Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(032)-63/2024 16.04.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ saat 09:40-da Şirvan şəhər Məhkəməsinin hakimi X4 oğlunun sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Azərbaycan Respublikası Vəkillər X3 Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1983-cü ildə Füzuli şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şirvan şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmadan ibarət cinayət əməlini törətmişdir. Belə ki, o, spirtli içki qəbul etdikdən sonra 10 noyabr 2023-cü il tarixdə saat 20 radələrində Şirvan şəhəri F.X.Xoyski küçəsində aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı tanışı Zərərçəkmiş şəxs istintaq zamanı yerini müəyyən etmək mümkün olmayan bıçaqla qəsdən boğaz nahiyəsindən vuraraq, sonuncuya boyunun sol yan səthi-sol çənə bucağında çapıq kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirməklə, sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmadan ibarət cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadə verib göstərdi ki, Zərərçəkmiş şəxs 3-4 ildir ki, tanıyır, onunla heç bir düşmənçiliyi və ədavəti olmamışdır. Tural təxminən bir ay bundan əvvəl ondan 150 manat pul borca istəmiş və o da etiraz etmədən Turala 150 manat pul borca vermişdir. Tural həmin puldan 90 manatını qaytarmış və 60 manat borclu qalmışdır. Bundan sonra Tural ona söz vermişdir ki, 3 gün ərzində qalan 60 manatıda qaytaracaq. 10 noyabr 2023-cü il tarixdə yaxın tanışı onu toy mərasiminə dəvət etmiş, o da toya getmişdir. Həmin günü toydan yeyib-içdikdən sonra saat təxminən 20 radələrində çıxmış və Turala zəng vurmuşdur. Həmin toyda az miqdarda spirtli içki qəbul etmişdir. Tural telefonu açdıqda sonuncudan borcunu istəmişdir. Tural ona bildirmişdir ki, «pulun kart hesabına köçürülüb get kartına bax». O, həmin vaxtı telefonunda olan proqramla kart hesabına baxmış və görmüşdür ki, Tural onun kart hesabına 30 manat pul göndərmişdir. O, təkrarən Turala zəng vuraraq bildirmişdir ki, “məni niyə aldadırsan, sən söz vermişdin ki, bu günə 60 manat borcunu tam olaraq ödəyəcəksən”. Tural ona bildirmişdir ki, yaxın günlərdə 30 manatını da verəcək. O, Turala bildirmişdir ki, “sən sözündə düzgün insan deyilsən, bir aydır ki, məni fırladırsan”. Bundan sonra telefonda danışanda aralarında sözlə mübahisə olmuşdur. Tural ondan harada olmağını soruşmuşdur. O, Turala, “hazırda qəsəbədə, öz binamızın qarşısındayam, gəl bura”. Demişdir. Təxminən 1 dəqiqədən sonra Tural ona zəng vuraraq bildirmişdir ki, “qəsəbədə olan Al marketin yanındayam, gəl bura söhbətimizi edək”. O, Turala bildirmişdir ki, “gəl binanın qarşısına burda söhbətimizi edək”. Tural ona təkidlə tələb etmişdir ki, “deyirəm gəl bura”. O, həmin vaxtı binalarının qarşısından çıxıb Al marketin yanına getmişdir. Oraya çatdıqda görmüşdür ki, Tural idarə etdiyi avtomobilində əyləşib onu gözləyir. O, Turala yaxınlaşaraq sərnişin əyləşən tərəfdən qapısını açıb onunla söhbət etməyə başlamışdır. Tural avtomobili hərəkətə gətirərək kənd evləri istiqamətinə sürmüşdür. Daha sonra onlar avtomobildən enmiş və mübahisə etmişlər. Mübahisə böyümüş, dava etməyə başlamışlar. O, həmin vaxtı Turala onu buraxmağını tələb etmiş, Tural isə onun yaxasından tutub boğmuş və sakit olmağını tələb etmişdir. Bu vaxt görmüşdür ki, Turalın əlindən çıxa bilmir və cibində olan iş vaxtı işlətdiyi kəsici alət olan aboy bıçağını çıxarıb qolundan vurmaq istəmişdir. Həmin vaxtı dartışdıqlarından bıçaq Turalın boğazının sol tərəfindən dəymiş və kəsmişdir. Həmin vaxtı Turalın boğazının sol tərəfi kəsilmişdir. Tural ondan əlini çəkərək boğazını tutmuşdur. Həmin vaxt hər ikisi həyacanlanmışlar. Turalı dərhal avtomobilinə sərnişin oturacağına əyləşdirmiş və avtomobili özü idarə edərək Şirvan şəhər Mərkəzi Xəstəxanasına gətirmişdir. Xəstəxanada Turala tibbi yardım göstərilərkən yanında olmuşdur. O, toyda spirtli içki qəbul etsə də özünü idarə edə bilmiş, Turalın isə spirtli içki içib-içməməsini bilməmişdir. Turalla münaqişələrini heç kim görməmişdir. Hadisədən sonra həyacanlı olduğu üçün həmin bıçağı haraya tulladığı yadında deyil. Özü elektrik ustası olduğu üçün daimi olaraq işi ilə əlaqədar həmin aboy kəsən bıçaq onun üzərində olur. Etdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxs ilə barışmış və ona dəymiş ziyanı aradan qaldırmışdır. İşin icraatına xitam verilməsini xahiş etdi və bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verib göstərdi ki, Təqsirləndirilən şəxs ilə təxminən 3-4 ildir ki, tanışlıq münasibətləri vardır. Təxminən 2023-cü ilin oktyabr ayının ortalarında Təqsirləndirilən şəxs borca 150 manat pul almış və yaxın günlərdə qaytaracağına söz vermişdir. Həmin vaxtlar maddi vəziyyəti çətin olduğu üçün Ceyhundan aldığı 150 manat borc pulu dediyi vaxtda ödəyə bilməmişdir. Həmin puldan 90 manatını Ceyhuna ödəyə bilmişdir. Qalan 60 manatını isə yaxın günlərdə ödəyəcəyinə söz vermişdir. xx.xx.2023-cü il tarixdə saat təxminən 20 radələrində Ceyhun ona zəng vuraraq 60 manat borcunu istəmişdir. O, həmin vaxtı üzərində az miqdarda pul olduğu üçün Ceyhuna bildirmişdir ki, 5 dəqiqəyə kart hesabına 30 manatını göndərir, qalan 30 manatını isə 2-3 günə qaytaracaq. O, həmin vaxtı Şirvan şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən “OBA” marketdə olan milliön terminal vasitəsi ilə Təqsirləndirilən şəxs kart hesabına 30 manat göndərmiş və oradan çıxıb birbaşa yaşadıqları qəsəbəyə gəlmişdir. Qəsəbəyə yenicə çatmışdır ki, Ceyhun ona təkrar zəng vuraraq onunla aqressiv danışmış və borcunu tam ödəməyini tələb etmişdir. O, Ceyhundan harada olmağını soruşduqda sonuncu bildirmişdir ki, qəsəbədə binalarının qarşısında dayanıb onu gözləyir. O, Ceyhuna bildirmişdir ki, hazırda qəsəbədə olan Al marketin yanında onu gözləyir. Təxminən 2-3 dəqiqədən sonra Ceyhun onun olduğu yerə gəlmişdir. O, həmin vaxtı idarə etdiyi avtomobildə əyləşib Ceyhunu gözləmişdir. Ceyhun avtomobilə sərnişin əyləşən tərəfdən yaxınlaşaraq avtomobilin qapısını açmış və onunla aqressiv danışaraq pulunu tələb etmişdir. O, Ceyhuna avtomobilə əyləşməsini, avtomobildə söhbətlərini etmələrini bildirmişdir. Ceyhun həmin vaxtı avtomobilə əyləşmək istəməmişdir. Nəhayət onun təkidindən sonra avtomobilə əyləşmiş və o, avtomobili işə salaraq oradan uzaqlaşmışlar və kənd evləri istiqamətində hərəkət etmişlər. Kənd evləri istiqamətinə gedərkən Ceyhun avtomobilin sürət qutusunu sərbəst şəkilə ataraq avtomobildən düşmüş və yerdə mübahisə etməyə başlamışdır. O, dərhal avtomobildən yerə düşüb Ceyhuna yaxınlaşmış və çiyinlərindən tutaraq avtomobilə əyləşməsini istəmişdir. Ceyhun əyləşmədiyi üçün o, Ceyhundan aralaşıb avtomobilə sükanın arxasında əyləşmişdir. Həmin vaxtı görmüşdür ki, boğazından qan paltarının üstünə tökülür. Əlini boğazına atdıqda görmüşdür ki, boynunun sol tərəfi kəsilmiş və qan axır. Onda bilmişdir ki, Ceyhun ona kəsici alətlə xəsarət yetirmişdir. Bundan sonra Ceyhun da həyəcanlanmış və dərhal sükanın arxasına keçərək avtomobili işə salaraq onu xəstəxanaya gətirmişdir. Xəstəxanaya çatdıqdan sonra onu əməliyyat etmişlər. Zərərçəkmiş şəxs ifadəsində həmçinin göstərmişdir ki, hadisə vaxtı kənarda heç kim olmamış və aralarında olan münaqişəni heç kim görməmişdir. Aralarında olan münaqişə təxminən 2 dəqiqə çəkmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tam ödənilmişdir. Ondan heç bir şikayət və tələbi olmadığını bildirib bu barədə məhkəməyə ərizə təqdim etdi. İş materiallarında olan Məhkəmə-tibbi ekspertizasının 15 yanvar 2024-cü il tarixli, 616 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar olunan xəsarət – boyunun sol yan səthi-sol çənə bucağında çapıq – iti xassəyə malik (alət) əşya təsirindən törənmiş deşici-kəsici yaranın sağalmasından sonra qalan izdir, qərarın təsviri hissəsində göstərilən 10 noyabr 2023-cü il tarixdə kənar şəxs tərəfindən bıçaqla yetirilə bilərdi. Qeyd olunan xəsarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Hemodinamiki göstəricilərin norma və ya normadan cüzi aşağı olması onu deməyə əsas verir ki, alınan travmadan sonra həyat üçün heç bir təhlükə olmamışdır. Daxili və xarici yuxu arteriyalarının zədələnməsinə gəlincə isə, bu fikrə gəlinir ki, onların zədələnməsindən sonra xəsarət alanın sağ qalınması az ehtimal olunandır. Nəzərə alsaq ki, fizioloji olaraq ürək 1 dəqiqədə orta hesabla 70-80 dəfə yığılır və hər yığılma zamanı böyük qan dövranına 70 ml qan qovulur, belə olan halda insan 1 dəqiqə ərzində azı 4-5 l qədər qan itirmiş olur ki, buda onun sağ qalmasını mümkünsüz edir. Xəsarətin yerləşmə nahiyəsi ilə (boyunun sol yan səthi, sol çənə bucağı) ümumi yuxu arteriyası, daxili və xarici yuxu arteriyalarının topoqrafiyası uyğun gəlmədiyinə görə böyük ehtimalla demək olar ki, zədələnən a.fasialis (xarici yuxu arteriyasının şaxəsi olan üz arteriyası) ola bilərdi ki, bu arteriyanın zədələnməsi həyat üçün təhlükə törətmir. Yaranın yerləşməsi ilə üz arteriyasının topoqrafiyasının uyğun gəlməsi bunu sübut edən əlamətlərdən hesab olunur. Ümumi yuxu arteriyası, xarici və daxili yuxu arteriyalarının zədələnməsindən sonrakı bir neçə saniyə ərzində ölüm baş verə bilər. İş materiallarında olan 20 noyabr 2023-cü il tarixli cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə cinayət işi başlanılmışdır. İş materiallarında olan 09 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 05 dekabr 2023-cü il tarixdə Azərbaycan Respublikasının CM-in 221.3-cü maddəsi ilə elan edilmiş ittiham dəyişdirilərək ona CM-in 128-ci madddəsi ilə yenidən ittiham elan edilmişdir. İş materiallarında olan 09 fevral 2024-cü il tarixli başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsinə dair qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “Füzuli rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsin 23 dekabr 2023-cü il tarixli, 18-1-36/2-926/2023 nömrəli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs Füzuli rayon Mərkəzi xəstəxanasının ruhi -əsəb və narkoloji kabinetində qeydiyyatda olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və Məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti Şirvan şəhər-İsmayıllı rayon Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 20 dekabr 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Şirvan şəhər F.X.Xoyski küçəsi 685 mənzillik qəsəbədə yaşadığı dövrdən onun barəsində MKİS-ə heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, hazırda Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam ödənildiyini, ondan heç bir şikayət və tələbi olmadığını göstərmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək, hazırda Zərərçəkmiş şəxs ilə barışdığını, dəymiş ziyanı aradan qaldırdığını, törətdiyi əməldən peşman olduğunu göstərib, barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə olan cinayət işinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə araşdırılmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə məhkəmə baxışı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətmişdir. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən, cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olması cinayət təqibini istisna edən hallardandır. Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən, həmin məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar məhkəmə baxışı gedişində cinayət təqibinə xitam verilməsi əsaslarındandır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını və ona dəymiş ziyanı tamamilə ödəməsini nəzərə alaraq hesab edir ki, o, Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad olunmalı və icraata xitam verilməli, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CM-nin 73.2, Azərbaycan Respublikası CPM-nin 39.1.11, 43.1.2 və 321.2.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Qərardan elan olunduğu vaxtdan 20 gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Qərar apelyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən: Etibar Hümbətov
Məhkəmə qərarları › İş №1(032)-63/2024
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №1(032)-63/2024
16.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver