Məhkəmə qərarları › İş №1(032)-52/2024

Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-52/2024

30.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-52/2024 30.04.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Giriş Hissə saat 15:10-da Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Məhkəmə iclas katibi Qarayev Qiyas Sarvan oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər X3, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1961-ci il tarixdə Qazı Məmməd (indiki Hacıqabul) şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Hacıqabul rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Nizami rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 4-cü bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılmış, xx.xx.2022-ci ildə cəza müddəti başa çatmış, məhkumluğu ödənilməmiş, Hacıqabul rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 02 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təsviri-əsaslandırıcı hissə Təqsirləndirilən şəxs təkrarən yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olub, özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 27 iyun 2023-cü il tarixdən, 24 iyul 2023-cü il tarixədək olan müddət ərzində, axşam vaxtlarında Şirvan şəhəri, Vidadi küçəsində yerləşən X8 Təchizatı və Satışı İdarəsinin Şirvan Elektrik Şəbəkəsinin balansında olan saxlanc yeri hesab edilən 35/6 kv-luq, 754 saylı yarımstansiyanın ərazisinə hasardan tullanmaqla qanunsuz daxil olub, oradan şəbəkəyə məxsus 08 metr uzunluğunda 01 metrinin qiyməti 38 manat olmaqla, ümumilikdə 304 manat dəyərində 15 mm-lik şivellerləri, 40 metr uzunluğunda 01 metrinin qiyməti 9 manat 40 qəpik olmaqla, ümumilikdə 376 manat dəyərində 50x50 ölçülü künclükləri, 01 ədəd qiyməti 114 manat olan 2 mm-lik dəmir listi və 6,60 metr 01 metrinin qiyməti 7 manat 80 qəpik olmaqla ümumilikdə 51 manat 48 qəpik dəyərində 40x40 ölçülü künclükləri gizli olaraq talayıb, zərərçəkmiş hüquqi şəxs X8 Təchizatı və Satışı İdarəsinin Şirvan Elektrik Şəbəkəsinə ümumilikdə 845 manat 48 qəpik məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 17 avqust 2023-cü il tarixdə, saat 22 radələrində Şirvan şəhəri, M.İbrahimov küçəsində dayanıqlı vəziyyətdə olan Zərərçəkmiş şəxs2 məxsus avtomobilə açıq vəziyyətdə olan banından daxil olmaqla salonunda olan 1 ədəd 1.080 manat dəyərində Samsung A54 markalı mobil telefonu gizli olaraq talayıb, Zərərçəkmiş şəxs2 ümumilikdə 1.080 (min səksən) manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 2023-cü ilin avqust ayında Zərərçəkmiş şəxs4 məxsus Şirvan şəhəri, İsmət Qayıbov küçəsi ev 1B ünvanda yerləşən fərdi yaşayış evinin həyətinə hasardan tullanmaqla keçib, həyətdə olan yarımtikiliyə qanunsuz olaraq daxil olub, yarımtikilidən zərərçəkmiş şəxsin qiymətləndirdiyi 150 manat dəyərində 5 metr uzunluğunda 2 ədəd dəmir borunu gizli olaraq talayıb, Zərərçəkmiş şəxs4 150 (yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 02 sentyabr 2023-cü il tarixdə, saat 15 radələrindən 23 radələrinədək olan müddət ərzində Zərərçəkmiş şəxs3 məxsus Şirvan şəhəri, Yaqub Orucov küçəsində yerləşən Pioner Lager düşərgəsindəki evinin qapısının kilidini sındırmaqla yaşayış sahəsinə qanunsuz daxil olub, otaqdakı 400 manat dəyərində 1 ədəd çalğı aləti nağaranı gizli olaraq talayıb, Zərərçəkmiş şəxs3 ümumilikdə 400 (dörd yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 16 oktyabr 2023-cü il tarixdə, saat 21 radələrində Şirvan şəhəri, H.Əliyev prospektində hərəkətdə olan Şahid idarə etdiyi “VAZ 21061” markalı, ** RJ *** dövlət qeydiyat nişanlı avtomobildə sərnişin qismində əyləşdikdən sonra həmin avtomobildə ondan əvvəl sərnişin olmuş Zərərçəkmiş şəxs1 məxus 10 manat dəyərində pul kisəsini içərisində olan 1402 manat pulla birlikdə gizli olaraq talayıb, Zərərçəkmiş şəxs1 ümumilikdə 1412 (min dörd yüz on iki) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, ona ittiham olunan cinayət əməllərinin heç birini törətməmişdir, həmin cinayətlərin törədilməsinə aiddiyatı yoxdur. X1 pul kisəsinin oğurlanması epizodu üzrə də özünü təqsirli bilmir, həmin gün ərazidə olan zaman ərazinin sahə rəisi ona yaxınlaşmış, bu ərazini tanıyıb tanımadığını soruşmuşdur. O da ərazini tanıdığını və dayısıgilə getdiyini bildirmişdir. Bu zaman sahə rəisi maşınla onu dayısıgilə aparmış, bir müddət orada oturmuş, yeyib-içdikdən sonra sahə rəisi təxminən saat 9-a 20 dəq qalmış onu taksi ilə yola salmışdır. Taksiyə oturan zaman arxada oturmuş, ondan başqa taksidə başqa 1 nəfər də olmuşdur. Taksi sürücüsünü əvvəllər tanımamışdır. Evə qayıtdıqdan sonra təxminən saat 10-a qalan zaman polislər içəri girmiş və onu polis şöbəsinə aparmışlar. Üzləşdirmə zamanı X2 onun pul kisəsini götürdüyünü, içərisində 150 manat pul olduğunu bildirsə də, bu barədə yalan demişdir. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək müdafiəçisinin iştirakı ilə verdiyi ifadələrində cinayət əməllərini tam etiraf etməklə göstərmişdir ki, ünvan 3 ünvanında yaşayır, heç bir yerdə işləmir, son zamanlar heç bir yerdə işləmədiyi üçün pula ehtiyacı yaranmış, bir neçə tanışa-dosta borc pul üçün müraciət etsə də ona pul verən olmamışdır. Bundan sonra qərara gəlmiş ki, oğurluq etsin. 27 iyun 2023-cü il tarixdə, saat 23 radələrində Şirvan şəhəri, “Demanlı” məhəlləsində gəzərkən dəmir barmaqlıqlardan olan darvazaya yaxınlaşıb içəriyə baxdıqda görmüşdür ki, elektrik şəbəkəsidir. Ərazidə heç kimin olmadığına və onu heç kimin görmədiyinə tam əmin olaraq darvazanın kənarında olan daş hasardan qalxaraq əraziyə keçmiş, əraziyə göz gəzdirdikdə görmüş ki, orada dəmin künclüklər və dəmir qapı vardır. Həmin gecə yerdə olan dəmir künclükləri çıxararaq hissə-hissə kəsmiş, oradan tapdığı kisəyə yığmışdır. Qalan hissələri isə orada gizlədərək sonra qayıdıb götürər deyə həmin kisəni çiyninə qaldıraraq keçdiyi hasara yaxınlaşmış, dəmir dolu kisəni hasardan çölə tullayaraq özü də hasardan çölə tullanmışdır. Metal dolu kisəni çiyninə qaldıraraq “Demanlı” məhəlləsinin arxa tərəfi ilə Hacıqabul rayon istiqamətində gölün kənarına tərəf getmişdir. Həmin kisəni gölün kənarında gizlətmiş, bundan sonra çıxıb evinə getmişdir. Səhəri günü Hacıqabul rayonunda səyyari metal alanlarla rastlaşmış, onlara metalı olduğunu demiş, həmin şəxslə sürdüyü araba ilə axşam gizlətdiyi metal dolu kisənin yanına getmişlər, orada həmin metalı tərəzi ilə çəkərək 40 kiloqram olduğunu bildirmiş və ona metalın müqabilində 20 manat pul vermişdir. Həmin 20 manatı öz məsrəflərinə xərcləmiş, həmin gündən təxminən 2-3 gün sonra maddi vəziyyəti çətin olduğu üçün fikirləşmiş ki, qeyd etdiyi elektrik şəbəkəsinin həyətində gizlətdiyi dəmir metalların bir hissəsini də oradan oğurlasın və satsın. Şəbəkənin darvazasının yanında olan hasardan həmin əraziyə keçmiş, orada gizlətdiyi dəmir metalları özü ilə apardığı kisəyə yığmış, dəmir metalları kisəyə yığanda görmüş ki, orada olan tikilinin qapısı dəmir listdəndir. Fikirləşmiş ki, gələn dəfə gələndə onu hissələrə ayırıb aparsın. Kisəyə yığdığı dəmir metalları çiyninə qaldıraraq hasara yaxınlaşmış, kisəni hasardan çölə tullayaraq özü də hasardan çölə tullanmışdır. Dəmir dolu kisəni çiyninə qaldıraraq yenə də “Demanlı” məhəlləsinin arxa hissəsi ilə gölün kənarı ilə Hacıqabul rayon istiqamətinə gedərək dəmir dolu kisəni gölün kənarında gizlətmişdir. Səhəri günü qərara gəlmiş ki, həmin dəmirləri satsın, bu fikirlə Şirvan şəhərinə getmiş, Şirvan şəhərində araba ilə dəmir metal alanlara rast gəlmiş, onlara dəmir metalı olduğunu və gölün kənarında verə biləcəyini demiş, onlar araba ilə onunla birlikdə gölün kənarına getmişlər. Həmin metalları tərəzidə çəkərək 37 kiloqram olduğunu bilmişlər, həmin dəmir metalın müqabilində ona 18 manat pul vermişlər, o həmin 18 manatı öz məsrəflərinə xərcləmişdir. Təxminən 5 gün sonra qərara gəlmiş ki, sakitçilik olar, gedər həmin ərazidə olan tikilinin dəmir qapısını söküb oğurlayar, gecə vaxtı təxminən saat 02 radələrində həmin əraziyə gedərək ətrafa göz gəzdirmiş, həmin ərazidə heç kimin olmadığına və onu heç kimin görmədiyinə əmin olaraq hasardan əraziyə tullanmış, əraziyə göz gəzdirərək yerdən dəmir parçası tapmış, həmin dəmir parçası ilə qeyd etdiyi tikilidə olan list dəmirdən olan qapını sökmüş, həmin dəmir qapını yerdə hissələrə ayırmış, hissələri əzərək özü ilə apardığı iki ədəd kisəyə yığmış, ərazidə dəmir parçası axtararkən betonların üstündə dəmir şiverlerlər görmüş, fikirləşmiş ki, gələn dəfə onları da söküb aparar, kisələrə yığdığı dəmir qapının əzilmiş hissələrini hasarın yaxınına gətirərək hasardan çölə tullamış, özü də hasardan tullanaraq kisələri sürüyə-sürüyə gölün kənarına aparıb orada gizlətmişdir. Səhəri günü Şirvan şəhərində həmin metal alanları tapmış və həmin metalları onlara satmış, metalların çəkisi ümumilikdə 65 kiloqram olmuş, onlar ona metalların müqabilində 33 manat pul vermişlər, həmin 33 manatı öz məsrəflərinə xərcləmişdir. Təxminən 2-3 gün sonra maddi vəziyyəti çətin olduğu üçün fikirləşmiş ki, qeyd etdiyi elektrik şəbəkəsinin həyətində şiverler dəmir parçaları oğurlasın. Həmin gün gecə təxminən 01 radələrində həmin əraziyə getmiş, ərazidə heç kim olmadığından əmin olaraq hasardan şəbəkənin ərazisinə keçmiş, əraziyə keçən kimi betonların üstündə gördüyü dəmir şiverlər istiqamətinə getmiş, ərazidən dəmir parçası taparaq həmin şiverlerləri betondan ayırmış, şiverlerləri 3 dəfəyə gölün kənarına daşıyaraq orada gizlətmiş və evə getmişdir. Səhəri günü Şirvan şəhərində həmin metal alanları tapmış və həmin metalları onlara satmışdır. Həmin metalların çəkisi ümumilikdə 94 kiloqram olmuş, onlar ona metalların müqabilində 50 manat pul vermişlər. O həmin 50 manatı öz məsrəflərinə xərcləmişdir. Bundan başqa bildirmişdir ki, 17 avqust 2023-cü il tarixdə Şirvan şəhərinə getmiş, həmin vaxt məqsədi oğurluq etmək və bu yolla qazanc əldə etmək olmuş, bu səbəbdən Şirvan şəhərində müxtəlif yerləri gəzmiş və oradan saat təxminən 22 radələrində “Vasmoy” adlanan yerə getmiş, həmin vaxt orada M.İbrahimov küçəsinə girmiş və görmüş ki, həmin küçədə yolun qırağında “KİA” markalı avtomobil dayanmış, o həmin vaxt ətrafa baxmış, ətrafda kimsə olmamış, sonra avtomobilə yaxınlaşmış, avtomobilin içərisində baxdıqda ötürücü qutunun yanında telefon olduğunu görmüş, sonra avtomobilin qapıların yoxlayanda bağlı olduğunu görmüş, sonra isə avtomobilin lukunun açıq olması diqqətini çəkmiş və birtəhər hasar tərəfdən avtomobilin üstünə çıxmış və oradan, yəni lukdan avtomobilin içərisinə girib, salonda ötürmə qurğusunun yanında olan mobil telefonu götürmüş və təkrar oradan çıxıb, telefonu cibinə qoyaraq avtomobilin yanından uzaqlaşıb getmişdir. Həmin günün səhəri oğurladığı “Samsung” markalı mobil telefonu tanımadığı bir şəxsə 450 manat pul müqabilində satmış, sonra həmin pulun 100 manatına əldən bir ədəd telefon almış, lakin aldığı telefonu bir-iki gün işlətsə də, sonra xarab olmuş, onu da həmin telefonu digər oğurladığı əşyaların yanına qoymuşdur. Bundan başqa bildirmişdir ki, 2023-cü ilin avqust ayının sonlarında axşam saat 23 radələrində Şirvan şəhəri “Köhnə şəhər” adlanan ərazidə gəzərkən İsmət Qayıbov küçəsində olarkən işıqları sönmüş vəziyyətdə olan iki mərtəbəli ev görmüş, həmin evdən oğurluq etmək qərarına gələrək küçədə bir qədər gözləmiş və heç kimin olmadığına əmin olduqdan sonra həmin evin həyətinin hasarından tullanaraq həyətə keçmiş, həyətdə bir qədər axtarış aparmış, həyətdə heç bir şey tapa bilmədiyindən evin ikinci mərtəbəsinə qalxmış, evin ikinci mərtəbəsində 2 ədəd dəmir borunun olduğunu görmüş, həmin dəmir boruları oğurlamaq qərarına gəlmiş, həmin boruları evin hasarının yaxınlığına aparmış, həmin boruları hasardan küçəyə ataraq özü də hasardan küçəyə tullanmışdır. Oradan dəmir boruları yola çıxarmış, yoldan taksi saxlatdırıb taksi ilə dəmir boruları Hacıqabul gölünün yaxınlığına aparmış və oğurladığı boruları gölün ətrafında olan boş sahədə gizlətmişdir. Bundan başqa bildirmişdir ki, 02 sentyabr 2023-cü il tarixdə, axşam saatlarında Şirvan şəhər ərazisində gəzərək “Lager” olan yerə getmiş, orada adamların olmamağını görərək köhnə bir evin qarşısına getmiş, həmin evin qabağında it olmuş, lakin bağlı olduğu üçün rahat həyətdə gəzmiş və qapıya qıfıl vurulduğunu görmüşdür. Orada qiymətli əşyaların olacağını düşünərək həmin evin taxtadan olan qapısının üzərində olan kilidi əli ilə dartmış, həmin vaxt qıfıl açılmış, dərhal həmin qıfılı cibinə qoymuş və qapını açdıqda içəridə balaca bir otağın olduğunu görmüş, daxil olduqda içəridə dəqiq xatırlamasa da, divan və kreslo olduğunu görmüş, ev tör töküntülü olduğu üçün elə də qiymətli əşya tapa bilməmiş, lakin divanın üzərində parçadan qablaşdırılmış nağara olduğu üçün sata biləcəyini düşünmüş və nağaranı götürərək evdən çıxmışdır. Ətrafda heç kəsin olmadığını yoxladıqdan sonra həmin evin qapısını əli ilə örtərək oradan uzaqlaşmışdır. Səhəri gün Hacıqabul rayonunda olan “köhnə bazar”ın yanında üzlüyündən çıxarıb bir neçə adama ehtiyac ucbatından satdığını bildirib tanımadığı yaşlı bir kişiyə nəvəsi üçün hədiyyə alacağını deyərək 20 manat müqabilində satmışdır. Həmin 20 manatı özü üçün spirtli içki və çörək alaraq evə getmişdir. Bundan başqa bildirmişdir ki, 16 oktyabr 2023-cü il tarixdə, təxminən saat 18:30-da Hacıqabul şəhərində spirtli içki içib Şirvan şəhərinə tanımadığı taksi ilə getmiş, Şirvan şəhərində, kənd evləri deyilən gəzmiş, təxminən saat 21 radələrində oradan çıxıb piyada Şirvan şəhəri, H.Əliyev prospektinə getdikdə orada ağ rəngli, VAZ2106 markalı avtomobilə Hacıqabul şəhərinə getmək üçün minmiş, qabaq sağ oturacaqda ondan başqa bir nəfər də, müştəri olmuş, o da, arxa sağ oturacaqda əyləşmiş, avtomobildə ayaqaltı hissəsində qırmızı rəngli pul kisəsi görmüş, həmin pul kisəsini oğurlamaq qərarına gəlmiş və səssizcə həmin kisəni götürüb, Şirvan şəhəri ərazisində ”üçbarmaq” deyilən ərazidə avtomobildən düşmüşdür. Fikri isə əvvəldən Hacıqabul şəhərinə getmək olmuş, lakin oğurluq etdiyi üçün pul kisəsinin içərisinə baxmaq üçün avtomobildən düşmüşdür. Pul kisəsini açdıqda içərisində 14 ədəd 100 manatlıq, 2 ədəd 1 manatlıq, ümumilikdə 1402 manat pul olmuş, həmin pulu cibinə qoymuş, kisənin içərisində bir neçə sənəd və kağızların olduğunu görmüş, sənədlər və kağızlar ona lazım olmadığı üçün pul kisəsi ilə birlikdə asfalt yolun kənarında olan ağaclığa atmış, həmin ərazi içkili olduğu üçün hazırda xatırlamamışdır. Bundan sonra oradan başqa tanımadığı yol maşınına əyləşib Hacıqabul şəhərinə getmiş, Hacıqabul şəhərində gecə saat 01 radələrinə kimi müxtəlif kafelərdə yeyib içmiş, təxminən 150 manat pul xərcləmiş, qalan pul isə içkili olduğundan nə etdiyini bilməmiş, çox güman ki, cibindən yerə düşmüşdür. Bundan sonra yaşadığı evə getmişdir. Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, qeyd etdikləri oğurluğu tək etmiş, ona bu işlərdə heç kim köməklik göstərməmiş, oğurluqları edərkən kənardan kimsə onu görməmiş, o da heç kimi görməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə qarşı oğurluq etməsi ilə əlaqədar ittihamla özünü təqsirli bilməməsinə tənqidi yanaşır və hesab edir ki, onun özünün müdafiəçinin iştirakı ilə həm ibtidai istintaq, həmçinin də məhkəmə baxışı zamanı vermiş olduğu ziddiyyətli ifadələri ittiham tərəfinin təqdim etdiyi sübutlarla qarşı-qarşıya qaldığı təqdirdə uğursuz özünümüdafiə cəhdindən başqa bir şey deyildir. Təqsirləndirilən şəxsin təqsirli olması, onun ibtidai istintaq zamanı vermiş olduğu etirafedici ifadələri, zərərçəkmiş şəxslərin ifadələri, şahidin ifadəsi və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Məhkəmə baxışında Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, hər gün işlədiyi Hacıqabul rayon GEM-ə taksi ilə gedib gəlir, xx.xx.2023-cü il tarixdə, saat 20 radələrində Hacıqabul rayonunda rəfiqəsigilə getmiş, rəfiqəsi evdə olmadığı üçün Hacıqabul rayonunda ağ rəngli VAZ2106 markalı tanımadığı taksiyə əyləşib Şirvan şəhərinə aparmağını xahiş etmişdir. Həmin taksi ilə ümumi olaraq 8 manata razılaşmış, həmin taksi ilə Şirvan şəhərinə çatmış, “Neptun” marketə gedəcəyini demiş, marketdə alış-veriş etdikdən sonra təkrar taksiyə əyləşib evinə doğru hərəkət etmişlər. Yolda alış-veriş etdiyi sellofan bağlamanın içərisinə atdığı pul kisəsini götürüb içərisində 2 ədəd 5 manatlıq pul əskinasını çıxarıb sürücüyə vermiş, sürücü həmin puldan ona 2 manat pul qaytarmış, həmin pulu cibinə qoymuş, sonra evə çatmış və əlində ərzaqları götürüb avtomobildən düşüb evə getmişdir. Pul kisəsi avtomobildə oturacaqda qalmış, evdə olarkən yadına düşmüşdür ki, pul kisəsini taksidə düşürmüşdür. Dərhal taksi sürücüsü ilə əlaqə saxlamış, lakin sürücü onun zənginə cavab verməmiş, bir neçə dəqiqədən sonra təkrar həmin mobil nömrəyə zəng etmiş, sürücüdən pul kisəsinin avtomobildə qaldığını demiş, sürücü ondan pul kisəsinin qırmızı rəngdə olmasını soruşmuş, o da, pul kisəsinin qırmızı rəngdə olmasını təsdiq etmişdir. Sürücü həmin pul kisəsini başqa bir müştərinin götürüb düşdüyünü və həmin şəxsin spirtli içki qəbul etdiyini bildirmiş, sonra o bu barədə Şirvan ŞPŞ-nə ərizə ilə müraciət etmişdir. Ona məxsus pul kisəsinin 10 manat qiyməti olmuş, həmin pul kisəsinin içərisində 14 ədəd 100 manatlıq pul əskinası, 2 ədəd 1 manatlıq pul əskinası, özünə məxsus şəxsiyyət vəsiqəsi və xarici şəxsiyyət vəsiqəsi olmuşdur. İbtidai istintaq zamanı X7 İmanovla üzləşdirilərkən sonuncunun pul kisəsini götürdüyünü etiraf etmiş, lakin içərisində cəmi 150 manat olduğunu bildirmiş, əslində isə ona oğurluq nəticəsində ümumilikdə ona 1412 manat maddi ziyan dəymişdir. Maddi ziyan ödənilməsə də hazırda ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə baxışında zərərçəkmiş X8 Təchizatı və Satışı İdarəsinin nümayəndəsi Nümayəndə ifadəsində göstərmişdir ki, Şirvan şəhəri, Vidadi küçəsində yerləşən X8 Təchizatı və Satışı İdarəsi Şirvan Elektrik şəbəkəsinin balansında olan 35/6 kv-luq 754 saylı y/st-da transformatorun bünövrəsindəki dəmir konstruksiyalar, kabel kanallarında künclüklər, yuvaların dəmir qapısı naməlum şəxs və şəxslər tərəfindən oğurlanmışdır. Bununla bağlı işlədiyi idarədən Şirvan şəhər polis şöbəsinə məktub ünvanlanmış, oğurlanmış mal-materialın siyahısı hesablama cədvəli ilə Şirvan şəhər polis şöbəsinə təqdim edilmişdir. Sonradan Şirvan polisinin işçiləri həmin oğurluq etmiş şəxsi müəyyən etmişlər, ona məlum olmuş ki, həmin şəxs Hacıqabul şəhər sakini Təqsirləndirilən şəxsdur. Bununla bağlı X8 Təchizatı və Satışı İdarəsi zərərçəkmiş hüquqi şəxs qismində tanınmış, o da, həmin idarənin nümayəndəsi qismində tanınmış, bu barədə qərar ona elan olunmuş, hüquq və vəzifələri ona izah edilmişdir. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə yekunlaşanadək əgər İmanov X4 Regional Enerji Təchizatı və Satışı İdarəsi Şirvan Elektrik şəbəkəsinə vurmuş olduğu maddi ziyanı ödəməsə onun barəsində mülki qaydada müraciət edəcəklərini bildirmişdir. Məhkəmə baxışında Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 17 avqust 2023cü il tarixdə, təxminən saat 20 radələrində Şirvan şəhəri, M.İbrahimov küçəsində yaşayan tanışıgilə gedərkən, həmin vaxt “Kia Optima” markalı ** OK *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmişdir. Təxminən həmin yerdə 1-2 saat qaldıqdan sonra tanışı ilə sağollaşmış və oradan avtomobilinə tərəf getmişdir. Avtomobilin qapısını açaraq avtomobilə daxil olmuş, həmin vaxt ötürücü qutunun yanına qoyduğu “Samsung A54” markalı telefonunun yerində olmadığını görmüşdür. Sonra görmüş ki, avtomobilinin “luku” açıq qalmış, avtomobilinin salonunun hər yerinə baxsa da, telefonu tapa bilməmişdir. Bundan sonra avtomobilindən oğurluq olmasına əmin olmuş və bu barədə DİN-in 102 xidmətinə digər telefonu ilə zəng edərək məlumat vermişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs2 həmçinin bildirmişdir ki, oğurlanmış 1 ədəd “Samsung A54” markalı mobil telefonun qiyməti 1080 manat olmuş, ona məxsus avtomobildən mobil telefondan başqa heç nə oğurlanmamışdır. Hazırda ziyan ödənilməsə də, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə baxışında Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Şirvan şəhəri, Yaqub Orucov küçəsində Pioner Lager düşərgəsində yaşayır, 2023-cü ilin sentyabr ayının 2-də, təxminən saat 15 radələrində evdən çıxaraq şəxsi işlərinə görə şəhərə getmiş, həmin gün saat 23:40-də evə gələrkən evin giriş qapısının kilidinin qırıldığını görmüş, bundan sonra evə daxil olduqda görmüş ki, otaqda qoyduğu 01 ədəd musiqi aləti olan nağara naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmışdır. Daha sonra həmin nağaranın oğurlanması barədə DİN-nin 102 xidmətinə məlumat vermiş və bundan sonra isə Şirvan polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Oğurluq hadisəsinin törədilməsində heç kimdən şübhələnməmiş, oğurluq hadisəsi nəticəsində ona 400 manat maddi ziyan dəymiş, oğurlanmış nağarası qara çexolun içərisində olmuş, üzərində bir neçə cızıqları varmış və nağarasının rəngi sarımtıl rəngdə olmuşdur. Hazırda vurulmuş ziyan ödənilməsə də Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə baxışında Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, Şirvan şəhəri, İ.Qayıbov küçəsi 1B-də yerləşən ev tikildikdən sonra orada yaşayış olmamış, xx.xx.2023cü il tarixdə Şirvan şəhər qaz idarəsinin əməkdaşı ona zəng vuraraq həmin yaşayış evinin çöl hissəsində olan qaz sayğacının sındırılması barədə məlumat vermiş, xx.xx.2023-cü il tarixdə evə gedib sayğacın qırıntılarının yerdə olduğunu, bundan başqa evin 1-ci mərtəbəsində pəncərələri sındırılmış, bundan əlavə həmin evdə 2-ci mərtəbədə olan 2 ədəd 5 metr uzunluğunda olan boruların naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmasını aşkar etmişdir. Həmin boruların qiyməti 150 manat olmuş, onun əsas şikayəti qaz sayğacının sındırılması və pəncərələrin sındırılması ilə bağlı olmamış, əsas şikayəti 2 ədəd 5 metrlik boruların oğurlanması ilə bağlı olmuşdur. Sonuncu dəfə həmin evdə 2023-cü ilin avqust ayının təxminən 20-də olmuş, oğurluq nəticəsində ona 150 manat maddi ziyan dəymişdir. Hazırda ona vurulmuş ziyan ödənilməsə də, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Şahid ifadəsində göstərmişdir ki, etibarnamə əsasında VAZ21061 markalı, 99RJ660 dövlət qeydiyyat nişanlı avtomobili idarə edir, həmin avtomobillə əsasən Hacıqabul şəhərindən Şirvan şəhərinə gedib gəlir, xx.xx.2023-cü il tarixdə, təxminən saat 20:20 radələrində Hacıqabul şəhərindən Şirvan şəhərinə avtomobili ilə hərəkət edərkən əvvəllər tanımadığı bir qadın əl etmiş, o avtomobili saxlamış, Şirvan şəhərinə, “Neptun” marketin yanına gedəcəyini demiş, 5 manata razılaşmışdır. Həmin qadın avtomobildə arxa sağ oturacaqda əyləşmiş, onunla “Neptun” marketə getmişlər, həmin qadın avtomobildən düşüb marketə daxil olmuş, ərzaq aldıqdan sonra gəlib avtomobilində arxa sol oturacaqda əyləşmiş, onu Şirvan şəhəri, M.Rəsulzadə küçəsinə yaşadığı evə aparmağını xahiş etmiş, sonradan adını bildiyi Zərifə xanımla 8 manata razılaşmış, onun dediyi yerə avtomobili idarə etmiş, Zərifə xanım 2 ədəd 5 manatlıq pul əskinası vermiş, o isə 2 ədəd 1 manatlıq pul əskinası qaytarmış və Zərifə xanım avtomobildən düşüb getmişdir. O oradan avtomobili ilə Şirvan şəhərində, “Şirvan astanovkası” deyilən yerə getmiş, orada əvvəllər tanıdığı Hacıqabul şəhər sakini, Saleh adlı şəxsi görmüş, Saleh Hacıqabul şəhərinə gedəcəyini demiş, avtomobildə qabaq sağ oturacaqda əyləşmiş, avtomobili hərəkət etdirib Hacıqabul şəhəri istiqamətində hərəkət etmişdir. Şirvan şəhərində, 9 mərtəbə deyilən yerin qarşısında “üç barmaq” deyilən ərazidə asfalt yolun kənarında tanımadığ bir nəfər kişi avtomobilə əl etmiş, avtomobili saxlamış, həmin şəxs tək olmuş, ona Bakı şəhərinə gedəcəyini, Hacıqabul körpüsü deyilən yerdə düşüb 1 manat pul verəcəyini demiş, o razılaşmış, həmin kişi avtomobildə arxa sağ oturacaqda əyləşmiş, həmin şəxs həddən artıq spirtli içki qəbul etmiş, sanki özündə olmamışdır. Avtomobil ilə təxminən 3-4 km getdikdən sonra Şirvan şəhərində, H.Əliyev prospektində “001” deyilən yerin qarşısında anidən həmin kişi ona avtomobili saxlamağını və düşəcəyini demiş, o avtomobili sağ tərəfdə kənarda saxlamış, həmin kişi ona 1 manat pul verib avtomobildən yerə düşmüşdür. O isə yoluna davam etmiş, Salehlə söhbət edib onu Hacıqabul şəhərinə aparmışdır. Həmin vaxt ona tanımadığı mobil nömrədən zəng gəlmiş, cavab verdikdə az əvvəl avtomobilə müştəri kimi əyləşən Zərifə xanım olmuş, ona qırmızı rəngli pul kisəsini avtomobildə unutduğunu dedikdə, Saleh telefon danışığını eşidib ona az əvvəl avtomobildə arxa oturacaqda əyləşən spirtli içki içən şəxsin götürüb düşdüyünü demiş, o da, Zərifə xanıma həmin sözləri demişdir. Bundan sonra Salehi düşürdüb avtomobilə arxa oturacaqlara baxıb dərhal Şirvan şəhərinə az əvvəl avtomobilinə əyləşən sonradan adını bildiyi Hacıqabul şəhər sakini Xalədddini düşürdüyü yerə getmişdir. Zərifə xanım da, həmin yerə gəlmiş, orada ona bildirmiş ki, pul kisəsi avtomobildə qalıb, o da, ona olanları danışmışdır. Qeyd etmişdir ki, onun Xaləddinin törətdiyi cinayət ilə bağlı heç bir əlaqəsi olmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilən: 17 oktyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, 18 oktyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. (cild İ i.v 44) 18 oktyabr 2023-cü il tarixdə ********* nömrəli, ********* nömrəli, ********* nömrəli, ********* nömrəli, ********* nömrəli və ********* nömrəli cinayət işləri bir icraatda birləşdirilməklə istintaq ********* nömrə altında aparılmış və cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif edilmiş, 19 oktyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə yenidən ittiham elan edilmiş və həmin tarixdə barəsində Şirvan şəhər Məhkəməsinin qərarı ilə 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir.(cild İİ i.v 78-86) 17 oktyabr 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, zərərçəkmiş şəxs X1 ərizəsi əsasında içərisində 1402 manat pul olan pul kisəsinin oğurlandığı Vaz 21061 markalı, **-RJ-*** markalı avtomobilə baxış keçirilmişdir. 17 oktyabr 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 ərizəsi əsasında ona məxsus “Kia Optima” markalı **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. 03 sentyabr 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 ərizəsi əsasında ona məxsus 01 ədəd çalğı aləti nağaranın oğurlandığı Şirvan şəhəri, Y.Orucov küçəsində yerləşən Pioner Lager düşərgəsindəki fərdi yaşayış evinə baxış keçirilmişdir. 31 avqust 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs4 ərizəsi əsasında 02 ədəd 5 metr uzunluğunda boruların oğurlandığı ona məxsus ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilmişdir. 04 avqust 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri Şirvan şəhəri, Vidadi küçəsində yerləşən "xxxx" ASC-nin X8 Təchizatı və Satışı idarəsinin Şirvan Elektrik şəbəkəsinin 35/6 kv-luq 754 saylı yarımstansiyasıdır. (cild İ iş vər: 140-145) 31 avqust 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs4 məxsus yaşadığı Şirvan şəhəri, İ.Qayıbov küçəsi 1B ünvanında yerləşən fərdi yaşayış evinin ikinci mərtəbəsindən 02 ədəd 5 metr uzunluğunda borular oğurlanmışdır. (cild İİ iş vər: 43-49) 18 oktyabr 2023-cü il tarixli ifadəsinin yerində yoxlanılması haqqında protokoldan görünür ki, təqsirləndirilən şəxs İmanov X4 şəhəri, M.İbrahimov küçəsində “Kia” markalı avtomobilə necə və haradan daxil olduğunu, hansı qaydada oğurluq etdiyini göstərməklə ifadəsini hadisə yerində əyani göstərməklə təsdiq etmişdir.( cild İ iş vər: 230-233) İfadəsinin yerində yoxlanılması zamanı təqsirləndirilən şəxs İmanov X4 şəhəri, Vidadi küçəsində yerləşən Şirvan RETS-nin Şirvan Elektrik şəbəkəsinin həyətinə necə və haradan daxil olduğunu, hansı qaydada oğurluq etdiyini göstərməklə ifadəsini hadisə yerində əyani göstərməklə təsdiq etmişdir.( cild İİ iş vər: 178-181) 18 oktyabr 2023-cü il tarixli ifadəsinin yerində yoxlanılması haqqında protokoldan görünür ki, təqsirləndirilən şəxs İmanov X4 şəhəri, Y.Orucov küçəsində Pioner Lager düşərgəsində olan fərdi yaşayış necə və haradan daxil olduğunu, 1 ədəd çalğı aləti nağaranı hansı qaydada oğurladığını göstərməklə ifadəsini hadisə yerində əyani göstərməklə təsdiq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs oğurladığı əşyaları yaxınlıqda olan gölün yanındakı çöllük sahədə beton sütunlarının yanında gizlətdiyi yeri əyani olaraq göstərmiş, həmin yerdə 05 ədəd dəmir parçaları, 01 ədəd mobil telefon və 01 ədəd avtomobil təkəri aşkar olunaraq götürülmüş, lakin avtomobil təkərinin ona aidiyyatı olmamış, 01 ədəd mobil telefon isə nasaz vəziyyətdə olduğu müəyyən edilmişdir. (cild İİ iş vər: 30-35) 18 oktyabr 2023-cü il tarixli ifadəsinin yerində yoxlanılması haqqında protokoldan göünür ki, təqsirləndirilən şəxs İmanov X4 şəhəri, İ.Qayıbov küçəsi 1B ünvanında yerləşən fərdi yaşayış evinə necə və haradan daxil olduğunu, hansı qaydada oğurluq etdiyini göstərməklə ifadəsini hadisə yerində əyani göstərməklə təsdiq etmişdir.( cild İİ iş vər: 75-77) xx.xx.2023-cü il tarixli, 7241 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların və opioidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş 60 yaşından yuxarı olan kişilərə və 55 yaşından yuxarı olan qadınlara, narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.7-ci bəndinə uyğun olaraq, hal-hazırda Təqsirləndirilən şəxs yaş həddi ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.( cild İİ iş vər: 186-187) xx.xx.2023-cü il tarixli, 3205 nömrəli məhkəmə-psixiatrik ekspertizasının rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründəhər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. (cild İİ iş vər: 188-191) «Hacıqabul rayon mərkəzi xəstəxanası» publik hüquqi şəxsin 29 noyabr 2023-cü il tarixli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs kosultativ-poliklinika şöbəsinin narkoloji kabinetində xx.xx.2018-ci il tarixindən qeydiyyatdadır, lakin ruhi-əsəb, alkoqol istifadəçisi kimi qeydiyyatda deyildir. (cild İİ iş vər: 185) Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə, sonuncu dəfə isə Hacıqabul rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Nizami rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 4-cü bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılmışdır. xx.xx.2022-ci ildə cəza müddəti başa çatmışdır. (cild İİ iş vər: 140-143) 04 noyabr 2023-cü il tarixli, 3-17-1/2-259773/2023 nömrəli Azərbaycan Respublikası ƏƏSMN-nin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Şirvan -X5 daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs 1 saylı Şirvan -X5 heç bir növ sosial müavinət və təqaüd almır.( cild İİ iş vər: 145) 19 dekabr 2023-cü il tarixli sübutların qiymətləndirilməsi və cinayət işi üzrə icraata hissəvi xitam verilməsi haqqında qərardan görünür ki, istintaq zamanı 18 avqust 2023-cü il tarixdə Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılarkən təqdim etdiyi 05 ədəd dəmir parçaları maddi sübut qismində tanınmış və saxlanılması üçün Şirvan şəhər PŞ-nin saxlanc anbarına verilmişdir. (cild İİ iş vər: 198-216, 243) Hacıqabul rayon Məhkəməsinin 1 (071)-101/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Məhkəmə cinayət işi ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar törədildikdə və yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri tədqiq edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi var, cinayət əməllərinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif edilmiş, əməlin cinayət olmasını aradan qaldıran hallar və onun cinayət məsuliyyətindən, cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini təqsirləndirilən şəxsin əvvəllər də qəsdən cinayət əməl törətməsi və məhkumluq həyatı yaşaması onun şəxsiyyətini xarakterizə edən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs oğlunun əməlində Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən müəyyən olunmadı. Təqsirləndirilən şəxs oğlu Hacıqabul rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Nizami rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 4-cü bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılmış, xx.xx.2022-ci ildə cəza müddəti başa çatmışdır, məhkumluğu ödənilməmişdir. Hazırda isə həmin hökmə münasibətdə onun əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən cinayətlərin residivi mövcuddur və bu hal Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal hesab olunur. Bundan başqa Təqsirləndirilən şəxs oğlu Hacıqabul rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Hazırki cinayəti həmin hökmlə məhkum olunmazdan əvvəl törətmişdir. Ona görə də ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu qaydasında qəti cəza təyin edilməlidir. Məhkəmə işin obyektiv hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini - əvvəllər dəfələrlə məhkumluq həyatı yaşamasını, islah olunmamasını, yüngülləşdirici halların olmamasını və ağırlaşdırıcı hal kimi əməlində cinayətlərin residivinin olmasını nəzərə alır, Azərbaycan Respublikasının CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi Hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün yarısından az ola bilməz tələbini nəzərə alaraq onun barəsində ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasının təyin olunmasını, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsinin məqsədəmüvafiq olması qənaətinə gəlir. Hacıqabul rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(071)-101/2023 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyatda olması nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 05 ədəd dəmir parçası zərərçəkmiş hüquqi şəxs “X8 Təchizatı və Satışı İdarəsinə qaytarılmalıdır. Cinayət işi üzrə mülki iddia, məhkəmə xərcləri və xüsusi müsadirə edilməli əmlak yoxdur. Zərərçəkmiş şəxslərə dəymiş zərərlə əlaqədar mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKMETDİ: Nəticə hissə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən Hacıqabul rayon Məhkəməsinin 27 dekabr 2023-cü il tarixli hökmü ilə təyin edilmiş 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə hazırki hökmlə təyin edilmiş cəzanı qismən toplamaq yolu ilə qəti olaraq barəsində 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 17 oktyabr 2023-cü il tarixdən hesablansın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış 05 ədəd dəmir parçası zərər çəkmiş hüquqi şəxs “X8 Təchizatı və Satışı İdarəsinə qaytarılsın. Zərərçəkmiş şəxslərə dəymiş zərərlə əlaqədar mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar