Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-52/2025 27.05.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ saat 16:11-də Şirvan şəhər Məhkəməsinin hakimi İmanov Əli Sərməz oğlunun sədrliyi, Əsgərli Rəvan Adil oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs X2, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1986-cı ildə Şirvan (Əli-Bayramlı) şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Şirvan şəhəri, Tahir Bağırov küçəsi, ev 5, mənzil 3-də qeydiyyatda olmaqla ünvan 1 ünvanda yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1 və 244.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Şirvan şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs gəlir əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmiş və fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmiş, saxlamış və bu məqsədlər üçün mənzil sahəsi vermişdir. Belə ki, o, vahid niyyətlə əhatə olunan qəsdlə tamah niyyəti ilə Şirvan şəhəri, Nərimanov küçəsində yerləşən Çardaq adlı kafenin zirzəmisini fahişəliklə məşğul olmaq və müxtəlif kişi müştərilərinə pul müqabilində cinsi əlaqədə olması üçün təqdim edilməsi və bu məqsədlər üçün əxlaqsız yuva təşkil edib saxlamış, eyni zamanda tamah niyyəti ilə tanışı Zərərçəkmiş şəxs kişi müştəriləri ilə pul müqabilində cinsi əlaqədə olması barədə razılığını aldıqdan sonra gəlir və digər fayda əldə etmək məqsədi ilə sonuncunu fahişəliyə cəlb edib Zərərçəkmiş şəxs Şirvan şəhəri, Nərimanov küçəsində yerləşən Çardaq adlı kafenin zirzəmisində kişi müştəriləri ilə cinsi əlaqədə olması üçün müştərilərə intim xidmətlər göstərməsinə şərait yaradıb bunun müqabilində 08 dekabr 2024-cü il tarixdə axşam saatlarında Şahid3 fayda əldə etmək məqsədi ilə Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olması üçün sonuncuya 20 manat pul verilməsinə nail olmuş, 14 dekabr 2024-cü il tarixdə gecə saatlarında Şahid2 Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olmaq üçün 30 manat, sonuncunu fahişəliyə cəlb etdiyinə və əxlaqsız yuva təşkil etdiyinə görə 20 manat olmaqla ümumilikdə 50 manat məbləğində pul, 14 dekabr 2024-cü il tarixdə gecə saatlarında Şahid4 Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olmasına nail olub fayda əldə etmək məqsədilə Zərərçəkmiş şəxs 10 manat pul vermiş, 16 dekabr 2024-cü il tarixdə günorta saatlarında Şahid1 Zərərçəkmiş şəxs fahişəliyə cəlb etdiyinə görə 30 manat və əxlaqsız yuva təşkil etdiyinə görə 20 manat pul olmaqla ümumilikdə 50 manat pulu Zərərçəkmiş şəxs vasitəsi ilə almış, 17 dekabr 2024-cü il tarixdə saat 03 radələrində Şirvan ŞPŞ-nin əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Şirvan şəhəri Nərimanov küçəsində yerləşən Çardaq adlı kafenin zirzəmisində Zərərçəkmiş şəxs ilə müştərisi Şahid1 cinsi əlaqədə olan zaman aşkar edilmişdir. Təqsirləndirilən şəxs təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, cinayət işinin materiallarına əlavə edilmiş maddi sübutlar və digər mötəbər və təkzibedilməz sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, onun işlətdiyi “Çardaq” adlı kafe Şahid3 məxsusdur. Zərərçəkmiş şəxs 2-3 ay müddətdir ki, tanıyır. Aylə bir neçə ay əvvəl onun işlətdiyi “Çardaq” adlı kafedə ofisiant kimi çalışmışdır. Sonradan isə işdən çıxmışdır. Təkrarən 2024-cü ilin dekabr ayının əvvəllərində Aylə yenidən işlətdiyi kafedə ofisiant kimi çalışmağa başlamışdır. Son 4-5 gündə isə Şahid5 tanımışdır. Aybəniz, Aylə vasitəsi ilə işlətdiyi kafedə ofisiant kimi işə başlamışdır. 14 dekabr 2024-cü il tarixdə tanışı Səbuhi kafeyə gəlmişdir. O da əlavə bazarlıq elətdirmiş və o, Səbuhi, Aylə və Aybəniz birlikdə oturub yemək yemiş və spirtli içki qəbul eləmişlər. Yeyib içdikdən sonra Aylə ilə Səbuhi pərdəli kabinetdə birlikdə oturmuş, o da Aybəniz ilə birlikdə zalda oturmuş və onunla birlikdə spirtli içki qəbul etmişdir. Zərərçəkmiş şəxs ifadə verərkən qeyd etdikləri həqiqətə uyğundur. Məhkəmə istintaqından zərərçəkmiş şəxsin və şahidlərin verdikləri ifadələri təsdiq edir və əməlindən utandığı üçün danışmaqdan imtina etmişdir. İbtidai istintaqda verdiyi ifadəsi özünümüdafiə xarakteri daşıyır, hazırda törətdiyi əməldən peşmandır. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Şirvan şəhəri Şahid1 prospektində yerləşən Azpetrol yanacaqdoldurma məntəqəsinin arxa tərəfində “Çardaq” adlı iki mərtəbəli kafeni işlədir. O da işsiz olduğundan Elçinə ona öz kafesində iş verməsini xahiş etmişdir. Bundan əvvəl də işsiz olduğu vaxtlarda Elçinin kafesində çalışmışdır. 2024-cü ilin dekabr ayında da yenidən Elçinin kafesində işə başlamışdır. Tanışı Şahid5 da Bakı şəhərindən onun yanına Şirvan şəhərinə gəlmişdir. Aybəniz də işdə olduğu vaxtlarda onunla birlikdə Elçinin işlətdiyi kafeyə gəlmişdir. Elçin də Aybənizi görüb bəyənmişdir. Elçin, Aybənizə də kafedə işləməyi təklif eləmişdir. Aybəniz də işsiz olduğundan onunla birlikdə Elçinin kafesində işləməyə başlamışdır. 08 dekabr 2024-cü il tarixdə işdə olan zaman Elçin ona yaxınlaşıb tanışının kafeyə gəldiyini, onun həmin adamla cinsi əlaqədə olmağını istəmiş, o da Elçinin təklifi ilə razılaşmışdır. O, çayxananın birinci mərtəbəsində yerləşən moykanın arxasında olan otağa keçmişdir. O, otağa girdikdə Elçinin Murad adı ilə tanıtdığı oğlan da otaqda olmuşdur. O, otağa girən kimi Elçin, qapını bağlayaraq, “işiniz qurtardıqdan sonra zəng edərsiniz qapını açaram” deyib getmişdir. Həmin Murad adı ilə tanıdığı oğlanla cinsi əlaqədə olduqdan sonra həmin tanımadığı oğlan Elçinlə əlaqə saxlamış və Elçin qapını açdıqdan sonra oradan çıxmışdır. Elçin ona “müştəri olsa narahat olma get düş moykanın yanında görüş problem yoxdu, obyekt mənimdi özüm bilərəm” demişdir. Bundan sonra Vilayət adlı tanışı onunla əlaqə saxlayıb cinsi əlaqədə olmaq istəmişdir. O, ilk öncə Vilayətlə görüşməkdən imtina eləsə də Vilayət onun kafedə moykanın yanında görüşdüyündən məlumatlı olduğunu demişdir. Bundan sonra 14 dekabr 2024-cü il tarixdə Vilayət çalışdığı kafeyə gəlmişdir. Bir qədər kafedə oturduqdan sonra Vilayət ona 50 manat pul vermişdir. O da həmin pulu aparıb Elçinə vermişdir. Elçin də ona “özün bilirsən də yeri, gedin işinizi görün, amma ehtiyyatlı olun, bu aralar insan alveri ərazidədi” demişdir. O da Vilayətlə birlikdə aşağı düşüb moykanın arxasında olan bağlı otağa keçmiş və Vilayətlə cinsi əlaqədə olmuşdur. Bundan sonra həmin günü saat təxminən 05 radələrində Aybənizlə birlikdə kafenin içərisində iş görən zaman Elçin yanında dostu ilə yaxınlaşıb özünün Aybənizlə cinsi əlaqədə olacağını, dostunun isə onunla cinsi əlaqədə olmaq istədiyini demişdir. Elçin, dostunun Səbuhi olduğunu demişdir. Həmin vaxtı da səhərə yaxın olduğundan kafedə heç kim olmamışdır. Elçin ondan kafenin qapı və pəncələrini bağlamağını istəmişdir. O, qapı və pəncələri bağladıqdan sonra Elçin özü də qapı və pəncələrin bağlı olmasını yoxluyub dəqiqləşdirmişdir. Sonra isə o, Səbuhi adlı oğlanla cinsi əlaqədə olmuş, Elçin isə Aybənizlə cinsi əlaqədə olmuşdur. Görüşüb qurtardıqdan sonra Elçin, ona 10 manat pul vermişdir. Sonuncu dəfə də 17 dekabr 2024cü il tarixdə tanışı Heydərlə Elçinə məxsus kafenin birinci mərtəbəsində moykanın arxa tərəfində yerləşən otaqda cinsi əlaqədə olmaq üçün razılaşmışdır. 16 dekabr 2024-cü il tarixdə günorta saatlarında Atabank binasının yaxınlığında Elçinlə görüşüb yer üçün 20 manatı əvvəlcədən Elçinə vermişdir. Elçin də həmişəki qaydada görüşməyini demişdir. 17 dekabr 2024-cü il tarixdə axşam saat 02 radələrində Heydərlə birlikdə Elçinin işlətdiyi kafenin birinci mərtəbəsində moykanın arxa tərəfindəki otaqda cinsi əlaqədə olan zaman polis əməkdaşları otağa daxil olub onları yaxalamışlar. Təqsirləndirilən şəxs qarşı heç bir tələbi və şikayəti yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı Şirvan şəhərindən tanıyır. 14 dekabr 2024-cü il tarixdə gecə saat 02 radələrində evə gedən zaman yolüstü tanışı Elçinin işlətdiyi Azpetrol yanacaq doldurma məntəqəsinin arxa tərəfində yerləşən Çardaq kafesinə getmişdir. Kafedə oturub Elçinlə söhbətləşmiş, sonra da Elçinin təklifinə əsasən oturub birlikdə yemək yemişdir. Yemək yedikləri zaman masada o, Elçin və sonuncunun işçiləri Aylə və Aybəniz də əyləşmişdir. Yeməklərini yedikdən sonra masadan durub kafedən çıxıb, öz yaşadıqları evlərə getmişdir. Sonradan isə həmin kafedə nə baş verməsi barədə məlumatı yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 13 dekabr 2024-cü il tarixdən tanıyır. Elçinlə tanışlığı Aylə vasitəsi ilə yaranmışdır. 13 dekabr 2024-cü il tarixdə Şirvan şəhərində tanışı Aylənin yanına gəlmişdir. Aylə kafedə ofisiant kimi çalışdığını deyib onu da həmin kafeyə dəvət eləmişdir. Elçinlə də həmin kafedə tanış olmuşdur. Tanış olduqdan sonra Elçin özünü kafenin sahibi kimi təqdim eləmiş və onu da işləməyə dəvət eləmişdir. Onun da pula ehiyyacı olduğundan Elçinlə razılaşmış və kafedə işə başlamışdır. İlk iş günündən etibarən Elçin ondan xoşu gəldiyini demişdir. Elçinlə cinsi əlaqədə olacağı halda işlə bağlı verdiyi maaşdan əlavə də ona pul verəcəyini demişdir. O da Elçinlə razılaşmışdır. 15 dekabr 2024-cü il tarixdə 05 radələrində Aylə ilə birlikdə kafenin içərisində iş görən zaman Elçin, yanında dostu ilə yaxınlaşıb özünün onunla cinsi əlaqədə olacağını, dostunun isə Aylə ilə cinsi əlaqədə olmaq istədiyini demişdir. Elçin dostunun Səbuhi olduğunu demişdir. Həmin vaxtı da səhərə yaxın olduğundan kafedə heç kim olmamışdır. Elçin Aylədən kafenin qapı və pəncələrini bağlamağını istəmişdir. Aylə qapı və pənəcələri bağladıqdan sonra Elçin özü də qapı və pəncələrin bağlı olmasını yoxlayıb dəqiqləşdirmişdir. Sonra isə Aylə Səbuhi adlı oğlanla cinsi əlaqədə olmuş, Elçin isə onunla cinsi əlaqədə olmuşdur. Görüşüb qurtardıqdan sonra Elçin ona 20 manat pul vermişdir. 17 dekabr 2024-cü il tarixdə axşam saat 02 radələrində kafedə işləyən zaman polis əməkdaşları kafeyə daxil olub onları polis şöbəsinə gətirmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs Şirvan şəhərindən tanıyır. Ayləni uzun illər bundan əvvəl tanımışdır. Sonradan isə hərbi qulluqçu kimi çalışdığından təxminən 5 il müddətdir ki, Şirvanda yaşamamışdır. 2024-cü ilin dekabr ayının əvvəllərində parkda gəzişən zaman Ayləni parkda görmüşdür. Yaxınlaşıb bir qədər söhbət etdikdən sonra Aylədən telefon nömrəsini götürmüş və Aylə ilə xəbərləşəcəyini demişdir. 13 dekabr 2024-cü il tarixdə axşam saatlarında Aylə ilə danışıb cinsi əlaqədə olmaq istədiyini demişdir. Aylə, ilk öncə onunla görüşmək istəmədiyini desə də o, Aylənin çayxanada görüşdüyünü bildiyini demişdir. Bundan sonra Aylə, görüşmək üçün Elçin adlı müdiri ilə danışıb razılaşdıqdan sonra onunla görüşə biləcəyini demişdir. Həmin günü axşam saatlarında Aylənin çalışdığı Azpetrol yanacaq doldurma məntəqəsinin arxasında olan kafeyə getmişdir. Bir qədər spirtli içki qəbul etdikdən sonra Ayləni çağırıb Ayləyə 50 manat pul vermiş və razılaşdıqları kimi cinsi əlaqədə olmaq istədiyini demişdir. Onlar birlikdə kafenin aşağı hissəsinə düşmüşdür. Bundan sonra gecə saat 01 radələrində Aylə ilə zirzəmidə cinsi əlaqədə olub, sonra isə yaşadığı evə getmişdir. Təqsirləndirilən şəxsla danışmamışdır. O, kafedə olan zaman pulu Ayləyə vermişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilən: Şübhəli şəxsin tutulması haqqında qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs 17 dekabr 2024-cü il tarixdə, saat 11:30-da şübhəli şəxs qismində tutulmuşdur. 17 dekabr 2024-cü il tarixli cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1 və 244.2.1-ci maddələri ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. Üzləşdirmə istintaq hərəkəti əsasında tərtib edilmiş protokolundan görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs onu fahişəliyə cəlb etdiyini, çalışdığı kafeni isə əxlaqsız yuva kimi 20 manat qarşılığında istifadəyə verdiyini bildirmişdir. Üzləşdirmə istintaq hərəkəti əsasında tərtib edilmiş protokolundan görünür ki, Şahid5 Təqsirləndirilən şəxs ilə cinsi əlaqədə olduğunu, bunun qarşılığında 20 manat pul aldığını, həmçinin Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs da fahişəliyə cəlb etdiyini bildirmişdir. 18 dekabr 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 243.1 və 244.2.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Şirvan şəhər Məhkəməsinin 18 dekabr 2024-cü il tarixli, 4(032)-223/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay həddində həbs qismində qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 17 dekabr 2024-cü il tarixdən hesablanmışdır. Şirvan şəhər Məhkəməsinin 18 dekabr 2024-cü il tarixli, 5(032)-407/2024 saylı qərarından görünür ki, Şirvan şəhər Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili X1 “Təxirəsalınmaz qaydada binalara, hasarlanmış tikinti obyektlərinə, qurğulara və torpaq sahələrinə daxil olma və baxış keçirmə əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi haqqında” 17 dekabr 2024-cü il tarixli qərarı qanuni hesab edilmişdir. 17 yanvar 2025-ci il tarixli əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 243.1 və 244.2.1-ci maddələri başlanılmış cinayət işi üzrə əməl həmin Məcəllənin 243.1 və 244.1-ci maddələrinə tövsif edilmişdir. Şirvan şəhər Məhkəməsinin 23 yanvar 2025-ci il tarixli, 4(032)-12/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə 3 (üç) ay müddətinə seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. 05 mart 2025-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 243.1 və 244.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir . Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Şirvan şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 15 yanvar 2025-ci il tarixdə verilmiş 345 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanında qeydiyyatdadır. Şirvan şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 15 yanvar 2025-ci il tarixdə Təqsirləndirilən şəxs adına verilmiş xasiyyətnamədə göstərilir ki, onun barəsində şəhər nümayəndəliyinə yazılı və şifahi məlumat daxil olmamışdır. Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2010-cu il təvəllüdlü Təmirov Əziz Elçin oğlu və xx.xx.2008-ci il təvəllüdlü Təmirova Nəzrin Elçin qızı adlı iki övladı vardır. İş materiallarına əlavə edilmiş ərizədən görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs barışmış və təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə cinayət işi ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası CM-nin 243.1-ci maddəsinə əsasən, gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə iki min beş yüz manatdan üç min beş yüz manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin məcəllənin 244.1-ci maddəsinə əsasən, fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə iki min beş yüz manatdan üç min beş yüz manatadək miqdarda cərimə və ya dörd yüz saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CMin əsaslandığı qanunculuq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin düzgün tətbiq olunması ilə əlaqədar əxlaqsızlıq yuvalarının təşkil edilməsinin, saxlanılmasının və ya bu məqsədlər üçün mənzil sahələrinin verilməsinin aşağıda qeyd olunan əlamətləri nəzərə alınmalıdır: Əxlaqsızlıq yuvalarının təşkil edilməsi fahişəliklə məşğul olmaq üçün istifadə etmək məqsədi ilə ev, bina və sair yer axtarma (alma, icarəyə götürmə), onu yararlı vəziyyətə gətirmə və uyğunlaşdırma (təmir etmə, mebel, məişət avadanlığı və sair ilə təchiz etmə), fahişəliklə məşğul olan şəxsləri, eləcə də müştəriləri seçmə hərəkətlərinin yerinə yetirilməsi hesab edilir. Əxlaqsızlıq yuvaları yaşayış (ev, mənzil, bağ) və ya qeyri-yaşayış (qaraj, tikililərin zirzəmisi, çardağı), o cümlədən stasionar (ev) və ya səyyah (gəminin kayutası, qatarın kupesi və s.) yerlərdə təşkil oluna bilər. Qanunverici əxlaqsızlıq yuvasının fəaliyyətə başlayıb-başlamamasından asılı olmayaraq, onun təşkil edilməsinə görə cinayət məsuliyyəti müəyyən etmişdir. Belə ki, burada kriminal əməl niyyətlə ifadə olunaraq qarşıya qoyulmuş məqsədə çatmaq üçün hazırlıq işlərinin aparılması ilə başa çatdırılır. Əxlaqsızlıq yuvaları saxlanılması isə onun təşkil edilməsindən sonra fahişəliklə məşğul olmaq üçün uyğunlaşdırılmış yerin fəaliyyəti ilə bağlı xərclərin ödənilməsini, həmin yerin ödənişli və ya pulsuz verilməsini və onun fəaliyyətini təmin etmək üçün digər tədbirlərin (yerin təmizlənməsi, mühafizənin, yataq dəstləri və s. təmin edilməsi) görülməsini nəzərdə tutur. Bu məqsədlər üçün mənzil sahələri vermə, şəxsin mənzil sahəsindən əxlaqsızlıq yuvasının təşkil edilməsi və saxlanılması üçün istifadə olunacağını bilə-bilə mənzili əxlaqsızlıq yuvasını təşkil edən və ya onu saxlayan şəxsə verilməsi kimi başa düşülməlidir. Göründüyü kimi bu kriminal (qanunazidd) hərəkətlərin məqsədi fahişəliklə məşğul olmanı təşkil etməkdən, fahişəliyə sövq etməkdən, bu məqsədlər üçün şəraitin yaradılmasından və digər şəxsin fahişəliyini istismar etməkdən ibarətdir. Qeyd etmək lazımdır ki, əxlaqsızlıq yuvalarını təşkil etmək, onları saxlamaq və ya bu məqsədlər üçün mənzil sahələrini vermək əməllərinə görə cinayət məsuliyyəti yalnız belə hərəkətlərin fahişəliklə məşğul olmaq üçün təşkil olunmasının sübuta yetirilməsindən sonra yarana bilər. Yuxarıda göstərilənlərdən belə nəticəyə gəlinir ki, əxlaqsızlıq yuvaları dedikdə, fahişəliklə məşğul olmaq üçün uyğunlaşdırılmış, bu məqsədlə ödənişli və ya ödənişsiz əsaslarla istifadə olunan yaşayış və ya qeyri-yaşayış sahəsi nəzərdə tutulur. Azərbaycan Respublikası 31 may 1996-cı il tarixli, 102-İQ saylı Qanunla BMT Baş Assambleyası tərəfindən 2 dekabr 1949-cu il tarixdə qəbul olunmuş «İnsan alverinə və üçüncü şəxslər tərəfindən fahişəliyin istismarına qarşı mübarizə haqqında» Konvensiyaya qoşulmuşdur. Konvensiyanın 1 və 2-ci maddələrinə görə bu Konvensiyanın Tərəfləri başqasının eyş-işrətini təmin etmək üçün: 1) digər şəxsə, hətta həmin şəxsin razılığı ilə, fahişəlik məqsədilə vasitəçilik edən, onu fahişəliyə sövq edən, yoldan çıxaran; 2) digər şəxsin, hətta həmin şəxsin razılığı ilə, fahişəliyini istismar edən hər bir şəxsi; 3) fahişəxana saxlayan və ya onu idarə edən, yaxud fahişəxanaları düşünülmüş şəkildə maliyyələşdirən, yaxud maliyyələşdirilməsində iştirak edən; 4) üçüncü şəxslərin fahişəlik məqsədilə istifadə edəcəyini bilə-bilə binanı və ya başqa bir yeri, yaxud onun bir hissəsini icarəyə verən, yaxud icarəyə götürən hər bir şəxsi cəzalandırmağı öhdələrinə götürürlər. Konvensiyanın 3-cü maddəsinə əsasən 1 və 2-ci maddələrdə nəzərdə tutulan qanun pozuntularını törətmək cəhdləri, həmçinin belə qanun pozuntularını törətməyə yönəldilmiş hazırlıq tədbirləri də daxili qanunvericiliyin yol verdiyi həddə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Bununla da, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri tədqiq edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs gəlir və ya digər fayda əldə etmək məqsədi ilə istintaqın gedişində zərərçəkmiş şəxs qismində tanınmış şəxsi fahişəliyə cəlb etmiş və habelə fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmiş, saxlama və bu məqsədlər üçün mənzil sahəsi vermişdir. Beləliklə məhkəmə müəyyən etmişdir ki, cinayət hadisəsi törədilmişdir, təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi var, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin cinayətin törədilməsində aidiyyəti sübuta yetirilmiş, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetirilir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 243.1 və 244.1-ci maddələri ilə tövsif edilmiş, yəni təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğundur, təqsirləndirilən şəxsin əməlində əməlin cinayət olmasını aradan qaldıran hallar və onun cinayət məsuliyyətindən, cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsin təqsiri məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzib edilməz sübutlar, sənədlər, zərərçəkmiş şəxsin və şahid ifadələrinin məcmusunda öz təsdiqini tapan təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə tam sübuta yetirilmişdir. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.1-ci maddəsində təsbit edilmişdir ki, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. CM-nin 41.2-ci maddəsinin tələblərindən görünür ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. CM-nin 58.3-cü maddəsində təsbit edilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən hallar CM-nin 59.1.1-59.1.14-cü maddələrində, cəzanın ağırlaşdıran hallar isə CM-nin 61.1.1-61.1.13-cü maddəslərində nəzərdə tutulmuşdur. Bununla yanaşı, məhkəmə qeyd edir ki, CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. CM-nin 61.2-ci maddəsində müəyyən edilmişdir ki, cəza təyin edilərkən bu Məcəllənin 61.1.1-61.1.13-cü maddələrində göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz. Aparılmış məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin törətdiyi əməldən peşmanlıq hissi keçirməsi, özünə və hərəkətlərinə tənqidi münasibət göstərməsini, himayəsində yetkinlik yaşına çatmayan övladlarının olması hallarını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar olaraq məhkəmə tərəfindən müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-nin 48-ci maddəsinin, CMnin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1ci maddəsinin şərh edilməsi haqqında Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və onun törətdiyi cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Həmçinin, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 mart 2011-ci il tarixli qərarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-nin vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Bundan başqa, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarı ilə hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin həyata keçirilməsinin sözsüz təmin edilməsi tövsiyyə edilmişdir. Həmin qərarın 1-ci bəndinin 2 və 3-cü abzasına görə cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Qeyd olunan qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 45-ci bəndində məhkəmələrin cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməli, CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaları tövsiyə edilmişdir. Qərarın göstərilən bəndində həmçinin qeyd olunmuşdur ki, bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qərarın 46-cı bəndində məhkəmələrə o, da izah edilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilib-göstərilməməsindən asılı deyillər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixli Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-nin 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-nin 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, ilk növbədə daha ciddi cəzanın təyin edilməsi məsələsinin müzakirəsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Plenum Qərarının 3-cü bəndində də müəyyən edildiyi kimi böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət üzrə əgər ağırlaşdırıcı hallar yoxdursa, onda məhkəmə yalnız cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq ilk növbədə təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməsi də CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına uyğun olmaz. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə işin yuxarıda sadalanan obyektiv hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun islah olunmalı şəxs olmasını, cəzanın yüngülləşdirici hallarını və ağırlaşdıran halların olmamasını, cəzanın məqsədini, təqsirləndirilən şəxsə tətbiq olunacaq cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olması hallarını, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan xüsusatları, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində formalaşmış məhkəmə praktikasını, islah olunma üçün cəmiyyətə yenidən inteqrasiya olunmaya imkan verən, cəmiyyətdən təcrid etməyə ehtiyac yaratmasa da cəza təsiri daşımalı olması xüsusatlarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cərimə cəzası təyin olunmalı, Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 17 dekbar 2024-cü il tarixdən həbsdə və ev dustağlığında olduğu 05 ay 10 gün müddət nəzərə alınmaqla təyin edilmiş cəza yüngülləşdirilməlidir. Məhkəmə tərəfindən nəticə etibarilə təqsirləndirilən şəxsə cərimə cəzasının tətbiqi, həm sosial ədalətin bərpasına, həm onun islahına, həm də preventiv məqsədlərə tam cavab verməklə cəzanın məqsədinə uyğun hesab edilir. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilməli, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Cəza hökm icraya yönəldilən vaxtdan icra edilməlidir. İş üzrə maddi sübut, məhkəmə xərcləri, müsadirə edilməli əmlakın və mülki iddianın olmaması nəzərə alınmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341- 349, 351-353, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1 və 244.1-ci maddələri ilə təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1ci maddəsi ilə 3000 manat məbləğində cərimə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsi ilə təqsirli bilinərək 2500 manat məbləğində cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə qəti olaraq ona 3500 manat cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 17 dekbar 2024-cü il tarixdən həbsdə və ev dustağlığında olduğu 05 ay 10 gün müddət nəzərə alınmaqla təyin edilmiş cəza yüngülləşdirilərək üzərində 500 (beş yüz) manat məbləğində cərimə cəzası saxlanılsın. Cəza hökm icraya yönəldilən vaxtdan icra edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin. Hökm qanuni qüvvəsini alanadək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. İş üzrə maddi sübut, məhkəmə xərcləri, müsadirə edilməli əmlakın və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən 20 gün müddətində (həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmü ona verildiyi andan 20 gün müddətində) Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 (iyirmi) gündən sonra qüvvəyə minir. Sədrlik edən: Əli İmanov
Məhkəmə qərarları › İş №1(032)-52/2025
Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-52/2025
27.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver