Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-64/2025 10.09.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ saat 14:38-də Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Xəlilov Xəlil Elşən oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Şirvan Regional Vəkil Bürosunun vəkilləri Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1970-ci ildə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şirvan şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq əldə etdiyi odlu silahı, onun komplekt hissəsini və döyüş sursatını üzərində saxlamaqla gəzdirib daşıyaraq ünvan 2-da yerləşən fərdi yaşayış evində gizlətmiş, Şirvan şəhər polis şöbəsinin əməkdaşları tərəfindən 17 mart 2025-ci il tarixdə saat 19:50-dən saat 20:25-dək olan müddət ərzində ünvan 2-da yerləşən fərdi yaşayış evinə baxış keçirilən zaman həyətyanı sahədə olan və ətrafı dəmir çəpərlə çəpərlənmiş ev quşlarının saxlanılması üçün nəzərdə tutulan damın həyətində olan yerə bərkidilmiş şiferin arxasından qara rəngli sellofan torbadan 01 ədəd №-si silinmiş, qoruyucusunda 2386 №-si olan, zavod üsulu ilə Rusiya dövlətində istehsal olunmuş 9x17 mm (380 ACP) kalibrli “Makarov” konstruksiyalı MP-71H modelli, texniki cəhətdən saz və atəş üçün yararlı, hissə-mexanizmlərinin üzərində sonradan silahın təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmiş yivli odlu silah, 01 ədəd üzərində 08963 №-si olan zavod üsulu ilə istehsal olunmuş 9x17 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Makarov konstruksiyalı texniki cəhətdən saz və təyinatı üzrə istifadə üçün yararlı MP-71H modelli tapançaların komplekt hissəsi olan daraq və 03 ədəd 02 ədədi zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1987-ci və 1989-cu illərdə, digər 01 ədədi isə zavod üsulu ilə Rusiya dövlətində 1996-cı ildə istehsal olunmuş 9x18 mm kalibrli, Makarov (PM) və Steçkin (APS) konstruksiyalı döyüş sursatı olmaqla təyinatı üzrə istifadə və atəş üçün yararlı tapançaların ştat patronları aşkar olunaraq götürülmüşdür. Məhkəmə baxışında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 12 mart 2025-ci il tarixdə saat 15 radələrində yaşadığı evinə yaxın olan dəmiryolu stansiyasının yaxınlığındakı çayxanaya dəmiryolu stansiyasının üzəri ilə piyada hərəkət etdiyi vaxt yerdə qara rəngli sellofan torbanı görmüş, həmin sellofana yaxınlaşmış, onun içərinə baxdıqda, odlu silah olan tapançanı görmüşdür. Silahı əlinə aldıqda onun həqiqi olmasını görmüş, dərhal sellofanın içərisindəki silahı həmin sellofan ilə birlikdə özü ilə birlikdə yaşadığı ünvan 2 ünvanında gətirmiş, silahı evinin giriş hissəsinə yaxın olan damda gizlətmişdir. xx.xx.2025-ci il tarixdə günorta saat 16 radələrində polislər yaxınlaşıb özlərini ona təqdim edərək, onu polis şöbəsinə gətirmişlər. Polis şöbəsinin Təhqiqat bölməsində olarkən hüquqlarını müdafiə etmək üçün vəkil X2 gəldikdən sonra üzərində şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərində qanunsuz əşya və ya predmet, o cümlədən odlu silah olduğu təqdirdə onu təqdim etməyini təklif etdikdə o, üzərində heç bir qanunsuz əşyanın olmadığını bildirmişdir. Daha sonra polis əməkdaşı tərəfindən üzərində şəxsi axtarış aparılmış, lakin qanunsuz heç bir əşya və ya premdet, o cümlədən odlu silah aşkar olunmamışdır. O, yaşadığı evin girişinə yaxın ərazidə yerləşən damda odlu silah gizlətdiyini bildirmiş, bundan sonra onun iştirakı ilə yaşadığı Şirvan şəhəri, G.Şıxbalaoğlu küçəsi 2/9-da yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən ev quşlarını saxlamaq üçün nəzərdə tutulmuş damın içərisində dam örtüyünün yanından 1 ədəd silahı üzərində darağı və 3 ədəd patronu ilə birlikdə təqdim etmişdir. Həmin vaxt təqdim etdiyi silaha baxış keçirilmiş, sonra həmin 1 ədəd silah, 01 ədəd daraq və 03 ədəd patron qablaşdırılaraq götürülmüş, zərfə qoyulmuş, zərfin üzəri möhürlənmiş, o və digər iştirakçılar zərfin üzərinə imza etmişlər. Hazırda əməlindən peşman olduğunu bildirmişdir. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Şirvan şəhər Polis şöbəsinin CAB-nın əməliyyat müvəkkili Şahid1 göstərdi ki, 17 mart 2025-ci il tarixdə xidmətdə olarkən Şirvan şəhər sakini Təqsirləndirilən şəxs üzərində və yaşadığı ünvanda qanunsuz olaraq odlu silah saxlaması haqqında məlumat daxil olmuşdur. Bununla əlaqədar tərəfindən Təqsirləndirilən şəxs ətrafında təxirə salınmaz əməliyyat axtarış tədbirləri keçirilməsi ilə əlaqədar qərar qəbul olunmuşdur. 17 mart 2025-ci il tarixdə saat 16 radələrində o və Şirvan şəhər Polis Şöbəsinin MSY-nin Konvoy hissəsinin konvoyu Şahid2 ilə birlikdə Şirvan şəhəri, G.Şıxbalaoğlu küçəsinə getmişlər. Həmin küçədə əməliyyat tədbirləri keçirərkən Təqsirləndirilən şəxs görmüşlər və onun barəsində məlumat daxil olduğu üçün qərara gəlmişlər ki, yaxınlaşaraq məlumatın yoxlanılması məqsədilə onu Şirvan şəhər Polis Şöbəsinə dəvət etsinlər. Onlar Təqsirləndirilən şəxs yaxınlaşıb Şirvan şəhər PŞ-nin əməkdaşı olduqlarını bildirdikdə, sonuncu onların polis əməkdaşı olduqlarını görüb özünü şübhəli apararaq onlardan yayınıb getmək istəmiş, buna baxmayaraq onlar onu Şirvan şəhər Polis Şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs onların təkliflərini qəbul etmiş və onlarla birlikdə Şirvan şəhər Polis Şöbəsinə gəlmişdir. Şirvan şəhər Polis Şöbəsində müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağı, axtarışın videokamera vasitəsi ilə aparılacağı bildirilmiş və təklif olunmuşdur ki, əgər üzərində qanunla qadağan olunmuş narkotik vasitə, silah və döyüş sursatı, həmçinin cinayət xarakterli digər əşya və predmet vardırsa onları könüllü təqdim etsin. Təqsirləndirilən şəxs da bildirmişdir ki, üzərində heç bir qanunla qadağan olunmuş narkotik vasitə, silah və döyüş sursatı, həmçinin cinayət xarakterli digər əşya və predmet yoxdur, lakin Şirvan şəhərində dəmiryolu stansiyasının yaxınlığından 1 ədəd odlu silah olan tapança tapmış və həmin silahı yaşadığı ünvanda ev heyvanlarını saxladığı damda gizlətmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, axtarış zamanı üzərindən heç bir qanunla qadağan olunmuş əşya və ya predmet aşkar olunmamışdır. Həmin vaxt protokol tərtib olunmuş, heç bir ərizə və şikayət daxil olmadığı üçün Təqsirləndirilən şəxs, müdafiəçi və tərəflərindən imzalanmışdır. Təqsirləndirilən şəxs və müdafiəçisi X1 iştirakı ilə videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs yaşadığı ünvan 2-da yerləşən fərdi yaşayış evinin həyətinə baxış keçirilmiş, baxış zamanı həyətdə yerləşən ətrafı dəmir çəpərlə çəpərlənmiş ev quşlarının saxlanılması üçün nəzərdə tutulan damın həyətində olan yerə bərkidilmiş şiferin arxasından qara rəngli sellofan torbada 01 ədəd Makarov konstruksiyalı silah, üzərində daraq və darağın üzərindən 03 ədəd patron aşkar edilmiş, bundan sonra silah təhqiqatçı tərəfindən müvafiq qaydada qablaşdırılaraq götürülmüş, bundan sonra müvafiq protokol tərtib olunmuş, heç bir ərizə və şikayət daxil olmadığı üçün Təqsirləndirilən şəxs, müdafiəçi və tərəflərindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şirvan şəhər PŞ-nin MSY-nin Konvoy hissəsinin konvoyu Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə verib göstərilən xüsusatları təsdiq etdi . Cinayət işi materiallarına əlavə edilmiş videoçəkilişdən görünür ki, müdafiəçi X1 iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı ünvan 2-da yerləşən fərdi yaşayış evinə baxış keçirilən zaman həyətyanı sahədə olan və ətrafı dəmir çəpərlə çəpərlənmiş ev quşlarının saxlanılması üçün nəzərdə tutulan damın həyətində olan yerə bərkidilmiş şiferin arxasından qara rəngli sellofan torbada 1 ədəd silah, silahın üzərindən 1 ədəd daraq və darağın üzərindən 03 ədəd patron aşkar olaraq götürülmüşdür. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli “şübhəli şəxsi tutma haqqında protokoldan və qərardan” görünür ki, Təqsirləndirilən şəxs faktiki olaraq azadlığı saat xx.xx.2025-ci il tarixdə saat 16:00-da məhdudlaşdırılmış, xx.xx.2025-ci il tarixdə saat 16:55-də şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2025-ci il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir qanunsuz əşya və ya predmet, o cümlədən silah və sursat aşkar olunmamışdır. Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərində heç bir qanunsuz əşya və predmet, eləcə də silah və sursat yoxdur, lakin Təqsirləndirilən şəxs 5 gün əvvəl dəmiryolu stansiyasının yaxınlığından odlu silah olan tapançanı tapdığını və hazırda həmin odlu silahı yaşadığı evinin həyatyanı sahəsində olan ev heyvanlarının olduğu damda saxlamasını bildirmişdir. 17 mart 2025-ci il tarixli baxış keçirmə və götürmə aparılması haqqında haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 2-da yerləşən fərdi yaşayış evinə baxış keçirilən zaman həyətyanı sahədə olan və ətrafı dəmir çəpərlə çəpərlənmiş ev quşlarının saxlanılması üçün nəzərdə tutulan damın həyətində olan yerə bərkidilmiş şiferin arxasından qara rəngli sellofan torbada 1 ədəd silah, silahın üzərindən 1 ədəd daraq və darağın üzərindən 03 ədəd patron aşkar olaraq götürülmüşdür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2025-ci il tarixli 24/425 saylı rəyindən görünür ki, tədiqiqata təqdim edilmiş 01 ədəd №-si silinmiş, qoruyucusunda 2386 №-si olan silah, zavod üsulu ilə Rusiya dövlətində istehsal olunmuş 9x17 mm (380 ACP) kalibrli Makarov konstruksiyalı MP-71H modelli tapançadır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır, silahın hissəmexanizmlərinin üzərində sonradan silahın təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 01 ədəd üzərində 08963 №-si olan daraq zavod üsulu ilə istehsal olunmuş 9x17 mm kalibrli Makarov konstruksiyalı MP-71H modelli tapançaların komplekt hissəsidir-darağıdır, texniki cəhətdən sazdır və təyinatı üzrə istifadə üçün yararlıdır. Təqdiqata təqdim edilmiş 03 ədəd patronlardan 02 ədədi zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1987-ci və 1989-cu illərdə, digər 01 ədədi isə zavod üsuli ilə Rusiya dövlətində 1996-cı ildə istehsal olunmuş 9x18 mm kalibrli olmaqla, Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançaların ştat partonlarıdır, döyüş sursatıdırlar, təyinatı üzrə istifadə və atəş üçün yararlıdırlar. Eksperimental atəşlər zamanı əldə olunmuş güllə və gilizlər DİN-nin KTİ-də yerləşən “güllə-giliz” kartotekasında olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş güllə-gilizlərlə müqayisə edilib nəticəsi haqqında bildiriləcəkdir. Tədqiqata tqədim edilmiş 01 ədəd №-si silinmiş, qoruyucusunda 2386 №-si olan silahdan, yalnız 9x17 mm (380 ACP) kalibrli patronlarla atəş açmaq mümkündür. Tədqiqata təqdim edilmiş 03 ədəd patronlardan 02 ədədi 1987-ci və 1989-cu illərdə eyni bir zavod istehsalı, digər 01 ədəd patron isə 1996-cı ildə başqa bir zavodun istehsalıdır. xx.xx.2025-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Verilmiş əməliyyat tapşırığına cavab olaraq Şirvan şəhər Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilmiş 01 ədəd odlu silahı hardan və kimdən əldə edib etməməsi, aşkar edilmiş odlu silahın başqa cinayətlərlə əlaqəsinin olub-olmaması istiqamətində müvafiq əmliyyat-axtarış tədbirləri keçirilmiş, lakin müsbət nəticə əldə etmək mümkün olmamışdır. Əməliyyataxtarış tədbirləri davam etdirilir. «Şirvan şəhər mərkəzi xəstəxanası» publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli, 18- 1-35/2-473/2025 nömrəli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs ŞMP-nın ruhiəsəb kabinetində qeydiyyatda yoxdur . Narkoloji kabinetdə “ Tiryək alkoidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi” diaqnozu ilə qeydiyyatdadır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli,7(001)-926/2022 saylı qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə məhkum olunmaqla sonuncu dəfə Şirvan şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək, 03 il 09 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzadan 09 gün vaxtından əvvəl şərti azad edilmişdir. Şirvan şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2025-ci il tarixli, 1600 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 4 ünvanda qeydiyyatdadır. Şirvan şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs adına verilmiş xx.xx.2025-ci il tarixli 97 nömrəli xasiyyətnamədə göstərilir ki, onun barəsində şəhər nümayəndəliyinə yazılı və şifahi məlumat daxil olmamışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 228.1-ci maddəsinə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə- iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 5-ci bəndinə əsasən döyüş sursatı — müvafiq silah növündən atəş açmaq üçün nəzərdə tutulmuş konstruktiv qurğu və ya əşyalardır. “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 may 2005-ci il tarixli 2 nömrəli Qərarının 4-cü bəndinə əsasən döyüş sursatı dedikdə, hədəfi məhv etmək üçün müəyyən olunmuş və tərkibində dağıdıcı, tullayıcı və vurub çıxardığı atımın, yaxud onların məcmusu olan silahlanma predmetləri və tullayıcı sursatlar başa düşülür. Döyüş sursatına-hədəfi məhv etmək üçün nəzərdə tutulan artilleriya mərmi və minaları, hərbi mühəndis atımları (partlayış törədici qanadlı ballistik raket və qurğular), minalar, tank əleyhinə olan qumbaralar, əl qumbaraları, piyada əleyhinə olan və reaktiv qumbaralar, kalibirindən asılı olmayaraq hədəfi məhv etmək elementi (karteç, qırma, mərmi-güllə və s.) ilə yanaşı digər bütün elementləri olan müxtəlif odlu silah patronlarına aid edilir. Həmin Qərarın 9-cu bəndinə əsasən CM-nin 228.1-ci maddəsində silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz əldə edilməsi dedikdə, onların satın alınması, başqa əmlakla və ya əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, habelə, tapılmış qeyd olunan predmetlərin mənimsənilməsi və s. hərəkətlər başa düşülür. Bu cinayətin predmetlərinin qanunsuz saxlanılması dedikdə, onların binalarda, gizli saxlanc yerlərində, habelə mühafizəsi təmin edilən və üzərində zəruri nəzarət həyata keçirilən digər yerlərdə saxlanılması başa düşünülməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 228.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə cəza təyin edərkən təqsirləndirilən şəxsin yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, cinayət əməlinin qəsdən törədilməsini və az ağır cinayətlər kateqoriyasına aid olması barədə cinayətin xarakterini, cinayətin ictimai təhlükəliliyini azalda bilən halın olmamasını nəzərə alır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs hazırda məhkumluğu olmayan şəxsdir . Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını və yaşayış yerindən müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə, Təqsirləndirilən şəxs münasibətdə cəza məsələsini müzakirə edərək, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini xarakterizə edən halları, və təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsinin sanksiyası həddləri daxilində müəyyən müddətə islah işləri və ya azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cəzanın məqsədlərinə xidmət etmədiyindən, ona müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixə kimi şübhəli şəxs kimi saxlanıldığı 02 (iki) gün müddət nəzərə alınmalı, cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli hökm çıxarıldığı andan hesablanmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməli, həbs qətimkan tədbiri seçilməli, məhkəmə iclas zalında həbsə alınmalı, hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut olan və Şirvan şəhər Polis Şöbəsinin maddi sübutları saxlama anbarında saxlanılan 01 ədəd №-si silinmiş, qoruyucusunda 2386№-si olan, zavod üsulu ilə Rusiya dövlətində istehsal olunmuş 9x17 mm (380 ACP) kalibrli “Makarov” konstruksiyalı yivli odlu silah, 01 ədəd üzərində 08963№-si olan zavod üsulu ilə istehsal olunmuş 9x17 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutlmuş, həmin kalibrli Makarov konstruksiyalı MP-71H modelli tapançaların komplekt hissəsi olan texniki cəhətdən saz və təyinatı üzrə istifadə üçün yararlı daraq və 02 ədəd 9x18 mm kalibrli olmaqla Makarov (PM) və Steçkin (APS) konstruksiyalı, döyüş sursatı olmaqla təyinatı üzrə istifadə və atəş üçün yaralı tapançaların ştat patronları müsadirə olunaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təhcizat İdarəsinə təhvil verilməlidir. İş üzrə mülki iddianın və ekspertiza xərcinin olmaması nəzərə alınmalıdır. Cinayət işinə əlavə edilmiş 02 (iki) ədəd “DVD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Məhkəmə şərh olunanları nəzərə alıb və Azərbaycan Respublikası CPM-nın 349cu, 351-353-cü, 356-cı, 358-ci, 384-cü maddələrini rəhbər tutub, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixə kimi şübhəli şəxs kimi saxlanılma müddəti təyin edilmiş cəzadan 2 gün çıxılmaqla qəti olaraq ona 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin, həbs qətimkan tədbiri seçilsin, məhkəmə iclas zalında həbsə alınsın, hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Şirvan şəhər Polis Şöbəsinin maddi sübutları saxlama anbarında saxlanılan 01 ədəd №-si silinmiş, qoruyucusunda 2386№-si olan, zavod üsulu ilə Rusiya dövlətində istehsal olunmuş 9x17 mm (380 ACP) kalibrli “Makarov” konstruksiyalı yivli odlu silah, 01 ədəd üzərində 08963№-si olan zavod üsulu ilə istehsal olunmuş 9x17 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutlmuş, həmin kalibrli Makarov konstruksiyalı MP-71H modelli tapançaların komplekt hissəsi olan texniki cəhətdən saz və təyinatı üzrə istifadə üçün yararlı daraq və 02 ədəd 9x18 mm kalibrli olmaqla Makarov (PM) və Steçkin (APS) konstruksiyalı, döyüş sursatı olmaqla təyinatı üzrə istifadə və atəş üçün yaralı tapançaların ştat patronları müsadirə olunaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təhcizat İdarəsinə təhvil verilsin. İş üzrə mülki iddianın və ekspertiza xərcinin olmaması nəzərə alınsın. Cinayət işinə əlavə edilmiş 02 (iki) ədəd “DVD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın . Hökmdən elan olunduğu andan 20 gün müddətində (həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmü ona verildiyi andan 20 gün müddətində) Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Hakim: Aydan Məmmədli
Məhkəmə qərarları › İş №1(032)-64/2025
Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-64/2025
10.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver