Məhkəmə qərarları › İş №1(032)-69/2023

Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-69/2023

31.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-69/2023 31.08.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Saat 10:15 Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu DİMÜİ-nin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs oğlunun, Təqsirləndirilən şəxs, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər X1 Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Şirvan şəhər Məhkəməsinin inzibati binasında xx xxxxxxxx 1989-cu il tarixdə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər Şirvan şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən hökm dəyişdirilərək 02 il azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə barəsində “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndi tətbiq edilərək təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının 05 noyabr 2021-ci il tarixədək çəkilməmiş 09 ay 08 gün hissəsi 06 ay azaldılmış, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində Şirvan şəhər məhkəməsinin 15 dekabr 2022-ci il tarixli qərarı ilə əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs Şirvan Apellyasiya Məhkəməsinin 27 may 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib, 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə baxmayaraq məhkumluğu ödənilmədiyi və ya qanunla müəyyən edilmiş qaydada götürülmədiyi halda o özgənin əmlakını ələ keçirmək məqsədilə 2022-ci ilin dekabr ayının 1-dən dekabr ayının 09-dək olan müddət ərzində axşam saatlarında Zərərçəkmiş şəxs məxsus Şirvan şəhəri, Xəqani küçəsi, ev 10 mənzil 39-da yerləşən evin qonaq otağında Zərərçəkmiş şəxs oğlu Şahid2 ilə birlikdə olan zaman Şahid2 evin mətbəxinə keçməsindən istifadə edərək evin yataq otağına qanunsuz daxil olub həmin otaqda yerləşən şkafın içərisində olan boş jurnalın arasındakı 721 ( yeddi yüz iyirmi bir ) manat pulu gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs cəmi 721 (yeddi yüz iyirmi bir) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ibtidai araşdırma zamanı vermiş olduğu ifadələri təsdiq etmədi, onlardan imtina etdi və bildirdi ki, Zərərçəkmiş şəxs məxsus evdən oğurluq etməmiş, sonuncunun oğlu Əbülfəzlə dostluq münasibəti olsa da və əvvəllər həmin evə gedib gəlsə də baş vermiş oğurluq cinayətinə aidiyyəti yoxdur, oğurluq edilən evdən əl izləri də çıxmamışdır. Şirvan şəhər Polis şöbəsində təzyiq altında etirafedici ifadə vermişdir. Hazırda düzgün ifadə verir, bunların nəzərə alınmasını xahiş edir. İbtidai araşdırma zamanı isə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs ilə əvvəllər qonşu olmuş, onun oğlu Əbülfəz ilə dost kimi münasibəti olmuşdur. Əbülfəzin ona 300 manat borcu olduğundan 2022-ci ilin dekabr ayının əvvəllərində o, borcunu istəmək üçün Əbülfəzin özü ilə birlikdə onların yaşadığı ünvana getmiş, orada Əbülfəz evdən 300 manat götürüb ona olan borcunu verdikdən sonra orada bir-birindən sağollaşıb ayrılmışdır. Bundan bir neçə gün sonra, yəni 2022-ci ilin dekabr ayının əvəllərində axşam saatlarında yenidən Əbülfəzin yaşadığı evə getmiş və qapını döydükdə, qapını Əbülfəzin qardaşı Əli açmış, evə daxil olmuşdur. Həmin vaxt Əlidən evdə kimin olmasını soruşduqda Əli evdə tək olmasını bildirmiş və birlikdə çay dəmləmək qərarına gəlmişlər. Bundan sonra Əli çay dəmləmək üçün mətbəxə keçmiş, Əlinin mətbəxə keçməsindən istifadə edib evin yataq otağına daxil olmuş və orada yerləşən şkafın içərsində olan kitabın arasında saxlanılan pulu götürmüşdür. Bundan sonra yenidən Əli olan otağa keçmişdir. Otağa keçəndən sonra Əli çay gətirmiş, lakin çay içmək istəmədiyini Əliyə bildirib paltarını geyinərək evi tez tərk etmişdir. Çöldə pulu saydıqda pulun 721 (yeddi yüz iyirimi bir) manat olmasını görüb cibinə qoyub həmin yerdən uzaqlaşıb getmişdir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyərək, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, Şirvan şəhər, polis şöbəsinə Təqsirləndirilən şəxs barəsində şikayət ərizəsi ilə müraciət etmişdir. Təqsirləndirilən şəxs onunla əvvəllər qonşu olmuşdur. Hazırda Təqsirləndirilən şəxsla qonşuluqda olduğu ünvanı 3 ilə yaxın müddətdir ki, satıb ünvan 3ata kirayədə qalır. Təqsirləndirilən şəxs 2022-ci ilin dekabr ayının əvəllərində onların yaşadığı evə oğlu Əbülfəzlə gəlmiş və oğlunun ona 300 manat borcu olduğunu dedikdən sonra oğlu Əbülfəzdən Azadın dediklərinin həqiqət olub-olmamasını soruşmuşdur. Bundan sonra oğlu Əbülfəz cavab olaraq Azada 300 manat borcu olmasını bildirmişdir. Oğlu Əbülfəzə 300 manatı verdikdən sonra Azadla birlikdə getmiş və təxminən 5-10 dəqiqə sonra geri qayıdıb 300 manat borcunu Azada verdiyini bildirmişdir. Bu söhbətdən təxminən 2-3 gün sonra, yəni 2022-ci ilin dekabr ayının 1-ci on günlüyünün ortalarında işdə olan zaman oğlu Əli evdə tək olmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs onun yaşadığı ünvana gəlmiş və oğlu Əli Azada qapını açdıqdan sonra, Azad evə daxil olmuşdur. Bundan sonra oğlu Əli Azada çay dəmləməyə başladıqda Azad bu fürsətdən istifadə edib onların yataq otağında olan şkafın içərsində, kitabın arasında saxladığı 721 (yeddi yüz iyirimi bir) manat pulu götürüb getmişdir. Bundan bir-iki gün sonra o, bu barədə polisə müraciət etmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmış, ona dəymiş ziyan tam olaraq ödənilmiş, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində Zərərçəkmiş şəxs ibtidai araşdırma zamanı vermiş olduğu ifadəsi ilə oxşar ifadə verdi, 2022-ci ilin dekabr ayının birinci ongünlüyünün ortalarında evdə tək olduğu zaman Təqsirləndirilən şəxs onların yaşadıqları evə gəldiyini, onun çay dəmləmək üçün mətbəxə keçməsindən istifadə edərək evin yataq otağına keçib orada olan şkafın içərsində, kitabın arasında saxladıqları anasına məxsus 721 (yeddi yüz iyirimi bir) manat pulu oğurlayaraq götürüb getdiyini təsdiq etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış Şahid1 məhkəməyə gəlməmiş, məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Şahid1 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilərək tədqiq edilmişdir. Şahid1 həmin ifadəsində bildirmişdir ki, hazırda işi ilə əlaqədar olaraq Bakı şəhər, Böyükşor qəsəbəsində ünvansız evdə yaşayır. Zərərçəkmiş şəxs anası, Şahid2 isə qardaşıdır. Təqsirləndirilən şəxs onlarla əvvəllər qonşu olmuşdur. Onlar Təqsirləndirilən şəxsla qonşuluqda olduğu ünvanı 3 ilə yaxın müddətdir ki, satmışlar, anası və qardaşı Əli ünvan 3ata kirayə qalırlar. Onun işlədiyi moyka ilə əlaqədar olaraq 300 manat borcu əmələ gəlmiş, həmin şəxslərə onun borcunu Təqsirləndirilən şəxs verdiyi üçün Azada borclu olaraq qalmışdır. Azada borclu olmağından ailə üzvlərinin məlumatı olmamışdır. Azadla görüşüb borcu ona qaytaracağı barədə söhbət edib razılaşmışlar. Bundan sonra Təqsirləndirilən şəxs 2022-ci ilin dekabr ayının əvəllərində ondan borcunu istəmiş və birlikdə onun yaşadığı evə getmişlər. Azad anası İradəyə oğlu Əbülfəzin ona borcunun olmasını bildirmiş və anası ondan soruşduqda Azada 300 manat borcunun olmasını bildirmişdir. Anası öz pulunun üstündən 300 manat götürüb ona vermişdir ki, aparıb Azada olan borcunu qaytarsın. Anasından 300 manat almış və aşağı düşərək Azada vermişdir. Azad ondan ayrılıb çıxıb getmişdir. Bu söhbətdən təxminən 2-3 gün sonra, yəni 2022-ci ilin dekabr ayının 1-ci on günlüyünün ortalarında evə gecə saatlarında gəldikdə anası İradə ona bildirmişdir ki, işdə olan zaman qardaşı Əli evdə tək olmuş, həmin vaxt Təqsirləndirilən şəxs onların yaşadığı ünvana gəmiş, qardaşı Əli Azada qapını açdıqdan sonra Azad evə daxil olmuş, Əli onlara çay dəmləməyə başladıqda Azad bu fürsətdən istifadə edib onların yataq otağında olan şkafın içərsində, kitabın arasında saxladıqları anasına məxsus 721 (yeddi yüz iyirimi bir) manat pulu oğurlayıb götürüb getmişdir. Anasından bu olanlar barədə polisə məlumat veribvermədiyini soruşduqda, anası bu barədə polisə məlumat verdiyini və polis əməkdaşlarının ünvana gələrək sənədləşmə işləri apardığını bildirmişdir. Həmin günün səhəri onu işdən çağırdıqları üçün Bakı şəhərinə getmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış şahid Şirvan şəhər Polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili Şahid3 məhkəməyə gəlməmişdir. Şahid3 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilərək tədqiq edilmişdir. Şahid3 həmin ifadəsində bildirmişdir ki, Şirvan şəhəri, Xəqani küçəsi, ev 10 mənzil 39-da yaşayan Zərərçəkmiş şəxs yaşadığı evdən Azad adlı şəxsin oğurluq etməsi və həmin şəxsin müəyyən edilməsi məqsədi ilə Şirvan şəhər PŞ-nin Təhqiqat bölməsindən icraatına əməliyyat tapşırığı daxil olmuşdur. Həmin şəxsin müəyyən edilməsi məqsədi ilə tərəfindən bir sıra əməliyyat axtarış tədbirləri həyata keçirilmiş və Şirvan şəhəri, F.İsmayılov küçəsi, ev-də qeydiyyatda olmaqla Şirvan şəhəri, H.Əliyev küçəsi, ev 7 mənzil 16-da yaşayan Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yaşadığı evdən oğurluq etməkdə şübhəli olduğundan xx.xx.2022-ci il tarixdə tərəfindən Şirvan şəhəri ərazisində saxlanılaraq polis şöbəsinə gətirilərək PŞ-nin TB-nə təhvil verilmişdir. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarının surətindən və Azərbaycan Respublikası Ədliyyə Naziriyi Penitensiar Xidmətin 1 saylı Cəzaçəkmə Müəsissəsinin xx.xx.2022-ci il tarixli xx/xx-1533 saylı məktubunun surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Şirvan şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən hökm dəyişdirilərək 02 il azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli qərarı ilə barəsində “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4cü bəndi tətbiq edilərək təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının 05 noyabr 2021ci il tarixədək çəkilməmiş 09 ay 08 gün hissəsi 06 ay azaldılmış, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Cinayət işi materiallarında olan Şirvan İcra Hakimiyyəti başçısının 1 nömrəli İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 11 nömrəli xasiyyətnamədə qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs barəsində Şirvan İcra Hakimiyyəti başçısının 1 nömrəli İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinə yazılı və şifahi olaraq heç bir şikayət daxil olmamışdır. Cinayət işi materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında Şirvan şəhər prokurorluğunun 06 fevral 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş xəsarətlər ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq təcridxanasından daxil olmuş məlumat üzrə toplanmış materialda cinayət tərkibi müəyyən edilmədiyindən cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işi materiallarında olan 13 dekabr 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan və qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində xx.xx.2022-ci il tarixdə, saat 17:00-da tutulmuşdur. Cinayət işi materiallarında olan 14 dekabr 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işi materiallarında olan 15 dekabr 2022-ci il tarixli Şirvan şəhər Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Cinayət işi materiallarında olan 13 fevral 2023-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 14 dekabr 2022-ci ildə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittihamın məzmununa dəyişiklik edilməklə ona Azərbaycan Respublikası CM-nin 177.2.3cü maddəsi ilə dəqiqləşdirilmiş məzmunda yenidən ittiham elan edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsinə qiymət verərək onu qəbul etmir və bildirir ki, həmin ifadə işin halları ilə təsdiq olunmur. Məhkəmə bu kontekstdə çıxış edərək qeyd edir ki, Təqsirləndirilən şəxs ibtidai araşdırmanın bütün mərhələsində (barəsində qətimkan tədbiri seçilərkən məhkəmə iclasında verdiyi ifadəsi daxil olmaqla) onunla bağlı olan istintaq hərəkətlərində müdafiəçi iştirak etmiş, Zərərçəkmiş şəxs məxsus evdən oğurluq etməsinə dair etirafedici izahat və ifadələr vermiş, nə müdafiəçisinə, nə də məhkəməyə narazılığını, etirazını bildirməmişdir. Belə olan vəziyyətdə Təqsirləndirilən şəxs məhkəmə iclasında vermiş olduğu ifadəsinə inanıb onu qəbul etmək üçün məhkəmədə heç bir əsas yoxdur. Beləliklə məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Cəza məsələsini müzakirə edərək məhkəmə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısnı almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsinin, iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olubolmamasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xasiyyətləndirilməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə, vurulmuş maddi ziyanın ödənilməsini CM-nin 59.1.13-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qəbul edir. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət əməli törətməsi cinayətlərin residivini yaratdığından onun cəzasını ağırlaşdıran haldır. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər Şirvan şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən hökm dəyişdirilərək 02 il azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə barəsində “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndi tətbiq edilərək təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının 05 noyabr 2021-ci il tarixədək çəkilməmiş 09 ay 08 gün hissəsi 06 ay azaldılmış, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş və məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə hesab edir ki, həmin hal nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, əvvəllər də eyni kateqoriyalı cinayət əməlinə görə məhkum edilməsinə baxmayaraq islah olunmamasını nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və cəzasını Azərbaycan Respublikasının CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 13 dekabr 2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Zərərçəkmiş şəxs maddi ziyanın ödənilməsi nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347-349, 351-353, 356-358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvəsində saxlanılsın. Zərərçəkmiş şəxs maddi ziyanın ödənilməsi nəzərə alınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs münasibətdə isə rəsmi təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar