Məhkəmə qərarları › İş №1(032)-68/2023

Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-68/2023

12.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-68/2023 12.04.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ saat 10:45-də Şirvan şəhər Məhkəməsinin hakimi X5 oğlunun sədrliyi, Məmmədli Murad Sadiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs və eyni zamanda mülki iddiaçı Zərərçəkmiş şəxs və nümayəndəsi Nümayəndə, müdafiəçi Azərbaycan Respublikası Vəkillər X4 Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs və eyni zamanda mülki cavabdeh Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1984-cü ildə Qazı-Məmməd şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində iki yetkinlik yaşına çtmayan uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şirvan şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 13 oktyabr 2022-ci il tarixdə saat 02 radələrində Şirvan şəhəri, Bayramlı qəsəbəsində yerləşən 3 nömrəli tam orta məktəbin yaxınlığında qeyri rəsmi yaşadığı Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı guya ona xəyanət etməsini bəhanə edərək heç bir əsaslı səbəb olmadan idarə etdiyi “BMV” markalı **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomobilinin üzərində olan Zərərçəkmiş şəxs qəsdən sağlamlığına zərər vurmaq niyyətilə avtomobili işə salaraq idarə edib, sonuncunun ayağının avtomobilin qapısında qalmaqla və avtomobilin üzərindən yıxılmaqla sol dirsək oynağı nahiyyəsinin sıyrığı, sol əlin üst səthinin sıyrığı, sol əlin üst səthinin qançırı, sağ dirsək oynağının arxa səthinin sıyrığı, sol topuq nahiyyəsinin sıyrığı, sağ topuq nahiyyəsinin sıyrığı, sol diz oynağının yan səthinin sıyrığı, sol diz oynağının yan səthinin qançırı, sol budun arxa səthinin sıyrıqları, oma sümüyünün sol tərəfli aşağı çanaq dəliklərindən keçən xətti sınığı və sol qanadında (S1fəqərəsində) minimal yerdəyişmiş sınıq, Th 11 fəqərəsində kompression sınığı ilə nəticələnən, zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olan xəsarətlər yetirməklə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs sağlamlığına xuliqanlıq niyyətilə qəsdən az ağır zərər vurmuşdur. Məhkəmə baxışında təqsirləndirilən şəxs və eyni zamanda mülki cavabdeh Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadə verib göstərdi ki, Zərərçəkmiş şəxs ilə 12 ilə yaxın müddətdir ki, qeyri rəsmi ailə kimi yaşamış, bu müddət ərzində aralarında heç bir söz söhbət olmamışdır. Son zamanlar Xatunənin ona xəyanət etdiyini hiss edib sonuncunu izləməyə başlamış və məqsədi Xatunənin pis nəlayiq hərəkətlərini tutaraq ayrılmaq olduğu üçün 13 oktyabr 2022-ci il tarixdə saat 01 radələrində Xatunənin yaşadığı Şirvan şəhəri, Bayramlı qəsəbəsi, H.Cavid küçəsində yerləşən 97-nömrəli fərdi yaşayış evinin yaxınlığına istifadəsində olan “BMV” markalı **- DJ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə getmiş və avtomobilini 3 nömrəli məktəbin yanında saxlayıb gedərək Xatunənin evini izləməyə başlamışdır. Həmin günü yəni 13 oktyabr 2022-ci il tarixdə saat təxminən 02 radələri olardı o, Xatunənin evinə bir nəfər şəxsin girdiyini görmüş və səsini bərk çıxarmışdır ki, Xatunə bilsin ki, evə yad bir kişini salmasını görmüşdür. Xatunə onun səsini eşidib tez çölə çıxmış və ondan qabaq onun avtomobilini saxladığı yerə getmişdir. Həmin vaxt o, avtomobilinə yaxınlaşmış və Xatunənin əlində daş parcasının olmasını görmüşdür. Bundan sonra Xatunə onun istifadəsində olan “BMV” markalı **-DJ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilinin qarşı hissəsinə çıxmış və əlində olan daş parçası ilə avtomobilinin üstünə (banına) vurmağa başlamış, o, Xatunədən niyə belə etdiyini soruşduqda onunla barışmaq istədiyini və atasının yanına getməklərini bildirdikdə o, Xatunəyə aralarında olan hər şeyin bu gündən bitdiyini demişdir. Bundan sonra Xatunənin avtomobilinin üzərindən düşmədiyini görüb gedib Xatunənin anasın Şahid çağırmışdır ki, gəlib qızını avtomobilin üzərindən düşürüb aparsın. Xatunənin anası ora gəlmiş və Xatunə anasının üstünə qışqırıb məsələnin onluq olmadığını və evə geri qayıtmasını bildirmişdir. Bundan sonra o, istifadəsində olan “BMV” markalı **-DJ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə əyləşmiş və avtomobilini idarə edərək sürüb getməyə başlamışdır. Həmin vaxtı Xatunə avtombilinin üzərində olmuş və əlində olan daş parçası ilə avtombilinin üstünə (banına), şüşəsinə və sağ güzgüsünə vurmağa başlamış və o da avtomobili saxlamamış və sürüb gedən zaman Xatunə avtomobildən yerə yıxılmışdır. O, yoluna davam edərək öz yaşadığı ünvana gəlmişdir. Daha sonra nə olması barədə məlumatı olmamış və bütün olanlar barədə DİN-nin 102 zəng mərkəzinə məlumat vermişdir. Təqsirləndirilən şəxs ifadəsində həmçinin göstərmişdir ki, hadisə 13 oktyabr 2022-ci il tarixdə gecə saat 02 radələrində Şirvan şəhəri, Bayramlı qəsəbəsində yerləşən 3 nömrəli məktəbin yaxınlığında baş vermişdir. Zərərçəkmiş şəxs yalan deyir, o, narkotik maddələrdən istifadə etmir. Hadisə vaxtı o, Xatunə və sonuncunun anası Safura orada olmuşdur. Başqa heç kəs olmamışdır. Xatunə ilə aralarında olan mübahisə təxminən 30 dəqiqəyə yaxın müddətdə olmuşdur. O, ifadəsində qeyd etdiyi kimi avtomobilinə tərəf gedəndə artıq Xatunənin əlində daş avtomobilinin üzərinə çıxdığını görmüşdür. Həmin vaxtı Xatunə avtomobilinin üzərində olmuş və əlində olan daş parçası ilə avtombilinin üstünə (banına), şüşəsinə və sağ güzgüsünə vurmağa başlamış və o da avtomobili saxlamamış və sürüb gedən zaman Xatunə avtomobildən yerə yıxılmışdır. Xatunənin ayağı qapının arasında qalmamışdır. Hadisə vaxtı onun nə əlində, nə də ki, üzərində heç bir kəsici deşici alət olmamışdır. Zərərçəkmiş şəxsə zəng edərək barışığa cəhd göstərmiş, lakin zərərçəkmiş şəxs onunla barışmaqdan imtina etmişdir. Mülki iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə baxışında zərərçəkmiş şəxs və eyni zamanda mülki iddiaçı Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, Şirvan şəhəri, Bayramlı qəsəbəsi, H.Cavid küçəsi, ev 94-də ailə üzvləri ilə bir yerdə yaşayır. Təxminən 12 ildir ki, Hacıqabul şəhər sakini Təqsirləndirilən şəxs tanıyır və onunla qeyri rəsmi nikahda yaşamışlar. Onun İsmətlə münasibəti bu müddət ərzində yaxşı olmuş və onunla heç bir ədavəti və ya düşmənçiliyi olmamışdır. Qeyd etsin ki, son zamanlar İsmət narkotik vasitələrin istifadəsi ilə məşğul olduğu üçün o, İsmətdən ayrılmaq qərarına gəlmiş və İsmət ona söz vermişdir ki, narkotik vasitələrdən istifadə etməyəcək. Ona görə də bir müddət İsməti bağışlamış və vaxt vermişdir. Buna baxmayaraq İsmət gecələr tez-tez onun yaşadığı ünvana gələrək onu narahat etmişdir. xx.xx.2022-ci il tarixdə gecə saat 02 radələrində yatmış, həmin vaxt anasının qışqırıq səsini eşidib yuxudan durmuş və evin həyətinə yəni anasının yanına getmişdir. İsmət onu görəndən sonra həyətin çölünə çıxmış və o, səs-küy salmağa başlayıb 3 nömrəli məktəb istiqamətinə doğru qaçmağa başlamış və İsmətin yaxınlaşdığını hiss edib əyilib yerdən daş götürmüşdür ki, özünü müdafiə etsin. O, qaçan zaman qaranlıq olduğu üçün rastına 3 nömrəli məktəbin yanında bir maşın çıxmış və həmin avtomobilin üzərinə çıxmışdır. O, avtomobilin üzərində olan zaman İsmət ona yaxınlaşmış və o, İsmətə bildirmişdir ki, «yaxınlaşma daşı vuracam sənə». Bundan sonra İsmət ondan və avtomobildən kənar durmuş, ona bildirmişdir ki, «susamışam qorxma maşından su götürəcəm». Bundan sonra İsmət avtomobilin qapısını açmış və avtomobilə əyləşmiş, o, hiss etmişdir ki, İsmət avtomobili işə salır və avtomobildən düşmək istədiyini bildirmişdir. Bu sözündən sonra İsmət istifadəsində olan “BMV” markalı **-DJ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin qapısını bağlamaq istədikdə onun ayağı qapının arasında qalmış və İsmət buna məhəl qoymayaraq avtomobili sürətli şəkildə idarə edərək getməyə başlamış, təxminən 50 metr sonra o, yerə yıxıldığını hiss etmişdir. Bundan sonra İsmət avtomobili idarə edərək çıxıb getmişdir. Bundan sonra anası Safura hadisə baş verdiyi yerə gəlib TTYS-na zəng edərək məlumat verdikdən təxminən 30 dəqiqə sonra həkim birqadası gəlib onu Şirvan şəhər MX-na aparmışdır. Hadisə 13 oktyabr 2022-ci il tarixdə gecə saat 02 radələrində Şirvan şəhəri, Bayramlı qəsəbəsində yerləşən 3 nömrəli məktəbin yaxınlığında baş vermişdir. Hadisə baş verməmişdən bir ay əvvəl İsmətin avtomobilində narkotik vasitəyə bənzər bir şey görmüşdür. O, narkotik vasitələri tanımır. O, yuxudan oyandıqda İsmət anası Safura ilə birlikdə evin giriş qapısının içəri hissəsində dayanmışdır. İsmət onların evinə gəlib getmişdir. Təqsirləndirilən şəxs onların evinə gələn zaman evdə anası Safura və o, olmuşdur. O, yatdığı üçün İsmətin evə daxil olmasını görməmişdir. İsmət evlərinə gələn zaman sonuncunun əlində hər hansı bir kəsici və ya deşici alət görməmişdir. Təqsirləndirilən şəxs qapılarının qarşısında olan zaman səs-küy salmamışdır. Həmin vaxt onun nə əlində, nə də ki, üzərində heç bir kəsici deşici alət olmamışdır. Təqsirləndirilən şəxs yalan deyir hadisə yerinə onun anası İsmət getdikdən sonra gəlmişdir. İsmət yalan deyir onun ayağı istifadəsində olan “BMV” markalı **-DJ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin qapısının arasında qalmışdır. Təqsirləndirilən şəxs ümumiyyətlə barışığa cəhd etməmişdir, ona görə də zərərçəkmiş şəxslə barışmamışdır, ondan şikayətçidir. Mülki iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə baxışında şahid qismində Şahid ifadə verərək bildirdi ki, Zərərçəkmiş şəxs onun qızıdır. X8 Baloğlanovla qeyri rəsmi yaşamasını 2 ilə yaxın müddətdir ki, bilmiş və buna açıq olaraq qızına irad bildirmişdir. Xatunə iradının cavabında ona İsmətlə molladan kəbin kəsdirdiyini bildirmişdir. O, bildiyi gündən Xatunə ilə İsmət arasında hər hansı bir mübahisənin olması barədə heç bir məlumatı olmamışdır. O, 2022-ci ilin avqust-sentyabr ayında “Valikoz” xəstəliyindən əməliyyat olduğu üçün evdə müalicə almışdır. xx.xx.2022-ci il tarixdə gecə saat 02 radələrində qızı Xatunə işə getdiyi üçün yatmış və o, həmin vaxtı oyaq olmuş və televizora baxmışdır. Bundan sonra o, televizoru söndürüb sarğını açmışdır ki, yatmağa hazırlaşsın və o, həyətə getmək istəyən zaman evin pəncərəsindən qaranlıq bir kölgə olmasını görmüş və həmin vaxtı içəri daxil olan şəxsin başında qara papaq olduğu üçün həmin şəxsi tanıya bilməmiş və səs salmış, həmin şəxs ona “sənin qızın maşındadır» sözünü deməyə başlamış və onların səsinə Xatunə yuxudan ayılmış və İsmət onu itələyib evin çıxış qapısına tərəf getmişdir. Həmin vaxtı Xatunə İsmətin arxası ilə getmişdir. Bundan sonra o, özünü toparlayıb çölə çıxmış və çölə çıxıb 3 nömrəli məktəb tərəfə irəlləyib Xatunəni yerdə görmüşdür. Daha sonra evə qayıdıb telefonu götürüb Xatunənin yanına gəlmiş və Xatunə TTYS-na zəng vurub məlumat vermişdir. Bundan təxminən 20-30 dəqiqə sonra TTYS-nın həkim birqadası hadisə yerinə gəlib Xatunəni yerdən götürüb Şirvan şəhər MX-na aparmışdır. Hadisə 13 oktyabr 2022-ci il tarixdə gecə saat 02 radələrində Şirvan şəhəri, Bayramlı qəsəbəsində yerləşən 3 nömrəli məktəbin yaxınlığında baş vermişdir. İsmət 1-2 dəfə evlərinə onun bazarlığına kömək edib gətirmiş və çıxıb getmişdir. Təqsirləndirilən şəxs evlərinə gələn zaman evdə o və qızı olmuşdur. İsmətin onun evinə daxil olmasını o, görmüşdür. İsmət evlərinə gələn zaman sonuncunun əlində hər hansı bir kəsici və ya deşici alət görməmişdir. Təqsirləndirilən şəxs qapılarının qarşısında olan zaman səs-küy salmamışdır. Həmin vaxt İsmətin nə əlində, nədə ki, üzərində heç bir kəsici deşici alət olmamışdır. Təqsirləndirilən şəxs yalan deyir, sonuncu onu gəlib evdən çağırmamışdır. Təqsirləndirilən şəxs onu evdə itələməsi ilə bağlı həkimə müraciət etməmişdir. İşə əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının 01 dekabr 2022-ci il tarixli 271 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər - sol dirsək oynağı nahiyyəsinin sıyrığı, sol əlin üst səthinin sıyrığı, sol əlin üst səthinin qançırı, sağ dirsək oynağının arxa səthinin sıyrığı, sol topuq nahiyyəsinin sıyrığı, sağ topuq nahiyyəsinin sıyrığı, sol diz oynağının yan səthinin sıyrığı, sol diz oynağının yan səthinin qançırı, sol budun arxa səthinin sıyrıqları, oma sümüyünün sol tərəfli aşağı çanaq dəliklərindən keçən xətti sınığı, sol qanadında (S1fəqərəsində) minimal yerdəyişmiş sınıq, Th 11 fəqərəsində kompression sınığı küt əşyanın (əşyaların) təsirindən əmələ gəlməklə müxtəlif şəraitlərdə eyni zamanda müayinə olunanın göstərdiyi şəraitdə əmələ gələ bilər. Müddəti hadisə gününə xx.xx.2022-ci il tarixə uyğundur. Yuxarıda qeyd olunan xəsarətlər sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. İşə əlavə edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında 19 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Şirvan şəhəri Bayramlı qəsəbəsində yerləşən 3 nömrəli tam orta məktəbin yanıdır. İşə əlavə edilmiş Hacıqabul şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xarayışda göstərilir ki, Təqsirləndirilən şəxs Hacıqabul şəhəri, H.Z.Tağıyev küçəsi, 64 saylı evdə yaşayır və himayəsində iki yetkinlik yaşına çatmayan uşaqları (X2 və X3) vardır. İşə əlavə edilmiş Azərbaycan Respublikası Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Beləliklə təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərək, məhkəmə yuxarıda qeyd olunan və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq, belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 13 oktyabr 2022-ci il tarixdə saat 02 radələrində Şirvan şəhəri, Bayramlı qəsəbəsində yerləşən 3 nömrəli tam orta məktəbin yaxınlığında qeyri rəsmi yaşadığı Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı guya ona xəyanət etməsini bəhanə edərək heç bir əsaslı səbəb olmadan idarə etdiyi “BMV” markalı **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomobilinin üzərində olan Zərərçəkmiş şəxs qəsdən sağlamlığına zərər vurmaq niyyətilə avtomobili işə salaraq idarə edib, sonuncunun ayağının avtomobilin qapısında qalmaqla və avtomobilin üzərindən yıxılmaqla sol dirsək oynağı nahiyyəsinin sıyrığı, sol əlin üst səthinin sıyrığı, sol əlin üst səthinin qançırı, sağ dirsək oynağının arxa səthinin sıyrığı, sol topuq nahiyyəsinin sıyrığı, sağ topuq nahiyyəsinin sıyrığı, sol diz oynağının yan səthinin sıyrığı, sol diz oynağının yan səthinin qançırı, sol budun arxa səthinin sıyrıqları, oma sümüyünün sol tərəfli aşağı çanaq dəliklərindən keçən xətti sınığı və sol qanadında (S1fəqərəsində) minimal yerdəyişmiş sınıq, Th 11 fəqərəsində kompression sınığı ilə nəticələnən, zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olan xəsarətlər yetirməklə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs sağlamlığına xuliqanlıq niyyətilə qəsdən az ağır zərər vurmuş, bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Cəza məsələsini müzakirə edərək məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısnı almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə cəza təyin edərkən qəsdin obyektinin insanların sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər təşkil etməsini, cinayət əməllərinin qəsdən törədilməsini və az ağır cinayətlər kateqoriyasına aid olması barədə cinayətin xarakterini, cinayətin ictimai təhlükəlilik dərəcəsini azalda bilən halın olmamasını nəzərə alır. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxsin ilk dəfə olaraq az ağır cinayət törətməsini, əməlindən peşman olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən iş üzrə cəzasını yüngülləşdirən hallar olduğunu və iş üzrə cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyinin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyinin normalarının tətbiqinə yol verilir. Cinayət işi materiallarına əlavə edilmiş iddia ərizəsindən görünür ki, mülki iddiaçı Zərərçəkmiş şəxs mülki cavabdeh Təqsirləndirilən şəxs ona vurulan 7000 manat maddi ziyanın və ödənilmiş dövlət rüsumunun alınmasını tələb etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 354-cü maddəsinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi; iddianın rədd edilməsi; iddianın baxılmamış saxlanması barədə qərarlardan biri əks etdirilir. Məhkəmə hesab edir ki, mülki iddiaçı Zərərçəkmiş şəxs kifayət qədər sübutlar təqdim etmədiyindən mülki iddia baxılmamış saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, həbsdə və ev dustaqlığında olma müddəti çıxılmaqla ona qəti cəza təyin edilməli, üzərinə yaşayış yerini günün müəyyən vaxtlarında tərk etməməsi, cəza çəkdiyi müddətdə Hacıqabul rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəni yerinə yetirmək vəzifələri qoyulmalıdır. Məhkəmə şərh olunanları və Azərbaycan Respublikası CPM-nın 351-353-cü,384cü maddələrini rəhbər tutub, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 20 dekabr 2022-ci il tarixdən 12 aprel 2023-cü il tarixədək həbsdə və ev dustaqlığında 03 ay 23 gün olma müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş cəzadan 07 ay 16 gün çıxılmaqla qəti olaraq ona 02 (iki) il 04 (dörd) ay 14 (on dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə Hacıqabul rayonu ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin, başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmün icrası Hacıqabul rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin, cəzasının əvvəli Təqsirləndirilən şəxs Hacıqabul rayon İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Mülki iddia baxılmamış saxlanılsın. Hökmdən 20 gün müddətində (həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmü ona verildiyi andan 20 gün müddətində) Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən: Etibar Hümbətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar