Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-58/2023 15.05.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Saat 10:00-da Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Məhkəmə iclas katibi Qarayev Qiyas Sarvan oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Şirvan Regional Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Sabirabad rayonu, Minbaşı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı olan, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Sabirabad rayonu, Qarağac kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ictimai qaydanın pozulmasının qarşısını alan digər şəxsə müqavimət göstərməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən xuliqanlıq cinayət əməlini törətmişdir. Belə ki, o, 21 oktyabr 2022-ci il tarixdə, saat 21 radələrində ictimai yer hesab olunan Şirvan şəhəri, H.Əliyev prospekti 412 ünvanında yerləşən “Ağ Saray” şadlıq sarayında sərxoş vəziyyətdə digər şəxslər üçün çalınan musiqilərdə oynamaqla, həmin şəxslərin rahatlığını pozub, toy şənliyində ucadan ünvansız nalayiq ifadələr işlədərək, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan hərəkətlər edib, toy şənliyində ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən Zərərçəkmiş şəxs ictimai qaydaya riayət olunması ilə bağlı iradlarına məhəl qoymayıb, sonuncunun ünvanına nalayiq ifadələr işlətməklə ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, ətrafdakıların qanuni mənafelərinə toxunan hərəkətlərə yol verməklə digər şəxslərin gözü qarşısında vətəndaşlıq borcunu yerinə yetirən Zərərçəkmiş şəxs şadlıq sarayının həyətinə çağıraraq, Zərərçəkmiş şəxs başı ilə ağız nahiyəsinə vuraraq sonuncuya üst dodağın iç səthinin əzilmiş-deşilmiş yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirməklə ictimai qaydanın pozulmasının qarşısını alan digər şəxsə müqavimət göstərməklə xuliqanlıq etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 21 oktyabr 2022-ci il tarixdə tanışı Salyan rayonu, Yeni Uluxanlı kəndində yaşayan Elçinin Şirvan şəhərində yerləşən, “Ağ saray” şadlıq sarayında toy şənliyinə dəvətli olmuş, toy şənliyində spirtli içki içmiş, təxminən saat 21 radələrində toyda çalınan musiqilərə oynamış, üzdən tanıdığı Elçinin dayısı bildiyi Azər adlı şəxs gəlib ona “çıxın bir az da, başqaları oynasın” demiş, içkili olduğundan Azərin bu sözü ona pis təsir etmiş, onun dediyi sözə məhəl qoymayıb oynayacağını demiş və Azərlə söhbət etmək üçün toy şənliyindən bayıra çağırmışdır. Onun yanında başqa şəxslər də olmuş, lakin adlarını xatırlamır. İçkili vəziyyətdə o, yanında olan şəxslərlə birlikdə həyətə düşmüş, Azər isə ondan arxada gəlmişdir. Azərlə birlikdə “Ağ saray” şadlıq sarayın yan tərəfinə keçmişlər, onlardan arxada və kənardan kimlərin gəldiyinə fikir verməmişdir. Azərdən niyə görə belə etdiyini, onun toyda oynamağına imkan vermədiyini soruşduqda Azər ona toyda çalınan musiqilərə nəzarəti ona tapşırdıqlarını söyləmişdir. İçkili olduğundan bu söz ona pis təsir etmiş, ona görə də başı ilə Azərin ağız nahiyəsinə bir dəfə vurmuşdur. Bu təxminən 5 dəqiqə müddətində davam etmiş, Azər əlini ağzına tutub başını aşağı salmış, onun Azəri başı ilə vurmağını orada olan şəxslərdən kiminsə görüb görmədiyinə fikir verməmişdir. Azər ondan mobil nömrəsini istəmiş, o da mobil nömrəsini Azərə vermişdir. Bundan sonra orada olan şəxslər onun içkili olduğunu bilib getməyini dedikləri üçün şadlıq sarayının həyətində tanımadığı taksi ilə yaşadığı Sabirabad rayonu, Qarağac kəndinə getmişdir. Həmin gündən sonra bilmişdir ki, Zərərçəkmiş şəxs ondan onu vurmağı ilə bağlı Şirvan şəhər polis şöbəsinə müraciət etmişdir. Əməlindən peşmandır, zərərçəkmiş şəxslə barışmış və ona dəymiş ziyanı ödəmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadəsi, ekspertiza rəyləri və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 21 oktyabr 2022-ci il tarixdə bacısı oğlu Elçinin Şirvan şəhərində yerləşən, “Ağ saray” şadlıq sarayında toy şənliyində nəzarətçi kimi toy şənliyində oynayan şəxsləri sıra ilə tənzimləyirmiş, bu vəzifəni ona toy yiyəsi bacısının əri Cavid tapşırmışdır. Təxminən saat 21 radələrində bacısı oğlu Elçinin tanışı adını sonradan bildiyi Sabirabad rayonu, Qarağac kənd sakini Elyanur sərxoş vəziyyətdə bir neçə musiqini oynamış, toyda digər şəxslərin oynamasına imkan verməmişdir. O, toy şənliyində üzərinə düşən vəzifə kimi nəzarətçi olaraq bunu görmüş, Elyanurun bu hərəkətinin qarşısının alınması üçün ona yaxınlaşıb çox oynaması ilə bağlı iradını bildirib qolundan tutub kənara çəkmək istəyərkən Elyanur onun üstünə qışqırıb oynayacağını demiş, sözlərinə məhəl qoymamış, ona “gəl çıxaq bayıra, səninlə işim var, səni başa salacam” demişdir. O, Elyanura aşağı düşməmişdən əvvəl nə sözü varsa indi deməyini demiş, lakin Elyanur ona şadlıq sarayının həyətində söz deyəcəyini bildirmişdir. Elyanurun yanında onunla oynayan başqa şəxslər də olmuş, lakin həmin şəxsləri tanımamışdır. Elyanur səs-küy yarada-yarada yanında olan şəxslərin yanında onu ucadan nalayiq söyüşlər söyə-söyə pilləkanla aşağı düşmüş, tanışları Elyanurun yanında getmiş, o isə tək düşmüşdür.Elyanur həyətdə həmin şəxslərin yanından ayrılmış, onun qolundan tutub şadlıq sarayının yanına keçmişlər. Elyanura toyda nəzarətçi olduğunu, bunu ona toy yiyəsinin həvalə etdiyini demiş, bunu dedikdə Elyanur ona heç bir söz demədən anidən başı ilə ağız nahiyəsinə bir dəfə vurmuş, o əlini ağzına tutub başını aşağı salmış, dodağı içəridən xəsarət almışdır. Az sonra ora Elyanurun yanında olan şəxslər gəlmişdir. Elyanur bundan sonra oradan çıxıb getmişdir. Həmin hadisə zamanı Elyanuru vurmamış, mübahisə təxminən 5 dəqiqə müddətində davam etmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmış, ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Salyan rayonu, Yeni Uluxanlı kəndində ailə üzvləri ilə birlikdə yaşayır, Zərərçəkmiş şəxs onun qaynı, Şahid2 isə onun oğludur. xx.xx.2022-ci il tarixdə oğlu Elçinin Şirvan şəhərində yerləşən “Ağ Saray” şadlıq sarayında toy şənliyi olmuş, o, qaynı Azəri həmin toyda nəzarətçi qoymuş, Azər toy şənliyində çalınan musiqilərə camaatın sıra ilə oynamasını tənzimləmişdir. Üzdən tanıdığı, Sabirabad rayonu, Qarağac kənd sakini Təqsirləndirilən şəxs toy şənliyindən qaynı Azəri həyətə düşürdüb onunla mübahisə etdiyini toyun səhəri günü bilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki,Zərərçəkmiş şəxs onun dayısı, Sabirabad rayonu, Qarağac kəndində yaşayan Təqsirləndirilən şəxs onun tanışıdır. xx.xx.2022-ci il tarixdə Şirvan şəhərində yerləşən “Ağ Saray” şadlıq sarayında onun toy şənliyi olmuş, həmin toya Elyanur da, dəvətli olmuşdur. Dayısı Azər isə toy şənliyində nəzarətçi olmuş, toyda çalınan musiqilərə toyda oynayan şəxsləri sıra ilə tənzimləmişdir. Toy şənliyində Elyanur içkili olduğundan bir neçə musiqiyə oynamış, dayısı isə ona öz iradını bildirmiş və həmin gün şadlıq sarayının həyətində dayısı Azərlə mübahisə etmiş və dayısını vurmuşdur. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 məhkəmə zamanı araşdırılan ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanında qeydiyyatdadır və orada ailə üzvləri ilə birlikdə yaşayır. Şirvan şəhəri, H.Əliyev prospketi 412 ünvanında yerləşən “Ağ Saray” şadlıq sarayının sahibidir. Polis şöbəsinə çağırıldıqdan sonra ona məlum olmuşdur ki, sahibi olduğu restoranda xx.xx.2022-ci il təxminən saat 21 radələrində ikinci mərtəbədə olan toy şənliyində olan iki nəfər şəxs mübahisə etmiş, biri o, birinə nalayiq ifadələr işlətmiş, sonradan həyətə düşmüşlər, orada bir nəfər digərini döymüşdür. O, hadisə olan gün şadlıq sarayına gəlməmiş, bu barədə heç bir məlumatı olmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilən: Hadisə yerinə baxış keçirilməsi haqqında 23 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Şirvan şəhəri, Heydər Əliyev prospektindən Hacıqabul şəhəri istiqamətində gedərkən avtomobil yolunun sağ kənarında yerləşən “Ağ saray” şadlıq sarayının həyətinin yan tərəfidir. Həmin yerdə ikimərtəbəli “Ağ saray” şadlıq sarayı yerləşir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs şadlıq sarayının yerləşdiyi binanın yan tərəfini göstərib, hadisə vaxtı məhz həmin yerdə Təqsirləndirilən şəxs tərəfindən döyüldüyünü bildirmişdir. Zərərçəkmiş şəxs göstərdiyi yerə baxış keçirilərkən həmin yerin ictimai yer olması, həmin yerin yaxınlığında insanların hərəkət etməsi üçün asfalt yolun olduğu, həmçinin hadisə yerinin kənarı avtomobil yolunun olması müəyyən olunmuşdur. (i.v.38-44) 01 ədəd CD şəklində olan diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, cinayət işi materiallarına əlavə olunmuş içərisində bir ədəd disk açıldıqda 3 ədəd videofayl olması, həmin videofayldan birincisi açıldıqda 43 saniyə müddətində olması müəyyən edilmiş, videofaylı izlədikdə saat 21:41:31-də “Ağ saray” şadlıq sarayının ikinci mərtəbəsindən pilləkanla bir nəfər kişi cinsli ağ rəngli köynəkdə, tünd göy rəngli kostyumda olan şəxsi əvvəl 4 nəfər kişi cinsindən olan şəxslər düşürürlər, pilləkanın sonunda 2 nəfər kişi cinsindən olan şəxslərdən biri həmin tünd göy rəngli kostyumda olan şəxsin sol qolundan, digəri isə əlini çiyninə qoyub şadlıq sarayından bayıra çıxarırlar, həmin şəxslərin arxasınca 6 nəfər kişi cinsindən olan şəxslər çıxır. Videofayldan ikincisi açıldıqda 39 saniyə müddətində olması müəyyən edilmiş, videofaylı izlədikdə ağ rəngli köynəkdə, tünd göy rəngli kostyumda olan şəxs pilləkanla şadlıq sarayının həyətinə əsəbi halda düşür, yanında olan kişi cinsindən olan şəxs həmin şəxsi oradan uzaqlaşdırmaq istəyirlər, ağ rəngli köynəkdə, tünd göy rəngli kostyumda olan şəxs əynindəki pencəyini çıxarıb sonra geyinir, yanında 2 nəfər kişi cinsindən olan şəxslər, onların arxasınca isə toy şənliyindən çıxan 4 nəfər kişi cinsindən olan şəxslər gedir. Videofayldan üçüncüsü açıldıqda 02 dəq 22 saniyə müddətində olması müəyyən edilmiş, videofaylı izlədikdə “Ağ Saray” şadlıq sarayının yan tərəfində 2 nəfər kişi cinsindən olan kostyumda olan şəxslərin birinin səndələyə-səndələyə digərinə əl-qol ilə nə isə deyə-deyə mübahisə edərək digərinə yaxınlaşır, səndələyən deyil digər şəxs əli ilə şadlıq sarayını göstərməsi, sonra bir-birini dartıb birinin əyilib üzünü tutması, daha sonra isə onların yanına 2 nəfər kişi cinsindən olan şəxslərin yaxınlaşması, həmin 4 nəfər şəxslər birlikdə şadlıq sarayının binasının qarşısına tərəf piyada getdikləri müşahidə olunmuşdur. Baxışda iştirak edən Təqsirləndirilən şəxs videogörüntüdə ağ rəngli köynəkdə, tünd göy rəngli kostyumda olan şəxsin onun özünün olduğunu, tanışı Elçinin toy şənliyində olarkən sərxoş vəziyyətdə şadlıq sarayının içərisində Zərərçəkmiş şəxsla mübahisə edib şadlıq sarayının həyətinə çağırdığı zaman həmin videogörüntülərin qeydə alındığını bildirmiş, Zərərçəkmiş şəxs isə bu halı təsdiqləmişdir. (i.v 104-107) Məhkəmə-tibbi ekspertizasının 22 oktyabr 2022-ci il tarixli, 298 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı üst dodağın iç səthinin əzilmiş-deşilmiş yarası xəsarəti aşkar edilmişdir. Qeyd olunan xəsarət küt əşyanın təsirindən əmələ gəlməklə müxtəlif şəraitlərdə eyni zamanda müayinə olunanın göstərdiyi şəraitdə yəni kənar şəxs tərəfindən kəllə ilə vurulması zamanı əmələ gələ bilərdi. Müddəti müayinədən 1-2 gün əvvələ uyğundur. Qeyd olunan xəsarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. (i.v.20-21) İş üzrə verilmiş əməliyyat tapşırığına cavabdan məlum olur ki, 21 oktyabr 2022-ci il tarixdə, saat 21 radələrində Şirvan şəhəri, Heydər Əliyev prospektində yerləşən “Ağ Saray” şadlıq sarayında toy şənliyində Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə digər şəxslərə çalınan musiqilərə oynamış, ucadan nalayiq ifadələr işlətmiş, həmin şəxslərin rahatlığını pozub ictimai qaydanı pozmuş, ictimai qaydanın pozulmasının qarşısını alan Zərərçəkmiş şəxs iradlarına məhəl qoymayıb sonuncunu şadlıq sarayının həyətinə çağıraraq vətəndaşlıq borcunu yerinə yetirən Zərərçəkmiş şəxs şadlıq sarayının yerləşdiyi binanın yan tərəfində başı ilə ağız nahiyəsinə vurmuş, Təqsirləndirilən şəxs törətdiyi xuliqanlıq hadisəsi zamanı toy şənliyinin iş ahəngi pozularaq 5-10 dəqiqə vaxt ərzində durğunluq olmuş və hadisə vaxtı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs başqa heç kim vurmamışdır. (i.v. 85) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v. 86) Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Sabirabad rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsi tərəfindən daxil olmuş məktubda göstərilmişdir ki, Balayev X1 ŞMX-nın ruhi-əsəb və narkoloji kabinetlərində qeydiyyatda yoxdur. ( i.v. 51) Zərərçəkmiş şəxs Araz oğlu ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam şəkildə ödəmiş, təqsirləndirilən şəxslə barışmış, heç bir şikayət və tələbi yoxdur. Məhkəmə cinayət işi ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər yüz altmış saatdan iki yüz saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CM-nin 221.2.2-ci maddəsinə əsasən ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Xuliqanlığın əsas tərkibini təsbit edən Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasından, eləcə də “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarında, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Yusifovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair “17 fevral 2006-cı il tarixli,habelə “Azərbaycan Respublikası Cinayət Məcəlləsiinn 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarlarında xuliqanlıq cinayətinə verilmiş təfsirlərdən aydın olur ki,xuliqanlıq cinayəti ictimai qaydanı kobud surətdə pozan,cəmiyyətə açıqca hörmətsizlik göstərən qərəzli hərəkətlərdə ifadə olunmalı, həmin hərəkətlər isə vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi,yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Cinayətin bu cür təsbitindən görünən odur ki,cinayət olaraq xuliqanlığın xüsusiyyəti onu ictimai qaydanın pozulmasına səbəb olan və yaxud şəxslər üzərində zorun,hədənin tətbiq edilməsi,əmlakın məhv edilməsi,zədələnməsi ilə müşayiət edilən digər cinayətlərdən fərqləndirən başlıca əlamət qeyd edilən əməldə qəsdin məhz (birbaşa) ictimai qaydanın kobud surətdə pozulmasına,cəmiyyətə açıqca hörmətsizliyin göstərilməsinə yönəlməsidir. Xuliqanlıqda qəsdin yönəldiyi obyektin özünəməxsusluğu bu cinayət üçün spesifik olan xuliqanlıq kimi motivi (xuliqanlıq motivini) labüd edir.Təqsirkarın hərəkətlərini şərtləndirən (cinayətə sövq edən) amil,hərəkətverici qüvvə kimi çıxış edən xuliqanlıq motivi onun hamılıqla qəbul edilmiş əxlaq normalarının,birgəyaşayış qaydalarının ziddinə hərəkət etmək,eqoizmini nümayiş etdirib,özünü başqalarının fövqündə qoymaq kimi,son nəticədə ictimai qaydanı kobud şəkildə pozmaq,cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə etmək istəyini ehtiva edir. Belə ki,”Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir.Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir.Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir,bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini,yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir.Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək,gücünü nümayiş etdirmək, qalmaqal salmağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən hökmdə məhkəmə tərəfindən müəyyən edilən, irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən hallar təsvir edilməli, məhkəmənin həmin halların həqiqət olub-olmaması inamına gəlməsi üçün əsas verən sübutlar şərh edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri tədqiq edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi var, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 221.2.2-ci ilə tövsif edilmiş, əməlin cinayət olmasını aradan qaldıran hallar və onun cinayət məsuliyyətindən, cəzadan azad olunması üçün əsaslar yoxdur.Ona görə də Cinayət- Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs himayəsində 1 azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən, zərərçəkmiş şəxslə barışıq əldə etməsi Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən, vurulmuş ziyanı ödəməsi Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən, əməlindən peşman olması Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən yüngülləşdirən hallar qismində qəbul edir. Cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək, ədalətlilik, humanizm və qanunçuluq prinsipinə əməl etmək üçün, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və belə qənaətə gəlir ki, hazırki vəziyyətdə təqsirləndirilən şəxs cəmiyətdən təcrid olunmadan islah oluna bilər. Həmçinin işin obyektiv hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini, yüngülləşdirici halları, ağırlaşdırıcı halların olmamasını nəzərə alaraq belə hesab edir ki, onun barəsində islah işləri növündə cəza təyin edilməsi, cəzasını iş yeri üzrə çəkməsi, hökmün icrasının onun qeydiyyatda olduğu yer Sabirabad rayon İcra və Probasiya şöbəsinə həvalə olunması qanunamüvafiqdir. İş üzrə mülki iddia, məhkəmə xərcləri və maddli sübut yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351- 353, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə təqsirli bilinərək qazancından 10 % dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzasına məhkum edilsin. Cəzasını iş yeri üzrə çəksin və cəzaçəkməsinin əvvəli onun qazancından ilkin tutulmaların aparıldığı vaxtdan hesablansın. Barəsində seçilmiş «başqa yerə getməmək haqqında» iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs qeydiyyatda olduğu yer Sabirabad rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Səidə Məmmədova
Məhkəmə qərarları › İş №1(032)-58/2023
Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-58/2023
15.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver