Məhkəmə qərarları › İş №1(032)-64/2023

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №1(032)-64/2023

16.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(032)-64/2023 16.03.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ saat 12:45-də Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Məhkəmə iclas katibi Qarayev Qiyas Sarvan oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Ölmüş Təqsirləndirilən şəxs hüquqi varisi X2, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1990-cı ildə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin hazırlıq iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İbtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihama əsasən Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və vaxtda şəxsi istehlak miqdarından artıq miqdarda, yəni, təmiz çəkisi 0,234 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış, 16 noyabr 2022-ci il tarixdə, saat 19 radələrində polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Şirvan şəhəri, T.İsmayılov küçəsində saxlanılaraq polis şöbəsinə gətirilib, üzərində şəxsi axtarış aparılan zaman üzərində qanunsuz olaraq saxladığı həmin çəkidə narkotik vasitə heroin əynində olan şalvarın sol yan cibindən bir ədəd bükümdə aşkar olunaraq götürülmüşdür. Məhkəmənin hazırlıq iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş, sonra məhkəmə hazırlıq iclası xx.xx.2023-cü il tarixə təxirə salınmış, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə dəqiqləşdirilməmiş ürək çatmamazlığı səbəbindən vəfat etməsi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 106-1.3-cü maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs qardaşı X3 təqirləndirilən şəxsin hüquqi varisi qismində tanınması barədə məhkəməyə ərizə ilə müraciət etmişdir. Sonradan məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs hüquqi varisi qismində tanınmış qardaşı X3 ərizə verərək mərhum qardaşı Təqsirləndirilən şəxs vəfat etdiyindən barəsində bəraətverici əsaslar olmadan cinayət işinin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi hüquqlarını müdafiə etdiyi şəxsin əməli törətdikdən sonra öldüyünə görə cinayət işinin icraatına xitam verilməsinə etiraz etmədiyini bildirdi. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilən: 16 noyabr 2022-ci il tarixli şəxsi axtarış aparılması haqqında protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman əynindəki şalvarın sol yan cibindən 1 ədəd bükümdə narkotik vasitə heroinə oxşar kütlə aşkar edilərək kağız zərfə qablaşdırılıb götürülmüşdür. (i.v. 87-89) Məhkəmə-kimyəvi ekspertizasının 17 noyabr 2022-ci il tarixli 129 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, “Təqsirləndirilən şəxs üzərindən” sözləri yazılmış kağız paketdə 1 ədəd bükümdə təmiz çəkisi 0,234 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata sərf edildi -0,05 qram, qalıq-0,184 qram ( i.v. 38-40) Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zamanı aşkar edilərək götürülmüş 01 ədəd kağız zərfdə qablaşdırılmış tədqiqatdan sonra təmiz çəkisi 0,184 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Şirvan ŞPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir.(i.v.103) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsi Ambulator X1 məhkəmə-narkoloji ekspertizasının 18 yanvar 2023-cü il tarixli, 264 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Təqsirləndirilən şəxs İİİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. ( i.v. 92-93) Azərbaycan Respublikası İcbari Sığorta üzrə X7 Ərazi gölmələrini İdarəetmə Birliyi “Şirvan şəhər Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsi ərəfindən daxil olmuş 29 noyabr 2022-ci tarixli 1224 nömrəli məktubda göstərilmişdir ki, Təqsirləndirilən şəxs Şirvan ŞMPnin narkolofi kabinetində “opioidlərin qəbulu nəticəsində psixi və davranış pozuntusu” diaqnozu ilə qeydiyyatdadır. (i.v.69) Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şirvan şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 07 ay 27 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə hökm dəyişdirilərək cəzası 1 il 3 ay 27 gün müddətində saxlanılmış, Salyan rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə CMnin 76-cı maddəsinə əsasən 03 ay 16 gün cəzadan vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2020-ci il tarixdə cəza müddəti başa çatmışdır. (i.v. 78-79) xx.xx.2023-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə dəqiqləşdirilməmiş ürək çatmamazlığı səbəbindən ölmüşdür. Məhkəmə cinayət işi ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. Hazırda məhkəmə hesab edir ki, məhkəmənin hazırlıq iclası zamanı işin icraatına xitam verilməsi əsasları müəyyən edildiyindən cinayət işinin icraatına xitam verilməsi barədə qərar çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 41.4-cü maddəsinə əsasən məhkəmə baxışı başlananadək məhkəmə cinayət təqibini istisna edən halları aşkar edərsə, təqsirləndirilən şəxs haqqında cinayət təqibindən imtina edilməsi məsələsinin həll olunmasını dövlət ittihamçısına təklif edə bilər. Həmin Məcəllənin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Həmin Məcəllənin 305.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında bu Məcəllənin 39-cu maddəsində nəzərdə tutulmuş hallar müəyyən edildikdə məhkəmə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında əsaslandırılmış qərar çıxarır. Cinayət təqibini istisna edən hallar ittihamın bir hissəsinə aid olduqda cinayət işi üzrə icraata yalnız bu hissədə xitam verilir. Həmin Məcəllənin 305.2-ci maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərara ibtidai istintaq mərhələsində qəbul edilmiş qətimkan tədbirlərinin və vurulmuş ziyanın ödənilməsinin təmin edilməsinə dair tədbirlərin, habelə digər cinayətprosessual məcburiyyət tədbirlərinin ləğv edilməsi barədə qərarlar daxil edilir və həmin qərarda maddi sübutların taleyi barədə məsələ həll edilir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldüyündən və cinayət işinin icraatına xitam verilməsi barədə Təqsirləndirilən şəxs hüquqi varisi X2 cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsinə dair ərizəsi olduğundan, həmçinin təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi buna dair etirazı olmadığından, cinayət işinin icraatına xitam verilməsi barədə qərar çıxarılmalı, təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə iltizam qətimkan tədbiri xitam olunmalıdır. İş üzrə maddi sübut olan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,184 qram narkotik vasitə olan heroin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən məhv edilməlidir. İş üzrə ekspertiza tədqiqatının 31 manat 95 qəpik məbləğində dəyəri Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.2-ci maddəsinə əsasən dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 347, 356, 384-cü maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən təqsirləndirilən şəxs öldüyünə görə xitam verilsin, barəsində seçilmiş polisin nəzarəti altına vermə iltizam tədbiri xitam olunsun. İş üzrə maddi sübut olan və Şirvan şəhər polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,184 qram olan narkotik vasitə olan heroin məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının 31 manat 95 qəpik məbləğində dəyəri dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan 20 gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar