Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(032)-6/2024 27.08.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ saat 17:55-də Şirvan şəhər Məhkəməsinin hakimi X9 oğlunun sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı3, Zərərçəkmiş şəxs, müdafiəçi Azərbaycan Respublikası Vəkillər X5 Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1969-cu il tarixdə Gürcüstan Respublikası Marneuli rayonu Qızılhacılı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, təqaüdçü, məhkumluğu olmayan, Bakı şəhəri Nizami rayonu T. Abbasov küçəsi ev 83, mənzil 6-da qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şirvan şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir. Belə ki, o, özgənin əmlakını ələ keçirmək məqsədilə əvvəlcədən razılaşmaları əsasında Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Respublika X8 müraciəti üzrə İİ qrup əlilliyinin bərpa olunmasına köməklik edəcəyini vəd verməsi ilə Zərərçəkmiş şəxs Şirvan şəhəri ərazisində olduğu zaman özünün adına olan "xxxx" ASC-yə məxsus 4169 7385 6133 0386 saylı kart hesabından “Birbank” mobil tətbiq vasitəsilə ona məxsus "xxxx" ASC-yə məxsus 4098 5844 6232 0613 saylı kart hesabına 28 fevral 2023-cü il tarixdə 15 manat, 01 mart 2023-cü il tarixdə 15 manat, 03 mart 2023-cü il tarixdə 20 manat, 07 mart 2023-cü il tarixdə 200 manat, 10 mart 2023-cü il tarixdə 300 manat və 18 mart 2023-cü il tarixdə 30 manat pul köçürmüş, lakin o, vədinə əməl etməyib Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək aldatma yolu ilə ona ümumilikdə 580 manat maddi ziyan vurmaqla vahid niyyətlə dələduzluq etmişdir. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadə verib göstərdi ki, o, Şahid uzun müddətdir tanıyır. Habil ona zəng edərək Şirvanda molla işləyən bir tanışının Bakı şəhərinə gələcəyini, həmin şəxsin təxminən 10 il bundan əvvəl əlilliklə bağlı pensiya almasına onun köməklik etməsini istəmiş, hal-hazırda pensiyasının dayanmasını, həmin şəxsin Bakı şəhərində yerləşən X2 gələcəyini, həmin şəxsin institutda müvafiq həkimlərin qəbulunda olmasına köməklik etməyini xahiş etmiş, o da razılaşmışdır. Ertəsi gün saat 10 radələrində Habillə danışıb Bakı şəhəri “Qara Qarayev” metro stansiyasının yaxınlığında olan “Azərpoçtun” qarşısında görüşmüş, həmin vaxt Habil onu Cavadla tanış etmişdir. Cavad və Habil ona X4 İnsititutunda həkim müayinəsindən keçməli olduğunu və bu səbəbdən ona köməklik etməyini söyləmiş, oda köməklik edəcəyini demişdir. Habil həmin vaxt işinin olmasını və Cavadla onun həmin instituta getməyini, ona köməklik etməyini söyləmiş, oda razılaşmışdır. Bundan sonra Cavadla birlikdə X2 getmiş, orada Cavadın həkimlərin müyainəsindən keçməsinə köməklik etmiş, Cavadın bir-bir həkimlərin müayinəsindən keçdiyi zaman yanında olmuşdur. Cavad həkimlərin müayinəsindən keçdikdən sonra müayinə kağızlarını götürmüş və birlikdə həmin institutun yaxınlığında olan “Borçalı” adlı kafedə əyləşib nahar etmişlər. Cavad ona Şirvan şəhərinə qayıdacağını söyləmiş, oda ona həmin X1 aldığı xəstəlik sənədini Şirvan şəhər mərkəzi xəstəxanasına verməsini, orada qeydiyyata alınmasını söyləmiş, Cavad da həmin xəstəxanaya verəcəyini bildirmişdir. Həmin söhbət zamanı Cavada onunla birlikdə həmin instituta getməyini, ona orada həkimlərin müayinəsindən keçməsinə köməklik etməsini, onun da 2-ci qrup əlil olmağını və xəstəliyi ilə bağlı dərmandan istifadə etməsini, bu səbəbdən ona maddi yardım göstərməsini söyləmiş, Cavad da razılaşmış, Şirvan şəhərinə gedib həmin xəstəlik sənədini Şirvan şəhər mərkəzi xəstəxanasına verdikdən sonra ona pul göndərəcəyini söyləmiş, sonra Cavad getmişdir. Həmin gün axşam Cavad ona zəng edərək adına olan bank kartının şəkilini çəkib “Whatsap” sosial mesajlaşma tətbiqində onun istifadəsində olan nömrəyə atmağını söyləmişdir. O da adına olan "xxxx" ASC-yə məxsus kartının şəkilini çəkib Cavada atmışdır. Cavad da həmin vaxt onun kartına 15 manat pul yükləmişdir. Bundan sonra bir neçə gün ərzində Cavad onun adına olan həmin karta iki dəfə olmaqla ümumilikdə 65 manat pul yükləmişdir. Bundan sonra o, Cavada zəng edib Bakı şəhərinə gəlməsini, həmin xəstəlik sənədini özü ilə gətirməsini, xəstəlik sənədini Bakı şəhəri, 4-cü Mikrorayon ərazisində yerləşən X8 təqdim etməyini, həmin mərkəzdə qeydiyyata düşməsini, bunun əlilliyinin bərpa olunması üçün vacib olmasını söyləmişdir. Cavad da razılaşmış və ertəsi gün Bakı şəhərinə gəlmişdir. Onunla həmin mərkəzin yaxınlığında olan kafedə əyləşib söhbət etmiş, həmin zaman Cavada həmin xəstəlik sənədini həmin mərkəzə verməyini, orada qeydiyyata alınmasını, bundan sonra Şirvan şəhər mərkəzi xəstəxanasına müraciət edib əlilliklə bağlı sorğunun göndərilməsini ona bildirmişdir. Sonra Cavadla həmin mərkəzə gedib ona məxsus xəstəlik sənədini həmin mərkəzdə qeydiyyata alınması üçün təqdim etmiş, həmin mərkəzdən qeydiyyata alınması bildirilmiş və bu barədə Cavada sənəd verilmişdir. Oradan çıxdıqdan sonra Cavada əziyyətinin qarşılığında ona maddi köməklik etməsini xahiş etmiş, Cavad ona əziyyətinin qarşılığında köməklik edəcəyini söyləmişdir. Bundan sonra Cavad Şirvan şəhərinə getmişdir. Şirvan şəhərində olduğu zaman ona zəng edib ona vermiş olduğu sözü tutmasını bildirmiş, həmin vaxtdan 3 gün sonra Cavad onun adına olan, ona göndərdiyi bank kartına 200 manat məbləğində pul göndərmişdir. Sonra ona zəng edib yenə pul göndərəcəyini söyləmişdir. Təxminən 1 həftə sonra Cavad onun adına olan karta 300 manat pul yükləmişdir. Bir müddət sonra Cavad ona zəng edib ona vermiş olduğu pulu geri qaytarmasını söyləmiş, oda Cavada onun almış olduğu xəstəlik sənədinin əslini gətirib ona təhvil verməsini, bundan sonra həmin pulu qaytaracağını söyləmiş, Cavad da razılaşmamışdır. Törətdiyi əmələ görə çox peşmandır. Zərərçəkmiş şəxslə barışmış, ona dəymiş ziyanı tam ödəmişdir. Təqsirləndirilən şəxs bu barədə məhkəməyə ərizə təqdim edərək iş üzrə cinayət təqibinə xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verib göstərdi ki, o, uşaq yaşlarından bronxit-astma xəstələyindən əziyyət çəkir, 2010-cu ildən etibarən həmin xəstəliklə bağlı İİ qrup əlil kimi təqaüd almış, lakin 2020-ci il tarixdə İİ qrup əlil kimi 10 il müddəti bitdiyindən təqaüdü dayandırılmışdır. 2023-cü il tarixədək yenidən əlil kimi təqaüd almağı ilə bağlı Şirvan şəhər MX-na müraciət etmiş, 2023-cü il tarixdə fevral ayının ortalarında əlilliklə bağlı təqaüd almağı üçün Şirvan şəhər MX-dan Bakı şəhərində yerləşən X11 İnstitutunda müayinədən keçmək üçün göndəriş almışdır. Bundan sonra Bakı şəhərində yaşayan qohumu Şahid zəng edib Bakı şəhərində yerləşən X11 İnstitutuna gələcəyini, həmin institutu tanımadığını, orada həkimlərin müayinəsindən keçməli olduğunu söyləmiş, qohumu Şahid də Bakı şəhərinə gəldiyi zaman görüşməyi, onun həmin institutu tanımasını, onu oraya aparacağını söyləmişdir. Ertəsi gün Şirvan şəhərindən Bakı şəhərinə getmiş, Bakı şəhəri, “Qara Qarayev” metrostansiyasının yaxınlığında yerləşən poçtun yanında Şahidlə görüşmüş, O da onu Təqsirləndirilən şəxs ilə tanış etmişdir. Şahid ona vacib işlərinin olmasını, bu səbəbdən onunla həmin instituta gələ bilməyəcəyini, bu səbəbdən dostu olan Təqsirləndirilən şəxs çağırmasını, onun həmin institutu tanımasını, onu oraya aparacağını və orada həkimlərin müayinəsindən keçməyinə köməklik edəcəyini söyləmişdir. O da razılaşmış, sonra Şahid getmiş və o, Təqsirləndirilən şəxsla birlikdə X11 İnstitutuna getmiş, orada sıra ilə həkim müayinəsindən keçmiş, həkim müayinəsindən keçməyi ilə bağlı da xəstəlik sənədlərini almışdır. Oradan çıxdıqdan sonra həmin institutun yaxınlığında olan adını xatırlamadığı kafedə Kinyazla əyləşib nahar etmişdir. Həmin zaman Kinyazla söhbət edərkən Kinyaz ona onun X6 və Əmək və Əhalinin Sosial Müdafiə Fondunda tanışının olmasını, istədiyi təqdirdə onu əlilliklə bağlı təkrar komissiyadan keçəcəyinə köməklik edəcəyini və yenidən təqaüd ala biləcəyini söyləmişdir. O da razılaşmışdır. Bu zaman Kinyaz ona bunun qarşılığında onun söylədiyi zaman müəyyən məbləğlərdə ona pul verəcəyini və bu barədə qohumu Şahid bilməməsini söyləmiş, o da razılaşmışdır. Kinyazla nahar etdikdən sonra Şirvan şəhərinə gəlmişdir. Ertəsi gün Kinyaz ona zəng edərək onun əlilliklə bağlı təkrar komissiyadan keçib təqaüd ala bilməyi üçün X8 gedəcəyini, orada olan tanışı ilə bu barədə söhbət edəcəyini və bu səbəbdən ona pul göndərməyini, həmçinin söylədiyi zamanlarda da deyəcəyi məbləğlərdə pul göndərməsini bildirmişdir, o da razılaşmışdır. Kinyaz ona “Whatsap” sosial şəbəkəsi vasitəsilə "xxxx" ASC-yə məxsus bank hesabı kartını göndərmiş və həmin karta söylədiyi zamanlarda söylədiyi məbləğlərdə pul göndərməsini bildirmişdir. O da Kinyazın hər dəfə söyləməsi ilə adına olan "xxxx" ASC-yə məxsus bank kartı hesabından Kinyazın həmin bank kartı hesabına mobil telefonunda olan “Birbank” tətbiqi vasitəsilə xx.xx.2023-cü il tarixdə 15 manat, xx.xx.2023-cü il tarixdə 15 manat, xx.xx.2023-cü il tarixdə 20 manat, xx.xx.2023-cü il tarixdə 200 manat, xx.xx.2023-cü il tarixdə 300 manat və xx.xx.2023-cü il tarixdə 30 manat olmaqla, ümumilikdə 580 manat pul göndərmişdir. Bundan sonra Kinyaz ona zəng edərək Bakı şəhərinə gəlməyini, onun X11 İnstitutunda həkim müayinəsindən keçməyi ilə bağlı xəstəlik sənədlərini gətirməyini, həmin sənədləri X8 təqdim edəcəyini və onun komissiyadan keçərək yenidən təqaüd alacağını söyləmişdir. O da ona onun xəsətlik sənədlərinin təsdiq olunması ilə bağlı sənədin Şirvan şəhər MX-dan Əmək və Əhalinin Sosial Müdafiə Fonduna göndərilmədiyini, həmin sənəd göndərildiyi zaman gələcəyini bildirmişdir. Kinyaz da ona həmin sənədin göndərilməsinin əhəmiyyətinin olmadığını, onun söylədiyi kimi Bakı şəhərinə gəlməyini və X3 tanışının olmasını, onun işini orada həll edərək yenidən əlilliklə bağlı təqaüd alacağını söyləmiş, o da razılaşmışdır. 2023-cü ilin mart ayının sonlarında Bakı şəhərinə getmiş, X7 yaxınlığında yerləşən kafedə Kinyazla görüşmüş, sonra Kinyazla birlikdə X8 getmiş, lakin Kinyaz ona həmin binanın qarşısında gözləməyini, xəstəlik sənədlərini ona verməyini, onun içəri daxil olub tanışı ilə söhbət edəcəyini bildirmiş, o da onun söylədiyi kimi etmiş, xəstəlik sənədlərini ona vermiş və həmin binanın qarşısında gözləmişdir. Kinyaz içəri daxil olmuş, bir müddət keçdikdən sonra həmin mərkəzdən çıxıb onun yanına gəlmiş və ona tanışının orada olmadığını söyləmişdir. Həmin vaxt Kinyaz ona getməyini, onun tanışı ilə görüşüb söhbət edəcəyini, onu təkrar komissiyadan keçirərək əlilliklə bağlı təqaüd alacağını söyləmişdir. Novruz bayramından sonra Kinyazla əlaqə saxlamış, Kinyazdan işini həll edib-etməməsini soruşmuş, o da ona Şirvan şəhər MX-dan xəstəliyi ilə bağlı sənədin Əmək və Əhalinin Sosial Müdafiıə Fonduna göndərməyini, onun da tanışı ilə danışmasını və təkrar komissiyadan keçərək təqaüd alacağını söyləmiş, o da ona Şirvan şəhər MX-dan həmin xəstəlik sənədinin göndərilməsinə ehtiyac olmamasını söyləməsini xatırladıb hansı səbəblə hal-hazırda həmin sənədin göndərilməsinin söyləməsini soruşmuş, o da müxətlif bəhanələr söyləmişdir və o həmin zaman Kinyazın onu aldatmasını bilmişdir. Həmin vaxt Kinyazdan ona hissə-hissə göndərmiş olduğu 580 manat pulu geri verməsini istəmiş, o isə verməyəcəyini bildirmişdir. Bundan sonra qohumu Şahid zəng edib olanları söyləmiş, Şahid də bu barədə Kinyazla danışacağını söyləmişdir. Biraz sonra Habil ona zəng edib Kinyaza vermiş olduğu pulu geri qaytarmasını söylədikdə Kinyazın həmin pulu verməyəcəyini söyləməsini və onu da nalayiq ifadələrlə təhqir etməsini bildirmişdir. Hazırda ona dəymiş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxs ilə barışmışdır. Ondan şikayəti və tələbi olmadığını bildirib, bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid Zərərçəkmiş şəxs ifadəsində göstərdiklərini təsdiq edərək tanışı Təqsirləndirilən şəxs qohumu Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Respublika X8 müraciəti üzrə İİ qrup əlilliyinin bərpa olunmasına köməklik edəcəyini vəd edib 580 manat pulunu aldığını, sonradan vədinə əməl etmədiyini bildirdi. İş materiallarında olan 31 may 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında və qətimkan tədbiri seçilməsi haqqında qərarlardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 26 mart 2023-cü il tarixli əşyanın götürülməsi və baxış keçirilməsi protokoldan görünür ki, bank kartlarının fotoşəkilləri olduğu vərəqdə Zərərçəkmiş şəxs adına olan "xxxx" ASC-yə aid 4169 7385 6133 0386 saylı bank kartı və “Whatsap” sosial şəbəkəsi vasitəsilə “Knyaz Əmi Bakı” adlı şəxs qeydiyyat profili ilə göndərilmiş şəkildə "xxxx" ASC-yə aid 4098 5844 6232 0613 saylı bank kartı olmuşdur. 4 vərəq qəbzə tərəfimdən baxış zamanı müəyyən edilmişdir ki, “Birbank” mobil tətbiq vasitəsilə Kapital Bank” ASC-yə aid 4169 7385 6133 0386 saylı bank kartı hesabından "xxxx" ASC-yə aid 4098 5844 6232 0613 saylı bank kartı hesabına xx.xx.2023-cü il tarixdə 15 manat, xx.xx.2023-cü il tarixdə 15 manat, xx.xx.2023-cü il tarixdə 20 manat, xx.xx.2023-cü il tarixdə 200 manat, xx.xx.2023-cü il tarixdə 300 manat və xx.xx.2023-cü il tarixdə 30 manat məbləğində pul köçürülməsi qeyd edilmişdir. İş materiallarında olan tələbnamədən və Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 15 yanvar 2008-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2 və 320.2-ci maddələrilə təqsirli bilinib, CM-nin 66.3-cü maddəsinə əsasən qəti olaraq 8 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzası 4 il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Bakı şəhər X10 hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs BŞNM-də qeydiyyatda yoxdur. İş materiallarında olan “Tibbi Ərazi Bölmələrini İdarə etmə Birliyi” Publik Hüquqi şəxsi “Bakı Baş Səhiyyə Mərkəzi” Publik Hüquqi şəxsi 26 nömrəli şəhər Poliklinikasının 10 iyun 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs poliklinikanın ruhiəsəb xəstəlikləri kabinetində qeydiyyatda yoxdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim etmiş, həmin ərizəsində zərərçəkmiş şəxsə dəymiş ziyanı ödədiyini, zərərçəkmiş şəxsin ondan heç bir şikayəti və tələbi olmadığını göstərərək, barəsində Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs ilə barışdıqlarını, sonuncu tərəfindən ona dəymiş ziyanın tam ödənilməsini, ondan şikayət və tələbinin olmadığını göstərmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 2015-ci il 11 iyun tarixli 7 nömrəli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 19 may 2023-cü il tarixli qərarında qeyd olunmuşdur ki, Dələduzluğun törədilməsi zamanı aldadılmış və ya etibarından sui-istifadə edilmiş və öz əmlakını bunun nəticəsində başqa şəxsə vermiş zərər çəkmiş şəxs bir qayda olaraq qısa və ya uzun müddətdən sonra əmlakının geri qaytarılmasını ehtimal edir, gözləyir, lakin əmlakı ələ keçirmiş şəxs onu qaytarmaq niyyətində olmadığından və öz ehtiyaclarına sərf etdiyindən buna nail ola bilmir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərək, yuxarıda qeyd olunan və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq, belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə istintaq orqanı tərəfindən ittiham düzgün irəli sürülmüş, məhkəmə istintaqı zamanı həmin ittiham onun özünün etiraf edici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, cinayət işinə əlavə edilmiş sübutlarla öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən Bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinin məzmunundan görünür ki, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73- 1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 41.3-cü maddəsinin tələbinə görə dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən və bu Məcəllənin 40.3-cü və 40.4-cü maddələrində göstərilən cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda, məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Yuxarıda göstərilən qanunvericilik normalarının tələblərinə müvafiq olaraq, məhkəmə hesab edir ki, məhkəmədə işin icraatına xitam verilməsi əsasları müəyyən edildiyindən cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılmalıdır. Yuxarıda göstərilən qanunvericilik normalarının tələblərinə müvafiq olaraq, məhkəmə hesab edir ki, məhkəmədə işin icraatına xitam verilməsi əsasları müəyyən edildiyindən cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılmalıdır. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tam şəkildə ödəmiş, onunla barışıq əldə etmiş, zərərçəkmiş şəxs isə məhkəməyə ərizə ilə müraciət edərək təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş maddi ziyanın ödənilməsini və heç bir şikayət və tələbinin olmamasını bildirmişdir. Məhkəmə iclasında Dövlət ittihamçısı3 çıxış edərək Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığını və ona dəymiş ziyanı tamamilə ödəməsini nəzərə alaraq barəsində olan cinayət təqibinə xitam verilməsini və onun cinayət məsuliyyətindən azad olunmasını məhkəmədən xahiş etdi. Odur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etdiyi və ona dəymiş maddi ziyanı tamamilə ödədiyi üçün o, cinayət məsuliyyətindən azad olunmaqla barəsində cinayət təqibinə xitam verilməlidir. Həmin Məcəllənin 305.2-ci maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərara ibtidai istintaq mərhələsində qəbul edilmiş qətimkan tədbirlərinin və vurulmuş ziyanın ödənilməsinin təmin edilməsinə dair tədbirlərin, habelə digər cinayətprosessual məcburiyyət tədbirlərinin ləğv edilməsi barədə qərarlar daxil edilir və həmin qərarda maddi sübutların taleyi barədə məsələ həll edilir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3, 43.1.2 və 321.2.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 73-1.1-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışdığından və ona dəymiş maddi ziyanı tamamilə ödədiyi üçün Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə barəsində cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad olunsun. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Qərardan elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə qərarın surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərar apellyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV
Məhkəmə qərarları › İş №1(032)-6/2024
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №1(032)-6/2024
27.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver