Məhkəmə qərarları › İş №1(032)-63/2023

Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-63/2023

27.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-63/2023 27.04.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Saat 15:25-də Şirvan şəhər Məhkəməsinin hakimi X5 oğlunun sədrliyi, Məmmədli Murad Sadiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs və eyni zamanda mülki iddiaçı Zərərçəkmiş şəxs və nümayəndəsi Nümayəndə, müdafiəçi Azərbaycan Respublikası Vəkillər X2 Vəkil Bürosunun vəkili Müdafiəçi2, təqsirləndirilən şəxs və eyni zamanda mülki cavabdeh Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1992-ci ildə Əli-Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 1 azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 322.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 05 yanvar 2021-ci il tarixdə Şirvan şəhər sakini Zərərçəkmiş şəxs aralarında olan razılıq əsasında Şirvan Notariat Kontorunda bağlanmış borc müqaviləsi əsasında 10000 manat pulu verdikdən sonra sonuncu tərəfindən alınmış borc qaytarılmadığına görə bağlanmış müqavilə əsasında borcun normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada qaytarılması öhdəliyinin icra edilməsi üçün aidiyyəti üzrə məhkəmə və icra orqanlarına müraciət etməli olduğu halda bunu etməyib, borc qarşılığında girov götürdüyü pensiya kartını özündə saxlamaqla həmin kartdan özbaşına Zərərçəkmiş şəxs icazəsi və razılığı olmadan vahid niyyətlə əhatə olunmuş qəsdlə ona məxsus “Kapital Bank”-a məxsus 676867******8111 nömrəli pensiya kartından 13 dekabr 2021-ci il tarixdə 407 manat, 16 dekabr 2021-ci il tarixdə 436 manat, 17 yanvar 2022-ci il tarixdə 500 manat, 17 yanvar 2022-ci il tarixdə 111 manat, 16 mart 2022-ci il tarixdə 162 manat, 18 aprel 2022-ci il tarixdə 250 manat, 16 may 2022-ci il tarixdə 250 manat və 16 iyun 2022-ci il tarixdə 45 manat, ümumilikdə 2161 manat pulu çəkib, qanunla və ya digər normativ hüquqi aktla müəyyən edilmiş davranış qaydasına zidd olaraq qanuniliyi fiziki şəxs tərəfindən təkzib edilən hər hansı hərəkətin özbaşına törədilməsinə dair mühüm ziyan vurmadan ibarət cinayət əməli törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs və eyni zamanda mülki cavabdeh Təqsirləndirilən şəxs özünü ona elan edilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.1-ci maddəsi ilə ittiham üzrə təqsirli bildi, ifadə verərək bildirdi ki, 2021-ci ilin yanvar ayında Zərərçəkmiş şəxs ona zəng eləmiş və ona 10000 manat pul lazım olduğunu bildirmiş, o da Raufa demişdir ki, onu tanıyır, əvvəllərdə bir yerə işləmişlər, ona dediyi 10000 manat pulu verə bilər. Bundan sonra o, Raufla Şirvan şəhəri, L-nt İbrahimov küçəsində görüşmüş, həmin vaxt o, ona demişdir ki, 10000 manat pulu ancaq notariat qaydasında ona verə bilər, Raufda onunla razılaşmış və onlar birlikdə Şirvan Notariat Kontoruna getmişlər, orada Raufla aralarında borc öhdəliyinə dair müqavilə bağlanmış, bundan sonra o, 10000 manat pulu Notariat Kontorunun Bank Respublikada olan hesabına 10000 manat pulu köçürtmüş və köçürmə barədə qaiməni bankdan alıb gətirib Kontora təhvil vermiş, həmin vaxt o, Zərərçəkmiş şəxs ona məxsus pensiya kartını almışdır ki, həmin kartdan aylıq borc üzrə ona çatacaq pulu çəkər. Sonrasında Raufa dəfələrlə aldığı pulu qaytarmasını bildirmiş, lakin Rauf pulu qaytara bilməmiş, bu minvalla o, Raufa ona məxsus pensiya kartından aylıq borcu çəkəcəyini bildirsə də, sonuncu ona etiraz etmiş və gözləməyini bildirmiş, lakin o, 2021-ci ilin dekabr ayından 2022-ci ilin iyun ayınadək Raufa məxsus pensiya kartından aylıq müxtəlif məbləğlərdə olmaqla, ümumilikdə 2161 manat pulu çəkmiş, qalan pulu isə Raufun özünə vermişdir. Sonradan Raufla bağlı borc öhədiliyinin icra edilməsinə dair Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinə rəsmi qaydada müraciət etmişdir. Məhkəmə baxışında zərərçəkmiş şəxs və eyni zamanda mülki iddiaçı Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs tanıyır, belə ki, o, maddi vəziyyəti ilə əlaqədar olaraq, pula ehtiyacı olduğundan Təqsirləndirilən şəxsla sonuncuya məxsus mobil nömrəsinə zəng edərək, onunla görüşmək istədiyini bildirmiş, o, Təqsirləndirilən şəxs faizə pul verdiyini bilirmiş, 2021-ci ilin yanvar ayında o, Təqsirləndirilən şəxsla yaşadığı şəhərin Xəqani küçəsində binanın qarşısında görüşmüş, həmin vaxt o, Təqsirləndirilən şəxs demişdir ki, onun 3000 manat pula ehtiyacı vardır, Təbrizdə ona demişdir ki, ona birdəfəlik 5000 manat pul versin, o da, onunla razılaşmamış, sonra demişdir ki, 4000 manat pul versin, o, işlərini həll edə bilsin. Həmin vaxt Təbriz ona 4000 manat pulu aylıq 10 faizə verdiyini bildirmiş, o da, məcburiyyət qarşısında onunla razılaşmışdır. Sonra Təbriz ona demişdir ki, onunla Notariat kontorunda borc müqavilə bağlamalıdırlar, müqavilə də, 10000 manat pul yazılacağını, həmin pulun Bank Respublikaya rəsmi hesabıma köçəcəyini, onun həmin 10000 manat pulu bankdan çəkəcəyini və pulun 6000 manatını ona qaytaracağını qalan 4000 manat pulu isə onun götürəcəyini bildirmişdir. O da həmin vaxt ondan nə səbəbdən müqavilədə 10000 manat yazılacağı barədə soruşmuş, Təbriz də bildirmişdir ki, narahat olmasın, başqa şəxslərə veridiyi faiz pulların ala bilmədiyindən müqaviləni dediyi qaydada yazdırır. Onunla arasında pulla bağlı mübahisəsinin olmadığını, maaş kartını ona verməyini, o, özü aybaay maaş kartından 450 manat pulu götürəcəyini, faiz borcum bitdikdən sonra isə maaş kartını qaytarıb ona verəcəyini bildirmişdir. O da, Təbrizə inanmış, həmin günü yəni, 2021-ci ilin yanvar ayının ortalarında o, Təbrizlə Şirvan Notariat Kontorunda müqavilə bağlamış, müqavilə də, onun Təbrizdən 10000 manat pul götürməyi barədə yazılmış, sonra müqavilə əsasında o, həmin 10000 manat pulu Bank Respublikadan çəkib, 6000 manatını Təbrizə qaytarmış və qalan 4000 manat pulu özünə götürmüşdür. Təbriz həmin vaxt ona demişdir ki, ondan faizlə götürdüyü 4000 manat pulu müqavilə şərtinə əsasən 01 ay müddətinə ödəyib bağlamasa, ondan 4000 manat yox 10000 manat pul alacaqdır, həminçinin Təbriz bildirmişdir ki, pulu vaxtında versin, yoxsa başına oyun açacaqdır. Bildirmişdir ki, 2021-ci ilin yanvar ayından həmin ilin sentyabr ayınadək Təqsirləndirilən şəxs onun maaş kartından hər ay 450 manat pul çəkmişdir. Həmin ilin oktyabrnoyabr aylarında o, təqaüdə çıxandan sonra onun köhnə maaş kartına təqaüdə çıxmağı ilə yekun pul köçmüş, həmin yekun pul 2800 manata yaxın pul köçmüş, kart Təbrizdə olduğundan Təbriz həmin kartdan 1200 manat pul çəkmiş və qalan pulu da ona qaytarıb vermişdir. Bundan sonra o, pensiya kartını almış və həmin pensiya kartını Təbrizə vermiş və ondan olan köhnə maaş kartını geri almışdır. 2021-ci ilin noyabr ayında o, Təbrizə demişdir ki, kartını geri qaytarsın. O, Təbrizə götürdüyü 4000 manat pulun faizi ilə bağlı artıqlaması ilə pul vermişdir ki, kartından pul çəkməsin. Təbrizdə ona demişdir ki, narahat olmasın. Daha kartından pul çəkməyəcəkdir, lakin bildirmişdir ki, onun verdiyi pullar 4000 manat faiz pulun üstüdür, ona hələdə 4000 manat pul borcu qalmışdır. O da, həmin vaxt Təbrizin ona barəsində şikayət edəcəyi, həmçinin, onu kriminal aləmin avtoritetləri tərəfindən döydürməklə, onun barəsində şəhər ərazisində və sosial şəbəkədə rüvayedici məlumatlar yaymaqla hədələməsindən ehtiyat edərək, onunla razılaşmışdır. Bildirmişdir ki, Təqsirləndirilən şəxs ona məxsus pensiya kartından pul çəkməyəcəyinə söz versə də, 2021-ci ilin dekabr ayından 2022ci ilin iyun ayınadək məxsus pensiya kartından icazəsi olmadan hər müxtəlif məbləğlərdə ümumilikdə 2161 manat pul çəkmişdir. O da, hər dəfə Təbrizə hərəkətlərini dayandırmasını, elədiyinin qanunsuz olduğunu bildirsə də, sonuncu ona məhəl qoymamışdır. 2022-ci ilin iyul ayında o, məcbur qalıb pensiya kartını bank vasitəsi ilə blok etdirmişdir. Mülki iddianın tam şəkildə təmin edilməsini xahiş etdi. İş materiallarında olan 05 yanvar 2021-ci il tarixli kredit müqaviləsindən görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında 05 yanvar 2021-ci il tarixdə 10000 manat pulla bağlı borc müqaviləsi bağlanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində DİN-nin BƏSİİ-də heç bir məlumat yoxdur. İş materiallarında olan Şirvan şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışda göstərilir ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında yaşayır. İş materiallarında olan Şirvan şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs adına verilmiş xasiyyətnamədə göstərilir ki, onun barəsində nümayəndəliyə yazılı və ya şifahi olaraq heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan AZ-İV № 854892 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2023-cü il tarixdə Şirvan şəhərində doğulmuşdur. Atası Təqsirləndirilən şəxs, anası X3r. İş materiallarında olan vəsiqələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs “44 günlük Vətən müharibəsi”nin iştirakçısı olmuş, o, “Xocavəndin azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayətin onun tərəfindən təqsirli olaraq törədilməsi cinayət işi üzrə toplanmış dəlillərin məcmusu ilə kifayət qədər sübuta yetirilir. Beləliklə təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərək, məhkəmə yuxarıda qeyd olunan və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq, belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 05 yanvar 2021-ci il tarixdə Şirvan şəhər sakini Zərərçəkmiş şəxs aralarında olan razılıq əsasında Şirvan Notariat Kontorunda bağlanmış borc müqaviləsi əsasında 10000 manat pulu verdikdən sonra sonuncu tərəfindən alınmış borc qaytarılmadığına görə bağlanmış müqavilə əsasında borcun normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada qaytarılması öhdəliyinin icra edilməsi üçün aidiyyəti üzrə məhkəmə və icra orqanlarına müraciət etməli olduğu halda bunu etməyib, borc qarşılığında girov götürdüyü pensiya kartını özündə saxlamaqla həmin kartdan özabaşına Zərərçəkmiş şəxs icazəsi və razılığı olmadan vahid niyyətlə əhatə olunmuş qəsdlə ona məxsus “Kapital Bank”-a məxsus 676867******8111 nömrəli pensiya kartından 13 dekabr 2021-ci il tarixdə 407 manat, 16 dekabr 2021-ci il tarixdə 436 manat, 17 yanvar 2022-ci il tarixdə 500 manat, 17 yanvar 2022-ci il tarixdə 111 manat, 16 mart 2022-ci il tarixdə 162 manat, 18 aprel 2022-ci il tarixdə 250 manat, 16 may 2022-ci il tarixdə 250 manat və 16 iyun 2022-ci il tarixdə 45 manat, ümumilikdə 2161 manat pulu çəkib, qanunla və ya digər normativ hüquqi aktla müəyyən edilmiş davranış qaydasına zidd olaraq qanuniliyi fiziki şəxs tərəfindən təkzib edilən hər hansı hərəkətin özbaşına törədilməsinə dair mühüm ziyan vurmadan ibarət cinayət əməli törətmişdir. Həmin əməllər isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.1-ci maddəsinin tərkibini təşkil edir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin, cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə cəza təyin edərkən cinayət əməlinin qəsdən törədilməsini və böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olması barədə cinayətin xarakterini, cinayətin ictimai təhlükəliliyini azalda bilən halın olmamasını nəzərə alır. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxsin himayəsində 1 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə, əməlindən peşman olmasını, “44 günlük Vətən müharibəsi” iştirakçısı olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsinə cəhd göstərməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar olmasını və iş üzrə cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li qərarının 2-ci bəndinə görə şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Məhkum edilənin əmək haqqının və ya başqa gəlirinin aşağı olması ona əsas cəza kimi cərimə cəzası əvəzinə sanksiyada nəzərdə tutulan başqa daha ağır cəza növü təyin edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası CM-nin 44.1-ci maddəsinə əsasən cərimə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və məbləğdə məhkəmə tərəfindən təyin edilən pul tənbehidir. İş üzrə obyektiv və subyektiv halların məcmusunu nəzərə alıb,məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 322.1-ci maddəsinin sanksiyasının aşağı həddində cərimə cəzasının təyin edilməsi onun islah olunmasına xidmət edəcəkdir. Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 10 dekabr 2022-ci il tarixdən 20 yanvar 2023-cü il tarixədək 01 ay 10 gün həbsdə olması müddəti nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Mülki iddiaya gəldikdə məhkəmə hesab edir ki, mülki iddia qismən təmin olunmalı, 2161 manat məbləğində dəymiş maddi zərərə dair sübutlar təqdim olunduğundan bu hissədə mülki iddia təmin olunmalı və həmin məbləğdə pulun mülki cavabdeh Təqsirləndirilən şəxs alınaraq mülki iddiaçı Zərərçəkmiş şəxs verilməsi təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 351-353,384-cü maddələrini rəhbər tutub, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 322.1-ci maddəsi ilə təqsirli bilinərək 1800 (min səkkiz yüz) manat cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 10 dekabr 2022-ci il tarixdən 20 yanvar 2023-cü il tarixədək 01 ay 10 gün həbsdə olması müddəti nəzərə alınmaqla təyin edilmiş cəza 1000 (min) manat məbləğinədək yüngülləşdirilsin. Cəzasının əvvəli hökm icraya yönəldilən vaxtdan hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Mülki iddia qismən təmin edilsin. Mülki cavabdeh Təqsirləndirilən şəxs maddi zərərin əvəzi olaraq 2161 manat məbləğində pul alınaraq mülki iddiaçı Zərərçəkmiş şəxs verilsin. Qalan hissədə mülki iddia təmin edilməsin. İş üzrə maddi sübutun olmaması nəzərə alınsın. Hökmdən 20 gün müddətində (həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmü ona verildiyi andan 20 gün müddətində) Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən: Etibar Hümbətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar