Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-55/2025 22.05.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Saat 10:15 Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu DİMÜİ-nin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər X5 Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Şirvan şəhər Məhkəməsinin inzibati binasında xx xxxx 1990-cı il tarixdə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, xx.xx.2024-cü il tarixdə cəza müddəti başa çatmış, məhkumluğu qanunla müəyyən edilmiş qaydada götürülməmiş və ödənilməmiş, Şirvan şəhəri, Upramxor qəsəbəsində qeydiyyatda olan və yaşamış, barəsində Şirvan Apellyasiya Məhkəməsinin 17 yanvar 2025-ci il tarixli qərarı ilə həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmaqla 02 ay 25 gün müddətinə həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq satış məqsədi olmadan xeyli miqdarda 0,274 qram çəkidə psixotrop maddə metamfetamin əldə edib üzərində daşımaqla saxlamış, 11 yanvar 2025-ci il tarixdə saat 18:30 dəqiqədə Şirvan şəhər Polis şöbəsinin əməkdaşları tərəfindən şəhərin T.İsmayılov küçəsində olarkən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq Şirvan şəhər Polis şöbəsinə gətirilib, şöbənin inzibati binasında saat 20:10 dəqiqədən 20:16 dəqiqəyədək üzərində şəxsi axtarış aparılan zaman əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,274 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ibtidai araşdırma zamanı vermiş olduğu ifadələri təsdiq etdi və bildirdi ki, 11 yanvar 2025-ci il tarixdə axşam saatlarında tanışı Orxan adlı şəxs ilə Şirvan şəhəri, T.İsmayılov küçəsində piyada hərəkətdə olan zaman Şirvan şəhər Polis şöbəsinin əməkdaşları onlara yaxınlaşıb özlərini təqdim etmişlər və polis əməkdaşı olduqlarını bildirmişlər. Polis əməkdaşları onları polis şöbəsinə dəvət etmiş, birlikdə polis şöbəsinə getmişlər və növbətçi hissədə olan zaman üzərində psixotrop maddə olan metamfetamin olmasını bildirmişdir. Şirvan şəhər polis şöbəsində müdafiəçinin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış aparılarkən üzərində olan psixotrop maddə metamfetamini təqdim etmişdir. Aşkar olunmuş həmin psixotrop maddəni Şirvan şəhərində yaşadığı küçədə yerdən tapmış və şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Üzərindən aşkar olunmuş psixotrop maddə metamfetamin çəkildikdən sonra qablaşdırılmış, müvafiq protokol tərtib olunmuşdur. O da digər iştirakçılar kimi protokola imza etmişdir. Şirvan şəhər Polis şöbəsinə aparılarkən və orada olarkən ona qarşı hər hansı bir qanunsuz təsir və təzyiq olmamış, üzərində şəxsi axtarış keçirilən zaman vəkil iştirak etmişdir. Hazırda əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şirvan şəhər Polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili Şahid3 ifadəsində bildirdi ki, 11 yanvar 2025-ci il tarixdə Şirvan şəhər Polis şöbəsinin PPXB-nin polis nəfəri Şahid2la Şirvan şəhəri, T.İsmayılov küçəsində xidmətdə olan zaman iki nəfər şəxsin birlikdə dayandıqlarını və onlardan birinin narkotik vasitə qəbul etdiyini görmüşlər. Onlara yaxınlaşdıqda həmin şəxs oradan uzaqlaşmaq istədikdə saxlanılmış və həmin şəxslərlə birlikdə şəhər polis şöbəsinə gəlmişlər. Növbətçi hissədə həmin şəxslərin Şirvan şəhər sakinləri Təqsirləndirilən şəxs və Şahid4 olması müəyyən edilmişdir. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu və narkotik vasitələrin aludəçisi olduğunu bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra təqdim olunmuş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış keçirilmiş və o, əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminə oxşar kütləni təqdim etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən hər hansı qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Aşkar edilmiş kütlə təhqiqatçı tərəfindən elektron tərəzidə çəkilmiş, çəkisi 0,33 qram təşkil etmişdir. Daha sonra isə həmin kütlə kağız zərfdə qablaşdırılaraq möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında Şirvan şəhər Polis şöbəsinin PPXB-nün polis nəfəri Şahid2 və Şirvan şəhər Polis şöbəsinin MSY-nin Konvoy Hissəsinin konvoyu Şahid1 şahid qismində vermiş olduqları ifadələrində Şahid2 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış Şahid4 məhkəməyə gəlməmiş, onun məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilərək tədqiq edilmişdir. Şahid4 həmin ifadəsində bildirmişdir ki, halhazırda heç bir yerdə işləmir. Əvvəllər narkotik vasitə qurudulmuş marixuana istifadə etmişdir. Hal-hazırda heç bir narkotik vasitə və ya psixotrop maddə qəbul etmir. Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıyır. Onunla münasibəti normal olmuşdur. Kamran ona əvvəllər narkotik vasitə qəbul etdiyini, lakin hazırda istfiadə etmədiyini bildirmişdir. O, Kamranla birlikdə işləmək məqsədilə 08 yanvar 2025-ci il tarixdə Şirvan şəhəri “Sərvət” şadlıq sarayının arxasında yerləşən tikintiyə getmişdir. Həmin tikinti "xxxx" MMC-yə məxsusdur. Onlar oraya getdikdə nəzarətçi vəzifəsində çalışan X2 ilə görüşmüş və işləməyə başlamışlar. 3 gün orada malyar kimi işləmişlər. Lakin 3-cü günün sonunda işdən çıxıb evə gedərkən polis əməkdaşları tərəfindən saxlanılaraq şəhər polis şöbəsinə gətirilmişlər. Onlar işləməyə başlayan zaman şirkətlə aralarında hər hansı əmək müqaviləsi bağlanmamışdır. Eləcə də adları elektron sistemə yerləşdirilməmişdir. Onların əmək haqqının miqdarını X6 Babayev danışaraq müəyyən etmişlər. O, işlədiyi müddət ərzində heç bir əmək haqqı almamışdır. Polis şöbəsinə gətirildikdən sonra isə bir daha işləmək məqsədilə tikintiyə getməmişdir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyərək, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Məhkəmə iclasında cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsini əks etdirən videoçəkilişə baxış keçirilmişdir. Videoçəkilişdən görünür ki, müdafiəçi X1 iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən 01 (bir) ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoymuş, həmin sellofan bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan büküm açıldıqda içərisində psixotrop maddə olan metamfetaminə bənzər maddə olması müəyyən olunmuşdur. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı üzərindən hər hansı bir qanunsuz əşya və ya predmet, o cümlədən başqa narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamışdır. Cinayət işi materiallarına əlavə olunmuş 11 yanvar 2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan və protokoldan görünür ki, faktiki azadlığı 11 yanvar 2025-ci il, saat 18:30-dan məhdudlaşdırılmış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində xx.xx.2025-ci il tarixdə saat 20:00-da tutulmuşdur; Cinayət işi materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X7 Bölməsinin 18/24 nömrəli, 12 yanvar 2025-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...imza Təqsirləndirilən şəxs.” sözləri və imzalar olan kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi - 0,274 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin - 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxildir. Metamfetaminin təmiz çəkisi - 0,274 qram, tədqiqata istifadə olundu - 0,05 qram, qalıq 0,224 qramdır; Cinayət işi materiallarına əlavə olunmuş 12 yanvar 2025-ci il tarixli cinayət işinin başlanması və aidiyyəti üzrə göndərilməsi haqqında qərardan görünür ki, material üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və cinayət işi aidiyyəti üzrə Şirvan şəhər X9 bölməsinə verilmişdir; Cinayət işi materiallarına əlavə olunmuş 12 yanvar 2025-ci il tarixli cinayət işinin icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi Şirvan şəhər X9 bölməsinin müstəntiqi, polis kapitanı X4 icraatına qəbul edilmiş və ibtidai istintaqı aparılmışdır; Cinayət işi materiallarına əlavə olunmuş 13 yanvar 2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir; Cinayət işi materiallarına əlavə olunmuş Şirvan şəhər Məhkəməsinin 13 yanvar 2025-ci il tarixli, 4(032)-7/2025 saylı qərarından görünür ki, vəsatət təmin edilməmiş, Təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmişdir. Təqsirləndirilən şəxs dərhal həbsdən azad edilmiş, onun barəsində 3 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilmişdir; Cinayət işi materiallarına əlavə olunmuş Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 yanvar 2025-ci il tarixli, 4(106)-7/2025 saylı qərarından görünür ki, apellyasiya protesti təmin edilmiş, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(032)-7/2025 saylı qərarı dəyişdirilmişdir. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair Şirvan şəhər X9 Bölməsinin müstəntiqi X4 vəsatəti təmin edilmiş, Təqsirləndirilən şəxs barəsində 02 (iki) ay 25 (iyirmi beş) gün həddində «həbs» növündə qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs olunmuş, qərarın bu hissədə icrası Şirvan Şəhər Polis Şöbəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 03 saylı istintaq təcridxanasına həvalə edilmişdir; Cinayət işi materiallarına əlavə olunmuş məhkəmə-tibbi ekspertizasının 13 yanvar 2025-ci il tarixli, 16 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs bədən səthində heç bir xəsarət aşkar olunmamışdır; Cinayət işi materiallarına əlavə olunmuş Şirvan İcra Hakimiyyəti başçısının 1 nömrəli İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 68 nömrəli xasiyyətnamədə qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs barəsində Şirvan İcra Hakimiyyəti başçısının 1 nömrəli İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinə yazılı və şifahi olaraq heç bir şikayət daxil olmamışdır; Cinayət işi materiallarına əlavə olunmuş məhkəmə - narkoloji ekspertizasının 14 fevral 2025-ci il tarixli, 870 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən RNM-da (F11x2) opioidlərin qəbulu nəticəsində asılılıq diaqnozu ilə dispanser qeydiyyatdadır; Cinayət işi materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin BƏSİİdən Şirvan ŞPŞ-nə daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2024-cü il tarixdə cəza müddəti başa çatmışdır; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs cəza müddəti xx.xx.2024-cü il tarixdə başa çatmasına baxmayaraq, hazırki cinayət əməli onun tərəfindən 11 yanvar 2025-ci il tarixdə törədilmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada götürülməmiş və ödənilməmişdir. Cinayət işi materiallarına əlavə olunmuş xx.xx.2012-ci il tarixdə verilmiş nikah haqqında şəhadətnamənin (AZ-İ № 806043) surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2012-ci il tarixdə X3 ilə nikahları bağlanmışdır; Cinayət işi materiallarına əlavə olunmuş şəxsiyyət vəsiqəsinin (AZE № ********) surətindən görünür ki, Babayev Kənan xx.xx.2012-ci il tarixdə doğulmuşdur. Atası Təqsirləndirilən şəxs, anası Soltanova Gülcahandır; Beləliklə məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Cəza məsələsini müzakirə edərək məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsinin, iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olubolmamasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını Azərbaycan Respbulikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, törətmiş olduğu cinayəti etiraf etdiyini və əməlindən peşman olduğunu, yaşayış yerindən müsbət xarakterizə olunmasını Azərbaycan Respbulikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı olan qəsdən cinayət törətməyə görə məhkum edilməsini, məhkumluğunun ödənilməməsini, islah olunmamasını, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halların və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan həddə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli şübhəli şəxs qismində tutulduğu tarixdən, yəni 11 yanvar 2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü və onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbiri tətbiq edilməli və onun narkoloji dispanserində qeydiyyatda olması nəzərə alınmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,224 qram olan, iş üzrə maddi sübut kimi Şirvan şəhər Polis şöbəsində saxlanılan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, cinayət işinə əlavə edilmiş 01 (bir) ədəd “CD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347-349, 351-353, 356-358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 01 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli 11 yanvar 2025-ci il tarixdən hesablansın. Barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbiri tətbiq edilsin. Onun narkoloji dispanserində qeydiyyatda olması nəzərə alınsın. Şirvan şəhər Polis şöbəsində maddi sübut kimi saxlanılan 0,224 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işində saxlanılan 01 (bir) ədəd “CD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə rəsmi təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişdirsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №1(032)-55/2025
Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-55/2025
22.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver