Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(032)-55/2023 15.02.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ saat 09.55-də Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Məhkəmə iclas katibi Qarayev Qiyas Sarvan oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1974-cü ildə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, o, 11 yanvar 2023-cü il tarixdə, saat 16 radələrində qaynı Zərərçəkmiş şəxs yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin qonaq otağında sonuncu ilə aralarında şəxsi münasibətlərin pozulması zəminində baş vermiş mübahisə vaxtı sonuncunu qəsdən ağız nahiyəsinə bir dəfə yumruqla vuraraq Zərərçəkmiş şəxs alt dodağın sol yarısının iç səthində və üst dodağın iç səthində əzilmiş-cırılmış yara kimi ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə istintaqında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qaynıdır, aralarında ədavət və ya düşmənçilikləri yoxdur. Zərərçəkmiş şəxs ilə münasibətləri həmişə yaxşı olmuşdur. Zərərçəkmiş şəxs 2022-ci ilin noyabr ayında ondan 100 manat borc pul almış və həmin borcunu bir neçə gün ərzində qaytaracağını bildirmişdir. Lakin həmin vaxtdan indiyədək Zərərçəkmiş şəxs ona olan borcunu qaytarmamışdır. xx.xx.2023-cü il tarixdə, saat 15 radələrində Zərərçəkmiş şəxs istifadəsində olan mobil nömrəyə zəng edərək ona olan borcunu qaytarmağını, Nəzirov isə ona əl çəkməyini bildirmiş və dəstəyi asmışdır. Bundan sonra saat 16 radələrində o, Zərərçəkmiş şəxs yaşadığı Şirvan şəhəri M.Mirzəyev küçəsi ev 50-də yerləşən evinin həyətinə daxil olaraq Muradı həyətə çağırmışdır. Bu vaxt Murad onu yaşadığı evə dəvət etmiş, O, Zərərçəkmiş şəxs nə üçün ona olan borcunu qaytarmamasını və telefonu söndürməsini bildirmiş, sonuncu ona yaxşı etdiyini və pulunu qaytarmayacağını bildirmişdir. Bundan sonra onların arasında sözlə mübahisə yaranmış və əsəbləşərək bir dəfə sağ əli ilə yumruqla Muradın ağız nahiyəsinə zərbə endirmiş, Murad onun barəsində polisə şikayət edəcəyini bildirmişdir. Hazırda zərərçəkmiş şəxslə barışdığını və ona dəymiş ziyanı aradan qaldırdığını nəzərə alıb barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini xahiş etdi. Cinayət qanunu ilə əməli törətmiş şəxs Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyləri və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Məhkəmə baxışında Zərərçəkmiş şəxs ifadə verərək bildirdi ki, Təqsirləndirilən şəxs onun yeznəsidir, aralarında ədavət və ya düşmənçilikləri yoxdur. Yeznəsi Təqsirləndirilən şəxs tez-tez onun yaşadığı evə gəlir, onların münasibətləri həmişə yaxşı olmuşdur. O, 2022-ci ilin noyabr ayında Təqsirləndirilən şəxs 100 manat borc pul almış və həmin borcu bir neçə gün ərzində qaytaracağını demiş, lakin həmin vaxt pulu olmadığı üçün Təqsirləndirilən şəxs olan borcunu qaytara bilməmişdir. xx.xx.2023-cü il tarixdə saat 15 radələrində Kabus onun istifadəsində olan mobil nömrəyə zəng edərək ona olan borcunu qaytarmağı bildirmiş, o, Təqsirləndirilən şəxs hazırda pulunun olmamasını, buna görə də pulu qaytara bilməyəcəyini demiş və dəstəyi asmışdır. Saat 16 radələrində Təqsirləndirilən şəxs yaşadığı evə gələrək onu həyətə çağırmışdır. Bu vaxt o, Kabusa havanın soyuq olmasını və hazırda evdə heç kimin olmamasını bildirmiş və Təqsirləndirilən şəxs yaşadığı evə daxil olmasını demişdir. Bundan sonra evin qonaq otağında olarkən Təqsirləndirilən şəxs borcunu niyə qaytarmadığını soruşmuş, ona pulunun olmadığı üçün borcunu qaytara bilmədiyini demiş, bundan sonra onların arasında sözlə mübahisə yaranmışdır. Bundan sonra Kabus bir dəfə sağ əli ilə yumruqla onun ağız nahiyəsinə zərbə endirmişdir. Şirvan şəhər polis şöbəsinə gələrək Təqsirləndirilən şəxs barəsində şikayət etmişdir. Hazırda cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə barışmışdır, ona dəymiş maddi zərər aradan qaldırılmış, ona qarşı tələbi yoxdur, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilən: Şirvan şəhər mərkəzi xəstəxanası PHŞ-nin 19 yanvar 2023-cü il tarixli, 49 nömrəli məktubunda göstərilmişdir ki, Ağayev X2 şəhər mərkəzi xəstəxanası PHŞ-nin ruhi-əsəb, narkoloji və digər kabinetlərində qeydiyyatda yoxdur. (i.v.37) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən göndərilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. (i.v.44) Təyin edilmiş məhkəmə-tibbi ekspertizasının 12 yanvar 2023-cü il tarixli, 15 nömrəli rəyində göstərilmişdir ki, X1 bədən səthində aşkar olunan xəsarətlər- alt dodağın sol yarısının iç səthində əzilmiş-cırılmış yara – küt əşya təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən 11 yanvar 2023-cü il tarixdə kənar şəxs tərəfindən yetirilə bilərdi. Qeyd olunan xəsarətlər ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir.(i.v.14-15) Məhkəmə cinayət işi ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma min manatdan min büş yüz manatadək miqdarda və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək islah işləri və ya bir ilədək azadlığın məhdudlaşdırılması və ya bir ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinin məzmunundan görünür ki, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73- 1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 41.3-cü maddəsinin tələbinə görə dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən və bu Məcəllənin 40.3-cü və 40.4-cü maddələrində göstərilən cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları aşkar edərsə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda, məhkəmə baxışı gedişində cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs və cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək barışdıqları üçün iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə iclasında dövlət ittihamçısı Təqsirləndirilən şəxs çıxış edərək Zərərçəkmiş şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmasını nəzərə alaraq cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsini və onun cinayət məsuliyyətindən azad olunmasına etiraz etmədiyini bildirdi. Odur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışaraq ona dəymiş ziyanı aradan qaldırdığından o, cinayət məsuliyyətindən azad olunmaqla barəsində cinayət təqibinə xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 347,356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad olunsun. Qərardan 20 gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Səidə Məmmədova
Məhkəmə qərarları › İş №1(032)-55/2023
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №1(032)-55/2023
15.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver