Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(032)-62/2024 27.02.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Saat 09:30 Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu DİMÜİ-nin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər X1 Vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, Şirvan şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxxxx 1997-ci il tarixdə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Zəngilan rayonu, Qaradərə kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində Şirvan şəhər Məhkəməsinin 22 fevral 2024-cü tarixli qərarı ilə «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 07 fevral 2024-cü il tarixdə, saat 20 radələrində ünvan 1 ünvanında Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlərin pozulması zəminində baş vermiş mübahisə zamanı qəsdən sonuncunu yumruqla baş nahiyyəsinə bir neçə dəfə vuraraq, Zərərçəkmiş şəxs sağ təpə-gicgah sərhədində şişkinlik-hematoma kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirməklə qəsdən Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 128-ci maddəsi ilə özünü təqsirli bilərək vermiş olduğu ifadəsində bildirdi ki, 07 fevral 2024-cü il tarixdə, axşam saat 20 radələrində evə gec gəldiyi üçün həyat yoldaşı Zərərçəkmiş şəxs ilə aralarında mübahisə yaranmış, mübahisə zamanı əsəbləşərək sonuncuya əli ilə xəsarət yetirmişdir. Hazırda törətmiş olduğu əməldən peşmandır. Zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmiş və zərərçəkmiş şəxs ilə barışmışdır. Həmçinin, məhkəməyədək icraat zamanı vermiş olduğu izahatında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə özünü təqsirli bilərək bildirmişdir ki, hal-hazırda heç bir yerdə işləmir. 2017-ci ildə Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuş, həmin evlilikdən bir oğlan övladları doğulmuşdur. O, hər gün gündəlik olaraq səhər saatlarında yaşadığı evdən çıxaraq dostları ilə görüşərək, çayxanaya gedir, bəzən evə gec vaxtlarda gəlir, bu səbəbdən arvadı Telli ilə aralarında tez-tez münaqişələr yaranır. 07 fevral 2024-cü il tarixdə axşam saat 20 radələrində yaşadığı evə getmiş, arvadı Telli də, ona gündəlik olaraq evə tez gəlməsini bildirmişdir. Sonra o, arvadı Telliyə bir daha evə gəlməyi ilə bağlı bir söz deməməsini bildirmiş, həmin vaxt Telli ilə aralarında münaqişə yaranmış, münaqişə zamanı Telli onun ünvanına nalayiq ifadələr işlətmişdir. Bundan sonra o, Telliyə nalayiq ifadələrinə son verməsini bildirmiş, lakin Telli nalayiq ifadələr işlətməyə davam etmiş, həmin vaxt o, əsəbləşərək Telliyə yaxınlaşmış, Tellidən sakit olmasını tələb etdikdə, özünü saxlaya bilməmiş və Tellinin baş nahiyəsinə bir neçə dəfə yumruqla vurub xəsarət yetirmişdir. Daha sonra arvadı Telli ona hadisə barədə polisə məlumat verəcəyini söyləmiş, o da, əsəbi olduğundan yaşadığı ünvandan çıxaraq məhləyə getmişdir. Arvadı Telliyə xəsarət yetirməsini səmimi etiraf edir və əməlindən peşmandır. Münaqişə təxminən 5-10 dəqiqə davam etmişdir. Münaqişə zamanı yanlarında heç kəs olmamış, lakin azyaşlı oğlu Ömər yataq otağında yatmışdır. Münaqişə zaman hər hansı silah və ya silah qismində olan əşyadan istifadə etməmiş, yalnız arvadı Tellinin baş nahiyəsinə bir neçə dəfə yumruq vuraraq, xəsarət yetirmişdir. Hadisə yaşadığı F.X.Xoyski küçəsi, ev 13, mənzil 7 ünvanının qonaq otağında xx.xx.2024-cü il tarixdə saat 20 radələrində baş vermişdir. Törətmiş olduğu əməldən peşmandır. Dəymiş ziyan aradan qaldırılmış və zərərçəkmiş şəxs ilə barışmışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi, iş üzrə keçirilmiş ekspertiza rəyi və işin digər obyektiv halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs ilə 2017-ci ildə ailə həyatı qurmuş, həmin evlilikdən bir uşaqları olmuşdur. Əri İntiqam gündəlik olaraq evə gec saatlarda gəlir və o, hər dəfə İntiqamdan evə tez gəlməsini və ailəsinə vaxt ayırmasını istəsə də, İntiqam əksinə onunla bu iradlarına görə mübahisə yaradırdı. 07 fevral 2024-cü il tarixində axşam saat 20 radələrində İntiqam yaşadıqları evə gəlmiş, həmin vaxt azyaşlı övladı Ömər Cabbarlı isə yataq otağında yatmışdır. İntiqam evə daxil olduqdan sonra o, gündəlik evə tez gəlməsini söyləyərək, onlara vaxt ayırmasını xahiş etmiş, lakin İntiqam onun xahişindən sonra qışqırmağa başlamış, ona “evə gec və ya tez gəlməsinin mənə heç bir aidiyyəti olmadığını” demiş və onu söyüb, təhqir etmişdir. O, İntiqamdan nalayiq sözlərinə son verməsini xahiş etsə də, İntiqam ona məhəl qoymamış və onun baş nahiyəsinə bir neçə dəfə yumruqla vurmuşdur. Bundan sonra o, özünü itirmiş və yerə yıxılmışdır. Yerə yıxıldıqdan sonra ayağa qalxaraq, İntiqama polisə məlumat verəcəyini bildirmişdir. Bu vaxt İntiqam evdən çıxaraq uzaqlaşmış, bir neçə dəqiqə keçdikdən sonra o, əri İntiqamın ona xəsarət yetirməsi ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidməti-zəng mərkəzi sisteminə məlumat vermişdir. Daha sonra Şirvan şəhər polis şöbəsinin əməkdaşları onun yaşadığı ünvana gəlmişdirlər. Sonra o, əri İntiqamın ona xəsarət yetirməsi ilə bağlı Şirvan ŞPŞ-yə şikayət ərizəsi ilə müraciət etmişdir. Hadisə günü aralarında olan münaqişə təxminən 5-10 dəqiqə davam etmişdir. Mübahisə zamanı əri İntiqam onun baş nahiyyəsinə bir neçə dəfə yumruqla vuraraq xəsarət yetirmişdir. Mübahisə axşam saat 20 radələrində baş vermişdir. Mübahisə yaşadığı ünvan 5 ünvanında baş vermiş, həmin vaxt yanlarında heç kəs olmamışdır. Ona dəymiş ziyan aradan qaldırılmış, əməli törətmiş şəxs ilə barışmış, ondan heç bir şikayət və ya tələbi yoxdur. İş materiallarına əlavə olunmuş məhkəmə - tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 63 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunan xəsarətlər - sağ təpə-gicgah sərhədində şişkinlik-hematoma küt əşya təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən 07 fevral 2024-cü il tarixdə kənar şəxs tərəfindən yumruqla yetirilə bilərdi. Qeyd olunan xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs təqdim etdiyi ərizəsindən müəyyən olunur ki, əməli törətmiş şəxslə barışmış, ona qarşı heç bir şikayət və ya tələbi yoxdur, onun barəsində cinayət təqibinə xitam verilməsini xahiş edir. Məhkəmə baxışı zamanı dövlət ittihamçısı çıxış edərək zərərçəkmiş şəxsin əməli törətmiş şəxslə barışmasını nəzərə alaraq əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini və onun cinayət məsuliyyətindən azad olunmasını məhkəmədən xahiş etdi. Beləliklə məhkəmə hesab edir ki, məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Belə olan halda Təqsirləndirilən şəxs cinayət cəzası tətbiq edilmədən barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini və cinayət məsuliyyətindən azad olunmasını məhkəmə qanuni, ədalətli və əsaslı hesab edir. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-nin 344-347, 356 və 385-ci maddələrinin tələblərini rəhbər tutub, qərara aldı: Təqsirləndirilən şəxs barəsində Azərbayan Respublikası CM-nin 128-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ləğv edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №1(032)-62/2024
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №1(032)-62/2024
27.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver