Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-71/2024 04.06.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə saat 11:00 Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Məhkəmə iclas katibi Abuşova Pakizə Müşfiq qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1999-cu ildə Əli Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təsviri-əsaslandırıcı hissə Təqsirləndirilən şəxs qanunsuz olaraq soyuq silahı əldə edib üzərində gəzdirmişdir. Belə ki, o, istintaqa məlum olmayan mənbədən və vaxtda, istintaqa məlum olmayan şəraitdə qanunsuz olaraq 01 ədəd zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik, qara rəngli tiyəsinin bir üzündə “BROWNİNG” yazısı həkk olunmuş, tiyəsinin uzunluğu 97 mm, dəstəyinin uzunluğu isə 135 mm olan ümumi təyinatlı, istifadəyə yararlı, soyuq silah hesab edilən ov bıçağını əldə edib, üzərində gəzdirmiş, 02 yanvar 2024-cü il tarixdə, saat 01:40-də Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsində ucadan səs-küy salmaqla ictimai qaydanı kobud surətdə pozması səbəbindən Şirvan şəhər polis şöbəsinin Post-patrul xidməti bölüyünün əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilib, şöbənin növbətçi hissəsində üzərindən həmin soyuq silah hesab edilən ov bıçağı aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən “Elit” ticarət mərkəzinin yaxınlığında gəzərkən yerdə açılıb bağlanan, qara rəngli metaldan olan bıçaq görmüş xoşuna gəldiyi üçün üzərində gəzdirmişdir. Həmin bıçağın soyuq silah olduğunu bilməmiş üzərində gəzdirmişdir. xx.xx.2024-cü il tarixdə, saat 01:40-da Şirvan şəhər PŞ-nin polis əməkdaşları dostu Emillə birlikdə Şirvan şəhər ərazisində gəzərkən səs-küy saldıqlarına görə onlara yaxınlaşıb barələrində cərimə yazılması üçün Polis şöbəsinə dəvət etmişlər. X4 Hissəsində üzərindən qeyd etdiyi 01 ədəd qara rəngli bıçaq aşkar olunaraq götürülmüş və təhqiqatçı tərəfindən protokollaşdırılmışdır. O, həmin bıçağın ona məxsus olduğunu səmimi etiraf etmiş, qeyd etmişdir ki, həmin bıçağın soyuq silah olduğunu bilmədiyi üçün üzərində gəzdirmişdir. Həmin əməlindən peşmandır. Bir daha belə hallara yol verməyəcəyinə söz vermiş, gənc olmasının nəzərə alınmasını xahiş edir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 02 yanvar 2024-cü il tarixdə, saat 01:50-də polis nəfərləri İlkin Əliyev və X9 ŞPŞ-nin növbətçi hissəsinə X5 və Təqsirləndirilən şəxs gətirib bildirmişlər ki, həmin şəxslər Şirvan şəhərinin M.Ə.Rəsulzadə küçəsində ucadan səs-küy salaraq ictimai asayişi və ictimai qaydanı pozmuşlar. Həmin şəxsləri ŞPŞ-nin növbətçi hissəsinə təhvil vermişlər. Növbətçi hissədə Emin Kərimovun üzərindən şəxsi əşyaları ilə birlikdə 01 ədəd bıçaq aşkar olunmuşdur. Bundan sonra o, növbətçi köməkçisi Arzuman İbadovun iştirakı ilə Emin Kərimovun üzərindən 01 ədəd bıçağın aşkar olunması bardə akt tərtib etmiş və Emin Kərimovun üzərindən 01 ədəd bıçaq aşkar olunması faktı əsasında qərar qəbul edilməsi üçün materialın icrası Şirvan ŞPŞ-nin Təhqiqat bölməsinə həvalə olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs da üzərindən şəxsi əşyaları ilə birlikdə 01 ədəd bıçaq aşkar olunmuş və o, Şirvan ŞPŞ-nin növbətçi köməkçisi Arzuman İbadovun iştirakı ilə Təqsirləndirilən şəxs üzərindən 01 ədəd bıçaq aşkar olunmasına görə akt tərtib etmiş və Təqsirləndirilən şəxs üzərindən 01 ədəd bıçaq aşkar olunması faktı əsasında qərar qəbul edilməsi üçün materialın icrası Şirvan ŞPŞ-nin Təhqiqat bölməsinə həvalə olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şirvan şəhər X4 hissəsində növbətçi köməkçisi X6 oğlu eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində qeyd etdiyi xüsusatları bir daha təsdiq etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilən: 02 yanvar 2024-cü il tarixli aktdan görünür ki, Təqsirləndirilən şəxs 01 ədəd “Redmi” markalı mobil telefon, 01 ədəd plastik kart, 01 ədəd bel kəməri və 01 ədəd qara rəngli bıçaq aşkar olunaraq götürülmüşdür. (i.v.5) 02 yanvar 2023-cü il tarixli baxış və götürmə aparılması haqqında protokoldan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş 01 ədəd qara rəngli bıçaq metaldan hazırlanmışdır. Bir tərəfi küt, digər tərəfi kəsici ucu deşici xassəyə malikdir. Kəsici tərəfin hər iki üzdən itilənmişdir. Tiyəsinin uzunluğu 97 mm-dir. Dəstəyinin uzunluğu 135 mm-dir. Orta hissədən eni 2 mm-dir, qalınlığı 2 mm-dir. Təqsirləndirilən şəxs həmin bıçağı Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən Elit Ticarət Mərkəzinin yaxınlığından yerdən tapdığını bildirmişdir. 01 ədəd qara rəngli bıçaq müvafiq qaydada qablaşdırılmışdır. (i.v 7-8) 11 yanvar 2024-cü il tarixli, 18/16 nömrəli məhkəmə-ballistik ekspertizasının rəyində göstərilmişdir ki, tədqiqata təqqim edilmiş bir ədəd bıçaq – zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, ümumi təyinatlı ov bıçağıdır, istifadəyə yararlıdır, soyuq silah hesab edilir. (i.v.16-19) 19 yanvar 2024-cü il tarixli qərardan götünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v 46) Azərbaycan Respublikası DİN-nin BƏSİİ-də alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarix cəzasının sonu ilə azad edilmişdir. Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. (i.v.50-52) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı X1 12 fevral 2024-cü il tarixli, 3-17-1/2- 30283/2024 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs “Sosial ödənişlər” və “Pensiya” altsistemlərinə əsasən əlilliyə görə pensiya və sosial müavinət almır. (i.v 78) Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik hüquqi şəxs “Şirvan şəhər Mərkəzi Xəstəxanası”-nın 18 yanvar 2024-cü il tarixli, 18-1-35/2-72/2024 saylı məktubuna əsasən Təqsirləndirilən şəxs Şirvan şəhər Mərkəzi Xəstəxanası PHŞ-in Poliklinika şöbəsinin ruhi-əsəb, narkoloji və nevroloji kabinetlərində qeydiyyatda yoxdur.(i.v 81) 03 mart 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunmuş 01 ədəd bıçaq maddi sübut kimi tanınmış və təqsirləndirilən şəxs cinayət işi materialları ilə tanış olduqdan sonra saxlanması üçün Şirvan şəhər Polis şöbəsinin maddi sübutları saxlama otağına təhvil verilmişdir.(i.v 112- 118) Məhkəmə cinayət işi ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4-cü maddəsi qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla - üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına” dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 may 2005-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikasının CM-nin 228.4-cü maddəsində geyim ləvazimatları hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdrmə halları istisna olmaqla, qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən tullayıcı silahı əldə etmə, satma və ya gəzdirməyə görə cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri tədqiq edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi var, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 228.4-ci maddəsi ilə tövsif edilmiş, əməlin cinayət olmasını aradan qaldıran hallar və onun cinayət məsuliyyətindən, cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs oğlunun əməlini səmimi olaraq etiraf etməsi və peşman olmasını, gənc olmasını Azərbaycan Respublikasının CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar qismində qəbul edir. Təqsirləndirilən şəxs ödənilməmiş məhkumluğu olsa da hazırda törətmiş olduğu cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayət olduğuna görə bu hal Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.1-ci maddəsinə əsasən cinayətlərin residivini yaratmır və onun məsuliyyətini ağırlaşdıran hal yoxdur. Məhkəmə işin obyektiv hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini, səmimi etirafını, gənc olmasını, əməlindən peşman olması kimi yüngülləşdirici halları, ağırlaşdıran halların olmamasını nəzərə alır, lakin, onun əvvəllər də dəfələrlə cinayət törədərək məhkum olunmasına tənqidi mövqedən yanaşır və onun barəsində ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini, üzərinə müvafiq olaraq daimi yaşayış yerini günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Şirvan şəhəri ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək habelə, cəzanın icrasına nəzarət edən Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsini iş yerinin dəyişdirilməsi ilə bağlı əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirmək öhdəliyi qoyulmasını məqsədəmüvafiq hesab edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və X7 maddi sübutların saxlanma otağında saxlanılan 01 ədəd zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik, qara rəngli tiyəsinin bir üzündə “BROWNİNG” yazısı həkk olunmuş, tiyəsinin uzunluğu 97 mm, dəstəyinin uzunluğu isə 135 mm olan ümumi təyinatlı, istifadəyə yararlı, soyuq silah hesab edilən ov bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 34 manat 38 qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. iş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341- 349, 351-353, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, Nəticə hissə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinə həvalə edilsin və cəzasının əvvəli İcra və probasiya şöbəsinə qeydiyyata alındığı vaxtdan hesablansın. Üzərinə daimi yaşayış yeri olan ünvan 1 ünvanını hər gün saat 22:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Şirvan şəhəri ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək habelə, cəzanın icrasına nəzarət edən Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsini iş yerinin dəyişdirilməsi ilə bağlı əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirmək öhdəliyi qoyulsun. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və X8 maddi sübutların saxlanma otağında saxlanılan 01 ədəd zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik, qara rəngli tiyəsinin bir üzündə “BROWNİNG” yazısı həkk olunmuş, tiyəsinin uzunluğu 97 mm, dəstəyinin uzunluğu isə 135 mm olan ümumi təyinatlı, istifadəyə yararlı, soyuq silah hesab edilən ov bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 34 manat 38 qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Səidə Məmmədova
Məhkəmə qərarları › İş №1(032)-71/2024
Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-71/2024
04.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver