Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(032)-52/2023 06.02.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi Qarayev Qiyas Sarvan oğlunun katibliyi ilə, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X4, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X1, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, X1 Azərbaycan Respublikasının CM-nin 147-ci maddəsi ilə ittiham olunmasına dair barəsində xüsusi ittiham qaydasında verilmiş şikayətə hazırlıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X6 tərəfindən X1 Azərbaycan Respublikasının CM-nin 147-ci maddəsi ilə ittiham olunmasına dair xüsusi ittiham qaydasında Şirvan şəhər Məhkəməsinə şikayət verilmişdir. Xüsusi ittiham qaydasında şikayətlə tanış olarkən müəyyən edilmişdir ki, məhkəmə baxışı məhz bu məhkəməyə aiddir, lakin şikayətin məhkəmə baxışının qeyri-mümkünlüyünə səbəb olan hallar mövcudur. Belə ki, xüsusi ittiham qaydasında verilmiş şikayətdən görünür ki, bütün müəllim kollektivi olaraq “WhatsApp” proqramında X5 da olmaqla “X10” adlı qrupdalar. Agentlik onun barəsində işə qəbul barədə verdiyi əmrdən sonra “X10” adlı qrupda olan bütün müəllim kollektivi onu həmin qrupda təbrik etmişlər. X5 həmin qrupda öz şəxsi istifadəsində olan ***-***-**-**5 saylı mobil telefon nömrəsi ilə həmi qrupa saat 21:44-də 0.29 saniyəlik səs göndərərək bildirmişdir ki, “qızlar bunun təbriklərə cavabına baxın, axırda söyüb, Allah sizləri eləsin, savadsızın biri savadsız, pulnan yadnan gəldi oturdu orda, savadıda yoxdur, Allah elə sənidə eləsin, bildiyi kimi eləsin! Günel Bayram qızı ifritə, Allah ona fürsət verməsin”. X5 həminq qrupda yenidən öz şəxsi istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə həmin qrupa saat 21:45də 0.09 saniyəlik səs göndərərək bildirmişdir ki, “Günel Bayram qızı necə çıxdı, birdənə qız vare Maral Tahirqızı elə onun kimi köpək olsun”. Bütün səs yazısını qrupda olan təxminən 66 nəfərdən ibarət olan bütün müəllim heyəti qulaq asmış, daha sonra isə hər kəs ondan bu barədə soruşduqdan sonra o da həmin səs qulaq asmış, şox pis olmuşdur. Daha sonra X3 isə şəxsən görmüş, onun bu səslərinə öz etirazını bildirmiş və onun nəzərinə çatdırmışdır ki, buna görə hüquq müstəvisində ona cavab verəcək. O isə buna cavab olaraq Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə ondan rüsvayedici və sair təhqiramiz şəkildə şikayət ərizələri yazmağa davam etmişdir. Həmin şikayət ərizələrinin araşdırılması üçün nazirlik trəfindən həmin ərizələr aidiyyəti üzrə agentliyə göndərilmiş və agentlik isə müvafiq araşdırma aparmışdır. Bütün bunlardan sonra o, bütün müəllimlik kollektivi olaraq 66 nəfərdən ibarət “WhatsApp” proqramında və Azərbyacan Respublikası Elm və Təhsil Nazirliyinə heç bir hüquqi əsası olmadan, onun nüfuzunu ləkələyən, yalan, böhtan, yəni yalan doğrunu bilə-bilə onun şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələmiş və onu nüfuzdan salmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə əsasən böhtan cinayəti,yəni yalan olduğunu bilə-bilə,hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yaymadır. Təhqir cinayətinin obyektiv cəhəti isə kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında başqa şəxsin şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada alçaltmada ifadə olunur. Hazırki iş üzrə proses iştirakçılarının izahatlarından, o cümlədən də şikayətin məzmunundan xüsusi ittiham qaydasında verilmiş şikayətdə göstərilmiş halların ümumi xarakterli olmaları və başqa şəxsin şərəf və ləyaqətini nalayiq formada alçaltmadığı məlum olur və bu səbəbdən də məhkəmə həmin hərəkətlərin təhqir cinayətinin obyektiv cəhətini təşkil etmədiyi qənaətinə gəlir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.1.6-cı maddəsinə əsasən cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4,302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. 21 fevral 2014-cü il tarixli “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında məhkəmələrə xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlamaq tövsiyə edilir. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul etməlidir. Beləliklə, məhkəmə işin bütün hallarını, proses iştirakçılarının izahatlarını araşdıraraq, ilkin sübutlara obyektiv qiymət verərək hesab edir ki, xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadığından xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina barədə qərar qəbul edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 299,300,384-cü maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: X2 Azərbaycan Respublikasının CM-nin 147-ci maddəsi ilə ittiham olunmasına dair X6 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmə icraatına qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Səidə Məmmədova
Məhkəmə qərarları › İş №1(032)-52/2023
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №1(032)-52/2023
06.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver