Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(032)-67/2023 09.03.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Saat 09:20-də Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu DİMÜİ-nin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər X1 Vəkil bürosunun vəkili X2 iştirakı ilə, Şirvan şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxx 1976-cı il tarixdə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2ə «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 11 fevral 2023-cü il tarixdə yaşadığı Şirvan şəhəri, M.Maqomayev küçəsi, ev 3 ünvanında yerləşən evdə qeyri-rəsmi yaşadığı Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlərin pozulması zəminində baş vermiş mübahisə vaxtı sonuncunu qəsdən yumruq zərbələri ilə baş və qarın nahiyyəsinə vuraraq Zərərçəkmiş şəxs sol almacıqda şişkinlik-hematoma, sol gözün ağlı qışasına qansızma kimi ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə qəsdən Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 128-ci maddəsi ilə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 17 ildir ki, X3 ilə qeyri-rəsmi münasibətdə yaşayır. Elbəniz ilə münasibətləri normal olmuş, lakin sonradan münasibətləri pisləmişdir. 12 fevral 2023-cü il tarixdə yaşadığı ünvan 3 ünvanında olan zaman spirtli içki qəbul etmiş, sonra Elbənizdən ona xəyanət edibetməməsini soruşmuşdur. Həmin vaxt Elbəniz onu nalayiq ifadələrlə təhqir etmiş, Elbənizi sakitləşdirmək istəmiş, lakin Elbəniz nalayiq ifadələr işlətməyə davam etmişdir. Elbənizin nalayiq ifadələr işlətməsindən əsəbləşmiş və ayağa qalxaraq Elbənizin baş və qarın nahiyyəsinə yumruq zərbələri endirmişdir. Sonra Elbəniz ağlayaraq onun yanından getmiş, mübahisənin davam etməməsi üçün yaşadığı evin həyətinə düşmüşdür. Elbəniz ilə aralarında baş vermiş mübahisə beş dəqiqə davam etmiş və mübahisə zamanı yanlarında kənar şəxs olmamışdır. Törətdiyi əməldən peşmandır, dəymiş ziyanı ödəmiş və zərərçəkmiş şəxs ilə barışmışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi, iş üzrə keçirilmiş ekspertiza rəyi və işin digər obyektiv halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, təxminən 17 ildir ki, Təqsirləndirilən şəxs ilə qeyri-rəsmi münasibətdə yaşayır. Müşfiq ilə münasibətləri yaxşı olmamış və mütəmadi olaraq aralarında münaqişə olmuşdur. Müşfiq spirtli içki qəbul edərək onunla səbəbsiz yerə mübahisələr etmiş və onu döyərək xəsarətlər yetirmişdir. 12 fevral 2023-cü il tarixdə yaşadıqları evdə olan zaman Müşfiq spirtli içki qəbul etmiş və onu xəyanət etməkdə günahlandırmışdır. O, Müşfiqə cavab olaraq dediklərinin doğru olmamasını bildirmiş, həmin vaxt Müşfiq əsəbləşmiş və onun baş və qarın nahiyyəsinə yumruq zərbələri vurmuşdur. Mübahisə 5 dəqiqə davam etmiş, mübahisə zamanı yanlarında heç kəs olmamış və mübahisə zamanı Müşfiq onu nalayiq ifadələrlə təhqir etmişdir. Ona dəymiş ziyanı ödənilmiş, əməli törətmiş şəxs ilə barışmış, ondan heç bir şikayət və ya tələbi yoxdur. Cinayət işi materiallarına əlavə olunmuş məhkəmə - tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 56 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində sol almacıqda şişkinlik-hematoma, sol gözün ağlı qışasına qansızma-kimi xəsarətlər aşkar olunmuşdur. Həmin xəsarətlər küt əşya təsirindən törənmiş, müxtəlif şəraitlərdə, eləcədə müayinə olunanın dediyitarix və şəraitdə əmələ gələ bilərdi. Qeyd olunan xəsarətlər ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Təqsirləndirilən şəxs təqdim etdiyi ərizəsindən müəyyən olunur ki, zərərçəkmiş şəxslə barışmış, ona qarşı heç bir şikayət və ya tələbi yoxdur. Zərərçəkmiş şəxs təqdim etdiyi ərizəsindən müəyyən olunur ki, əməli törətmiş şəxslə barışmış, ona qarşı heç bir şikayət və ya tələbi yoxdur. Məhkəmə baxışı zamanı dövlət ittihamçısı çıxış edərək zərərçəkmiş şəxsin əməli törətmiş şəxslə barışmasını nəzərə alaraq əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini və onun cinayət məsuliyyətindən azad olunmasını məhkəmədən xahiş etdi. Beləliklə məhkəmə hesab edir ki, məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Belə olan halda Təqsirləndirilən şəxs cinayət cəzası tətbiq edilmədən barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini və cinayət məsuliyyətindən azad olunmasını məhkəmə qanuni, ədalətli və əsaslı hesab edir. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-nin 344-347, 356 və 385-ci maddələrinin tələblərini rəhbər tutub, qərara aldı: Təqsirləndirilən şəxs barəsində Azərbayan Respublikası CM-nin 128-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ləğv edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №1(032)-67/2023
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №1(032)-67/2023
09.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver