin narkotik vasitəni satmaq niyyətində olması kimi qiymətləndirmişdir. Belə ki, cinayət işi materiallarına əlavə edilmiş sənədlərə baxdıqda və məhkəmə istintaqında tədqiq edilmiş sübutlardan aydın olur ki, Təqsirləndirilən şəxs qarşı ittihamın irəli sürülməsinə məhz 10 (on) ədəd bükümdə, ümumi təmiz çəkisi 4,82 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın və 03 (üç) ədəd poletilen kəsiyi bükümündə, ümumi təmiz çəkisi 2,940 qram olan maddələr xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryəkin bükümlərə ayrılması və ayrı-ayrı növdə narkotik vasitələr olması əsas olmuşdur. Belə olan halda Təqsirləndirilən şəxs həmin maddəni əldə etməsi, saxlaması və daşımasında məqsədinin məhz satış olmasını şərtləndirən müstəsna hallar kimi çıxış edə bilməz. Belə ki, təqsirkarın narkotik vasitə satmaq niyyətində olması müəyyən edilərkən narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razlıq əldə edilməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Habelə , Təqsirləndirilən şəxs əvvəllər 01 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi -0,998 qram xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamasına görə Şirvan şəhər Məhkəməsinin 03 fevral 2021-ci il tarixli hökmü ilə barəsində ittiham hökmü çıxarılmış şəxsdir. İbtidai istintaqı aparan orqanı narkotik vasitələrin bükümlərə hazırlanması üçün avadanlığın olmasını müəyyən etmədən, ittihamın sübut olunmasında yaranan, sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verməyən şübhələr olmasına baxmayaraq bu şübhələrin aradan qaldırılması üçün qanunda nəzərdə tutulan tədbirləri görmədən, sübutlar arasında ziddiyyətləri aradan qaldırmadan, 10 (on) ədəd bükümdə, ümumi təmiz çəkisi 4,82 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın və 03 (üç) ədəd poletilen kəsiyi bükümündə, ümumi təmiz çəkisi 2,940 qram olan maddələr xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryəkin olmasını nəzərə alaraq ona qarşı əsassız olaraq Azərbaycan Respublikası CM-nin 234.2ci maddəsi ilə cinayət törətməsi ittihamı irəli sürmüşdür. Halbuki şəxsin cinayət törətməsinə dair məhkəmə qərarı mülahizələrə və ehtimallara əsaslana bilməz, işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət işinin məhkəmədə baxılması zamanı isə Təqsirləndirilən şəxs tərəfindən istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin hazırlanması üçün avadanlığın olması, yəni təqsirləndirilən şəxsin üzərindən və avtomobilindən aşkar edilmiş, ümumi təmiz çəkisi 4,82 qram narkotik vasitə hesab olunan qurudulmuş marixuananın və 03 (üç) ədəd poletilen kəsiyi bükümündə, ümumi təmiz çəkisi 2,940 qram olan narkotik vasitə olan tiryəkin satış məqsədi ilə qanunsuz olaraq əldə etməsi və ya saxlaması nə təqsirləndirilən şəxsin özünün və şahidlərin ifadələri ilə, nə də işdə olan digər sübutlarla öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. Azərbaycan Respublikası CPM-nin 28.4.2-ci maddəsi cinayət mühakimə icraatı həyata keçirilərkən şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almağı bir vəzifə olaraq məhkəmələrin üzərinə qoyur. Azərbaycan Respublikası CPM-nin 28.5-ci maddəsinə görə şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Məhkəmə cəza təyin edərkən qəsdin obyektinin narkotik vasitələrin qanunsuz dövriyyəsinin təşkil etməsini, cinayət əməlinin qəsdən törədilməsini və az ağır cinayətlər kateqoriyasına aid olması barədə cinayətin xarakterini, cinayətin ictimai təhlükəliliyini azalda bilən halın olmamasını nəzərə alır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlinin istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinə tövsif edilməsi cinayət qanunvericiliyinə münasibətdə əsaslı və qanuni sayıla bilməz, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilməlidir. Beləliklə məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Cəza məsələsini müzakirə edərək məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin : 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısnı almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsinin, iş üzrə cəzanı yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşmançılıq çəkməsini, yaşayış yerindən müsbət xasiyyətləndirilməsini CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qəbul edir, həmin Məcəllənin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, onun barəsində ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə cəza tətbiq edilməli, cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 27 sentyabr 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 99 manat 48 qəpik və 80 manat olmaqla cəmi 179 manat 48 qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübut kimi Şirvan şəhər Polis şöbəsində saxlanılan və keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 4.62 qram olan narkotik vasitə qurudulmuş marixuana və 2.790 qram olan narkotik vasitə tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, cinayət işinə əlavə edilmiş iki ədəd “CD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, iş üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347-349, 351-353, 356-358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu vaxtdan, yəni 27 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyatda alınsın. İş üzrə maddi sübut olan və Şirvan ŞPŞ-nin maddi sübutların saxlanılması anbarında saxlanılan tədqiqata sərf edildikdən sonra qalan 4.62 qram olan narkotik vasitə qurudulmuş marixuana və 2.790 qram olan narkotik vasitə tiryək hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Cinayət işinə əlavə edilmiş iki ədəd “CD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri – 179 manat 48 qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X1 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Hakim: Aydan Məmmədli