Məhkəmə qərarları › İş №1(032)-61/2025

Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-61/2025

05.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-61/2025 05.11.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ saat 11:30 Şirvan Şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Xəlilov Xəlil Elşən oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Qaçqınların və X14 üzrə Dövlət Komitəsinin nümayəndəsi Nümayəndə, Müdafiəçilər Azərbaycan Respublikası Vəkillər Kollegiyası Şirvan Regional Vəkil Bürosunun vəkili X7 və Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 iştirakları ilə, xx.xx.2002-ci ildə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında yaşayan, barəsində Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə “ev dustaqlığı ” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 179.1-ci maddələri ilə, xx.xx.1997-ci ildə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Zəngilan rayonu, Baharlı kəndində qeydiyyatda olan, Şirvan şəhəri F.X.Xoyski ev 8 mənzil 20 yaşayan, barəsində Şirvan şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Şirvan Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs2 ona etibar olunmuş özgə əmlakını mənimsəmə yolu ilə talamış, qabaqcadan əlbir olan bir qrup şəxslə təkrarən yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq edib özgənin əmlakını gizli olaraq talayıb satmışdır. Belə ki, Təqsirləndirilən şəxs2 15 yanvar 2025-ci il tarixdə ünvan 3 ünvanında yerləşən Azərbaycan Respublikası Qaçqınların və X14 üzrə Dövlət Komitəsi Şirvan Şəhər–İsmayıllı rayon MKİS tərəfindən məcburi köçkünlər üçün ayrılmış və xx.xx.2020-ci il tarixli, 9/24 nömrəli kirayə müqaviləsi əsasında müvəqqəti olaraq yaşamaq üçün verilmiş mənzildən 09 yanvar 2025-ci il tarıxli aktla ona etibar olunaraq təhvil verilmiş özgə əmlakı hesab olunmaqla mənzilinin eyvanında quraşdırılmış 01 ədəd 600 manat dəyərində “NEW OPTİMAL” markalı kombi-su qızdırıcı cihazını və 01 ədəd 60,5 manat dəyərində “COMBİNİ” markalı stabilizatoru sökərək mənimsəmə yolu ilə talayıb, 16 yanvar 2025-ci il tarixdə Şirvan şəhərində tanışı, cinayətdən xəbəri olmayan X4 200 manata satmaqla zərər çəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Qaçqınların və X14 üzrə Dövlət Komitəsinə 660,5 manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa, o, təkrarən tanışı Təqsirləndirilən şəxs1 ilə əvvəlcədən aralarında əldə olunmuş razılığa əsasən qabaqcadan əlbir olan bir qrup şəxs halında 19 yanvar 2025-ci il tarixdə saat 01 radələrində yaşayış yeri hesab olunan ünvan 4 ünvanında yerləşən X8 Azərbaycan Respublikası Qaçqınların və X14 üzrə Dövlət Komitəsi Şirvan Şəhər–İsmayıllı rayon MKİS tərəfindən yaşamaq üçün xx.xx.2020-ci il tarixli, 9/28 nömrəli kirayə müqaviləsi əsasında müvəqqəti olaraq verilmiş mənzilin eyvanına qanunsuz daxil olmaqla orada quraşdırılmış 01 ədəd 600 manat dəyərində “NEW OPTİMAL” markalı kombi-su qızdırıcı cihazı və 01 ədəd 60,5 manat dəyərində “COMBİNİ” markalı stabilizatoru sökərək gizli yolla talayıb oğurluq etmişdir. Daha sonra, o, təkrarən tanışı Təqsirləndirilən şəxs1 ilə əvvəlcədən aralarında əldə olunmuş razılığa əsasən qabaqcadan əlbir olan bir qrup şəxs halında 20 yanvar 2025-ci il tarixdə saat 01 radələrində yaşayış yeri hesab olunan ünvan 5 ünvanında yerləşən X1 Azərbaycan Respublikası Qaçqınların və X14 üzrə Dövlət Komitəsi Şirvan Şəhər–İsmayıllı rayon MKİS tərəfindən xx.xx.2020-ci il tarixli, 9/31 nömrəli kirayə müqaviləsi əsasında müvəqqəti olaraq yaşamaq üçün verilmiş mənzilin eyvanına qanunsuz daxil olmaqla orada quraşdırılmış 01 ədəd 600 manat dəyərində “NEW OPTİMAL” markalı kombi-su qızdırıcı cihazı və 01 ədəd 60,5 manat dəyərində “COMBİNİ” markalı stabilizatoru sökərək gizli yolla talayıb oğurluq etmişdir. Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxslə təkrarən yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq edib özgənin əmlakını gizli olaraq talayıb satmışdır. Belə ki, o, tanışı Təqsirləndirilən şəxs2 ilə əvvəlcədən aralarında əldə olunmuş razılığa əsasən qabaqcadan əlbir olan bir qrup şəxs halında 19 yanvar 2025-ci il tarixdə saat 01 radələrində yaşayış yeri hesab olunan ünvan 4 ünvanında yerləşən X8 Azərbaycan Respublikası Qaçqınların və X14 üzrə Dövlət Komitəsi Şirvan Şəhər–İsmayıllı rayon MKİS tərəfindən yaşamaq üçün xx.xx.2020-ci il tarixli, 9/28 nömrəli kirayə müqaviləsi əsasında müvəqqəti olaraq verilmiş mənzilin eyvanına qanunsuz daxil olmaqla orada quraşdırılmış 01 ədəd 600 manat dəyərində “NEW OPTİMAL” markalı kombi-su qızdırıcı cihazı və 01 ədəd 60,5 manat dəyərində “COMBİNİ” markalı stabilizatoru sökərək gizli yolla talayıb oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tanışı Təqsirləndirilən şəxs2 ilə əvvəlcədən aralarında əldə olunmuş razılığa əsasən qabaqcadan əlbir olan bir qrup şəxs halında 20 yanvar 2025-ci il tarixdə saat 01 radələrində yaşayış yeri hesab olunan ünvan 5 ünvanında yerləşən X1 Azərbaycan Respublikası Qaçqınların və X14 üzrə Dövlət Komitəsi Şirvan Şəhər–İsmayıllı rayon MKİS tərəfindən xx.xx.2020-ci il tarixli, 9/31 nömrəli kirayə müqaviləsi əsasında müvəqqəti olaraq yaşamaq üçün verilmiş mənzilin eyvanına qanunsuz daxil olmaqla orada quraşdırılmış 01 ədəd 600 manat dəyərində “NEW OPTİMAL” markalı kombi-su qızdırıcı cihazı və 01 ədəd 60,5 manat dəyərində “COMBİNİ” markalı stabilizatoru sökərək gizli yolla talayıb oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək vermiş olduğu ifadəsində bildirdi ki, 15 yanvar 2025-ci il tarixdə ünvan 6 ünvanında yerləşən Azərbaycan Respublikası Qaçqınların və X14 üzrə Dövlət Komitəsi Şirvan Şəhər–İsmayıllı rayon MKİS tərəfindən məcburi köçkünlər üçün ayrılmış və yaşamaq üçün müvəqqəti olaraq ona verilmiş evdən 01 ədəd “NEW OPTİMAL” markalı kombi, yəni su qızdırıcı cihazını və 01 ədəd stabilizatoru sökərək həmin evə qoymuş və aparıb sataraq pul məbləğini mənimsəmək qərarına gəlmişdir. 16 yanvar 2025-ci il tarixdə günorta saatlarında Şirvan şəhəri, Salyan dairəsindən əl edərək saxladığı və tanımadığı taksi vasitəsi ilə həmin evə yenidən gedərək kombini və stabilizatoru paketləmiş, bu zaman taksi onu aşağıda-binanın həyətində gözləmiş, paketlədikdən sonra aşağı enmiş və taksiyə maşını Şirvan şəhəri, “Çıraq petrol” yanacaq doldurma məntəqəsinin yaxınlığında yerləşən 3 barmaq küçəsi adlanan əraziyə sürməsini xahiş etmişdir. Taksi onu həmin ünvana çatdıran zaman küçədə maşından düşmüş və 5 manat yol ödənişini təqdim etmişdir. Getdiyi ünvan Şirvan şəhərində yerləşən X4 məxsus fərdi yaşayış evi olmuşdur. Belə ki,o, 13 yanvar 2025-ci il tarixdə Cəlillə küçədə rastlaşarkən Cəlilə evində olan kombini satmaq istədiyini bildirmişdir. Qabaqcadan Cəlil kombiyə və stabilizatora baxmış və 200 manat qarşılığında ala biləcəyini bildirmiş, o sonuncu ilə razılaşaraq avadanlıqları satmış və çıxıb evə getmişdir. Həmin 200 manat məbləği öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bu hadisədən Təqsirləndirilən şəxs1 Adil oğlunun xəbəri olmamış, əməli tək törətmişdir. Bundan sonra, təkrarən 18 yanvar 2025-ci il tarixdə saat 16-17 radələrində F.X.Xoyski küçəsində yerləşən məcburi köçkünlərin yaşadığı binalar olan ünvana gəlmiş, həmin vaxt tanışı Təqsirləndirilən şəxs1lə qarşılaşmış və söhbət edəedə binanın həyətində gəzişmişdir. Sonra Əlizaminlə həmin ünvanda yerləşən çay kafesində oturaraq söhbətlərini davam etdirərkən, sonuncu ona maddi sıxıntılarının və borclarının olduğunu bildirəndə, oğurluq edə biləcəklərini, F.X.Xoyski küçəsində yerləşən məcburi köçkünlərin yaşadığı binalardan kombi aparatlarını sökərək talayıb satmaq yolu ilə pul qazana biləcəklərini demişdir. Əlizamin onunla razılaşmışdır. Həmin gecə, 19 yanvar 2025-ci il tarixdə saat 01 radələrində Əlizaminlə birgə 9 saylı binanın yanında dayanıb binanın birinci mərtəbəsində yerləşən eyvanın içəri tərəfində kombi aparatı quraşdırıldığını görmüş, bu zaman Əlizaminlə qərarlaşdırmışlar ki, həmin kombi aparatını avadanlıqları ilə birgə oğurlasınlar və satıb qazanc əldə etsinlər. Bundan sonra Əlizamin küçədən eyvana keçmiş, ardından o da keçmiş, kombini və stabilizatoru əli ilə açaraq sökmüş və Əlizamin də avadanlıqları aşağı düşürməyə kömək etmişdir. Bundan sonra Əlizaminlə birgə oğurladıqları kombini və stabilizatoru binanın girişindən sağ tərəfdə yerləşən, hamının ümumi istifadəsində olan və sakinlər üçün nəzərdə tutulan zirzəmiyə yerləşdirmiş və sağollaşıb ayrılmışlar. Növbəti gün Əlizamin ona tanımadığı nömrədən zəng edərək Şirvan şəhəri, F.X.Xoyski küçəsində yerləşən binanın yanına gələcəyini, onun da oraya gəlməsini və oğurladıqları kombi və stabilizatoru satmalı olduqlarını bildirmiş, o, sonuncu ilə razılaşmış və həmin ünvana gəlmişdir. Hər ikisi binanın zirzəmisinə gəlmiş, oğurladıqları 01 ədəd kombi və 01 ədəd stabilizatoru götürmüş, Əlizaminin çağırıb gətirdiyi, tanımadığı taksi maşınına yükləmiş və Şirvan şəhəri, M.Mirzəyev küçəsində yerləşən Şahid1 məxsus tikinti materialları dükanına gəlmişlər. Nasirə kombi aparatını satan zaman sonuncu 200 manat verə biləcəyini bildirmiş və onlar razılaşaraq kombi aparatını satmışlar. Onlar aldıqları 200 manat məbləğində pulu aralarında iki bərabər hissəyə bölmüşlər. O, təkrarən 19 yanvar 2025-ci il tarixdə saat 18 radələrində Təqsirləndirilən şəxs1lə şəhərin F.X.Xoyski küçəsində yerləşən məcburi köçkünlərin yaşadıqları binaların yanında görüşmüş, həmin vaxt yenə də, oğurluq etmək barədə aralarında razılaşma olmuş, qəsəbədə olan çayxana kafesində 23:50-dək oturmuş, sonra binanın həyətində gəzmişlər. Gəzərkən artıq gecə yarısı düşmüş, tarix 20 yanvar 2025-ci ili göstərmiş, onlar isə 9 saylı binanın qarşısında dayanmışlar. O, binanın qarşısında olan boru ilə ikinci mərtəbəyə nömrəsini xatırlamadığı mənzilin eyvanına çıxmış, bu zaman Əlizamin üzərinə düşən rolu yerinə yetirərək kənar şəxslərin yaxınlaşması barədə ona məlumat vermək üçün aşağıda gözləmişdir. O eyvanda 01 ədəd kombi aparatını və 01 ədəd stabilizatoru əli ilə sökərək aşağı ip vasitəsi ilə düşürmüş və Əlizaminə vermişdir. Yenə də Əlizaminlə birgə oğurladıqları kombini və stabilizatoru binanın girişindən sağ tərəfdə yerləşən, hamının ümumi istifadəsində olan və sakinlər üçün nəzərdə tutulan zirzəmiyə yerləşdirmiş və sağollaşıb ayrılmışlar. Növbəti gün hər ikisi binanın zirzəmisinə gəlmiş, oğurladıqları 01 ədəd kombi və 01 ədəd stabilizatoru götürmüş, binanın həyətinə gələn tanımadığı taksi maşınını əl edib saxlayaraq maşına yükləmiş və Şirvan şəhəri M.Mirzəyev küçəsində yerləşən Şahid1 məxsus tikinti materialları dükanına gəlmişlər. Yenə də Nasirə kombi aparatını satan zaman sonuncu 200 manat verə biləcəyini bildirmiş və onlar razılaşaraq kombi aparatını sonuncuya satmışlar. Sonra Nasirin mağazasından Əlizaminlə birgə ayrılmış, aldıqları pulu hərəyə 100 manat olmaqla iki hissəyə aralarında bərabər bölmüşlər. O, əldə etdiyi pulları şəxsi ehtiyaclarına xərcləmişdir. Əməlindən peşmandır. Hal-hazırda zərərçəkmiş şəxslə barışmış, dəymiş ziyanı tam şəkildə aradan qaldırmışdır. Bu halların məhkəmə tərəfindən nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək vermiş olduğu ifadəsində bildirdi ki, 18 yanvar 2025-ci il tarixdə saat 16-17 radələrində F.X.Xoyski küçəsində yerləşən məcburi köçkünlərin yaşadığı binalar olan ünvana gəlmiş, həmin vaxt tanışı Laçınla qarşılaşmış və söhbət edə-edə binanın həyətində gəzişmişlər. Sonra Laçınla həmin ünvanda yerləşən çay kafesində oturaraq söhbəti davam etdirərkən, Laçın ona oğurluq edə biləcəklərini, Şirvan şəhəri F.X.Xoyski küçəsində yerləşən məcburi köçkünlərin yaşadığı binalardan kombi aparatlarını sökərək satıb bu yolla pul qazana biləcəklərini bildimiş, o, Laçınla razılaşmışdır. Həmin gecə, 19 yanvar 2025-ci il tarixdə saat 01 radələrində 9 saylı binanın yanında dayanmış, həmin vaxt görmüşlər ki, binanın birinci mərtəbəsində yerləşən mənzilin eyvanının içəri tərəfində kombi,yəni su qızdırı cihaz quraşdırılıb, bu zaman Laçınla qərara gəlmişlər ki, həmin kombi cihazını avadanlıqları ilə birgə oğurlasınlar və satıb qazanc əldə etsinlər. Bundan sonra, Laçın küçədən mənzilin eyvannına keçmiş, kombini və stabilizatoru açaraq sökmüş və o da avadanlıqları aşağı düşürməyə köməklik etmişdir. Bundan sonra Laçınla birgə oğurladıqları kombini və stabilizatoru binanın girişindən sağ tərəfdə yerləşən, hamının ümumi istifadəsində olan və sakinlər üçün nəzərdə tutulan zirzəmiyə yerləşdirmiş və sağollaşıb ayrılmışlar. Növbəti gün o, istifadəsində olan mobil telefon vasitəsi ilə Laçına zəng edərək F.X.Xoyski küçəsində yerləşən binanın yanına gələcəyini, sonuncunun da ora gəlməsini və oğurladıqları kombi və stabilizatoru satmalı olduqlarını bildirmiş, sonuncu onunla razılaşmış və həmin ünvana gəlmişdir. Hər ikisi binanın zirzəmisinə gəlmiş, bu zaman oğurladıqları 01 ədəd kombi və 01 ədəd stabilizatoru götürmüş, onun çağırıb gətirdiyi, tanımadığı taksi maşınına yükləmiş və Şirvan şəhəri M.Mirzəyev küçəsində yerləşən Şahid1 məxsus tikinti materialları dükanına gəlmişlər. Nasir adlı şəxs Laçının qonşusu olmuş, bu səbəbdən tanışlıqları olmuş, o isə Nasiri ilk dəfə orada görmüşdür. Nasirə kombi aparatını satan zaman sonuncu 200 manat verə biləcəyini bildirmiş və onlar razılaşaraq kombi aparatını sonuncuya satmışlar. Daha sonra Nasirin mağazasından Laçınla birgə çıxmış, aldıqları pulu 100 manat olmaqla iki hissəyə bərabər bölmüş və sağollaşmışlar. Bundan başqa, təkrarən 19 yanvar 2025-ci il tarixdə saat 18 radələrində Təqsirləndirilən şəxs2la şəhərin F.X.Xoyski küçəsində yerləşən məcburi köçkünlərin yaşadığı binalar olan yerdə görüşmüş, həmin vaxt yenə də, oğurluq etmək barədə aralarında söhbət olmuş, eyni ilə qəsəbədə olan çayxana kafesində saat 23:50-dək oturmuş, sonra binanın həyətində gəzməyə başlamışdırlar. Gəzərkən artıq gecə yarısı düşmüş, tarix 20 yanvar 2025-ci ili göstərmişdir. Onlar 9 saylı binanın qarşısında dayanmış, Laçın binanın qarşısında olan boru ilə ikinci mərtəbəyə nömrəsini xatırlamadığı evin eyvanına çıxmış, o, üzərinə düşən rolu yerinə yetirərək kənar şəxslərin yaxınlaşması barədə ona məlumat vermək üçün aşağıda gözləmişdir. Laçın eyvanda 01 ədəd kombi aparatını və 01 ədəd stabilizatoru əli ilə sökmüş, o isə aşağı ip vasitəsi ilə düşürmüş və Laçına vermişdir. Yenə də Laçınla birgə oğurladıqları kombini və stabilizatoru binanın girişindən sağ tərəfdə yerləşən, hamının ümumi istifadəsində olan və sakinlər üçün nəzərdə tutulan zirzəmiyə yerləşdirmiş və sağollaşıb ayrılmışlar. Növbəti gün hər ikisi binanın zirzəmisinə gəlmiş, oğurladıqları 01 ədəd kombi və 01 ədəd stabilizatoru götürmüş, Laçın binanın həyətinə gələn tanımadığı taksi maşınını əl edib saxlamış, oğurladıqları əşyaları maşına yükləmiş və Şirvan şəhəri M.Mirzəyev küçəsində yerləşən Şahid1 məxsus tikinti materialları dükanına gəlmişrlər. Yenə də Nasirə kombi aparatını satan zaman sonuncu 200 manat verə biləcəyini bildirmiş və onlar razılaşaraq kombi aparatını sonuncuya satmışlar. Sonra Nasirin mağazasından Laçınla birgə çıxmış, aldıqları pulu 100 manat olmaqla iki hissəyə bərabər bölmüş və sağollaşmışlar. Əməlindən peşmandır. Hal-hazırda zərərçəkmiş şəxslə barışmış, dəymiş ziyanı tam şəkildə aradan qaldırmışdır. Bu halların məhkəmə tərəfindən nəzərə alınmasını xahiş edir. Məhkəmə baxışında zərərçəkmiş şəxs Azərbaycan Respublikası Qaçqınların və X14 üzrə Dövlət Komitəsinin nümayəndəsi qismində tanınmış və dindirilmiş Nümayəndə ifadə verərək göstərdi ki, Azərbaycan Respublikası Qaçqınların və X14 üzrə Dövlət Komitəsinin tabeliyindəki Şirvan şəhər-İsmayıllı rayon Mənzil-Kommunal İstismar sahəsinin rəisi vəzifəsində çalışır. Vəzifə funksiyası tabeliyindəki X14 üzrə arayış və xasiyyətnamələrin verilməsi, icra orqanı səlahiyyətlərinin həyata keçirilməsi, əraziyə nəzarət və digər səlahiyyətlərin həyata keçirilməsindən ibarətdir. Şirvan şəhəri F.X.Xoyski küçəsində yerləşən 685 mənzildən ibarət məcburi köçkünlər üçün salınmış qəsəbədəki binalar, həmçinin içərisindəki əşyalar və məişət avadanlıqları, inventarlar üçün maddi məsuliyyət daşıyır, belə ki vəzifə funksiyasına və əmək müqaviləsinə uyğun olaraq bunlara nəzarət etmək öhdəliyi vardır. 19 yanvar 2025-ci il tarixdə ərazisində bina 9, mənzil 28 ünvanında yaşayan X15 ona müraciət edərək evdəki kombinin və stabilizatorun oğurlandığını bildirmiş, bu zaman sonuncuya DİN-nin 102 zəng xidmətinə və ya birbaşa polis şöbəsinə müraciət etməsini demişdir. Səxavət polisə şikayət etdikdən sonra dərhal hadisə yerinə polis əməkdaşları, kriminalist gəlmiş, fotoşəkillər çəkilmiş, vətəndaşlar sorğu-sual olunmuşdur. Bundan sonra təkrarən növbəti gün, yəni 20 yanvar 2025-ci il tarixdə ərazisində 9 saylı binanın 31-ci mənzilində yaşayan X3 da eyni məzmunlu şikayətlə ona müraciət etdiyi zaman, polisə şikayət etməsini sonuncuya bildirmişdir. Yenə də həmin gün əraziyə polis əməkdaşları gəlmiş, hadisə yerində əl-barmaq izləri götürülmüş, baxış keçirilmiş və digər zəruri hərəkətlər edilmişdir. Baş vermiş bu hadisələrlə bağlı Şirvan şəhər polis şöbəsində araşdırma aparıldıqdan qısa bir müddət sonra, ona məlum olmuşdur ki, cinayət əməllərini törədən ərazisinin sakinləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1dur, belə ki, eşitmişdir ki, sonuncular şübhəli şəxs qismində tutulmuşlar. Bundan sonra, tabeliyindəki ərazidə, yəni 685 mənzildən ibarət yaşayış binalarında nəzarəti daha da gücləndirmiş və çöldən mənzillərin eyvanına baxış keçirmiş, nəticədə ona məlum olmuşdur ki, tutulan şəxslərdən birinə, yəni Laçına 9 saylı binanın 24cü mənzilində yaşamaq üçün müvəqqəti olaraq Azərbaycan Respublikası X14 üzrə Dövlət Komitəsi tərəfindən xx.xx.2020-ci il tarixli, 9/24 nömrəli kirayə müqaviləsi əsasında verilmiş evin eyvanında komitə tərəfindən quraşdırılmış kombi aparatı və stabilizator da yoxdur. Aşkar etdiyi faktla bağlı dərhal Şirvan şəhər Polis şöbəsinə müraciət etmişdir. Hazırda dəymiş zərər tam olaraq aradan qaldırılmış, təqsirləndirilən şəxslərlə barışışq əldə olunmuşdur. Ona görə də Azərbaycan Respublikası Qaçqınların və X14 üzrə Dövlət Komitəsinin təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. Qərar qəbul edərkən bu halın nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışında şahid qismində dindirilmiş X9 ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs2 qohumu Tural Yusifova görə tanımışdır. 16 yanvar 2025-ci il tarixdə yaşadığı ünvanda olarkən Laçın onun yanına gəlmiş və mənzilində kombi sisteminin təzələnmə işləri getdiyini, köhnə kombini satmaq istədiyini bildirmişdir. O həqiqətən Laçının yaşadığı binalarda kombi sisteminin təzələnmə işlərinin olub-olmamasını zəng vasitəsi ilə dəqiqləşdirdikdən sonra Laçınla kombi aparatının 200 manat qarşılığında alğısatqı edilməsi barədə razılaşmışdır. Sonra Laçına pulu vermiş və Laçın da kombi aparatını onun həyətinə qoymuşdur, Laçın bu zaman tək olmuşdur. Onun əldə etdiyi avadanlıqların cinayət yolu ilə əldə olunması barədə heç bir məlumatı olmamışdır. Məhkəmə baxış iclasının yeri və vaxtı barədə Şahid1 Nazim oğluna məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəməyə gəlmədiyindən onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuşdur. İbtidai araşdırma zamanı Şahid1 Nazim oğlu ifadəsində göstərmişdir ki, Şirvan şəhəri Mahir Mirzəyev küçəsində yerləşən tikinti materialları mağazasını işlədir, fərdi sahibkardır. Təqsirləndirilən şəxs2 10 ilə yaxın müddətdir ki, tanıyır, belə ki, sonuncu və ailəsi qonşusu olmuşdur. Təqsirləndirilən şəxs2 və dostu Təqsirləndirilən şəxs1 Adil oğlu 19 yanvar 2025-ci il tarixdə axşam saatlarında 01 ədəd kombi və 01 ədəd stabilizatoru gətirərək ala bilib-bilməyəcini soruşmuş, o isə məhsullara baxış keçirmiş və 200 AZN qarşılığında ala biləcəyini bildirmişdir. Laçın ona əvvəlcə kombinin və stabilizatorun Məşğulluq idarəsindən verildiyini bildirmişdir. O da məhsulları almaq istədiyindən 200 AZN pulu Laçına vermiş və satış prosesi başa çatdıqdan sonra mağazanı tərk etmişdirlər. Bundan sonra 20 yanvar 2025-ci il tarixdə Təqsirləndirilən şəxs2 və Əlizamin təkrarən gələrək daha başqa 01 ədəd kombi və 01 ədəd stabilizator gətirdiyini və almaq istəyibistəmədiyini soruşmuşdurlar. Laçın bu dəfə həmin avadanlıqları evdən söküb gətirdiyini və satmaq istədiyini bildirmişdir. Yenə də 200 AZN qarşılığında təklif etdiyi 01 ədəd kombi, və 01 ədəd stabilizatoru almışdır. Satış prosesi başa çatdıqdan sonra sonuncular mağazanı tərk edib getmiş, bu hadisədən sonra onları görməmiş, heç yerdə rastlaşmamışlar. Bir müddət sonra Laçın və Əlizaminin oğurluq etdiyini, Şirvan ŞPŞ tərəfindən tutulduqlarını eşitmiş və hətta Şirvan ŞPŞ-nin İB-nin müstəntiqi X12 tərəfindən xx.xx.2025-ci il tarixdə şahid qismində dindirilmişdir. İş materiallarında olan və məhkəmə baxışından tədqiq edilmiş : Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 11 ünvanında yerləşən bina evinin eyvanıdır. Hadisə yerinə baxış aparılması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, növbəti hadisə yeri ünvan 12 ünvanında yerləşən bina evinin eyvanıdır. xx.xx.2025-ci il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 177.2.2,177.2.3-ci maddələri ilə ********* nömrəli cinayət işi başlanması və icraata qəbul edilməsi qərara alınmışdır. şübhəli şəxsin tutulması haqqında xx.xx.2025-ci il tarixli qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində xx.xx.2025-ci il tarixdə saat 16:30-da tutulmuşdur; şübhəli şəxsin tutulması haqqında xx.xx.2025-ci il tarixli qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində xx.xx.2025-ci il tarixdə saat 18:40-da tutulmuşdur; xx.xx.2025-ci il tarixli cinayət əməlinin tövsif edilməsi barədə qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrindən həmin Məcəllənin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif olunmuşdur. təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə ittiham elan edilmişdir; təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə ittiham elan edilmişdir; zərərçəkmiş şəxsin nümayəndəsinin tanınması haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Qaçqınların və X14 üzrə Dövlət Komitəsinin nümayəndəsi qismində həmin qurumun tabeliyindəki Şirvan şəhər-İsmayıılı rayon Mənzil Kommunal İstismar sahəsinin rəisi Nümayəndə tanınmışdır; Şirvan şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(032)-18/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 haqqında həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlama müddətinin əvvəli onun tutulduğu vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən hesablanmışdır; Şirvan şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(032)-19/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 haqqında həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlama müddətinin əvvəli onun tutulduğu vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən hesablanmışdır; Şirvan şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(032)-28/2025 saylı qərarından görünür ki, müdafiəçinin vəsatəti əsasında Təqsirləndirilən şəxs1 haqqında seçilmiş həbs qətimkan tədbiri eyni müddətə ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir; Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(106)-21/2025 saylı qərarından görünür ki, müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Şirvan şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(032)-21/2025 saylı qərarı həmin şikayətə əsasən ləğv edilmiş, müdafiəçinin vəsatəti təmin edilmiş, Təqsirləndirilən şəxs2 haqqında seçilmiş həbs qətimkan tədbiri eyni müddətə ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir; Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsi tərəfindən Şirvan şəhər Polis Şöbəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, ünvan 14 ünvanında yerləşən evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri DİN-nin KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir.Müqayisəli tədqiqat nəticəsində əl izlərindən 01 ədədi (ADİS-in məlumat bankına Şirvan ŞPŞ-dən daxil olan) xx.xx.2002-ci il tarixdə Şirvan şəhərində anadan olmuş Təqsirləndirilən şəxs2 sağ əlinin böyük barmağının əksi ( tüstü borusunun üzərindən götürülmüş iz) ilə eynilik müəyyən edilmişdir. Cinayət işi üzrə əməlin tövsif edilməsi və istintaq aidiyyəti üzrə göndərilməsi haqqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 ,177.2.3,179.2.1 və 179.2.2-ci maddələrinə tövsif edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 ,177.2.3,179.2.1 və 179.2.2-ci maddələri ilə isitntaqı aparılan ********* nömrəli cinayət işinin istintaq aidiyyəti üzrə Şirvan şəhər Prokurorluğuna göndərilməsi qərara alınmışdır. xx.xx.2025-ci il tarixli “cinayət işinin icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi Şirvan şəhər prokurorluğunda icraata qəbul edilməklə, ibtidai istintaqın aparılmasının davam etdirilməsi qərara alınmışdır. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 19 mart 2025-ci il tarixli 9/1102 nömrəli rəyindən görünür ki, analoji mallara müvafiq olaraq, ekspertiza təyini haqqında qərarda və fotocədvəllərdə göstərilən malların istifadə olmamış vəziyyətdə 2025-ci ilin yanvar ayına olan tarixə orta bazar qiyməti nəzəri qaydada təxminən aşağıdakı kimi müəyyən olunur: -01 ədəd Çin istehsalı “NEW OPTİMAL” markalı, “N24” model, 24 Kvt-lıq kombi aparatı- 600,00 manat -01 ədəd “COMBİNİ” markalı, “SW-V500” model stabilizator-60,50 manat. 03 aprel 2025-ci il tarixli götürülmə aparılması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 tərəfindən mənimsənilmiş, bundan başqa Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən oğurlanmış ümumilikdə 03 ədəd 24 kvt-lıq Çin istehsalı “NEW OPTİMAL” markalı kombi aparatı və 03 ədəd 500W gücündə “COMBİNİ” markalı stabilizator götürülmüş və həmin əşyalara baxış keçirilmişdir. 03 aprel 2025-ci il tarixli götürülmə aparılması haqqında protokoldan görünür ki, 02 ədəd 24 kvt-lıq Çin istehsalı “NEW OPTİMAL” markalı kombi aparatı və 02 ədəd 500W gücündə “COMBİNİ” markalı stabilizator Şahid1 Nazim oğlu tərəfindən, 01 ədəd 24 kvt-lıq Çin istehsalı “NEW OPTİMAL” markalı kombi aparatı və 01 ədəd 500W gücündə “COMBİNİ” markalı stabilizator isə X9 tərəfindən könüllü təqdim edilmişdir. 03 aprel 2025-ci il tarixli məsul saxlanışa verilmə haqqında protokollardan görünür ki, həmin tarixdə götürülmüş 03 ədəd 24 kvt-lıq Çin istehsalı “NEW OPTİMAL” markalı kombi aparatı və 03 ədəd 500W gücündə “COMBİNİ” markalı stabilizator sahibinə-yəni Azərbaycan Respublikası Qaçqınların və X14 üzrə Dövlət Komitəsinin Şirvan şəhər- İsmayıllı rayon Mənzil-Kommunal İstismar sahəsinin rəisi Nümayəndə satmamaq, icarəyə verməmək, xarab etməmək, məhv etməmək və itirməmək iltizamı ilə məsul saxlanışa verilmişdir. Azərbaycan Respublikası Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır; Azərbaycan Respublikası Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs2 Şirvan şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1,177.2.2,177.2.3-cü maddələri ilə təqsirli bilinərək 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, xx.xx.2021-ci il tarixdə cəza müddəti başa çatdığına görə şöbənin qeydiyyatından çıxarılmışdır. Hazırda məhkumluğu olmayan şəxsdir; “Şirvan şəhər Mərkəzi Xətəxanası” X21. xx.xx.2025-ci il tarixli 18-1-35/2-223/2025 nömrəli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Şirvan şəhər Mərkəzi Xətəxanasının PHŞ-nin poliknika şöbəsində ruhi-əsəb və narkolji kabinetlərində qeydiyyatda yoxdurlar; Ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2025-ci il tarixli, 545 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Təqsirləndirilən şəxs2 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması,kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur.Buna görə də Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs2 hazırki vəziyyətinə görə istintaq hərəkətlərində iştirak etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür.Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyacı yoxdur; Ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2025-ci il tarixli, 543 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 Üzvi mənşəli (epilepsiya nəticəsində) əqli gerilik, orta debillik dərəcəsində oliqofreniya ,anamnezində qıcolma tutmaları formasında kəmağıllıq müəyyən edilir. Bunu anamnestik məlumatlar, təqdim edilmiş tibbi sənədlər və hal-hazırki psixiatrik müayinənin nəticələri( anamnestik məlumatlara görə irsiyyəti ata xətti ilə ağırlaşması, yoxlanılan şəxsin ata babası ruhi xəstəlikdən əziyyət çəkməsi, yoxlanılan şəxs doğuş travması ilə anadan olması, erkən uşaqlıq dövründən başlayaraq yaşıdlarına nəzərən psixofiziki inkişafda geri qalması, yeddi yaşında danışmağa başlaması, qıcolma halları biruzə verməsi, bununla əlaqədar yaşayış yeri üzrə nevropatoloqun müalicəsini qəbul etməsi, sonra isə Bakı şəhəri X6 müayinə və müalicədə olması, Salyan Rayonlararası Psixiatriya xəstəxanasında xx.xx.2022-ci il tarixdə Həkim-Məsləhət Komissiyası tərəfindən müayinə olunaraq ona “Üzvi(epilepsiya tez-tez qıcolma tutmaları ilə anamnezində) mənşəli demensiya, intellektin orta dərəcəli geriləməsi. MMTS-13 bal diaqnozunun müəyyən edilməsi, əqli gerilik,qıcolma tutmaları, davranış pozuntularınnı biruzə verməsi, hərdən yersiz hərəkətlərə yol verməsi ilə əlaqədar evdə sakitləşdirici və qıcolma əleyhinə qoruyucu müalicəni qəbul etməsi, xəstəliyi ilə əlaqədar İİ qrup əlil olması, həmçinin hazırki müayinə zamanı aşkar olunan ağıl zəifliyi əlamətləri, təfəkkürünün konkret xarakter daşıması, abstraktlaşdırılma qabiliyyətinin aşağı olması, qanunazidd əməl törətməsini formal olaraq dərk etməsi və s ) sübut edir. Qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs1 müəyyən edilən kəmağıllıq o dərəcədə ifadə olunmayıb ki, o, ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmasın, yəni törətdiyi əmələ görə anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs1 hazırki vəziyyətinə görə istintaq hərəkətlərində iştirak etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Bununla yanaşı qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs1 aşkar edilən Üzvi mənşəli (epilepsiya nəticəsində) əqli gerilik, orta debillik dərəcəsində oliqofreniya, anamnezində qıcolma tutmaları diaqnozlu psixi pozuntu ilə əlaqədar öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etmək və onları tam idarə etmək iqtidarında olmayan şəxs kimi onun əməli Azərbaycan Respublikası CMnin 22.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs1 hazırki psixi vəziyyətinə görə prosessual fəaliyyət qabiliyyətli hesab edilir; Şirvan şəhər İsmayıllı rayonu Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xasiyyətnamədə qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs1 barəsində Şirvan şəhər F.X.Xoyski küçəsi 685 mənzillik qəsəbədə yaşadığı dövrdən onun barəsində MKİS-ə heç bir şikayət daxil olmamışdır; Şirvan şəhər İsmayıllı rayonu Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xasiyyətnamədə qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs2 barəsində Şirvan şəhər F.X.Xoyski küçəsi 685 mənzillik qəsəbədə yaşadığı dövrdən onun barəsində MKİS-ə heç bir şikayət daxil olmamışdır; xx.xx.2025-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1,177.2.2,177.2.3, 179.1-ci maddələri ilə yenidən ittiham elan edilmişdir. xx.xx.2025-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1,177.2.2,177.2.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi-Azərbaycan Respublikası Qaçqınların və X14 üzrə Dövlət Komitəsinin Şirvan şəhər-İsmayıllı rayon Mənzil-Kommunal İstismar sahəsinin rəisi Nümayəndə tərəfindən daxil olmuş 04 aprel 2025-ci il tarixli ərizədən görünür ki, cinayət işi üzrə vurulmuş maddi ziyan 1981 manat 50 qəpik təşkil edir. Cinayət işi üzrə oğurlanmış və mənimsənilmiş 03 ədəd 24 kvt-lıq Çin istehsalı “NEW OPTİMAL” markalı kombi aparatı və 03 ədəd 500W gücündə “COMBİNİ” markalı stabilizator təqsirləndirilən şəxslər tərəfindən qaytarılmışdır. Lakin Təqsirləndirilən şəxs2 qaytardığı ünvan 3 ünvanında ona təhkim olunmuş 01 ədəd kombi və 01 ədəd stabilizator qeyri-işlək vəziyyətdədir. Bu səbəbdən Təqsirləndirilən şəxs2 tərəfindən ödənilmiş 300 manat pul vəsaitinin qeyri-işlək vəziyyətdə olan kombinin dəyərindən çıxılması nəzərə alınmalıdır. Odur ki, cinayət işi üzrə zərərçəkmiş şəxsə vurulmuş ziyanın 1621 manat məbləği tam ödənilmişdir. xx.xx.2025-ci il tarixli cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi haqqında qərardan görünür ki, cinayət işi üzrə vurulmuş ziyanın ödənilməsi Təqsirləndirilən şəxs2 tərəfindən Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına ödənilmiş 300 (üç yüz) manat iş üzrə vurulmuş ziyanın ödənişi kimi nəzərə alınmış və Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabında saxlanılmışdır. Şirvan şəhəri İsmayıllı rayonunun MKİS-nin nümayəndəsi X5 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən Azərbaycan Respublikası Qaçqınların və X14 üzrə Dövlət Komitəsinin Şirvan şəhər-İsmayıllı rayon Mənzil-Kommunal İstismar sahəsinə dəymiş ziyan tam şəkildə ödənilmişdir. Hal-hazırda təqsirləndirilən şəxslərlə barışmışlar, heç bir şikayət və tələbləri yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxslərin özlərinin etirafedici ifadələri, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli Qərarının 10-cu bəndinə əsasən özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər bir icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. Hökmdə törədilmiş cinayətin hər bir icraçısının və digər iştirakçısının (təşkilatçılarının, təhrikçilərinin, köməkçilərinin) barəsindəki sübutlara qiymət verilməlidir. Həmin Qərarın 17-ci bəndinə əəsasən Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeydinin 3-cü bəndinə görə müvafiq olaraq oğurluq, soyğunçuluq və quldurluq cinayətlərinin “təkrar törədilməsi” əlaməti üzrə tövsif edilməsi üçün CM-in 177, 180, 181-ci maddələri ilə, habelə CM-in 178, 179, 182, 183-cü maddələri ilə nəzərdə tutulan iki və ya daha çox cinayətlərin (hər hansı ardıcıllıqla) törədilməsi tələb olunur. Həmin Qərarın 19-cu bəndinə görə yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə, oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair” 09 iyun 2011-ci il tarixli qərarında qeyd edilir ki, CM-lə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Sözügedən qərarda həmçinin qeyd edilir ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi mülkiyyətin xüsusi mülkiyyət, dövlət mülkiyyəti və bələdiyyə mülkiyyəti kimi üç növünü nəzərdə tutmaqla toxunulmaz və dövlət tərəfindən müdafiə olunduğunu təsbit edir. Mülki qanunvericilikdə mülkiyyətin bütün formalarının bərabərliyi və mülkiyyət hüququnun bütün subyektlərinin hüquq və mənafelərinin eyni dərəcədə mühafizə edildiyi, həmçinin cinayət qanununda bütün mülkiyyət formalarının bərabər cinayət-hüquqi mühafizəsi nəzərdə tutulmuşdur. Mülkiyyət əleyhinə olan cinayətlər içərisində talama cinayətləri öz yüksək ictimai təhlükəliliyinə görə seçilir. İqtisadi kateqoriya kimi mülkiyyət əşyalarda maddiləşdiyindən mülkiyyət hüququ da əşya hüquqlarına aiddir. Bu səbəbdən mülkiyyətin müxtəlif obyektlərinə qəsd edən talama cinayətlərini çox vaxt əmlak cinayətləri adlandırırlar. Belə cinayətlər təqsirkarın maddi aləmin əşyalarını qanunazidd olaraq götürməsində, ələ keçirməsində və ya öz xeyrinə keçirməsində ifadə olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. “Kondraşinanın Rusiya Federasiyasına qarşı iş”ində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən hökmdə məhkəmə tərəfindən müəyyən edilən, irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən hallar təsvir edilməli, məhkəmənin həmin halların həqiqət olub-olmaması inamına gəlməsi üçün əsas verən sübutlar şərh edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növü kimi qəbul edərək, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs2 törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1,177.2.2, 177.2.3 ,179.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs1 törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1,177.2.2, 177.2.3-cü maddələri ilə tövsif olunmuşdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmin maddələrdə göstərilən cinayət əməlini törətmələri və onların həmin əməli törətməkdə təqsirli olmaları özlərinin etirafedici ifadələri ilə yanaşı zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, ekspertiza rəyi, işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası CM-nin 73-1.1-ci maddəsinə əsasən Bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə nəzərə alır ki, Şirvan şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası CM-nin 179.1-ci maddəsi ilə cinayət təqibinə Azərbaycan Respublikası CM-nin 73-1.1-ci maddəsinə əsasən xitam verilmiş və o, həmin maddə ilə cinayət məsuliyyətindən azad edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. “İnsan Hüquqlarının və X11 Haqqında” 3 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (Cinayət Məcəlləsinin 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunvericilik Cinayət Məcəlləsinin 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci, cinayət nəticəsində dəymiş ziyanın tamamilə ödənilməsini 59.1.13-cü, törətmiş olduğu cinayəti etiraf etdiyini və əməlindən peşman olduğunu, yaşayış yerindən müsbət xarakterizə olunmasını, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən iş üzrə cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs1 cinayəti anlaqlılığı istisna etməyən psixi pozuntusu olan şəxs olaraq törətməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9-cu, zərərçəkmiş şəxslə barışıq əldə etməsini 59.1.12-ci, cinayət nəticəsində dəymiş ziyanın tamamilə ödənilməsini 59.1.13-cü, törətmiş olduğu cinayəti etiraf etdiyini və əməlindən peşman olduğunu, yaşayış yerindən müsbət xarakterizə olunmasını, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən iş üzrə cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CMnin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdikləri cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətilərini, o cümlədən onların barələrində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halların olub, cəzalarını ağırlaşdıran halın olmamasını nəzərə alaraq, eləcə də təqsirləndirilən şəxslərin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmalarını mümkün sayaraq, hesab edir ki, onlara azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum edilməklə cəmiyyətdən tam təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxslərin barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır, cəzaçəkmə müddətinin əvvəli onların cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. İş materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində xx.xx.2025-ci il tarixdə, saat 16:30-da tutulmuş, barəsində Şirvan şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(032)-19/2025 saylı qərarı ilə, əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(106)-21/2025 saylı qərarı ilə müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Şirvan şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(032)-21/2025 saylı qərarı həmin şikayətə əsasən ləğv edilmiş, müdafiəçinin vəsatəti təmin edilmiş, Təqsirləndirilən şəxs2 haqqında seçilmiş həbs qətimkan tədbiri eyni müddətə ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Həmçinin, iş materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində xx.xx.2025-ci il tarixdə, saat 18:40-da tutulmuş, barəsində Şirvan şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(032)-18/2025 saylı qərarı ilə, əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, Şirvan şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(032)-28/2025 saylı qərarı ilə müdafiəçinin vəsatəti təmin edilmiş, Təqsirləndirilən şəxs1 haqqında seçilmiş həbs qətimkan tədbiri eyni müddətə ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Məhkəmə hesab edir ki, cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində həbsdə və ev dustaqlığında saxlanıldığı müddət nəzərə nəzərə alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barələrində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilməli, barələrində hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. İş üzrə zərərçəkmiş şəxs Azərbaycan Respublikası Qaçqınların və X14 üzrə Dövlət Komitəsinə dəymiş ziyanın tam olaraq ödənilməsi nəzərə alınmalıdır. İş üzrə vurulmuş ziyanın ödənişi olan və Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabında saxlanılan 300 (üç yüz) manat məbləğində pul zərərçəkmiş şəxs Azərbaycan Respublikası Qaçqınların və X14 üzrə Dövlət Komitəsinin hesabına köçürülməlidir. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Qaçqınların və X14 üzrə Dövlət Komitəsinin Şirvan şəhər-İsmayıllı rayon Mənzil-Kommunal İstismar sahəsinin rəisi Nümayəndə saxlanışa verilmiş 03 ədəd 24 kvt-lıq Çin istehsalı “NEW OPTİMAL” markalı kombi aparatı və 03 ədəd 500W gücündə “COMBİNİ” markalı stabilizator Azərbaycan Respublikası Qaçqınların və X14 üzrə Dövlət Komitəsinə təhvil verilməlidir. Məhkəmə, hazırki iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1,177.2.2, 177.2.3 -cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Ekspertiza tədqiqatının dəyəri - 50 (əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X2 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 351-353, 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3 -cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 həbsdə və ev dustaqlığında olduğu 09 (doqquz) ay 08 (səkkiz) gün müddət 01 (bir) il 06 (altı) ay 16 (on altı) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 11 (on bir) ay 14 (on dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə Şirvan şəhər ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirmək vəzifələri qoyulsun. Barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin, barəsində hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Hökmün icrası Şirvan şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin, cəzasının əvvəli Təqsirləndirilən şəxs2 Şirvan şəhər İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 həbsdə və ev dustaqlığında olduğu 09 ay 08 gün müddət 01 (bir) il 06 (altı) ay 16 (on altı) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 05 (beş) ay 14 (on dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə Şirvan şəhər ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirmək vəzifələri qoyulsun. Barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin, barəsində hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Hökmün icrası Şirvan şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin, cəzasının əvvəli Təqsirləndirilən şəxs1 Şirvan şəhər İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Ekspertiza tədqiqatının dəyəri - 50 (əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X2 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. İş üzrə zərərçəkmiş şəxs Azərbaycan Respublikası Qaçqınların və X14 üzrə Dövlət Komitəsinə dəymiş ziyanın tam olaraq ödənilməsi nəzərə alınsın. İş üzrə vurulmuş ziyanın ödənişi olan və Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabında saxlanılan 300 (üç yüz) manat məbləğində pul vəsaiti zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Qaçqınların və X14 üzrə Dövlət Komitəsinin hesabına köçürülsün. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Qaçqınların və X14 üzrə Dövlət Komitəsinin Şirvan şəhər-İsmayıllı rayon Mənzil-Kommunal İstismar sahəsinin rəisi Nümayəndə saxlanışa verilmiş 03 ədəd 24 kvt-lıq Çin istehsalı “NEW OPTİMAL” markalı kombi aparatı və 03 ədəd 500W gücündə “COMBİNİ” markalı stabilizator Azərbaycan Respublikası Qaçqınların və X14 üzrə Dövlət Komitəsinə təhvil verilsin. İş üzrə müsadirə edilməli əmlak və mülki iddia yoxdur. Hökm elan edildiyi (həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmü ona verildiyi) andan 20 gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi (həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmü ona verildiyi) andan 20 gündən sonra qüvvəyə minir. Hakim Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar