Məhkəmə qərarları › İş №1(032)-56/2024

Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-56/2024

28.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-56/2024 28.02.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ saat 11.11-də Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi Rəhimli Cavid Mətləb oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı iştirakı ilə, Zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi , Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1994-cü il tarixdə Lerik rayonu Gendov kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yol hərəkəti və nəqliyyat vasitəsinin istismarı qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, o, 23 sentyabr 2023-cü il tarixdə saat 13 radələrində etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan «BMV-525» markalı **-GB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şirvan şəhərinin H.Əliyev prospekti ilə “Salyan dairəsi” deyilən ərazi istiqamətində 70 km/saat sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin və «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli, həmçinin avtomobili yaşayış məntəqəsində icazə verilən maksimum 60 kilometrdən çox olmayan sürətlə idarə etməli və həmin maddələrin tələblərinə əməl etməklə hadisənin qarşısını almaq üçün texniki imkanı olduğu halda, qeyd olunan maddələrin tələblərinə riayət etməyib, idarə etdiyi “BMV-525” markalı avtomobillə şəhərin H.Əliyev prospekti ilə şəhərin “Salyan dairəsi” deyilən ərazi istiqamətində hərəkətdə olan zaman qarşıdan sürücü X1 idarə etdiyi “Vaz-21074” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə avtomobil yolunda sola manevr etdiyini görüb, idarə etdiyi “BMV-525” markalı avtomobilin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməyərək, “Vaz-21074” markalı avtomobillə toqquşmuş və ehtiyatsızlıqdan Yolçu Mədətovun travmatik hemotoraks, sağ tərəfli qabırğaların və sağ bud-çanaq sümüklərinin qapalı sınıqları, sağ qaşda, sağ yanaqda və çənədə kəsilmiş yaralar, alında, burunda, sağ əlin arxa səthində, sağ dirsəkdə qançır və sıyrıqlar kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər almaqla, həmin xəsarətlər səbəbindən baş vermiş travmatik şok nəticəsində ölməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərdi ki, 23 sentyabr 2023-ci il tarixdə saat 13 radələrində özünə məxsus idarə etdiyi “BMV 525” markalı, yaşıl metalik rəngli **-GB-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Hacıqabul rayon istiqamətindən Şirvan şəhəri, H.Əliyev prospekti ilə təxminən 70 km/saat sürətlə hərəkətdə olan zaman əks istiqamətdə hərəkətdə olan ağ rəngli VAZ 21074 markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobil təxminən 20-30 metr məsafədə olduğu vaxt ani vaxtda özünün sol tərəfinə onun isə sağ tərəfində olan küçəyə dönmə əməliyyatı etmişdir. Məsafə az olduğu üçün o, dərhal tormoz əyləcini bassa da idarə etdiyi avtomobil həmin avtomobilin sağ tərəfindən toqquşmuşdur. Həmin avtomobil yolun kənarında olan barıya dəyərək dayanmış, onun avtomobili isə zərbədən fırlanaraq hərəkətdə olduğu yol hissəsinin əks istiqamətində dayanmışdır. Zərbə nəticəsində sağ qolu, alt dodağı və alın nahiyəsindən xəsarət almışdır. Avtomobili dayanan kimi avtomobildən düşmüş və qarşı tərəfdə olan avtomobilin yanına qaçaraq gedib sürücüsünü kənarda olan vətəndaşların köməkliyi ilə avtomobildən yerə düşürmüşlər. Həmin vaxt sonradan adını bildiyi X12 sağ olmuşdur. O, dərhal Təcili tibbi yardıma zəng vuraraq həkim çağırmışdır. Həkim gələrək Yolçunu tibb avtomobilinə qoymuşlar və xəstəxanaya gətirmişlər. O da, xəsarət aldığı üçün onlarla birlikdə xəstəxanaya gəlmişdir. X3 və onu müayinə etmişlər. Onun xəsarəti ciddi olmadığından onu müayinə etdikdən sonra buraxmışlar. Yolçu Mədətovun isə xəsarəti ağır olduğu üçün ona tibbi yardım göstərilməsinə baxmayaraq xəstəxanada vəfat etmişdir. Yolçu Mədətovun idarə etdiyi VAZ 21074 markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobil qarşıda onunla əks istiqamətdə ani vaxtda qarşısında küçəyə dönərkən hadisə baş vermişdir. Həmin anda aralarında 20-30 metr məsafə olarmış. O, Yolçu Mədətovu əvvəllər tanımamışdır. Hadisə vaxtı o avtomobilində tək olmuşdur. Qarşı tərəf VAZ 21074 markalı avtomobilin sürücüsü olan X12 də avtomobilində tək olmuşdur. Avtomobilində heç bir nasazlıq olmamışdır. Ümumiyyətlə spirtli içki içmədiyini bildirmişdir. Həmin VAZ 21074 markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü onunla əks istiqamətdə hərəkətdə olarkən ani vaxtda dönmə əməliyyatı etdiyi üçün o, heç bir qabaqlayıcı tədbir görə bilməmişdir. Eləcə də, tormoz əyləcini basaraq hadisədən yayınmaq istəsə də məsafə az olduğundan hadisənin qarşısını ala bilməmişdir. Hadisə vaxtı idarə etdiyi avtomobilin sürəti 70 km/saat, qarşı tərəf olan VAZ 21074 markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin dönmə əməliyyatı apardığı andan toqquşma nöqtəsinə kimi sürəti isə təxminən 10 km/saat olmuşdur. Zərərçəkmiş şəxsin hüquqi varisinə dəymiş zərəri aradan qaldırmış, onunla barışmışdır. Əməlindən peşmandır. Bu halların, eləcə də ağır vərəm xəstəsi olmasının nəzərə alınaraq barəsində daha yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışında zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, 23 sentyabr 2023-ci il tarixdə saat təxminən 11 radələrində əri mərhum X6 avtomobilini təmir etdirmək adı ilə evdən çıxmışdır. Həmin gün təxminən saat 13 radələrində onlara Şirvan şəhər Mərkəzi xəstəxanasından zəng gələrək bildirilmişdir ki, Yolçu idarə etdiyi avtomobili ilə yol-nəqliyyat hadisəsi törətmişdir. Onlar dərhal Şirvan şəhər Mərkəzi xəstəxanasına gəlmişlər. Xəstəxanada onlara bildirilmişdir ki, Yolçu aldığı xəsarətlərdən vəfat etmişdir. Sonradan onlara məlum olmuşdur ki, Yolçunun avtomobili ilə toqquşan avtomobilin sürücüsünün adı Təqsirləndirilən şəxsdir. Təqsirləndirilən şəxs yaxın qohumları həyat yoldaşı Yolçunun dəfnində və yas mərasiminin verilməsində yaxından iştirak etmişlər və maddi vəziyyətdən onlara köməklik göstərmişlər. Bu səbəbdən də hadisənin ehtiyyatsızlıqdan baş verdiyindən, həmçinin ərinin dəfnində və yas mərasimində yaxından iştirak etdiyinə, eləcə də maddi köməklik göstərməklə zərəri aradan qaldırdığına görə Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbləri yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş : 23 sentyabr 2023-cü il tarixli “cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə ********* saylı cinayət işi başlanması və ibtidai istintaq aparılması üçün icraata qəbul edilməsi qərara alınmışdır. 23 sentyabr 2023-cü il tarixli “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri Şirvan şəhəri H.Əliyev prospektidir. Hadisə yerinə baxış zamanı müəyyən edilmişdir ki, toqquşma yeri yolun sol hissəsində birinci zolaqda yerləşir. BMW-525 markalı ** GB *** dövlət qeydiyyat nişanlı avtomobil üzü Şirvan şəhər istiqamətində, Vaz 21074 markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobil üzü Hacıqabul rayon istiqamətində yolun soluna dönmə əməliyyatı etmişdir. Toqquşma yerində avtomobilin yağ və su səpintisi vardır. Nəqliyyat vasitələrin sınıq ehtiyat hissələri asfalta dağılmışdır. Vaz 21074 markalı avtomobil nöbə daşlarının üzərinə çırpılmışdır. Baxış xx.xx.2023-cü il tarixdə 14.10-da başlanmış, xx.xx.2023-cü il tarixdə saat 15.55-də qutarmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4 Publik” Hüquqi Şəxsin 21 oktyabr 2023-cü il tarixli, 34 saylı ekspert rəyindən görünür ki, X1 bədən səthində aşkar olunan xəsarətlər travmatik hemotoraks, sağ tərəfli qabırğaların və sağ bud-çanaq sümüklərinin qapalı sınıqları, sağ qaşda, sağ yanaqda və çənədə kəsilmiş yaralar, alında, burunda, sağ əlin arxa səthində, sağ dirsəkdə qançır və sıyrıqlar küt əşyanın zərbəvi təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən 23 sentyabr 2023-cü il tarixdə idarə etdiyi Vaz-21074 markalı avtomaşının BMV-525 markalı minik avtomobillə toqquşması nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə bu xəsarətlər canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilir. X9 ölümünə səbəb yuxarıda qeyd olunan xəsarətlər nəticəsində baş vermiş travmatik şok olmuşdur. Meyitdə baş verən ilkin meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən ölüm meyit müayinə olunandan 2-4 saat əvvəl baş vermişdir. X12 ölümündən əvvəl spirtli içki və narkotik vasitə qəbul etməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4 Publik” Hüquqi Şəxsin 04 noyabr 2023-cü il tarixli, 504 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində aşkar olunan xəsarətlər -alının tüklü hissəsində sıyrıq,alt dodağın iç səthində qansızma , sağ saiddə qançır-küt əşya təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən 23 sentyabr 2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 8/3375 saylı, 11 dekabr 2023-cü il tarixli rəyindən görünür ki, 1. Rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə istintaq tərəfindən müəyyən edilən təhlükə yaranan andan toqquşma yerinə kimi Vaz- 21074 markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobilin 7,1 metr məsafə qət etməsi real hadisə mexanizminə uyğun deyildir, təhlükə yaranan andan toqquşma yerinə kimi Vaz- 21074 markalı avtomobil 7,8 metrdir, böyük məsafə qət etmişdir. Rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə “BMW-525” markalı, **-GB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətləri üzrə tədqiqat aparmaq mümkün deyildir. Sürücü Təqsirləndirilən şəxs “BMW- 525” markalı, **-GB-*** dövlət qeydiyyat nişanlı avtomobili hərkət sürəti 3.24 “Maksimum sürəti məhdudlaşdırması” yol nişanı ilə 60 km/saata qədər məhdudlaşdırılmış yolda 70/km saat sürətlə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürəti məhdudlaşdırması” yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur. 2.İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən Vaz-21074 markalı avtomobilin sürücüsü X1 hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 70-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 8/3787 saylı, 22 dekabr 2023-cü il tarixli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən Vaz-21074 markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X1 hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. BMV-525 markalı **-GB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs BMV-525 markalı avtomobili hərəkət sürəti 3.24 «Maksimum sürətin məhdudlaşdırılması» yol nişanı ilə 60 km/saata qədər məhdudlaşdırılmış yolda, 70 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 «Maksimum sürətin məhdudlaşdırılması» yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur. xx.xx.2023-cü il tarixli 247 nömrəli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, 1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu yoxdur, ayıq olmuşdur. Şirvan "xxxx" Müəssisəsinin mütəxəssisi F.M.Ələkbərovun 30 sentyabr 2023-cü il tarixli rəy aktından görünür ki, BMW-525 markalı ** GB *** dövlət nömrə nişanlı avtomobilin qəza zamanı ümumi dəyən ziyan 2865 manat təşkil edir. Şirvan "xxxx" Müəssisəsinin mütəxəssisi F.M.Ələkbərovun 30 sentyabr 2023-cü il tarixli rəy aktından görünür ki, Vaz-21074 markalı ** BJ *** dövlət nömrə nişanlı avtomobilin qəza zamanı ümumi dəyən ziyan 3772 manat təşkil edir. xx.xx.2020-ci il tarixli AE seriyalı 824234 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs “BC” kateqoriyalı sürücüdür. BB seriyalı 354804 nömrəli Azərbaycan Respublikası Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, BMW-525 markalı ** GB *** dövlət qeydiyyat nişanlı avtomobil X7 məxsusdur. xx.xx.2023-cü il tarixli nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair etibarnamədən görünür ki, BMW-525 markalı ** GB *** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs etibar edilmişdir. Etibarnamə 11 ay 30 gün müddətinə verilib,xx.xx.2024-cü il saat 23:59-dək qüvvədədir. 10 oktyabr 2023-cü il tarixli “Nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış keçirilən nəqliyyat vasitəsi BMW-525 markalı ** GB *** dövlət nömrə nişanlı avtomobil Şirvan şəhəri Niyazi küçəsi ev 14-də yaşayan Təqsirləndirilən şəxs məxsusdur. Avtomobilin qabaq hissəsi və kapot hissəsi deformasiyaya uğramış, qabaq sağ tərəfi əzilmişdir. 10 oktyabr 2023-cü il tarixli “Nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış keçirilən nəqliyyat vasitəsi Vaz-21074 markalı ** BJ *** dövlət nömrə nişanlı avtomobil mərhum X2 məxsusdur. Avtomobilin sağ tərəfi və qarşı kapot hissəsi deformasiyaya uğramış,qarşı şüşə və sağ qapılarda olan şüşələr sınmışdır. Zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınma haqqında 08 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs X1 hüquqi varisi qismində tanınmışdır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Şirvan şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 24 noyabr 2023-cü il tarixdə verilmiş 685 saylı xasiyyətnamədə göstərilir ki, onun barəsində şəhər nümayəndəliyinə yazılı və şifahi şikayət daxil olmamışdır. Şirvan şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 24 noyabr 2023-cü il tarixdə verilmiş 7265 saylı saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanında qeydiyyatdadır. 11 yanvar 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 263.2-ci maddəsi ilə təqsirləndirlən şəxs qismində cəlb olunmuş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. 11 yanvar 2024-cü il tarixli başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsinə dair qərardan görünür ki,230260336 nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilmişdir. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X16 “Şirvan şəhər Mərkəzi Xəstəxanası” X13 16 yanvar 2024-cü il tarixli 18-1-35/2-56/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Şirvan şəhər Mərkəzi Xəstəxanası PHŞ-in Poliklinika şöbəsinin narkoloji , ruhi-əsəb və kabinetində qeydiyyatda yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş, Şirvan şəhəri ünvan 3 ünvanında qeydiyyatda olan Zərərçəkmiş şəxs (zərərçəkmiş şəxsin hüquqi varisi) 12 yanvar 2024-cü il tarixli, notariat qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, vətəndaş Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir iddiası, şikayəti və tələbi yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X16 “ Şirvan şəhər Mərkəzi Xəstəxanası” X13 12 fevral 2024-cü il tarixli 18-1-35/2-232/2024 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Şirvan şəhər X5 X15 şöbəsində “ Ağ ciyərlərin infiltrativ vərəmi sovrulma, bərkimə mərhələsi” diaqnozu ilə qeydiyyatdadır. Azərbaycan Respublikası CM-in: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda — iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1ci hissəsinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Həmin Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə əsasən yaşayış məntəqələri daxilində - saatda 60 kilometrdən çox olmayan sürətlə (səlahiyyətli orqanlar yolun müəyyən sahələrində daha yuxarı hədd müəyyən edə bilərlər, lakin bu hədd saatda 90 kilometrdən çox ola bilməz), yaşayış zonalarında və həyət ərazilərində isə saatda 20 kilometrdən çox olmayan sürətlə hərəkət etməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-in 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-in 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Təhlil olunan cinayətin subyektiv cəhəti baş vermiş nəticələrə təqsirin ehtiyatsızlıq forması ilə xarakterizə olunur. Yol hərəkəti və ya nəqliyyatın istismarı qaydalarını pozan şəxs bu əməlinin ictimai təhlükəli xarakterini dərk edir, onların insanın sağlamlığına az ağır və ya ağır zərər vurulmasına və ya onun ölümünə səbəb olacağı imkanını qabaqcadan görür, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman edir (cinayətkarcasına özünəgüvənmə), yaxud nəqliyyat vasitəsini idarə edən şəxs yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozarkən qanunda nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrin baş verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görmür (cinayətkarcasına etinasızlıq). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və Azərbaycan Respublikası CPM-in 44.1-ci maddəsinə uyğun olaraq onun barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. CPM-nin 106.1-ci maddəsinə əsasən hadisə nəticəsində ölmüş zərər çəkmiş şəxsin hüquq və vəzifələrini cinayət işi üzrə icraat zamanı həyata keçirmək istəyini bildirən yaxın qohumlarından biri zərər çəkmiş şəxsin hüquqi varisi hesab olunur. Ölmüş zərər çəkmiş şəxsin yaxın qohumları olmadıqda, digər qohumları, onlar da olmadıqda və ya həmin şəxslər bu Məcəllənin 106.2-ci maddəsinə əsasən hüquqi varis hesab edilə bilmədikdə, bu Məcəllənin 87.2-ci maddəsində nəzərdə tutulmuş qaydada təyin edilmiş vəkil həmin cinayət işi üzrə icraatda zərər çəkmiş şəxsin hüquqi varisi qismində tanınır. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə, törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsi ilə nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. Məhkəmə cəza təyin edərkən təqsirləndirilən şəxsin yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, qəsdin obyektinin yol hərəkətinin və nəqliyyat vasitələrinin istismarının təhlükəsizliyini təmin edən ictimai münasibətlərin təşkil etməsini, cinayət əməlinin ehtiyatsızlıqdan törədilməsini və az ağır cinayətlər kateqoriyasına aid olması barədə cinayətin xarakterini, cinayətin ictimai təhlükəliliyini azalda bilən halın olmamasını nəzərə alır. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxs tərəfindən ilk dəfə olaraq ehtiyatsızlıqdan az ağır cinayətin törədilməsini, zərərçəkmiş şəxsin hüquqi varisinə dəymiş zərərin aradan qaldırılmasını, onunla barışıq əldə etməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı heç bir tələb və şikayətinin olmaması kimi halları, eləcə də iş üzrə cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının zəruri əlavə cəza kimi nəzərdə tutulduğunu nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə bu cəza əlavə cəza kimi təyin edilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq əsas və əlavə cəza ilə cəzanın əsas məqsədini təmin etmək mümkündür. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmaması, təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınaraq (CM-58.3), habelə ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını CM-nin 56.1.1-ci maddəsinə əsasən məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi sübut olan “BMW-525” markalı, **-GB-*** dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahibi Təqsirləndirilən şəxs, “Vaz-21074” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahibi zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, CPM-in: 197.1 və 197.1.4-cü maddələrinə əsasən mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə aiddir; 198.1-ci maddəsinə əsasən bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.6-197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər; İş üzrə mülki iddia yoxdur, məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 85 manat və 128 manat , ümumilikdə 213 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablansın. Barəsində seçilmiş başqa yerə getməmək haqqında qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan “BMW-525” markalı, **-GB-*** dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahibi Təqsirləndirilən şəxs, “Vaz-21074” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahibi zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə ümumilikdə 213 manat məbləğində ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar