Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-71/2023 27.04.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Saat 16:15 Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu DİMÜİ-nin şəhər (rayon) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər X2 və Zərərçəkmiş şəxs2, Müdafiəçilər - Şirvan Regional Vəkil bürosunun vəkilləri X10 və Müdafiəçi, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, Şirvan şəhər Məhkəməsinin inzibati binasında xx xxxx 1987-ci il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işsiz, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 32,182.3.2-ci maddəsi ilə 10 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş, Göyçay rayonu, Yeniarx ərazi dairəsi Xəlitli kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Hökməli qəsəbəsində yaşamış, barəsində Şirvan şəhər məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilməklə hazırda 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, xx xxxxx 1999-cu il tarixdə Gürcüstan Respublikası, Saqarego rayonu, Qaraçöp kəndində anadan olmuş, Gürcüstan Respublikası vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri, Kristal Abşeron yaşayış kompleksində qeydiyyatda olmaqla Abşeron rayonu, Hökməli qəsəbəsində kirayədə yaşamış, barəsində Şirvan şəhər məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilməklə hazırda 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 tamah niyyətilə özgənin əmlakını ələ keçirmək qərarına gələrək bununla bağlı tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edib, 11 sentyabr 2022-ci il tarixdə saat 04 radələrində Şirvan şəhəri, N.Nərimanov küçəsində olarkən həmin küçədə yerləşən Zərərçəkmiş şəxs2 məxsus “Azercell” mobil telefon alqı-satqısı mağazasına qapının kilidini sındırmaqla qanunsuz olaraq daxil olub, mağazada olan vitrindən 02 ədəd hər biri 265 manat olmaqla, cəmi 530 manat dəyərində “Xiaomi Redmi 10A” markalı mobil telefonları, 01 ədəd 340 manat dəyərində “X24 9s” markalı mobil telefonu, 01 ədəd 440 manat dəyərində “X24 10s” markalı mobil telefonu, 01 ədəd 400 manat dəyərində “X24 11” markalı mobil telefonu, 01 ədəd 340 manat dəyərində “X24 10 5s” markalı mobil telefonu, 01 ədəd 320 manat dəyərində olan “Xiaomi Redmi 10” markalı mobil telefonu, 02 ədəd hər biri 380 manat olmaqla, cəmi 760 manat dəyərində “Samsung A13” markalı mobil telefonları, zərər çəkmiş şəxsin qiymətləndirməsinə görə 01 ədəd 40 manat dəyərində “B10” markalı mobil telefonu, 06 ədəd hər biri 25 manat olmaqla, cəmi 150 manat dəyərində “KS-Tell” markalı mobil telefonları, 01 ədəd 280 manat dəyərində olan «Xiaomi Redmi C2» markalı mobil telefonu, 01 ədəd 400 manat dəyərində olan “Samsung Tab A” markalı planşeti gizli olaraq talayıb, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ümumilikdə 4000 manat məbləğində maddi ziyan vuraraq binaya qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyətilə özgənin əmlakını ələ keçirmək qərarına gələrək bununla bağlı tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edib, 26 sentyabr 2022-ci il tarixdə saat 03 radələrində Balakən şəhəri, H.Əliyev prospektində yerləşən Balakən rayonu Hənifə kənd sakini Zərərçəkmiş şəxs4 icarə əsasında işlətdiyi “MN Telecom” mağazasının yanına gələrək, həmin mağazanın nəzarətsiz qaldığına əmin olduqdan sonra mağazanın giriş qapısının kilidini sındırmaqla, qanunsuz olaraq daxil olub mağazanın içərisindəki masanın və rəflərin üzərində olan zərər çəkmiş şəxsin qiymətləndirməsinə görə 01 ədəd 170 manat dəyərində «Asus» markalı kompüteri, hər biri 35 manat olmaqla, cəmi 70 manat dəyərində 02 ədəd «TP link» routerini (internet paylayıcısını), 01 ədəd 45 manat dəyərində «Air Pods 6 Pro» markalı qulaqcığı, hər biri 20 manat olmaqla, cəmi 80 manat dəyərində 04 ədəd ötürücü ilə işləyən səs gücləndirici dinamikləri, 01 ədəd 12 manat dəyərində işıq fənərini, hər biri 6 manat olmaqla, cəmi 18 manat dəyərində 03 ədəd telefonun enerji cihazını (maşın üçün), 01 ədəd 25 manat dəyərində enerji yığmaq üçün istifadə olunan ehtiyyat batareyanı (poverbank), hər biri 12 manat olmaqla, cəmi 24 manat dəyərində 02 ədəd “iPhone” markalı mobil telefonun enerji cihazını, 01 ədəd 15 manat dəyərində “dedel” markalı qulaqcığı, 01 ədəd 25 manat dəyərində kompüter qulaqcığını, hər biri 9 manat olmaqla, cəmi 18 manat dəyərində 02 ədəd kompüter siçanlarını, hər biri 10 manat olmaqla, cəmi 30 manat dəyərində 03 ədəd audio səs çıxışını tənzimləyən məftilləri (USB audio port), hər biri 5 manat olmaqla, cəmi 30 manat dəyərində 06 ədəd “Samsung” markalı mobil telefon üçün məftilləri, hər biri 5 manat olmaqla, cəmi 25 manat dəyərində 05 ədəd qulaqcıqları, hər biri 3 manat olmaqla, cəmi 6 manat dəyərində 02 ədəd görüntü ötürücü (Audio-Video məftilləri), hər biri 3 manat olmaqla, cəmi 6 manat dəyərində ikihissəli çıxışı və bir hissəli girişi olan 02 ədəd Audio məftillərini, 01 ədəd 3 manat dəyərində üç hissəli çıxışı və bir hissəli girişi olan 01 ədəd Audio məftilini, hər biri 5 manat olmaqla, cəmi 10 manat dəyərində 02 ədəd çap cihazı (printer) üçün məftilləri, 10 metr uzunluqda 15 manat dəyərində, 5 metr uzunluqda 10 manat dəyərində, 3 metr uzunluqda 8 manat dəyərində, 1 metr uzunluqda 5 manat dəyərində USB uzadıcısını, hər biri 5 manat olmaqla, cəmi 15 manat dəyərində kompüter siçanları üçün altlıqları, hər biri 3 manat olmaqla, cəmi 9 manat dəyərində kompüter üçün sata məftilləri, 01 cüt 20 manat dəyərində kompüter üçün pultları (joystick), hər biri 13 manat olmaqla, cəmi 26 manat dəyərində 02 ədəd kompüter madulyatorlarını (kompüter pəri), 01 ədəd 10 manat dəyərində “Sports” markalı ötürücülü qulaqcığı, 01 ədəd 25 manat dəyərində “P 47” markalı ötürücülü qulaqcığı, 01 ədəd 25 manat dəyərində “CPU Fan” kompüter cihazını, 01 ədəd 170 manat dəyərində göy rəngli “X24 8” markalı mobil telefonu, 01 ədəd 20 manat dəyərində qara rəngli “KGTEL” markalı mobil telefonu, 01 ədəd 10 manat dəyərində 2 gb həcmində, 01 ədəd 12 manat dəyərində 4 gb həcmində, 01 ədəd 16 manat dəyərində 8 gb həcmində, 01 ədəd 22 manat dəyərində 16 gb həcmində, 01 ədəd 28 manat dəyərində 32 gb həcmində, 01 ədəd 32 manat dəyərində 64 gb həcmində böyük ölçülü yaddaş kartlarını, 01 ədəd 8 manat dəyərində 4 gb həcmində kiçik ölçülü yaddaş kartını gizli olaraq talayıb, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 ümumilikdə 1098 manat məbləğində maddi ziyan vuraraq binaya qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyətilə özgənin əmlakını ələ keçirmək qərarına gələrək bununla bağlı tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edib, 07 oktyabr 2022-ci il tarixdə saat 04 radələrində Şabran şəhəri, H.Əliyev prospektində olarkən, həmin prospektdə yerləşən Zərərçəkmiş şəxs3 məxsus mobil telefon alqı-satqısı mağazasının yanına gələrək, ətrafda heç kəsin olmadığına əmin olduqdan sonra mağazanın giriş qapısına yaxınlaşıb, əvvəlcə mağazanın plastik materialdan olan qapısının cəftəsini, sonra isə dəmir qapısının qıfılını sındırmaq yolu ilə mağazaya qanunsuz olaraq daxil olub, mağazadan 01 ədəd 320 manat dəyərində 2022-ci il istehsallı «Redmi 10C» markalı mobil telefonu, 01 ədəd 400 manat dəyərində 2022-ci il istehsallı «Redmi Note 10» markalı mobil telefonu, 01 ədəd 265 manat dəyərində 2022-ci il istehsallı «Redmi 9C» markalı mobil telefonu, 01 ədəd 230 manat dəyərində 2022-ci il istehsallı «Samsung Galaxy A03» markalı mobil telefonu, 01 ədəd 209 manat dəyərində 2022-ci il istehsallı «Samsung Galaxy A03 Core» markalı mobil telefonu və zərər çəkmiş şəxsin qiymətləndirməsinə görə hər biri 15-30 manat olmaqla, cəmi 700 manat dəyərində 27 ədəd qol saatını gizli olaraq talayıb, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ümumilikdə 2124 manat məbləğində maddi ziyan vuraraq binaya qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyətilə özgənin əmlakını ələ keçirmək qərarına gələrək bununla bağlı tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edib, 11 oktyabr 2022-ci il tarixdə saat 04 radələrində ünvan 1 ünvanda yerləşən X2 işlətdiyi «X20» adlı mobil telefon alqı-satqısı mağazasına yaxınlaşaraq, ətrafda heç kəsin olmamasından istifadə edib mağazaya giriş qapısını sındırmaq yolu ilə qanunsuz olaraq daxil olub, saat 04:48-dən saat 04:52-dək olan müddət ərzində mağazada olan vitrinlərdən 01 ədəd 580 manat dəyərində «Samsung A52» markalı mobil telefonu, 02 ədəd hər biri 425 manat olmaqla, cəmi 850 manat dəyərində «Samsung A32» markalı mobil telefonu, 02 ədəd hər biri 230 manat olmaqla, cəmi 460 manat dəyərində «Samsung A03» markalı mobil telefonu, 01 ədəd 265 manat dəyərində «Xiaomi Redmi 10A» markalı mobil telefonu, 01 ədəd 320 manat dəyərində «Xiaomi Redmi 10C» markalı mobil telefonu, 01 ədəd 230 manat dəyərində «Samsung A32» markalı mobil telefonu, 03 ədəd hər biri 40 manat olmaqla, cəmi 120 manat dəyərində «Nokia 106» markalı mobil telefonu, 01 ədəd 240 manat dəyərində «Xiaomi Redmi 7 Pro» markalı smart saatı, 01 ədəd 950 manat dəyərində «Apple Watch 7 Pro» markalı smart saatı, 01 ədəd 50 manat dəyərində «Airpods Pro» markalı qulaqcığı, 01 ədəd 40 manat dəyərində «Airpods» markalı qulaqcığı, 01 ədəd 40 manat dəyərində «Airpods 4 Pro» markalı qulaqcığı, zərər çəkmiş şəxsin qiymətləndirməsinə görə 01 ədəd 300 manat dəyərində «Samsung» markalı planşeti, 03 ədəd hər biri 50 manat olmaqla, cəmi 150 manat dəyərində «JBR» markalı səsgücləndiricini gizli olaraq talayıb, Zərərçəkmiş şəxs1 ümumilikdə 4595 manat məbləğində maddi ziyan vuraraq binaya qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqla təkrarən oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 tamah niyyətilə özgənin əmlakını ələ keçirmək qərarına gələrək bununla bağlı tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edib, 11 sentyabr 2022-ci il tarixdə saat 04 radələrində Şirvan şəhəri, N.Nərimanov küçəsində olarkən həmin küçədə yerləşən Zərərçəkmiş şəxs2 məxsus “Azercell” mobil telefon alqı-satqısı mağazasına qapının kilidini sındırmaqla qanunsuz olaraq daxil olub, mağazada olan vitrindən 02 ədəd hər biri 265 manat olmaqla, cəmi 530 manat dəyərində “Xiaomi Redmi 10A” markalı mobil telefonları, 01 ədəd 340 manat dəyərində “X24 9s” markalı mobil telefonu, 01 ədəd 440 manat dəyərində “X24 10s” markalı mobil telefonu, 01 ədəd 400 manat dəyərində “X24 11” markalı mobil telefonu, 01 ədəd 340 manat dəyərində “X24 10 5s” markalı mobil telefonu, 01 ədəd 320 manat dəyərində olan “Xiaomi Redmi 10” markalı mobil telefonu, 02 ədəd hər biri 380 manat olmaqla, cəmi 760 manat dəyərində “Samsung A13” markalı mobil telefonları, zərər çəkmiş şəxsin qiymətləndirməsinə görə 01 ədəd 40 manat dəyərində “B10” markalı mobil telefonu, 06 ədəd hər biri 25 manat olmaqla, cəmi 150 manat dəyərində “KS-Tell” markalı mobil telefonları, 01 ədəd 280 manat dəyərində olan «Xiaomi Redmi C2» markalı mobil telefonu, 01 ədəd 400 manat dəyərində olan “Samsung Tab A” markalı planşeti gizli olaraq talayıb, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ümumilikdə 4000 manat məbləğində maddi ziyan vuraraq binaya qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyətilə özgənin əmlakını ələ keçirmək qərarına gələrək bununla bağlı tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edib, 26 sentyabr 2022-ci il tarixdə saat 03 radələrində Balakən şəhəri, H.Əliyev prospektində yerləşən Balakən rayonu Hənifə kənd sakini Zərərçəkmiş şəxs4 icarə əsasında işlətdiyi “MN Telecom” mağazasının yanına gələrək, həmin mağazanın nəzarətsiz qaldığına əmin olduqdan sonra mağazanın giriş qapısının kilidini sındırmaqla, qanunsuz olaraq daxil olub mağazanın içərisindəki masanın və rəflərin üzərində olan zərər çəkmiş şəxsin qiymətləndirməsinə görə 01 ədəd 170 manat dəyərində «Asus» markalı kompüteri, hər biri 35 manat olmaqla, cəmi 70 manat dəyərində 02 ədəd «TP link» routerini (internet paylayıcısını), 01 ədəd 45 manat dəyərində «Air Pods 6 Pro» markalı qulaqcığı, hər biri 20 manat olmaqla, cəmi 80 manat dəyərində 04 ədəd ötürücü ilə işləyən səs gücləndirici dinamikləri, 01 ədəd 12 manat dəyərində işıq fənərini, hər biri 6 manat olmaqla, cəmi 18 manat dəyərində 03 ədəd telefonun enerji cihazını (maşın üçün), 01 ədəd 25 manat dəyərində enerji yığmaq üçün istifadə olunan ehtiyyat batareyanı (poverbank), hər biri 12 manat olmaqla, cəmi 24 manat dəyərində 02 ədəd “iPhone” markalı mobil telefonun enerji cihazını, 01 ədəd 15 manat dəyərində “dedel” markalı qulaqcığı, 01 ədəd 25 manat dəyərində kompüter qulaqcığını, hər biri 9 manat olmaqla, cəmi 18 manat dəyərində 02 ədəd kompüter siçanlarını, hər biri 10 manat olmaqla, cəmi 30 manat dəyərində 03 ədəd audio səs çıxışını tənzimləyən məftilləri (USB audio port), hər biri 5 manat olmaqla, cəmi 30 manat dəyərində 06 ədəd “Samsung” markalı mobil telefon üçün məftilləri, hər biri 5 manat olmaqla, cəmi 25 manat dəyərində 05 ədəd qulaqcıqları, hər biri 3 manat olmaqla, cəmi 6 manat dəyərində 02 ədəd görüntü ötürücü (Audio-Video məftilləri), hər biri 3 manat olmaqla, cəmi 6 manat dəyərində ikihissəli çıxışı və bir hissəli girişi olan 02 ədəd Audio məftillərini, 01 ədəd 3 manat dəyərində üç hissəli çıxışı və bir hissəli girişi olan 01 ədəd Audio məftilini, hər biri 5 manat olmaqla, cəmi 10 manat dəyərində 02 ədəd çap cihazı (printer) üçün məftilləri, 10 metr uzunluqda 15 manat dəyərində, 5 metr uzunluqda 10 manat dəyərində, 3 metr uzunluqda 8 manat dəyərində, 1 metr uzunluqda 5 manat dəyərində USB uzadıcısını, hər biri 5 manat olmaqla, cəmi 15 manat dəyərində kompüter siçanları üçün altlıqları, hər biri 3 manat olmaqla, cəmi 9 manat dəyərində kompüter üçün sata məftilləri, 01 cüt 20 manat dəyərində kompüter üçün pultları (joystick), hər biri 13 manat olmaqla, cəmi 26 manat dəyərində 02 ədəd kompüter madulyatorlarını (kompüter pəri), 01 ədəd 10 manat dəyərində “Sports” markalı ötürücülü qulaqcığı, 01 ədəd 25 manat dəyərində “P 47” markalı ötürücülü qulaqcığı, 01 ədəd 25 manat dəyərində “CPU Fan” kompüter cihazını, 01 ədəd 170 manat dəyərində göy rəngli “X24 8” markalı mobil telefonu, 01 ədəd 20 manat dəyərində qara rəngli “KGTEL” markalı mobil telefonu, 01 ədəd 10 manat dəyərində 2 gb həcmində, 01 ədəd 12 manat dəyərində 4 gb həcmində, 01 ədəd 16 manat dəyərində 8 gb həcmində, 01 ədəd 22 manat dəyərində 16 gb həcmində, 01 ədəd 28 manat dəyərində 32 gb həcmində, 01 ədəd 32 manat dəyərində 64 gb həcmində böyük ölçülü yaddaş kartlarını, 01 ədəd 8 manat dəyərində 4 gb həcmində kiçik ölçülü yaddaş kartını gizli olaraq talayıb, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 ümumilikdə 1098 manat məbləğində maddi ziyan vuraraq binaya qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyətilə özgənin əmlakını ələ keçirmək qərarına gələrək bununla bağlı tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edib, 07 oktyabr 2022-ci il tarixdə saat 04 radələrində Şabran şəhəri, H.Əliyev prospektində olarkən, həmin prospektdə yerləşən Zərərçəkmiş şəxs3 məxsus mobil telefon alqı-satqısı mağazasının yanına gələrək, ətrafda heç kəsin olmadığına əmin olduqdan sonra mağazanın giriş qapısına yaxınlaşıb, əvvəlcə mağazanın plastik materialdan olan qapısının cəftəsini, sonra isə dəmir qapısının qıfılını sındırmaq yolu ilə mağazaya qanunsuz olaraq daxil olub, mağazadan 01 ədəd 320 manat dəyərində 2022-ci il istehsallı «Redmi 10C» markalı mobil telefonu, 01 ədəd 400 manat dəyərində 2022-ci il istehsallı «Redmi Note 10» markalı mobil telefonu, 01 ədəd 265 manat dəyərində 2022-ci il istehsallı «Redmi 9C» markalı mobil telefonu, 01 ədəd 230 manat dəyərində 2022-ci il istehsallı «Samsung Galaxy A03» markalı mobil telefonu, 01 ədəd 209 manat dəyərində 2022-ci il istehsallı «Samsung Galaxy A03 Core» markalı mobil telefonu və zərər çəkmiş şəxsin qiymətləndirməsinə görə hər biri 15-30 manat olmaqla, cəmi 700 manat dəyərində 27 ədəd qol saatını gizli olaraq talayıb, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ümumilikdə 2124 manat məbləğində maddi ziyan maddi ziyan vuraraq binaya qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyətilə özgənin əmlakını ələ keçirmək qərarına gələrək bununla bağlı tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edib, 11 oktyabr 2022-ci il tarixdə saat 04 radələrində ünvan 1 ünvanda yerləşən X2 işlətdiyi «X20» adlı mobil telefon alqı-satqısı mağazasına yaxınlaşaraq, ətrafda heç kəsin olmamasından istifadə edib mağazaya giriş qapısını sındırmaq yolu ilə qanunsuz olaraq daxil olub, saat 04:48-dən saat 04:52-dək olan müddət ərzində mağazada olan vitrinlərdən 01 ədəd 580 manat dəyərində «Samsung A52» markalı mobil telefonu, 02 ədəd hər biri 425 manat olmaqla, cəmi 850 manat dəyərində «Samsung A32» markalı mobil telefonu, 02 ədəd hər biri 230 manat olmaqla, cəmi 460 manat dəyərində «Samsung A03» markalı mobil telefonu, 01 ədəd 265 manat dəyərində «Xiaomi Redmi 10A» markalı mobil telefonu, 01 ədəd 320 manat dəyərində «Xiaomi Redmi 10C» markalı mobil telefonu, 01 ədəd 230 manat dəyərində «Samsung A32» markalı mobil telefonu, 03 ədəd hər biri 40 manat olmaqla, cəmi 120 manat dəyərində «Nokia 106» markalı mobil telefonu, 01 ədəd 240 manat dəyərində «Xiaomi Redmi 7 Pro» markalı smart saatı, 01 ədəd 950 manat dəyərində «Apple Watch 7 Pro» markalı smart saatı, 01 ədəd 50 manat dəyərində «Airpods Pro» markalı qulaqcığı, 01 ədəd 40 manat dəyərində «Airpods» markalı qulaqcığı, 01 ədəd 40 manat dəyərində «Airpods 4 Pro» markalı qulaqcığı, zərər çəkmiş şəxsin qiymətləndirməsinə görə 01 ədəd 300 manat dəyərində «Samsung» markalı planşeti, 03 ədəd hər biri 50 manat olmaqla, cəmi 150 manat dəyərində «JBR» markalı səsgücləndiricini gizli olaraq talayıb, Zərərçəkmiş şəxs1 ümumilikdə 4595 manat məbləğində maddi ziyan maddi ziyan vuraraq binaya qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqla təkrarən oğurluq etmişdir. Təqsirləndirilən şəxslərin törətdikləri cinayət əməlləri məhkəmədə tədqiq edilmiş, onların, zərərçəkmiş şəxslərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs2 ilə tutulmamışdan təxminən 4 ay əvvəl tanış olmuş, Təqsirləndirilən şəxs2 2022-ci ilin sentyabr ayında “Hyundai Matrix” markalı **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobili tanışları Mais adlı şəxsdən gündəlik 25 manat ödəməklə kirayə götürmüşdür. Bir müddət Altay taksi fəaliyyəti ilə məşğul olduqdan sonra maşının kirayə pulunu da ödəyə bilməmişdir. Onun da maddi imkanı yaxşı olmadığı üçün Təqsirləndirilən şəxs2 oğurluq edib pul qazanmağı təklif etmiş, Altay da onunla razılaşmışdır. Altaya Azərbaycan ərazisində ayrı-ayrı rayonlara gedib gəzərək rayonların ərazisində nəzarətsiz qalan telefon hissələri (aksesuarları) satılan mağazaları müəyyən edib daha sonra da, həmin mağazalardan oğurluq etməyi bildirmişdir. Bu məqsədlə 2022-ci ilin sentyabr ayının 11-də gecə yarısı Altayın idarə etdiyi «Hyundai Matrix» markalı avtomobillə Şirvan şəhərinə gəlmişlər, həmin vaxt onlar saat 04 radələrində Şirvan şəhərinə çatmışlar və Altayla şəhərin N.Nərimanov küçəsində olarkən orada ətrafında çoxlu apteklər olan “Azercell” adlı telefon mağazasını görmüşlər və həmin mağazadan oğurluq etmək qərarına gəlib, həmin mağazaya tərəf getmişlər. Orada əvvəlcə ətrafda kimsənin olub-olmamasına, mağazanın müşahidə kamerasının olub-olmamasına baxmışlar və bunların olmadığını görüb, o, mağazanın qapısına yaxınlaşmış və üzərində olan dəmir parçası ilə mağazanın giriş qapısının aşağı hissəsində yerləşən kilidi sındırmış və qapını açıb mağazaya daxil olmuşdur. Həmin vaxt Altay çöldə olmuş və kənar şəxsin gələcəyi təqdirdə ona məlumat verəcəkdir. O, mağazaya daxil olduqdan sonra girişdən sol tərəfdə yerləşən vitrinin şüşə qapısını açıb orada olan telefonları özü ilə gətirdiyi sumkaya yığmış və sonra mağazadan çıxıb Altayın yanına gəlmiş, həmin vaxt Altay mağazaya girmiş və orada olan telefonların qutularını sumkaya yığıb mağazadan çıxaraq yanına gəlmişdir. Sonra onlar oğurladıqları telefonları özləri ilə götürüb oradan Altayın idarə etdiyi avtomobillə Bakı şəhərinə getmişlər və oğurladıqları telefonları müxtəlif vaxtlarda satmışlar. Bundan başqa 23-24 sentyabr 2022-ci il tarixlərində Altayın idarə etdiyi “Hyundai Matrix” markalı **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Altayla birlikdə Balakən rayonuna getmişlər. Balakən şəhəri ərazisində bir müddət gəzdikdən sonra ayrı-ayrı telefon mağazalarında nəzarətin və təhlükəsizlik kameralarının olub-olmadığını yoxlamışlar. Bu zaman Balakən şəhəri ərazisində əsas küçədə gəzərkən telefon mağazalarının çoxunun təhlükəsizlik kameralarının olmasını, həmçinin ətrafında da digər iaşə obyektlərinin sıx olduğunu aşkar etmişlər. Sadəcə olaraq Balakən şəhərindən Zaqatala rayonu istiqamətində gedən yolun sol hissəsində yerləşən “Azpetrol” yanacaq doldurma məntəqəsinin yaxınlığında olan telefon mağazasının təhlükəsizlik kameralarının olmadığını və yaxınlığında digər iaşə obyektlərinin az olduğunu aşkar etdikləri üçün həmin mağazaya daxil olaraq oğurluq etməyi planlaşdırmışlar. Onlar telefon mağazasının yaxınlığında olan çayxanada Altayla birlikdə oturub çay içib bir daha mağazanın giriş çıxışını tam olaraq müəyyənləşdirmişlər ki, oğurluq üçün getdikləri zaman hər hansı bir problem olmasın. Bir daha həmin mağazanın nəzarətsiz olduğunu və rahat daxil ola biləcəklərini dəqiqləşdirmişlər. Həmin gün onlar Bakı şəhərinə qayıtmışlar. 25 sentyabr 2022-ci il tarixdə Altayın idarə etdiyi «Hyundai Matrix» markalı **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Balakən rayonuna getmişlər. 26 sentyabr 2022-ci il tarixdə gecə saat təxminən 03 radələrində Balakən rayonuna çatmışlar. Həmin mağazanın olduğu yerə gedərək “Azpetrol” yanacaq doldurma məntəqəsinin yanından mağazanın arxa küçəsinə daxil olaraq maşını qaranlıq yerdə saxlamışlar. Bundan sonra mağazaya yaxınlaşmış və mağazanın plastikdən olan giriş qapısını özü ilə apardığı kiçik dəmir parçası ilə sındıraraq mağazaya daxil olmuşdur. Altay da onunla birlikdə mağazaya daxil olmuşdur. Mağazanın içərisindəki masanın və rəflərin üzərlərindən 01 ədəd qara rəngli kompyuteri, 01 ədəd göy rəngli X24 8 və 01 ədəd qara rəngli KG Tel markalı mobil telefonları, 02 ədəd TP link Routeri (internet paylayıcısını), 05 ədəd qulaqcıq, 04 ədəd səs gücləndirici dinamiklər, 01 ədəd işıq fənərini, bir neçə ədəd yaddaş kartlarını, lakin həmin yaddaş kartları müxtəlif həcmli idi sayını dəqiq bilmir, 03 ədəd telefonun enerji adapterlərini (avtomobildə istifadə üçün olan), 01 ədəd Pover Bank (enerji yığan üçün cihaz), 02 ədəd enerji adapterlərini (telefon üçün), 01 ədəd kompyuter qulaqlığını, 02 ədəd kompyuter siçanlarını, 03 ədəd USB audio çıxış cihazını, həmçinin 06 ədəd telefon üçün USB kabellərini, 05 ədəd telefon qulaqcıqlarını, həmçinin xeyli sayda telefon və maşın üçün nəzərdə tutulmuş USB və digər kabelləri oğurlayaraq hamısını bir sellofan torbaya doldurmuşlar, bəzi əşyaları da Altay əlində götürüb geriyə maşına doğru getmişlər. Həmin əşyaları maşına yığmışlar və onlar geriyə Balakən rayonundan Bakı şəhərinə qayıtmışlar. Həmin mağazadan oğurladıqları əşyaları Bakı şəhərinə aparıb ayrıayrı şəxslərə ucuz qiymətə satmışlar. Lakin həmin əşyaları kimə və harada satdıqlarını xatırlamır. Lakin onu deyə bilər ki, həmin mağazadan oğurladıqları 01 ədəd kompyuterin yolda gəldikləri zaman baxıb işlənmiş olduğunu görüb sındıraraq Ağdaş rayonu ərazisində yolun kənarına yerə atmışlar. Həmçinin bildirmək istəyir ki, onlar Ağdaş rayonu ərazisində həmin yerdə olduqları zaman Ağdaş RPŞ-nin əməliyyat müvəkkilləri onlara yaxınlaşıb şəxsiyyətlərini dəqiqləşdirmişlər. Onlar da həmin polis əməkdaşlarına Yevlax rayonundan Bakı şəhərinə getdiklərini, yorulduqları üçün maşını saxlayıb istirahət etdiklərini bildirmişlər. Bundan sonra da polis əməkdaşları həmin yerdən uzaqlaşdıqdan sonra qorxduqları üçün eyni zamanda həmin kompyuter işlək vəziyyətdə olmadığı üçün sındırıb yolun kənarında ağacın yaxınlığına yerə atmışlar. Bundan başqa, xx.xx.2022-ci il tarixdə gecə saat 01 radələrində, Altayla birlikdə sonuncunun idarə etdiyi avtomobillə birlikdə yenidən Şabran rayonuna gəlmişlər. Gecə saat təxminən 04 radələrində Şabran şəhərinə çatmışlar və əvvəlcə nəzərdə tutduqları mobil telefon dükanının qarşısına getmişlər. Əvvəl ətrafda heç kim olmamasından əmin olduqdan sonra o, avtomobildən vintaçan götürərək əvvəl plastik qapını sonra isə metal qapını açmışdır. Altay bu zaman maşında olmuşdur. Qapıları açdıqdan sonra hər ikisi dükana daxil olmuşlar və dükanda olan 5 ədəd mobil telefonu, 25 ədəd qol saatını və 10 ədədə yaxın telefon qutusunu gətirdikləri çamadanlara yığmışlar və ardıncada gəldikləri kimi də avtomobilə qoyaraq oranı tərk etmişlər. Ordanda birbaşa Bakı şəhərinə qaldıqları evə gəlmişlər. Həmin günün səhərisi tanışı «Xan» ləqəbli Orxan Tağıyevlə görüşüb söhbət etdikdə sonuncuya Şabran şəhərindən mobil telefon və smart qol saatları oğurladıqları demiş və onları satmaqda ona köməklik etməsini istəmişdir. Orxan da, ona kömək edəcəyini demişdir. Elə həmin gün Orxan tanışı Emin Mustafayevlə danışmış və həmin gün o, Altay, Orxan və sonuncunun tanışı Elvin adlı şəxslə birlikdə Emin Mustafayevin yaşadığı küçəyə getmişlər. Orada X17 danışaraq mobil telefonların oğurluq olduğunu və onları təcili satmaq lazım olduğunu demişdir. Emin də, razılaşaraq həmin mobil telefonları götürmüşdür. Növbəti gün həmin X16 telefonla danışıb onları işlədiyi mağazanın yanına çağırmış və onlar oraya getdikdə X17 görüşüb yanlarına gəlmiş və Eminin mobil telefonları 620 manata satdığını demişdir. Həmin puldan Orxan özünə 140 manata mobil telefon almış, qalan pulu isə ona vermiş və o, həmin puldan Altaya düşən payını vermişdir. Bundan başqa, xx.xx.2022-ci il tarixdə təxminən saat 01 radələrində Altay ilə birlikdə Hökməli qəsəbəsində olan zaman pulları olmadığı üçün və xərclərini ödəyə bilmədikləri üçün oğurluq edərək pul əldə etmək qərarına gəlmişlər. Altayla haradan oğurluq etmək barədə fikirləşən zaman o, Altaya Şirvan şəhərindən oğurluq etmək təklifini etmişdir. Altay da onunla razılaşmışdır. Bundan sonra onlar birlikdə Altayın etibarnamə əsasında idarə etdiyi “Hyundai Matrix” markalı **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Şirvan şəhərinə gəlmişlər. xx.xx.2022-ci il tarixdə təxminən saat 04 radələrində Şirvan şəhərinə çatmışlar. Küçələrdə avtomobil ilə gəzən zaman küçələrin birində içərisində işıqları yanan və vitrinlərdə mobil telefonlar və aksessuarlar düzülmüş, üzərində “X20” yazılmış mağaza görmüşlər. Bir neçə dəqiqə avtomobillə həmin mağazanın ətrafında dolanmışlar. Daha sonra Altayla birlikdə həmin mağazadan mobil telefon və aksessuarlar oğurlamaq qərarına gəlmişlər. Altay ona mağazaya girməyini və o, mağazadan oğurluq edən zaman onu gözətçilik edəcəyini demişdir. Bundan sonra o, özü ilə götürdüyü əlcəyi əlinə taxmış və köynəyi başına keçirmişdir ki, kameralarda üzü görünməsin və əl izləri qapının şüşəsində qalmasın. Daha sonra özü ilə götürdüyü dəmirlə qapının kilidini əyərək qapını açmış və həmin mağazaya daxil olmuşdur. Mağazadan bir neçə ədəd mobil telefon və digər aksessuarlar oğurlayaraq yenidən Altayın yanına qayıtmışdır. O, Altayın yanına gəldikdən sonra onlar hər ikisi Altayın idarə etdiyi avtomobilə əyləşərək Bakı şəhərinə qayıtmışlar. Təxminən saat 06:30 radələrində Abşeron rayonu Hökməli qəsəbəsində kirayədə qaldıqları evə çatmışlar. Həmin gün tanışı Dima adlı şəxslə Bakı şəhərində rastlaşdıqda ona satılıq işlənmiş mobil telefon və səs gücləndiricilərin olduğunu və onu satmaqda ona köməklik etməsini xahiş etmişdir. Dima da problem olmadığını və onları satmaqda ona kömək edə biləcəyini demişdir. Dima ilə birlikdə 20 Yanvar metrostansiyası yaxınlığına getmişlər. Orada o, Dimaya satması üçün 3 ədəd səsgücləndirici, 01 ədəd “Samsung” markalı planşet, 01 ədəd “İpad 4 Pro” markalı qulaqcıq, 02 ədəd işlənmiş “Samsung A32” markalı mobil telefonları vermişdir. Dima maşından düşərək metronun yaxınlığında olan «Amin Telecom» adlı mağazaya getmiş və bir müddət sonra qayıdaraq həmin malları ümumilikdə 430 manata satdığını demişdir. Həmin pulu Dima ona verdikdən sonra o, Dimaya ona kömək etdiyi üçün 30 manat pul vermiş, lakin Dima malların oğurluq olmasını bilməmiş, ona məxsus olduğunu düşünmüşdür. Həmin gün tanışı «Xan» ləqəbli Orxanla görüşdükdə sonuncuya yenə də oğurluq etdikləri və satdıq mobil telefonlar olduğunu demişdir. Orxan da problem olmadığını deyib Emin Mustafayevlə danışmış və onlar birlikdə Eminin işlədiyi mağazanın yanına getdmişlər. X23 danışaraq Eminə 4 ədəd mobil telefonu 520 manata satmış, Eminin özünə 20 manat vermişlər, qalan puldan Orxan 100 manat götürmüş, qalan pulu ona vermişdir. Həmçinin Orxana satmaq üçün verdikləri qol saatını geri qaytarmışdır. X8 satmaq üçün verdikləri malların oğurluq olduğunu bilmiş, çünki bu barədə Eminə məlumat vermişlər. Yəni, Orxan ilk dəfə Eminlə danışanda malları oğurluq olmasını demiş və sonradan da Eminə bu barədə məlumat verilmişdir. Daha sonra o, Altayla birlikdə yaşadıqları evə qayıtmışlar. xx.xx.2022-ci il tarixdə o, Altayla birlikdə Bakı şəhərində, “Koroğlu” metrostansiyasının yaxınlığında yanacaqdoldurma məntəqəsində yanacaq dolduran zaman mülki geyimdə olan polis əməkdaşları onlara yaxınlaşmışlar və onlara Şirvan ŞPŞ-nin əməkdaşları olduğunu bildirərək onları Şirvan ŞPŞ-nə dəvət etmişlər. Onlar da polis əməkdaşları ilə birlikdə Şirvan ŞPŞ-nə gəlmişlər. Qeyd etdiyi oğurluq cinayətlərini Təqsirləndirilən şəxs2la birlikdə törətmişdir. Həmin oğurluqda onlara kömək edən hər hansı bir şəxs olmamışdır. Həmin oğurluqlar zamanı əldə etdikləri malların bəzilərini özləri tanımadıqları şəxslərə satmışlar, Şabran və Şirvan şəhərindən axrıncı dəfə etdikləri oğurluqlar zamanı isə malları satmaqda ona Orxan Tağıyev adlı tanışı kömək etmiş və Orxan malların oğurluq olmasını bilmişdir. Qalan malları isə o, Altayla birlikdə özləri pərakəndə şəkildə satmışlar. Oğurluqla bağlı cinayətlər törədilərkən Təqsirləndirilən şəxs2 o cinayət etməyə sövq etmişdir. Törətmiş olduğu cinayət əməllərindən peşmandır. Özünü tam təqsirli bilir. Hazırda törətdiyi əməli etiraf etməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxslərin ondan tələb və ya şikayətlərinin olmamasını nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində bildirdi ki, 2021-ci ilin sentyabr ayında yaşadığı Gürcüstan Respublikasından işləmək üçün Azərbaycan Respublikasına gəlmiş, tutulmamışdan təxminən 4 ay əvvəl Bakı şəhərində olarkən Təqsirləndirilən şəxs1 ilə tanış olmuş, həmin vaxtdan etibarən Elbrusla birlikdə Abşeron rayonunda Hökməli qəsəbəsində kirayə ev tutmuş və birlikdə həmin evdə qalmışlar. Təxminən 2 ay sonra işləmək üçün “Uber” taksi şirkətinə müraciət etmiş, müraciəti əsasında onu işə götürmüşlər və ona “Hyundai Matrix” markalı **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobil vermişlər. Həmin avtomobilə dair etibarnaməsi mövcud olmuşdur. Tutulduğu tarixədək həmin avtomobillə taksi fəaliyyəti ilə məşğul olmuş, bir müddət taksi fəaliyyəti kimi məşğul olduqdan sonra maşının kirayə pulunu ödəyə bilməmişdir. Elbrusun da maddi imkanı yaxşı olmadığı üçün sonuncu ona təklif etmişdir ki, oğurluq edib pul qazansınlar. Elbrus ona Azərbaycan ərazisində ayrı-ayrı rayonlara gedib gəzərək rayonların ərazisində nəzarətsiz qalan telefon hissələri (aksesuarları) satılan mağazaları müəyyən edib daha sonra da həmin mağazalardan oğurluq etməyi bildirmişdir. O da razılaşmışdır. Bu məqsədlə 2022-ci ilin sentyabr ayının 11-də gecə yarısı idarə etdiyi «Hyundai Matrix» markalı avtomobillə Şirvan şəhərinə gəlmişlər, həmin vaxt onlar saat 04 radələrində Şirvan şəhərinə çatmışlar və Elbrusla şəhərin N.Nərimanov küçəsində olarkən orada ətrafında çoxlu apteklər olan “Azercell” adlı telefon mağazasını görmüşlər və həmin mağazadan oğurluq etmək qərarına gəlib, həmin mağazaya tərəf getmişlər. Orada əvvəlcə ətrafda kimsənin olub-olmamasına, mağazanın müşahidə kamerasının olub-olmamasına baxmışlar və bunların olmadığını görüb, Elbrus mağazanın qapısına yaxınlaşmış və üzərində olan dəmir parçası ilə mağazanın giriş qapısının aşağı hissəsində yerləşən kilidi sındırmış və qapını açıb mağazaya daxil olmuşdur. Həmin vaxt o, çöldə olmuş və kənar şəxsin gələcəyi təqdirdə Elbrusa məlumat verəcəkdir. Elbrus mağazaya daxil olduqdan bir neçə dəqiqə sonra əlində sumka ilə yanına gəlmiş, daha sonra isə o, mağazaya girmiş, Elbrus isə pusquda durmuş, o, mağazaya daxil olduqdan sonra orada olan telefonların qutularını sumkaya yığıb mağazadan çıxaraq Elbrusun yanına gəlmişdir. Sonra onlar oğurladıqları telefonları özləri ilə götürüb oradan idarə etdiyi avtomobillə Bakı şəhərinə getmişlər və oğurladıqları telefonları müxtəlif vaxtlarda satmışlar. Bundan başqa, 23-24 sentyabr 2022-ci il tarixlərində idarə etdiyi “Hyundai Matrix” markalı **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Elbrusla birlikdə Balakən rayonuna getmişlər, Balakən şəhəri ərazisində bir müddət gəzdikdən sonra ayrı-ayrı telefon mağazalarında nəzarətin və təhlükəsizlik kameralarının olub-olmadığını yoxlamışlar. Bu zaman Balakən şəhəri ərazisində əsas küçədə gəzmişlər. Telefon mağazalarının çoxunun təhlükəsizlik kameralarının olmasını, həmçinin ətrafında da digər iaşə obyektlərinin sıx olduğunu aşkar etmişlər. Sadəcə olaraq Balakən şəhərindən Zaqatala rayonu istiqamətində gedən yolun sol hissəsində yerləşən Azpetrol yanacaq doldurma məntəqəsinin yaxınlığında olan telefon mağazasının təhlükəsizlik kameralarının olmadığını və yaxınlığında digər iaşə obyektlərinin az olduğunu aşkar etdikləri üçün həmin mağazaya daxil olaraq oğurluq etməyi planlaşdırmışlar. Onlar telefon mağazasının yaxınlığında olan çayxanada Elbrusla birlikdə oturub çay içib bir daha mağazanın giriş çıxışını tam olaraq müəyyənləşdirmişlər ki, oğurluq üçün getdikləri zaman hər hansı bir problem olmasın. Bir daha həmin mağazanın nəzarətsiz olduğunu və rahat daxil ola biləcəklərini dəqiqləşdirmişlər. Həmin gün onlar Bakı şəhərinə qayıtmışlar. 25 sentyabr 2022-ci il tarixdə idarə etdiyi «Hyundai Matrix» markalı **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Balakən rayonuna getmişlər. 26 sentyabr 2022-ci il tarixdə gecə saat təxminən 03 radələrində Balakən rayonuna çatmışlar. Həmin mağazanın olduğu yerə gedərək Azpetrol yanacaq doldurma məntəqəsinin yanından mağazanın arxa küçəsinə daxil olaraq maşını qaranlıq yerdə saxlamışdır. Bundan sonra mağazaya yaxınlaşmışlar və Elbrus mağazanın plastikdən olan giriş qapısını özündə olan kiçik dəmir parçası ilə sındıraraq mağazaya daxil olmuşlar. Mağazanın içərisindəki masanın və rəflərin üzərlərindən 01 ədəd qara rəngli kompyuteri, 01 ədəd göy rəngli X24 8 və 01 ədəd qara rəngli KG Tel markalı mobil telefonları, 02 ədəd TP link Routeri (internet paylayıcısını), 05 ədəd qulaqcıq, 04 ədəd səs gücləndirici dinamiklər, 01 ədəd işıq fənərini, bir neçə ədəd yaddaş kartlarını, lakin həmin yaddaş kartları müxtəlif həcmli idi sayını dəqiq bilmir, 03 ədəd telefonun enerji adapterlərini (avtomobildə istifadə üçün olan), 01 ədəd Pover Bank (enerji yığan üçün cihaz), 02 ədəd enerji adapterlərini (telefon üçün), 01 ədəd kompyuter qulaqlığını, 02 ədəd kompyuter siçanlarını, 03 ədəd USB audio çıxış cihazını, həmçinin 06 ədəd telefon üçün USB kabellərini, 05 ədəd telefon qulaqcıqlarını, həmçinin xeyli sayda telefon və maşın üçün nəzərdə tutulmuş USB və digər kabelləri oğurlayaraq hamısını bir sellofan torbaya doldurmuşlar, bəzi əşyaları da o, əlində götürüb geriyə maşına doğru getmişlər. Həmin əşyaları maşına yığmışlar və onlar geriyə Balakən rayonundan Bakı şəhərinə qayıtmışlar. Həmin mağazadan oğurladıqları əşyaları Bakı şəhərinə aparıb ayrıayrı şəxslərdən maraqlanmışlar və kim ala bilirsə ucuz qiymətə ayrı-ayrı şəxslərə satmışlar. Lakin konkret olaraq həmin əşyaları kimə və harada satdıqlarını xatırlamır. Lakin onu deyə bilər ki, həmin mağazadan oğurladıqları 01 ədəd kompyuterin yolda gəldikləri zaman baxıb işləmiş olduğunu görüb sındıraraq Ağdaş rayonu ərazisində yolun kənarına yerə atmışlar. Həmçinin onlar Ağdaş rayonu ərazisində həmin yerdə olduqları zaman Ağdaş RPŞ-nin əməliyyat müvəkkilləri onlara yaxınlaşıb şəxsiyyətlərini dəqiqləşdirmişlər. Onlar da həmin polis əməkdaşlarına Yevlax rayonundan Bakı şəhərinə getdiklərini, yorulduqları üçün maşını saxlayıb istirahət etdiklərini bildirmişlər. Bundan sonra da polis əməkdaşları həmin yerdən uzaqlaşdıqdan sonra qorxduqları üçün eyni zamanda həmin kompyuter işlək vəziyyətdə olmadığı üçün sındırıb yolun kənarında ağacın yaxınlığına yerə atmışlar. Bundan başqa, X13 Elbrusun vasitəsilə tanımışdır. Orxanı hamı «Xan» ləqəbi ilə tanıyır. X7 da Orxanın vasitəsilə tanımış, sonuncu ilə aralarında düşmənçilik və ya ədavəti olmamış, heç bir yaxın münasibətləri olmamışdır. Təxminən oktyabr ayının əvvəllərində Elbrusla idarə etdiyi maşın ilə Şabran rayonuna gəlmişlər və rayonu gəzmişlər. Bu zaman Şabran şəhəri, H.Əliyev prospektində yolun sağında mobil telefon dükanının olduğunu görmüşlər və qərara gəlmişlər ki, buradan oğurluq etsinlər. xx.xx.2022-ci il tarixdə gecə saat 01 radələrində, Elbrusla birlikdə sonuncunun idarə etdiyi avtomobillə birlikdə yenidən Şabran rayonuna gəlmişlər. Gecə saat təxminən 04 radələrində Şabran şəhərinə çatmışlar və əvvəlcə nəzərdə tutduqları mobil telefon dükanının qarşısına getmişlər. Əvvəl ətrafda heç kim olmamasından əmin olduqdan sonra Elbrus avtomobildən vintaçan götürərək əvvəl plastik qapını sonra isə metal qapını açmışdır. Daha sonra hər ikisi dükana daxil olub, dükanda olan 5 ədəd mobil telefonu, 25 ədəd qol saatını və 10 ədədə yaxın telefon qutusunu gətirdikləri çamadanlara yığmışlar və ardıncada gəldikləri kimi də avtomobilə qoyaraq oranı tərk etmişlər. Ordanda birbaşa Bakı şəhərinə qaldıqları evə gəlmişlər. Həmin günün səhəri tanışları «Xan» ləqəbli Orxan Tağıyevlə görüşüb söhbət etdikdə sonuncuya Şabran şəhərindən mobil telefon və smart qol saatları oğurladıqlarını demişlər və onları satmaqda onlara köməklik etməsini istəmişlər. Orxan da onlara kömək edəcəyini demişdir. Elə həmin gün Orxan tanışı Emin Mustafayevlə danışmış və həmin gün o, Elbrus, Orxan və sonuncunun tanışı Elvin adlı şəxs birlikdə Emin Mustafayevin yaşadığı küçəyə getmişlər. Orada X17 danışaraq mobil telefonların oğurluq olduğunu və onları təcili satmaq lazım olduğunu demişdir. Emin də razılaşaraq həmin mobil telefonları götürmüşdür. Növbəti gün həmin X16 telefonla danışıb onları işlədiyi mağazanın yanına çağırmış və onlar oraya getdikdə X17 görüşüb yanlarına gəlmiş və Eminin mobil telefonları 620 manata satdığını demişdir. Həmin puldan Orxan özünə 140 manata mobil telefon almış, qalan pulu isə onlara vermişdir. Bundan başqa, xx.xx.2022-ci il tarixdə təxminən saat 01 radələrində Elbrusla birlikdə Hökməli qəsəbəsində olan zaman pulları olmadığı üçün və xərclərini ödəyə bilmədikləri üçün oğurluq edərək pul əldə etmək qərarına gəlmişlər. Elbrusla haradan oğurluq etmək barədə fikirləşən zaman sonuncu ona Şirvan şəhərindən oğurluq etmək təklifini etmişdir. Çünki əvvəlcədən Şirvan şəhərindən oğurluq etmişlər. O da Elbrusla razılaşmışdır. Bundan sonra onlar birlikdə etibarnamə əsasında idarə etdiyi “Hyundai Matrix” markalı **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Şirvan şəhərinə gəlmişlər. xx.xx.2022-ci il tarixdə təxminən saat 04 radələrində Şirvan şəhərinə çatmışlar. Küçələrdə avtomobil ilə gəzən zaman küçələrin birində içərisində işıqları yanan və vitrinlərdə mobil telefonlar və aksessuarlar düzülmüş, üzərində “X20” yazılmış mağaza görmüşlər. Bir neçə dəqiqə avtomobillə həmin mağazanın ətrafında dolanmışlar. Daha sonra Elbrusla birlikdə həmin mağazadan mobil telefon və aksessuarlar oğurlamaq qərarına gəlmişlər. Bundan sonra Elbrus mağazaya yaxınlaşaraq özü ilə götürdüyü əlcəyi əlinə taxmış və köynəyi başına keçirmişdir ki, kameralarda üzü görünməsin və əl izləri qapının şüşəsində qalmasın. Daha sonra Elbrus dəmirlə qapının kilidini əyərək qapını açmış və həmin mağazaya daxil olmuşdur. O isə pusquda durmuşdur. Elbrus bir neçə dəqiqə ərzində mağazadan oğurluq edib onun yanına qayıtmışdır. Sonra onlar hər ikisi idarə etdiyi avtomobilə əyləşərək Bakı şəhərinə qayıtmışlar. Təxminən saat 06:30 radələrində Abşeron rayonu Hökməli qəsəbəsində kirayədə qaldıqları evə çatmışlar. Həmin gün tanışları Dima adlı şəxslə Bakı şəhərində rastlaşdıqda sonuncuya satılıq işlənmiş mobil telefon və səs gücləndiricilərin olduğunu və onu satmaqda onlara köməklik etməsini xahiş etmişlər. Dima da problem olmadığını və onları satmaqda kömək edə biləcəyini demişdir. Dima ilə birlikdə 20 Yanvar metrostansiyası yaxınlığına getmişlər. Orada Dimaya satması üçün 3 ədəd səsgücləndirici, 01 ədəd “Samsung” markalı planşet, 01 ədəd “İpad 4 Pro” markalı qulaqcıq, 02 ədəd işlənmiş “Samsung A32” markalı mobil telefonları vermişlər. Dima maşından düşərək metronun yaxınlığında olan «Amin Telecom» adlı mağazaya getmiş və bir müddət sonra qayıdaraq həmin malları ümumilikdə 430 manata satdığını demişdir. Həmin pulu Dima onlara verdikdən sonra Elbrus Dimaya onlara kömək etdiyi üçün 30 manat pul vermiş, lakin Dima malların oğurluq olmasını bilməmiş, Elbrusa məxsus olduğunu düşünmüşdür. Həmin gün tanışları «Xan» ləqəbli Orxanla görüşdükdə sonuncuya yenə də oğurluq etdikləri və satdıq mobil telefonlar olduğunu demişlər. Orxan da problem olmadığını deyib Emin Mustafayevlə danışmış və onlar birlikdə Eminin işlədiyi mağazanın yanına getmişlər. X23 danışaraq Eminə 4 ədəd mobil telefonu 520 manata satmış, Eminin özünə 20 manat vermişlər, qalan puldan Orxan 100 manat götürmüş, qalan pulu onlara vermişdir. Həmçinin Orxana satmaq üçün verdikləri qol saatını geri qaytarmışdır. X1 üçün verdikləri malların oğurluq olduğunu bilmiş, çünki bu barədə Eminə məlumat vermişlər. Yəni, Orxan ilk dəfə Eminlə danışanda malları oğurluq olmasını demiş və sonradan da Eminə bu barədə məlumat verilmişdir. Daha sonra Elbrusla birlikdə yaşadıqları evə qayıtmışlar. xx.xx.2022-ci il tarixdə Elbrusla birlikdə Bakı şəhərində, “Koroğlu” metrostansiyasının yaxınlığında yanacaqdoldurma məntəqəsində yanacaq dolduran zaman mülki geyimdə olan polis əməkdaşları onlara yaxınlaşmışlar və onlara Şirvan ŞPŞ-nin əməkdaşları olduğunu bildirərək onları Şirvan ŞPŞ-nə dəvət etmişlər. Onlar da polis əməkdaşları ilə birlikdə Şirvan ŞPŞ-nə gəlmişlər. Yuxarıda göstərdiyi oğurluq cinayətlərini Elbrusla birlikdə törətmiş, həmin oğurluqda onlara kömək edən hər hansı bir şəxs olmamışdır. Həmin oğurluqlar zamanı əldə etdikləri malların bəzilərini özləri tanımadıqları şəxslərə satmışlar, Şabran və Şirvan şəhərindən axrıncı dəfə etdikləri oğurluqlar zamanı isə malları satmaqda onlara Orxan Tağıyev adlı tanışları kömək etmiş və Orxan malları oğurluq olmasını bilmişdir. Qalan malları isə Elbrusla birlikdə özləri pərakəndə olaraq satmışlar. Törətmiş olduğu cinayət əməllərindən peşmandır, özünü tam təqsirli bilir. Hazırda törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən peşman olmasını, maddi ziyanın tam ödənilməsini, zərərçəkmiş şəxslərlə barışmasını, zərərçəkmiş şəxslərin ondan tələb və ya şikayətinin olmamasını nəzərə alaraq ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X6 ifadəsində bildirdi ki, 2022-ci ilin iyun ayında Şirvan şəhərində icarə əsasında obyekt götürüb, həmin obyektdə qardaşlarının köməyi ilə mobil telefonlar və digər aksessuarların satışının həyata keçirilməsini təşkil etmək qərarına gəlmiş, bu məqsədlə ünvan 2 ünvanında “X20” adlı obyekt tapıb həmin obyekti şifahi razılaşma əsasında 300 (üç yüz) manata icarəyə götürmüşdür. Daha sonra qardaşları ilə birlikdə mobil telefonlar və aksessuarlar alaraq obyektin daxilində olan vitrinlərə düzmüşdür. 10 oktyabr 2022-ci il tarixdə saat təxminən 20:30 radələrində işlətdiyi mağazanı bağlayaraq evə getmişdir. Evə gedən zaman mağazanın qapısının kilidini açarla bağlamışdır. 11 oktyabr 2022-ci il tarixdə saat 07:20 radələrində mağazanı açmaq üçün evdən mağazaya gəlmişdir. Mağazaya gələn zaman obyektin qapısının qırıldığını görüb içəri daxil olmuşdur. Mağazanın daxil olan zaman mağazanın daxilində vitrinlərdən mobil telefonlar və digər aksessuarlar oğurlandığını görmüşdür. Daha sonra o, bu barədə DİN-nin 102 Məlumat Mərkəzinə zəng edərək məlumat vermişdir. Polis əməkdaşları ilə birlikdə mağazaya baxış keçirilən zaman mağazadan 06 ədəd “Samsung” markalı, 02 ədəd “Xiaomi Redmi” markalı və 03 ədəd “Nokia” markalı olmaqla ümumilikdə 11 ədəd mobil telefon, 01 ədəd “Xiaomi Redmi” markalı və 01 ədəd “Apple” markalı olmaqla ümumilikdə 02 ədəd smart saat, 01 ədəd “Samsung” markalı planşet, 03 ədəd “JBR” markalı səsgücləndirici və 03 ədəd “ipods” qulaqlıqlarının oğurlandığı müəyyən etmişdir. Mağazadan 01 ədəd yeni, 2021-ci il istehsalı olan “Samsung A52” markalı 620 manat dəyərində olan mobil telefon, 02 ədəd yeni, 2021ci il istehsalı olan “Samsung A32” markalı ümumilikdə 960 manat dəyərində olan mobil telefonlar, 02 ədəd yeni, 2022-ci il istehsalı olan “Samsung A03” markalı ümumilikdə 600 manat dəyərində olan mobil telefonlar, 01 ədəd yeni, 2022-ci il istehsalı olan “Xiaomi Redmi 10A” markalı 295 manat dəyərində olan mobil telefon, 01 ədəd yeni, 2022-ci il istehsalı olan “Xiaomi Redmi 10C” markalı 325 manat dəyərində olan mobil telefon, 01 ədəd işlənmiş, 2021-ci il istehsalı olan “Samsung A32” markalı 290 manat dəyərində olan mobil telefon, 03 ədəd yeni, 2022-ci il istehsalı olan “Nokia 106” markalı ümumilikdə 150 manat dəyərində olan mobil telefonlar, 01 ədəd işlənmiş 2022-ci il istehsalı olan “Samsung” markalı 300 manat dəyərində olan planşet, 03 ədəd yeni 2022-ci il istehsalı olan “JBR” markalı ümumilikdə 150 manat olan səsgücləndiricilər, 01 ədəd yeni 2022-ci il istehsalı olan “Xiaomi Redmi 7 Pro” markalı 80 manat dəyərində olan smart saat, 01 ədəd işlənmiş 2022-ci il istehsalı olan “Apple Watch 7 Pro” markalı 950 manat dəyərində olan smart saat, 01 ədəd yeni 2021-ci il istehsalı olan, “Airpods pro” markalı 70 manat dəyərində olan qulaqlıq, 01 ədəd yeni 2021-ci il istehsalı olan “Airpods” markalı 90 manat dəyərində olan qulaqlıq, 01 ədəd yeni 2021-ci il istehsalı olan “Airpods 4 Pro” markalı 50 manat dəyərində olan qulaqlıq oğurlanmışdır. Oğurluq nəticəsində ona ümumilikdə 4930 (dörd min üç yüz otuz) manat maddi ziyan dəymişdir. Obyektin daxilində müşahidə kamerası vardır. Oğruların oğurluq edən zaman görüntüləri mövcuddur. İşlətdiyi obyekt ünvan 3 ünvanında yerləşir. Hal-hazırda təqsirləndirilən şəxslərlə barışmış, ona dəymiş ziyan Təqsirləndirilən şəxs2 ailəsi tərəfindən tam olaraq ödənilmiş, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirdi ki, Şirvan şəhəri, N.Nərimanov küçəsi icarə əsasında “Azercell” telefon mağazasın işlədir. Mağazada müxtəlif markalı mobil telefonlar və telefon aksesuarları satır. 10 sentyabr 2022-ci il tarixdə mağazam orada işləyən Ramal adlı şəxs tərəfindən saat 20 radələrində bağlanır və qapısı açarla kilidlənir. Hər gün saat 09 radələrində mağaza açılır və satış başlanır. 11 sentyabr 2022-ci il tarixdə saat 09 radələrində o evində olarkən mağazada işləyən Ramal ona zəng edərək, mağazadan oğurluq olmasını bildirmiş, həmin vaxt mağazaya gəlmiş, həmin vaxt mağazada polis əməkdaşları olmuş, mağazaya nəzər salanda vitrinə yığdığı müxtəlif markalı mobil telefonların və 1 ədəd planşetin yerində olmadığını görmüş, vitrində olan telefonlar və planşet oğurlanmış, bundan sonra onun iştirakı ilə mağazaya baxış keçirilmiş, həmin vaxt mağazadan əl barmaq izləri götürülmüş, sonra isə fotoşəkillər çəkilmiş bundan sonra protokol tərtib edilmiş, o da protokolla tanış olaraq digər şəxslər kimi orada imza emişdir. Ona oğurluq nəticəsində ümumilikdə 4290 manat ziyan dəymişdir. Hal-hazırda təqsirləndirilən şəxslərlə barışmış, ona dəymiş ziyan aradan qaldırılmış, heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış Zərərçəkmiş şəxs3 məhkəməyə gəlməmiş, məhkəməyə notarial qaydada təsdiq olunmuş ərizə və teleqram ünvanlayaraq ona vurulmuş maddi ziyanın ödənildiyini, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayətinin və tələbinin olmadığını, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs3 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilərək tədqiq edilmişdir. Zərərçəkmiş şəxs3 həmin ifadəsində bildirmişdir ki, təxminən 6 ilə yaxındır ki, Şabran şəhəri, H.Əliyev prospektində özünə məxsus ictimai iaşə obyekti işlədir. Həmin obyektdə bir qayda olaraq əsasən telefon və telefon aksesuarlarının satışı ilə məşğul olur. Obyektdə tək işləyir. Onun obyekti ilə yanbayan qardaşları Mirağa və Rövşənin obyektləridə vardır. Mirağa playstation obyektini, Rövşən isə bərbər dükanını işlədir. xx.xx.2022-ci il tarixdə günorta saat 12 radələrində işlətdiyi obyektdən çıxaraq əvvəl övladı Günayı oxuduğu 1 saylı məktəbə aparmış, ordan isə birbaşa evinə getmişdir. Həmin gündə bir daha obyektə getməmişdir. Gün ərzində obyektini isə Mirağa işlətmişdir. Ancaq həmin günü qardaşı Mirağanın obyekti saat neçədə bağladığını bilmir. Ancaq həmişə obyekti təxminən axşam saat 22-23 radələrində bağlamışlar. xx.xx.2022-ci il tarixdə səhər saat 06:34-də qardaşı Mirağa onunla telefon əlaqəsi saxlayaraq dostu İlkinin onunla telefon əlaqəsi saxladığını və onun obyektinin qapısının açıq olduğunu və içəridən oğurluq olduğunu söyləmişdir. O da, buna görə təcili olaraq evdən çıxaraq obyektinə getmişdir. Obyektə çatan zaman isə obyektin qapısının açıq olduğunu görmüşdür. Obyektə girdikdə obyektindən qol saatlarının və telefonların oğurlandığını aşkar etmişdir. Obyektə baxan zaman obyektdən 410 manat dəyərində Redmi 10C, 489 manat dəyərində Redmi Note 10, 299 manat dəyərində Redmi 9C, 325 manat dəyərində Samsung Galaxy A03, 240 manat dəyərində Samsung Galaxy A03 Core və qiymət aralığı 15-30 manat olan 27 ədəd qadın və kişi saatları oğurlandığını aşkar etmişdir. Telefonların hər biri 2022-ci il modeli olmuş, oğurluq nəticəsində ona 2463 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış Zərərçəkmiş şəxs4 məhkəməyə gəlməmiş, məhkəməyə notarial qaydada təsdiq olunmuş ərizə və teleqram ünvanlayaraq ona vurulmuş maddi ziyanın ödənildiyini, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayətinin və tələbinin olmadığını, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs4 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilərək tədqiq edilmişdir. Zərərçəkmiş şəxs4 həmin ifadəsində bildirmişdir ki, Balakən şəhəri H.Əliyev prospektində “MN Telecom” telefon və kompyuter aksesuarları mağazasını işlədir. Həmin mağazada telefon və kompyuter təmiri, həmçinin telefon və kompyuter aksesuarlarının satışı ilə məşğul olur. Mağazanı özü işlədir, mağazanı hər gün səhər saat 09 radələrində açır və axşam təxminən saat 18 radələrində bağlayır. Mağazanın giriş qapısını daxili kilidlə bağlayır. O, həmişə olduğu kimi 26 sentyabr 2022-ci il tarixdə səhər saat 09 radələrində mağazanı açmaq üçün gedəndə mağazanın plastik giriş qapısının açıq vəziyyətdə olduğunu, giriş qapısının üzərində olan, yəni qapını bağladığı daxili kilidin yerində sındırıldığını və qapının açıq olduğını görmüşdür. Həmin vaxt o, mağazaya kənar şəxslərin daxil olduğunu başa düşmüş, buna görə dərhal mağazaya daxil olub masanın və rəflərin üzərlərinə baxdıqda 01 ədəd 170 manat dəyərində “Asus» markalı qara rəngli kompyuterin, 01 ədəd 180 manat dəyərində göy rəngli «X24 8» markalı mobil telefonun, 01 ədəd 20 manat dəyərində qara rəngli «KG TEL» markalı mobil telefonun, hər biri 35 manat olmaqla, ümumilikdə 70 manat dəyərində 02 ədəd «TP link Routerin» (internet paylayıcısını), 01 ədəd 45 manat dəyərində «Air Pods 6 Pro» markalı qulaqcığın, hər biri 20 manat olmaqla, ümumilikdə 80 manat dəyərində 04 ədəd ötürücü ilə işləyən səs gücləndirici dinamiklərin, 01 ədəd 12 manat dəyərində işıq fənərinin, 01 ədəd 10 manat dəyərində 2 gb həcmində, 01 ədəd 12 manat dəyərində 4 gb həcmində, 01 ədəd 16 manat dəyərində 8 gb həcmində, 01 ədəd 22 manat dəyərində 16 gb həcmində, 01 ədəd 28 manat dəyərində 32 gb həcmində, 01 ədəd 32 manat dəyərində 64 gb həcmində böyük ölçülü yaddaş kartlarının, 01 ədəd 8 manat dəyərində 4 gb həcmində kiçik ölçülü yaddaş kartının, hər biri 6 manat olmaqla ümumilikdə 18 manat dəyərində 03 ədəd telefonun enerji cihazının (maşın üçün), 01 ədəd 25 manat dəyərində ehtiyat batareyanın (pover bank), hər biri 12 manat olmaqla ümumilikdə 24 manat dəyərində 02 ədəd «İphone» markalı mobil telefonun enerji cihazının, 01 ədəd 15 manat dəyərində «Vedel» markalı qulaqcığın, 01 ədəd 25 manat dəyərində kompyuter qulaqcığının, hər biri 9 manat olmaqla ümumilikdə 18 manat dəyərində 02 ədəd kompyuter siçanlarının, hər biri 10 manat olmaqla ümumilikdə 30 manat dəyərində 03 ədəd audio səs çıxışını tənzimləyən məftillərin (USB audio port), hər biri 5 manat olmaqla ümumilikdə 30 manat dəyərində 06 ədəd «Samsung» markalı mobil telefon üçün məftillərin, hər biri 5 manat olmaqla ümumilikdə 25 manat dəyərində 05 ədəd qulaqcıqların, hər biri 3 manat olmaqla ümumilikdə 6 manat dəyərində 02 ədəd görüntü ötürücü (Audio-Video) məfftillərin, hər biri 3 manat olmaqla, ümumilikdə 6 manat dəyərində 2 hissəli çıxışı və bir hissəli girişi olan 02 ədəd Audio məftillərinin, 01 ədəd 3 manat dəyərində üç hissəli çıxış bir hissəli girişi olan 01 ədəd Audio məftilinin, hər biri 5 manat olmaqla ümumilikdə 10 manat dəyərində 02 ədəd çap cihazı (printer) üçün məftillərin, 10 metr uzunluqda 15 manat dəyərində, 5 metr uzunluqda 10 manat dəyərində, 3 metr uzunluqda 8 manat dəyərində, 1 metr uzunluqda 5 manat dəyərində USB uzadıcısının (məftil), hər biri 5 manat olmaqla ümumilikdə 15 manat dəyərində kompyuter siçanları üçün altlıqların, hər biri 3 manat olmaqla ümumilikdə 9 manat dəyərində kompyuter üçün məffillərin, 01 cüt 20 manat dəyərində kompyuter üçün pultların (Joystick), hər biri 13 manat olmaqla ümumilikdə 26 manat dəyərində 02 ədəd kompyuter madulyatorlarının (kompyuter par), 01 ədəd 10 manat dəyərində «Sports» markalı ötürücülü qulaqcığının, 01 ədəd 25 manat dəyərində «P 47» markalı ötürücülü qulaqcığının, 01 ədəd 25 manat dəyərində «CPU Fan» kompyuter cihazının oğurlandığını aşkar etmişdir. Bundan sonra dərhal Balakən rayon polis şöbəsinə zəng edərək hadisə barədə məlumat vermiş, bir qədər sonra Balakən RPŞ-nin əməkdaşları hadisə yerinə gələrək baxış keçirmişlər, fotoşəkillər çəkilmiş, bu barədə müvafiq protokol tərtib edilmiş və protokol doğruluğu iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Daha sonra o, polis əməkdaşları ilə birlikdə Balakən RPŞ-nə gələrək oğurluq hadisəsi ilə bağlı ərizə və izahat yazmışdır. Həmçinin hazırda ona ümumilikdə 1108,0 (min yüz səkkiz) manat məbləğində maddi ziyan dəymişdir. O, Balakən RPŞ-nə yazmış olduğu ilkin izahatında mağazadan oğurlanmış kompyuter və telefon aksesuarlarının sayını təxmini qeyd etmişdir. Hazırda isə oğurlanmış kompyuter və telefon aksesuarlarının sayını və qiymətlərini dəqiqliklə bildirir. Qeyd etdiklərindən başqa ona məxsus mağazadan başqa hər hansı bir dəyərli əşya oğurlanmamışdır. Mağazanın açarı cəmi bir dənə olmuşdur, o da həmişə onda olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış Şahid3 məhkəməyə gəlməmiş, məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Şahid3 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilərək tədqiq edilmişdir. Şahid3 həmin ifadəsində bildirmişdir ki, təxminən 8 aya yaxındır ki, "xxxx" MMC-də topoqraf kimi işləyir. Həmin şirkətdə işlədiyi gündən bəri də Şabran rayonunda qalır. Elşən, Rövşən və Mirağa qardaşlarınıda məhz Şabran rayonunda qaldığı müddət ərzində tanımışdır. Onun işi bir qayda olaraq səhər saat 7də başlayır, axşam saat 7-də qurtarır. xx.xx.2022-ci il tarixdə də hər zamankı kimi səhər saat 07 radələrində yaşadığı evdən çıxaraq işinə getmişdir. Elşəngilin mağazasının qarşısından keçdikdə Elşənin mağazasının qapısının açıq olduğunu görmüşdür. Təəccübləndiyinə görə də birbaşa Mirağanın mobil telefonuna zəng eləyərək Elşənin mağazasının qapısının açıq olduğunu söyləmişdir. Ardınca isə Mirağa onun orada gözləməli olduğunu, Elşənlə birlikdə təcili oraya gələcəklərini söyləmişdir. O da buna görə onlar gələnə kimi onları mağazanın qarşısında gözləmişdir. Mağazadan oğurluq olmasından şübhələndiyinə görə də özü içəri keçməmişdir. Mirağaya məlumat verdikdən sonra sonuncu və qardaşı Elşən təxminən 15 dəqiqə sonra mağazanın qarşısına gəlmişlər. Onlarda mağazanın qarşısına gəldikdə onlara məlum olmuşdur ki, mağazadan oğurluq olmuşdur. Ardıncada Elşən DİN-nin 102 xidmətinə məlumat vermişdir. O da işindən qalmasın deyə ardınca oranı tərk edərək işinə getmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış Şahid2 məhkəməyə gəlməmiş, məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Şahid2 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilərək tədqiq edilmişdir. Şahid2 həmin ifadəsində bildirmişdir ki, onlar 3 qardaş, yəni o, qardaşı Rövşən və digər qardaşı Elşən Şabran şəhəri, H.Əliyev prospektində yanbayan obyektlər işlədirlər. O, özü “playstation” salonu işlədir. Rövşən bərbər salonu işlədir, digər qardaşı Elşən isə telefon mağazası işlədir. xx.xx.2022-ci il tarixdə Elşən saat təxminən 12-ə kimi obyektdə olmuşdur. 12-dən sonra isə şəxsi işi olduğuna görə obyekti ona həvalə edərək getmişdir. Həmin günü gün ərzində obyektini o, işlətmişdir. Həmin günü obyekti gecə saat 24 radələrində bağlayaraq evinə getmişdir. xx.xx.2022-ci il tarixdə səhər saat 07 radələrində yatmışdır. Bu zaman tanışı İlkin mobil telefonuna zəng edərək Elşənin telefon mağazasının qapısının açıq olduğunu söyləmişdir. O isə cavabında İlkinə mağazanın qarşısından getməməyi xahiş etmişdir. Ardınca isə birbaşa qardaşı Elşənədə telefonla məlumat verərək onunla birlikdə obyektin qarşısına gəlmişlər. Obyektə çatan zaman onlara məlum olmuşdur ki, obyektə naməlum şəxslər qapının qıfılını sındırmaq yolu ilə daxil olmuşlar. Ardıncada Elşən bu barədə DİNnin 102 xidmətinə məlumat vermişdir. Müraciətdən sonrada polis əməkdaşları hadisə yerinə gələrək mağazaya baxış keçirtmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış Şahid1 məhkəməyə gəlməmiş, məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Şahid1 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilərək tədqiq edilmişdir. Şahid1 həmin ifadəsində bildirmişdir ki, X2 Şirvan ŞPŞ-yə vermiş olduğu 11 oktyabr 2022-ci il tarixli şikayət ərizəsi ilə tanış olmuşdur. Uzun müddətdir ki, Bakı şəhəri, 20 Yanvar metrostansiyasını yaxınlığında “Amin Telecom” adlı mobil telefonların satışının həyata keçirildiyi mağazanı işlədir. Mağazada Elmira, Tural və Malik adlı şəxslər də işləyirlər. Mağaza Malikin adınadır. Elmira mağazada satıcı kimi, Tural isə kreditlə qızıl-zinət əşyalarının alınması və bunun müqabilində pul verilməsi ilə (lombardla) məşğul olur. 11 oktyabr 2022-ci il tarixdə saat təxminəın 14:35 radələrində mağazada olan zaman əvvəllər tanıdığı “Dima” ləqəbli şəxs onun işlətdiyi mağazaya gəlmişdir. “Dima” ona bir mağazanın bağlandığını, bağlanan zaman bir neçə mobil telefon və digər aksessuarların satışa çıxarıldığını bildirmişdir. O da Dimadan nə satıldığını soruşmuşdur. “Dima” ona əlində olan sellofandan çıxararaq 2-i böyük və 1-i kiçik olmaqla, ümumilikdə 3 ədəd səsgücləndirici, 01 ədəd “Samsung” markalı planşet, 01 ədəd İpad 4Pro markalı qulaqcıq, 02 ədəd işlənmiş “Samsung A32” markalı mobil telefonları göstərmişdir və həmin əşyaları satmaq istədiyini bildirmişdir. O da, «Dima»-ya həmin əşyalara 430 manat pul verə biləcəyini bildirmişdir. “Dima” onunla razılaşmış və o, əlində olan əşyaları vermişdir. Əvəzində “Dima”-ya 430 manat pul vermişdir. 02 ədəd işlənmiş “Samsung A32” markalı mobil telefonları o, aldığı gün 360 manata tanımadığı şəxsə satmışdır. Bir neçə gün sonra Şirvan ŞPŞ-nin əməkdaşları onun işlətdiyi obyektə gəlmişlər. Obyektə baxış keçirilən zaman obyektdən “Dima”-nın ona satmış olduğu 03 ədəd səsgücləndirici, 01 ədəd “Samsung” markalı planşet, 01 ədəd İpad 4Pro markalı qulaqcıq götürülmüşdür. O, mobil telefonların və digər aksessuarların oğurluq olduğunu bilməmişdir. “Dima” ona mobil telefonları və aksessuarları satarkən həmin mobil telefonların və aksessuarların özlərinə məxsus olduğunu və əşyaları satdığını bildirmişdir. İşlətdiyi mağazada mobil telefonların və aksessarların alışını və satışını həyata keçirən zaman telefonları və aksessuarları aldıqları şəxsin sənədinin surətini çıxarıb özlərində saxlayırlar. “Dima” adlı şəxsin atasının adı və soyadı yadında qalmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, vətəndaş X2 müraciəti əsasında Şirvan şəhər Polis şöbəsinin İstintaq bölməsində Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və istintaq aparılması üçün icraata qəbul edilmişdir (i.v. 01, İ cild); zərərçəkmiş şəxs qismində tanınma barədə xx.xx.2022-ci il tarixli qərardan görünür ki, X6 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 14, İ cild); şübhəli şəxsin tutulması barədə xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 30, İ cild); şübhəli şəxsin tutulması barədə xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 50, İ cild); cinayət əməlinin tövsif edilməsi barədə xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsindən, həmin Məcəllənin 177.2.1 və 177.2.3-cü maddələrinə tövsif edilmişdir (i.v. 61, İ cild); təqsirləndirilən şəxs qismində cəlb etmə barədə xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə ittiham elan edilmişdir (i.v. 63, İ cild); təqsirləndirilən şəxs qismində cəlb etmə barədə xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə ittiham elan edilmişdir (i.v. 73, İ cild); Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (i.v. 92, İ cild); Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (i.v. 92, İ cild); cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə xx.xx.2022-ci il tarixli qəradan görünür ki, Şirvan şəhər Polis şöbəsinin İstintaq bölməsində fakta görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə cinayət işi başlanmışdır (i.v. 226, İ cild); zərərçəkmiş şəxs qismində tanınma barədə xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 241, İ cild); cinayət işi üzrə əməlin tövsif edilməsi barədə xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli ciayət işi üzrə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilmişdir (i.v. 255, İ cild); təqsirləndirilən şəxs qismində cəlb etmə barədə xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 177.2.3 və 177.2.4-cü maddələri təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə itttiham elan edilmişdir (i.v. 257, İ cild); təqsirləndirilən şəxs qismində cəlb etmə barədə xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 177.2.3 və 177.2.4-cü maddələri təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə itttiham elan edilmişdir (i.v. 271, İ cild); cinayət işinin icraata qəbul edilməsi və bir icraatda birləşdirilməsi barədə xx.xx.2022ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi ilə ********* nömrəli cinayət işləri bir icraatda birləşdirilmiş və istintaq ********* nömrəsi altında davam etdirilmişdir (i.v. 6, İİ cild); cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə Balakən RPŞ-nin xx.xx.2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır (i.v. 11, İİ cild); əməlin tövsif edilməsi barədə Balakən RPŞ-nin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsindən həmin Məcəllənin 177.2.1 və 177.2.3-cü maddələrinə tövsif edilmişdir (i.v. 6, İİ cild); təqsirləndirilən şəxs qismində cəlb etmə barədə Şirvan ŞPŞ-nin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə baş müstəntiq Natiq Hacıyev tərəfindən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə onlara həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir (i.v. 51, İİ cild); təqsirləndirilən şəxs qismində cəlb etmə barədə Şirvan ŞPŞ-nin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə baş müstəntiq Natiq Hacıyev tərəfindən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir (i.v. 69, İİ cild); zərərçəkmiş şəxs qismində tanınma barədə xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs4 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 95, İİ cild); cinayət işinin istintaq aidiyyəti üzrə göndərilməsi barədə Balakən RPŞ-nin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi aidiyyəti üzrə Şirvan ŞPŞ-nin İstintaq bölməsinə göndərilmişdir (i.v. 119, İİ cild); cinayət işinin icraata qəbul edilməsi və cinayət işinin bir icraatda birləşdirilməsi barədə xx.xx.2022-ci il tarixli qərarından görünür ki, ********* saylı cinayət işi icraata qəbul edilmiş, Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə olan ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3, 177.2.5 və 194.2.1-ci maddələri ilə olan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirlmiş və istintaq ********* nömrə ilə davam etdirilmişdir (i.v. 205, İİ cild); cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə Şabran RPŞ-nin xx.xx.2022-ci il tarixli qəradan görünür ki, fakta görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır (i.v. 209, İİ cild); zərərçəkmiş şəxs qismində dindirmə prtotokolundan görünür ki, Zərərçəkmiş şəxs3 Şabran RPŞ-in icraatında olan ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 240, İİ cild); təqsirləndirilən şəxs qismində cəlb etmə barədə xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə itttiham elan edilmişdir (i.v. 263, İİ cild); təqsirləndirilən şəxs qismində cəlb etmə barədə xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə itttiham elan edilmişdir (i.v. 285, İİ cild); cinayət işinin istintaq aidiyyəti üzrə göndərilməsi barədə Şabran RPŞ-nin xx.xx.2022ci il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi aidiyyəti üzrə Şirvan ŞPŞ-nin İstintaq bölməsinə göndərilmişdir (i.v. 316, İİ cild); Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(032)-4/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 həbsdə saxlanılma müddəti 02 (iki) ay, yəni xx.xx.2023cü il tarixədək uzadılmışdır (i.v. 62, İİİ cild); Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(032)-5/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlanılma müddəti 02 (iki) ay, yəni xx.xx.2023cü il tarixədək uzadılmışdır (i.v. 66, İİİ cild); cinayət işinin ayrılması və icraata qəbul edilməsi barədə Şirvan ŞPŞ-nin xx.xx.2022ci il tarixli qərarından görünür ki, ********* saylı cinayət işinin materiallarından Azərbaycan Respublikası CM-nin 194.2-1-ci maddəsilə ********* saylı cinayət işi ayrılmaqla ibtidai istintaq aparılmaqdadır (i.v. 154, İİİ cild); təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir (i.v. 164, İİİ cild); təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir (i.v. 177, İİİ cild); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır (i.v. 127, İİ cild); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 32,182.3.2-ci maddəsi ilə təqsirli bilinərək 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2012-ci il tarixdə Şəki Apelyasiya Məhkəməsinin qərarı ilə Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ləğv olunaraq cinayət işi birinci instansiya məhkəməsinə göndərilmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə o, CM-nin 32,182.3.2-ci maddəsi ilə 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur (i.v. 129, İİ cild); Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 1(088)-08/2014 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə və cəzasının əvvəli xx.xx.2011-ci il tarixdən hesablanmaqla Azərbaycan Respublikası CM-nin 32, 182.3.2-ci maddəsi ilə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir (i.v. 182, İİ cild); Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəyini də sübut növü kimi qəbul etmişdir. Belə ki, məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 noyabr 2022-ci il tarixli, 9/7805 nömrəli məhkəməəmtəəşünaslıq ekspertizasının ekspert rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, aparılmış ekspert tədqiqatı nəticəsində 2022-ci il istehsallı Redmi 10 C markalı mobil telefonun 2022-ci ilin oktyabr ayına olan orta bazar qiyməti 320 manat, 2022-ci il istehsallı Redmi Note 10 markalı mobil telefonun 2022-ci ilin oktyabr ayına olan orta bazar qiyməti 400 manat, 2022-ci il istehsallı Redmi 9C markalı mobil telefonun 2022ci ilin oktyabr ayına olan orta bazar qiyməti 265 manat, 2022-ci il istehsallı Samsung Galaxy A03 markalı mobil telefonun 2022-ci ilin oktyabr ayına olan orta bazar qiyməti 230 manat, 2022-ci il istehsallı Samsung Galaxy A03 Core markalı mobil telefonun 2022-ci ilin oktyabr ayına olan orta bazar qiyməti 209 manat müəyyən edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 noyabr 2022-ci il tarixli, 9/7998 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının ekspert rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, aparılmış ekspert tədqiqatı nəticəsində istifadə olunmuş X24 8 markalı mobil telefonun 2022-ci ilin sentyabr ayına olan orta bazar qiyməti 170 manat, KGTEL markalı mobil telefonun 2022-ci ilin sentyabr ayına olan orta bazar qiyməti 20 manat, 2 gb həcmində böyük ölçülü istifadədə olmamış yaddaş kartının 2022-ci ilin sentyabr ayına olan orta bazar qiyməti 10 manat, 4 gb həcmində böyük ölçülü istifadədə olmamış yaddaş kartının 2022-ci ilin sentyabr ayına olan orta bazar qiyməti 12 manat, 8 gb həcmində böyük ölçülü istifadədə olmamış yaddaş kartının 2022-ci ilin sentyabr ayına olan orta bazar qiyməti 16 manat, 16 gb həcmində böyük ölçülü istifadədə olmamış yaddaş kartının 2022-ci ilin sentyabr ayına olan orta bazar qiyməti 22 manat, 32 gb həcmində böyük ölçülü istifadədə olmamış yaddaş kartının 2022-ci ilin sentyabr ayına olan orta bazar qiyməti 28 manat, 64 gb həcmində böyük ölçülü istifadədə olmamış yaddaş kartının 2022-ci ilin sentyabr ayına olan orta bazar qiyməti 32 manat, 4 gb həcmində kiçik ölçülü istifadədə olmamış yaddaş kartının 2022-ci ilin sentyabr ayına olan orta bazar qiyməti 8 manat müəyyən edilir. Digər qərarın təsviri hissəsində göstərilən 29 adda mallar haqqında kifayət qədər məlumat olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 dekabr 2022-ci il tarixli, 9/9308 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının ekspert rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, aparılmış ekspert tədqiqatı nəticəsində yeni 2021-ci il istehsalı olan Samsung A52 markalı mobil telefonun orta bazar qiyməti 580 manat, yeni 2021-ci il istehsalı olan Samsung A32 markalı mobil telefonun orta bazar qiyməti 425 manat, yeni 2022-ci il istehsalı olan Samsung A03 markalı mobil telefonun orta bazar qiyməti 230 manat, yeni 2022-ci il istehsalı olan Xiaomi Redmi 10A markalı mobil telefonun orta bazar qiyməti 265 manat, yeni 2022-ci il istehsalı olan Xiaomi Redmi 10C markalı mobil telefonun orta bazar qiyməti 320 manat, işlənmiş 2021-ci il istehsalı olan Samsung A32 markalı mobil telefonun orta bazar qiyməti 230 manat, yeni 2022-ci il istehsalı olan Nokia 106 markalı mobil telefonun orta bazar qiyməti 40 manat, yeni 2022-ci il istehsalı olan Xiaomi Redmi 7 Pro markalı smart saatın orta bazar qiyməti 240 manat, yeni 2022-ci il istehsalı olan Apple Vatch 7 Pro markalı smart saatın orta bazar qiyməti 950 manat, yeni 2021-ci il istehsalı olan «Airpods Pro» markalı qulaqlığın orta bazar qiyməti 50 manat, yeni 2021-ci il istehsalı olan «Airpods» markalı qulaqlığın orta bazar qiyməti 40 manat, yeni 2021-ci il istehsalı olan «Airpods 4 Pro» markalı qulaqlığın orta bazar qiyməti 40 manat, yeni 2021-ci il istehsalı olan Xiaomi Redmi 10A markalı mobil telefonun orta bazar qiyməti 265 manat, yeni X24 9s markalı mobil telefonun orta bazar qiyməti 340 manat, yeni X24 10s markalı mobil telefonun orta bazar qiyməti 440 manat, yeni X24 11 markalı mobil telefonun orta bazar qiyməti 400 manat, yeni X24 10 5s markalı mobil telefonun orta bazar qiyməti 340 manat, yeni 2021-ci il istehsalı olan Xiaomi Redmi 10 markalı mobil telefonun orta bazar qiyməti 320 manat, yeni Samsung A13 markalı mobil telefonun orta bazar qiyməti 380 manat müəyyən edilir. Digər qiymətləndirilməyən mallar haqqında kifayət qədər məlumat olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmamışdır. Zərərçəkmiş şəxs4 ərizəsindən görünür ki, onun təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. Ona dəymiş zərər tam olaraq ödənilmişdir. Zərərçəkmiş şəxs3 ərizəsindən görünür ki, onun təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. Ona dəymiş zərər tam olaraq ödənilmişdir. Zərərçəkmiş şəxs2 ərizəsindən görünür ki, onun təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. Ona dəymiş zərər tam olaraq ödənilmişdir. X2 ərizəsindən görünür ki, onun təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. Ona dəymiş zərər tam olaraq ödənilmişdir. İnsan Hüquqlarının və X9 Haqqında 3 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyərək, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 177.2.3-cü maddələrinə əsasən özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrarən, saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin “Qeyd” hissəsinə görə bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrarən, saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb, zərərçəkmiş şəxslərə maddi ziyan vurmaqla oğurluq etmələri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin təsiri altına düşür. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin maddələrdə göstərilən cinayət əməllərini törətmələri, onların həmin əməlləri törətməkdə təqsirli olmaları özlərinin etirafedici, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə sübuta yetirilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növü kimi qəbul edərək, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində cinayət tərkibi vardır. Onların törətdikləri cinayət əməlləri düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif olunmuşdur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin maddələrlə təqsirli bilinməli və cəzalandırılmalıdırlar. Əməllərin cinayət olmasını aradan qaldıran, işin icraatına xitam verilməsi, təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar mövcud deyildir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs1 şəxsiyyətini, əvvəllər məhkum olunmasını, habelə təyin olunan cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını, həmçinin Azərbaycan Republikasının CM-in 59.1.12 maddəsinə əsasən zərərçəkmiş şəxslərlə barışıq əldə olunmasını, həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın tam olaraq ödənilməsini Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hal hesab edir. Qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilmədən və ya götürülmədən, yenidən qəsdən az ağır cinayət törətməsini məhkəmə cinayətlərin residivi və Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal hesab edir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 32,182.3.2-ci maddəsi ilə təqsirli bilinərək 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2012-ci il tarixdə Şəki Apelyasiya Məhkəməsinin qərarı ilə Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ləğv olunaraq cinayət işi birinci instansiya məhkəməsinə göndərilmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə CM-nin 32,182.3.2-ci maddəsi ilə 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə məhkum edildiyi Azərbaycan Respublikası CM-nin 32,182.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət ağır cinayət hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş sayılır. Bununla da işdə olan sübutlarla təsdiq olunur ki, məhkumluğu vaxtından əvvəl götürülməmiş Təqsirləndirilən şəxs1 ona istinad edilən cinayət əməlini, əvvəllər ağır cinayət törətməyə görə Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə məhkum olunduğu azadlıqdan məhrum etmə cəzasını çəkib qurtardığı gündən 06 il keçmədən törətmişdir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddələrinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddələrinə görə azadlıqdan məhrum etmə növündə cəzanın xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinin yarısından az olmamaqla cəza təyin edilməli və cəzanın çəkilməsi ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır, tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəməyədək və məhkəmə icraat zamanı tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmalı və cəzaçəkmə müddətinin başlanğıcı azadlığının faktiki məhdudlaşdırıldığı, tutulduğu vaxtdan, yəni 12 oktyabr 2022-ci il tarixdən һesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətlərin törədilməsində iştirak dərəcəsini, Təqsirləndirilən şəxs2 şəxsiyyətini, gənc olmasını, habelə təyin olunan cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini CM-nin 59.1.12-ci, cinayət nəticəsində dəymiş ziyanın tam olaraq ödənilməsini CM-nin 59.1.13-cü maddəsinə, törətdiyi əməldən səmimi peşman olmasını və gənc olmasını Azərbaycan Republikasının CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar hesab edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.6-cı maddəsinə əsasən azadlığın məhdudlaşdırılması hərbi qulluqçulara, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, habelə Azərbaycan Respublikası ərazisində daimi yaşayış yeri olmayan şəxslərə təyin edilmir. Təqsirləndirilən şəxs2 Gürcüstan Respublikası vətəndaşı olduğu üçün onun barəsində azadlığın məhdudlaşdırılması cəzası təyin edilə bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə cəza təyin edilməsi məsələsini həll edərək hesab edir ki, Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət törətməsi, əməlindən peşman olması, törətdiyi cinayəti etiraf etməsi, gənc olması, zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməsi, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbinin olmaması, müstəsna hal kimi qəbul edilərək onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62ci maddəsi tətbiq edilməli və ona Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan cəzadan daha yüngül cəza növü olan cərimə cəzası təyin edilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin edilməsi nəzərdə tutulan cərimə cəzası cəzanın məqsədini tam təmin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən həbsdə saxlanılan şəxsə cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək, həmin tarixdə Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində 03 ay müddətə həbs qətimkan tədbiri seçilmiş, daha sonra Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 həbsdə saxlanılma müddəti 02 ay uzadılmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 cəza təyin edərkən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlandığı müddət nəzərə alınaraq, ona təyin edilmiş cərimə cəzası yüngülləşdirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməlidir. Təqsirləndirilən şəxs2 barəsində “polis nəzarəti altına vermə” qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Şirvan şəhər Polis şöbəsində saxlanılan bir ədəd “Asus” markalı kompüterin bölünmüş hissələri Zərərçəkmiş şəxs4, 3 ədəd səsgücləndirici, bir ədəd “Airpods” markalı qulaqcıq, bir ədəd Samsung markalı planşet zərərçəkmiş şəxs X3 qaytarılmalıdır. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1 maddələrinə əsasən iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizalarının keçirilməsinə xərclənmiş cəmi 150 (yüz əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada dövlət nəfinə tutulmalıdır. Həmçinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş müvafiq olaraq Şirvan Regional Vəkil Bürosunun vəkilləri X14 və Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş müvafiq olaraq Şirvan Regional Vəkil Bürosunun vəkilləri X14 və Müdafiəçi 16 (on altı) iş saatı üçün 96 (doxsan altı) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs1 ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Təqsirləndirilən şəxs1 məhkəməyədək və məhkəmə icraat zamanı tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablansın və cəzaçəkmə müddətinin başlanğıcı azadlığının faktiki məhdudlaşdırıldığı, tutulduğu vaxtdan, yəni 12 oktyabr 2022ci il tarixdən һesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinsin və həmin Məcəllənin 62-ci maddəsi tətbiq olunmaqla ona 3000 (üç min) manat miqdarında cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlandığı müddət nəzərə alınaraq ona təyin olunmuş cərimə cəzası yüngülləşdirilsin və üzərində qəti olaraq 1500 (bir min beş yüz) manat cərimə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs2 barəsində “polis nəzarəti altına vermə” qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizalarının keçirilməsinə xərclənmiş cəmi 150 (yüz əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut kimi tanınmış və Şirvan şəhər Polis şöbəsində saxlanılan bir ədəd “Asus” markalı kompüterin bölünmüş hissələri Zərərçəkmiş şəxs4, 3 ədəd səsgücləndirici, bir ədəd “Airpods” markalı qulaqcıq, bir ədəd Samsung markalı planşet zərərçəkmiş şəxs X3 qaytarılsın. Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 16 saata görə 96 (doxsan altı) manat məbləğində pul vəsait Şirvan Regional Vəkil Bürosunun vəkili X14 və Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 16 saata görə 96 (doxsan altı) manat məbləğində pul vəsait Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Şirvan Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 isə rəsmi təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №1(032)-71/2023
Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-71/2023
27.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver