Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-6/2023 03.10.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Saat 12:30 Şirvan şəhəri Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu DİMÜİ-nin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər X3 Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Şirvan şəhər Məhkəməsinin inzibati binasında xx.xx.1993-cü ildə Əli-Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Şirvan şəhəri Xəqani küçəsi, ev 20, mənzil 42-də qeydiyyatda olmaqla, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 0,513 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edib daşımaqla üzərində saxlamış, həmin narkotik vasitə heroinin 0,164 qramını 02 iyun 2022-ci il tarixdə saat 10 radələrində Şirvan şəhəri H.Əliyev prospekti, 26 saylı binanın qarşısında 10 manata Şahid3 satmış, 02 iyun 2022-ci il tarixdə saat 12:05 radələrində Şirvan şəhər polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində o, yaşadığı Şirvan şəhəri H.Əliyev prospektində saxlanılaraq Şirvan şəhər polis şöbəsinin inzibati binasına gətirilmiş və həmin tarixdə saat 13:10-da üzərində axtarış aparılan zaman əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümün içərisində təmiz çəkisi 0,349 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş, həmçinin, 05 iyun 2022-ci il tarixdə Şahid3 Şirvan şəhər polis şöbəsinin inzibati binasına gələrək bir ədəd sellofan bükümün içərisində təmiz çəkisi 0,164 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini könüllü olaraq polis əməkdaşına təhvil vermişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə elan olunmuş ittihamda özünü qismən, yəni CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində bildirdi ki, tutulmamışdan bir ay əvvəl narkotik vasitə heroindən istifadə etməyə başlamışdır. xx.xx.2022-ci il tarixdə, saat 10 radələrində yaşadığı Şirvan şəhəri, H.Əliyev prospektində gəzən zaman yerdə bir ədəd sellofan büküm görmüş, büküm onun marağını cəlb etdiyi üçün bükümü yerdən götürüb açmış, əvvəllər də istifadə etdiyindən tanıdığı üçün içərisinə baxan zaman narkotik vasitə heroin olmasını bilmiş və həmin narkotik vasitə heroini tapmış olduğu sellofan bükümdə şalvarının yan cibinə gələcəkdə istifadə etmək məqsədi ilə qoymuşdur. Həmin tarixdə, saat 12:05 radələrində yaşadığı Şirvan şəhəri, H.Əliyev prospektində piyada hərəkət edən zaman bir neçə şəxs ona yaxınlaşıb özlərini təqdim etmişlər və polis əməkdaşı olmalarını bildirmişlər. Polis əməkdaşları ona üzərində narkotik vasitə saxlama və narkotik vasitədən istifadə etmədə şübhəli olduğunu bildirib onu ŞPŞ-yə gətirmişlər. ŞPŞ-də olarkən otaqların birində, saat 13:10-da polis əməkdaşlarının, vəkilin iştirakı ilə videoçəkiliş vasitəsilə onun üzərində axtarış aparılmağa başlanılmış, axtarış aparılan zaman polis əməkdaşı ondan üzərində narkotik vasitə və ya hər hansı bir qanunsuz əşya olub-olmamasını soruşub, olduğu halda könül təqdim etməyini təklif etmiş, üzərində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümü çıxarıb polis əməkdaşlarına təqdim etmiş və bükümün içərisində narkotik vasitə heroin olmasını söyləmişdir. Bükümün içərisi açılıb baxıldıqda içərisində qəhvəyi rəngli, spesifik qoxulu narkotik vasitə heroinə bənzər kütlənin olması müəyyən edilmişdir. Polis əməkdaşına təqdim etdiyi narkotik vasitə heroin bükümdə ağ zərfə qablaşdırılmış, üzəri möhürlənmiş, bu barədə protokol tərtib olunmuş, tərtib olunmuş protokol vəkil, polis əməkdaşları və onun tərəfindən imzalanmışdır. Həmçinin məhkəmə iclasında vermiş olduğu ifadəsində Təqsirləndirilən şəxs bildirdi ki, o, narkotik vasitələrin satışı ilə məşğul olmamış, yalnız istifadə etmiş, narkotik vasitədən istifadə edərkən tək olmuş, yanında heç kim olmamışdır. Onun narkotik vasitədən istifadə etməyindən heç kimin xəbəri olmamışdır. O, Şahid3 adlı şəxsə narkotik vasitə satmadığını ibtidai istintaq zamanı da bildirmişdir. Şahid3 onunla qonşuluqda yaşamışdır. O, Şahid3la xx.xx.2022-ci il tarixdə görüşməmiş, xx.xx.2022-ci il tarixdə saat 11:10 radələrində Şahid3 onun istifadəsində olan mobil nömrəyə “Whatsapp” internet danışıq vasitəsi ilə zəng edib nə etməyini soruşmuş, o, da işə getməsini bildirmiş, Şahid3 narkotik vasitə satmamış və ya verməmişdir. Sonda özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilir. Əməlindən peşmandır və barəsində yüngül cəza təyin edilməsini, ona irəli sürülmüş olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə özünü təqsirli bilmədiyini və ona həmin maddə üzrə bəraət verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün qismən etirafı, şahidlərin ifadələri, şəxsi axtarış və götürmə barədə protokollar, iş üzrə keçirilmiş ekspertiza rəyləri, videoçəkilişlər və işin digər obyektiv halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs tanıyır, onunla qonşudur. Təqsirləndirilən şəxs narkotik vasitə almamış, polis şöbəsinə narkotik vasitə təqdim etməmişdir. Belə ki, onu yaşadığı evdən İlham və Telman adlı polis əməkdaşları polis şöbəsinə aparmış, Təqsirləndirilən şəxs qarşı ifadə verməyə, yəni ondan narkotik vasitə alması və həmin narkotik vasitəni guya gətirib polis şöbəsinə təhvil verməsi barədə ifadə verməyə məcbur edilmişdir. Polis əməkdaşları ilə razılaşmadığı üçün iki gün döyülmüş və ona yaşadığı evdən külli miqdarda narkotik vasitənin aşkar olunması ilə özünün cinayət məsuliyyətinə cəlb olunacağı barədə hədəqorxu gəlmişlər. Qorxduğu və döyüldüyü üçün razılaşmış, şahid qismində dindirilərkən və üzləşmə zamanı Təqsirləndirilən şəxs narkotik vasitə almasını bildirmiş, narkotik vasitəni könüllü təhvil verməsi barədə özü ərizə yazmışdır. Polis əməkdaşları ilə əlaqəsi olmamış, Təqsirləndirilən şəxs aldığı qeyd olunan narkotik vasitəni polis əməkdaşları ona vermişdir. İki gün polis şöbəsində saxlanıldıqdan sonra buraxılmış, həmin hadisədən 3-4 ay sonra Təqsirləndirilən şəxs narkotik vasitə almaması barədə ərizə vermişdir. Hazırda özü də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı törətdiyi cinayət əməlinə görə həbsdədir. Məhkəmədə düzgün ifadə verir, qeyd etdiklərinin nəzərə alınmasını xahiş edir. İbtidai araşdırma zamanı şahid qismində dindirilmiş Şahid3 bildirmişdir ki, Təqsirləndirilən şəxs təxminən bir il müddətdir tanıyır, Təqsirləndirilən şəxs ilə eyni binada yaşamışdır. Təqsirləndirilən şəxs ilə əvvəllər aralarında düşmənçilik və ədavəti olmamışdır. xx.xx.2022-ci il tarixdə istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edib ona bir bükümlük narkotik vasitə heroin lazım olmasını söyləmiş, Məhəmməd də ona yarım saat müddətinə hazır edəcəyini və 10 manat verəcəyini söyləmiş, o da razılaşmışdır. Həmin tarixdə, saat 10 radələrində Təqsirləndirilən şəxs ona zəng edib narkotik vasitə heroinin hazır olmasını, yaşadıqları Şirvan şəhəri, H.Əliyev prospekti, 26 saylı binanın qarşısında görüşmələrini söyləmiş, o da yaşadığı mənzildən binanın qarşısına enmiş, Təqsirləndirilən şəxs ilə görüşmüş, Təqsirləndirilən şəxs ona bir ədəd sellofan bükümdə narkotik vasitə heroin vermiş, o da, Məhəmmədə 10 manat pul vermiş, sonra çıxıb getmişdir. Təxminən bir saat sonra yaşadığı mənzildə həmin narkotik vasitə heroinin bir hissəsini istifadə etmiş, qalan hissəsini isə sellofan bükümdə gələcəkdə istifadə etmək məqsədi ilə saxlamışdır. İki gün müddətində narkotik vasitədən istifadə etməmiş, bu barədə fikirləşdikdə narkotik vasitəni tərgitmək qərarına gəlmiş və narkotik satıcılarının onu və digər insanları bu cür pis vərdişlərə qurşandırdıqlarını anlamış, bu səbəbdən xx.xx.2022-ci il tarixdə Şirvan ŞPŞ-yə gəlib Təqsirləndirilən şəxs almış olduğu narkotik vasitə heroini polis əməkdaşlarına könüllü təqdim etmişdir. Məhəmmədlə söhbəti zamanı sonuncu narkotik vasitə istifadəçisi olmasını, hətta narkotik vasitə satmasını ona söyləmiş və ona lazım olacağı təqdirdə bu barədə ona deməsini söyləmişdir. O, son iki ay müddətində iki dəfə Məhəmməddən, hər dəfə bir bükümdə narkotik vasitə heroin almışdır. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitə heroin aldığı zaman Məhəmmədə vermiş olduğu 10 manat pul 10 manatlıq əskinaz olmuşdur. Hər iki dəfə Təqsirləndirilən şəxs aldığı narkotik vasitə heroin bir ədəd bükümdə olmuş və hər dəfə 10 manat pul verib almışdır. O, sonra fikirləşdikdə öz sağlamlığı üçün narkotik vasitə heroini tərgitmək və müalicə almaq qərarına gəlmiş, həmçinin Təqsirləndirilən şəxs və Məhəmməd kimi insanların narkotik vasitələri sataraq onun və digər insanların narkotik aludəçisi olmasına səbəb olduğunu anlamış, digər insanları da narkotik kimi pis vərdişə qurşandırmaması üçün Məhəmməddən almış olduğu narkotik vasitə heroini polis əməkdaşlarına təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şirvan şəhər Polis şöbəsinin NMQnun sabiq əməliyyat müvəkkili Şahid2 ifadəsində bildirdi ki, xx.xx.2022-ci il tarixdə Şirvan şəhər Polis şöbəsinin NMQ-nun sabiq baş əməliyyat müvəkkili Şahid1 icraatına ünvan 1də yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində saxlaması və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı əsasında təxirəsalınmadan Təqsirləndirilən şəxs üzərində axtarış aparılması zərurəti yaranmışdır. Şirvan şəhər polis şöbəsinin NMQ-nun baş əməliyyat müvəkkili polis polkovnik-leytenantı Şahid1 ilə birlikdə Təqsirləndirilən şəxs yeri müəyyən edilərək xx.xx.2022-ci il tarixdə, saat 12:05 radələrində yaşadığı Şirvan şəhəri, H.Əliyev prospketində saxlanılıb polis şöbəsinə gətirilmişdir. Polis şöbəsinin inzibati binasının otaqlarının birində, saat 13:10-da videoçəkiliş vasitəsi ilə vəkilin və yuxarıda adı çəkilən polis əməkdaşının iştirakları ilə Təqsirləndirilən şəxs üzərində axtarış aparılmış, axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd sellofan büküm aşkar olunmuş, həmin büküm açılıb içərisinə baxış keçirildikdə içərisində qəhvəyi rəngli, spesifik qoxulu narkotik vasitə heroinə bənzər maddənin olması müəyyən edilmişdir. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd sellofan bükümdə narkotik vasitə heroinə bənzər maddə ekspertizaya təqdim olunması üçün qablaşdırılmış, üzəri möhürlənmiş, bu barədə protokol tərtib olunmuş, həmin protokol onun, digər polis əməkdaşı, vəkil və Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə heroinə bənzər maddə barəsində ekspertiza rəyi alınması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şirvan Regional ekspertizası mərkəzinə təqdim edilmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, Şirvan şəhər Polis şöbəsinin NMQ-nun sabiq baş əməliyyat müvəkkili Şahid1 ibtidai araşdırma zamanı şahid qismində vermiş olduğu ifadəsində Şahid2 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyərək, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Məhkəmə iclasında cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsini əks etdirən videoçəkilişlərə baxış keçirilmişdir. xx.xx.2023-cü il tarixli videoçəkilişdən görünür ki, müdafiəçi X1 iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd sellofan büküm aşkar olunmuş, sellofan bükümdə narkotik vasitə heroin olduğunu bildirmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd sellofan bükümə baxış keçirildikdə içərisində narkotik vasitə heroinə bənzər maddə olması müəyyən olunmuşdur. Bundan başqa şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı üzərindən hər hansı bir qanunsuz əşya və ya predmet, o cümlədən başqa narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X7 Bölməsinin 02 iyun 2022-ci il tarixli, 18/619 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “...Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitəyə bənzər kütlə...” sözləri yazılmış kağız paketdəki 01 ədəd sellofan bükümdə təmiz çəkisi - 0,349 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir. (İ siyahı). Heroinin təmiz çəkisi - 0,349 qram, tədqiqata istifadə olundu - 0,05 qram, qalıq 0,299 qramdır; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X7 Bölməsinin 06 iyun 2022-ci il tarixli, 18/634 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Şahid3 özünün könüllü surətdə...” sözləri yazılmış kağız paketdəki 01 ədəd sellofan bükümdə təmiz çəkisi - 0,164 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir. (İ siyahı). Heroinin təmiz çəkisi - 0,164 qram, tədqiqata istifadə olundu - 0,05 qram, qalıq 0,114 qramdır; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X7 Bölməsinin 20 avqust 2022-ci il tarixli, 18/898 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə heroinlə Şahid3 könüllü olaraq təqdim etdiyi narkotik vasitə heroin xarici əlamətlərinə və tərkibində olan komponentlərə görə eynidir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi PHŞ Ambulator Məcburi-Narkoloji tibbi yoxlamaya dair xx.xx.2022-ci il tarixli 4422 nömrəli rəyində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür; İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: şəxsi axtarış və götürmə aparılması haqqında 02 iyun 2022-ci il tarixli protokoldan və videoçəkilişdən görünür ki, 02 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Şirvan şəhər Polis şöbəsinə gətirilib üzərində axtarış aparılan zaman əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümdə içərisində narkotik vasitə heroinə bənzər maddə aşkar olunaraq götürülmüşdür; 02 iyun 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan və qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində xx.xx.2022ci il tarixdə, saat 12:45-də tutulmuşdur; 03 iyun 2022-ci il tarixli cinayət işinin başlanması və aidiyyəti üzrə göndərilməsi haqqında qərardan görünür ki, material üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və cinayət işi aidiyyəti üzrə Şirvan şəhər polis şöbəsinin İB-nə verilmişdir; 03 iyun 2022-ci il tarixli cinayət işinin icraata qəbul olunması haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işi Şirvan şəhər Polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi, polis kapitanı X5 icraatına qəbul edilmiş və ibtidai istintaqı aparılmışdır; 04 iyun 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir; 04 iyun 2022-ci il tarixli polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilmişdir; Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən Şirvan ŞPŞ-nə daxil olmuş tələbnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə hər hansı bir məlumat yoxdur; 05 iyun 2022-ci il tarixli ünvan 3 ünvanında yaşayan Şahid3 Şirvan ŞPŞ-yə ünvanladığı ərizədə Şirvan şəhər sakini olan tanışı Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 10 radələrində 10 manat müqabilində almış olduğu bir ədəd selofan bükümdə narkotik vasitə heroini könüllü olaraq polis əməkdaşlarına təhvil vermək istədiyi qeyd edilmişdir; 05 iyun 2022-ci il tarixli götürülmə aparılması barədə qərardan görünür ki, Şahid3 təqdim etdiyi içərisində narkotik vasitə heroin olmasını bildirdiyi bir ədəd selofan büküm material əhəmiyyət kəsb etdiyindən götürülmüşdür; 05 iyun 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan və qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində xx.xx.2022ci il tarixdə, saat 12:30-da tutulmuşdur; 06 iyun 2022-ci il tarixli cinayət əməlinin tövsif edilməsi barədə qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə istintaq aparılan ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələrinə tövsif edilmiş və cinayət işinin ibtidai istintaqı davam etdirilimişdir; 06 iyun 2022-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə yenidən ittiham elan edilmişdir; Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsinə 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır; 26 avqust 2022-ci il tarixli Şirvan şəhər Məhkəməsinin qərarından görünür ki, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimat təmin edilmiş, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 01 (bir) ay, yəni xx.xx.2022-ci il tarixədək uzadılmışdır; Şirvan İcra Hakimiyyəti başçısının 1 nömrəli İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 488 nömrəli xasiyyətnamədə qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs barəsində Şirvan İcra Hakimiyyəti başçısının 1 nömrəli İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinə yazılı və şifahi olaraq heç bir şikayət daxil olmamışdır; Şirvan şəhər Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli 1(032)-268/2022 nömrəli qərarından görünür ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinin kimə məxsus olması, həmin nömrəyə 2022-ci il yanvar ayından 2022-ci il iyun ayınadək daxil olan və çıxan zənglər, daxil olan və çıxan sms məlumatları və mətnləri, habelə watsapp məlumatları (whatsapp yazışmalar) və mətnləri "xxxx" MMC-dən götürülməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs Şahid3 narkotik vasitə heroini satmamasına dair hissədə və şahid qismində dindirilmiş Şahid3 məhkəmə iclasında verdikləri ifadələrinə, eləcə də Şahid3 Təqsirləndirilən şəxs ona narkotik vasitə satmaması barədə Şirvan şəhər məhkəməsinə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizəsində qeyd etdiklərinə qiymət verərək onları qəbul etmir və bildirir ki, həmin ifadələr və ərizədə göstərilənlər işin halları ilə təsdiq olunmur. Belə ki, Şirvan şəhər prokurorluğundan daxil olmuş 09 sentyabr 2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, Şirvan şəhər polis şöbəsinin istintaq bölməsində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi istintaq olunmuş, həmin cinayət işinin istintaqı zamanı Təqsirləndirilən şəxs qanunsuz əməlləri barədə şahid qismində dindirilmiş Şahid3 ifadə verməsi üçün polis əməkdaşları tərəfindən hər hansı zorakılığa, işgəncəyə və ya hədə-qorxuya məruz qalması barədə şəhər prokurorluğuna və Şirvan şəhər polis şöbəsinə müraciət daxil olmamışdır. "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilmiş məlumatlara əsasən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsinə daxil olan mesajlarda “qaqa ne oldu axi men seni gozdeyirem axi mene cvb ver watp iwdemir nmremi yig imkan ele tez ele qaqa,qalmiwam agrida pulum duzelmir,sat20 40yigacam acarsan teli”, “qaqa bidene 2 ta king vare siqaret ondan al gelde basinadonum iple sallayacam salafana qoyac sende qoyarsan salafana catanda vzv at”, “yene eskik verdunde nolar eybi yox”, “sarimisan meni dersen 10 deqe ayib door a. ...... o amanatin icine men derem ollem lomkadan sen ... qoymursan.nese sene yiganin ..... davay” və onun istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsindən müxtəlif nömrələrə göndərilmiş mesajlarda “Qaqa bir azprablem var oncun belee alindi .telesirsense cox bir dost var yegane arxasinda deyim get götur ondan.amma pulu men kod deyim ora at”, “day qaqa o ....... denen birazdan zeng vuracam gelib götürerde yanimda adam var danisa bilmirem ...... elebil. Bekar olan kimi yigacam gelib götürer”, “Qaqaaa acdaaaa day qrujonnu gelib durmusaç burda sikiç yanacam indi”,“4169-7413-9519-3079 kapital bangdı 11 atki faiz tutur at mene de” (sonuncu mesaj Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsindən Şahid3 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə daxil olmuşdur) kimi mesajlara rast gəlinir, bu bir daha onun narkotik vasitələrin satışı ilə məşğul olmasına dəlalət edir. (qeyd edilən SMS mətnlərində söyüşlər olduğundan həmin hissələr nöqtələrlə işarələnmişdir) Məhkəmə bu kontekstdə çıxış edərək qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında vermiş olduğu ifadə, yəni Şahid3 narkotik vasitə satmaması ilə bağlı bildirdikləri şahid Anar Cəfərovun ilkin ifadəsi, iş materiallarında olan "xxxx" MMC-dən əldə edilmiş məlumatlar, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə heroinlə Şahid3 könüllü olaraq təqdim etdiyi narkotik vasitə heroinin xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni tərkibli olması və digər mötəbər sübutlar ilə tam təkzib olunur, işin halları sözügedən şahidə kənar təsirin olmasını istisna etmir. İş materiallarından görünür ki, cinayət işi üzrə şahid Nəcəfov X6 Cəfərlinin üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə heroinlə xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni tərkibli olan heroini könüllü olaraq Şirvan şəhər Polis şöbəsinə təqdim etmiş, bu barədə öz xətti ilə şöbənin rəhbərliyinə ərizə ünvanlamış, ilkin izahat vermiş, ərizəsində və ilkin izahatında Təqsirləndirilən şəxs narkotik vasitə almasını bildirmiş, həmçinin aralarında üzləşdirmə dindirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Şahid3la təqsirləndirilən Təqsirləndirilən şəxs ifadələrində göstərdikləri xüsusatları bir-birinin üzünə qarşı demişlər. Şahid3 məhkəmə baxışında Şirvan şəhər Polis şöbəsində polis əməkdaşları tərəfindən döyülməsi və Təqsirləndirilən şəxs narkotik vasitə almasına dair etirafedici ifadələr verməyə məcbur olunması barədə vermiş olduğu ifadəsində bildirdiklərinə münasibətdə məhkəmə hesab edir ki, həmin ifadə təqsirləndirilən şəxsin məsuliyyətdən yayınmasına yönəlmiş hərəkətlərdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına görə Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsində nəzərdə tutulan könüllü gəlib təqsirini boynuna alma halının mövcud olub-olmaması məsələsinə baxarkən məhkəmələr “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəlarının şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2012-ci il tarixli qərarında “könüllü gəlib təqsirini boynuna alma” müddəasının “törədilmiş və ya hazırlanan cinayətdə iştirak etməsi barədə şəxsin azad və könüllü surətdə (hər hansı bir psixi və ya fiziki təsirə məruz qalmadan) istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanlara və ya digər dövlət orqanına gələrək yazılı və ya şifahi şəkildə məlumat verməsi” kimi təfsir olunduğunu nəzərə almalı və bu təfsirlə şərtləndirilən halların, o cümlədən şəxsin qeyd olunan orqanlara gəlməsinin onun azad iradə ifadəsi, verdiyi məlumatın isə düzgün olubolmamasını tam, hərətərfli və obyektiv yoxlamalıdırlar. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 9-cu bəndində qeyd olunmuşdur ki, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Belə olan vəziyyətdə Təqsirləndirilən şəxs və şahid qismində dindirilmiş Şahid3 məhkəmə iclasında vermiş olduqları ifadələrinə inanıb onları qəbul etmək üçün məhkəmədə heç bir əsas yoxdur. Beləliklə məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə düzgün tövsif edilmişdir və o, həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyul 1997-ci il tarixli 1 saylı Qərarının 3-cü bəndinə görə əldə etmə dedikdə, narkotik vasitələrin satın alınması, başqa əmlakla və ya əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisi, xaşxaşın və ya onların müəyyən hissəsinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahəsindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması və s. hərəkətlər başa düşülməlidir. Təqsirli şəxsin narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin öz ixtiyarında saxlanılması ilə əlaqədar olan hər hansı bir qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.). Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, digər sənədləri sübut növü kimi qəbul edərək, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə tövsif olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddələrdə göstərilən cinayət əməllərini törətməsi, yəni satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək saxlaması və satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satması, onun həmin əməlləri törətməkdə təqsirli olması şahidlərin ifadələri, işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. İnsan Hüquqlarının və X4 Haqqında 3 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-nin 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunvericilik CM-nin 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını CM-nin 59.1.4-cü maddəsinə, yaşadığı yerdən müsbət xasiyyətləndirilməsini Azərbaycan Respbulikası CM-nin 59.2-ci maddəsinə əsasən iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdırıcı halların olmasını, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. İş materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə saxlanıldığı Şirvan şəhər polis şöbəsinin MSY-dən azad olunaraq barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən həmin hal nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətə daxil edilir. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbiri tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Şirvan şəhər Polis şöbəsində maddi sübut kimi saxlanılan 0,413 qram (0,299 +0,114=0,413) narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, cinayət işinə əlavə edilmiş iki ədəd “CD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə məhkəmə xərcləri 92 (doxsan iki) manat 75 (yetmiş beş) qəpik təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPMnin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə, hazırki iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1 və 234.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347-349, 351-353, 356-358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə təqsirli bilinib Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi şübhəli şəxs qismində həbsdə saxlanılması nəzərə alınıb cəzasından 02 (iki) gün çıxılmaqla onun üzərində qəti olaraq 03 (üç) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvəsində saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Şirvan şəhər Polis şöbəsində maddi sübut kimi saxlanılan 0,413 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 92 manat 75 qəpik manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmiş iki ədəd “CD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə rəsmi təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişdirsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №1(032)-6/2023
Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-6/2023
03.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver