Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-66/2023 12.04.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ saat 11:55-də Şirvan şəhər Məhkəməsinin hakimi X7 oğlunun sədrliyi, Məmmədli Murad Sadiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər X3 Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1984-cü ildə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər Şirvan şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə 02 il 05 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə «08 noyabr- Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikasi Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 5-ci hissəsi tətbiq edilməklə ona təyin edilmiş 02 (iki) il 05 (beş) ay 24 (iyirmi dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 il 11 ay 27 gün müddəti 01 il azaldılmış, Şirvan şəhər Məhkəməsinin 27 may 2022-ci il tarixli qərarına əsasən Şirvan şəhər Məhkəməsinin 11 fevral 2021-ci il tarixli hökmü ilə ona təyin edilmiş cəzasının çəkilməmiş qalan 05 (beş) ay 4 (dörd) gün hissəsi 02 (iki) ay 17 (on yeddi) gün müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş, cəzasını çəkib qurtarmış, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, həbs etmənin əvvəli 09 dekabr 2022-ci il tarixdən hesablanmaqla Şirvan şəhər Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 1,300 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə edərək əynində olan boz rəngli şalvarının sol yan cibində saxlamaqla daşımış və 09 dekabr 2022-ci il tarixdə, saat 17:30 radələrində Şirvan şəhər Polis Şöbəsinin Cinayət axtarış bölməsinin əməkdaşları tərəfindən Şirvan şəhəri, X11 küçəsində yerləşən yaşadığı evin yaxınlığında saxlanılaraq polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılan zaman üzərində qanunsuz saxladığı həmin çəkidə psixotrop maddə olan metamfetamin əynində olan boz rəngli şalvarının sol yan cibindən bir ədəd sellofan bükümdə aşkar olunaraq götürülmüşdür. Məhkəmə baxışında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədi, ifadə verərək göstərdi ki, əvvəllər narkotik vasitələrin və psixotrop maddələrin müxtəlif növlərindən istifadə etmişdir. Lakin hal-hazırda narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etmir. xx.xx.2022-ci il tarixdə saat 17 radələrində yaşadığı Şirvan şəhəri Sabir küçəsində, yaşadığı evin qapısında polis əməkdaşları barəsində şikayət olduğunu bildirərək onu polis şöbəsinə aparmışlar. Polis şöbəsində Fərman adlı polis əməkdaşı ona təzyiq göstərərək üzərinə psixotrop maddə olan metamfetamin yerləşdirmiş və həmin maddənin özünə məxsus olmasını bildirməyini tələb etmiş, əks təqdirdə külli miqdarla rəsmiləşdirəcəyini bildirmişdir. O, təzyiq altında olduğu üçün qorxmuş, videoçəkiliş zamanı həmin psixotrop maddəsinin özünə məxsus olmasını bildirmişdir. Lakin həmin psixotrop maddə ona məxsus omamışdır. Bu barədə nə müdafiəçisinə, nə barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılarkən hakimə, nə də ki, digər yerlərə məlumat verməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, bu cür ifadə özünü müdafiə xarakteri daşıyır, işin faktiki hallarına uyğun gəlmir, cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Belə ki, məhkəmə baxışında şahid qismində ifadə vermiş Şahid1 göstərdi ki, hazırda Şirvan şəhər Polis Şöbəsinin Cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 09 dekabr 2022-ci il tarixdə xidmətdə olarkən məlumat daxil olmuşdur ki, Şirvan şəhəri, M.Ə.Sabir küçəsi, ev 33-də yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin istifadəsi, üzərində daşıması və dövriyyəsi ilə məşğul olur. Bununla əlaqədar tərəfindən Təqsirləndirilən şəxs ətrafında təxirə salınmaz əməliyyat axtarış tədbirləri keçirilməsi ilə əlaqədar qərar qəbul olunmuş, sonra isə həmin qərarın icra olunması ilə bağlı Şirvan ŞPŞ-nin PPXB-nin polis nəfəri, polis baş serjantı Şahid2, Təhqiqat bölməsinin təhqiqatçısı X1 ibarət əməliyyat qrupu təşkil olunmuş, 09 dekabr 2022-ci il tarixdə, saat 17 radələrində əməliyyat qrupu ilə birlikdə Şirvan şəhəri, Sabir küçəsinə getmişlər. Həmin küçədə olarkən Təqsirləndirilən şəxs görüb daxil olmuş məlumatın yoxlanılması məqsədilə sonuncuya yaxınlaşmışlar, özlərini təqdim edib barəsində narkotik vasitələrin və psixotrop maddələrin istifadəsi, daşınması və dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olduğunu bildirib üzərində şəxsi axtarış aparılacağını demişlər. Bu zaman Təqsirləndirilən şəxs bir qədər səs-küy saldığı üçün sonuncunu Şirvan şəhər Polis Şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs də etiraz etməmiş, onlarla birlikdə Şirvan şəhər Polis Şöbəsinə gəlmiş, polis şöbəsində olarkən Təqsirləndirilən şəxs vəkillərin siyahısı təqdim olunduqda, siyahını nəzərdən keçirib hüquqlarını müdafiə etmək üçün vəkil Müdafiəçi1 seçmiş, vəkil Müdafiəçi1 gəldikdən sonra isə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağı, axtarışın videokamera vasitəsi ilə aparılacağı bildirilmiş, buna hər hansı bir etirazının olub-olmadığı soruşulmuş, Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirmiş, sonra videoçəkiliş ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, bu zaman Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, əgər üzərində qanunla qadağan olunmuş narkotik vasitə, silah və döyüş sursatı, həmçinin cinayət xarakterli digər əşya və predmet vardırsa onları könüllü təqdim etsin. Təqsirləndirilən şəxs də əynində olan boz rəngli şalvarının sol yan cibindən 1 ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoymuş, həmin bükümdə psixotrop maddə olan metamfetaminin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükümə baxıldıqda içərisində psixotrop maddə olan metamfetaminə bənzər maddə olması müəyyən olunmuşdur. Verilən şifahi suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar olunmuş psixotrop maddəni yerdən tapıb və istifadə etmək üçün üzərində saxlayıb. Sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən hər hansı bir qanunsuz əşya və ya predmet, o cümlədən başqa narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş sellofan büküm qablaşdırılaraq götürülmüş, həmin vaxt protokol tərtib olunmuş, heç bir ərizə və şikayət daxil olmadığı üçün Təqsirləndirilən şəxs, müdafiəçi və tərəflərindən imzalanmışdır Şirvan şəhər Polis Şöbəsində ona qarşı qeyri qanuni hərəkətlərə yol verilməmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə verib göstərilən xüsusatları təsdiq etdi. Məhkəmə iclasında cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsini əks etdirən videoçəkilişə baxış keçirimişdir. Videoçəkilişdən görünür ki, Müdafiəçi1 iştirakı ilə Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarının sol yan cibindən 1 ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoymuş, həmin bükümdə psixotrop maddə olan metamfetaminin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükümə baxıldıqda içərisində psixotrop maddə olan metamfetaminə bənzər maddə olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar olunmuş psixotrop maddəni yerdən tapıb və istifadə etmək üçün üzərində saxlayıb. Cinayət işi materialına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 Bölməsinin 10 dekabr 2022-ci il tarixli 18/1306 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində Təqsirləndirilən şəxs üzərindən….” sözləri yazılmış kağız paketdəki 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 1,300 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamindir. Tədqiqata sərf edildi- 0,05 qram, tədqiqatdan sonra psixotrop maddənin çəkisi 1,250 qram qalmışdır. Azərbaycan Respublikası Səhiyyə nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator Məcburi-narkoloji tibbi yoxlamanın 03 fevral 2023-ci il tarixli, 597 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarına əlavə olunmuş şəxsi axtarış və götürmə haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli şalvarının sol yan cibindən 1 ədəd sellofan bükümdə psixotrop maddə olan metamfetaminə bənzər maddə aşkar olunaraq götürülmüşdür. Cinayət işi materiallarına əlavə edilmiş şübhəli şəxsi tutma haqqında protokoldan və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 09 dekabr 2022-ci il tarixdə saat 18:20-də şübhəli şəxs qismində tutulmuş, 11 dekabr 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilmiş, həbsetmənin əvvəli 09 dekabr 2022-ci il tarixdən hesablanmaqla Şirvan şəhər Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Şirvan şəhər İHB-nin Bayramlı qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs adına verilmiş xasiyyətnamədə göstərilir ki, onun barəsində nümayəndəliyə yazılı və ya şifahi olaraq heç bir şikayət daxil olmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş AZ-İİİ № 883122 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2014-cü il tarixdə Şirvan şəhərində doğulmuşdur. Atası Təqsirləndirilən şəxs, anası X4r. Cinayət işi materiallarına əlavə edilmiş DİN-in BƏSİİ-dən verilmiş 26 yanvar 2021-ci il tarixli tələbnamədən, 11 fevral 2021-ci il tarixli hökmün, 04 fevral 2022-ci il tarixli və 27 may 2022-ci il tarixli qərarlarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Şirvan şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 02 il 05 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə «08 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikasi Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 5-ci hissəsi tətbiq edilməklə ona təyin edilmiş 02 (iki) il 05 (beş) ay 24 (iyirmi dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 il 11 ay 27 gün müddəti 01 il azaldılmış, Şirvan şəhər Məhkəməsinin 27 may 2022-ci il tarixli qərarına əsasən Şirvan şəhər Məhkəməsinin 11 fevral 2021-ci il tarixli hökmü ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək təyin edilmiş 2 (iki) il 05 (beş) ay 24 (iyirmi dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 05 (beş) ay 04 (dörd) gün hissəsi 02 (iki) ay 17 (on yeddi) gün müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmişdir. Cinayət işi materiallarına edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 1 saylı Şirvan-Salyan regional filialından daxil olmuş 13 fevral 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 1 saylı Şirvan-Salyan regional filialından müddətsiz olaraq Hərbi xidmət dövrü ilə əlaqədar İİ dərəcəli əlilliyə görə əmək pensiyası alır. Cinayət işinə əlavə edilmiş 261818 saylı vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs hərbi xidmət dövrü ilə əlaqədar İİ dərəcəli əlildir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-ci il tarixli 39 saylı «Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi barədə» qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə əsasən narkomanlıq xəstəliyinə düçar olmuş əlillərə və ya sağlamlıq imkanları məhdud uşaqlara məcburi müalicə tətbiq oluna bilməz. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olduğundan ona narkomaniyadan məcburi müalicə tədbiri tətbiq olunmamalıdır. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinin cinayət işi materialları ilə və məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla təkzib olunmasını nəzərə alıb, hesab edir ki, Təqsirləndirilən şəxs ona qarşı CM-in 234.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirli bilinməlidir. Beləliklə ibtidai istintaqın başlandığı vaxtdan başlayaraq, müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirildiyi, təqsirləndirilən şəxs qismində ifadə verdiyi və barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə çıxarılan vaxtadək, sonradan isə ibtidai istintaqın qurtarması barədə məlumat vermə və cinayət işi materialları ilə tanış etmə protokolları tərtib edilənədək təqsirləndirilən şəxs bir dəfə də olsun ona qarşı irəli sürülmüş ittihamla razı olmamasını və ya özünü təqsirli bilməməsini göstərməmiş, bu barədə vəsatət verməmişdir. Yalnız məhkəmə baxışında özünü təqsirli bilməməsini və üzərində şəxsi axtarış zamanı 1,300 qram çəkidə psixotrop maddə metamfetaminin olmamasını göstərmişdir. Təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərək, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq, belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 1,300 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə edərək əynində olan boz rəngli şalvarının sol yan cibində saxlamaqla daşımış, həmin əməl isə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin tərkibini yaradır. Cəza məsələsini müzakirə edərək məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısnı almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə cəza təyin edərkən qəsdin obyektinin narkotik vasitələrin qanunsuz dövriyyəsinin təşkil etməsini, cinayət əməlinin qəsdən törədilməsini və az ağır cinayətlər kateqoriyasına aid olması barədə cinayətin xarakterini, cinayətin ictimai təhlükəliliyini azalda bilən halın olmamasını nəzərə alır. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxsin himayəsində 1 azyaşlı uşağın olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə, yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsini və hərbi xidmət dövründə xəsarət alaraq İİ dərəcəli əlil olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal olduğunu, cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alır. İş üzrə obyektiv və subyektiv halların məcmusunu nəzərə alıb, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası həddləri daxilində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cəzanın məqsədlərinə xidmət etmədiyindən, ona müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli tutulduğu vaxtdan hesablanmalıdır. İş üzrə maddi sübut olan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,250 qram psixotrop maddə metamfetamin Azərbaycan Respublikası CPM-nin 132.0.1-ci maddəsinə əsasən müvafiq qaydada məhv edilməlidir. Ekspertiza tədqiqatının dəyəri – 49 manat 74 qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X2 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülməlidir. Məhkəmə şərh olunanları nəzərə alıb və Azərbaycan Respublikası CPM-nın 351-353,384-cü maddələrini rəhbər tutub, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli 09 dekabr 2022-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut olan və Şirvan şəhər Polis Şöbəsinin maddi sübutları saxlama anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,250 qram psixotrop maddə metamfetamin məhv edilsin. Ekspertiza tədqiqatının dəyəri – 49 manat 74 qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X2 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülsün. Hökmdən 20 gün müddətində (həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmü ona verildiyi andan 20 gün müddətində) Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən: Etibar Hümbətov
Məhkəmə qərarları › İş №1(032)-66/2023
Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-66/2023
12.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver