Məhkəmə qərarları › İş №1(032)-60/2024

Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-60/2024

06.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-60/2024 06.03.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ saat 10:27-də Şirvan şəhər Məhkəməsinin hakimi X13 oğlunun sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1994-cü ildə Yardımlı rayonu, Kürəkçi kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şirvan şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə heroini əldə edib üzərində daşımaqla saxlamışdır. Belə ki, o, tanışı Şahid1 xahişi ilə satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda ümumi təmiz çəkisi 0,682 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroini 08 noyabr 2023-cü il tarixdə saat 12 radələrində Şirvan şəhəri, N.Nərimanov küçəsində Şahid2 tanışı Şahid1 verdiyi 20 manat pulun müqabilində əldə edib, üzərində daşımaqla saxlamış, qeyd olunan narkotik vasitə heroini həmin tarixdə saat 13 radələrində tanışı Şahid1 Şirvan şəhərində yerləşən “Elxan Bulaq” deyilən ərazidə verdikdən sonra sonuncunun pay olaraq ona verdiyi 01 ədəd bükümdə 0,595 qram çəkidə narkotik vasitə heroini üzərində qanunsuz daşımaqla saxlamış, həmin tarixdə saat 14:30 radələrində Şirvan şəhər polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyataxtarış tədbirləri nəticəsində Şirvan şəhəri, Energetik küçəsində saxlanılaraq Şirvan şəhər polis şöbəsinin inzibati binasına gətirilib, üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli şalvarının sol yan cibindən 0,595 qram olmaqla 01 ədəd bükümdə həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadə verib göstərdi ki, narkotik vasitələrdən arada istifadə edir, Şirvan şəhər sakini İntiqamı təxminən 2023-cü ilin yay aylarından tanıyır, belə ki, İntiqamla Şirvan şəhərində dostları ilə birlikdə çayxanada olarkən tanış olmuş, beləcə münasibəti yaranmışdır. xx.xx.2023-cü il tarixdə səhər saatlarında İntiqam ona zəng edib narkotik vasitə olan “kokos” və psixotrop maddə “patı” lazım olduğunu, 20 manat pulu olduğunu və onun təşkil edə biləcəyini soruşduqda İntiqama “sənin üçün taparam” demişdir. Bundan sonra istifadəsində olan mobil nömrə ilə təxminən 2020-ci ildən tanıdığı Şirvan şəhəri, “Bağ evləri” adlanan ərazidə yaşayan tanışı Şahid2 istifadə etdiyi (077) ***-**-** mobil nömrəsinə zəng edib hal-əhval etmiş, ona 20 manatlıq “heroin” lazım olduğunu dedikdə Elnur onunla razılaşıb az sonra yaşadığı evin yaxınlığına gəlməyini demişdir. Elnurun narkotik satdığını 2020-ci ildən bilmiş, onunla da, yaşadığı evin həyətində malyar işləyərkən tanış olmuş, beləcə münasibəti yaranmışdır. xx.xx.2023-cü il tarixdə təxminən saat 11-12 radələrində Elnurun yaşadığı evin yaxınlığına, küçələrinə getmiş, Elnur orada ona 1 bükümdə həm “metamfetamin” həm də “heroin” vermiş, o həmin bükümləri əynindəki şalvarın cibinə qoymuşdur. Bundan sonra oradan çıxıb İntiqamın mobil nömrəsinə zəng edib yaşadığı evin yaxınlığında “Elxan Bulaq” adlanan əraziyə gəlməsini və narkotikləri İntiqama orada verəcəyini demişdir. İntiqam dediyi yerə təxminən saat 13 radələrində tək gəlmiş, Elnurun ona verdiyi bükümü İntiqama vermiş, İntiqam da ona 20 manat pul vermişdir. O İntiqama ağrılarının olduğunu deyərək İntiqamdan özü istifadə etmək üçün narkotik vasitə heroin istəmiş, İntiqam da onun ona vermiş olduğu heroindən bir qədərini pay kimi götürməyini demiş, o da bükümü açaraq iki dəfə istifadə etməyi üçün heroin götürmüş və bükümü bağlayaraq heroinin geri qalanını İntiqama qaytarmış, İntiqam çıxıb getmişdir. Daha sonra o, yaşadığı ev istiqamətində piyada hərəkət etmişdir. Yaşadığı Şirvan şəhəri, Energetik küçəsində piyada hərəkətdə olduğu zaman təxminən saat 14:30 radələrində bir neçə mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini təqdim etmiş və polis əməkdaşı olduqlarını bildirmişlər, bundan sonra polis əməkdaşları ona üzərində narkotik vasitə saxlamağında və narkotik vasitədən istifadə etməyində şübhəli olduğunu və üzərində şəxsi axtarış aparacaqlarını demişlər, həmin vaxt ətrafda başqa insanlar olduğu üçün, həmçinin onun üzərində narkotik vasitə heroin olduğu üçün şəxsi axtarış aparılmasına etiraz etmişdir. Həmin vaxt polis əməkdaşları onu polis şöbəsinə dəvət etmişlər, o etiraz etməmiş, polis əməkdaşları ilə birlikdə Şirvan şəhər polis şöbəsinə getmişdir. Polis şöbəsində olarkən otaqların birində ona hüquqlarının müdafiə olunması üçün vəkillərin siyahısı təqdim olunmuş və həmin siyahıdan hüquqlarını müdafiə etmək üçün vəkil X1. Bir qədər sonra vəkil Salman Fərəcov gəlmiş, polis əməkdaşlarının, vəkilin iştirakı ilə videoçəkiliş vasitəsilə onun üzərində şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış aparılan zaman polis əməkdaşı ondan üzərində narkotik vasitə və ya hər hansı bir qanunsuz əşya olub-olmamasını soruşub, olduğu halda təqdim etməyini təklif etmiş, o da, əynində olan qara rəngli şalvarının sol yan cibindən 1 bükümdə olan narkotik vasitə heroini masanın üzərinə qoymuş və həmin bükümün içərisində narkotik vasitə heroin olmasını söyləmişdir. Üzərindən aşkar edilmiş bükümün içərisi açılıb baxıldıqda içərisində narkotik vasitə heroinə bənzər kütlənin olması müəyyən edilmiş, həmin büküm elektron tərəzidə çəkilmiş, bundan sonra polis əməkdaşı tərəfindən üzərində şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarının sağ yan cibindən ona məxsus qara rəngli bir ədəd Samsung markalı mobil telefon və bir ədəd yaşadığı evin açarı aşkar olunaraq götürülmüşdür. Üzərindən başqa narkotik vasitə və ya hər hansı bir qanunsuz əşya aşkar olunmamışdır. Polis əməkdaşları ondan həmin bükümdə olan heroini haradan əldə etdiyini soruşduqda yalandan yaşadığı məhlədən tapdığını demişdir. Əməlindən peşmandır. Ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verib göstərdi ki, Təqsirləndirilən şəxs 2023-cü ilin yay aylarından tanıyır, belə ki, Sarxanla Şirvan şəhərində çayxanada olarkən tanış olmuş, beləcə münasibəti yaranmış, mobil nömrəsini götürmüş, arada hal-əhval etmişlər, onunla heç bir ədavəti və düşmənçiliyi olmamışdır. O, Şirvan şəhər sakini Elnur adlı şəxsi tanısa da, onunla heç bir münasibəti olmamış, Sarxanın isə Elnurla münasibətinin olmasını bilmişdir. Elnurun narkotik vasitələrin satışı ilə məşgul olması barədə eşitmişdir. xx.xx.2023-cü il tarixdə təxminən saat 11-12 radələrində Sarxanın istifadə etdiyi (051) ***-**-** mobil nömrəyə zəng edib “kakos” və “patı”, yəni heroin narkotik vasitəsi və metamfetamin psixotrop maddəsi lazım olduğunu, 20 manat pulunun olduğunu demiş, mobil əlaqə zamanı Sarxan ona narkotik vasitə və psixotrop maddə ala biləcəyini və ona verə biləcəyini demiş və o da problem olmadığını bildirmişdir. xx.xx.2023-cü il tarixdə Sarxanın ona zəngindən sonra Sarxanla Şirvan şəhəri ərazisində yerləşən “Elxan Bulaq” adlanan ərazidə görüşmüş və Sarxana 20 manat pul vermiş, Sarxan da ona ümumilikdə 1 bükümün içərisində ayrı-ayrı 2 bükümdə olmaqla heroin və metamfetamin vermişdir. Sarxan narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamış, lakin narkotik vasitələrdən istifadə etmişdir. Sarxan ona narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin verdikdən sonra ağrılarının olduğunu deyərək ondan istifadə etmək üçün narkotik vasitə olan heroin istəmiş, o da Sarxanın pis vəziyyətdə olduğunu görərək Sarxanın ona vermiş olduğu heroindən bir qədər götürməsini və ona pay verməsini demişdir. Sarxan da bükümü açaraq təxminən iki dəfə istifadə etməsi miqdarında heroin götürmüş və bükümü bağlayaraq heroinin geri qalanı ona qaytarmışdır. O, narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin bükümlərini götürüb evə getmiş, bir neçə saat sonra isə narkotik vasitə heroin və psixotop maddə olan metamfetamini təqdim etmək məqsədilə polis şöbəsi istiqamətində piyada hərəkət etməyə başlamışdır. Polis şöbəsinə gəldikdən sonra isə ərizə ilə müraciət edərək Şirvan şəhər sakini Təqsirləndirilən şəxs 20 manat müqabilində 1 bükümdə narkotik vasitə heroin və 1 bükümdə psixotrop maddə metamfetamin aldığını, üzərində olan narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini təqdim etmək istədiyini bildirmiş, ərizə yazdıqdan sonra onun üzərinə polis əməkdaşı tərəfindən baxış keçirilmiş, baxış zamanı üzərində narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini təqdim etmiş, bu barədə protokol tərtib edilmiş, həmin protokolda imza etmişdir. Şahid1 həmçinin ifadəsində bildirmişdir ki, Sarxandan aşkar olunub götürülmüş narkotik vasitə olan heroini və metamfetamini Elnurdan almasını sonradan bilmişdir. Əvvəl təhqiqatda olarkən Elnur ilə heç bir münasibəti olmadığından, həmçinin onun Sarxanla münasibəti olduğundan ona görə Sarxandan narkotik vasitə və psixotop maddəni 20 manat müqabilində aldığını demiş, bilmişdir ki, Sarxan da, tutulan kimi həqiqəti danışacaq və Elnur ifşa olunacaqdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verib göstərdi ki, narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edir, Şirvan şəhər sakini Təqsirləndirilən şəxs 2022-ci ilin yay aylarından tanıyır, belə ki, Sarxan da onun kimi narkotik vasitələrdən istifadə edir, arada onunla görüşüb hal-əhval edir, Sarxanla tanışlığı yaşadığı evdə malyar işləyərkən olmuşdur. xx.xx.2023-cü il tarixdə təxminən saat 12 radələrində Sarxan istifadəsində olan mobil nömrəyə zəng edib narkotik vasitə heroin lazım olduğunu söyləmiş, o da Sarxana az sonra yaşadığı küçəyə gəlməyini, narkotik vasitə heroini ona verəcəyini söyləmişdir. Az sonra Sarxan gəlmiş, o yaşadığı evdən bükümlərə ayırdığı, yəni 1 büküm heroin götürüb küçəyə çıxıb Sarxanla görüşüb həmin bükümlü Sarxana vermiş, bundan sonra yaşadığı evə getmişdir. O, Sarxana verdiyi narkotik vasitə heroini xx.xx.2023-cü il tarixdə səhər saatlarında yaşadığı məhlədə gəzərkən tapmış və yaşadığı evə aparmışdır. İbtidai istintaq zamani ifadəsində Şahid2 bildirmişdir ki , 1 büküm heroin və 1 büküm metamfetamini 20 manat müqabilində Təqsirləndirilən şəxs vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadə verib göstərdi ki, Şirvan şəhər polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis leytenantıdır. 08 noyabr 2023-cü il tarixdə Şirvan şəhəri, Energetik küçəsi, ev 118 ünvanında yaşayan Təqsirləndirilən şəxs üzərində qanunsuz yolla əldə etdiyi, narkotik vasitə saxlamaqda, istifadə etməkdə və satışında şübhəli olması barədə daxil olan əməliyyat məlumatı və tərəfindən qəbul edilmiş təxirəsalınmaz əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar əsasında ŞPŞ-nin CAB-nin rəisi, polis polkovnik-leytenantı X8, Şirvan ŞPŞnin NMQ-nun əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid4zər oğlu, Şirvan ŞPŞ-nin TBnin təhqiqatçısı, polis kapitanı X9 və ondan ibarət əməliyyat qrupu yaradılmış, daxil olmuş əməliyyat məlumatı əsasında təxirəsalınmadan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması zərurəti yaranmışdır. Tərəflərindən Təqsirləndirilən şəxs yeri müəyyən edilərək xx.xx.2023-cü il tarixdə saat 14:30 radələrində Şirvan şəhəri, Energetik küçəsində yolun kənarında hərəkət edərkən saxlanılıb şəhər polis şöbəsinə gətirilmiş, şəhər polis şöbəsinin inzibati binasının otaqlarının birində saat 15:10-da videoçəkiliş vasitəsilə vəkilin və yuxarıda adı çəkilən polis əməkdaşının iştirakları ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sol yan cibindən bir ədəd siqaretin gümüşü kağızına bükülmüş büküm aşkar olunmuş, həmin büküm açılıb içərisinə baxış keçirildikdə içərisində, narkotik vasitə heroinə bənzər kütlənin olması müəyyən edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs sağ yan cibindən özünə məxsus olan “Samsung A12” markalı mobil telefon və 01 ədəd açar aşkar olunaraq götürülmüşdür. Elektron tərəzi vasitəsi ilə Təqsirləndirilən şəxs aşkar olunmuş həmin heroinə bənzər kütlə çəkildikdən sonra həmin bir bükümdə narkotik vasitə heroinə bənzər kütlə ekspertizaya təqdim olunması üçün qablaşdırılmış, üzəri möhürlənmiş, bu barədə təhqiqatçı Samir Məmmədov tərəfindən protokol tərtib olunmuşdur. Həmin protokol onun, digər polis əməkdaşı, vəkil Salman Fərəcov və Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə heroinə bənzər kütlə barəsində ekspertiza rəyi alınması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şirvan Regional ekspertizası mərkəzinə təqdim edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şirvan ŞPŞ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid4 Şahid3 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsini əks etdirən videoçəkilişə baxış keçirilmişdir. Videoçəkilişdən görünür ki, müdafiəçi X4 iştirakı ilə Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sol yan cibindən 1 ədəd kağız bükümdə narkotik vasitə olan heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə heroin olduğunu və istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokol və ona əlavə olan videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs üzərindən 01 ədəd bükümdə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X10 Bölməsinin 09 noyabr 2023-cü il tarixli, 18/1047 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi-0,595 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Heroinin təmiz çəkisi-0,595 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 0,545 qram. İş materiallarında olan şübhəli şəxsi tutma haqqında protokoldan və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 08 noyabr 2023-cü il tarixdə, saat 14:50-də şübhəli şəxs qismində tutulmuş, 10 noyabr 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarında olan Şirvan şəhər Məhkəməsinin 10 noyabr 2023-cü il tarixli 4(032)- 297/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 08 noyabr 2023-cü il tarixdən hesablanmaqla 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “Baxış keçirilməsi haqqında” protokol və ona əlavə olan videoçəkilişdən görünür ki, Şahid1 Şirvan ŞPŞ-nə gələrək 01 ədəd bükümdə narkotik vasitə olan heroin və 01 ədəd bükümdə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini təqdim edərək, həmin bükümlərdə olan narkotik vasitə heroin və psixotrop maddə metamfetamini 20 manat pulun müqabilində Təqsirləndirilən şəxs aldığını göstərmişdir. Həmin 02 ədəd bükümdə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin qablaşdırılaraq götürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X10 Bölməsinin 09 noyabr 2023-cü il tarixli, 18/1048 nömrəli rəyindən görünür ki: tədqiqata təqdim edilmiş üzərində “...Şahid1 könüllü olaraq təqdim etdiyi...” sözləri yazılmış kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi-0,087 qram olan qəhvəyimtil rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. 01 ədəd bükümdə təmiz çəkisi-0,060 qram olan ağımtıl rəngli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Şahid1 könüllü təqdim etdiyi 01 ədəd bükümdə olan narkotik vasitə heroin ilə Təqsirləndirilən şəxs məxsus 01 ədəd bükümdə olan narkotik vasitə heroin xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkiblidir. Həmin rəydə göstərilmişdir ki, heroinin təmiz çəkisi -0,087 qram tədqiqata sərf edildi -0,05 qram qalıq - 0,37 qram, heroinin təmiz çəkisi -0,545 qram tədqiqata sərf edildi -0,05 qram qalıq -0,495 qram, metamfetaminin təmiz çəkisi – 0,060 qram tədqiqata sərf edildi -0,030 qram qalıq - 0,030 qram olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X10 Bölməsinin 17 noyabr 2023-cü il tarixli, 18/1055 nömrəli rəyindən görünür ki, Şahid2 yaşadığı ünvandan Təqsirləndirilən şəxs və Şahid1 üzərindən aşkar olunub götürülmüş narkotik vasitə heroin xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkiblidir. Şahid2 yaşadığı ünvandan və Şahid1 üzərindən aşkar olunub götürülmüş psixotrop maddə metamfetamin xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkiblidir. Həmin rəydə göstərilmişdir ki, heroinin təmiz çəkisi -0,495 qram tədqiqata sərf edildi -0,01 qram qalıq -0,485 qram, heroinin təmiz çəkisi -0,037 qram tədqiqata sərf edildi -0,01 qram qalıq -0,027 qram, metamfetaminin təmiz çəkisi – 0,030 qram tədqiqata sərf edildi -0,010 qram qalıq -0,020 qram, heroinin ümumi çəkisi -3,531 qram cəmi tədqiqata sərf edildi -0,02 qram(hər ob-0,01qr) qalıq -3,511 qram, metamfetaminin ümumi çəkisi -4,979 qram cəmi tədqiqata sərf edildi -0,05 qram qalıq -4,929 qram olmuşdur. İş materiallarında olan Məhkəmə-narkoloji ekspertizasının 02 dekabr 2023-cü il tarixli 7878 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq,narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan “Şirvan şəhər mərkəzi xəstəxanası” X18 arayışından görünür ki, Əliyev X15 şəhər Mərkəzi Xəstəxanasının ruhi-əsəb və narkoloji kabinetlərində qeydiyyatda yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu 1 saylı X3 xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, H.Əliyev prospekti ev 22, mənzil 34 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs 1 saylı X2 əlilliyə görə heç bir növ sosial müavinət, əmək pensiyası almır. İş materiallarında olan Bakı şəhəri Nizami rayon Məhkəməsinin 10 mart 2017-ci il tarixli 1(007)-72/2017 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263-1.1-ci maddəsi ilə təqsirli bilinib, 02 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən Şirvan ŞPŞ-nə daxil olmuş tələbnaməyə verilən cavabdan və Bakı şəhəri, Nizami rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Nizami rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib 02 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X19 tərəfindən verilmiş ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində heç bir xəsarət aşkar olunmamışdır. İş materiallarında olan Şirvan şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 24 noyabr 2023-cü il tarixdə verilmiş 7264 saylı arayışdan görünür ki, Əliyev X15 şəhəri, Heydər Əliyev küçəsi, ev 22, mənzil 34 ünvanında yaşayır. İş materiallarında olan Şirvan şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədə göstərilir ki, onun barəsində şəhər nümayəndəliyinə yazılı və şifahi şikayət daxil olmamışdır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda təqsiri tam sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddələri ilə tövsif edilmişdir. O, həmin maddənin sanksiyası çərçivəsində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunmasını, əməlindən peşman olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən cəzasının ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 08 noyabr 2023-cü il tarixdən 06 mart 2024-cü il tarixədək həbsdə olduğu 03 ay 28 gün müddət 07 (yeddi) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq ona təyin edilmiş cəzadan çıxılmalı, Təqsirləndirilən şəxs üzərinə Şirvan şəhər ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirmək vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli, dərhal məhkəmə zalında həbsdən azad edilməli, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Hökmün icrası Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilməli, cəzasının əvvəli Təqsirləndirilən şəxs Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Ekspertiza tədqiqatının dəyəri – 63 manat 90 qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X5 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülməlidir. İş üzrə maddi sübut olan və Şirvan ŞPŞ-nin maddi sübutların saxlanma anbarında saxlanılan tədqiqata sərf edildikdən sonra qalan narkotik vasitə olan narkotik vasitə olan 0,485 qram və 0,027 qram heroin, kustar üsulla hazırlanmış 0,020 qram metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351- 353 və 384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 08 noyabr 2023-cü il tarixdən 06 mart 2024-cü il tarixədək həbsdə olduğu 03 ay 28 gün müddət 07 (yeddi) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 04 (dörd) ay 04 (dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Şirvan şəhər ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin, dərhal məhkəmə zalında həbsdən azad edilsin, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmün icrası Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin, cəzasının əvvəli Təqsirləndirilən şəxs Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Ekspertiza tədqiqatının dəyəri - 63 manat 90 qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X5 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülsün. İş üzrə maddi sübut olan və Şirvan ŞPŞ-nin maddi sübutların saxlanılması anbarında saxlanılan tədqiqata sərf edildikdən sonra qalan narkotik vasitə olan 0,485 qram və 0,027 qram heroin, kustar üsulla hazırlanmış 0,020 qram metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Hökmdən 20 gün müddətində (həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmü ona verildiyi andan 20 gün müddətində) Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən: Etibar Hümbətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar