Məhkəmə qərarları › İş №1(032)-70/2024

Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-70/2024

16.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-70/2024 16.05.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Saat 10:15 Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu DİMÜİ-nin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4, Təqsirləndirilən şəxs, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər X14 Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Şirvan şəhər Məhkəməsinin inzibati binasında xx xxxx 1989-cu il tarixdə Hacıqabul rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Hacıqabul rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin qərarı ilə xx.xx.2023-cü il tarixdə təyin edilmiş cəzadan 06 ay 02 gün vaxtından əvvəl şərti azad olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində Şirvan şəhər Məhkəməsinin 04 dekabr 2023-cü il tarixli qərarı ilə, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə «həbs» qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 180.2.2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı şəxsiyyəti istintaqa məlum olmayan Elçin adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında 03 oktyabr 2023-cü il tarixdə 22 radələrində ünvan 3 ünvanda yerləşən Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evinin həyətyanı sahəsinə dəmir hasardan keçməklə qanunsuz olaraq daxil olub, fərdi yaşayış evinin zirzəmisindən 1 ədəd 280 manat dəyərində velosipedi və 1 ədəd 150 manat dəyərində samovarı gizli olaraq talamaqla Zərərçəkmiş şəxs2 ümumilikdə 430 (dörd yüz otuz) manat dəyərində maddi zərər vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və vaxtda xeyli miqdarda, yəni 0,471 qram narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib üzərində daşımaqla saxlamış, 04 oktyabr 2023-cu il tarixdə saat 00:15-də Hacıqabul rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul şəhəri, M.F.Axundov küçəsində saxlanılaraq polis şöbəsinə gətirilib üzərinə şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli şalvarın sağ yan cibində qanunsuz olaraq saxladığı 01 ədəd bükümdə təmiz çəkisi - 0,471 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 10 oktyabr 2023-cü il tarixdə 04 radələrində ünvan 4 ünvanda yerləşən Zərərçəkmiş şəxs3 məxsus fərdi yaşayış evinin həyətyanı sahəsinə daş hasardan keçməklə qanunsuz olaraq daxil olub, fərdi yaşayış evinin zirzəmisindən 01 ədəd 150 manat dəyərində dreli (preparator), 01 ədəd 35 dəyərində sadə dreli, içərisində 01 ədəd 8 manat dəyərində qara rəngli çəkic, 01 ədəd 12 manat dəyərində tənzimləyici (urvin), 01 ədəd 3 manat dəyərində kəlbətin, 02 ədəd hər birinin qiyməti 4 manat olan iskənə olan 17 manat dəyərində alət çantasını gizli olaraq talamaqla Zərərçəkmiş şəxs3 ümumilikdə 233 (iki yüz otuz üç) manat dəyərində maddi zərər vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan Elçin adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında 27 oktyabr 2023-cü il tarixdə 04 radələrində ünvan 5 ünvanda yerləşən Zərərçəkmiş şəxs4 məxsus fərdi yaşayış evinin həyətyanı sahəsinə daş hasardan keçməklə qanunsuz olaraq daxil olub, fərdi yaşayış evinin zirzəmisindən yeşiklərə yığılmış 2 ədəd hər biri 400 manat dəyərində “Tom Bamemiya” firmasına məxsus gül qabının, 1 ədəd 200 manat dəyərində “Tom Bamemiya” fırmasına məxsus şirniyyat qabının, 12 ədəd “Tom Bamemiya” firmasına məxsus hər birinin qiyməti 29 manat 16 qəpik, ümumi dəyəri 349 manat 92 qəpik olan bakalların, 2 ədəd “Tom Bamemiya” firmasına məxsus birinin qiyməti 350 manat, ümumi dəyəri 700 manat olan meyvə qablarının, 1 dəst “Tom Bamemiya” firmasına məxsus ümumi dəyəri 450 manat olan su qablarının və 4 ədəd hər birinin dəyəri 10 manat, ümumi dəyəri 40 manat olan su qabları gizli olaraq talamaqla Zərərçəkmiş şəxs4 ümumilikdə 2539 manat 92 qəpik (iki min beş yüz otuz doqquz manat doxsan iki qəpik) manat dəyərində maddi zərər vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 02 dekabr 2023-cü il tarixdə saat 20 radələrində Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən “515” kafesində olan Zərərçəkmiş şəxs1 “İphone X” markalı mobil telefonun danışmaq üçün istəyib, sonuncudan telefonu aldıqdan sonra qaçmaq istəyən zaman Zərərçəkmiş şəxs1 sonuncunun qanunsuz əməlini aşkar edib, ona dayanmasının bildirməsinə baxmayaraq, o, öz əməlini dərk edərək, əmlakın qanunsuz götürülməsindən ibarət hərəkətlərini davam etdirməklə həmin şəxsin törətdiyi cinayət əməlini dayandırması ilə bağlı çağırışlarına məhəl qoymayıb, taladığı əmlakı özündə saxlamaqla hadisə yerindən qaçaraq uzaqlaşıb, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ümumilikdə 800 (səkkiz yüz) manat maddi ziyan vurmaqla özgənin əmlakını açıq talamışdır. Bundan başqa, o, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, yəni 0,157 qram narkotik vasitə heroini 02 dekabr 2023-cü il tarixdə saat 23 radələrində əvvəlcədən aralarında olan danışıq əsasında Şirvan şəhəri, Vidadi küçəsində tanışı X2 yolu ilə əldə etdiyi “İphone X” markalı mobil telefon əvəzində almaqla əldə edib, üzərində daşımaqla saxlamış, 23 dekabr 2023-cü il tarixdə saat 01:10-da Şirvan şəhər polis şöbəsinin Post Patrul Xidmətinin əməkdaşları tərəfindən Şirvan-Hacıqabul yolunun Hacıqabul rayonuna keçən hissəsində saxlanaraq, polis şöbəsinə gətirilib üzərinə şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli şalvarının sağ yan cibində qanunsuz olaraq saxladığı 01 ədəd kağız bükümdə, təmiz çəkisi - 0,157 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 180.2.2 və 234.1-ci maddələri ilə elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində bildirdi ki, ittiham olunduğu bütün oğurluq, soyğunçuluq və narkotik vasitə əldə edib saxlama ilə bağlı cinayət əməlləri onun tərəfindən törədilmiş, o cümlədən Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4 məxsus yaşayış evlərindən oğurluq əməllərini isə Şirvan şəhərində çay evində olarkən təsadüfən tanış olduğu Elçin adlı şəxs ilə birlikdə törətmişdir. Təxminən on beş il müddətdir ki, narkotik vasitələrdən istifadə edir və istər Hacıqabul rayon polis şöbəsinin əməkdaşları, istərsə də Şirvan şəhər polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılan zaman üzərində narkotik vasitə olmuşdur. Hacıqabul rayon polis şöbəsində üzərində videoçəkilişlə aparılan şəxsi axtarış zamanı ondan aşkar edilib götürülmüş narkotik vasitəni Hacıqabul şəhərində yerdən tapmış, Şirvan şəhər polis şöbəsində üzərində videoçəkilişlə aparılan şəxsi axtarış zamanı ondan aşkar edilib götürülmüş narkotik vasitəni isə Şirvan şəhərində Zərərçəkmiş şəxs1 ələ keçirdiyi “İphone X” markalı telefonun əvəzində tanışı X9 əldə etmişdir. Hacıqabul rayon polis şöbəsinə, həmçinin Şirvan şəhər polis şöbəsinə gətirilərkən və orada olarkən ona qarşı hər hansı bir təsir olunmamış, qanunsuz hərəkətlərə yol verilməmişdir. Uzun müddət keçdiyi üçün və yaddaşında müəyyən pozuntular olduğundan törətmiş olduğu oğurluq hadisələrini tam olaraq incəliyi ilə xatırlamır, ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edir. Törətdiyi cinayət əməllərindən peşmandır və barəsində aşağı həddə cəza təyin edilməsini xahiş edir. Həmçinin, ibtidai araşdırma zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 180.2.2 və 234.1-ci maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, 03 oktyabr 2023-cü il tarixdə tanışı Elçin adlı şəxslə Şirvan şəhərində görüşmüşlər və sonuncu ilə aralarında olan danışıq zamanı qərarlaşdırmışlar ki, hardansa oğurluq etsinlər və bu yolla qazanc əldə etsinlər. Bu səbəbdən şəhər ərazisində gəzərək oğurluq etmək üçün yer axtarmağa başlamışlar. Həmin gün saat 22 radələrində onlar şəhərin C.Cabbarlı küçəsinə gəlmiş, həmin küçədə fərdi yaşayış evlərinin həyətlərinə baxaraq oğurluq etmək üçün evlərdə kiminsə olub olmamasını yoxlamışlar. Bu zaman bir evin həyətyanı sahəsinə baxmış və bilmişdir ki, evdə kimsə yoxdur. Bundan sonra o, evin daş hasarının çölündə dayanmışdır ki, gələnə gedənə nəzər salsın, Elçin daş hasardan həyətə daxil olmuş, təxminən 4-5 dəqiqə sonra Elçin əlində bir ədəd samovar və bir ədəd velosipedi daş hasardan çölə çıxartmış, o da ona kömək eləmiş, sonra həmin 1 ədəd samovarı və 1 ədəd velosipedi özləri ilə götürüb, oradan uzaqlaşıb getmişlər. İkisi şəhərin boş bir sahəsinə gəlmişlər, velosiped və samovarı orada gizlətmişlər, sonra oradan uzaqlaşıb getmişlər. Bir neçə gün sonra Elçin samovarı tanımadığı bir nəfər şəxsə 40 manata satmış, sonra velosipedi dəmir kəsən mişarla doğrayıb, satılan hissələrini səyyar dəmir alan bir nəfər şəxsə 20 manata satmışlar, əldə etdikləri pulu aralarında bölmüşlər. O, pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa, 03 oktyabr 2023-cü il tarixdən 04 oktyabr 2023-cü ilə keçən gecə Hacıqabul rayonu, M.F.Axundzadə küçəsində dostları X11 və X12 ilə gəzişən zaman iki nəfər şəxs onlara yaxınlaşaraq Hacıqabul rayon Polis Şöbəsinin əməkdaşları olduqlarını bildirib özlərini təqdim etmişlər. Onlar onun və Rəşad Ağamalıyevin qanunsuz olaraq narkotik vasitə istifadə etməkdə və üzərlərində daşımaqda şübhəli olduqlarını bildirib üzərlərinə şəxsi axtarış keçirilməsi üçün onları polis şöbəsinə dəvət etmişlər. Polis bölməsinə gəldikdən sonra onu xidməti otağa gətirmişlər. Polis geyimində olan və özünü Hacıqabul rayon X23 Bölməsinin təhqiqatçısı Taryel Səfərov kimi təqdim edən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu və bu səbəbdən saxlanılaraq polis şöbəsinə gətirildilərini deyərək şübhəli şəxs kimi hüquq və vəzifələrini ona elan edib bu barədə yazılı bildiriş vermişdir. Daha sonra o, ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istədiyini bildirmişdir. Vəkil X24 hüquqlarının müdafiəçisi kimi dəvət olunmuşdur. Təhqiqatçı onun üzərində aparılacaq şəxsi axtarış zamanı video-çəkilişdən istifadə olunacağını bildirmişdir. Bundan sonra polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparılması barədə təhqiqatçı məlumat vermişdir. Təhqiqatçı üzərində qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya varsa, təqdim etməyini bildirmişdir. O, əynində olan göy rəngli şalvarın qabaq sağ yan cibində saxladığı bir ədəd sellofan bükümün içində olan narkotik vasitə heroini təqdim etmişdir. X20 tərəfindən təqdim etdiyi 1 ədəd büküm elektron tərəzidə çəkilmiş, həmin bükümün çəkisinin 0,50 qram olduğu müəyyən edilmiş, zərfə qoyularaq möhürlənmiş və tərəflərindən üzərinə imzalar edilmişdir. Bundan sonra təhqiqatçı həmin kütlənin nə olması və nə məqsədlə üzərində gəzdirməyi barədə ona şifahi sual vermişdir. O, həmin kütlənin narkotik vasitə heroin olduğunu, Hacıqabul şəhəri, H.Həmidov küçəsində yerləşən “Loğman aptek”in yaxınlığında yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını demişdir. Bundan sonra üzərinə axtarış davam etdirilmiş, lakin qanunla qadağan olunan hər hansı bir əşya, predmet və ya maddə aşkar olunmamışdır. Daha sonra üzərinə axtarış barədə protokol tərtib olunmuş və imzalarla həmin protokolu təsdiq etmişlər. Bundan başqa, bildirmişdir ki, 09 oktyabr 2023-cü il tarixdə saat 23 radələrində Şirvan şəhərində olarkən hardansa oğurluq edib, qazanc əldə etmək qərarına gəlmiş, bu səbəbdən şəhər ərazisində gəzərək oğurluq etmək üçün yer axtarmaq fikrində olmuş, bu istiqamətdə o, şəhərin müxtəlif küçələrin gəzmiş, növbəti gün saat 04 radələrində şəhərin 1 May küçəsinə gəlmiş, həmin küçədə fərdi yaşayış evlərinin həyətlərinə baxaraq oğurluq etmək üçün evlərdə kiminsə olub olmamasını yoxlamış, bu zaman bir evin həyətyanı sahəsinə baxmış və bilmişdir ki, evdə kimsə yoxdur. Bundan sonra daş hasardan həyətə daxil olmuş və ətrafa baxmağa başlamışdır. Bu zaman evin yan tərəfində zirzəmisinin olmasını görmüş və zirzəminin qapısına yaxınlaşmış, həmin vaxt qapının dəstəyini əli ilə açmış və qapı açılmışdır. Bundan sonra cibində olan fanarla zirzəmiyə baxmış, görmüşdür ki, içəridə 1 ədəd preparator, 1 ədəd drel var, o, əşyaları özü ilə götürmüş, sonra görmüşdür ki, orada 1 ədəd alət çantası da var, həmin alət çantasını da özü ilə götürüb, gəldiyi yolla çölə çıxmış, oradan uzaqlaşıb yulğunluq olan tərəfə gəlmiş, orada alət çantasını boşaltmış və içərisində olan əşyaları götürüb, çantanı da olduğu yerdə ataraq oradan uzaqlaşıb getmişdir. Sonra şəhərin boş sahəsinə gəlmiş, oğurladığı əşyaları orada gizlədərək evinə getmişdir. Səhəri gün Şirvan şəhərinə gəlmiş və əvvəlcə oğurladığı 1 ədəd preparatoru və 1 ədəd dreli yolla keçən bir nəfər şəxsə 95 manata satmışdır. Həmin pulu öz şəxsi ehtiyaclarına xərcləmiş, təxminən 1 həftə sonra Şirvan şəhərinə gəlmiş, əşyaları gizlətdiyi yerdən çantanın içərisində olan qara rəngli çəkici, 02 ədəd iskənəni və 01 ədəd tənzimləyicini alət çantasına qoyub, kəlbətini isə orada saxlayıb, çantanı özü ilə götürmüş və Hacıqabul şəhərinə gəlmiş, orada bir nəfər şəxsə həmin çantanı və içərisində olan əşyaları 25 manata satmış, əldə etdiyi pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa bildirmişdir ki, 26 oktyabr 2023-cü il tarixdə o, Şirvan şəhərində olarkən tanışı Elçin adlı şəxslə görüşmüş və onlar qərarlaşdırmışlar ki, oğurluq etsinlər, qazanc əldə etsinlər. Növbəti gün, yəni 27 oktyabr 2023-cü il tarixdə saat 01 radələrində onlar şəhər ərazisində gəzərək oğurluq etmək üçün yer axtarmağa başlamışlar. Həmin gün saat 04 radələrində şəhərin Çılpaqlı qəsəbəsinə gəlmişlər, orada küçədə fərdi yaşayış evlərinin həyətlərinə baxaraq oğurluq etmək üçün evlərdə kiminsə olub olmamasını yoxlamağa başlamışlar. Bu zaman bir evin həyətyanı sahəsinə baxmış və sakitçilik olmasını görmüş, həmin vaxt o, yenə də, evin daş hasarının çölündə gözləmiş, Elçin isə daş hasardan həyətə daxil olmuş, təxminən 5-6 dəqiqə sonra Elçin əlində qara rəngli sumka ilə hasarın yanına gəlmiş, o, sumkanı ondan almış və hasarın çölünə çıxartmış, sonra Elçin ikinci sumkanı gətirmiş, onu da daş hasardan çölə çıxarmışlar. Sonra hər iki sumkanı özləri ilə götürmüşlər və oradan qabları əşyaları gizlətdikləri yerə qoymuşlar, səhəri gün Elçin oğurladıqları məişət əşyalarını, yəni qabları bir nəfər tanımadığı şəxsə satmış, qabların bir neçəsi sındığından gizlətdikləri yerdə qalmışdır. Qabların satışından Elçin ona 50 manat pul vermiş, əldə etdiyi 50 manat pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa bildirmişdir ki, 02 dekabr 2023-cü il tarixdə saat 18 radələrində yaşadığı Hacıqabul rayonundan Şirvan şəhərinə gəlmiş, həmin vaxt məqsədi bədənində ağrılar olduğundan hardansa psixotrop maddə tapıb istifadə etmək istəmiş, lakin üzərində pul olmadığından pul əldə etək məqsədi ilə oğulrluq etmək üçün Şirvan şəhərinə gəlmişdir. Həmin gün saat 20 radələrində şəhərin M.Ə.Rəsulzadə küçəsinə gəlmiş, həmin vaxt orada olan “515” kafesinə daxil olmuş, kafeyə daxil olanda içəridə bir nəfərin kafedə masa arxasında əyləşdiyini və çay içdiyini görmüş, həmin şəxsin mobil telefonunu masanın üzərinə qoyduğu görmüş və həmin mobil telefonu oğurlayıb, kiməsə sataraq pul əldə edib, həmin pulla psixotrop maddə alaraq istifadə etmək qərarına gəlmişdir. Bundan sonra o, həmin şəxsin sonradan adının Murad olduğunu bildiyi şəxsin masasına yaxınlaşaraq, ondan danışmaq üçün telefonunu istəmiş, Murad adlı şəxsdə telefonu ona vermiş, bu zaman o, Muradı sinəsindən itələyib, telefonu özü ilə götürərək, oradan qaçıb getmişdir. Həmin vaxt Murad və yanında olan şəxslər dalınca düşsələrdə, o qaçaraq onlardan yayınmışdır. Bundan sonra həmin mobil telefonu piyada yolla gəzərkən bir iki şəxsə satmaq üçün göstərsə də, telefonu alan olmamışdır. O da fikirləşmişdir ki, şəhərin Demanlı adlanan məhəlləsində tanışı Valehin yanına getsin, telefonu ona verib, qarşılığında psixotrop maddə alsın. Bundan sonra o, yolda rastlaşdığı bir nəfər şəxsdən xahiş edərək, onun telefonu ilə Valehə məxsus ***-***-**-** saylı mobil nömrə ilə əlaqdə saxlayaraq, sonuncu ilə görüşmək istədiyini bildirmiş, Valehdə ona demişdir ki, onunla yaşadığı küçədə görüşə bilər. Həmin gün saat 23 radələrində şəhərin Demanlı məhəlləsinə Vidadi küçəsinə gəlmiş, orada Valehlə görüşmüş və ona narkotik vasitə və psixotrop maddə lazım olduğunu, qarşılığında telefon verə biləcəyini demişdir. Valeh də onunla razılaşmış, sonra o, telefonu Valehə vermiş, o da telefonu ondan alıb həyətinə girmiş və bir neçə dəqiqə sonra çölə çıxaraq ona 1 ədəd bükümdə narkotik vasitə heroin və 1 ədəd bükümdə psixotrop maddə metamfetamin vermişdir. O da, həmin 2 bükümü özü ilə götürmüş və oradan uzaqlaşaraq, piyada yaşadığı Hacıqabul rayon istiqamətində yola düşmüş, 03 dekabr 2023-cü il tarixdə saat 01 radələrində şəhərin H.Əliyev prospektində Bayraq Meydanı adlanan yerdən üzü Hacıqabul rayon istiqamətində hərəkətdə olarkən Şirvan şəhəri yazısı yazılmış daş sütunları keçdikdən sonra PPXB-nün avtomobili ona yaxınlaşmış və avtomobildən 2 nəfər polis əməkdaşı düşərək, özlərini təqdim edib, onun kim olmağını və hara getməyini soruşmuşlar. Bu zaman o, Hacıqabul rayonuna getdiyini və soyadı, adı və ata adı barədə məlumat vermiş, bundan sonra polis əməkdaşları onu Şirvan şəhər Polis şöbəsinə dəvət etmişlər, o da onlara etiraz etməmiş və birlikdə Şirvan şəhər polis şöbəsinə gəlmişlər. Polis şöbəsində olarkən verilən şifahi suallara cavab olaraq, mobil telefon oğurlamağını və üzərində narkotik vasitə və psixotrop maddə olmasını bildirmişdir. Bundan sonra onu PŞnin İstintaq bölməsinə aparmışlar. Orada olarkən ona hüquqlarının müdafiə olunması üçün vəkillərin siyahısı təqdim olunmuş və o, həmin siyahıdan hüquqlarını müdafiə etmək üçün vəkil X1. Bir qədər keçdikdən sonra vəkil Ruslan Mirzəyev gəldikdən sonra üzərində şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərində qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə və ya psixotrop maddə olduğu təqdirdə onu təqdim etməyini təklif etdikdə o, əynində olan qara rəngli şalvarının sağ yan cibindən 2 ədəd bükümü təqdim etmişdir. Təqdim etdiyi 2 ədəd büküm açılıb içərisinə baxıldıqda, birinin içərisindən narkotik vasitə heroinə bənzər və o birinin içərisindən psixotrop maddə metamfetaminə bənzər kütlələr aşkar edilmişdir. Daha sonra polis əməkdaşı tərəfindən üzərində şəxsi axtarış aparılmış, üzərindən heç bir qanunsuz əşya, predmet və başqa vasitə aşkar olunmamışdır. Şifahi suallara cavab olaraq bildirmişdir ki, üzərindən aşkar edilmiş 2 ədəd bükümdə olan kütləni Şirvan şəhər sakini X9 ona verdiyi oğurluq telefon qarşılığında almışdır. Daha sonra protokol tərtib olunmuş, o da bütün iştirakçılar kimi həmin protokolla tanış olduqdan sonra ona imza etmişdir. Bundan başqa, o bildirmişdir ki, o, əvvəllər narkotik vasitələrin və psixotrop maddələrin satış ilə məşğul olmamış, o, 02 ədəd bükümdə olan kütləni tanışı Şirvan şəhər sakini X9 ona verdiyi oğurluq telefon qarşılığında almış, o, “515” kafesindən 01 ədəd mobil telefon oğurlamışdır. Zərərçəkmiş şəxs1 01 ədəd mobil telefonun oğurlayarkən sonuncu onun oğurluq etdiyini bilmiş, buna görə də, o, oradan qaçıb getmiş, hər üç oğurluq hadisəsində heç kimi görməmiş, heç kim onu görməmiş, o, hər üç ünvandan oğurluq edərkən onu kimsə görməmiş, onu kimsə səsləməmiş, o, heç kimin onu çağırmasını eşitməmiş, o, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evlərindən oğurluqları Elçin adlı şəxslə birlikdə etmiş, oğurladığı əşyaları tanımadığı şəxslərə təsadüf nəticəsində satmışlar, həmin şəxslərin kim olmasını bilməmiş, o, Elçinin sadəcə olaraq adını bilmiş, onun familiyası, ata adını və digər məlumatlarını dəqiq bilməmiş, sonuncu ilə təsadüfən tanış olmuş, barəsində məlumatı az olmuşdur. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyərək, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 180.2.2 və 234.1-ci maddələri ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirdi ki, 04 oktyabr 2023-cũ il tarixdə, Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə və Şirvan ŞPŞ-yə ərizə ilə müraciət etmişdir. Belə ki, 03 oktyabr 2023-cũ il tarixdə, saat 18 radələrində ailəlikcə qonaq getmişlər, təxminən, saat 22 radələrində yaşadıqları evə qayıtmışlar. Yaşadığı ev həyət evi olmuş, evin zirzəmisini saxlanc yeri kimi istifadə etmiş və oraya öz əşyalarını yığmışdır. Zirzəminin dəmir qapısı olmuş və qapı çöldən adi tutacaq ilə açılıb-bağlanmış, həmin qapıya kilid vurmamışdır. Həmin gecə evin zirzəmisindən səs gəldiyini eşitmişdir. Səsə o yerindən durmuş və evin pəncərəsini açan zaman kiminsə qaçaraq evin daş hasarından küçəyə tullanmasını görmüşdür. Həmin vaxt küçədən ayaq səsləri eşitmiş, elə güman etmişdir ki, oğurluğa gələn iki nəfərdir, lakin digər ikinci şəxsi görməmişdir. Hava qaranlıq olduğundan, həmin oğurluq edən şəxsin üzünü görməmiş, yalnız həmin şəxsi arxa tərəfdən görmüşdür. Həmin şəxsin əynində qara rəngli şalvar, qara gödəkçə və ağ cizgili köynək olmuşdur. Bundan sonra evin həyətinə düşmüş, görmüşdür ki, zirzəmisinin qapısı açıq vəziyyətdədir. Sonra zirzəmiyə girmiş və baxanda görmüşdür ki, əvvəlcədən oraya qoyduğu bir ədəd velosiped yoxdur. Bundan sonra başa dūşmüşdür ki, həmin velosiped oğurlanmışdır. Dərhal polisə zəng edərək oğurluq barədə məlumat vermiş və polis əməkdaşlarn yaşadıqları ünvana gələrək zəruri hərəkətlər etmişlər. Polisə ərizə verdikdən sonrakı gün zirzəmiyə baxış keçirdikdə velosipeddən əlavə bir ədəd 10 litr tutumlu somavarın da oğurlandığını aşkar etmişdir. Evinin zirzəmisindən 280 manat dəyərində velosiped və 150 manat dəyərində samovar oğurlanmışdır. Təqsirləndirilən şəxs oğurluq hadisəsini törətməsini etiraf etsə də, hesab edir ki, yaşadığı evin həyətindən oğurluq hadisəsi Təqsirləndirilən şəxs deyil başqa şəxs tərəfindən törədilmişdir, çünki hasardan tullanarkən arxadan gördüyü həmin şəxs bədən formasına görə Təqsirləndirilən şəxs oxşamamışdır. Ona dəymiş ziyan ödənilməmişdir. Qanuni və ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində bildirdi ki, 09 oktyabr 2023-cü il tarixdə xalası oğlu Amidin yaşadığı evdə təmir işləri ilə məşğul olmuş, axşam saat 18 radələrində oradan çıxmış, yaşadığı evə gəlmiş, ləvazimatlarını yaşadığı evin zirzəmisinə qoymuş, zirzəminin qapısını bağlayaraq evə daxil olmuşdur. 10 oktyabr 2023-cü il tarixdə, saat 09 radələrində işə getməyə hazırlaşmış, zirzəminin qapısını açıb ləvazimatlarını götürmək istəyən zaman zirzəmiyə qoyduğu 01 ədəd 150 manat dəyərində drel (preparator), 01 ədəd 35 dəyərində sadə drel, içərisində 01 ədəd 8 manat dəyərində qara rəngli çəkic, 01 ədəd 12 manat dəyərində tənzimləyici (urvin), 01 ədəd 3 manat dəyərində kəlbətin, 02 ədəd hər birinin qiyməti 4 manat olan iskənə olan 17 manat dəyərində alət çantasının orada olmadığını görmüş, bundan sonra o, əşyarının oğurlandığını düşünüb ətraf əraziləri axtarmağa başlamışdır. Bu məqsədlə o, oğrunun yaxınlıqda olan xırdavat mağazalarına satılmasından şübhələndiyi üçün həmin xırdavat mağazalarına baxmış, lakin orada da tapa bilmədiyi üçün DİN-nin 102 xidmətinə məlumat vermişdir. Oğurluq hadisəsi 09 oktyabr 2023-cü il, saat 18 radələrindən 10 oktyabr 2023-cü il, saat 09 radələrinə qədər olan müddət ərzində baş vermişdir. Hadisədən şübhələndiyi adam olmamış, ona ümumilikdə 233 manat maddi ziyan dəymişdir. Ona dəymiş ziyan ödənilməmişdir. Qanuni və ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində bildirdi ki, 26 oktyabr 2023-cü il tarixdə, iş ilə bağlı növbədən çıxdığından saat 22 radələlərində yatmışdır. 27 oktyabr 2023-cü il tarixdə, saat 07 radələrində evdən çıxıb işə getmiş, həmin gün saat 10 radələrində arvadı Sifahi Həsənova ona zəng edərək, yaşadıqları evin zirzəmisindən oğurluq olmasını bildirmişdir. Evə gəlmiş, zirzəmiyə baxan zaman zirzəmidə olan karton yeşiklərə yığılmış 2 ədəd hər biri 400 manat dəyərində “Tom Bamemiya” fırmasına məxsus gül qabının, 1 ədəd 200 manat dəyərində “Tom Bamemiya” fırmasına məxsus şirniyyat qabının, 12 ədəd “Tom Bamemiya” fırmasına məxsus hər birinin qiyməti 29 manat 16 qəpik, ümumi dəyəri 349 manat 92 qəpik olan bakalların, 2 ədəd “Tom Bamemiya” fırmasına məxsus birinin qiyməti 350 manat, ümumi dəyəri 700 manat olan meyvə qablarının, 1 dəst “Tom Bamemiya” fırmasına məxsus ümumi dəyəri 450 manat olan su qablarının və 4 ədəd hər birinin dəyəti 10 manat, ümumi dəyəri 400 manat olan su qablarının yerində olmadığını görmüş, bundan sonra oğurluq olmasına əmin olmuşdur. Belə ki, zirzəmini axtarsa da, həmin əşyaları tapa bilməmişdir. Sonra bu barədə DİN-nin 102 xidmətinə zəng edərək, məlumat vermişdir. İşə qayıtmalı olduğu üçün işə getmiş, sonradan arvadı Sifahi Həsənova polis əməkdaşlarına ərizə ilə şikayət etmişdir. Həmin əşyaların oğurlanması nəticəsində 2539 manat 92 qəpik maddi ziyan dəymişdir. Göstərilən əşyalardan başqa evdən başqa heçnə oğurlanmamışdır. Ona dəymiş ziyan ödənilməmişdir. Qanuni və ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs1 və onun qanuni nümayəndəsi Qanuni nümayəndə məhkəməyə gəlməmiş, cinayət işi materiallarında olan ərizəsindən görünür ki, ona vurulmuş maddi ziyan ödənilməmiş, təqsirləndirilən şəxsdən şikayətçidir, ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edərək məhkəmə iclaslarının iştirakı olmadan keçirilməsini xahiş edir. Yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs1 və onun qanuni nümayəndəsi Qanuni nümayəndə məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilərək tədqiq edilmişdir. Zərərçəkmiş şəxs1 həmin ifadəsində bildirmişdir ki, 02 dekabr 2023-cü il tarixdə, saat 20 radələrində Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən qohunu X22 məxsus “515” kafesinə çay içmək üçün getmiş, kafedə oturmuş və çay içmişdir. Həmin vaxt sonradan adının Famil olduğun bildiyi şəxs onun masasına yaxınlaşmış, ona təcili harasa zəng etməli olduğunu demiş, ondan bir iki dəqiqəlik telefonunu istəmiş, etiraz etməmiş və telefonu vermişdir. Bu zaman həmin Famil adlı şəxs onu telefonu ona vermək üçün ayağa qalxan zaman anidən iki əli ilə onu sinəsindən itələmiş, arxası üstə oturduğu stula tərəf getmiş, beli stolun yan tərəfinə dəymiş, bu zaman həmin Famil adlı şəxs telefonunu özü ilə götürüb, oradan qaçıb uzaqlaşıb getmiş, ona nə qədər dayanmasını bildirsə də, sonuncu ona məhəl qoymamış və yoluna davam etmişdir. Dərhal qohumu Ramilə bu barədə demiş, həmin vaxt onlar kafedən çıxaraq Familin arxasınca qaçmışlar, lakin Famil çox uzaqlaşdığından ona çata bilməmişdir. Təxminən yarım saat Familin qayıtmasını gözləmələrinə baxmayaraq Famil geri gəlməmişdir. Bundan sonra Şirvan şəhər Polis şöbəsinin daxili nömrəsinə zəng edərək, bu barədə məlumat vermiş və polis şöbəsinə yaxınlaşaraq, bu barədə ərizə ilə şikayət etmişdir. Ona məxsus mobil telefon “İphone X” markalı mobil telefon olmuş, ona məxsus “İphone X” markalı mobil telefon 800 manat dəyərində olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şirvan şəhər Polis şöbəsinin PPXBnün polis nəfəri Şahid1 ifadəsində bildirdi ki, 03 dekabr 2023-cü il tarixdə, saat 01 radələrində Şirvan şəhəri, H.Əliyev prospektində PPXB-nün polis nəfəri Şahid2 ilə birlikdə avtopatrulda xidmətdə olmuş, həmin vaxt PŞ-nin Növbətçi hissəsindən şəhərin M.Ə.Rəsulzadə küçəsində yerləşən “515” kafesində soyğunçuluq hadisəsi baş verməsi bildirilmiş, həmin soyğunçuluq hadisəsini Təqsirləndirilən şəxs tərəfindən törədilməsi və sonuncunun xarici görünüşü barədə bildirilmiş, onlar şəhərin Şəhidlər küçəsində yerləşən “Bayraq meydanı” adlanan ərazidə olarkən bir nəfər şəxsin piyada Hacıqabul rayonu istiqamətində getməsini görmüşlər. Dərhal həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmiş, gecə yarısı hansı istiqamətə getməsi barədə sorğu-sual etmişlər. Bu zaman həmin şəxsin Təqsirləndirilən şəxs oxşamasından və özünü şübhəli aparmasından şübhələndikləri üçün onu Şirvan şəhər polis şöbəsinə dəvət etmişlər. Sonuncu da onlarla birlikdə polis şöbəsinə gəlmiş, PŞ-nin Növbətçi hissəsində müəyyən edimişdir ki, həmin şəxs Hacıqabul rayon sakini Təqsirləndirilən şəxsdur. Şirvan şəhər PŞ-nin İB-də Təqsirləndirilən şəxs vəkillərin siyahısı təqdim olunduqda, siyahını nəzərdən keçirib hüquqlarını müdafiə etmək üçün vəkil X3, vəkil Ruslan Mirzəyev gəldikdən sonra isə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağı, axtarışın videokamera vasitəsi ilə aparılacağı bildirilmiş və təklif olunmuşdur ki, əgər üzərində qanunla qadağan olunmuş narkotik vasitə, silah və döyüş sursatı, həmçinin cinayət xarakterli digər əşya və predmet vardırsa onları könüllü təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən iki ədəd kağız bükümü təqdim etmiş, həmin iki ədəd kağız bükümün içərisindən narkotik vasitə heroinə bənzər kütlə və psixotrop maddə metamfetaminə bənzər kütlə olması müəyyən olunmuş, şifahi sorğulara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin iki ədəd sellofan bükümdə olan kütlə narkotik vasitə heroin və psixotrop maddə metamfetamindir, həmin maddələri Şirvan şəhər sakini X2 yolu ilə əldə etdiyi “İphone X” markalı mobil telefonu əvəz edərək almış, istifadə etmək üçün üzərində saxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, axtarış zamanı üzərindən digər qanunla qadağan olunmuş əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlələr qablaşdırılaraq möhürlənmiş, bu barədə protokol tərtib olunmuş, heç bir ərizə və şikayət daxil olmadığı üçün Təqsirləndirilən şəxs, müdafiəçi və tərəflərindən imzalanmışdır. Məhkəmə iclasında Şirvan şəhər Polis şöbəsinin PPXB-nün polis nəfəri Şahid2 vermiş olduğu ifadəsində Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Hacıqabul rayon Polis şöbəsinin NMQ-nun baş əməliyyat müvəkkili Şahid3 ifadəsində bildirdi ki, 04 oktyabr 2023-cü il tarixdə Hacıqabul şəhər sakinləri X7 və Təqsirləndirilən şəxs Hacıqabul rayonu ərazisində qanunsuz olaraq narkotik vasitə saxlamaları və daşımaları ilə bağlı ona əməliyyat məlumatı daxil olmuş, daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs və Rəşad Ağamalıyevin şübhəli şəxs qismində saxlanması, Hacıqabul rayon polis şöbəsinə gətirilməsi və müvafiq qaydada onların üzərinə şəxsi axtarış keçirilməsi ilə əlaqədar “təxirə salınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərar qəbul edilmiş, həmin gün Hacıqabul rayon polis şöbəsinin rəhbərliyinin əmri əsasında Hacıqabul rayon polis şöbəsinin CAB-nin baş əməliyyat müvəkkili Şahid5, onun və Hacıqabul rayon polis şöbəsinin PPXB-nün polis nəfəri, polis serjantı Şahid4 qrup üzvü kimi daxil olduğu əməliyyat qrupu yaradılmışdır. 04 oktyabr 2023-cü il tarixdə, saat 00:15 radələrində Təqsirləndirilən şəxs və X15 şəhəri, M.F.Axundov küçəsində saxlayaraq, Hacıqabul rayon Polis şöbəsinin əməkdaşları olduqlarını, onların narkotik vasitələrin qanunsuz istifadəsində və üzərlərində saxlamasında şübhəli olduqlarını bildirmişlər. Təqsirləndirilən şəxs və Rəşad Ağamalıyevdən şifahi olaraq üzərlərində narkotik vasitə və ya qanunla qadağan olunan hər hansı bir maddə, predmet olub-olmamasını soruşan zaman onlar davranışları ilə daha da şübhə yaratmış və bu səbəbdən, həmçinin Təqsirləndirilən şəxs və Rəşad Ağamalıyevin üzərlərində şəxsi axtarış aparmaq üçün əlverişli şərait olmadığından Təqsirləndirilən şəxs və Rəşad Ağamalıyevin üzərlərində şəxsi axtarış aparmaq üçün onları Hacıqabul rayon Polis şöbəsinə dəvət etmişlər. Onlar Hacıqabul rayon PŞ-nə gəlmişlər və o, bu barədə şöbə rəhbərliyinə raportla müraciət edərək məruzə etmişdir. Sonra onlar Təqsirləndirilən şəxsla birlikdə X20un xidməti otağına gəlmişlər. X20 tərəfindən şübhəli şəxsə hüquq və vəzifələrinə dair bildiriş verildikdən sonra Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istəyini bildirmişdir. Müdafiəçi qismində Hacıqabul rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil X24 dəvət olunduqdan sonra X20 Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman video çəkilişdən istifadə olunacağı barədə iştirakçılara bildirmişdir. Bundan sonra X20 Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet varsa, təqdim etməsini təklif edilmiş, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ cibindən bir ədəd bükümü çıxararaq təhvil vermiş, təhqiqatçı həmin bükümü açdıqda içərisində narkotik vasitə heroinə bənzər kütlə olduğu müəyyən olunmuşdur. Həmin bükümdə aşkar olunan maddənin nə olmasını Təqsirləndirilən şəxs soruşduqda sonuncu həmin kütlənin narkotik vasitə heroin olduğunu, həmin maddəni Hacıqabul şəhəri, H.Həmidov küçəsində yerləşən “Loğman aptek”in yaxınlığında yerdən tapdığını və istifadə etmək məqsədilə üzərində saxladığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə axtarış davam etdirilmiş, lakin üzərindən əlavə olaraq qanunla qadağan olunan hər hansı əşya, maddə predmet aşkar olunmamışdır. Bundan sonra X20 tərəfindən həmin kütlə elektron tərəzidə çəkilmiş və bükümlə birlikdə çəkisinin 0,50 qram olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitə zərfə qoyularaq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 80 saylı möhürü ilə möhürlənmiş, üzərinə imzalar edilmiş, şəxsi axtarış barədə protokol tərtib edildi və iştirakçılar tərəfindən imzalanmışdır. Sonra isə Rəşad Ağamalıyevin üzərinə şəxsi axtarış keçirilmiş, onun da üzərindən narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüş və müvafiq qaydada qablaşdırılmışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş Hacıqabul rayon Polis şöbəsinin CAB-nin baş əməliyyat müvəkkili Şahid5 və Hacıqabul rayon Polis şöbəsinin PPXB-nün polis nəfəri Şahid4 ibtidai araşdırma zamanı şahid qismində vermiş olduqları ifadələrində Şahid3 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs Hacıqabul rayon Polis şöbəsində üzərinə şəxsi axtarış keçirilməsini əks etdirən videoçəkilişə baxış keçirimişdir. Videoçəkilişdən görünür ki, müdafiəçi X17 iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoymuş və həmin bükümün içərisində narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan büküm açıldıqda içərisində narkotik vasitə olan heroinə bənzər maddə olması müəyyən olunmuşdur. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı üzərindən hər hansı bir qanunsuz əşya və ya predmet, o cümlədən başqa narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamışdır. Həmçinin, məhkəmə cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs Şirvan şəhər Polis şöbəsində üzərinə şəxsi axtarış keçirilməsini əks etdirən videoçəkilişə baxış keçirimişdir. Videoçəkilişdən görünür ki, müdafiəçi X5 iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən iki ədəd kağız bükümü çıxarıb masanın üzərinə qoymuş, həmin kağız bükümlərin içərisində narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi kağız bükümlər açıldıqda içərisində narkotik vasitə heroinə və psixotrop maddə olan metamfetaminə bənzər maddələr olması müəyyən olunmuşdur. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı üzərindən hər hansı bir qanunsuz əşya və ya predmet, o cümlədən başqa narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamışdır. Cinayət işi materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 03 dekabr 2023-cü il tarixli cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və Şirvan şəhər Polis şöbəsinin İstintaq bölməsinin baş müstəntiqi, polis mayoru X8 icraatına qəbul edilmişdir; 03 dekabr 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində xx.xx.2023-cü il tarixdə, saat 02:45-də tutulmuşdur; 03 dekabr 2023-cü il tarixli şəxsi axtarış və götürmə barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində axtarış aparılmış, şəxsi axtarışa başlanmazdan əvvəl Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya, predmet, narkotik vasitə, psixotrop maddə vardırsa könüllü olaraq təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən 2 ədəd kağız bükümü təqdim etmiş, şifahi sorğulara cavab olaraq təqdim etdiyi iki ədəd bükümdə olan kütlənin narkotik vasitə və psixotrop maddə olmasını bildirmişdir. Bundan sonra təqdim edilən iki ədəd büküm açılaraq içərisinə baxılmış, həmin 2 ədəd bükümün birinin içərisindən narkotik vasitə heroinə bənzər kütlə, digər bükümün içərisindən psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilmişdir. Şifahi sorğulara cavab olaraq bildirmişdir ki, həmin 2 ədəd bükümdə olan narkotik vasitəni və psixotrop maddəni 02 dekabr 2023-cü il tarixdə Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən “515” kafesindən oğurladığı 1 ədəd mobil telefonu şəhərin Vidadi küçəsində yaşayan Valeh adlı şəxsə verməklə əldə etmişdir. Polis şöbəsinə gətirilərkən və polis şöbəsində olarkən ona qarşı heç bir psixi və ya fiziki zor tətbiq edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, axtarış zamanı heç bir qanunsuz əşya, predmet, narkotik vasitə və ya psixotrop maddə aşkar edilməmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X18 Bölməsinin 03 dekabr 2023-cü il tarixli, 18/1095 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “...Təqsirləndirilən şəxs üzərindən..siqaret kağızına bükülmüş kütlə...” sözləri yazılmış kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi - 0,157 qram olan maddə narkotik vasitə heroindir. Heroinin təmiz çəkisi - 0,157 qram, tədqiqata istifadə olundu - 0,05 qram, qalıq 0,107 qramdır; Tədqiqata təqdim olunmuş üzərində “...Təqsirləndirilən şəxs üzərindən..ağ rəngli kütlə...” sözləri yazılmış kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi - 0,081 qram olan ağımtıl rəngli maddə psixotrop maddə metamfetamindir; Metamfetaminin təmiz çəkisi - 0,081 qram, tədqiqata istifadə olundu - 0,05 qram, qalıq 0,031 qramdır; 03 dekabr 2023-cü il tarixli cinayət əməlinin tövsif edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 180.1, 234.1 və 234.2-ci maddələrinə tövsif edilmişdir; 03 dekabr 2023-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs1 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; 03 dekabr 2023-cü il tarixli yetkinlik yaşına çatmayan zərərçəkmişin qanuni nümayəndəsinin təyin edilməsi haqqında qərardan görünür ki, cinayət işi üzrə Qanuni nümayəndə Zərərçəkmiş şəxs1 qanuni nümayəndəsi təyin edilmişdir; 04 dekabr 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 180.1 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir; 04 dekabr 2023-cü il tarixli, 4(032)-315/2023 saylı Şirvan şəhər Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır; 20 dekabr 2023-cü il tarixli cinayət işlərinin bir icraatda birləşdirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli, ********* nömrəli, ********* nömrəli və ********* nömrəli cinayət işləri ilə bir icraatda birləşdirilmiş, istintaq ********* nömrəsi altında aparılmış, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 180.2.2 və 234.1-ci maddələrinə tövsif edilmişdir; 07 noyabr 2023-cü il tarixli cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və Şirvan şəhər Polis şöbəsinin İstintaq bölməsinin baş müstəntiqi, polis mayoru X8 icraatına qəbul edilmişdir; 17 noyabr 2023-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs2 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; 19 dekabr 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir; 07 noyabr 2023-cü il tarixli cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və Şirvan şəhər Polis şöbəsinin İstintaq bölməsinin baş müstəntiqi, polis mayoru X8 icraatına qəbul edilmişdir; 21 noyabr 2023-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs3 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; 19 dekabr 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir; 07 noyabr 2023-cü il tarixli cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və Şirvan şəhər Polis şöbəsinin İstintaq bölməsinin baş müstəntiqi, polis mayoru X8 icraatına qəbul edilmişdir; 15 noyabr 2023-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs4 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; 19 dekabr 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir; 20 dekabr 2023-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 180.2.2 və 234.1-ci maddələri ilə yenidən ittiham elan edilmişdir; 01 yanvar 2024-cü il tarixli cinayət işlərinin bir icraatda birləşdirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli və ********* nömrəli cinayət işləri ilə bir icraatda birləşdirilmiş, istintaq ********* nömrəsi altında aparılmışdır., cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 180.2.2, 228.4, 234.1 və 234.2-ci maddələrinə tövsif edilmişdir; 04 oktyabr 2023-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və Hacıqabul rayon Polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi, polis mayoru X4 icraatına qəbul edilmişdir; 04 oktyabr 2023-cü il tarixli cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs 04 oktyabr 2023-cü il tarixdə, saat 00:35-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur; 04 oktyabr 2023-cü il tarixli şəxsi axtarış və götürmə barədə protokoldan görünür ki, axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın qabaq sağ ön yan cibindən bir ədəd sellofan kəsiyi bükümünü təqdim edərək içərisində narkotik vasitə olan heroin olmasını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi həmin bir ədəd sellofan kəsiyini açdıqda içərisində narkotik vasitə heroinə bənzər maddə olması müəyyən olunmuşdur; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X18 Bölməsinin 04 oktyabr 2023-cü il tarixli, 18/972 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi - 0,471 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin təmiz çəkisi - 0,471 qram, tədqiqata istifadə olundu - 0,05 qram, qalıq 0,421 qramdır; 05 oktyabr 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir; 05 oktyabr 2023-cü il tarixli həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin təmin edilməsindən imtina edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Hacıqabul rayon Polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi, polis mayoru X4 Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi üçün rayon məhkəməsinə təqdimatla müraciət edilməsinə dair vəsatəti təmin edilməmişdir; 05 oktyabr 2023-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən, Hacıqabul rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən və Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Şirvan şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 il 05 ay 27 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu il tarixdə Salyan rayon Məhkəməsinin qərarı ilə xx.xx.2019-cu il tarixli Azərbaycan Respublikası CM-nin 76-cı maddəsinə əsasən təyin edilmiş cəzadan 03 ay 06 gün vaxtından əvvəl şərti olaraq azad edilmiş, xx.xx.2020-ci il tarixdə cəza müddəti başa çatmışdır. Şirvan şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 01 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli “Amnistiya” Qərarının 2.4-cü bəndinə uyğun olaraq “Amnistiya” qərarının 36-cı bəndinə əsasən cəzadan azad olunması barəsində olan narkomaniyadan məcburi müalicə ləğv edildikdən sonra həyata keçirilməsi qərara alınmış, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli “Amnistiya” Qərarının 2.4-cü bəndinə əsasən cəzadan azad edilmişdir. Hacıqabul rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin qərarı ilə təyin edilmiş cəzadan 06 ay 02 gün vaxtından əvvəl şərti olaraq azad edilmişdir. Hacıqabul rayon Polis şöbəsinin xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində olan Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə icraata Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsinə əsasən xitam vermişdir; Şirvan şəhər İcra Hakimiyyəti başçısının Hacıqəhrəmanlı qəsəbə İnzibati ərazi vahidi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 5.8.2/2-50 nömrəli xasiyyətnamədə qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs Hacıqəhrəmanlı qəsəbə İcra nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır; Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə birliyi” X35 “Şirvan şəhər Mərkəzi Xəstəxanası” X32 21 dekabr 2023-cü il tarixli, PHŞ-18-1-35/2-1166/2023 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Şirvan ŞMP-nin narkoloji kabinetində “opioidlərin və psixosimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu” diaqnozu ilə qeydiyyatdadır, ruhi-əsəb kabinetində qeydiyyatda yoxdur; 22 dekabr 2023-cü il tarixli cinayət işinin aidiyyəti üzrə göndərilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə istintaqı aparılan ********* saylı cinayət işi Şirvan şəhər PŞ-nin baş müstəntiqi, polis mayoru X8 icraatında istintaqı aparılan ********* saylı cinayət işi ilə bir icraatda birləşdirilərək istintaqın davam etdirilməsi üçün Azərbaycan Respublikası Baş prokurorluğu vasitəsilə aidiyyəti üzrə Şirvan şəhər PŞ-nə göndərilməsindən ötrü Hacıqabul rayon prokurorluğuna təqdim edilmişdir; 01 yanvar 2024-cü il tarixli cinayət işinin icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi Şirvan şəhər Polis şöbəsinin İstintaq bölməsinin baş müstəntiqi, polis mayoru X8 icraatına qəbul edilmiş və ibtidai istintaqı davam etdirilmişdir; 02 yanvar 2024-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 180.2.2 və 234.1-ci maddələri ilə yenidən ittiham elan edilmişdir; məhkəmə-tibbi ekspertizasının 07 dekabr 2023-cü il tarixli, 630 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs bədən səthində heç bir xəsarət aşkar olunmamışdır; məhkəmə - narkoloji ekspertizanın 29 dekabr 2023-cü il tarixli, 8494 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanerində qeydiyyata alınması məsləhət görülür; 22 fevral 2024-cü il tarixli cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından təqsirləndirilən şəxs X13 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.2-ci maddələri ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmış və ********* nömrəli cinayət işində olan müvafiq sənədlərin əsli və ya surəti siyahı üzrə ********* nömrəli cinayət işinə əlavə edilmişdir; 23 fevral 2023-cü il tarixli, 4(032)-46/2024 saylı Şirvan şəhər Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 01 (bir) ay müddətinə, yəni 03 aprel 2024-cü il tarixədək uzadılmışdır; 23 fevral 2024-cü il tarixli cinayət işinin icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 180.2.2, 228.4, 234.1 və 234.2-ci maddələri ilə olan ********* nömrəli cinayət işi Şirvan şəhər Polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi, polis kapitanı X10 icraatına qəbul edilmiş və ibtidai istintaqı davam etdirilmişdir; 23 fevral 2024-cü il tarixli cinayət əməlinin tövsif edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 180.2.2 və 234.1-ci maddələrinə tövsif edilmişdir; 23 fevral 2024-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 180.2.2 və 234.1-ci maddələri ilə yenidən ittiham elan edilmişdir; 23 fevral 2024-cü il tarixli cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından şəxsiyyəti istintaqa məlum olmayan Elçin adlı şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmış və ********* nömrəli cinayət işində olan müvafiq sənədlərin əsli və ya surəti siyahı üzrə ********* nömrəli cinayət işinə əlavə edilmişdir; Yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs1 və onun qanuni nümayəndəsi Qanuni nümayəndə ərizəsindən görünür ki, vurulmuş maddi ziyan ödənilməmiş, təqsirləndirilən şəxsdən şikayətçidir və ona cəza təyin edilməsini xahiş edirlər. Beləliklə, məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 180.2.2 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir və o, həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir; Həmin Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir; Həmin Məcəllənin 146-cı maddəsinin məzmunundan görünür ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin; “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 nömrəli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. İnsan Hüquqlarının və X16 Haqqında 3 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 03 mart 2005-ci il tarixli qərarının 3-cü və 7-ci bəndlərinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-ci maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkar hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülüb-görülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqa zidd xarakter daşıdığını başa düşürlər. Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədi ilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyul 1997-ci il tarixli, 1 saylı Qərarının 3-cü bəndinə görə əldə etmə dedikdə, narkotik vasitələrin satın alınması, başqa əmlakla və ya əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisi, xaşxaşın və ya onların müəyyən hissəsinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahəsindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması və s. hərəkətlər başa düşülməlidir. Təqsirli şəxsin narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin öz ixtiyarında saxlanılması ilə əlaqədar olan hər hansı bir qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri tədqiq edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi var, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 180.2.2 və 234.1-ci maddələri ilə tövsif edilmiş, əməlin cinayət olmasını aradan qaldıran hallar və onun cinayət məsuliyyətindən, cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 180.2.2 və 234.1-ci maddələri ilə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlini etiraf edib peşman olmasını, yaşayış yerindən müsbət xasiyyətləndirilməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qəbul edir. Həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət əməli törətməsi cinayətlərin residivini yaratdığından onun cəzasını ağırlaşdıran haldır. Belə ki, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Hacıqabul rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin qərarı ilə xx.xx.2023-cü il tarixdə təyin edilmiş cəzadan 06 ay 02 gün vaxtından əvvəl şərti azad olunmuş, cəzasını tam çəkib qurtarmamış və məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cəzanın çəkilməmiş hissəsi ərzində qəsdən az ağır cinayət əməllərini törətdiyindən onun barəsində Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 06 sentyabr 2023-cü il tarixli qərarı ilə təyin olunmuş cəzanın çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad etmə Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən ləğv edilməli və ona CM-nin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Hacıqabul rayon Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasının şərti hesab edilmiş və çəkilməmiş qalan 06 (altı) ay 02 (iki) gün hissəsi hazırki hökmlə təyin ediləcək cəzaya qismən birləşdirilməli və ona hökmlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, əvvəllər də dəfələrlə məhkum edilməsinə baxmayaraq islah olunmamasını nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulan həddə və Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinin müddəaları nəzərə alınmaqla müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzasını Azərbaycan Respublikasının CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzasının əvvəli 03 dekabr 2023-cü il tarixdən hesablanmalıdır. İş materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2023-cü il tarixdə, saat 00:35-də şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə saat 16:50-də saxlanıldığı Şirvan şəhər Polis şöbəsinin MSY-dən azad olunaraq barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən həmin hal nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbiri tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 63 manat 90 qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Şirvan şəhər Polis şöbəsində maddi sübut kimi saxlanılan, keçirilmiş ekspertiza tədqiqatlarından sonra ayrı-ayrılıqda 0,107 qram və 0,421 qram çəkidə narkotik vasitə olan heroin və 0,031 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmiş 06 (altı) ədəd “CD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 180.2.2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Zərərçəkmiş şəxslərə maddi ziyanın ödənilməsi ilə bağlı məhkəmədə mülki mühakimə icraatı qaydasında iddia qaldırmaq hüquqları izah edilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347-349, 351-353, 356-358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 180.2.2 və 234.1-ci maddələri ilə təqsirli bilinib, Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 180.2.2-ci maddəsi ilə 03 (üç) il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 04 oktyabr 2023-cü il tarixdən 05 oktyabr 2023-cü il tarixədək şübhəli şəxs kimi həbsdə olduğu 02 gün müddət təyin edilmiş cəzadan çıxılmaqla üzərində 04 (dörd) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə təyin olunmuş cəzanın çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad etmə Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən ləğv edilsin və ona Hacıqabul rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 06 ay 02 gün müddəti CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin olunmuş cəzaya qismən birləşdirilməklə ona qəti olaraq 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 03 dekabr 2023-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvəsində saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Şirvan şəhər Polis şöbəsində maddi sübut kimi saxlanılan, keçirilmiş ekspertiza tədqiqatlarından sonra ayrı-ayrılıqda 0,107 qram və 0,421 qram çəkidə narkotik vasitə olan heroin və 0,031 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmiş 06 (altı) ədəd “CD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 63 manat 90 qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə ödənilsin. Zərərçəkmiş şəxslərə maddi ziyanın ödənilməsi ilə bağlı məhkəmədə mülki mühakimə icraatı qaydasında iddia qaldırmaq hüquqları izah edilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə rəsmi təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişdirsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar