Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-68/2024 25.09.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Saat 10:00-da Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Müdafiəçilər Azərbaycan Respublikası Vəkillər Kollegiyası Şirvan Regional Vəkil bürosunun vəkili Müdafiəçi1 və Müdafiəçi2, Təqsirləndirilən şəxslər Zeynalova (Məmmədli) Simuzər Tarıverdi qızı və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx xxxx 1991-ci il tarixdə Sabirabad rayonu, Çağırğan kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinib 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Sabirabad rayonu, Çağırğan kəndində qeydiyyatda olmaqla faktiki Şirvan şəhəri, L-nt İbrahimov küçəsi, bina 7, mənzil 16-da yaşayan, barəsində Şirvan şəhər məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilmiş Zeynalova (Məmmədli) Simuzər Tarıverdi qızının Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə xx xxxxxx 1987-ci il tarixdə Rusiya Federasiyası, Tümen vilayətində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, Şirvan şəhəri, Energetik küçəsi, ev 9, mənzil 38-də qeydiyyatda olmaqla yaşayan, barəsində Şirvan şəhər məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şirvan şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Zeynalova (Məmmədli) Simuzər Tarıverdi qızı bir qrup şəxs halında təkrarən ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan və silah qismində istifadə olunan əşya ilə özgənin əmlakının zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlər etməklə xuliqanlıq etmişdir. Belə ki, Zeynalova (Məmmədli) Simuzər Tarıverdi qızı tanışı Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında 17 oktyabr 2023-cü il tarixdə, saat 00:30 radələrində ictimai yer hesab olunan Şirvan şəhəri, 1 May küçəsində yerləşən “Ümüd” kafesinin içərisində və çölündə Zərərçəkmiş şəxs1 ilə heç bir əsaslı səbəb olmadan mübahisə edib, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə və özgənin əmlakının zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlər edərək, sonuncunun ünvanına ucadan nalayiq ifadələr işlətməklə, öz şəxsiyyətlərini başqa şəxslərin şəxsiyyəti fövqündə qoyub, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş ümumi əxlaq normalarından kənara çıxmaqla ətrafdakı şəxslər və özləri üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, digər şəxslərin qanuni mənafelərinə toxunan hərəkətlərə yol verib, ətrafdakı şəxslərin gözü qarşısında qrup üzvü olan Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 saçından tutmuş, o isə onun qolundan çəkərək kafenin çölünə çıxarmaqla onu əli ilə itələyib yerə yıxmış, sonra isə hər ikisi Zərərçəkmiş şəxs1 yerdə olan zaman ayaq və bədən nahiyələrinə qəsdən təpik zərbələri vurmaqla sonuncuya “sol bazunun yuxarıorta 1/3-də, sağ əlin ovuc səthində, sol budun yuxarı 1/3-də, sol dizdə, sol baldırın orta 1/3-da və sağ dizdə qançırlar, sol diz oynağının əzələ-kapsul bağının gərilməsi” kimi sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Bundan başqa o, 05 yanvar 2024-cü il tarixdə, saat 22 radələrində ictimai yer hesab olunan Şirvan şəhəri, H.Əliyev prospektində yerləşən “001” kafesində tanışı Təqsirləndirilən şəxs2 ilə kafeni icarə əsasında işlədən Zərərçəkmiş şəxs2 mübahisə etdiyini görüb, onlara yaxınlaşaraq mübahisənin qarşısını almaq əvəzinə heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən və özgənin əmlakının zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlər edərək, öz şəxsiyyətini başqa şəxslərin şəxsiyyəti fövqündə qoyub, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş ümumi əxlaq normalarından kənara çıxmaqla ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, digər şəxslərin qanuni mənafelərinə toxunan hərəkətlərə yol verib, ətrafdakı şəxslərin gözü qarşısında kafenin giriş hissəsində yerləşən pəncərə şüşəsini yerdən götürdüyü daş parçası ilə sındıraraq, Zərərçəkmiş şəxs2 150 (yüz əlli) manat məbləğində maddi ziyan vurub, özgənin əmlakının zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlər etməklə təkrar xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs2 isə bir qrup şəxs tərəfindən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında 17 oktyabr 2023-cü il tarixdə saat 00:30 radələrində ictimai yer hesab olunan Şirvan şəhəri, 1 May küçəsində yerləşən “Ümüd” kafesinin içərisində və çölündə Zərərçəkmiş şəxs1 ilə heç bir əsaslı səbəb olmadan mübahisə edib, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək, sonuncunun ünvanına ucadan nalayiq ifadələr işlətməklə, öz şəxsiyyətlərini başqa şəxslərin şəxsiyyəti fövqündə qoyub, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş ümumi əxlaq normalarından kənara çıxmaqla ətrafdakı şəxslər və özləri üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, digər şəxslərin qanuni mənafelərinə toxunan hərəkətlərə yol verib, ətrafdakı şəxslərin gözü qarşısında Zərərçəkmiş şəxs1 saçından tutmuş, qrup üzvü olan Təqsirləndirilən şəxs1 isə sonuncunu qəsdən əli ilə vurub yerə yıxmaqla hər ikisi onu yerdə olan zaman ayaq və bədən nahiyələrinə qəsdən təpik zərbələri vurmaqla Ağgül İşankuliyevaya “sol bazunun yuxarı-orta 1/3-də, sağ əlin ovuc səthində, sol budun yuxarı 1/3-də, sol dizdə, sol baldırın orta 1/3-da və sağ dizdə qançırlar, sol diz oynağının əzələ-kapsul bağının gərilməsi” kimi sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə qərəzli hərəkətlər edib xuliqanlıq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs Zeynalova (Məmmədli) Simuzər Tarıverdi qızı ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 uzun müddətdir ki, tanıyır, rəfiqədirlər. Onun barəsində şikayət edən əsl adı Ağgül olan, lakin hamının Aylin kimi çağırdığı qadını da, təxminən 2-3 il bundan əvvəldən tanıyır, belə ki, o, Aylin ilə birlikdə Masallı rayonunda bir kafedə işləmişlər, onunla bir otaqda da bir müddət qalmışdır. xx.xx.2023-cü il tarixdə təxminən saat 20 radələrində rəfiqəsi Günay ilə birlikdə Sabirabad rayonu ərazisində yerləşən kafedə əyləşmişlər, o, Günay ilə birlikdə oradan çıxmış, Sabirabad rayonu, Nizamikənd kəndində yolun kənarında taksi gözləyən zaman Aylin onlara yaxın kafedə işdə olmuş, həmin vaxt Aylin kafenin qarşısına çıxıb onları nalayiq söyüşlərlə təhqir etmiş, lakin səbəbini bilməmiş, onlar isə Aylinə fikir verməyib tanımadıqları taksi ilə Şirvan şəhərində yerləşən “Ümüd” kafeyə getmişlər. O, Günay ilə birlikdə kafedə olarkən Günay ona bildirmişdir ki, az əvvəl onlara söyüş söyən Aylin ona zəng edib söyüş söymüş, az sonra isə o, oradan çıxıb yaşadığı evə getmiş, xırda işlərini görüb geri kafeyə qayıtmışdır. Kafeyə qayıdanda görmüşdür ki, Aylin ilə Günay birlikdə bir masada əyləşmişlər, söhbət edirlər, o, onların yanlarında əyləşməmiş, bir az kənarda başqa şəxslərlə birlikdə əyləşmiş, eşitmişdir ki, Aylin ona pis-pis söyüşlər söyür, ona görə də, onların yanına getmiş, ora çatanadək Günay Aylinin boğazından yapışmış, həmin vaxt isə Aylin Günayın saçından yapışıb dartmışdır. Orada səs-küy yaranmış, o, kafeni işlədən Əli, Günay və Aylini aralaşdırmışlar. Aylinin qolundan yapışıb kafedən bayıra çıxartmış, ətrafda çoxlu sayda tanımadığı şəxslər olmuş, Aylinin qolundan yapışıb pilləkanların qarşısında Aylini pilləkanlara tərəf itələmiş, Aylin yerə yıxılmışdır. Aylin yerdə olarkən ona pis söyüşlər söymüş, ətrafda olan şəxslər də, hamı onlara baxmış, ona söyüş söyməyini onlar da eşitmişlər. O, bundan bərk əsəbləşmiş, Aylin yerdə olarkən təpiklə iki dəfə Aylinin ayaqlarına vurmuşdur. Elə həmin vaxt polislər onun qolundan tutmuşlar, polislər o, Aylini vurmamışdan əvvəl də, orada olmuşlar, lakin o, onları görməmişdir. Bundan sonra onu, Günayı və Aylini Şirvan polis şöbəsinə aparmışlar. Bundan başqa, Zərərçəkmiş şəxs2 Akış” kimi tanıyır, sonuncu Şirvan şəhərində “001” kafeni işlədir. xx.xx.2024-cü il tarixdə rəfiqəsi Təqsirləndirilən şəxs2 ilə birlikdə təxminən saat 22 radələrində yaşadıqları evdən çıxıb Şirvan şəhəri, H.Əliyev prospektində yerləşən “001” adlı kafeyə getmiş, orada Günay ilə birlikdə bir masada əyləşmiş, birlikdə çay içmiş, sonra kafedə musiqiyə oynamışlar. Günayın saç qaynağı yerə düşmüş, əvvəldən tanıdığı Şirvan şəhər sakini Sevil adlı qadın da orada olmuşdur. Sevil ona və Günaya bildirmişdir ki, Günayın saç qaynağı yerə düşmüşdür, onu götürmək lazımdır. Bundan sonra Sevil bu iradı yenə də ona və Günaya bildirmiş, o və Günay, Günaya məxsus yerdə olan saç qaynağını götürmədikləri üçün kənardan kafeni işlədən Akış kimi tanıdıqları şəxs ona və Günaya söyüş söyərək yerdə olan saç qaynağını götürməklərini tələb etmiş, o söz-söhbət yaranmasın deyə saç qaynağını yerdən götürüb çantasına qoymuşdur. Günayı orada olan Şirvan şəhər sakini Şahmar adlı şəxs qolundan tutub bayıra çıxartmışdır. O isə hazırlaşıb kafedən bayıra çıxmaq istəyərkən Akış adlı şəxs qəfildən əsəbləşib söyüş söyə-söyə Günayın ardınca kafedən çıxmış, o bunu görmüş, kafedən bayıra çıxmışdır. Bayıra çıxdıqda görmüşdür ki, Şahmarın yanında Akış adlı şəxs Günayı yerə yıxıb belindən aşağı yan hissəsinə bir neçə dəfə təpiklə vurmuş, səs-küyə kafenin içərisindən bir neçə nəfər tanımadığı şəxslər gəlmiş, o, yerdən daş parçası götürüb kafenin şüşələrinə tərəf atmış, kafenin şüşəsi qırılmış, bunu orada olan şəxslər görmüşlər, şüşənin sındırılmağını görüb Akış dayanmış, sonra orada olan şəxslər kafeyə daxil olmuşlar, o isə Günayla birlikdə oradan tanımadığı yol maşını ilə yaşadıqları evə getmişdir. Həmin vaxt orada Akış adlı şəxs ona heç bir söyüş söyməmişdir. Orada yalnız kafeni işlədən Akış adlı şəxs Günayı nalayiq söyüşlərlə söyüb təhqir etmişdir. Həmin vaxt onu heç kim vurmamış, nə də ki, o, heç kimi vurmamış, Akış adlı şəxs Günayın yan hissəsindən bir neçə dəfə təpiklə vurmuşdur. Həmin mübahisə təxminən 5-6 dəqiqə müddətində davam etmişdir. Həmin vaxt orada səs-küy yaranmış, həmin hadisəni kafedə olan şəxslər görmüşlər və o, həmin hadisə zamanı heç bir xəsarət almamış, sadəcə hadisə zamanı əsəbləşib “001” kafenin şüşəsini yerdən götürdüyü daş parçası ilə vurub sındırmışdır. Orada rəfiqəsi Günayın əlində daş olmamış, heç yeri sındırmamışdır. Əməlindən peşmandır. Zərərçəkmiş şəxslərlə barışıq əldə etmişdir. Bu halların nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə, təxminən saat 20 radələrində rəfiqəsi Simuzərlə birlikdə Sabirabad rayonu ərazisində yerləşən kafedə əyləşmişlər, həmin vaxt orada əsl adı Ağgül olan, lakin onların Aylin kimi bildikləri qadın orada olmuşdur. Aylin onlara yaxın olan masalardan birində əyləşmiş, spirtli içki qəbul etmişdir. Aylin sərxoş halda ona və Simuzərə söz atmağa başlamış, heç bir səbəb olmadan söyüş söymüşdür. O Aylinə söyüş söyməmiş, Aylinə söyüş söyməməyini demişdir. Sonra Simuzər ilə birikdə oradan çıxıb tanımadıqları yol maşını ilə Şirvan şəhərində yerləşən, “Kürmost” adlanan ərazidə yerləşən “Ümüd” kafeyə getmişlər. O, Simuzər ilə birlikdə kafedə olarkən Aylin onun istifadəsində olan 051 ***-**-** mobil nömrəsinə zəng etmiş, qeyd etmişdir ki, o, Aylin adlı qadını ilk dəfə idi ki, görmüşdür. O, tanımadığı mobil nömrəyə cavab vermiş, telefonda az öncə onlara söyüş söyən Aylin adlı qadın olduğunu söyləmiş və Aylin onu mobil telefonda söyüşlər söymüş, səbəbini isə bilməmişdir. Bundan sonra onu və Simuzəri Şirvan şəhərində yerləşən “Elvin” şadlıq sarayının qarşısına söhbət etməyə çağırmışdır. O, Aylinə uca səslə “Ümüd” kafesində olduqlarını və əgər sözü varsa gəlib orada deməsini bildirmişdir. Aylin kimi tanıdığı qadın əyləşdikləri kafeyə tək gəlmiş, kafedə ayrı masada birlikdə əyləşmişlər, Aylin bir bakal pivə sifariş vermiş, pivədən biraz içmiş, o, Aylindən niyə görə ona söyüş söydüyünü və bunun səbəbini soruşmuşdur. Aylin ona bir neçə vaxt bundan əvvəl Simuzər ilə ədavəti olduğunu və onun da Simuzərin nəyə görə tərəfini saxladığını bildirmişdir. Bundan başqa o, Aylinə niyə görə onu “Elvin” şadlıq sarayının qarşısına çağırmağını və ona niyə görə söyüş söydüyünü yenə soruşmuşdur. O, əsəbləşmiş, sol əlini Aylinin çiyninə qoymuş, Aylin onun saçından yapışmış, o da Aylinin saçından yapışmış, orada səs-küy yaranmış, kafeni işlədən Əli, rəfiqəsi Simuzər və orada olan tanımadığı çoxlu şəxslər gəlib onları aralaşdırmış və Aylini bayıra çıxartmışlar. Bir neçə dəqiqədən sonra səs-küyə polis əməkdaşları gəlmişlər və onları oradan götürüb Şirvan polis şöbəsinə aparmışlar. Bundan başqa, xx.xx.2024-cü il tarixdə rəfiqəsi Təqsirləndirilən şəxs1 ilə birlikdə təxminən saat 22 radələrində yaşadıqları evdən çıxıb Şirvan şəhəri, H.Əliyev prospektində yerləşən “001” adlı kafeyə getmişlər. Orada Simuzər ilə birlikdə bir masada əyləşmişlər. Simuzər ilə birlikdə çay içmişlər, sonra kafedə musiqiyə oynamışlar. Onun saç qaynağı yerə düşmüş, tanıdığı Şirvan şəhər sakini Sevil adlı qadın da orada olmuşdur. Sevil ona və Simuzərə bildirmişdir ki, saç qaynağı yerə düşmüş, onu götürmək lazımdır. Bundan sonra Sevil bu iradı yenə də ona və Simuzərə bildirmiş, o və Simuzər, saçından düşmüş və yerdə olan saç qaynağını götürmədikləri üçün kənardan kafeni işlədən Akış kimi tanıdıqları Zərərçəkmiş şəxs2 ona və Simuzərə söyüş söyərək yerdə olan saç qaynağını götürməklərini tələb etmişdir. O, söz-söhbət yaranmasın deyə Simuzərə kafedən çıxıb getməklərini demiş, saç qaynağını Simuzər yerdən götürüb çantasına qoymuşdur. Onu orada olan Şirvan şəhər sakini Şahmar adlı şəxs qolundan tutub bayıra çıxartmışdır. Simuzər isə kafedən bayıra çıxmaq istəmiş, həmin vaxt Akış adlı şəxs kafedən söyüş söyə-söyə onun üstünə gəlmiş, əli ilə onu itələmiş, o, sağ tərəfi üstə yerə yıxılmışdır. Yerdə olarkən Akış adlı şəxs ona sağ ayağından, yan hissəsindən təpik vurmuşdur. Səs-küyə kafedə olan şəxslər çıxmışlar, lakin əvvəl heç kim müdaxilə etməmiş, sonradan Simuzər və Şahmar onları Akış adlı şəxsi sakitləşdirmiş, kənara çəkmişlər. Simuzər yerdən daş parçası götürüb Akış adlı şəxsə tərəf atmışdır. Daşın isə kimə dəyməsini görməmişdir. Sonra o və Simuzər oradan tanımadıqları yol maşını ilə yaşadıqları evə getmişdir. 001 kafedə baş vermiş mübahisə təxminən 5-6 dəqiqə müddətində davam etmişdir. Həmin vaxt orada səs-küy yaranmış, həmin hadisəni kafedə olan şəxslər görmüşlər və o, həmin hadisə zamanı sağ ayağından xəsarət almışdır. Əməlindən peşmandır. Zərərçəkmiş şəxs Akif Həsənovla barışıq əldə etmişdir. Bu halların nəzərə alınmasını məhkəmədən xahiş edir Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2022-ci ildən Şirvan şəhəri, H.Əliyev prospkeintə yerləşən “001” kafesini icarə əsasında işlədir. Adı Ağasif olsa da, Şirvan və Hacıqabul şəhəri ərazisində onu “Akış” kimi tanıyırlar və çağırırlar. Şirvan ŞPŞ-nə ərizəni o, yazmış, o, hər gün işlətdiyi kafeni təxminən saat 18 radələrində açır, gecə saat 12 radələrində isə kafeni bağlayır. xx.xx.2024-cü il tarixdə Şirvan şəhər sakini hamının Xəyalə kimi çağırdığı, lakin əsl adının Simuzər olan qadın və onun rəfiqəsi Təqsirləndirilən şəxs2 təxminən saat 22 radələrində işlətdiyi kafeyə gəlmişlər. Simuzər Günay ilə birlikdə kafedə bir masada əyləşib spirtli içki içmiş, sonra kafedə musiqiyə oynamışlar. O, Günay və Simuzər içkili olduqlarından səs-küy yaratdıqlarını görmüş, kafedə olan qadınlara demişdir ki, «gedin onların hər ikisinə deyin ki, kafeni bağlayıram və çıxıb getsinlər». Günay və Simuzər onun söz göndərdiyi qadınlarla mübahisə etmiş, kafedən çıxmayacaqlarını bildirmişlər, çünki onlar həddən artıq içkili vəziyyətdə olmuşlar. O, kafedə olarkən Günay qəfildən masada olan 02 ədəd pivə bakallarını yerə atıb sındırmışdır. O, həmin vaxt Günaya tərəf getmiş, həmin vaxt orada Şirvan şəhər sakini dostu Şahmara demişdir ki, qadınların hər ikisini bayıra çıxartsın, Şahmar hər ikisini kafedən bayıra çıxartmış, o, kafenin içərisində olmuş, bayıra çıxmaq istəyərkən Simuzər əlində olan daş parçası ilə kafenin şüşəsini sındırmış, səs-küy yaranmış, səsə kafedə olan şəxslər bayıra çıxmışlar. O, bunu görüb bayıra çıxanda Günayı Şahmarın kənara çəkdiyinin şahidi olmuş, sonradan Günay əlindəki daşı ona tərəf atmış, lakin ona dəyməmişdir. Daha sonra isə Simuzər və Günay içkili vəziyyətdə hər ikisi oradan çıxıb getmişlər, o isə bu barədə Şirvan polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Orada Simuzər səbəbsiz yerə icarə əsasında işlətdiyi kafenin şüşəsini əlində olan daş parçası ilə sındırmış və ona 150 manat maddi ziyan dəymişdir. Bundan başqa o, Günayı yerə yıxıb təpiklə vurmamış, orada onun heç kimə əli də dəyməmişdir. Bunu onun yanında olan şəxslər də təsdiq edə bilərlər. İşlətdiyi kafedə videomüşahidə kameraları yoxdur. Hal-hazırda təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışmış və ona dəymiş zərər təqsirləndirilən şəxslər tərəfindən ödənilmişdir. Heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, o, Sabirabad rayonu Şəhriyar kəndində yerləşən kafelərin birində xidmətçi işləyərkən Simuzər və Günay onun azyaşlı övladına səbəbsiz yerə söyüş söymüşdür, O isə onlara bunun cavabını vermək istəmişdir. xx.xx.2023-cü il tarixdə axşam saatlarında kafedə olarkən Günay və onun rəfiqəsi Simuzərlə sözlə mübahisəsi olmuşdur. Sonra onlar çıxıb getmişlər. Sonradan o, Günayın mobil nömrəsini tapmış və ona zəng etmiş, Günay onunla söhbət etmək istədiyini demiş və onu Şirvan şəhərində yerləşən “Ümid” kafeyə çağırmışdır. O isə onları Şirvan şəhərində yerləşən “Elvin” şadlıq sarayının qarşısına söhbət etməyə çağırmışdır. Sonradan Günayla razılaşıb tanımadığı yol maşını ilə Günayın ona dediyi kafeyə getmişdir. Ora gedərkən də, spirtli içki qəbul etmişdir. O, kafeyə daxil olmuş, Günayın yanında əyləşmiş, Günay ona nə içəcəyini soruşduqda bir bakal pivə sifariş vermişdir. O, pivədən biraz içmiş, Günaydan niyə görə onun övladına söydüyünü soruşmuş, Simuzər isə kənarda bir masada əyləşmişdir, kənardan ona baxıb gülmüşdür, bu da ona pis təsir etmişdir. Masada əyləşdiyi zaman Günay ona tualetə gedib gələcəyini deyib ayağa qalxmış, heç bir səbəb olmadan əlləri ilə onun arxadan boynundan yapışmış, saçından tutub yolmuş, lakin o, heç nə edə bilməmişdir. Səs-küy yaranmış, onlardan başqa kafedə çoxlu sayda şəxslər olmuşdur. Günayı ondan aralaşdırmışlar, Simuzər gəlib onu kafedən bayıra giriş hissəyə çıxartmışdır. Simuzər bayırda əli ilə onu itələmiş, o, yerə yıxılmış, yerdə olarkən o, əlini üzünə tutmuş, Simuzər onun saçından tutub yerdə sürümüş, onun sağ və sol budundan, təpik zərbələri vurmuşdur. O, qışqırmış, səsinə kafedə olan şəxslər hamı toplaşmış, o, yerdə olduğundan yalnız ağrıdan qışqırmış, ətrafda olan şəxslər Simuzərin ona təpik zərbələri vurmağının qarşısını almışlar, həmin vaxt ora Günay da gəlmiş, Günay da, onun ayaqlarından təpiklə vurmuşdur. O isə Simuzərə və Günaya heç bir zərbə vurmamış, buna imkanı olmamışdır. Orada olan polis əməkdaşı adını bilmədiyi şəxs onları Şirvan polisinə aparmış və o, Simuzər və Günaydan şikayət etmişdir. O, yerdə olarkən Simuzər və Günay gəlib ardıcıl onun ayağından və qolundan təpiklə bir neçə dəfə ikisi də vurmuşlar, o, həmin vaxt xəsarətləri almışdır. Günay və Simuzərin onunla mübahisəsi və dava-dalaşı xx.xx.2023-cü il tarixdən, xx.xx.2023-cü il tarixə keçən gecə təxminən saat 00:30 radələrində Şirvan şəhərində yerləşən “Ümid” kafesində içəridə və bayırda olmuşdur. Onların onu döyməsi təxminən 5-6 dəqiqə müddətində davam etmiş, həmin vaxt orada səs-küy yaranmış, ora başqa şəxslər toplaşmış, Simuzər və Günay ona nalayiq söyüşlər söymüş, lakin o, onları söyməmişdir. Hal-hazırda təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışmış və onlara qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şirvan şəhər Polis şöbəsinin əməkdaşı Şahid4 ifadəsində bildirmişdir ki, 16 oktyabr 2023-cü il tarixdən, 17 oktyabr 2023-cü il tarixə keçən gecə təxminən saat 00:30 radələrində xidməti ərazisi olan Şirvan şəhəri, 1 May küçəsində yerləşən “Ümüd” kafenin yanında Şirvan ŞPŞ-nin YYÇPİQT-nin inspektoru, polis kiçik leytenantı Şahid2 ilə birlikdə qrafikə uyğun olaraq gecə gəzintisində xidmətdə olmuşlar. Kafenin həyətində olarkən həmin kafeni icarə əsasında işlədən Şahid1 görmüş, onunla söhbət etmişlər. Bir qədər sonra kafenin içərisində səs eşitmişlər. Əli ilə birlikdə kafenin içərisinə daxil olub baxanda görmüşlər ki, şəxsiyyəti məlum olan Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs2 bir-birinin saçından yapışmışlar. Şahid1 Təqsirləndirilən şəxs2 qolundan tutub kənara çəkmək istəmiş, kafedə səs-küy yaranmış, ətrafda olan şəxslər də, ayağa qalxıb gəlmiş, həmin qadınlar bir-birlərinə nalayiq ifadələr işlətmişlər. O həmin şəxsləri ayırmış, az sonra kafedən bayırda həmin kafedə əyləşmiş Şirvan şəhər sakini Təqsirləndirilən şəxs1 gəlib Zərərçəkmiş şəxs1 pilləkanların qarşısında pilləkanlara tərəf əli ilə itələmiş, Ağgül yerə yıxılmış, yerdə olarkən Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 sağ və sol budundan təpik vurmuşdur. Həmin vaxt ora Təqsirləndirilən şəxs2 da gəlmiş, o, da Ağgülün ayaqlarına təpik vurmuşdur. Onlar həmin şəxsləri sakitləşdirib hər üçünü Şirvan polis şöbəsinə aparmışlar. Hadisə zamanı orada Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 vurub xəsarət yetirməmiş, yalnız onlar Zərərçəkmiş şəxs1 ayağından təpik zərbələri vurmuşlar. Həmin dava-dalaş təxminən 20 dəqiqə müddətində davam etmiş, həmin vaxt orada səs-küy yaranmış və səs-küyə kafedə olan şəxslər toplaşmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şirvan şəhər Polis şöbəsinin əməkdaşı Şahid3 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs2 onun tanışıdır, Şirvan şəhəri, H.Əliyev prospektində yerləşən “001” kafeni icarə əsasında işlədir. xx.xx.2024cü il tarixdə, təxminən saat 22 radələrində həmin kafedə olmuş, Şirvan şəhər sakinləri hamının Xəyalə kimi çağırdığı, lakin əsl adı Simuzər olan qadın və onun rəfiqəsi Təqsirləndirilən şəxs2 həmin kafeyə gəlib birlikdə kafedə bir masada əyləşib spirtli içki içmiş, sonra kafedə musiqiyə oynamışlar. Sonra onlar kafedə səs-küy yaratmışlar, Ağasif bunu görüb ondan həmin qadınları bayıra çıxartmağı xahiş etmiş, səs-küy yaratdığı və kafedə olan şəxsləri narahat etdikləri üçün o hər iki qadını kafedən bayıra çıxartmış, Ağasif kafenin içərisində qalmış, bayırda Simuzər və Günay səs-küy yaratmışlar. Simuzər bayırda olarkən yerdən daş parçası götürüb kafenin giriş hissəsinə tərəf atmış, kafenin şüşəsini sındırmışdır. Bunu görən Ağasif kafedən bayıra çıxmış, Günay yerdən daş götürüb Ağasifə tərəf atmış, Ağasif Günayın yanına gəlib niyə görə ona daş atdığını soruşmuş, sözlə mübahisələri yaranmış, səs-küyə kafedə olan şəxslər gəlmişdir. Simuzər isə səbəbsiz yerə söyüş söyərək kənarda yerdən daş götürüb kafeyə tərəf atmış, kafenin şüşəsini sındırmışdır. Həmin vaxt orada səs-küy yaranmış, Günay və Simuzər orada ünvansız səbəbsiz yerə nalayiq ifadələr işlətmişlər. Orada Ağasif heç kimə söyüş söyməmiş, heç kimi itələməmiş və heç kimi vurub xəsarət yetirməmişdir. Qeyd etdiyi hadisə təxminən 10 dəqiqə müddətində davam etmişdir. Məhkəmə iclasında ifadələri elan edilmiş, ibtidai istintaq zamani şahid qismində dindirilmiş Şahid1 və Şahid2 şahidlər Şahid4 və Şahid3 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilən: 07 yanvar 2024-cü il tarixdə cinayət işi üzrə əməl Azərbaycan Respublikası CMnin 221.1-ci maddəsindən həmin Məcəllənin 221.2.1-ci maddəsinə tövsif edilmişdir. 07 yanvar 2024-cü il tarixdə cinayət işi üzrə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsində şübhəli şəxs qismində tutulmuş, 07 yanvar 2024-cü il tarixdə cinayət işi üzrə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsində şübhəli şəxs qismində tutulmuşdur. 09 yanvar 2024-cü il tarixdə Zərərçəkmiş şəxs2 müraciəti əsasında toplanmış HK-1/39 nömrəli material cinayət işi materiallarına birləşdirilmişdir. 09 yanvar 2024-cü il tarixdə cinayət işi üzrə Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsindən həmin Məcəllənin 221.3-cü maddəsinə tövsif edilmişdir. 09 yanvar 2024-cü il tarixdə cinayət işi üzrə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə ittiham elan edilmiş və barəsində Şirvan şəhər Məhkəməsinin qərarı ilə 03 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. 09 yanvar 2024-cü il tarixdə cinayət işi üzrə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə ittiham elan edilmiş və barəsində Şirvan şəhər Məhkəməsinin qərarı ilə 03 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X7 “Şirvan şəhər Mərkəzi Xəstəxanası” PHŞ-nin 15 yanvar 2024-cü il tarixli 18-1-35/2-43/2024 saylı məktubdan görünür ki, ünvan 1 ünvanında yaşayan, xx.xx.1987-cü il təvəllüdlü Təqsirləndirilən şəxs2 Şirvan şəhər Mərkəzi Xəstəxanası PHŞ-in Polikilinika şöbəsinin ruhi, əsəb, narkoloji kabinetlərində qeydiyyatda yoxdur. 08 yanvar 2024-cü il tarixli ifadəsinin yerində yoxlanılması protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 Şirvan şəhəri, 1 May küçəsində yerləşən «Ümüd» kafesinin içərisini və kafenin qarşısını göstərib, məhz həmin yerlərdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən döyüldüyünü bildirmişdir. 27 yanvar 2024-cü il tarixli ifadəsinin yerində yoxlanılması protokolundan görünür ki, Zərərçəkmiş şəxs2 Şirvan şəhəri, H.Əliyev prospektində yerləşən «001» kafesinin qarşısını və kafenin qarşı tərəfindəki pəncərəni göstərib, Təqsirləndirilən şəxs1 məhz həmin pəncərənin şüşələrini sındırdığını, Təqsirləndirilən şəxs2 ilə birlikdə kafenin qarşısında səs-küy saldıqlarını bildirmişdir. 06 yanvar 2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri Şirvan şəhəri, H.Əliyev prospektində yerləşən «001» adlı kafedir. Baxış zamanı kafenin şüşələrinin sınması müşahidə edilmişdir. Məhkəmə-tibbi ekspertizasının 18 noyabr 2023-cü il tarixli, 562 nömrəli rəyində göstərilmişdir ki, X6 (Zərərçəkmiş şəxs1) qızının bədən səthində aşkar olunan xəsarətlər – sol bazunun yuxarı-orta 1/3-də, sağ əlin ovuc səthində, sol budun yuxarı 1/3-də, sol dizdə, sol baldırın orta 1/3-də və sağ dizdə qançırlar, sol diz oynağının əzələ-kapsul bağının gərilməsi küt əşya təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən 17 oktyabr 2023-cü il tarixdə əmələ gələ bilərdi. Qeyd olunan xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Ambulator məhkəmə-psixiatrik ekspertizasının 23 yanvar 2024-cü il tarixli, 149 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 törətdiyi əməl dövründə hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs2 törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və həmin hərəkətlərini idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs2 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs2 hal-hazırda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs2 əvvəllər hər hansı psixi xəstəlik keçirməsi barədə məlumat yoxdur. Təqsirləndirilən şəxs2 hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs2 iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək və onlar barəsində istintaqa düzgün ifadə vermək qabiliyyətindədir. Təqsirləndirilən şəxs2 yalan danışmağa və özündən qondarma fikirlər söyləməyə patoloji meyl qeyd olunmur. Bununla yanaşı Təqsirləndirilən şəxs2 özünü müdafiə etmək məqsədi ilə bilərəkdən yalan danışması və yaxud hadisələri təhrif etməsi mümkündür. Ambulator məhkəmə-psixiatrik ekspertizasının 23 yanvar 2024-cü il tarixli, 150 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 törətdiyi əməl dövründə hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs1 törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və həmin hərəkətlərini idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs1 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs1 hal-hazırda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs1 əvvəllər hər hansı psixi xəstəlik keçirməsi barədə məlumat yoxdur. Təqsirləndirilən şəxs1 hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs1 iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək və onlar barəsində istintaqa düzgün ifadə vermək qabiliyyətindədir. Təqsirləndirilən şəxs1 yalan danışmağa və özündən qondarma fikirlər söyləməyə patoloji meyl qeyd olunmur. Bununla yanaşı Təqsirləndirilən şəxs1 özünü müdafiə etmək məqsədi ilə bilərəkdən yalan danışması və yaxud hadisələri təhrif etməsi mümkündür. 19 yanvar 2024-cü il tarixli verilmiş əməliyyat tapşırığına cavab məktubunda göstərilmişdir ki, 17 oktyabr 2023-cü il tarixdə saat 01 radələrində Şirvan şəhərinin 1 May küçəsində yerləşən «Ümüd» kafesində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə Zərərçəkmiş şəxs1 arasında baş vermiş mübahisə zamanı ictimai qayda kobud surətdə pozulmuş, mübahisə zamanı Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən döyülmüş, mübahisə baş verən ərazidə müşahidə kameralarının olması müəyyən olunmamışdır. Bundan əlavə, bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş, profilaktiki söhbətlər aparılmış və müəyyən olunmuşdur ki, 05 yanvar 2024-cü il tarixdə, saat 22 radələrində Şirvan şəhərinin H.Əliyev prospektində yerləşən «001» adlı kafedə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ictimai qaydanın pozulması hallarına yol verilmiş, hadisə zamanı Təqsirləndirilən şəxs1 tərəfindən kafenin şüşələri sındırılmış və kafeyə ziyan vurulmuş, mübahisə baş verən ərazidə müşahidə kameralarının olması müəyyən olunmamışdır. Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 Şirvan şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il islah işləri cəzasına məhkum olunmuş, 8 Noyabr-Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 05 Noyabr 2021-ci il tarixli Qərarının 2.8-ci bəndinin təsiri altına düşərək xx.xx.2022-ci il tarixdə cəzadan azad edilmişdir. Təqsirləndirilən şəxs2 isə əvvəllər məhkum olunmamışdır. Cinayət işinə əlavə edilmiş Şirvan şəhər Məhkəməsinin 1(032)-101/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 05 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. xx.xx.2024-cü il tarixli zərərçəkmiş şəxs X1 tərəfindən verilmiş ərizədən görünür ki, zərərçəkmiş şəxs X1 təqsirləndirilən şəxslər Zeynalova (Məmmədli) Simuzər Tarıverdi qızı və Təqsirləndirilən şəxs2 ilə barışmış, heç bir şikayət və tələbi yoxdur. xx.xx.2024-cü il tarixli Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş ərizədən görünür ki, Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxslər Zeynalova (Məmmədli) Simuzər Tarıverdi qızı və Təqsirləndirilən şəxs2 il barışmış və ona dəymiş zərər təqsirləndirilən şəxslər tərəfindən ödənilmişdir. Heç bir şikayət və tələbi yoxdur. Şirvan şəhər İcra və Probasiya şöbəsinin 25 sentyabr 2024-cü il tarixli, 242324/10-25 saylı məktubundan görünür ki, Şirvan şəhər Məhkəməsinin 1(032)- 101/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 05 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. Hökmün icrası barədə göstəriş və hökmün surəti xx.xx.2024-cü il tarixdə Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin icraatın adaxil olmuş, xx.xx.2024-cü il tarixdə məhkum Təqsirləndirilən şəxs1 Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinə gələrək qeydiyyata düşmüş və cəza müddəti həmin vaxtdan hesablanmağa başlanılmışdır. xx.xx.2024-cü il tarixdə məhkum Təqsirləndirilən şəxs1 ona təyin edilmiş cəzadan 15 gününü çəkmiş, məhkumun çəkilməmiş cəzası 05 ay 13 gün təşkil edir. Məhkəmə cinayət işi ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinə əsasən Xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinə əsasən bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarında, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Yusifovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair “17 fevral 2006-cı il tarixli,habelə “Azərbaycan Respublikası Cinayət Məcəlləsiinn 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarlarında xuliqanlıq cinayətinə verilmiş təfsirlərdən aydın olur ki,xuliqanlıq cinayəti ictimai qaydanı kobud surətdə pozan,cəmiyyətə açıqca hörmətsizlik göstərən qərəzli hərəkətlərdə ifadə olunmalı, həmin hərəkətlər isə vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Cinayətin bu cür təsbitindən görünən odur ki, cinayət olaraq xuliqanlığın xüsusiyyəti onu ictimai qaydanın pozulmasına səbəb olan və yaxud şəxslər üzərində zorun, hədənin tətbiq edilməsi,əmlakın məhv edilməsi, zədələnməsi ilə müşayiət edilən digər cinayətlərdən fərqləndirən başlıca əlamət qeyd edilən əməldə qəsdin məhz (birbaşa) ictimai qaydanın kobud surətdə pozulmasına,cəmiyyətə açıqca hörmətsizliyin göstərilməsinə yönəlməsidir. Xuliqanlıqda qəsdin yönəldiyi obyektin özünəməxsusluğu bu cinayət üçün spesifik olan xuliqanlıq kimi motivi (xuliqanlıq motivini) labüd edir.Təqsirkarın hərəkətlərini şərtləndirən (cinayətə sövq edən) amil, hərəkətverici qüvvə kimi çıxış edən xuliqanlıq motivi onun hamılıqla qəbul edilmiş əxlaq normalarının,birgəyaşayış qaydalarının ziddinə hərəkət etmək,eqoizmini nümayiş etdirib,özünü başqalarının fövqündə qoymaq kimi,son nəticədə ictimai qaydanı kobud şəkildə pozmaq,cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə etmək istəyini ehtiva edir. ”Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir.Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir.Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Zeynalova (Məmmədli) Simuzər Tarıverdi qızı və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özlərinin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Zeynalova (Məmmədli) Simuzər Tarıverdi qızının əməli Azərbaycan Respublikası CM-nin 221.3-cü, Təqsirləndirilən şəxs2 əməli CM-nin 221.2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxslər Zeynalova (Məmmədli) Simuzər Tarıverdi qızı və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Zeynalova (Məmmədli) Simuzər Tarıverdi qızı və Təqsirləndirilən şəxs2 CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Cəza məsələsini müzakirə edərək məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısnı almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə təqsirləndirilən şəxs Zeynalova (Məmmədli) Simuzər Tarıverdi qızının zərərçəkmiş şəxslərlə barışmasını və dəymiş ziyanı ödəməsini Azərbaycan Respublikası CM-nin 59.1.12 və 59.1.13-cü maddələrinə, əməlindən peşman olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Zeynalova (Məmmədli) Simuzər Tarıverdi qızının cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxs Zeynalova (Məmmədli) Simuzər Tarıverdi qızına cəza təyin edərkən onun törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır, habelə onun şəxsiyyətini və digər zəruri halları nəzərə alıb, məhkəmə hesab edir ki, Zeynalova (Məmmədli) Simuzər Tarıverdi qızına təqsirli bilindiyi CM-nin 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Zeynalova (Məmmədli) Simuzər Tarıverdi qızı hazırki cinayət əməlini Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə məhkum edilməzdən əvvəl törətdiyindən ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu qaydasında qəti cəza təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 07 yanvar 2024-cü il tarixdən hesablanmalıdır. Zeynalova (Məmmədli) Simuzər Tarıverdi qızı barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və məhkəmə iclas zalından həbsə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslə barışmasını və dəymiş ziyanı ödəməsini Azərbaycan Respublikası CM-nin 59.1.12 və 59.1.13-cü maddələrinə, əməlindən peşman olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onun törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirici halları, ağırlaşdırıcı halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, CM-nin 69.3-cü maddəsinə əsasən 07 yanvar 2024-cü il tarixdən 25 sentyabr 2024-cü il tarixədək həbsdə və ev dustaqlığında olduğu 08 ay 18 gün müddət 01 il 05 ay 06 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq ona təyin edilmiş cəzadan çıxılmalı, üzərinə müvafiq olaraq daimi yaşayış yerlərini günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə yaşadığı Şirvan şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək habelə, cəzanın icrasına nəzarət edən orqanlara yaşayış yerinin və iş yerinin dəyişdirilməsi ilə bağlı əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirmək öhdəliyinin qoyulmasını məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilməli və barəsində hökm qanuni qüvvəsini alana kimi “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın ödənilməsi nəzərə alınmalıdır. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə ekspertiza xərcləri yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKMETDİ: Zeynalova (Məmmədli) Simuzər Tarıverdi qızı Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Zeynalova (Məmmədli) Simuzər Tarıverdi qızına Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırilması cəzasının iki günü azadlıqdan məhrumetmə cəzasının bir günü hesabı ilə 02 (iki) ay 29 (iyirmi doqquz) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutularaq Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən, hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqla ona qəti olaraq 02 (iki) il 01 (bir) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 07 yanvar 2024-cü il tarixdən hesablansın. Zeynalova (Məmmədli) Simuzər Tarıverdi qızı barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və məhkəmə iclas zalından həbsə alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 07 yanvar 2024-cü il tarixdən 25 sentyabr 2024-cü il tarixədək həbsdə və ev dustaqlığında olduğu 08 ay 18 gün müddət 01 il 05 ay 06 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 06 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə Şirvan ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilsin və barəsində hökm qanuni qüvvəsini alana kimi “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs2 cəzasının icrası Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin, cəzasının əvvəli Təqsirləndirilən şəxs2 Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərcləri yoxdur. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmü ona verildiyi) andan 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 (iyirmi) gündən sonra qüvvəyə minir. Sədrlik edən: Aydan Məmmədli
Məhkəmə qərarları › İş №1(032)-68/2024
Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-68/2024
25.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver