Məhkəmə qərarları › İş №1(032)-65/2024

Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-65/2024

18.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-65/2024 18.11.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Saat 10:30 Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu DİMÜİ-nin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs və nümayəndəsi Şirvan Regional Vəkil bürosunun vəkili Müdafiəçi7, Təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, Müdafiəçilər - Şirvan Regional Vəkil bürosunun vəkili Müdafiəçi4 və Bakı şəhəri 9 saylı Vəkil bürosunun vəkili Müdafiəçi6 iştirakları ilə, Şirvan şəhər Məhkəməsinin inzibati binasında xx xxxxxx 1962-ci il tarixdə Sabirabad rayonu, Vladimirovka (indiki Nizamikənd kəndi) kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Şirvan şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 barəsində Şirvan şəhər Məhkəməsinin 4(032)-307/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə həbsetmənin əvvəli 23 noyabr 2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmiş, Şirvan şəhər Məhkəməsinin 1(032)-65/2024 saylı, 12 mart 2024-cü il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə, xx xxxx 1986-cı il tarixdə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər Abşeron rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirli bilinib 02 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, cəzasını tam çəkib qurtarmamış, ünvan 4 ünvanında qeydiyyatda olmaqla ünvan 5an, barəsində xx.xx.2024-cü il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1, qəsdən, 23 noyabr 2023-cü il tarixdə saat 12:50 radələrində ünvan 6 ünvanında yerləşən Şirvan ŞPŞ-nin giriş qapısının qarşısında qızı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etməklə ictimai qaydanı kobud surətdə pozaraq, səs-küy salıb, heç bir əsaslı səbəb olmadan, xuliqanlıq niyyəti ilə, ictimai qaydaya, insanlar arasında təşəkkül tapmış adətlərə, davranış və birgəyaşayış qaydalarına qarşı etinasızlıq göstərməklə, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək ətrafda olan çox sayda insanların gözü qarşısında əvvəllər tanıdığı Zərərçəkmiş şəxs üzərində zor tətbiq olunması ilə müşayiət olunan hərəkətlər etməklə, özünün şəxsiyyətini başqa şəxsin fövqində qoyub, Zərərçəkmiş şəxs nalayiq söyüşlərlə söyüb təhqir edərək əlində olan evinə məxsus açar toplusundan silah qismində istifadə etməklə qəsdən Zərərçəkmiş şəxs saçından tutub baş nahiyəsinə 1 (bir dəfə) vuraraq ona “qapalı kəllə-beyin travması baş beyin silkələnməsi” xəsarəti ilə müşaiyət olunan sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli bədən xəsarəti, Təqsirləndirilən şəxs2 isə əlində olan əl çantasından silah qismində istifadə etməklə qəsdən Zərərçəkmiş şəxs boyun nahiyəsinə 1 (bir dəfə) vuraraq ona “boyunun sağ yan səthində cızıq” xəsarəti ilə müşaiyət olunan sağlamlığa zərər vurmadığına görə dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirmiş, bu səbəbdən hadisə yerinə çoxlu sayda vətəndaşların söyüş-dalaşma səslərini eşidib toplaşmasına, həyəcanlanmasına, təhlükədə qalmasına gətirib çıxaran, Şirvan ŞPŞ-nin iş fəaliyyətinin və ictimai qaydanın ümumilikdə 10 dəqiqə müddət ərzində pozulmasına səbəb olan qərəzli hərəkətlərə yol verməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs2, qəsdən, 23 noyabr 2023-cü il tarixdə saat 12:50 radələrində ünvan 6 ünvanında yerləşən Şirvan ŞPŞ-nin giriş qapısının qarşısında anası Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etməklə ictimai qaydanı kobud surətdə pozaraq, səs-küy salıb, heç bir əsaslı səbəb olmadan, xuliqanlıq niyyəti ilə, ictimai qaydaya, insanlar arasında təşəkkül tapmış adətlərə, davranış və birgəyaşayış qaydalarına qarşı etinasızlıq göstərməklə, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək ətrafda olan çox sayda insanların gözü qarşısında əvvəllər tanıdığı Zərərçəkmiş şəxs üzərində zor tətbiq olunması ilə müşayiət olunan hərəkətlər etməklə, özünün şəxsiyyətini başqa şəxsin fövqində qoyub, Zərərçəkmiş şəxs nalayiq söyüşlərlə söyüb təhqir edərək əlində olan əl çantasından silah qismində istifadə etməklə qəsdən Zərərçəkmiş şəxs boyun nahiyəsinə 1 (bir dəfə) vuraraq ona “boyunun sağ yan səthində cızıq” xəsarəti ilə müşaiyət olunan sağlamlığa zərər vurmadığına görə dərəcəsi təyin edilməyən bədən xəsarəti, Təqsirləndirilən şəxs1 isə əlində olan evinə məxsus açar toplusundan silah qismində istifadə etməklə qəsdən Zərərçəkmiş şəxs saçından tutub baş nahiyəsinə 1 (bir dəfə) vuraraq ona “qapalı kəllə-beyin travması baş beyin silkələnməsi” xəsarəti ilə müşaiyət olunan sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli bədən xəsarəti yetirmiş, bu səbəbdən hadisə yerinə çoxlu sayda vətəndaşların söyüş-dalaşma səslərini eşidib toplaşmasına, həyəcanlanmasına, təhlükədə qalmasına gətirib çıxaran, Şirvan ŞPŞ-nin iş fəaliyyətinin və ictimai qaydanın ümumilikdə 10 dəqiqə müddət ərzində pozulmasına səbəb olan qərəzli hərəkətlərə yol verməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında xuliqanlıq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyib ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs tanıyır. Nəvəsi 15 yaşlı Şəhanənin əxlaqsızlığa cəlb edilməsi barədə yazmış olduğu ərizə əsasında Şirvan ŞPŞ-də araşdırma aparılmışdır. Araşdırma aparılan müddətdə o və qızı Ülviyyə evdə Şəhanə ilə söhbət etdiyi zaman Şəhanə onlara tanışları olan Ləman və Fəridə adlı qızlar tərəfindən əxlaqsızlığa cəlb olunması barədə məlumat vermiş, Şəhanə bunu onlara dedikdən sonra Şəhanəyə Ləmanla bir daha əlaqə saxlamamasını tapşırmışdır. Buna baxmayaraq Ləman və Fəridə daim nəvəsinə zəng etmiş və nəvəsini görüşə çağırmışlar. 23 noyabr 2023-cü il tarixdə, saat 12 radələrində qızı Ülviyyə ilə birlikdə Şirvan ŞPŞ-nin qarşısında olan oturacaqda oturduğu zaman Ləmanın şöbənin giriş qapısından çıxmasını görmüş, nəvəsi Şəhanədən əl çəkmədiyi üçün Ləmanın yanına yaxınlaşmış, əli ilə Ləmanın saçından tutub yolmuş, daha sonra isə qızı Ülviyyə onları aralaşdırmağa çalışarkən əlində olan çantası yerə düşmüşdür. Bundan sonra Ləman oradan uzaqlaşıb getmiş, onlar isə polis əməkdaşlarının müşaiyəti ilə polis şöbəsinə gəlmişdir. Hadisə 5-10 dəqiqə davam etmişdir. Hadisə vaxtı üstündə evinin qapısının 1 ədəd açarı olsa da, əlində açar toplusu olmamış, Ləmana açarla heç bir xəsarət yetirməmiş və nalayiq ifadələr işlətməmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyib ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs 2022-ci ildə internetdə görmüş, real olaraq isə onu 2023-cü ilin avqust ayında görmüşdür. Zərərçəkmiş şəxs onun qızı Şəhanə Axundova birlikdə yaşadığı Şirvan şəhəri, L.İbrahimov küçəsi, ev 26, mənzil 69 ünvanına dəfələrlə gəlmişdir. Bir neçə ay bundan qabaq onun anası Təqsirləndirilən şəxs1 qızı 15 yaşlı Şəhanənin əxlaqsızlığa cəlb edilməsi və Cavid adlı şəxslə cinsi əlaqədə olması barədə ərizə yazmış, həmin ərizə əsasında Şirvan ŞPŞ-də araşdırma aparılmışdır. Araşdırma aparılan müddətdə o və anası Tamilə evdə Şəhanə ilə söhbət etdiyi zaman Şəhanə onlara tanışları olan Ləman və Fəridə adlı qızlar tərəfindən əxlaqsızlığa cəlb olunması barədə məlumat vermiş, Şəhanə bunu dedikdən sonra Şəhanəyə Ləmanla bir daha əlaqə saxlamamasını bildirmiş və ona qadağa qoymuş, həmçinin Ləman və Fəridəyə zəng edərək Şəhanə ilə əlaqə saxlamaları və görüşməmələrini bildirmişdir. Buna baxmayaraq Ləman və Fəridə daim Şəhanəyə zəng etmiş və görüşə çağırmışlar. 23 noyabr 2023-cü il tarixdə, saat 12 radələrində o və anası Tamilə Şirvan ŞPŞ-nin qarşısında olan oturacaqda oturduqları zaman Ləmanın şöbənin giriş qapısından çıxmasını görmüş, o və anası X1 əl çəkmədiyi üçün Ləmanın yanına yaxınlaşmış, anası Tamilə əl ataraq Ləmanın saçını yolmuşdur. O və orada olan şəxslər onları bir-birilərindən aralaşdırmış, həmin vaxt əlində olan çantası yerə düşmüşdür. Bundan sonra Ləman oradan uzaqlaşıb getmiş, onlar isə polis əməkdaşlarının müşaiyəti ilə polis şöbəsinə gəlmişdir. Əlində olan çanta ilə Ləmana xəsarət yetirməmiş, çantası anası ilə Ləmanı aralaşdıran zaman yerə düşmüşdür. İbtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadəsində isə Təqsirləndirilən şəxs1 özünü elan olunmuş üzrə qismən təqsirli bilməklə məhkəmə verdiyi ifadəsindən fərqli olaraq göstərmişdir ki, Şirvan şəhəri, L.İbrahimov küçəsi, bina 4, ev 38də yaşayır. Qızı Təqsirləndirilən şəxs2 və nəvəsi Şəhanə Axundova ondan ayrı yaşayırlar. Zərərçəkmiş şəxs tanıyır. O nəvəsi 15 yaşlı Şəhanənin əxlaqsızlığa cəlb edilməsi və Cavid adlı şəxslə cinsi əlaqədə olması barədə ərizə yazmış, həmin ərizə əsasında Şirvan ŞPŞdə araşdırma aparılmaqdadır. Araşdırma zamanı nəvəsi Şəhanə ilə cinsi əlaqədə olan Cavid adlı şəxs tutulmuşdur. Araşdırma aparılan müddətdə o və qızı Ülviyyə evdə Şəhanə ilə söhbət etdiyi zaman Şəhanə onlara tanışları olan Ləman və Fəridə adlı qızlar tərəfindən əxlaqsızlığa cəlb olunması barədə məlumat vermiş, Şəhanə bunu onlara dedikdən sonra o Şəhanəyə Ləmanla bir daha əlaqə saxlamamasını bildirmiş və Şəhanəyə qadağa qoymuşdur. Buna baxmayaraq Ləman və Fəridə daim nəvəsinə zəng etmiş və nəvəsini görüşə çağırmışlar. 23 noyabr 2023-cü il tarixdə saat 12 radələrində o və qızı Ülviyyə Şirvan ŞPŞ-nin qarşısında olan oturacaqda oturduğu zaman Ləmanın giriş qapısının qarşısında olduğunu görmüş, o və qızı Ülviyyə Ləmanın nəvəsi Şəhanədən əl çəkmədiyi üçün Ləmanın yanına yaxınlaşmış, o və Ülviyyə Ləmana söyüş söymüş və əvvəl o əli ilə Ləmanın saçından tutub yolmuş, daha sonra isə qızı Ülviyyə əlində olan çanta ilə Ləmanın baş və boyun nahiyəsinə vurmuş, bundan sonra Ləman oradan uzaqlaşıb getmiş, onlar isə isə polis əməkdaşlarının müşaiyəti ilə polis şöbəsinə gəlmişdir. Hadisə 5-10 dəqiqə davam etmiş və hadisə yerində çoxsaylı insanlar olmuşdur. Eləcə də Təqsirləndirilən şəxs2 məhkəmədə verdiyi ifadəsindən fərqli olaraq ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadəsində elan olunmuş ittiam üzrə özünü təqsirli bilərək göstərmişdir ki, qızı X9 ilə birlikdə ünvan 9 kirayədə yaşayır. Anası Tamilə isə onlardan ayrı yaşayır. Zərərçəkmiş şəxs 2022-ci ildə internetdə görmüş, real olaraq isə onu 2023-cü ilin avqust ayında görmüşdür. Zərərçəkmiş şəxs onun qızı Şəhanə Axundova birlikdə yaşadığı ünvan 9 ünvanına dəfələrlə gəlmişdir. Bir neçə ay bundan qabaq anası Təqsirləndirilən şəxs1 qızı 15 yaşlı Şəhanənin əxlaqsızlığa cəlb edilməsi və Cavid adlı şəxslə cinsi əlaqədə olması barədə ərizə yazmış, həmin ərizə əsasında Şirvan ŞPŞ-də araşdırma aparılır. Araşdırma aparılan müddətdə o və anası Tamilə evdə Şəhanə ilə söhbət etdiyi zaman Şəhanə onlara tanışları olan Ləman və Fəridə adlı qızlar tərəfindən əxlaqsızlığa cəlb olunması barədə məlumat vermiş, Şəhanə bunu dedikdən sonra o Şəhanəyə Ləmanla bir daha əlaqə saxlamamasını bildirmiş və ona qadağa qoymuş, həmçinin Ləman və Fəridəyə zəng edərək Şəhanə ilə əlaqə saxlamaları və görüşməmələrini bildirmiş, buna baxmayaraq Ləman və Fəridə daim Şəhanəyə zəng edir və görüşə çağırmışdır. 23 noyabr 2023-cü il tarixdə saat 12 radələrində o və anası Tamilə Şirvan ŞPŞ-nin qarşısında olan oturacaqda oturduğu zaman Ləmanın giriş qapısının qarşısında olduğunu görmüş, o və anası X1 əl çəkmədiyi üçün Ləmanın yanına yaxınlaşmış, Ləmana söyüş söymüş, ilk əvvəl anası Tamilə əlində olan bilmədiyi əşya ilə, o isə əlində olan ağ rəngli çanta ilə Ləmanın baş və boyun nahiyəsindən vurmuş, orada olan şəxslər onları bir-birilərindən aralaşdırmış, bundan sonra Ləman oradan uzaqlaşıb getmiş, onlar isə polis əməkdaşlarının müşaiyəti ilə polis şöbəsinə gəlmişdir. Hadisə 5-10 dəqiqə davam etmiş və hadisə yerində çoxsaylı insanlar olmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, Şirvan şəhər sakini Axundova Şəhanə ilə yaxından münasibəti olmuşdur. 2023-cü ilin sentyabr və oktyabr aylarında Şəhanə onunla birlikdə Şirvan şəhəri “Köhnə şəhər” adlanan ərazidə yerləşən evdə yaşamışdır. 2023-cü ilin oktyabr ayının sonunda Şəhanə ona Bakı şəhərinə getdiyini bildirirək evdən çıxıb getmişdir. Şəhanə onunla birlikdə qaldığı vaxtlarda Şəhanə ilə birlikdə sonuncunun yaşadığı evə getmiş, Şəhanənin yaşadığı evə gedən zaman nənəsi Tamilə və anası Ülviyyə ilə tanış olmuşdur. Şəhanənin nənəsi Tamilənin şikayəti əsasında Şirvan ŞPŞ-də araşdırma aparılmışdır. Həmin cinayət işinin istintaqı aparılmağa başlayan zaman Tamilə və Ülviyyə ona zəng edərək Şəhanənin əxlaqsılığa cəlb edilməsində onu günahkar bildiklərini demiş, mobil əlaqə zamanı Tamilə və Ülviyyəyə Cavidlə heç bir münasibətinin olmadığını və Şəhanənin digər şəxslərlə cinsi əlaqədə olmasında günahının olmadığını bildirmişdir. 23 noyabr 2023cü il tarixdə, saat təxminən 12 radələrində Tamilə və Ülviyyənin ona şər böhtan atması barədə müraciət etmək üçün Şirvan ŞPŞ-yə getmiş, Şirvan ŞPŞ-nin giriş qapısının yaxınlığında olan zaman ondan təxminən 20 metr uzaqlıqdan Tamilə və Ülviyyənin ucadan nalayiq söyüşlər söyə-söyə qışqırıb, sürətlə üzərinə gəldiklərini görmüş, Şəhanə ilə arasında olan münasibəti aydınlaşdırmaq üçün söhbət etmək məqsədilə yerində dayanmış, Tamilə onun yanına yaxınlaşan kimi onun söz deməyinə imkan vermədən saçından tutub əlində olan açar toplusu ilə onun baş nahiyəsinə bir dəfə zərbə vurmuş, həmin vaxt Tamilənin yanında bir nəfər mülki geyimdə, ətrafda isə çox sayda şəxslər olmuş, Tamilə onu əlində olan açar toplusu ilə vurduqdan sonra Tamilənin yanında olan Ülviyyə də əlində olan çanta ilə onun boyun və baş nahiyəsinə vurmuşdur. Orada olan şəxslər və polis əməkdaşları Tamiləni və Ülviyyəni ondan güclə aralaşdırdıqdan sonra həmin yerdən uzaqlaşmış, baş və boyun nahiyələrindən bir neçə yerdən xəsarətlər aldığı üçün Şirvan şəhər mərkəzi xəstəxanasına getmiş, xəstəxanada müayinə olunduqdan sonra isə Şirvan ŞPŞ-yə gələrək ərizə ilə müraciət etmişdir. Baş vermiş hadisədən xeyli müddət keçməsinə baxmayaraq Tamilə və Ülviyyə ona zəng edərək hədə-qorxu gəlir və təhqir edir. Hazırda təqsirləndirilən şəxslərdən şikayətçidir, onlara ağır cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirdi ki, sözügedən hadisə baş verən ərəfələrdə Şirvan ŞPŞ-nin məsul növbətçisi vəzifəsini müvəqqəti icra etmiş, köməkçisi isə Şahid6 olmuşdur. 23 noyabr 2023-cü il tarixdə, saat 13 radələrində Şirvan ŞPŞ-nin növbətçi hissəsində xidmətdə olduğu zaman Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 ilə birlikdə Şirvan ŞPŞ-nin giriş qapısının qarşısında Zərərçəkmiş şəxs döyərək xəsarət yetirdiklərinə görə növbətçi hissəyə gətirilmiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 növbətçi hissənin qarşısına gələn zaman Təqsirləndirilən şəxs1 əlində olan açar toplusunu növbətçi hissədə ona təhvil verdikdən sonra Təqsirləndirilən şəxs2 ilə birlikdə Zərərçəkmiş şəxs və polis əməkdaşlarının ünvanına nalayiq söyüşlər söymüş, Tamiləni və Ülviyyəni sakitləşdirməyə çalışsa da, həmin şəxslər onu və onları sakitləşdirmək istəyən digər polis əməkdaşlarının haqqlı iradlarına məhəl qoymamış, ucadan qışqırmağa, söyüşlər söyməyə və polis şöbəsinin iş fəaliyyətini pozmağa davam etmiş, tərəfindən hadisə üzrə raport tərtib edilmiş, Təqsirləndirilən şəxs1 təqdim etmiş olduğu açar toplusu Təqsirləndirilən şəxs1 və qızı Təqsirləndirilən şəxs2 ilə birlikdə aidiyyəti üzrə istintaqa təqdim edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində bildirdi ki, sözügedən hadisə baş verən gün, yəni 23 noyabr 2023-cü il tarixdə Şirvan ŞPŞ-nin məsul növbətçisi köməkçisi olmuş, məsul növbətçi isə Şahid5 olmuşdur. 23 noyabr 2023-cü il tarixdə, saat 13 radələrində Şirvan ŞPŞ-nin növbətçi hissəsində xidmətdə olduğu zaman Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 ilə birlikdə Şirvan ŞPŞ-nin giriş qapısının qarşısında Zərərçəkmiş şəxs döyərək xəsarət yetirdiklərinə görə növbətçi hissəyə gətirilmiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 növbətçi hissənin qarşısına gələn zaman Təqsirləndirilən şəxs1 əlində olan açar toplusunu növbətçi hissədə təhvil verdikdən sonra Təqsirləndirilən şəxs2 ilə birlikdə Zərərçəkmiş şəxs və polis əməkdaşlarının ünvanına nalayiq söyüşlər söymüş, onlar Tamiləni və Ülviyyəni sakitləşdirməyə çalışsalar da Tamilə və Ülviyyə onlara və onları sakitləşdirmək istəyən digər polis əməkdaşlarının haqqlı iradlarına məhəl qoymamış və ucadan qışqırmağa, söyüşlər söyməyə və polis şöbəsinin iş fəaliyyətini pozmağa davam etmiş, hadisə üzrə raport tərtib edilmiş, Təqsirləndirilən şəxs1 təqdim etmiş olduğu açar toplusu Təqsirləndirilən şəxs1 və qızı Təqsirləndirilən şəxs2 ilə birlikdə aidiyyəti üzrə istintaqa təqdim edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, sözügedən hadisə baş verən ərəfələrdə Şirvan ŞPŞ-nin PPXB-nün polis nəfəri vəzifəsində işləmiş, öz istəyi ilə ehtiyata buraxılmış, hazırda fərdi əməklə məşğuldur. 23 noyabr 2023cü il tarixdə, saat 12 radələrində Şirvan ŞPŞ-nin PPXB-nün polis nəfəri Şahid2 ilə birlikdə Şirvan ŞPŞ-nin giriş qapısında xidmətdə olduğu zaman Təqsirləndirilən şəxs1 və onun qızı Təqsirləndirilən şəxs2 polis şöbəsinin qarşısında olan oturacaqda oturduğunu görmüş, həmin ərəfədə Zərərçəkmiş şəxs polis şöbəsinin giriş qapısından çölə çıxmış, bu zaman Tamilə və Ülviyyə nalayiq söyüşlər söyə-söyə Ləmanın üzərinə hücum etmiş, ilk əvvəl Tamilə Ləmanın saçından tutub əlində olan açar toplusu ilə onun baş nahiyəsindən, daha sonra isə Ülviyyə əlində olan çanta ilə Ləmanın boyun nahiyəsindən vurmuş, onlar həmin şəxsləri bir-birilərindən ayırdıqdan sonra Ləman qaçıb çıxıb getmiş, Tamilə və Ülviyyə də Ləmanın arxasınca qaçsalar da Ləmana çata bilməmiş, bundan sonra Tamilə və Ülviyyə onların müşaiyəti ilə polis şöbəsinə daxil olmuşlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, sözügedən hadisə baş verən ərəfələrdə Şirvan ŞPŞ-nin PPXB-nün polis nəfəri vəzifəsində işləmiş, hazırda xidmətdə olmanın son yaş həddi ilə bağlı təqaüddədir. 23 noyabr 2023-cü il tarixdə, saat 12 radələrində Şirvan ŞPŞ-nin PPXB-nün polis nəfəri Şahid1 ilə birlikdə Şirvan ŞPŞ-nin giriş qapısında xidmətdə olduğu zaman Təqsirləndirilən şəxs1 və onun qızı Təqsirləndirilən şəxs2 polis şöbəsinin qarşısında olan oturacaqda oturduğunu görmüş, həmin ərəfədə Zərərçəkmiş şəxs polis şöbəsinin giriş qapısından çölə çıxmış, bu zaman Tamilə və Ülviyyə nalayiq söyüşlər söyə-söyə Ləmanın üzərinə hücum etmiş, ilk əvvəl Tamilə Ləmanın saçından tutub əlində olan açar toplusu ilə onun baş nahiyəsindən, daha sonra isə Ülviyyə əlində olan çanta ilə Ləmanın boyun nahiyəsindən vurmuş, onlar həmin şəxsləri bir-birilərindən ayırdıqdan sonra Ləman qaçıb çıxıb getmiş, Tamilə və Ülviyyə də Ləmanın arxasınca qaçsalar da Ləmana çata bilməmiş, bundan sonra Tamilə və Ülviyyə onların müşaiyəti ilə polis şöbəsinə gəlmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirdi ki, Şirvan ŞPŞ-də polisə ictimai dəstək vəzifəsində işləyir. 23 noyabr 2023-cü il tarixdə, saat 12 radələrində Şirvan ŞPŞ-nin giriş qapısında olduğu zaman Təqsirləndirilən şəxs1 və onun qızı Təqsirləndirilən şəxs2 polis şöbəsinin qarşısında olan oturacaqda oturduğunu görmüş, həmin ərəfədə Zərərçəkmiş şəxs polis şöbəsinin giriş qapısından çölə çıxmış, bu zaman Tamilə və Ülviyyə nalayiq söyüşlər söyə-söyə Ləmanın üzərinə hücum etmiş, ilk əvvəl Tamilə Ləmanın saçından tutub əlində olan açar toplusu ilə onun baş nahiyəsindən, daha sonra isə Ülviyyə əlində olan çanta ilə Ləmanın boyun nahiyəsindən vurmuş, onlar həmin şəxsləri bir-birilərindən ayırdıqdan sonra Ləman qaçıb çıxıb getmiş, Tamilə və Ülviyyə də Ləmanın arxasınca qaçsalar da Ləmana çata bilməmiş, bundan sonra Tamilə və Ülviyyə onların müşaiyəti ilə polis şöbəsinə daxil olmuşlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirdi ki, 23 noyabr 2023-cü il tarixdə, saat 12 radələrində öz şəxsi işi ilə bağlı Şirvan ŞPŞ-nin qarşısında olduğu zaman əvvəllər tanıdığı Təqsirləndirilən şəxs1 və onun qızı Təqsirləndirilən şəxs2 polis şöbəsinin qarşısında olan oturacaqda oturduğunu görmüş, həmin ərəfədə bir nəfər əvvəllər tanımadığı sonradan adını bildiyi Ləman adlı xanım polis şöbəsinin giriş qapısından çölə çıxmış, bu zaman Tamilə və Ülviyyə nalayiq söyüşlər söyəsöyə Ləmanın üzərinə hücum etmiş, ilk əvvəl Tamilə daha sonra isə qızı Ülviyyə Ləmanın baş nahiyəsindən vurmuş, Ləman həmin şəxslərin onu vumasından sonra qaçıb çıxıb getmiş, Tamilə və Ülviyyə də Ləmanın arxasınca qaçsalar da ona çata bilməmişlər. Bundan sonra Tamilə və Ülviyyə polis əməkdaşlarının müşaiyəti ilə polis şöbəsinə daxil olmuşlar. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyərək, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilən: cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında 23 noyabr 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və Şirvan şəhər Polis şöbəsinin İstintaq bölməsinin baş müstəntiqi, polis kapitanı X6 icraatına qəbul edilmişdir; götürmə və baxış keçirilməsi haqqında protokoldan, videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 23 noyabr 2023-cü il tarixdə, saat 12:50 radələrində Şirvan ŞPŞ-nin qarşısında şöbənin giriş qapısından çıxan Zərərçəkmiş şəxs hücum etdikdən sonra ilk öncə Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs saçından tutaraq baş nahiyəsindən, daha sonra isə Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs baş nahiyəsindən əlində olan ağ rəngli çanta ilə vurmuşdur, hadisə yerində çox sayda insanların olması müşahidə edilir; cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında 23 noyabr 2023-cü il tarixli qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 23 noyabr 2023-cü il tarixdə, saat 21:00-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur; zərərçəkmiş şəxs qismində tanımaq haqqında 24 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X8” publik hüquqi şəxsin 23 noyabr 2023-cü il tarixli, 609 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar olunan xəsarətlər-qapalı kəllə-beyin travması baş beyin silkələnməsi ilə, boyunun sağ yan səthində cızıq-küt əşya təsirindən təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən 23 noyabr 2023-cü il tarixdə kənar şəxs tərəfindən yetirilə bilərdi. - Qeyd olunan xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir; təqsirləndirilən şəxs qismində cəlb edilmə barədə 24 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir; Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(032)-307/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 haqqında həbs qətimkan tədbiri seçilməklə prosessual məcburiyyət tədbiri tətbiq edilmiş, həbsdə saxlama müddəti 3 (üç) ay həddində müəyyən edilmiş və həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır; Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(106)-127/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Şirvan şəhər Məhkəməsinin 4(032)-307/2023 saylı, 24 noyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və Abşeron rayon məhkəməsinin 1(012)- 311/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər Abşeron rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirli bilinib 02 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur; “Şirvan şəhər mərkəzi xəstəxanası” publik hüquqi şəxsin 13 dekabr 2023-cü il tarixli, 18-1-35/2-1114/2023 nömrəli məktubunda göstərilmişdir ki, xx.xx.1962-ci il təvəllüdlü Sabirabad rayonu Nizamikənd kəndində doğulmuş, Şirvan şəhəri, L.İbrahimov küçəsi, bina 4, ev 38-də yaşayan Təqsirləndirilən şəxs1 Şirvan şəhər Mərkəzi Xəstəxanasının ruhi-əsəb, narkoloji kabinetlərində qeydiyyatda yoxdur; “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsin ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli, 3441 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 şizofreniya paranoid, remissiya vəziyyəti psixi xəstəliyi müəyyən edilir. Təqsirləndirilən şəxs1 təsvir edilən hadisələri törədən zaman onda müəyyən edilən psixi xəstəlik remissiya vəziyyətində olduğundan o, öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs1 hərəkətləri Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 aşkar edilən şizofreniya paranoid forma xəstəliyi nəticəsində öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini tam dərk etmək və onları tam idarə etmək iqtidarında olmayan şəxs kimi onun əməli Azərbaycan Respublikası CMin 22.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs1 hazırki psixi vəziyyətinə görə barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur; “Şirvan şəhər mərkəzi xəstəxanası” publik hüquqi şəxsin 21 dekabr 2023-cü il tarixli, 18-1-35/2-1168/2023 nömrəli məktubunda göstərilmişdir ki, xx.xx.1986-cı il təvəllüdlü Əli-Bayramlı şəhərində doğulmuş, Şirvan şəhəri, S.Ə.Şirvani küçəsi, dalan 2, ev 3-də qeydiyyatda olmaqla Şirvan şəhəri, L.İbrahimov küçəsi ev 26, mənzil 69-da yaşayan Təqsirləndirilən şəxs2 Şirvan şəhər Mərkəzi Xəstəxanasının ruhi-əsəb, narkoloji kabinetlərində qeydiyyatda yoxdur; “Şirvan şəhər mərkəzi xəstəxanası” publik hüquqi şəxsin 21 dekabr 2023-cü il tarixli, 18-1-35/2-1164/2023 nömrəli məktubunda göstərilmişdir ki, xx.xx.2002-ci il təvəllüdlü Əli-Bayramlı şəhərində doğulmuş, Şirvan şəhəri, M.Hüseynzadə küçəsi, ev 40da qeydiyyatda olmaqla Şirvan şəhəri, Köhnə şəhər adlanan ərazidə yerləşən naməlum ünvanda yaşayan Zərərçəkmiş şəxs Şirvan şəhər Mərkəzi Xəstəxanasının ruhi-əsəb, narkoloji kabinetlərində qeydiyyatda yoxdur; Şirvan şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 738 nömrəli xasiyyətnamədə qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs1 barəsində Şirvan İcra Hakimiyyəti başçısının 1 nömrəli İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinə yazılı və şifahi olaraq heç bir şikayət daxil olmamışdır; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X8” publik hüquqi şəxsin 23 noyabr 2023-cü il tarixli, 609 nömrəli rəyinə 25 dekabr 2023-cü il tarixli əlavədən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar olunan xəsarətlərqapalı kəllə beyin travması baş beyin silkələnməsi ilə-küt əşya təsirindən törənmiş, 23 noyabr 2023-cü il tarixdə kənar şəxs tərəfindən törədilə bilərdi və qeyd olunan xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Digər xəsarət-boyunun sağ yan səthində cızıq-küt əşya təsirindən törənmiş 23 noyabr 2023-cü il tarixdə kənar şəxs tərəfindən törədilə bilərdi və qeyd olunan xəsarət sağlamlığa zərər vurmadığına görə dərəcəsi təyin edilmir; Şirvan şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 39 nömrəli xasiyyətnamədə qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs2 barəsində Şirvan İcra Hakimiyyəti başçısının 1 nömrəli İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinə yazılı və şifahi olaraq heç bir şikayət daxil olmamışdır; Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin 01 fevral 2024-cü il tarixli, 7259-58 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 Abşeron rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən təyin edilən 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə bağlı hökmü xx.xx.2023-cü il tarixdə Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinə daxil olmuş və məhkum xx.xx.2023-cü il tarixdə qeydiyyata düşmüşdür; təqsirləndirilən şəxs qismində cəlb edilmə barədə 01 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir; təqsirləndirilən şəxsin barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında 01 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 01 fevral 2024-cü il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir; Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(032)-42/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlama müddəti 15 (on beş) gün müddətinə, yəni 09 mart 2024-cü il tarixədək uzadılmışdır; Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(032)-65/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmiş və barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş və üzərinə yaşayış yeri olan ünvan 12 ünvanını hər gün saat 22.00-dan saat 08.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Şirvan şəhəri ərazi hüdudlarını tərk etməmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək vəzifələrini yerinə yetirmək öhdəliyi qoyulmuşdur; Zərərçəkmiş şəxs 17 oktyabr 2024-cü il tarixli ərizəsində qeyd edilmişdir ki, hazırdan təqsirləndirilən şəxslərdən şikayətçidir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində qanun tələbinə əsasən ağır cəza verilməsini məhkəmədən xahiş edir; Şirvan şəhər polis şöbəsinin 23 oktyabr 2024-cü il tarixli, 3-13-111/2-27601/24 saylı məktubunda qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs1 25 sentyabr 2024-cü il tarixdə, saat 08:12-də Bakı şəhərinə getmiş və həmin tarixdə saat 20:21-də Şirvan şəhərinə qayıtmışdır. Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin 18 noyabr 2024-cü il tarixli, 118384/10-25 saylı məktubunda qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs2 Abşeron rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.4cü maddəsi ilə təqsirli bilinərək 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. Hökmün icrası barədə göstəriş və hökmün surəti xx.xx.2023-cü il tarixdə Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icraatına daxil olmuş, xx.xx.2023-cü il tarixdə məhkum Təqsirləndirilən şəxs2 Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinə gələrək qeydiyyata düşmüş və cəza müddəti həmin vaxtdan hesablanmağa başlanılmışdır. Cəzanın icrası zamanı məhkum Təqsirləndirilən şəxs2 cəzanın elektron nəzarət vasitəsini işlək vəziyyətdə saxlamayaraq cəzanın icrasından qərəzli boyun qaçırdığı üçün cəzanın çəkilməmiş hissəsinin müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza ilə məqsədilə təqdimatla məhkəməyə müraciət edilmiş, Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə təqdimat təmin edilməmişdir. xx.xx.2024-cü il tarixə məhkum Təqsirləndirilən şəxs2 ona təyin edilmiş cəzandan 01 il 05 ay 27 gününü çəkmiş məhkumun çəkilməmiş cəzası 11 ay 29 gün təşkil edir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə iclasında vermiş olduqları ifadələrinə qiymət verərək onları qəbul etmir və bildirir ki, həmin ifadələr işin halları ilə təsdiq olunmur. Belə ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə iclasında bildirdikləri iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin vəşahidlərin ifadələri, məhkəmə-tibb ekspertizasının rəyi, hadisənin baş verməsini özündə əks etdirən videoçəkiliş, cinayət işi materiallarında mövcud olan digər sübutlarla tam təkzib olunur. Belə olan vəziyyətdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə iclasında vermiş olduqları ifadələrinə inanıb onları qəbul etmək üçün məhkəmədə heç bir əsas yoxdur, həmin ifadələr yalnız cinayət məsuliyyətindən boyun qaçırmaq məqsədi daşıyır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növü kimi qəbul edərək, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin tərkibi vardır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin maddədə göstərilən xuliqanlıq cinayət əməlini törətmələri və onların həmin əməli törətməkdə təqsirli olmaları zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 nömrəli Qərarının tövsiyyəsinə görə, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulması ilə olunan hərəkətlər başa düşülür. Xuliqanlıq - öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər - təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgə yaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər - təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 saylı qərarının tövsiyyəsinə görə, şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Bundan başqa, xuliqanlıq hərəkətlərinin odlu silah, soyuq silah, habelə silah qismində istifadə edilə bilən əşyaların tətbiqi və yaxud tətbiqinə cəhd edilməsi, təqsirkar şəxsin əməlinin Cinayət Məcəlləsinin 221.3-cü maddəsilə tövsif edilməsi üçün əsasdır. Xüsusilə qərəzli xuliqanlığa görə məsuliyyət nəzərdə tutan Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin mənasına görə silah dedikdə hücum və ya müdafiə üçün uyğunlaşdırılmış texniki cəhətdən yararlı olan vasitələrin məcmusu başa düşülür. Burada cinayət qanunu ilə qadağan edilib edilməməsindən asılı olmayaraq, zavodda və ya kustar üsulla hazırlanmış odlu və soyuq silah, həmçinin qaz silahı aid edilir. Digər əşyalar dedikdə isə silah olmayan lakin silah kimi istifadə edilə bilən predmet (dəyənək, kərpic, dəmir çubuq, zəncir, çəkic və s.) başa düşülür. Beləliklə, məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir və onlar həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Cəza məsələsini müzakirə edərək məhkəmə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. İnsan Hüquqlarının və X5 Haqqında 3 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunvericilik cəza təyin edərkən şəxsin bütün sosialpsixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-nin 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-nin 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısnı almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsinin, iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 yaşayış yerindən müsbət xasiyyətləndirilməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs2 yaşayış yerindən müsbət xasiyyətləndirilməsini CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi qəbul edir. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Lakin, cinayət işinin materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 əvvəllər Abşeron rayon məhkəməsinin 1(012)-311/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirli bilinib 02 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş və cəzasını tam çəkib qurtarmamışdır. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, lakin Təqsirləndirilən şəxs2 digər qəsdən cinayət törətməyə görə barəsində məhkəmə hökmü ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmasından nəticə çıxarmayaraq cəza çəkdiyi müddətdə hazırki qəsdən cinayət əməlini törətməsini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.3cü maddəsinin sanksiyası daxilində (Təqsirləndirilən şəxs2 münasibətdə isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu qaydasında) müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətə daxil edilir. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin sanksiyası həddi daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli şübhəli şəxs qismində tutulduğu 23 noyabr 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməli, o, dərhal məhkəmə iclas zalından həbsə alınmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin sanksiyası həddi daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə hazırki hökmlə təyin edilmiş cəzaya əvvəlki, yəni Abşeron rayon məhkəməsinin 1(012)- 311/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 11 ay 29 gün hissəsi CM-nin 68.1.1-1-ci maddəsinin tələbləri nəzərə alınıb qismən birləşdirilməklə qəti cəza təyin edilməli, cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli hökm çıxarıldığı tarixdən hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 barəsində təyin edilən cəzanın növünü və onun haqqında başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalından həbs edilməli, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Cinayət işinə əlavə edilmiş maddi sübut olan 01 (bir) ədəd “CD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Cinayət işi üzrə maddi sübut olan 03 (üç) ədəd açardan ibarət olan açar toplusu və 01 (bir) ədəd çanta saxlanması üçün Təqsirləndirilən şəxs2 təhvil verilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347-349, 351-353, 356-358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilsin, o, dərhal məhkəmə iclas zalından həbsə alınsın və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı tutulduğu və “ev dustaqlığı” qətimkan tədbirinin təsiri altında olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 23 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 01 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 Abşeron rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 11 ay 29 gün hissəsi CM-nin 68.1.1-1-ci maddəsinə əsasən 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına 01 (bir) gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanıb 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş cəzaya qismən birləşdirilməklə ona qəti olaraq 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli 18 noyabr 2024-cü il tarixdən hesablansın. Cinayət işinə əlavə edilmiş maddi sübut olan 01 (bir) ədəd “CD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Cinayət işi üzrə maddi sübut olan 03 (üç) ədəd açardan ibarət olan açar toplusu və 01 (bir) ədəd çanta saxlanması üçün Təqsirləndirilən şəxs2 təhvil verilməsi nəzərə alınsın. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxslərə isə rəsmi təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişdirsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar