Məhkəmə qərarları › İş №1(032)-6/2025

Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-6/2025

15.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-6/2025 15.04.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ saat 12:12-də Şirvan şəhər Məhkəməsinin hakimi X12 oğlunun sədrliyi, oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs və eyni zamanda mülki iddiaçı Zərərçəkmiş şəxs və onun nümayəndəsi Nümayəndə, tərcüməçi X4, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası “Hümbətov və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs və eyni zamanda mülki cavabdeh Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1985-ci ildə Əli Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şirvan şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını və əmlak hüquqlarını ələ keçirməklə xeyli miqdarda dələduzluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını və əmlak hüquqlarını ələ keçirmək məqsədi ilə tanışı Türkiyə Respublikası vətəndaşı Zərərçəkmiş şəxs “HYUNDAİ İ 30” markalı ** EM *** dövlət qeydiyyat nişanlı avtomobili alacağı təqdirdə həmin avtomobil vasitəsi ilə ona günlük qazanc əldə edəcəyi barədə yalan vəd verib, 30 mart 2023-cü il tarixdə Zərərçəkmiş şəxs “HYUNDAİ İ 30” markalı ** EM *** dövlət qeydiyyat nişanlı avtomobili X1 etibarnamə əsasında nümayəndəsi və cinayət əməlindən xəbəri olmayan Şahid5 14300 manat pul müqabilində alınmasına dair razılığı əldə etdikdən və Zərərçəkmiş şəxs həmin qeyd edilən pul vəsaitini Şahid5 verməsindən sonra Zərərçəkmiş şəxs razılığı ilə Hacıqabul rayonu Notariat ofisində həmin nəqliyyat vasitəsinin özü tərəfindən istifadə edilməsi haqqında “ƏN-Vİ№ 435552” nömrəli etibarnamə əldə edib sonuncunun etibarını qazanaraq, 24 iyun 2023-cü il tarixdə Zərərçəkmiş şəxs həmin “HYUNDAİ İ 30” markalı ** EM *** dövlət qeydiyyat nişanlı avtomobil üzərində nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair etibarnamə olarsa əlavə gəlir qazanacağı barədə yalan vəd verib, həmin tarixdə Hacıqabul rayonu Notariat ofisində həmin nəqliyyat vasitəsinin nəqliyyat vasitəsinin sərəncam verilməsinə dair “ƏN-Vİİİ№ 423839” nömrəli etibarnamə ilə cinayət əməlindən xəbəri olmayan atası Şahid1 verilməsinə, daha sonra isə vahid niyyətlə əhatə olunmuş cinayətkar əməlinin davamı olaraq həmin tarixdə avtomobilin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X22 İdarəsinin Şirvan şəhəri, H.Əliyev prospekti 1-də yerləşən 4 saylı Rayonlararası Qeydiyyat-İmtahan və Texniki baxış şöbəsində cinayət əməlindən xəbəri olmayan dostu Şahid3 adına “BD 400200” nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi əsasında mülkiyyətinə keçirilməsinə nail olub, həmin tarixdə ünvan 3 ünvanında yerləşən 1 saylı Şirvan Notariat Ofisində Şahid3 nəqliyyat vasitəsini “ƏN-Vİİ№ 636014” nömrəli nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair etibarnamə əldə etdikdən sonra 16 sentyabr 2023-cü il tarixdə nəqliyyat vasitəsini cinayət əməlindən xəbəri olmayan Bakı şəhərində Bakı şəhər sakini X8 nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair etibarnamə ilə satmaqla Zərərçəkmiş şəxs Ali oğlunun etibarından sui-istifadə etmə və aldatma yolu əmlakını və əmlaka olan hüquqlarını ələ keçirməklə ona 14300 (on dörd min üç yüz) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs və eyni zamanda mülki cavabdeh Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadə verib göstərdi ki, Türkiyə Respublikası vətəndaşı Zərərçəkmiş şəxs 2023-cü ilin əvvəllərindən tanıyır. Zərərçəkmiş şəxs sonuncunun arvadı Şahid2 vasitəsilə tanımışdır. Belə ki, o, əvvəllər Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olmuşdur. Şahid2 taksi sifariş əsasında sonuncu ilə tanışlıqları yaranmışdır. Onu Hacıqabul rayonuna aparan zaman sonuncu onun işi ilə, yəni taksi fəaliyyəti ilə əlaqədar suallar vermiş, o da həmin suallara cavab vermişdir. Həmin vaxt Şahid2 onun telefon nömrəsini istəmiş və əri Şükrünün də taksi alıb icarəyə vermək istədiyini deyərək Şükrünün ona zəng edəcəyini bildirmişdir. Bir neçə gün sonra Zərərçəkmiş şəxs ona “whatsapp” vasitəsilə zəng etmiş, Türkiyə Respublikasında olduğunu, yaxın zamanda Azərbaycan Respublikasına gələcəyini və avtomobil alaraq icarəyə vermək istədiyini bildirmişdir. O da Zərərçəkmiş şəxs kömək edə biləcəyini bildirmişdir. Danışıqlarından təxminən 1 ay sonra Zərərçəkmiş şəxs Azərbaycan Respublikasına gəlmiş, o, sonuncunu H.Əliyev adına hava limanında qarşılayıb, Hacıqabul rayonunda yerləşən yaşadığı evə gətirmişdir. Səhəri gün Zərərçəkmiş şəxs ilə birlikdə Bakı şəhərində yerləşən avtomobil bazarına getmişlər, sonuncu oradan “Toyota Auris” markalı və “Mercedes Benz” markalı avtomobilləri almış və avtomobillərin müqabilində 26500 (iyirmi altı min beş yüz) manat ödəniş etmişdir. Həmin avtomobillərə dair arvadı Elnarənin adına etibarnamə verilmiş, eyni zamanda “Toyota Auris” markalı avtomobilə dair onun adına yalnız avtomobilin istifadə edilməsinə dair etibarnamə verilmişdir. “Toyota Auris” markalı avtomobili idarə etdiyinə görə icarə haqqı kimi günlük 25 manat olmaqla 1 həftə ərzində Şükrüyə pul ödəmişdir. Bir həftə sonra o, sonuncunun razılığı ilə “Toyota Auris” markalı avtomobili Rüstəm adlı şəxsə vermiş, özü isə “Mercedes Benz” markalı **-NN-*** dövlət qeydiyyat nişanlı avtomobili sürməyə başlamışdır. Daha sonra Şükrü Türkiyə Respublikasına getmişdir. Bir müddət sonra, yəni 2023-cü ilin aprel ayının sonlarında Zərərçəkmiş şəxs Azərbaycan Respublikasına qayıtmış, o, sonuncunu hava limanında qarşılamışdır. Həmin vaxt sonuncu ona əlavə olaraq 01 ədəd avtomobil almaq istədiyini və həmin avtomobili də onun vasitə ilə icarəyə vermək istədiyini bildirmişdir. O da özünün də avtomobil almaq istədiyini, Şirvan şəhərində avtomobil bəyəndiyini, avtomobilin qiymətinin 14500 manat təşkil etdiyini, lakin 4000 manat pulunun çatmadığını bildirərək Zərərçəkmiş şəxs 4000 manat borc pul istəmiş, sonuncu da razılaşmışdır. Bir neçə gün sonra Şükrü və onun arvadı Elnarə Şirvan şəhərinə gələn zaman onlar birlikdə Şirvan şəhər sakini Mirsəmədin işlədiyi aptekin yanına getmiş və sonuncuya məxsus “Hyundai i30” markalı **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxmışlar. Mirsəməd avtomobili 14300 manata ona satmağa razılaşmış, o, üstündə pulu olmadığı üçün Şükrüdən beh olaraq Mirsəmədə 300 manat pul verməsini xahiş etmiş, Şükrü də Mirsəmədə 300 manat pul vermişdir. Səhəri gün o, Mirsəmədlə birlikdə Hacıqabul rayonunda yerləşən notariat kontoruna getmişlər. Zərərçəkmiş şəxs da arvadı Şahid2 ilə birlikdə notariat kontorunun qarşısına gəlmişdir. Şükrü “Hyundai i30” markalı **- EM-*** dövlət qeydiyyat nişanlı avtomobildə qabaq oturcaqda əyləşmiş, o isə həmin avtomobildə arxa oturacaqda əyləşmişdir. Şükrü özündə olan 4000 manat pulu arxaya uzadaraq ona vermiş, o da özündə olan 10000 manat pulu həmin pulun üzərinə qoyub sayması üçün qarşıda oturmuş Mirsəmədə vermiş, özü isə sənədləri hazır etdirmək üçün notariat kontoruna yaxınlaşmışdır. Mirsəməd pulu sayıb götürdükdən sonra Zərərçəkmiş şəxs arvadı Şahid2 orada olmasına baxmayaraq, Təqsirləndirilən şəxs adına avtomobilin istifadə edilməsinə dair etibarnamə vermişdir. Həmin gün o, Şükrü ilə “Hyundai i30” markalı **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərinə getmişlər. Bakı şəhərində Şükrü icarəyə vermək məqsədi ilə özü üçün 11000 manata “Kia Rio” markalı avtomobil almış, bundan sonra Şükrü “Kia Rio” markalı avtomobil ilə, o isə “Hyundai i30” markalı avtomobili ilə Şirvan şəhərində yerləşən Şirvan RQİTBŞ-yə gəlmişlər. Orada Şükrü “Mercedes Benz” markalı, “Toyota Auris” markalı və “Kia Rio” markalı avtomobilləri arvadının adına keçirtmişdir. Bütün bunlardan sonra Bakı şəhərində olan zaman idarə etdiyi “Hyundai i30” markalı **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobildə nasazlıq yaranmışdır. Pulu olmadığı, Zərərçəkmiş şəxs çoxlu yaxşılıqlar etdiyinə görə onunla münasibəti yaxşı olduğu və başqa şəxsdən pul almaq imkanı olmadığı üçün sonuncudan pul istəmiş və avtomobilin fotoşəkillərini ona göndərmişdir. Şükrü də ona avtomobili təmir etməyi üçün dostunun vasitəsilə 440 manat pul göndərmiş, o da avtomobilini təmir etdirmişdir. Bundan başqa o bildirmişdir ki, Zərərçəkmiş şəxs onun barəsində şikayət etməzdən əvvəl o, Zərərçəkmiş şəxs aldığı 4300 manat pulu qaytarmasına baxmayaraq sonuncu onu narahat etdiyindən 2023-cü ilin təxminən iyul-avqust aylarında onun barəsində Şirvan şəhər polis şöbəsinə şikayət etmişdir. Bununla bağlı onun şikayəti Şirvan şəhər Polis Şöbəsində qeydiyyata alınmış və təhqiqatçı İnqilab Məmmədzadə tərəfindən şikayəti ilə bağlı araşdırma aparılmışdır. Əlavə olaraq bildirmişdir ki, beh verilməmişdən təxminən 1 həftə əvvəl o, Mirsəmədin sözügedən avtomobili satdığını bilmiş və sonuncuya 10000 manat pulunun olduğunu, həmin pulu ona verib avtomobili götürməyini və qalan pulu isə hissə-hissə ona verməyini təklif etmiş, sonuncu onunla razılaşmamış, özünün avtomobil almaq məqsədi ilə pula ehtiyacının olduğunu bildirmişdir. Onun alimentlə bağlı problemi olduğu üçün mülkiyyətinə həbs qoyulduğundan avtomobili öz adına sənədləşdirə bilməmiş və Mirsəməddən avtomobilin 3 ay onun adında qalmasını xahiş etmişdir. Daha sonra souncu avtomobilin adından çıxarılmasını tələb etdiyi üçün həmin avtomobilə dair atasının adına etibarnamə almışdır. Atasının yaşı çox olduğu və sürücülük vəsiqəsi olmadığı üçün “Bolt” taksi şirkətində işləyə bilməmiş və avtomobili dostu Şahid3 adına sənədləşdirmişdir. Sözügedən avtomobil onun özünə məxsusdur, Zərərçəkmiş şəxs avtomobili alarkən 4000 manat borc almış, həmin borcunu da qaytarmışdır. Əlavə olaraq bir dəfə də sonuncudan 1000 manat faizə pul almış, Həmin pulun 200 manat məbləğində faizini qaytarmışdır. Hazırda həmin 1000 manat puldan başqa Zərərçəkmiş şəxs heç bir borcu yoxdur. Məhkəmədən barəsində bəraət hökmü çıxarılmasını xahiş etdi. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, bu cür ifadə özünü müdafiə xarakteri daşıyır, işin faktiki hallarına uyğun gəlmir, cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Məhkəmə iclasında zərərçəkmiş şəxs və eyni zamanda mülki iddiaçı Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs ilə arvadı Şahid2 vasitəsilə tanış olmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs taksi fəaliyyəti ilə məşğul olmuşdur. O, Təqsirləndirilən şəxs ilə söhbət edən zaman sonuncuya Azərbaycan Respublikasında avtomobil alaraq icarəyə vermək istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs də bu işdə ona köməklik edə biləcəyini, yəni onun alacağı avtomobilləri idarə edərək icarə haqqını toplayıb ona verəcəyini bildirmişdir. O, Təqsirləndirilən şəxslə razılaşdıqdan sonra xx.xx.2023-cü il tarixdə sonuncu ilə birlikdə Bakı şəhərində yerləşən avtomobil bazarına getmişlər. Təqsirləndirilən şəxs “Toyota Auris” markalı 77-CP-65 dövlət qeydiyyat nişanlı və “Mercedes Benz” markalı **-NN-*** dövlət qeydiyyat nişanlı iki avtomobil bəyənmiş, Zərərçəkmiş şəxs ümumilikdə 26500 manat pul verməklə həmin avtomobilləri almışdır. Hər iki avtomobilə dair avtomobillərə sərəncam verilməsinə dair arvadı Elnarəyə, avtomobillərdən istifadə edilməsinə dair Təqsirləndirilən şəxs etibarnamə verilmişdir. Təqsirləndirilən şəxs “Mercedes Benz” markalı **-NN-*** dövlət qeydiyyat nişanlı avtomobili özü istifadə edəcəyini, digər “Toyota Auris” markalı 77-CP-65 dövlət qeydiyyat nişanlı avtomobili isə dostu Rüstəmə verəcəyini bildirmişdir. O da Təqsirləndirilən şəxslə razılaşaraq avtomobillərin günlük icarə haqqını 25 manat müəyyənləşdirmişdir. xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddətdə Elmir və Rüstəm avtomobillərin icarə haqqı olaraq ona 25 manat pul vermişlər. Təqsirləndirilən şəxs avtomobillərin günlük icarə pulunu tam olaraq vaxtında və dəqiq verdiyinə görə o, sonuncuya inanmışdır. 2023-cü ilin mart ayının sonlarında Elmir Babyev ona zəng edərək Şirvan şəhərində “Hyundai i30” markalı **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobil gördüyünü, həmin avtomobilin əla vəziyyətdə olduğunu və əgər həmin avtomobili alıb ona icarəyə verərsə, günlük olaraq ona 25 manat deyil, 30 manat pul verə biləcəyini bildirmişdir. O da, sonuncuya inandığı üçün arvadı Elnarə ilə birlikdə Şirvan şəhərinə gələn zaman avtomobilin sahibi Mirsəmədlə görüşmüşdür. Təqsirləndirilən şəxslə birlikdə avtomobilə baxdıqdan sonra avtomobili bəyənmişlər. O almaq qərarına gəlmiş və avtomobilin sahibi Mirsəmədə 300 manat beh vermişdir. Mirsəmədlə səhəri gün Hacıqabul rayonunda yerləşən notariat kontoruna getmək barədə razılaşmışlar. Səhəri gün o, Mirsəməd və Elmir Hacıqabul rayonunda yerləşən notariat kontoruna getmişlər. Notariat kontoruna daxil olmazdan əvvəl o, avtomobilin qalan 14000 manatını Mirsəmədə vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs Mirsəmədin etibarlı adam olduğunu, daha sonra avtomobilin arvadı Elnarənin adına sənədləşdirilməsində heç bir problem yaratmayacağını, hazırda ona avtomobildən istifadə etmək üçün etibarnamə verilməsinin kifayət etdiyini bildirmişdir. Mirsəməd Təqsirləndirilən şəxs avtomobildən istifadə etmək üçün etibarnamə vermiş, sonuncu avtomobildən istifadə etməyə başlamış və avtomobilin icarə haqqı üçün Zərərçəkmiş şəxs günlük 30 manat pul ödəmişdir. Bir müddət sonra o, Türkiyə Respublikasında olarkən avtomobil Bakı şəhərində xarab olmuş və təmirə verilmişdir. Həmin vaxt üçün Təqsirləndirilən şəxs ona zəng etmiş və avtomobilin təmirə ehtiyacı olduğunu və təmir üçün 440 manat pul lazım olduğunu demişdir. O da dostu Şahid4la telefon vasitəsilə əlaqə saxlayaraq Elmirə 440 manat pul verməsini xahiş etmiş, Azərbaycan Respublikasına gəldikdə qaytaracağını bildirmişdir. Dostu Şahid4 qeyd olunan məbləğdə pulu Təqsirləndirilən şəxslə əlaqə saxlayaraq sonuncuya vermişdir. Bir müddət sonra Elmir ondan avtomobilə sərəncam verilməsinə dair etibarnamə istəmiş və əgər onun adına avtomobilə sərəncam verilməsinə dair etibarnamə olarsa, taksi işləyən zaman ona əlavə bonus gələcəyini bildirmişdir. O da sonuncu ilə razılaşmış, bundan sonra Mirsəməd Elmirə avtomobilə sərəncam verilməsinə dair etibarnamə vermişdir. Bir müddət sonra o, Türkiyə Respublikasında olarkən onun mobil telefonuna “Hyundai i30” markalı **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sığorta vaxtının bitdiyi üçün cərimə olunduğunu göstərən mesaj gəlmişdir. O, Elmirə zəng edərək bu barədə məlumat vermiş və avtomobili sığorta etdirmək məqsədilə avtomobilin sənədlərini istəmişdir. Elmir avtomobilin sənədləri “whatsapp” sosial şəbəkəsi vasitəsilə ona göndərmişdir. O, avtomobilin sənədlərinə nəzər yetirdikdə “Hyundai i30” markalı **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinin tamamilə başqa bir şəxs olduğunu görmüşdür. Bir müddət sonra o, Azərbaycan Respublikasına gəlmiş, Elmirə zəng edərək ondan avtomobilin texniki passportunu tələb etmiş, sonuncu ona zəng edəcəyini bildirib, telefonu söndürmüşdür. Axşam saatlarında Elmir ona “whatsapp” sosial şəbəkəsi vasitəsilə mesaj göndərərək sözügedən “Hyundai i30” markalı **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobilin özünə məxsus olduğunu bildirmişdir. O, dəfələrlə Elmirdən avtomobili tələb etsə də, sonuncu ona məxsus avtomobili geri qaytarmamışdır. Bir müddət sonra sözügedən avtomobilin Elmirin atası Şahid1, daha sonra isə tanımadığı Emin adlı şəxsin və digər şəxslərin adlarına sənədləşdirildiyini bilmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan ödənilməmişdir. Şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verib göstərdi ki, Təqsirləndirilən şəxs onun oğludur. 09 may 2023-cü il tarixdə Zərərçəkmiş şəxs və Şahid2 onun oğlu Təqsirləndirilən şəxs ad günü münasibəti ilə onlara gəlmiş və onlar birlikdə Təqsirləndirilən şəxs ad gününü qeyd etmişlər. Zərərçəkmiş şəxs və Şahid2 ilk dəfə orda tanımışdır. Həmin gün avtomobillə bağlı onların aralarında hər-hansı söhbət olmamışdır. 2023-cü ilin mart, aprel aylarında oğlu Elmir ona Türkiyə Respublikası vətəndaşı Zərərçəkmiş şəxs ilə münasibətlərinin yarandığını, Şükrünün bir neçə avtomobil aldığını və həmin avtomobillərin onun tərəfindən idarə edildiyini bildirmişdir. xx.xx.2023-cü il tarixdə o, evdə olan zaman Elmir ona zəng edərək ondan evdə olub-olmadığını soruşmuş, o, Elmirə evdə olduğunu bildirmiş, Elmir onu avtomobillə evdən götürmüş və onlar birlikdə Hacıqabul rayonunda yerləşən notariat kontorunun qarşısına getmişlər. Həmin vaxt Mirsəməd və Şükrü də orada olmuşdur, Elmir onun şəxsiyyət vəsiqəsini götürmüş və onun adına “Hyundai i30” markalı **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair etibarnamə tərtib edildikdən sonra o, sənədləri oxumadan imza etmişdir. Notariat kontorunda olan zaman o, Şükrü ilə hal-əhval tutmuş, sonra oğlu Elmirlə birlikdə yaşadığı evə gəlmişdir. Bir qədər sonra Elmir ona zəng edərək “Hyundai i30” markalı **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobil onun adına olduğu və yaşı çox olduğundan, sürücülük vəsiqəsi olmadığından şirkətə qoşula bilmədiyini və bu səbəbdən avtomobili dostunun adına keçirməli olduğunu bildirmiş, o da, sonuncunun ona dediyi kimi Şirvan şəhər notariusuna gələrək Şahid3 avtomobilə sərəncam verilməsinə dair etibarnamə vermişdir. Elmir ilə Şükrünün arasında avtomobilə görə münasibətlər pisləşdiyi zaman Şükrü və arvadı Elnarə onların yaşadığı evə gəlmiş, sonuncular ona Elmirin onların avtomobilini ələ keçirdiyini bildirmiş, o, isə onlara bu məsələ ilə bağlı məlumatının olmadığını demişdir. Daha sonra oğlu Elmir avtomobilin çatmayan pulunu borc aldığı üçün avtomobili satmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadə verib göstərdi ki, 2023cü ilin mart ayında özünə məxsus olan “Hyundai i30” markalı **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobili Şirvan şəhər ərazisində avtoyuma məntəqəsində yuduzduran zaman Təqsirləndirilən şəxs ona yaxınlaşaraq avtomobili satıb-satmadığını soruşmuş, o da Elmirə avtomobili 14600 manata satdığını bildirmişdir. Bundan sonra Elmir dəfələrlə ona yaxınlaşıb 4000, 5000 manat pulu olduğunu bildirmiş, o da kreditlə avtomobil satmadığını bildirmişdir. Bir müddət sonra axşam saatlarında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs və sonuncunun arvadı Elnarə ilə birlikdə onun yaşadığı ünvanın yaxınlığına gəlmişlər. Elmir və Şükrü avtomobilə baxdıqdan sonra Zərərçəkmiş şəxs avtomobilin qiymətində endirim etməsini xahiş etmiş, o da 14300 manat pulun müqabilində avtomobili onlara satmağa razılaşmış və Şükrü ona 300 manat beh pul vermişdir. Daha sonra o, Təqsirləndirilən şəxslə Şirvan şəhərində görüşərək “Hyundai i30” markalı **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Hacıqabul rayonuna gedib, Şükrünü evlərindən götürüb Hacıqabul rayonu notariat kontorunun qarşısına gəlmişlər. Şükrü avtomobilin qabaq sağ oturacağında, Elmir isə avtomobilin arxa sağ oturacağında əyləşmişdir. Avtomobilin içərisində olan zaman Şükrü üzərində olan pul çantasından pulu götürüb ona vermiş, pulun miqdarı çox olduğundan o da pulu sayması üçün Elmirə vermişdir. Elmir də pulu sayıb ona qaytarmışdır, o, 14000 manat pulu saydıqdan sonra Şükrü ona Elmirə avtomobili idarə etmək üçün etibarnamə verməyini bildirmiş, o da, Şükrünün dediyi kimi Elmirə avtomobili idarə etmək üçün etibarnamə vermişdir. Təxminən 2023-cü ilin iyul ayının əvvəllərində Elmir onunla telefon vasitəsilə əlaqə saxlayaraq onu Hacıqabul rayonunda yerləşən notariat kontoruna çağırmışdır. O, notariat kontoruna gedən zaman Zərərçəkmiş şəxs, Şahid2, Təqsirləndirilən şəxs və Şahid1 də orada olmuşdur. O, Şahid1 adına “Hyundai i30” markalı **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobilə sərəncam verilməsinə dair etibarnamə vermişdir. Bundan başqa bildirmişdir ki, Elmir və Şükrünün aralarında problemlər yaranan zaman Şükrü və sonuncunun arvadı Elnarə onlara gələrək Şükrü ona Elmirin onun tərəfindən alınmış “Hyundai i30” markalı **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobili ələ keçirdiyini demiş, o da sonuncuya aralarında olan problemin ona aidiyyəti olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadə verib göstərdi ki, o, Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən «Badamdar» adlı avtomobil bazarında avtomobil alqı-satqısı ilə məşğul olur. 07 mart 2023-cü il tarixdə “Toyota Auris” markalı **- CP-*** dövlət qeydiyyat nişanlı və “Mercedes Benz” markalı **-NN-*** dövlət qeydiyyat nişanlı avtomobillərini satmaq üçün bazara gətirmiş, həmin gün saat 10 radələrində bazarda olarkən avtomobil almaq məqsədi ilə ora gələn Türkiyə Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs tanımışdır. Həmin vaxt sonuncunun yanında Elmir adlı şəxs də olmuşdur. Zərərçəkmiş şəxs onun satmaq istədiyi avtomobillərlə maraqlanmış, o da qeyd olunan avtomobilləri 26500 manat müqabilində sonuncuya satmış və sonuncunun arvadı Şahid2 adına həmin avtomobillərə sərəncam verilməsinə dair etibarnamə vermişdir. Zərərçəkmiş şəxs ona əlavə olaraq da 02 ədəd avtomobil almaq istədiyini, hazırda pulunun az qaldığını, Türkiyə Respublikasına gedib-gəldikdən sonra alacağını bildirmişdir. 29 mart 2023-cü il tarixdə Zərərçəkmiş şəxs onunla telefon vasitəsilə əlaqə yaradaraq Elmirin «Hundai i30» markalı avtomobil tapdığını, ona əlavə olaraq bir ədəd avtomobil lazım olacağını demiş, o da əlində 02 ədəd satılası avtomobili olduğunu bildirmişdir. Səhəri günü Zərərçəkmiş şəxs və Elmir «Hyundai i30» markalı ** EM *** dövlət qeydiyyat nişanlı avtomobillə onun yanına gəlmişlər. Şükrü sözügedən avtomobili ona göstərib 14300 manata Elmirin vasitəsi ilə özü üçün aldığını, həmin avtomobilə baxmağını demişdir. O, avtomobilə baxış keçirtdikdən sonra avtomobilin yaxşı vəziyyətdə olmasını, lakin baha aldığını bildirmişdir. Həmin vaxtdan sonra Zərərçəkmiş şəxs ilə yaxın münasibətləri yaranmışdır. xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs onunla telefon vasitəsi ilə əlaqə saxlayaraq özünün Türkiyə Respublikasında olduğunu, Elmirə icarəyə verdiyi «Hyundai i30» markalı ** EM *** dövlət qeydiyyat nişanlı avtomobilin sürətlər qutusunun sıradan çıxdığını, avtomobilin təmiri üçün 430 manat civarında pul lazım olduğunu, Elmirə həmin məbləğdə pul göndərməsini xahiş etmişdir. O, Elmirə zəng vuraraq avtomobildə yaranan nasazlıq barədə soruşmuş, sonuncu avtomobilin sürətlər qutusunun dağıldığını, hazırda ustanın yanında olduğunu, təcili pul göndərməyini demişdir. O, pul göndərməsi üçün Elmirdən bank kartını istəmiş, sonuncu bank kartı olmadığından ustaya məxsus bank kartını ona göndərmiş, o da həmin pulu Elmirin göndərmiş olduğu bank kartına köçürmüşdür. Sonradan o, eşitmişdir ki, Elmir Zərərçəkmiş şəxsı aldadaraq ona məxsus «Hyundai i30» markalı ** EM *** dövlət qeydiyyat nişanlı avtomobili ələ keçirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadə verib göstərdi ki, Təqsirləndirilən şəxs ilə qonşu olmuşlar, sonuncunu uşaqlıqdan tanıyır və münasibətləri daim yaxşı olmuşdur. 24 iyun 2023-ci il tarixdə Təqsirləndirilən şəxs onunla görüşərək özü üçün “Hyundai i30” markalı **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobil aldığını, lakin alimentlə bağlı problemləri olduğu üçün həmin avtomobili öz adına keçirə bilmədiyini, atası Qaribalının adına verilmiş baş etibarnamə əsasında həmin avtomobili müvəqqəti olaraq onun adına keçirməyi və ona avtomobili idarə etmək üçün etibarnamə verməsini xahiş etmişdir. O da Elmirlə yaxın münasibəti olduğundan sonuncu ilə razılaşaraq X15 Qeydiyyat şöbəsinə getmişdir. Həmin vaxtı “Hyundai i30” markalı **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobil Elmirin atası Qaribalının adına olan avtomobilə sərəncam verilməsinə dair etibarnamə vasitəsi ilə onun adına sənədləşdirilmiş və o, Təqsirləndirilən şəxs avtomobili idarə etmək üçün etibarnamə vermişdir. Şirvan şəhər polis şöbəsinə dəvət olunmuş, orada olan zaman ona məlum olmuşdur ki, onun adına sənədləşdirilən “Hyundai” i30 markalı **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair Təqsirləndirilən şəxs ilə Türkiyə Respublikasının vətəndaşı olan Şükrü adlı şəxs arasında mübahisə vardır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verib göstərdi ki, Zərərçəkmiş şəxs onun əridir, Şirvan şəhər sakini Təqsirləndirilən şəxs 2022-ci ilin sentyabr ayında Türkiyə Respublikasından Azərbaycan Respublikasına gələrək Heydər Əliyev adına X7 Bakı şəhəri, Qaradağ rayonu Lökbatan dairəsi adlanan əraziyə getmək məqsədi ilə taksi sifariş etməsi nəticəsində tanımışdır. Belə ki, Təqsirləndirilən şəxs həmin vaxt sifariş etdiyi taksinin sürücüsü olmuşdur. O, Elmir Babyevin idarə etdiyi taksi ilə Bakı şəhəri, Qaradağ rayonu Lökbatan dairəsi adlanan əraziyə gəlmişdir, həmin əraziyə çatdıqda sonuncu ondan hara gedəcəyini soruşmuş, o da, Hacıqabul şəhərinə gedəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs Şirvan şəhərində yaşadığını, anasının Hacıqabul şəhərindən olmasını bildirərək Şirvan şəhərinə gedəcəyini, əlavə 02 nəfər sərnişin götürərək birlikdə getməyi təklif etmiş, o da etiraz etməmişdir. Sonuncu 02 nəfər sərnişin götürmüş, həmin sərnişinlər avtomobilin arxa oturacağında, o isə avtomobilin qabaq oturacağında əyləşmiş və yaşadığı evə gəlmişdir. Əri Zərərçəkmiş şəxs təqaüdə çıxdıqdan sonra bir neçə avtomobil alıb taksi kimi icarəyə vermək istədiyindən, evə gələrkən Təqsirləndirilən şəxs taksi barədə suallar vermiş, ərinin avtomobil alıb icarəyə vermək istədiyini bildirmiş və onun telefon nömrəsini almışdır. Daha sonra ərinə Təqsirləndirilən şəxs barəsində məlumat verib, onun taksi şirkətində sürücü işlədiyini bildirmişdir. Zərərçəkmiş şəxs Elmirin telefon nömrəsini ondan alaraq sonuncu ilə telefon vasitəsilə əlaqə saxlamışdır. Daha sonra Şükrü ona zəng vuraraq Elmir ilə danışdığını, Azərbaycan Respublikasına gəldikdən sonra sonuncu ilə görüşəcəyini bildirmişdir. xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs Azərbaycan Respublikasına gəldikdə onu hava limanında Təqsirləndirilən şəxs qarşılamış və Hacıqabul şəhərində yerləşən yaşadığı ünvana gətirmişdir. Səhəri gün, yəni xx.xx.2023-cü il tarixdə sonuncu Şükrünü yaşadığı ünvandan götürmüş və avtomobil almaq məqsədilə Bakı şəhərində yerləşən avtomobil bazarına getmişlər. Həmin gün Şükrü bir ədəd “Toyota Auris” markalı **-CP-*** dövlət qeydiyyat nişanlı və “Mercedes Benz” markalı **-NN-*** dövlət qeydiyyat nişanlı avtomobilləri 26500 manat pul verməklə Şahid4 adlı şəxsdən almışdır. Təqsirləndirilən şəxs “Mercedes Benz” markalı **-NN-*** dövlət qeydiyyat nişanlı avtomobili günlük 25 manat icarə haqqı ödəməklə idarə etməyə başlamışdır. 29 mart 2023-cü ilin tarixdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs Şirvan şəhərində “Hyundai i30” markalı avtomobil tapdığını, həmin avtomobilin yaxşı vəziyyətdə olduğunu, onu alarsaq günlük 30 manat icarə haqqı verə biləcəyini bildirmişdir. Sonuncu həmin gün axşam Şükrü ilə telefon əlaqəsi yaradaraq Şirvan şəhərinə gəlməsini və birlikdə gedib avtomobilə baxmağı təklif etmişdir. Onlar əri ilə birlikdə Şirvan şəhərinə getmiş, Elmiri də götürdükdən sonra Şirvan şəhərində yerləşən avtomobilin sahibi Mirsəmədə məxsus aptekin yanına getmişlər. Şükrü ilə Elmir avtomobilə baxmış, avtomobilin sahibi ilə danışdıqdan sonra Şükrü onun əyləşdiyi avtomobilə yaxınlaşıb özünə məxsus kiçik ölçülü əl çantasından 300 manat pulu götürüb beh kimi Mirsəmədə vermişdir. Səhəri gün Şükrü, Elmir və Mirsəməd Hacıqabul şəhərində yerləşən notariat kontoruna gedərək avtomobili sənədləşdirmişlər. Təqsirləndirilən şəxs "Hyundai i30" markalı **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə etməyə başlamışdır. Bir müddət sonra sonuncu Şükrü ilə əlaqə saxlayaraq idarə etdiyi sözügedən avtomobilin Bakı şəhərində xarab olduğunu, gəlib onu qoşqu vasitəsilə aparmağını demişdir. Onlar Şükrü ilə birilikdə Elmir yanına gedərək sözügedən avtomobili qoşqu vasitəsilə Hacıqabul-Şirvan yolunun kənarında yerləşən avtomobil təmir sexinə gətirmişlər. Əlavə olaraq bildirmişdir ki, əri Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında borc məsələsi olmamış, əri "Hyundai i30" markalı **-EM-*** dövlət qeydiyyat nişanlı öz vəsaiti hesabına əldə edərək Təqsirləndirilən şəxs icarəyə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şirvan şəhər X13 Bölməsinin baş təhqiqatçısı X5 ifadə verib göstərdi ki, Şirvan şəhər sakini Təqsirləndirilən şəxs Türkiyə Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs barəsində Şirvan şəhər polis şöbəsinə yazmış olduğu şikayət ərizəsi əsasında tərəfindən araşdırma aparılmış, 13 sentyabr 2023cü il tarixdə material üzrə cinayət işi başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin materialın araşdırılması zamanı tərəfindən Şükrü adlı şəxsi izahatının alınması məqsədi ilə Şirvan şəhər Polis Şöbəsinə dəvət etmək üçün sonuncunun istifadəsində olan mobil telefon nömrəsinə Whatsapp sosial şəbəkəsi vasitəsi ilə zəng olunduqda Şükrü Təqsirləndirilən şəxs ona məxsus avtomobili ələ keçirdiyini, əslində onun Təqsirləndirilən şəxs şikayət etməli olduğunu, hal-hazırda Türkiyə Respublikasında olduğundan Şirvan şəhər Polis Şöbəsinə gələ bilmədiyini bildirmişdir. Cinayət işi başlanılmasının rədd edilməsi barədə qərarda telefon danışığı zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs avtomobil almaq üçün borc verdiyini, lakin həmin borcu tam geri qaytarmadığını göstərməsi barədə qeyd edilənlər Zərərçəkmiş şəxs türkcə danışdığından onu tam olaraq düzğün başa düşmədiyinə görə qərarda bu cür qeyd edilmişdir. Məhkəmə iclasında cinayət işi materiallarına əlavə edilmiş təqsirləndirilən şəxs və eyni zamanda mülki cavabdeh Təqsirləndirilən şəxs ilə zərərçəkmiş şəxs və eyni zamanda mülki iddiaçı Zərərçəkmiş şəxs arasında üzləşdirmə aparılmasını əks etdirən videoçəkilişə baxış keçirilmişdir. Videoçəkilişdən görünür ki, Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı əyani olaraq demiş, Təqsirləndirilən şəxs də öz ifadəsini təsdiq etmişdir. Məhkəmə iclasında cinayət işi materiallarına əlavə edilmiş zərərçəkmiş şəxs və eyni zamanda mülki iddiaçı Zərərçəkmiş şəxs ilə Şahid5 Elbrus oğlu arasında üzləşdirmə aparılmasını əks etdirən videoçəkilişə baxış keçirilmişdir. Videoçəkilişdən görünür ki, Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları əyani olaraq Şahid5 üzünə qarşı əyani olaraq demiş, Şahid5 də Zərərçəkmiş şəxs dediklərini təsdiq etmişdir. Məhkəmə iclasında cinayət işi materiallarına əlavə edilmiş zərərçəkmiş şəxs və eyni zamanda mülki iddiaçı Zərərçəkmiş şəxs ilə Şahid1 arasında olan səs yazılarını əks etdirən DVD diskə baxış keçirilmişdir. Səs yazılarından görünür ki, Zərərçəkmiş şəxs sonuncuya oğlu Təqsirləndirilən şəxs onun avtomobilini ələ keçirdiyini bildirib, onu bu yanlış yoldan döndərmələrini xahiş etmişdir. Şahid1 oğlu Təqsirləndirilən şəxslə onun arasında baş verən hadisələrdən xəbəri olmadığını, oğlunun işlərinə qarışmadığını bildirmişdir. Məhkəmə iclasında cinayət işi materiallarına əlavə edilmiş zərərçəkmiş şəxs və eyni zamanda mülki iddiaçı Zərərçəkmiş şəxs ilə Şahid5 Elbrus oğlu arasında olan səs yazılarını əks etdirən DVD diskə baxış keçirilmişdir. Səs yazılarından görünür ki, Zərərçəkmiş şəxs Şahid5 avtomobili kimə satdığını soruşmuş, o da cavabında “siz ikiniz gəlmişdiniz, sizə satmışam” deyə bildirmişdir. Məhkəmə iclasında cinayət işi materiallarına əlavə edilmiş təqsirləndirilən şəxs və eyni zamanda mülki cavabdeh Təqsirləndirilən şəxs ilə Şahid5 Elbrus oğlu arasında olan səs yazılarını əks etdirən DVD diskə baxış keçirilmişdir. Səs yazılarından görünür ki, avtomobili rəsmiləşdirmək üçün Hacıqabul rayonunda yerləşən notariat ofisinə gedən zaman notariat ofisinin qarşısında avtomobildə Zərərçəkmiş şəxs ön oturacaqda, Təqsirləndirilən şəxs arxa oturacaqda oturmuş, Zərərçəkmiş şəxs pulu sayması üçün Təqsirləndirilən şəxs vermişdir. Həmin vaxt Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs nə qədər pul verdiyini bilməmişdir. Təqsirləndirilən şəxs dəfələrlə və təkidlə “sən avtomobili kimə satmısan” suallarına sonda cavab olaraq Şahid5 “sənə satmışam” demişdir. İş materiallarında olan baxış keçirilməsi barədə protokoldan görünür ki, 03 avqust 2023-cü il tarixdə Təqsirləndirilən şəxs ilə Türkiyə Respublikası vətəndaşı Zərərçəkmiş şəxs Ali oğlu "whatsapp" sosial şəbakəsi vasitasilə bir-bírilərinə mesajlar və fotoşəkillər göndərmişdir. Mesajların mətnindən görùnür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs Hyundai i30" markalı **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhərində qaldığını, həmin avtomobilin nasaz olması səbəbindən yoluna davam etmədiyini, avtomobilə müxtəlif ehtiyyat hissələri lazım olduğunu, avtomobilin ehtiyyat hissələrini almaq üçün 445 manat pul lazım olduğunu bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs avtomobilin təmir edilməsi və evakuatora mindirilməsi ilə əlaqədar fotoşəkillər göndərmişdir. Şahid2, Türkiyə Respublikası vətəndaşı Șükrü Özcan Ali oğlu və Şahid5 arasında olan səs yazısında Zərərçəkmiş şəxs Hyundai i30" markalı **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobilin onun tərəfindən alınması ilə bağlı Şahid5 bildirmiş, sonuncu "Hyundai i30" markalı **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobili Zərərçəkmiş şəxs satdığını və avtomobili satmamışdan qabaq 300 (üç yüz) manat behin və avtomobili satan zaman 14000 (on dörd min) manat pulun onun tərəfindən verilməsini təsdiq etmişdir. Şahid2, Türkiyə Respublikası vətəndaşı Zərərçəkmiş şəxs Ali oğlu və Şahid1 arasında olan səs yazısında Zərərçəkmiş şəxs "Hyundai i30" markalı **-EM-*** dövlat qeydiyyat nişanlı avtomobilin onun tərəfindən alnması ilə bağı Şahid1 bildirmiş, sonuncu Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs Ali oğlu arasında olan alış-verişdən məlumatının olmadığını bildirmişdir. İş materiallarında olan 09 mart 2024-cü il tarixli üzləşdirmə aparılması haqqında protokoldan və 2 ədəd DVD diskdə olan videogörüntüdən görünür ki, Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı əyani olaraq demiş, Təqsirləndirilən şəxs də öz ifadəsini təsdiq etmişdir. İş materiallarında olan 09 mart 2024-cü il tarixli üzləşdirmə aparılması haqqında protokoldan və 1 ədəd DVD diskdə olan videogörüntüdən görünür ki, Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları əyani olaraq Şahid5 üzünə qarşı əyani olaraq demiş, Şahid5 də ifadəsində Zərərçəkmiş şəxs dediklərini təsdiq etmişdir. İş materiallarında olan 13 may 2024-cü il tarixli üzləşdirmə aparılması haqqında protokoldan görünür ki, Şahid4 ifadəsində göstərdiyi xüsusatları əyani olaraq Təqsirləndirilən şəxs üzünə qarşı əyani olaraq demiş, Təqsirləndirilən şəxs də öz ifadəsini təsdiq etmişdir. İş materiallarında olan 26 sentyabr 2022-ci il tarixli ƏN-Vİİİ №-li 294198 saylı etibarnamədən görünür ki, X1 mülkiyyətində olan ** EM *** dövlət qeydiyyat nişanlı “HYUNDAİ İ30” minik markalı avtomobili “nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamə” ilə X2 verilmişdir. İş materiallarında olan 30 mart 2023-cü il tarixli ƏN-Vİ №-li 435552 saylı etibarnamədən görünür ki, X1 mülkiyyətində olan ** EM *** dövlət qeydiyyat nişanlı “HYUNDAİ İ30” minik markalı avtomobil nümayəndəsi Şahid5 tərəfindən “nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamə” ilə Təqsirləndirilən şəxs verilmişdir. İş materiallarında olan 24 iyun 2023-cü il tarixli ƏN-Vİİİ №-li 423839 saylı etibarnamədən görünür ki, X1 mülkiyyətində olan ** EM *** dövlət qeydiyyat nişanlı “HYUNDAİ İ30” minik markalı avtomobil “nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamə” ilə Şahid1 verilmişdir. İş materiallarında olan 24 iyun 2023-cü il tarixli “nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi barədə BD400200 nömrəli nömrəli vəsiqə”-dən görünür ki, ** EM *** dövlət qeydiyyat nişanlı HYUNDAİ İ30 minik markalı avtomobil Şahid3 adına mülkiyyətə keçirilmişdir. İş materiallarında olan 24 iyun 2023-cü il tarixli ƏN-Vİ №-li 636014 saylı etibarnamədən görünür ki, Şahid3 mülkiyyətində olan ** EM *** dövlət qeydiyyat nişanlı “HYUNDAİ İ30” minik markalı avtomobili “nəqliyyat vasitələrindən istifadə edilməsi etibarnamə” ilə Təqsirləndirilən şəxs verilmişdir. İş materiallarında olan şübhəli şəxsi tutma haqqında protokoldan və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 12 fevral 2024-cü il tarixdə, saat 17:00-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 14 fevral 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin həmin maddəsi ilə ittiham elan olunmuşdur. İş materiallarında olan 14 fevral 2024-cü il tarixli, 4(032)-38/2024 saylı, Şirvan şəhər Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 12 fevral 2024-cü il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 12 mart 2024-cü il tarixli, 4(032)-59/2024 saylı, Şirvan şəhər Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbirinin «ev dustaqlığı» qətimkan tədbiri ilə əvəz edilməsi barədə Müdafiəçi vəsatəti təmin edilməmişdir. İş materiallarında olan 19 mart 2024-cü il tarixli 4(106)-24/2024 saylı Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının qərarlarından görünür ki, Şirvan Şəhər Məhkəməsinin 12 mart 2024-cü il tarixli 4(032)-59/2024 saylı qərarından Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş şikayət təmin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri əvvəli 14 fevral 2024-cü il tarixdən hesablanmaqla eyni müddətə ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. İş materiallarında olan 12 may 2024-cü il tarixli təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 23 iyun 2024-cü il tarixli mülki iddiaçı qismində tanınma haqqında qərardan görünür ki, cinayət işi üzrə Zərərçəkmiş şəxs həmin tarixdə mülki iddiaçı qismində tanınmışdır. İş materiallarında olan 03 dekabr 2024-cü il tarixli, 3-13111/2-31015/24 saylı Şirvan şəhər Polis Şöbəsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs barəsində hər hansı bir yazılı və şifahi şikayətlə bağlı Şirvan ŞPŞ-yə müraciət etməmişdir. İş materiallarına əlavə edilmiş təhqiqat materiallarında olan 13 sentyabr 2023-cü il tarixli cinayət işinin rədd edilməsi haqqında qərardan görünür ki, araşdırma zamanı Şükür adlı şəxsin izahatının alınması məqsədi ilə Şirvan şəhər Polis Şöbəsinə dəvət etmək üçün sonuncunun istifadəsində olan mobil telefon nömrəsinə “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə zəng olunduqda telefon danışığı zamanı X19 avtomobil almaq üçün borc verdiyini, lakin həmin borcu tam geri qaytarmadığını, hazırda Türkiyə Cümhuriyyətində olduğunu və Şirvan şəhər Polis Şöbəsinə gələrək izahat verə bilməyəcəyini bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Şirvan şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 10 may 2024-cü il tarixdə verilmiş 2588 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 7 ünvanında qeydiyyatdadır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2007-ci il təvəllüdlü X14 adlı övladı vardır. İş materiallarında olan iddia ərizəsinin surətindən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs cinayət nəticəsində ona vurulmuş ziyana görə 14300 manat pulun, dövlət rüsumunun və vəkil xidmət haqqının tutularaq ödənilməsinin təmin edilməsini xahiş etmişdir. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, mülki iddianın verilməsi ilə əlaqədar 133 manat məbləğində dövlət rüsumu Şirvan şəhər Məhkəməsinin xəzinə hesabına, vəkilin hüquqi yardımından istifadəyə görə 600 manat məbləğində pul Şirvan Regional Vəkil Bürosunun vəkili Nümayəndə ödənilmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 2015-ci il 11 iyun tarixli 7 nömrəli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 19 may 2023-cü il tarixli qərarında qeyd olunmuşdur ki, Dələduzluğun törədilməsi zamanı aldadılmış və ya etibarından sui-istifadə edilmiş və öz əmlakını bunun nəticəsində başqa şəxsə vermiş zərər çəkmiş şəxs bir qayda olaraq qısa və ya uzun müddətdən sonra əmlakının geri qaytarılmasını ehtimal edir, gözləyir, lakin əmlakı ələ keçirmiş şəxs onu qaytarmaq niyyətində olmadığından və öz ehtiyaclarına sərf etdiyindən buna nail ola bilmir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş təqsirləndirilən şəxs və eyni zamanda mülki cavabdeh Təqsirləndirilən şəxs ilə Şahid5 Elbrus oğlu arasında olan səs yazıları zərərçəkmiş şəxsin, şahidlərin ifadələri (o cümlədən Şahid5 özünün məhkəmədə verdiyi ifadəsi ilə) və məhkəmə iclasında tədqiq olunmuş digər sübutlarla təsdiq olunmur. Eyni zamanda təqsirləndirilən şəxs və eyni zamanda mülki cavabdeh Təqsirləndirilən şəxs "Hyundai i30" markalı **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobili almaq məqsədilə Zərərçəkmiş şəxs 10000 (on min) manat borc pul alması zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və məhkəmə iclasında tədqiq olunmuş digər sübutlarla təsdiqini tapmır, əksinə Zərərçəkmiş şəxs yuxarıda qeyd olunan avtomobili almaq məqsədilə həmin avtomobilin sahibi Şahid5 300 (üç yüz) manat məbləğində beh verərək onunla sövdələşməsi və sonradan əlavə olaraq 14000 manat ödəyib sözügedən avtomobili özü üçün əldə etməsi təsdiqini tapır. Beləliklə məhkəmə təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərək, yuxarıda qeyd olunan və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq, belə bir nəticəyə gəlir ki, təqsirləndirilən şəxs və eyni zamanda mülki cavabdeh Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə istintaq orqanı tərəfindən ittiham düzgün irəli sürülmüşdür. Cəza məsələsini müzakirə edərək məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısnı almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxs və eyni zamanda mülki cavabdeh Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən cəzasının ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı 12 fevral 2024-cü il tarixdən 12 may 2024-cü il tarixədək həbsdə və ev dustaqlığında olduğu 03 ay müddət ona təyin edilmiş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməli, barəsində həbs qətimkan tədbiri seçilməli, məhkəmə iclas zalından həbsə alınmalı, hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli 15 aprel 2025-ci il tarixdən hesablanmalıdır. Mülki iddia təmin edilməli, mülki cavabdeh Təqsirləndirilən şəxs cinayət nəticəsində vurduğu ziyana görə 14300 manat, dövlət rüsumu üçün ödənilmiş 133 manat, hüquqi yardım üçün ödənilmiş 600 manat məbləğində pul alınaraq mülki iddiaçı Zərərçəkmiş şəxs verilməlidir. İş üzrə maddi sübutun olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353 və 384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı 12 fevral 2024-cü il tarixdən 12 may 2024-cü il tarixədək həbsdə və ev dustaqlığında olduğu 03 ay müddət ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin, barəsində həbs qətimkan tədbiri seçilsin, məhkəmə iclas zalından həbsə alınsın, hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli 15 aprel 2025-ci il tarixdən hesablansın. Mülki iddia təmin edilsin. Mülki cavabdeh Təqsirləndirilən şəxs cinayət nəticəsində vurduğu ziyana görə 14300 manat, dövlət rüsumu üçün ödənilmiş 133 manat, hüquqi yardım üçün ödənilmiş 600 manat məbləğində pul alınaraq mülki iddiaçı Zərərçəkmiş şəxs verilsin. İş üzrə maddi sübutun və ekspertiza xərclərinin olmaması nəzərə alınsın. Hökmdən 20 gün müddətində (həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmü ona verildiyi andan 20 gün müddətində) Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar