Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(032)-53/2023 17.08.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Saat 12:15 Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu DİMÜİ-nin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı3, Zərərçəkmiş şəxs oğlunun, Təqsirləndirilən şəxsin müdafiəçisi - Şirvan Regional Vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs Mahmudov Safalar Ağalar oğlunun iştirakı ilə, Şirvan şəhər Məhkəməsinin inzibati binasında xx.xx.1974-cü il tarixdə Yardımlı rayonu, Avaş kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində Şirvan şəhər Məhkəməsinin 07 mart 2023-cü il tarixli qərarı ilə axtarış elan edilməklə «həbs» qətimkan tədbiri seçilmiş, xx.xx.2023-cü il tarixdə tutulmuş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Mahmudov Safalar Ağalar oğlunun Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Mahmudov Safalar Ağalar oğlu cavabdeh kimi ondan 14 mart 2019-cu il tarixdən hesablanmaqla, 17 fevral 2008-ci il təvəllüdlü X2 oğlunun yetkinlik yaşına çatanək saxlanılması üçün hər ay 160.00 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməsi, həmçinin ondan 20,00 manat məbləğində dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilməsinə dair Sumqayıt şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş 03 iyun 2019-cu il tarixli, 2(060)-3800/2019 saylı qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Şirvan şəhər Məhkəməsinin 08 iyun 2020-ci il tarixli, 3(032)-361/2020 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək on gün müddətinə inzibati qaydada həbs edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edərək məsuliyyəti elan olunmaqla xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və sonuncu dəfə olmaqla xx.xx.2021-ci il tarixdə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 20 dekabr 2021-ci il tarixinədək cəmi 5280.00 manat məbləğində aliment borcunu ödəməyərək Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs Mahmudov Safalar Ağalar oğlu ona Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs ilə evlənib faktiki ailə qurmuş, faktiki nikah münasibətlərindən X2 oğlu adında övladları anadan olmuşdur. Birlikdə yaşadıqları müddətlərdə Zərərçəkmiş şəxs ilə yola getmədiklərindən ayrılmaq qərarına gəlmişlər və həmin vaxtdan da Zərərçəkmiş şəxs övladı ilə birlikdə yaşayır. Ayrılandan sonra Zərərçəkmiş şəxs uşağın saxlanılması ilə əlaqədər maddi köməklik göstərmədiyini əsas gətirərək ona qarşı Sumqayıt şəhər Məhkəməsində aliment tələbinə dair iddia qaldırmış, məhkəmənin 03 iyun 2019-cu il tarixli qətnaməsinə əsasən ondan 14 mart 2019-cu il tarixdən hesablanmaqla, X2 oğlunun yetkinlik yaşına çatanək saxlanılması üçün hər ay 160.00 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməsi, həmçinin 20,00 manat məbləğində dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra yaşadığı yer üzrə Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, ona tələbin könüllü icrası haqqında bildiriş göndərilərək 10 gün müddət verilmiş, dəfələrlə xəbərdarlıq edilməklə izahatları alınaraq məsuliyyəti izah edilmiş, Şirvan şəhər Məhkəməsinin 08 iyun 2020-ci il tarixli qərarı ilə təqsirli bilinərək on gün müddətinə inzibati qaydada həbs edilmişdir. Həbsdən çıxdıqdan sonra icra məmurları tərəfindən ona yeni müddətlər verilərək cinayət məsuliyyəti barədə xəbərdarlıq edilsə də, ödəməli olduğu aylıq alimenti ödəmədiyindən təqdimat verilən günə, yəni 20 dekabr 2021ci il tarixədək 5280.00 manat aliment borcu yaranmışdır. Övladına baxmalı olduğunu dərk edir, sadəcə qətnamədə qeyd edilən aliment məbləği çoxdur. Qətnamə ilə razı olmasa da qətnamədən yuxarı instansıya məhkəməsinə, həmçinin yaranmış aliment borcunun azaldılması və ya silinməsi ilə bağlı məhkəməyə müraciət etməmişdir. Yenidən rəsmi ailə qurmuş, yeni evliliyindən bir az yaşlı övladı var. Fərdi əmək fəaliyyəti ilə məşğul olur, yəni ev tikintilərində usta işləyir. Aylıq stabil gəliri yoxdur. Qazancı ilə ancaq yeni ailəsini və övladının xərclərini ödəyir. Törətmiş olduğu cinayət əməlindən peşmandır. Hazırda törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən peşman olmasını, maddi ziyanın tam ödənilməsini, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ondan tələb və ya şikayətinin olmamasını nəzərə alınmasını xahiş edir. Təqsirləndirilən şəxs Mahmudov Safalar Ağalar oğlunun təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, Mahmudov Safalar Ağalar oğlu ilə qeyri-rəsmi ailə qurmuş, faktiki nikah münasibətlərindən 17 fevral 2008-ci il təvəllüdlü Nicat adında övladı anadan olmuş, daha sonralar onunla yola getmədiklərinə görə ayrılmaq qərarına gəlmiş və övladı ilə birlikdə ayrı yaşamışdır. Uşağı tək başına saxlaya bilmədiyindən S.A.Mahmudova qarşı məhkəmədə aliment tələbinə dair iddia qaldırmış, Sumqayıt şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş 03 iyun 2019-cu il tarixli qətnaməsinə əsasən Mahmudov Safalar Ağalar oğlundan 14 mart 2019-cu il tarixdən hesablanmaqla, yuxarıda qeyd edilən uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160.00 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra S.A.Mahmudovun yaşadığı yer üzrə Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinə göndərilmiş, İcra məmuru tərəfindən icraata qəbul edilərək tələbin könüllü icrası ilə bağlı bildirişlə birlikdə borcluya göndərilmiş. İcra zamanı dəfələrlə qətnamənin icra edilməsi barədə xəbərdarlıqlar edilməsinə, Şirvan Şəhər Məhkəməsinin 08 iyun 2020-ci il tarixli qərarı ilə on gün müddətinə inzibati qaydada həbs edilməsinə, daha sonra yenidən könüllü müddət təyin olunaraq cinayət məsuliyyəti izah edilməklə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq ödəməli olduğu aylıq alimenti ödəməmiş, təqdimat verilən günə, yəni 20 dekabr 2021-ci il tarixədək 5280.00 manat aliment borcu yığılıb qalmışdır. Bu müddət ərzində övladı ilə maraqlanmamış, nə maddi, nə mənəvi köməkliyi olmamışdır. Odur ki, yaranmış aliment borcunun Mahmudov Safalar Ağalar oğlundan alınaraq ona ödənilməsini, əks halda qanuna müvafiq qaydada tədbir görülməsini istəyir. Hazırda təqsirləndirilən şəxs Mahmudov Safalar Ağalar oğlu tərəfindən dəymiş ziyan tam şəkildə ödənilmiş, təqsirləndirilən şəxslə barışmış, ondan heç bir tələb və ya şikayəti yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış Şahid1 məhkəmə iclasında iştirak etməməsini nəzərə alaraq onun ibtidai istintaqda vermiş olduğu ifadəsi elan edilərək tədqiq edilmişdir. Şahid1 həmin ifadəsində bildirmişdir ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-3800/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi üzrə verilmiş xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Mahmudov Safalar Ağalar oğlundan xx.xx.2019-cu il tarixdən başlayaraq xx.xx.2008-ci il təvəllüdlü X2 oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160,00 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. Şirvan şəhəri üzrə icra və probasiya şöbəsində xx.xx.2019-cu il tarixdə başlanılmış icraat zamanı tələbin icrasını təmin etmək məqsədi ilə borcluya bildiriş göndərilmiş, lakin tələb yerinə yetirilməmişdir. Məcburi icra tədbirlərinin tətbiq olunması məqsədi ilə Safalar Mahmudovun mülkiyyətində tələbin yönəldilməsinə yol verilən əmlak və gəlirlərin müəyyən edilməsi məqsədi ilə icra tədbirləri həyata keçirilmiş, lakin müsbət nəticə əldə olunmamışdır. İcra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə və qətnamədəki tələbi icra etmədiyinə görə Safalar Mahmudov xx.xx.2020-ci il tarixdə Şirvan Şəhər Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati həbslə tənbeh edilmişdir. Şirvan Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadına əsasən Safalar Mahmudovun ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Bundan sonra, borcluya tələbi icra etməsi üçün məsuliyyəti elan olunmaqla yeni müddət verilmiş və bir daha xəbərdarlıq edilmişdir. Lakin tələb yenə icra olunmamışdır. Safalar Mahmudov öhdəliyini lazımı qaydada yerinə yetirməmiş, aliment borcunu ödəməmiş və ödənilməsinə təşəbbüs göstərməmişdir. İcra sənədi üzrə xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək tələbkara ödəməli olduğu aliment pulunu ödəməmiş, nəticədə 5280,00 manat məbləğində aliment borcu yaranmışdır. Tələbkar Zərərçəkmiş şəxs şöbəyə xx.xx.2020-ci il tarixli ərizə ilə müraciət edərək Safalar Mahmudovun cinayət məsuliyyətinə cəlb olunması üçün təqdimat verilməsini xahiş etmişdir. İbtidai araşdırma zamanı şahid qismində dindirilmiş Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmuru Şahid2 ifadəsində Şahid1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi ilə oxşar ifadə vermişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilən: X1 13 saylı Ərazi Məşğulluq Mərkəzi Filialının xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Mahmudov Safalar Ağalar oğlu xx.xx.2020-ci il tarixdən qeydiyyatda olmasına baxmayaraq işlə təmin edilməsi üçün məşğulluq mərkəzinə müraciət etməmişdir. (iş vər. 74) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 012-9265-1222 nömrəli məktubundan və həmin məktuba əlavə edilmiş tələbnamədən görünür ki, Mahmudov Safalar Ağalar oğlu əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. (iş vər. 104-105) Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və sonuncu dəfə olmaqla xx.xx.2021-ci il tarixli xəbərdarlıqlardan görünür ki, Mahmudov Safalar Ağalar oğlundan müəyyən edilmiş aylıq aliment məbləği və yaranmış aliment borcu ödənilməklə qətnamənin icrası tələb edilmiş, məsuliyyəti diqqətinə çatdırılmışdır. (İş vər. 57, 66-67, 69-70, 80-81, 82-83) Cinayət işinin materiallarına əlavə edilmiş Şirvan şəhər Məhkəməsinin inzibati xəta haqqında qərarından görünür ki, Mahmudov Safalar Ağalar oğlu Sumqayıt Şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş 03 iyun 2019-cu il tarixli, 2(060)-3800/2019 saylı qətnaməsi əsasında verilmiş icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə inzibati qaydada məsuliyyətə cəlb edilərək xx.xx.2020-ci il tarixdə on gün müddətdə inzibati qaydada həbs edilmişdir. (İş vər. 53-54) Zərərçəkmiş şəxs təqdim etdiyi ərizəsindən müəyyən olunur ki, dəymiş ziyan tam şəkildə ödənilmiş, məhkəmənin qətnaməsi tam icra edilmiş, təqsirləndirilən şəxs Mahmudov Safalar Ağalar oğlu ilə barışmış, ona qarşı heç bir şikayət və ya tələbi yoxdur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8 nömrəli qərarının 8.2 bəndində qeyd edilmişdir ki, aliment ödəyən əmək qabiliyyətli valideyinin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağın saxlamaq, qanunvericilikdə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Həmin Məcəllənin 306.1-ci maddəsinin qeyd hissəsinə əsasən bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini məhkəmə tərəfindən hökm çıxarılanadək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə hesab edir ki, məhkəmədə işin icraatına xitam verilməsi əsasları müəyyən edildiyindən cinayət təqibinə xitam verilməlidir. Belə ki, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək tələbin tam icra olunmasını, şikayət və tələbinin olmamasını bildirdi. Məhkəmə iclasında Dövlət ittihamçısı3 çıxış edərək qanuni qüvvəyə minmiş Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3800/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin tam icra edilməsini nəzərə alaraq təqsirləndirilən şəxs Mahmudov Safalar Ağalar oğlu barəsində olan cinayət təqibinə xitam verilməsini və onun cinayət məsuliyyətindən azad olunmasını məhkəmədən xahiş etdi. Beləliklə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmiş şəxs Mahmudov Safalar Ağalar oğlu Sumqayıt şəhər Məhkəməsinin 2(060)-3800/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsini tam icra etdiyindən o, cinayət məsuliyyətindən azad olunmaqla barəsində cinayət təqibinə xitam verilməlidir. İş üzrə ekspertiza xərci və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 351, 353, 384-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Mahmudov Safalar Ağalar oğlu barəsində Azərbayan Respublikası CM-nin 306.1-ci maddəsi ilə olan cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Mahmudov Safalar Ağalar oğlu barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilsin və dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №1(032)-53/2023
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №1(032)-53/2023
17.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver