Məhkəmə qərarları › İş №1(032)-67/2025

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №1(032)-67/2025

29.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(032)-67/2025 29.04.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi X7 oğlunun sədrliyi, Əsgərli Rəvan Adil oğlunun katibliyi, xüsusi ittihamçı X3, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X2, Müdafiəçi iştirakları ilə, X3 xüsusi ittiham qaydasında vermiş olduğu şikayət ərizəsinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şikayət edən şəxs X6 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yaşayan X5 onun barəsində böhtan və təhqir xarakterli məlumatlar yaydığı üçün xüsusi ittihamçı qismində tanınması barədə qərar qəbul edilməsini və X2 Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələrinə əsasən cinayət məsuliyyətinə cəlb edilərək cəzalandırılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət verən şəxs X6 məhkəmədə göstərdi ki, təxminən 3 ilə yaxındır ki, X5 ilə aralarında mübahisə mövcuddur. Sonuncu onu dəfələrlə təhqir etmişdir. Ona görə də işin məhkəmə baxışına təyin olunmasını və X2 cəzalandırılmasını məhkəmədən xahiş edir. Məhkəmə hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət olunan şəxs X5 məhkəmədə göstərdi ki, xüsusi ittiham qaydasında şikayət verən şəxs X6 onun iş yerinə gedərək onu təhqir etmiş və barəsində həqiqəti əks etdirməyən yalan məlumatlar yaymışdır. Şirvan şəhər Polis X1 barəsində şikayət etmişdir. Sonuncunun dedikləri ilə razı deyil. Xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət olunan şəxs X2 müdafiəçisi Müdafiəçi məhkəmədə göstərdi ki, hüquqlarını müdafiə etdiyi X2 barəsində verilmiş xüsusi ittiham qaydasında şikayət əsassızdır. Xüsusi ittiham qaydasında şikayət verən şəxs X6 tərəfindən sübut qismində təqdim olunmuş “İnstagram” sosial şəbəkəsində yayılmış məlumatlarda yalnız qeyri-etik ifadələrin əks olunması müşahidə olunur, lakin həmin ifadələrin konkret olaraq kimin barəsində işlədilməsi bilinmir. Ona görə də hesab edir ki, hüquqlarını müdafiə etdiyi X4 istinad olunan Azərbaycan Respublikası CM-nin 147.1-ci və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin tərkibi mövcud deyil. Şikayət əsassız olduğundan və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədiyindən xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, xüsusi ittiham qaydasında verilmiş şikayəti, ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, məhkəmə qeyd edir ki, X6 xüsusi ittiham qaydasında vermiş olduğu şikayət ərizəsində cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsini, onun harada, nə vaxt və necə törədilməsini, eyni zamanda şikayət vermiş şəxsin məşğuliyyət növünü, vəzifəsini və şikayətin verildiyi tarixi qeyd etməmişdir. Bundan başqa iş materiallarından görünür ki, şikayət vermiş şəxs X6 qeyd olunan cinayət əməllərinin barəsində xüsusi ittiham qaydasında şikayət verdiyi şəxs X5 tərəfindən törədilməsini sübut edən hallar barədə məhkəməyə sübut təqdim etməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Həmin Məcəllənin 293.3.2-ci maddəsinə əsasən törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği) göstərilməlidir. Həmin Məcəllənin 293.3.6-cı maddəsinə əsasən şikayətin verildiyi tarix (il, ay və gün) və yer göstərilməlidir. Həmin Məcəllənin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.1.7-ci maddəsinə əsasən şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Göstərilənlərə əsaslanaraq məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında şikayət verən şəxs X3 şikayəti əsassız olduğu, şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədiyindən və məhkəməyə təqdim etdiyi şikayət ərizəsi Azərbaycan Respublikası CPM-nin 293.3.2-ci və 293.3.6-cı maddələrinə əsaslanmadığından xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 302.1.3, 302.1.7, 302.2.3 və 300.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 X2 Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında verdiyi şikayət ərizəsi üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina olunsun. Qərardan 20 gün müddətinə Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Etibar Hümbətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar