Məhkəmə qərarları › İş №1(032)-62/2025

Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-62/2025

30.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-62/2025 30.09.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ saat 15:10-da Şirvan Şəhər Məhkəməsinin hakimi İmanov Əli Sərməz oğlunun sədrliyi, Əsgərli Rəvan Adil oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 1990-cı ildə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər ACDİÜ AR Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə təqsirli bilinərək 09 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu ildə cəzasının sonu ilə azad olunmuş, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü ildə cəzasının sonu ilə azad edilmiş, Şirvan şəhər Məhkəməsinin 08 yanvar 2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.4cü maddəsi ilə təqsirli bilinərək, 07 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmin cəzanı çəkməmiş, məhkumluğu olan, Şirvan şəhəri, S.Ə.Şirvani küçəsi, döngə 4, ev 1A-da qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şirvan şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını açıq talamaqla soyğunçuluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 16 yanvar 2025-ci il tarixdə saat 19 radələrində Şirvan şəhəri, Mehmandarov küçəsi ilə Ş.Şükürov küçəsinin kəsişməsində Zərərçəkmiş şəxs ilə sonuncunun qardaşı X1 ona 35 manat borcu olmasına dair aralarında olan danışıq zamanı Zərərçəkmiş şəxs 01 ədəd 200 manat dəyərində “İnfinix Smart 7” markalı mobil telefonu əlindən alaraq uzaqlaşmaq istəyərkən Zərərçəkmiş şəxs telefonunu geri istəmək üçün ona yaxınlaşmasını görüb qanunsuz əməlinin aşkar edilməsini dərk edərək, əmlakın qanunsuz götürülməsindən ibarət hərəkətlərini davam etdirməklə, sonuncunun törətdiyi cinayət əməlini dayandırması ilə bağlı çağırışlarına məhəl qoymayıb, taladığı əmlakı özündə saxlamaqla yaxınlıqda olan şəxsiyyəti istintaqa məlum olmayan və cinayətdən xəbəri olmayan şəxsin idarə etdiyi dövlət qeydiyyat nömrəsi istintaqa məlum olmayan taksi avtomobili ilə hadisə yerindən uzaqlaşaraq həmin əmlak üzərində sərəncam vermə hüququ yaranmaqla, Zərərçəkmiş şəxs ümumilikdə 200 (iki yüz) manat maddi ziyan vurmaqla özgənin əmlakını açıq talamaqla soyğunçuluq etmişdir. Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək məhkəmə baxışı zamanı ifadəsində göstərmişdir ki, 15 yanvar 2025-ci il tarixdə onunla bir məhəllədə yaşayan X2 ilə Şirvan şəhərinin Mehmandarov küçəsi ilə Ş.Şükürov küçəsinin kəsişməsində görüşmüşlər. O, Süleymana telefon almaq məqsədilə 35 manat pul vermiş, sonuncu 35 manat pulu ondan almış və gedib telefonu gətirəcəyini bildirmişdir. Sonra Süleyman getmiş, onu təxminən 1 saata yaxın gözləsə də, sonuncu gəlməmişdir. Nömrəsinə zəng edən zaman onu şəhərin Füzuli parkına çağırmış, o da ora getmiş, parka çatanda Süleymana zəng etsə də, nömrəsinə zəng çatmamışdır. Oradan çıxmış və evinə getmişdir. Növbəti gün, yəni 16 yanvar 2025-ci il tarixdə saat 19 radələrində Şirvan şəhərinin Mehmandarov küçəsi ilə Ş.Şükürov küçəsinin kəsişməsində Süleymanın qardaşı Telmanı görmüş, həmin vaxt Telmana yaxınlaşıb, ondan qardaşı Süleyman barəsində soruşmuş, Telman ona qardaşını çoxdandı görmədiyini bildirmişdir. O, Telmana qardaşı Süleymanın ona 35 manat borcu olduğunu və ona zəng etməsini demişdir. Telman qardaşı Süleymana zəng etməmiş, belə olduqda ona demişdir ki, telefonu versin, özü zəng edəcək. Sonuncu telefonu ona vermiş və o, telefonu alıb, cibinə qoymuş və orada olan taksiyə minərək uzaqlaşıb getmişdir. O, artıq taksi ilə təxminən 1-2 km uzaqlaşmışdır ki, Telman ona zəng edərək, telefonunu qaytarmağını istəmişdir. O da Telmana demişdir ki, yaşadığı evin yaxınlığına gəlir, orada görüşsünlər. Təxminən bir neçə dəqiqə sonra Telmanla onun yaşadığı ünvanın yaxınlığında görüşmüşlər, o, telefonu Telmana qaytarıb vermiş, sonra isə oradan uzaqlaşıb getmişdir. Hazırda zərərçəkmiş şəxslə barışmış, ona dəymiş ziyanı ödəmişdir. Əməlindən peşmandır. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 16 yanvar 2025-ci il tarixdə saat 19 radələrində şəhərin Mehmandarov küçəsi ilə Ş.Şükürov küçəsinin kəsişməsində Təqsirləndirilən şəxs ilə rastlaşmışlar. Onlar rastlaşıb salamlaşdıqdan sonra Natiq ona demişdir ki, ona qardaşı Süleymanın nömrəsini versin. Bu zaman o, Natiqin ona deməsinə görə cibindən telefonunu çıxardıb, qardaşı Süleymanın nömrəsini demək istəyən zaman Natiq telefonunu əlindən almış və heç bir söz demədən yolun kənarında dayanmış taksi avtomobilinə minərək oradan uzaqlaşıb getmişdir. O, həmin vaxt Natiqin nə səbəbdən belə etməsini başa düşməmiş, sonra evlərinə gəlmiş, evlərində atası Elmanın telefonu ilə DİNnin 102 xidmətinə zəng edərək, Natiqin telefonunu götürüb qaçdığını demiş, sonra küçəyə çıxmış, yoldan keçən xatırlamadığı şəxsin telefonu ilə Natiqdə olan telefonuna zəng etmiş və Natiq telefona cavab vermiş, o da ona demişdir ki, telefonunu qaytarsın. Natiq həmin vaxt ona demişdir ki, “mən səhv etmişəm, sənin telefonunu alıb getməməliydim, etdiyim hərəkətdən peşmanam, telefonu qaytarıb verəcəm.” Təxminən 5-10 dəqiqə sonra Natiq yaşadığı G.Şıxbalaoğlu küçəsinə gəlmiş, orada Natiqlə görüşmüşlər, həmin vaxt Natiq telefonunu qaytarıb ona vermişdir. Sonra Natiq oradan çıxıb getmiş, təxminən 10 dəqiqə sonra şikayəti ilə bağlı polis əməkdaşları gəlmişlər, o, ərizə yazmış və polis şöbəsinə gələrək ərizə vermişdir. Ona məxsus mobil telefon “İnfiniks Smart 7” markalı mobil telefon olmuş, qiyməti 200 manat olmuşdur. Hazırda ona dəymiş ziyan tam olaraq ödənilmiş, təqsirləndirilən şəxslə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilən: 22 yanvar 2025-ci il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ********* nömrəli cinayət işi başlanılmışdır. 22 yanvar 2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs 22 yanvar 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. 24 yanvar 2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir. 24 yanvar 2025-ci il tarixli Şirvan Şəhər Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti 3 (üç) ay həddində müəyyən edilmiş, həbsetmənin əvvəli tutulduğu andan, yəni 22 yanvar 2025-ci il tarixdən hesablanmışdır. 28 fevral 2025-ci il tarixli “Protel.az”-dan daxil olmuş arayışdan görünür ki, 1 ədəd işlənmiş vəziyyətdə olan “İnfinix Smart 7” markalı mobil telefonun 2025-ci ilin yanvar ayına olan qiymətinin 200 manat olması göstərilmişdir. Ambulator Məhkəmə psixiatrik ekspertizasının 07 mart 2025-ci il tarixli 752 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlik qeyd olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərini idarə edib qiymətləndirmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs öz psixi vəziyyətinə görə istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. Məhkəmə-tibbi ekspertizasının 23 yanvar 2025-ci il tarixli, 45 nömrəli rəyində göstərilmişdir ki, X4 bədən səthində heç bir xəsarət aşkar olunmamışdır. Şirvan Şəhər Məhkəməsinin 08 yanvar 2025-ci il tarixli, 1(N2)-22/2025 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə təqsirli bilinərək 07 (yeddi) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Əli Bayramlı R-Məhkəməsinin 210.2007-ci il tarixli hökmü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinərək, 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, haqqında CM-nin 70 maddəsi tətbiq edilməklə cəzası 06 ay sınaq müddəti təyin edilməklə şərti hesab edilmişdir. ACDİÜ AR Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinərək, 09 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2009-cu ildə Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə xx.xx.2009-cu il tarixli hökm dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Xəzər rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 67.1-ci maddəsinə əsasən N il 05 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhər Nizami rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 67.1-ci maddəsinə əsasən N il 02 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu ildə cəzasının sonu ilə azad olunmuşdur. Şirvan şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 və 228.4-cü maddələri ilə təqsirli bilinərək 02 il 02 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci ildə Nizami rayon Məhkəməsinin qərarı ilə cəzadan 04 ay 15 gün müddətinə vaxtından əvvəl şərti azad olunmuşdur. Şirvan şəhər məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü ildə cəzasının sonu ilə azad edilmişdir. Şirvan şəhər Məhkəməsinin 08 yanvar 2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirli bilinərək, 07 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi şəxs “Şirvan şəhər Mərkəzi Xəstəxanası” X9 20 fevral 2025-ci il tarixli 18-1-35/2-289/2025 nömrəli məktubundan görünür ki, Əsədov X5 ŞMX-nın narkoloji və ruhi əsəb kabinetində qeydiyyatda yoxdur. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan Şəhər Şöbəsi tərəfindən verilmiş 17 mart 2025-ci il tarixli arayışdan görünür ki, X3 oğlu N saylı hərbi hissədə xidmət etmiş mərhum xx.xx.1988-ci il təvəllüdlü X6 xx.xx.2010-cu il tarixdə xidməti vəzifəsini yerinə yetirən zaman gövdənin donvurması xəsarəti nəticəsində vəfat etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2009-cu il tarixli 107 nömrəli qərarına əsasən atəşkəs dövründə döyüş şəraitində yerləşən hərbi hissədə döyüş tapşırığı və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmə qərarına əsasən ölmüş hesab edilən şəxslər şəhid hesab edilirlər. "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, xx.xx.2010-cu il tarixdən X6 "Şəhid", onun ailəsi "Şəhid ailəsi" hesab edilir. Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə yazılı və şifahi olaraq heç bir şikayət daxil olmamışdır. Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir iddiası, şikayəti və tələbi yoxdur. Məhkəmə cinayət işi ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsinə əsasən, Soyğunçuluq, yəni özgənin əmlakını açıq talama- üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CMin əsaslandığı qanunculuq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il tarixli, 1 nömrəli qərarında göstərilir ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-ci maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülüb-görülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqazidd xarakter daşıdığını başa düşürlər. Özgə əmlakı qanunsuz götürülərkən, orada olmuş kənar şəxs həmin hərəkətlərin hüquqazidd olmasını dərk etmirsə, yaxud da həmin kənar şəxs təqsirli şəxsin qohumudursa və təqsirli şəxs bununla əlaqədar əmlak götürülərkən, əks təsirə məruz qalmayacağına arxayındırsa, o zaman əməl özgə əmlakının oğurluğu kimi tövsif edilməlidir.Əgər sadalanan kənar şəxslər özgə əmlakının talanmasının qarşısının alınması üçün tədbir görmüşlərsə (məsələn, hüquqazidd hərəkətlərin dayandırılmasını tələb etmişlərsə), bu zaman təqsirli şəxs AR CM-nin 180-ci maddəsi ilə məsuliyyət daşımalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə 2004-cü il 11 iyun tarixli 688-İİQD nömrəli Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 2005-ci il 25 yanvar tarixli Qərarına əsasən “Konstitusiya Məhkəməsinin qərarının yüksək hüquqi qüvvəsi onun bütün hissələrinə, habelə həmin qərarın əsasını təşkil edən hüquqi mövqelərə də şamil olunur. Lakin Konstitusiya Məhkəməsinin hüquqi mövqeləri bəzən müstəqil əhəmiyyət qazanır. Konstitusiya Məhkəməsinin hüquqi mövqelərinin qüvvəsi onun qərarlarının hüquqi qüvvəsinə bərabər olduğundan və ümumi xarakter daşıdığından yalnız konstitusiya işinin predmetini təşkil etmiş hala deyil, hüququn mənbəyi kimi hüquq tətbiqetmə təcrübəsində rast gəlinən analoji hallara da şamil edilməlidir”. Talama – özgənin əmlakını tamah məqsədi ilə hüquqazidd və əvəzsiz olaraq, həmin əmlakın mülkiyyətçisinə və başqa sahibinə ziyan vurmaqla götürmə və özünün və ya başqa şəxslərin xeyrinə keçirməsidir. Bu baxımdan, talama cinayətlərinin predmetini istehlak dəyərinə malik olan istənilən maddi-əmtəə dəyəri, habelə istənilən maddi dəyərlərin ümumi ekvivalenti olan pul təşkil edə bilər. Talama cinayətləri fəal hərəkətlə törədilir. Talamanın obyektiv cəhəti mülkiyyət münasibətlərinə qəsddən ibarətdir. Hansı formada törədilməsindən asılı olmayaraq, talama özgənin əmlakını götürmədən və (və ya) özünün, yaxud başqa şəxslərin xeyrinə keçirmədən ibarətdir. Talamanın istənilən forması subyektiv cəhətdən yalnız birbaşa qəsd formasında təqsirlə xarakterizə olunur. Təqsirkar özgənin əmlakını qanunsuz və əvəzsiz götürdüyünü və (və ya) özünün və ya başqa şəxsin xeyrinə keçirdiyini dərk edir, bunun əmlakın mülkiyyətçisinə (və ya başqa sahibinə) real maddi ziyan vuracağını qabaqcadan görür və belə nəticənin baş verməsini arzu edir. Talamanın subyektiv cəhətinin daha bir zəruri əlaməti tamah məqsədinin olmasıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 aprel 2021-ci il tarixli qərarına əsasən məhkəmələr nəzərə almalıdırlar ki, Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd”inin 1-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş oğurluğa görə cinayət məsuliyyətinin yaranması üçün əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı (lakin beş min manatdan artıq olmayan) məbləğdə ziyanın vurulması tələb olunduğu halda, Cinayət Məcəlləsinin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərə görə cinayət məsuliyyəti vurulmuş ziyan yüz manatdan yuxarı məbləğdə olduqda yaranır. Vurulmuş ziyanın cinayət məsuliyyətini şərtləndirən minimal məbləği barədə tələb soyğunçuluq və quldurluq cinayətlərinə şamil olunmur və həmin əməllərə görə cinayət məsuliyyəti vurulmuş ziyanın Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd”inin 1-ci bəndində göstərilən məbləğlərdən az olub-olmamasından asılı olmayaraq yaranır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmənin əmələ hüquqi qiymətlə əlaqədar mövqeyi: Məhkəmə işin materiallarını, istintaq zamanı toplanmış sübutları, zərərçəkmiş ifadələrini, ekspertiza rəylərini və təqsirləndirilən şəxsin ifadəsini hərtərəfli, tam və obyektiv araşdırmaqla müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməl öz xarakteri, törədilmə tərzi və ictimai təhlükəlilik dərəcəsinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsində nəzərdə tutulmuş soyğunçuluq – yəni özgənin əmlakını açıq talama cinayətinin tərkib əlamətlərini ehtiva edir. İş materiallarından göründüyü kimi, təqsirləndirilən Təqsirləndirilən şəxs 16 yanvar 2025-ci il tarixdə saat 19 radələrində Şirvan şəhəri, Mehmandarov küçəsi ilə Ş.Şükürov küçəsinin kəsişməsində zərərçəkmiş Zərərçəkmiş şəxs ilə görüşmüş, aralarında baş vermiş söhbət zamanı zərərçəkmişin əlində olan “İnfinix Smart 7” markalı mobil telefonu qəflətən onun əlindən alaraq hadisə yerindən uzaqlaşmışdır. Hadisə açıq şəkildə, yəni zərərçəkmişin birbaşa iştirakı və onun iradəsinə zidd olaraq baş vermiş, təqsirləndirilən şəxs bu hərəkətinin hüquqazidd xarakter daşıdığını dərk etməsinə baxmayaraq, onu davam etdirmişdir. Təqsirləndirilən şəxsin öz ifadəsində göstərdiyi kimi, guya zərərçəkmişin qardaşı Süleymanın ona 35 manat borcu olmuş və bu səbəbdən o, həmin telefonu götürərək guya borca görə tutmanı Telmandan etmişdir. Lakin məhkəmə bu izahı hüquqi baxımdan əsassız hesab edir. Belə ki, təqsirləndirilən şəxs ilə zərərçəkmiş şəxs arasında hər hansı maddi-hüquqi münasibət – borc, müqavilə, yaxud hüquqla tanınmış tələb hüququ mövcud olmamışdır. Əgər belə bir borc münasibəti zərərçəkmişin qardaşı ilə mövcud olsaydı belə, bu hal təqsirləndirilən şəxsə üçüncü şəxsin (yəni qardaşın) əmlakını, xüsusən də özgə şəxsin – Zərərçəkmiş şəxs əmlakını zorla və ya açıq şəkildə götürmək hüququ vermirdi.Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən, borcun icrası yalnız borclu və kreditor arasında həyata keçirilir. Üçüncü şəxsin əmlakına yönəlmiş hərəkət qanunsuz hesab olunur. Bu baxımdan, borcun varlığı ehtimalı belə, təqsirləndirilən şəxsin özgə əmlakını açıq şəkildə ələ keçirməsini qanuniləşdirmir və bu əməlin cinayət xarakterini aradan qaldırmır. Beləliklə, təqsirləndirilən şəxsin “qardaşının borcu” barədə gətirdiyi əsaslandırma hüquqi baxımdan əsassız müdafiə mövqeyidir və soyğunçuluq cinayətinin tərkibini aradan qaldırmır. Əksinə, onun bu hərəkəti tamah məqsədinin mövcudluğunu, yəni özgənin əmlakını öz xeyrinə yönəltmək niyyətini daha da aydın şəkildə göstərir. Təqsirləndirilən şəxs da əmlakı gizli yolla deyil, zərərçəkmişin qarşısında, açıq şəkildə ələ keçirmişdir. Zərərçəkmiş onun bu hərəkətinə etiraz etmiş, əmlakını geri tələb etmiş, lakin təqsirləndirilən şəxs bu çağırışlara məhəl qoymamış, əksinə, hadisə yerindən uzaqlaşmışdır. Bu hallar məhkəmədə sübuta yetirilmiş və onun hərəkətlərinin açıq talama kimi qiymətləndirilməsinə əsas verir. Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarında da vurğulanmışdır ki, cinayətin düzgün tövsifi üçün əməlin faktiki hallarının normanın dispozisiyasına tam uyğunluğu əsas şərtdir. Burada təqsirləndirilənin əməlində həm obyektiv, həm də subyektiv tərkib elementləri tam müəyyən edilmişdir: Təqsirləndirilən şəxs əmlakı açıq yolla götürərkən onun hüquqaziddliyini anlamış, bu hərəkətinin nəticəsində zərərçəkmişin əmlak hüquqlarına zərər vuracağını qabaqcadan görmüş və bu nəticəni istəmişdir. Bu isə birbaşa qəsdin və tamah məqsədinin mövcudluğunu təsdiqləyir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməl, onun izah etdiyi “borcun qaytarılması” məqsədi ilə deyil, tamah niyyəti ilə özgənin əmlakını açıq şəkildə ələ keçirmə məqsədilə törədilmişdir. Zərərçəkmişin qardaşının ona borclu olması haqqında gətirilən əsaslandırma nə hüquqi, nə də faktiki baxımdan cinayət tərkibini istisna etmir. Bu hal yalnız təqsirləndirilənin motivinə işıq salır, lakin əməlini cinayət məsuliyyətindən azad edən əsas kimi qiymətləndirilə bilməz. Buna görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə – soyğunçuluq, yəni özgənin əmlakını açıq talama kimi düzgün tövsif edilmişdir. Onun sonradan zərəri ödəməsi və zərərçəkmişlə barışması, əməlindən peşmanlıq keçirməsi törədilmiş cinayətin hüquqi mahiyyətini dəyişmir, lakin cəza təyin edilərkən Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən yüngülləşdirici hal kimi nəzərə alınmalıdır. Nəticə etibarilə, təqsirləndirilən şəxsin “borc” bəhanəsi altında zərərçəkmişin telefonunu açıq şəkildə əlindən alması, bu hərəkətinin qanunsuzluğunu dərk etməsinə baxmayaraq onu davam etdirməsi, zərərçəkmişin etirazlarına məhəl qoymaması və əmlakı öz xeyrinə yönəltməsi onun əməlinin soyğunçuluq – yəni özgənin əmlakını açıq talama kimi qiymətləndirilməsini tam əsaslandırır. Beləliklə məhkəmə müəyyən etmişdir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi var, təqsirləndirilən şəxsin cinayətin törədilməsində aidiyyəti sübuta yetirilmiş, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetirilir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə tövsif edilmiş, yəni təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğundur, təqsirləndirilən şəxsin əməlində əməlin cinayət olmasını aradan qaldıran hallar və onun cinayət məsuliyyətindən, cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən, yəni törədilmiş cinayət əməlinə görə təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. AR CM-in 41.1-ci maddəsində təsbit edilmişdir ki, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. AR CM-in 41.2-ci maddəsinin tələblərindən görünür ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. AR CM-in 55.1. Müəyyən müddətə azadlıqdan məhrum etmə məhkumun məntəqə tipli, ümumi, ciddi və xüsusi rejimli cəzaçəkmə müəssisəsinə və ya həbsxanaya yerləşdirilməsi yolu ilə onun cəmiyyətdən təcrid olunmasından ibarətdir. AR CM-in 56.1.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. AR CM-in 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. AR CM-in 58.3-cü maddəsində təsbit edilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs oğlunun zərərçəkmiş şəxsə dəymiş ziyanı tam olaraq ödəyib, onunla barışıq əldə etməsini Azərbaycan Respublikası CM-in 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən, əməlindən peşman olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını, şəhid ailəsi hesab edilməsini Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi müəyyən edir. Məhkəmə Təqsirləndirilən şəxs oğlunun əməlində Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən, cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi müəyyən edir. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ACDİÜ AR Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinərək, 09 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu ildə cəzasının sonu ilə azad olunmuşdur. Şirvan Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 il 09 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü ildə cəzasının sonu ilə azad edilmişdir. Həmin məhkumluqları ödənilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.2.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətlərin residivi təhlükəli sayılır. Həmin Məcəllənin 65.2ci maddəsinə əsasən təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. Məhkəmə hesab edir ki, həmin hal nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-nin 48-ci maddəsinin, CM-nin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsi haqqında Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumnun 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və onun törətdiyi cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Həmçinin, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 mart 2011-ci il tarixli qərarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-nin vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Bundan başqa, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 20N-cü il tarixli 4 saylı qərarı ilə hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin həyata keçirilməsinin sözsüz təmin edilməsi tövsiyyə edilmişdir. Həmin qərarın 1-ci bəndinin 2 və 3-cü abzasına görə cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Qeyd olunan qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 45-ci bəndində məhkəmələrin cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməli, CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaları tövsiyə edilmişdir. Qərarın göstərilən bəndində həmçinin qeyd olunmuşdur ki, bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qərarın 46-cı bəndində məhkəmələrə o da izah edilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilib-göstərilməməsindən asılı deyillər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 20N-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixli Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-nin 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-nin 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.20N-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Plenum Qərarının 3-cü bəndində də müəyyən edildiyi kimi böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət üzrə əgər ağırlaşdırıcı hallar yoxdursa, onda məhkəmə yalnız cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq ilk növbədə təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməsi də CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına uyğun olmaz. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmənin cəza təyini ilə əlaqədar mövqeyi: İş üzrə sübutlarla təsdiqlənmişdir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə məhkum olunmuş və azadlıqdan məhrumetmə cəzası çəkmiş, cəza müddəti bitdikdən qısa zaman sonra yenidən qəsdən cinayət əməli törətmişdir. AR CM-in 18.2.1-ci maddəsinə əsasən bu hal cinayətlərin təhlükəli residivini yaradır. AR CM-in 61.1.1-ci maddəsinə görə, cinayətlərin residivi cəzanı ağırlaşdıran hal hesab edilir. Həmçinin AR CM-in 65.2-ci maddəsinə əsasən, təhlükəli residiv halında təyin edilən cəza növü və miqdarı qanunda nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş ziyanı tam olaraq ödəyib, onunla barışıq əldə etməsi Azərbaycan Respublikası CM-in 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən, əməlindən peşman olması, yaşayış yerindən müsbət xarakterizə olunması, şəhid ailəsi hesab edilməsi Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi, barəsində cinayətlərin təhlükəli residivinin mövcud olması isə AR CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmışdır. Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il və 2 aprel 2012-ci il tarixli qərarlarında vurğulandığı kimi, cəza təyini zamanı törədilmiş cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, cəzanın yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islahına və ailəsinin vəziyyətinə təsiri nəzərə alınmalıdır. Həmçinin Ali Məhkəmənin 25 iyun 20N-cü il tarixli 4 nömrəli Plenum Qərarına görə, cəzanın fərdiləşdirilməsi təmin edilməli, təqsirkara tətbiq edilən cəza nə həddən artıq yüngül, nə də aşkar surətdə ağır olmamalıdır. Təqsirləndirilən şəxs şəxsiyyəti, əvvəlki məhkumluqlarının xarakteri, yenidən cinayətlər törətməsi və islah olunmadığını göstərən hallar, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinin yüksəkliyi nəzərə alındıqda, CM-nin 180.1-ci maddəsində nəzərdə tutulmuş alternativ cəzalardan daha yüngül növünün (məsələn, azadlığın məhdudlaşdırılması) tətbiqi cəzanın məqsədlərinə nail olmaq üçün kifayətli hesab edilmir. Cinayətlərin təhlükəli residivi şəraitində, dəfələrlə cinayətlərin törədilməsi, əvvəlki cəzaların islahedici təsirinin olmaması nəzərə alınaraq, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs hazırki cinayət əməlini barəsində 08 yanvar 2025-ci il tarixli hökm qanuni qüvvəsini almazdan əvvəl törətmişdir. Ona görə də ona CM-nin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu qaydasında cəza təyin edilməlidir. AR CM-in 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün təyin edilən azadlıqdan məhrumetmə cəzası ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Buna görə də məhkəmə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində ədalətli və məqsədəuyğun cəza kimi, CM-nin 180.1-ci maddəsi ilə nəzərdə tutulmuş sanksiya hədlərində və CM-nin 65.2-ci maddəsinin müddəaları nəzərə alınmaqla azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Şirvan Şəhər Məhkəməsinin 08 yanvar 2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə təyin edilmiş 07 (yeddi) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına 01 (bir) gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanmaqla N (üç) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplamaq yolu ilə qəti cəza təyin edilməli, təyin edilən cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli tutlduğu vaxtdan, yəni 22 yanvar 2025-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan “İnfinix Smart 7” markalı mobil telefonun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə mülki iddia və məhkəmə ekspertiza xərclərinin olmaması nəzərə alınsın. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341- 349, 351-353, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Şirvan Şəhər Məhkəməsinin 08 yanvar 2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 228.4-cü maddəsi ilə təyin edilmiş 07 (yeddi) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına 01 (bir) gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanmaqla N (üç) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplamaq yolu ilə qəti olaraq ona 02 (iki) il 01 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 22 yanvar 2025-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan “İnfinix Smart 7” markalı mobil telefonun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə mülki iddia və məhkəmə ekspertiza xərclərinin olmaması nəzərə alınsın. Hökmdən 20 gün müddətində (həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmü ona verildiyi andan 20 gün müddətində) Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Əli İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar