Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-54/2023 05.04.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Saat 11:25-də Şirvan şəhər Məhkəməsinin hakimi X2 oğlunun sədrliyi, Məmmədli Murad Sadiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçilər Azərbaycan Respublikası Vəkillər X1 Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakı ilə, xx.xx.1988-ci ildə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Şirvan şəhəri, Ş.Şükürov küçəsi, ev 14-də qeydiyyatda olan və yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 xx.xx.1990-cı ildə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 29, 180.2.1 və 221.2.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Şirvan şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək, 23 oktyabr 2022-ci il tarixdə, saat 16:30 radələrində yüngül dərəcəli sərxoşluq halında Şirvan şəhəri, F.Eynullayev küçəsində yerləşən «Phone Store» adlı mağazanın yanında Zərərçəkmiş şəxs məxsus və sonuncunun qiymətləndirdiyi 100 manat dəyərində «Tecno» markalı mobil telefonu Zərərçəkmiş şəxs satın almaq adı ilə götürüb, hadisə yerindən uzaqlaşmaq istədikdə, sonuncunun onun qanunsuz hərəkətlərinə son qoymaqla mobil telefonunu qaytarması tələbinə və qolundan tutmaqla hadisə yerindən getməsinə imkan verməmə səbəbindən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməli öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyib, qabaqcadan əlbir olan bir qrup şəxs şəklində özgənin əmlakını açıq talamağa-soyğunçuluğa cəhd etmiş, cinayətkar əməlini davam etdirməklə tanışı Təqsirləndirilən şəxs2la bir qrup şəxs halında ictimai yer hesab edilən Şirvan şəhərinin F.Eynullayev küçəsində ictimai qaydanı pozmaq istəklərindən, qaydalara etinasızlıqlarından, cəmiyyətin qəbul etdiyi dəyərlərə hörmətsizliklərindən irəli gələn alçaq niyyətlərini dərk edib, məhz bu şəkildə özlərini ictimai qaydalardan, cəmiyyətin təqdir etdiyi dəyərlərdən, günorta saatlarında hamının küçədə gəzintidə olduğu vaxt, o cümlədən yaxınlıqda iaşə obyektlərinin olması səbəbi ilə həmin obyektlərdə işləyən şəxslərin timsalında özlərini qeyri müəyyən şəxslərin dairəsinin şüurunda müstəsna şəxsiyyət olduqlarını, istədikləri şəxsi istənilən yerdə cəzalandırmaq imkanlarına malik olmaqla başqalarından üstün olduqlarını nümayiş etdirmək, qalmaqal salmaq, onlardan qanuni şəkildə öz əmlakını tələb edən Zərərçəkmiş şəxs güclərini nümayiş etdirmək məqsədilə hər hansı əsaslı səbəb olmadan sonuncunun ünvanına ucadan nalayiq ifadələr işlədib, cəmiyyətə açıqcasına hörmətsizlik etməklə qrup üzvü Təqsirləndirilən şəxs2la birlikdə hiddət və qeyzlərinin fonunda öz əməllərinin ictimai təhlükəliliyini artıraraq eqoizm və ümumi qəbul edilmiş davranış qaydalarını pozaraq, Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrindən yumruq və təpik zərbələri endirib, sonuncuya sağ əlin arxa səthində və sağ sağrı nahiyyəsində sıyrıqlar kimi dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlər yetirməklə, Zərərçəkmiş şəxs məxsus talamaq istədikləri «Tecno» markalı mobil telefonu yerə vuraraq sındırıb məhv edərək, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 100 manat məbləğində maddi ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xuliqanlıq etmişlər. Digər Təqsirləndirilən şəxs2 özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək, 23 oktyabr 2022-ci il tarixdə, saat 16:30 radələrində yüngül dərəcəli sərxoşluq halında Şirvan şəhəri, F.Eynullayev küçəsində yerləşən «Phone Store» adlı mağazanın yanında qrup üzvü Təqsirləndirilən şəxs1 əvvəlcədən aralarında olan razılığa əsasən Zərərçəkmiş şəxs məxsus və sonuncunun qiymətləndirdiyi 100 manat dəyərində «Tecno» markalı mobil telefonu Zərərçəkmiş şəxs satın almaq adı ilə götürüb, həmin yerdə olan avtobus dayanacağına gəldikdə, o, Zərərçəkmiş şəxsla söhbət edib, başını qatmaqla qrup üzvü Təqsirləndirilən şəxs1 mobil telefonu götürüb hadisə yerindən uzaqlaşması üçün şərait yaratmasına baxmayaraq, Təqsirləndirilən şəxs1 hadisə yerindən uzaqlaşmaq istədikdə, Zərərçəkmiş şəxs qanunsuz hərəkətlərinə son qoymaqla mobil telefonunu qaytarması tələbinə və Təqsirləndirilən şəxs1 qolundan tutmaqla hadisə yerindən getməsinə imkan verməmə səbəbindən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməli öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyib, qabaqcadan əlbir olan bir qrup şəxs şəklində özgənin əmlakını açıq talamağa-soyğunçuluğa cəhd etmiş, cinayətkar əməlini davam etdirməklə tanışı Təqsirləndirilən şəxs1la bir qrup şəxs halında ictimai yer hesab edilən Şirvan şəhərinin F.Eynullayev küçəsində ictimai qaydanı pozmaq istəklərindən, qaydalara etinasızlıqlarından, cəmiyyətin qəbul etdiyi dəyərlərə hörmətsizliklərindən irəli gələn alçaq niyyətlərini dərk edib, məhz bu şəkildə özlərini ictimai qaydalardan, cəmiyyətin təqdir etdiyi dəyərlərdən, günorta saatlarında hamının küçədə gəzintidə olduğu vaxt, o cümlədən yaxınlıqda iaşə obyektlərinin olması səbəbi ilə həmin obyektlərdə işləyən şəxslərin timsalında özlərini qeyri müəyyən şəxslərin dairəsinin şüurunda müstəsna şəxsiyyət olduqlarını, istədikləri şəxsi istənilən yerdə cəzalandırmaq imkanlarına malik olmaqla başqalarından üstün olduqlarını nümayiş etdirmək, qalmaqal salmaq, onlardan qanuni şəkildə öz əmlakını tələb edən Zərərçəkmiş şəxs güclərini nümayiş etdirmək məqsədilə hər hansı əsaslı səbəb olmadan sonuncunun ünvanına ucadan nalayiq ifadələr işlədib, cəmiyyətə açıqcasına hörmətsizlik etməklə qrup üzvü Təqsirləndirilən şəxs1la birlikdə hiddət və qeyzlərinin fonunda öz əməllərinin ictimai təhlükəliliyini artıraraq eqoizm və ümumi qəbul edilmiş davranış qaydalarını pozaraq, Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrindən yumruq və təpik zərbələri endirib, sonuncuya sağ əlin arxa səthində və sağ sağrı nahiyyəsində sıyrıqlar kimi dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlər yetirməklə, Zərərçəkmiş şəxs məxsus talamaq istədikləri «Tecno» markalı mobil telefonu yerə vuraraq sındırıb məhv edərək, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 100 manat məbləğində maddi ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xuliqanlıq etmişlər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib ifadə verərək bildirdi ki, o, heç yerdə işləmir, spirtli içki alüdəçisidir, oradanburadan pul əldə edib, həmin pulu spirtli içkilərə xərcləyir. Təqsirləndirilən şəxs2 uzun illərdir ki, tanıyır, sonuncu da onun kimi oğurluğa görə məhkum olunmuş, günün çox vaxtını Maqsudla birlikdə keçirirlər və birlikdə spirtli içki qəbul edirlər. 23 oktyabr 2022-ci il tarixdə saat 12-13 radələrində Maqsudla birlikdə Şirvan şəhərində kafelərin birində yeyibiçmişlər və sərxoş vəziyyətdə Şirvan şəhərində gəzməyə başlamışlar. Çox vaxtı Şirvan şəhərinin F.Eynullayev küçəsində olurlar. Saat 16 radələrində o, Şirvan şəhərinin F.Eynullayev küçəsində dəmiryolu keçidinin yaxınlığında olarkən bir nəfər şəxsin həmin küçədə yerləşən mobil telefon mağazasına daxil olub mobil telefon satmaq istədiyini görmüşdür. Bir neçə dəqiqə sonra həmin oğlan, adını sonradan bildiyi Samir adlı şəxs əlində telefon qutusu ilə mağazadan çölə çıxmış və o, başa düşmüşdür ki, həmin Samir adlı şəxs mobil telefonu sata bilməmişdir. Həmin vaxt Maqsud ondan bir qədər aralıda olmuşdur. O, həmin oğlandan mobil telefonu talamaq qərarına gəlmiş və Samir adlı şəxsə yaxınlaşıb sonuncu avtomobil yolunu keçmək istəyən zaman qarşısını kəsmişdir. O, Samir adlı şəxsdən mobil telefon satıb-satmadığını soruşmuş, Samir adlı şəxs də mobil telefon satdığını demişdir. O, həmin mobil telefonu ala biləcəyini demiş və həmin Samir adlı şəxs ondan mağazasının harada olduğunu soruşmuş, o isə əli ilə Samir adlı şəxsin çıxdığı mağazanı göstərmişdir. Həmin vaxt Samir adlı şəxs həmin mağazada mobil telefonu almadıqlarını demişdir. O da Samir adlı şəxsə demişdir ki, onun üçün nə fərqi vardır, satırsa alır. Əslində onun üstündə pul olmamış, fikri telefonu götürüb aradan çıxmaq olmuşdur. O, Samir adlı şəxsdən mobil telefonu qutusu ilə birlikdə baxmaq üçün almış və mobil telefonu qutudan çıxarıb əlində tutmuş və mobil telefona baxa-baxa oradan uzaqlaşmağa başlamış, həmin vaxt yolun kənarında olan avtobus duracağına tərəf getmişdir. Samir adlı şəxs isə onun arxasınca gəlməyə başlamış və duracağın yanında onun qolundan tutmuşdur ki, hara gedir. Bu zaman yanlarına Maqsud gəlmiş və Samir adlı şəxsin qolundan tutub niyə onun qolundan tutduğunu soruşmuşdur. Samir adlı şəxs isə onun mobil telefonu götürüb almaq adı ilə apardığını demişdir. Bu zaman o və Maqsud Samirin onların mobil telefonu götürüb aradan çıxmaq istədiklərini başa düşmüş və yanlarından əl çəkməmiş, onun qolundan tutmuşdur ki, qaçmasın. Həmin vaxt Samir adlı şəxs mobil telefonun qutusunu ondan götürmüş, o isə mobil telefonu artıq şalvarının arxa cibinə qoymuşdur. Orada Samir mobil telefonu geri qaytarmağı istədikdə o və Maqsud Samirin ünvanına nalayiq ifadə işlətmişlər və aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı o və Maqsud Samir adlı şəxslə mübahisə edib, sonuncunu yumruq və təpiklə vurmağa başlamışlar, həmin vaxt o, cibindən Samir adlı şəxsin mobil telefonunu çıxarıb yerə vurub sındırmışdır. Təxminən 10 dəqiqə ərzində Samir adlı şəxslə mübahisə etdikdən sonra orada olan tanımadığı şəxslər onları aralaşdırmışdır. Bir müddət sonra isə hadisə yerinə polis əməkdaşları gəlmişlər və onları polis şöbəsinə dəvət etmişlər. Həmçinin hadisə yerində olarkən Maqsud hansısa alətlə öz qolunu da kəsmişdir. Hadisə vaxtı o və Maqsud sərxoş olmuşlar və nə etdiklərini tam dərk etməmişlər. Əməlindən peşmandır. Halhazırda zərərçəkmiş şəxslə barışmış və ona dəymiş ziyanı ödəmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib ifadə verərək bildirdi ki, o, heç yerdə işləmir, spirtli içki alüdəçisidir, oradanburadan pul əldə edib, həmin pulu spirtli içkilərə xərcləyir. Təqsirləndirilən şəxs1 uzun illərdir ki, tanıyır, sonuncu da onun kimi oğurluğa görə məhkum olunmuş, günün çox vaxtını Əli ilə birlikdə keçirirlər və birlikdə spirtli içki qəbul edirlər. 23 oktyabr 2022-ci il tarixdə saat 12-13 radələrində Əli ilə birlikdə Şirvan şəhərində kafelərin birində yeyibiçmişlər və sərxoş vəziyyətdə Şirvan şəhərində gəzməyə başlamışlar. Çox vaxtı Şirvan şəhərinin F.Eynullayev küçəsində olurlar. Saat 16 radələrində o, Şirvan şəhərinin F.Eynullayev küçəsində yerləşən mobil teleon mağazasının qarşısında Əli ilə dayanan zaman qərara gəlmişlər ki, pul əldə etmək üçün kimdənsə nəsə oğurlasınlar. Mağazanın qarşısında duran zaman Əli mobil telefon mağazasına daxil olmuş və orada bir nəfər adını sonradan bildiyi Samir adlı şəxs əlində çanta ilə mağazadan çıxdıqda, Əli mağazadan çıxaraq həmin Samir adlı şəxsi səsləmiş və həmin şəxslə mağazanın yanındakı dayanacağa keçmişlər. Orada o, başa düşmüşdür ki, Əli həmin Samir adlı şəxsin əlindəki mobil telefonu götürüb aradan çıxmaq istəyir. Bu səbəbdən Əli və Samir adlı şəxs dayanacağın yanında olarkən o, bir neçə dəqiqə gözləmiş və onlara yaxınlaşmışdır. Orada o, Samir adlı şəxsin qolundan tutmuşdur ki, Əli mobil telefonu götürüb gedə bilsin. Lakin Samir onun əlindən çıxmış və bu səbəbdən Əli mobil telefonu götürüb gedə bilməmiş, mobil telefon isə Əlinin cibində olmuşdur. Orada Samir mobil telefonu geri qaytarmağı istədikdə o və Əli Samirin ünvanına nalayiq ifadə işlətmişlər və aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı o və Əli Samir adlı şəxslə mübahisə edib, sonuncunu yumruq və təpiklə vurmağa başlamışlar, həmin vaxt Əli cibindən Samir adlı şəxsin mobil telefonunu çıxarıb yerə vurub sındırmışdır. Təxminən 10 dəqiqə ərzində Samir adlı şəxslə mübahisə etdikdən sonra orada olan tanımadığı şəxslər onları aralaşdırmışdır. Bir müddət sonra isə hadisə yerinə polis əməkdaşları gəlmişlər və onları polis şöbəsinə dəvət etmişlər. Həmçinin hadisə yerində olarkən o, sərxoş və əsəbi olduğu üçün öz qolunu da kəsmişdir. Hadisə vaxtı o və Əli sərxoş olmuşlar və nə etdiklərini tam dərk etməmişlər. Əməlindən peşmandır. Hal-hazırda zərərçəkmiş şəxslə barışmış və ona dəymiş ziyanı ödəmişdir. Təqsirləndirilən şəxslərin cinayət törətməkdə öz təqsirlərini etiraf etmələri iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyindən onlara qarşı ittihamın əsası kimi qəbul edilməlidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verərək bildirdi ki, təxminən 1 ay bundan əvvəl Şirvan şəhərinin F.Eynullayev küçəsində yerləşən «lombard» adlı mağazanın yanında mobil telefon dükanından bir ədəd «Tecno» markalı mobil telefonu 120 manata almışdır. Mobil telefonu aldıqdan sonra o, həmin mobil telefonu təxminən 1 ay işlətmiş və sonradan pul lazım olduğu üçün mobil telefonu satmaq qərarına gəlmişdir. Bu səbəbdən 23 oktyabr 2022-ci il tarixdə saat 15 radələrində yoldan keçən taksi avtomobillə Şirvan şəhərinə gəlmişdir. Şirvan şəhərində o, mobil telefonu aldığı mağazaya gəlmiş və orada işləyən və ona 1 ay əvvəl mobil telefonu satan adını bilmədiyi şəxsə mobil telefonu satmağını təklif etmişdir. Həmin şəxslə bir qədər söhbət etdikdən sonra mobil telefonunu ala bilməyəcəyini, bir qədər fikirləşəcəyini demişdir. O da həmin şəxsə bir saat sonra gələcəyini və ona bir söz deməsini bildirmişdir. Daha sonra o, mağazadan çıxıb Şirvan şəhərində yerləşən «Elit» Ticarət mərkəzinə getmişdir. Orada o, mobil telefonu bir neçə mağazaya göstərdikdən sonra saat 16 radələrində Şirvan şəhəri, F.Eynullayev küçəsində yerləşən mağazaya qayıtmışdır. Həmin mağazada mobil telefon satan şəxs mobil telefonunu ala bilməyəcəyini dedikdən sonra o, mağazadan çıxmış və avtomobil yolunu keçmək istəyən zaman bir nəfər adını sonradan bildiyi Əli adlı şəxs ona yaxınlaşaraq mobil telefon satıb-satmadığını soruşmuşdur. O isə mobil telefonu satdığını demişdir. Əli mobil telefon aldığını dedikdə, o, Əlidən hansı mağaza olduğunu soruşduqda, sonuncu ona bir neçə dəqiqə əvvəl çıxdığı mağazanı göstərmişdir. O isə Əliyə demişdir ki, həmin mağaza başqa şəxsindir, orada ondan mobil telefonu almamışlar. Əli isə onun üçün nə fərqi olduğunu, mobil telefonu satırsa özünün almaq istədiyini demişdir. Həmin vaxt Əli ondan qutuda olan mobil telefonu baxmaq üçün istəmiş və o, qutu ilə birlikdə mobil telefonu Əliyə vermişdir. Əli qutunu açıb mobil telefona baxa-baxa oradan uzaqlaşmaq istədikdə o, Əlinin arxası ilə getmişdir ki, mobil telefonunu götürüb qaçmasın. Əli adlı şəxs mobil telefonu aldığı mağazanın yan tərəfinə keçmiş və o da Əli adlı şəxsin arxası ilə keçmişdir. Əli adlı şəxs özünü şübhəli aparmış və o, hiss etmişdir ki, telefonu götürüb qaçmaq istəyir. Mağazanın yan tərəfində olarkən Əli adlı şəxs getmək istədikdə o, Əlinin əlindən tutub saxlamış və bu zaman yan tərəfdən adını sonradan bildiyi Maqsud adlı şəxs gəlmiş və ona «nə olub?» deyə soruşmuşdur. O isə heçnə olmadığını, Əli adlı şəxsin mobil telefonu almaq istədiyini demişdir. Orada o, artıq Əli adlı şəxsin əlindən mobil telefonun qutusunu almış, lakin içərisində mobil telefon olmamış və Əli adlı şəxs mobil telefonu artıq cibinə qoymuşdur. O, Əli adlı şəxsin çıxıb getmək istədiyini görüb, sonuncunun əlindən tutub mobil telefonunu istədikdə, Əli və yanında olan Maqsud adlı şəxs onunla mübahisə edib dalaşmağa başlamışlar. Həmin vaxt Əli mobil telefonunu yerə vurub sındırmış və hər ikisi ona yumruq və təpiklə zərbələr endirməyə, həmçinin ucadan nalayiq ifadələr işlətməyə başlamışlar. Orada çoxlu sayda insanlar toplaşıb mübahisələrinə baxmış, həmçinin orada olan tanımadığı 1-2 nəfər şəxs gəlib onları aralamışdır. Daha sonra isə hadisə yerinə polis əməkdaşları gəlib onları Şirvan şəhər polis şöbəsinə dəvət etmişlər. Ona dəymiş ziyan ödənilmişdir, təqsirləndirilən şəxslərlə barışmışdır və onlara qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında Şahid1 ifadəsində bildirdi ki, 23 oktyabr 2022-ci il tarixdə saat təxminən 16-17 radələrində Şirvan şəhərindən evə getmək istəyərkən Şirvan şəhəri F.Eynullayev küçəsində yerləşən telefon mağazasının yanında görmüşdür ki, qonşusu Zərərçəkmiş şəxs iki nəfər üzdən tanıdığı şəxlə mübahisə edir. Orada çox sayda tanımadığı insanlar toplaşmışdır. Həmin vaxtı polis əməkdaşları da orada olmuşlar. O, Samirə yaxınlaşıb nə baş verdiyini soruşduqda Samir ona bildirmişdir ki, həmin iki nəfər şəxs telefonunu satın almaq adı ilə alaraq getmək istədikləri və telefonunu sındırdıqları üçün aralarında dava-dalaş düşmüş, bu səbəbdən də, polis əməkdaşları onları polis şöbəsinə dəvət edirlər. Həmin vaxt o da onlarla birlikdə polis şöbəsinə gəlmiş və polis şöbəsində məlum olmuşdur ki, qeyd etdiyi həmin iki nəfər üzdən tanıdığı şəxslər Samirin telefonunu satın almaq adı ilə Samirdən alıb getmək istəmişlər və Samir telefonunu tələb etdikdə isə aralarında yaranan mübahisə vaxtı telefonu yerə çırparaq sındırmışlar. O, hadisəni tam olaraq görməmiş, oraya gəldikdə ətrafda çoxlu sayda adam vardır, artıq polis əməkdaşları da hadisə yerində olmuşlar. Məhkəmə iclasında Şahid3 ifadəsində bildirdi ki, hazırda Şirvan şəhər polis şöbəsinin Post-Patrul xidməti bölüyünün polis nəfəri vəzifəsində işləyir. 23 oktyabr 2022-ci il tarixdə saat 17 radələrində Post-patrul xidməti bölüyünün polis nəfərləri Şahid2, Şahid4 və Şahid5lə xidmətdə olarkən Şirvan şəhərinin F.Eynullayev küçəsində «Phone Store» adlı telefon mağazasının yanındakı avtobus dayanacağının yanında 3 nəfər şəxsin mübahisə etdiyini görüb dərhal həmin şəxslərə yaxınlaşmışlar. Həmin şəxslərdən ikisi Şirvan şəhər sakinləri Əli və Maqsud adlı şəxslər olmuş və onlara yaxınlaşıb həmin şəxsləri nizam-intizama dəvət etmişlər, həmin vaxt onların sərxoş vəziyyətdə olduqlarını görmüşlər. Həmin 3 nəfər şəxslərdən Maqsud və Əli ucadan nalayiq ifadələr işlətmişlər və digər tanımadıqları, lakin sonradan Zərərçəkmiş şəxs olduğunu bildikləri şəxslə mübahisə etmişlər və sonuncunu vurmuşlar. Onlara yaxınlaşıb onları nizam intizama dəvət etdikdən sonra hər 3 şəxsi Şirvan şəhər polis şöbəsinə dəvət etmişlər və onları polis şöbəsinə gətirmişlər. Polis şöbəsində Zərərçəkmiş şəxs bildirmişdir ki, Əli və Maqsud adlı şəxslər telefonunu alıb ələ keçirmək istəmişlər, həmçinin sonradan onu döyməyə başlamışlar. Polis şöbəsinə gəldikdən sonra onlar raportla rəhbərliyə müraciət etmişlər və hər 3 nəfər şəxsi növbətçi hissəyə təhvil vermişlər. Əlavə etsin ki, Maqsud və Əli adlı şəxsləri Şirvan şəhər sakinləri kimi tanıyır, onlar demək olar ki, tüfeyli həyat tərzi keçirirlər və spirtli içkilərin alüdəçisidirlər. Onlar hadisə yerinə çatdıqda orada Maqsud və Əli adlı şəxslər adını sonradan bildiyi Samir adlı şəxsi vurmuşlar, sonuncu isə onlardan müdafiə olunmuş, həmçinin Əli və Maqsud adlı şəxslər ucadan nalayiq ifadələr işlətmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şirvan şəhər Polis Şöbəsinin PPXBnin polis nəfərləri Şahid4, Şahid2 və Şahid5 Şahid3 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan 23 oktyabr 2022-ci il tarixli, 177 nömrəli tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 hadisə vaxtı yüngül dərəcəli sərxoşluq halında olmuşdur. İş materiallarında olan 23 oktyabr 2022-ci il tarixli, 178 nömrəli tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 hadisə vaxtı yüngül dərəcəli sərxoşluq halında olmuşdur. İş materiallarında olan götürmə aparılması haqqında 23 oktyabr 2022-ci il tarixli qərardan, götürmə aparılması və baxış keçirilməsi haqqında həmin tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi mobil telefon «Tecno» markalı olmaqla mobil telefonun qarşı hissəsi sensorlu ekrandandır, arxa hissəsi isə plastmasa oxşar materialdandır. Mobil telefon deformasiyaya uğramışdır, qarşı ekran hissəsi sınıq vəziyyətdədir və telefon işləmir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs bildirmişdir ki, təqdim etdiyi mobil telefon məhz Əli adlı şəxsin onun əlindən alıb çıxıb getmək istədiyi və sonradan yerə vuraraq sındırdığı mobil telefondur. İş materiallarında olan Məhkəmə-tibbi ekspertizasının 02 noyabr 2022-ci il tarixli, 597 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar olunan xəsarətlər-sağ əlin arxa səthində və sağ sağrı nahiyəsində sıyrıqlar küt əşya təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən 23 oktyabr 2022-ci il tarixdə əmələ gələ bilərdi. Qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmadıqlarına görə dərəcələri təyin edilmir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146-cı maddəsinin məzmunundan görünür ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29-cu maddəsinə əsasən, bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 istinad edilən cinayətin onlar tərəfindən təqsirli olaraq törədilməsi cinayət işi üzrə toplanmış dəlillərin məcmusu ilə kifayət qədər sübuta yetirilir. «Oğurluq,soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında»Azərbaycan Respublikası Ali Məhkəməsinin 03 mart 2005-ci il tarixli qərarının 3-cü və 7-ci bəndlərinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-ci maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır.Bu zaman təqsirkar hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülüb-görülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki,ətrafdakılar əməlinin hüquqa zidd xarakter daşıdığını başa düşürlər.Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn,talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək,yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək),oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Xuliqanlığın əsas tərkibini təsbit edən Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasından,eləcə də “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarında ,Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Yusifovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair “17 fevral 2006-cı il tarixli,habelə “Azərbaycan Respublikası Cinayət Məcəlləsiinn 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarlarında xuliqanlıq cinayətinə verilmiş təfsirlərdən aydın olur ki,xuliqanlıq cinayəti ictimai qaydanı kobud surətdə pozan,cəmiyyətə açıqca hörmətsizlik göstərən qərəzli hərəkətlərdə ifadə olunmalı,həmin hərəkətlər isə vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi,habelə özgənin əmlakının məhv edilməsi,yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Cinayətin bu cür təsbitindən görünən odur ki,cinayət olaraq xuliqanlığın xüsusiyyəti onu ictimai qaydanın pozulmasına səbəb olan və yaxud şəxslər üzərində zorun,hədənin tətbiq edilməsi,əmlakın məhv edilməsi,zədələnməsi ilə müşayiət edilən digər cinayətlərdən fərqləndirən başlıca əlamət qeyd edilən əməldə qəsdin məhz (birbaşa) ictimai qaydanın kobud surətdə pozulmasına,cəmiyyətə açıqca hörmətsizliyin göstərilməsinə yönəlməsidir. Xuliqanlıqda qəsdin yönəldiyi obyektin özünəməxsusluğu bu cinayət üçün spesifik olan xuliqanlıq kimi motivi (xuliqanlıq motivini) labüd edir.Təqsirkarın hərəkətlərini şərtləndirən (cinayətə sövq edən) amil,hərəkətverici qüvvə kimi çıxış edən xuliqanlıq motivi onun hamılıqla qəbul edilmiş əxlaq normalarının,birgəyaşayış qaydalarının ziddinə hərəkət etmək,eqoizmini nümayiş etdirib,özünü başqalarının fövqündə qoymaq kimi,son nəticədə ictimai qaydanı kobud şəkildə pozmaq,cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə etmək istəyini ehtiva edir. Belə ki,”Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir.Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir.Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir,bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini,yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir.Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir.Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək,gücünü nümayiş etdirmək,qalmaqal salmağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Beləliklə, təqsirləndirilən şəxslərin əməlinə hüquqi qiymət verərək, məhkəmə yuxarıda qeyd olunan və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq, belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək, 23 oktyabr 2022-ci il tarixdə, saat 16:30 radələrində yüngül dərəcəli sərxoşluq halında Şirvan şəhəri, F.Eynullayev küçəsində yerləşən «Phone Store» adlı mağazanın yanında qrup üzvü Təqsirləndirilən şəxs1 əvvəlcədən aralarında olan razılığa əsasən Zərərçəkmiş şəxs məxsus və sonuncunun qiymətləndirdiyi 100 manat dəyərində «Tecno» markalı mobil telefonu Zərərçəkmiş şəxs satın almaq adı ilə götürüb, həmin yerdə olan avtobus dayanacağına gəldikdə, o, Zərərçəkmiş şəxsla söhbət edib, başını qatmaqla qrup üzvü Təqsirləndirilən şəxs1 mobil telefonu götürüb hadisə yerindən uzaqlaşması üçün şərait yaratmasına baxmayaraq, Təqsirləndirilən şəxs1 hadisə yerindən uzaqlaşmaq istədikdə, Zərərçəkmiş şəxs qanunsuz hərəkətlərinə son qoymaqla mobil telefonunu qaytarması tələbinə və Təqsirləndirilən şəxs1 qolundan tutmaqla hadisə yerindən getməsinə imkan verməmə səbəbindən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməli öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyib, qabaqcadan əlbir olan bir qrup şəxs şəklində özgənin əmlakını açıq talamağa-soyğunçuluğa cəhd etmiş, cinayətkar əməlini davam etdirməklə tanışı Təqsirləndirilən şəxs1la bir qrup şəxs halında ictimai yer hesab edilən Şirvan şəhərinin F.Eynullayev küçəsində ictimai qaydanı pozmaq istəklərindən, qaydalara etinasızlıqlarından, cəmiyyətin qəbul etdiyi dəyərlərə hörmətsizliklərindən irəli gələn alçaq niyyətlərini dərk edib, məhz bu şəkildə özlərini ictimai qaydalardan, cəmiyyətin təqdir etdiyi dəyərlərdən, günorta saatlarında hamının küçədə gəzintidə olduğu vaxt, o cümlədən yaxınlıqda iaşə obyektlərinin olması səbəbi ilə həmin obyektlərdə işləyən şəxslərin timsalında özlərini qeyri müəyyən şəxslərin dairəsinin şüurunda müstəsna şəxsiyyət olduqlarını, istədikləri şəxsi istənilən yerdə cəzalandırmaq imkanlarına malik olmaqla başqalarından üstün olduqlarını nümayiş etdirmək, qalmaqal salmaq, onlardan qanuni şəkildə öz əmlakını tələb edən Zərərçəkmiş şəxs güclərini nümayiş etdirmək məqsədilə hər hansı əsaslı səbəb olmadan sonuncunun ünvanına ucadan nalayiq ifadələr işlədib, cəmiyyətə açıqcasına hörmətsizlik etməklə qrup üzvü Təqsirləndirilən şəxs1la birlikdə hiddət və qeyzlərinin fonunda öz əməllərinin ictimai təhlükəliliyini artıraraq eqoizm və ümumi qəbul edilmiş davranış qaydalarını pozaraq, Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrindən yumruq və təpik zərbələri endirib, sonuncuya sağ əlin arxa səthində və sağ sağrı nahiyyəsində sıyrıqlar kimi dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlər yetirməklə, Zərərçəkmiş şəxs məxsus talamaq istədikləri «Tecno» markalı mobil telefonu yerə vuraraq sındırıb məhv edərək, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 100 manat məbləğində maddi ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xuliqanlıq etmişlər. Təqsirləndirilən şəxslərin törətdiyi əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,180.2.1 və 221.2.1-ci maddələrinin tərkibini təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin, cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə cəza təyin edərkən qəsdin obyektinin mülkiyyət münasibətlərinin təşkil etməsini, cinayət əməlinin qəsdən törədilməsini, az ağır cinayətlər kateqoriyasına aid olması barədə cinayətin xarakterini, cinayətin ictimai təhlükəliliyini azalda bilən halın olmamasını nəzərə alır. Məhkəmə himayələrində azyaşlı uşaqlarının olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etmələrini, onlar tərəfindən zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini Azərbaycan Respublikası CM-nin 59.1.4, 59.1.12 və 59.1.13-cü maddələrinə, törətdikləri əməli səmimi etiraf edib peşman olmalarını isə CM-nin 59.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxslərin cəzasını yüngülləşdirən hallar olduğunu və iş üzrə təqsirləndirilən şəxslərin cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alır. İş üzrə obyektiv və subyektiv halların məcmusunu nəzərə alıb, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 29, 180.2.1 və 221.2.1-ci maddələrinin sanksiyası həddləri daxilində, CM-in 66.2-ci maddəsinin tələblərinə uyğun olaraq az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzalarını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 23 oktyabr 2022-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut “Tecno” markalı mobil telefonun qanuni sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 351-353, 384-cü maddələrini rəhbər tutub, hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 29,180.2.1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilərək həbs növündə qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Məhkəmə iclas zalından dərhal həbsə alınsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 23 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 29,180.2.1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilərək həbs növündə qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Məhkəmə iclas zalından dərhal həbsə alınsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 23 oktyabr 2022-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut “Tecno” markalı mobil telefonun qanuni sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Hökmdən 20 gün müddətində (həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmü ona verildiyi andan 20 gün müddətində) Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən Etibar Hümbətov
Məhkəmə qərarları › İş №1(032)-54/2023
Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-54/2023
05.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver