Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-71/2025 18.02.2026 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ saat 11:40-da Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Xəlilov Xəlil Elşən oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs Əlihüseyin oğlunun iştirakı ilə, xx.xx.1968-ci il tarixdə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə 2 (ik) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzasını çəkib qurtarmış, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Əlihüseyin oğlunun Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şirvan şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : Təqsirləndirilən şəxs Əlihüseyin oğlu satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddəni əldə etmə, saxlama, daşıma cinayət əməlini törəmişdir. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi olmamaqla istintaqa məlum olmayan mənbədən və vaxtda xeyli miqdarda yəni, 0,339 qram psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib, üzərində daşımaqla saxlamış, 31 yanvar 2025-ci il tarixdə, saat 16:49 dəqiqədə Şirvan şəhər polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində Şirvan şəhəri, Nizami küçəsində saxlanaraq üzəri yoxlanılan zaman əynində olan kostyumun sol yan cibində 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi-0,339 qram psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə baxışında Təqsirləndirilən şəxs Əlihüseyin oğlu ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ibtidai araşdırma zamanı vermiş olduğu ifadələri təsdiq etdi və bildirdi ki, o, əvvəllər narkotik vasitələrdən istifadə etmişdir. xx.xx.2025-ci il tarixdə saat təxminən 16:42-də Şirvan şəhərində olan evlərindən soyuducunun çalışmadığını görmüş usta çağırmaq üçün Demanlı adlanan küçəyə getmiş, yerdə 01 ədəd şəffaf sellofan büküm görmüş, marağını cəlb etdiyindən onu götürmüş, içərisinə baxdıqda əvvəllərdə istifadə etdiyinə tanıdığı “Patı”, yəni metamfetamin olduğunu görmüşdür. O, həmin sellofan bükümü nə vaxtsa lazım olarsa istifadə etmək məqsədi ilə cibində saxlamışdır. Şirvan şəhəri Nizami küçəsində olarkən tanımadığı şəxslər ondan ünvan soruşmuş, o cavab vermək istədiyi zaman həmin şəxslər avtomobildən enib ona yaxınlaşıb polis olduqlarını bildirərək ona hüquqlarını izah etmiş, üzərində narkotik vasitə olub-olmamasını soruşmuşlar. O da əynində olan kostyumun sol yan cibində olan 01 ədəd şəffaf sellofan bükümü çıxararaq təhvil vermişdir. Onlar həmin kütləni qablaşdıraraq yanında möhürləmişlər. Daha sonra Şirvan şəhər Polis Şöbəsinə gətirilmiş, Şirvan şəhər Polis Şöbəsinə gətirildikdən sonra vəkilin iştirakı ilə həmin qablaşdırılmış əşyaya yenidən baxış keçirilmiş, aşkar olunmuş psixotrop maddə onun və vəkilinin yanında yenidən açılaraq tərəzidə çəkilmiş, daha sonra tərtib edilmiş protokola o və digər iştirakçılar tərəfindən imza edilmişdir. Əməlindən peşmandır. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Şahid1 göstərdi ki, hazırda Şirvan şəhər polis şöbəsinin CAB-ın əməliyyat müvəkkili vəzifəsində işləyir. 31 yanvar 2025-ci il tarixdə xidmətdə olarkən ünvan 3 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs qanunsuz yolla əldə etdiyi narkotik vasitə və psixotrop maddələri üzərində gəzdirməklə və istehlakı ilə məşğuldur və hazırda Şirvan şəhəri Nizami küçəsində hərəkətdədir Bu səbəbdən əməliyyat-axtarış tədbirini keçirmək üçün tərəfindən rəhbərliyi altında PŞ-nin Narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili, polis leytenantı Şahid3 və Əməliyyat rabitə qrupunun kiçik inspektoru, polis serjantı Şahid4 iştirakı ilə əməliyyat qrupu təşkil olunmuşdur. 31 yanvar 2025-ci il tarixdə saat 16:49-da Şirvan şəhəri, Nizami küçəsində Təqsirləndirilən şəxs hərəkətdə olduğunu görmüşlər, ona yaxınlaşmışlar, onu həmin yerdə diqqətini yayındırmaq məqsədi ilə ondan ünvan soruşmuşlar və həmin vaxt Təqsirləndirilən şəxs hərəkətini dayandıraraq onlara cavab vermək istəmiş, dərhal onlar nəqliyyat vasitəsini saxlamış və həmin vaxt Təqsirləndirilən şəxs yayınmaq istəsə də buna imkan verməmişlər. Təqsirləndirilən şəxs özlərini təqdim etmiş, onun üzərində hər hansı qadağan olunmuş əşya və ya predmetin olmasını həmçinin narkotik vasitə və ya psixotrop maddə olub-olmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs üzərində psixotrop maddə olduğunu etiraf edərək onu tapdığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində olan psixotrop maddəyə bənzər kütləni təqdim etmək istəsə də ona bildirmişlər ki, hərəkətini dayandırsın və videoçəkilişlə onun üzərində şəxsi axtarış keçirmişlər. Həmin vaxt onun əynində olan tünd göy rəngli kostymun sol yan cibindən şəffaf rəngli sellofan bükümdə 01 ədəd psixotrop maddəyə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Daha sonra aşkar olunmuş predmet qablaşdırılaraq 55 nömrəli möhürlə möhürlənmişdir. Təqsirləndirilən şəxsə qarşı Şirvan şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən psixi və ya fiziki zorakılıq olmamışdır. Cəza təyin edilərkən babası Şirin Şükürovun “X12” iştirakçısı olmaqla “X9masının, özünün bir neçə xəstəlikdən, o cümlədən ağır böyrək çatışmazlığından əziyyət çəkməsinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında dindirilmiş şahidlər Şirvan şəhər Polis Şöbəsinin NH-nin məsul növbəçisi Şahid3 və Şirvan polis şöbəsinin Əməliyyat Rabitə qrupunun kiçik inspektoru, Polis Baş Serjantı Şahid4 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları bir daha təsdiq etmişlər. Məhkəmə iclasında cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs Əlihüseyin oğlunun üzərinə baxış keçirilməsini əks etdirən videoçəkilişlərə baxış keçirilmişdir. Videoçəkilişlərdən görünür ki, Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli kostyumun sol yan cibindən şəffaf rəngli sellofan bükümdə 01 ədəd psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Aşkar edilərək götürülmüş 01 ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminin qablaşdırıldığı bir ədəd zərf təkrar açılaraq həmin bükümə baxış keçirilmişdir. Həmin büküm açıldıqda içərisində kristallik formada psixotrop maddə metamfetaminə oxşar kütlə aşkar edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzəri yoxlanılan zaman aşkar edilərək götürülmüş 1 ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlənin çəkisi elektron tərəzidə ölçülmüş və psixotrop maddə metamfetaminə bənzər kütlənin çəkisin 0,43 qram olmuşdur. Sonra isə həmin 1 ədəd büküm qablaşdırılaraq möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Baxış zamanı sorğu edilərkən Təqsirləndirilən şəxs həmin psixotrop maddəyə oxşar kütləni evdən çıxaraq usta axtarmağa gedən zaman yerdən tapdığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş : xx.xx.2025-ci il tarixli “əməliyyat-axtarış tədbirinin nəticəsində götürülmüş əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” protokol və əlavə edilmiş DVD diskdən görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd sellofan bükümdə psixotrop maddə metanfetaminin qablaşdırıldığı bir ədəd zərf təkrar açılaraq həmin bükümə baxış keçirilmişdir. Həmin bükümü açdıqda içərisində kristallik formada psixotrop maddə metamfetaminə oxşar kütlə aşkar edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzəri yoxlanılan zaman aşkar edilərək götürülmüş 1 ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlənin çəkisi elektron tərəzidə ölçülmüş və psixotrop maddə metamfetaminə bənzər kütlənin çəkisin 0,43 qram olmuşdur. Sonra isə həmin 1 ədəd büküm qablaşdırılaraq möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Baxış zamanı sorğu edilərkən Təqsirləndirilən şəxs həmin psixotrop maddəyə oxşar kütləni evdən çıxaraq usta axtarmağa gedən zaman yerdən tapdığını bildirmişdir. 31 yanvar 2025-ci il tarixli “əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və əşyarların götürülülməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli kostyumun sol yan cibindən şəffaf rəngli sellofan bükümdə 01 ədəd psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. xx.xx.2025-ci il tarixli “cinayət törətməkdə şübhə edilən şəxsi tutmaq haqqında protokoldan” görünür ki, Təqsirləndirilən şəxs Əlihüseyin oğlunun azadlığı xx.xx.2025-ci il tarixdə, saat 16:49 dəqiqədən məhdudlaşdırılmış, xx.xx.2025-ci il tarixdə, saat 18:35-də şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2025-ci il tarixli cinayət işinin başlanması vəə icraata qəbul olunması barədə qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanması və icraata qəbul edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X10 Bölməsinin 01 fevral 2025-ci il tarixli, 18/80 saylı rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs ...” sözləri və imzaları olan kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi – 0,339 qram olan maddə kustar üsullar hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetaminin təmiz çəkisi 0,339-qram, tədqiqatda sərf edildi - 0,05 qram, qalıq – 0,289 qram. xx.xx.2025-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Əlihüseyin oğlu ********* nömrəli cinayət işi üzrə xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. xx.xx.2025-ci il tarixli “qətimkan tədbirinin seçilməsi barədə” qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs Əlihüseyin oğlu barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X21 X18- Narkoloji tibbi yoxlamanın xx.xx.2025-ci il tarixli 1294 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məvburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünün surətindən görünür ki, Məmmədov X7 şəhər Məhkəməsin xx.xx.2023-cü ildə hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-cü maddəsi ilə təqsirli bilinərək Azərbaycan Respublikası CM-nin 69.3-ci maddəsinə əsasən 2 (ik) il 5 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Şirvan şəhəri üzrə İcra və probasiya Şöbəsinin xx.xx.2026-cı il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Əlihüseyin oğlu xx.xx.2026-cı il tarixdə cəzasını tam çəkib qutarmış və o, probasiya qeydiyyatdan çıxarılmışdır. Hazırda məhkumluğu olan şəxsdir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli 65 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs Əlihüseyin oğlunun bədən səthində heç bir xəsarət aşkar olunmamışdır. Şirvan şəhər Mərkəzi Xəstəxanası publik hüquqi şəxsinin xx.xx.2025-ci il tarixli 18- 1-35/2-253/2025 saylı məktubundan görünür ki, Məmmədov X7 şəhər Mərkəzi Xəstəxanası PHŞ-in Poliklinika şöbəsinin ruhi-əsəb kabinetində qeydiyyatda yoxdur. Narkoloji kabinetdə “ opioidlərin qəbulu nəticəsində narkomaniya xəstəliyi” diaqnozu ilə qeydiyyatdadır. Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin 28 fevral 2025-ci il tarixli, 651 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair pisxi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və həmin hərəkətlərini idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törədiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda öz əməlini öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əvəllər hər hansı psixi xəstəlik keçirməsi müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək və onlar barəsində istintaqa düzgün ifadə vermək qabiliyyətindədir. Təqsirləndirilən şəxs yalan danışmağa və özündən qondarma fikirlər söyləməyə patoloji meyl yarada bilən hər hansı psixi xəstəlik müəyyən olunmamışdır. Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 X22 Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2025-ci il tarixli, 1546 nömrəli arayışdan görünür ki, Məmmədov X7 şəhəri Ş.Şükürov küçəsi dalan 2, ev 1 A ünvanında qeydiyyatdadır. Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 X22 Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2025-ci il tarixli 90 nömrəli xasiyyətnamədə göstərilir ki, onun barəsində Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 X22 Ərazi Dairəsi üzrə Nümayəndəliyinə yazılı və ya şifahi heç bir şikayət daxil olmamışdır. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1968-ci ildə Əli-bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, atası X8, anası X3r. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.1941-ci ildə Əlibayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, atası X11, anası X5r. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər Şöbəsinin xx.xx.2026-cı il tarixli, 3-43-87/1-17/2026 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Əlihüseyin oğlunun mərhum babası 1910-cu il təvəllüdlü X2 Vətən Müharibəsində döyüşlərdə iştirak etmiş və SSRİ Ali Sovetinin rəyasət heyətinin xx.xx.1945-ci il tarixli fərmanı ilə “X17” adına layiq görülmüşdür. Əsas : № 007122 saylı vəsiqə. Ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs Əlihüseyin oğluna 2000-ci ildə xroniki pielonefrit , 2019-cu ildə hipertoniya xəstəliyi və 2023-cü ildə İİ tip şəkərli diabet xəstəliyi (hər iki aşağ ətrafın angiopatiyası) diaqnozu qoyulmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs Əlihüseyin oğlu tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyənləşdirilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının xeyli, külli və xüsusilə külli miqdarları müvafiq qanunlarla müəyyən olunur. Narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının müvafiq qanunlarla müəyyən edilmiş xeyli miqdarından aşağı olan miqdarı şəxsin inzibati məsuliyyətə cəlb edilməsinə əsas verən az miqdardır. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının” İİ siyahısının 118-ci bəndinə görə metamfetaminin xeyli miqdarı (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 2 qramdır. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs Əlihüseyin oğlunun üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin təmiz çəkisi 0,339 qram təşkil etmişdir ki, qeyd olunan siyahılara əsasən, həmin miqdar Təqsirləndirilən şəxs Əlihüseyin oğlunun cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Əlihüseyin oğlunun əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Əlihüseyin oğluna CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə cəza təyin edərkən qəsdin obyektinin narkotik vasitələrin qanunsuz dövriyyəsinin təşkil etməsini, cinayət əməlinin qəsdən törədilməsini və az ağır cinayətlər kateqoriyasına aid olması barədə cinayətin xarakterini, cinayətin ictimai təhlükəliliyini azalda bilən halın olmamasını nəzərə alır. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs Əlihüseyin oğlunun xəstəliyini, babası 1910-cu il təvəllüdlü X6 X13 döyüşlərdə iştirak etməsi və SSRİ Ali Sovetinin rəyasət heyətinin xx.xx.1945-ci il tarixli fərmanı ilə “X17” adına layiq görülməsi, əməlindən peşman olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal olduğunu nəzərə alır. Təqsirləndirilən şəxs Əlihüseyin oğlunun əməlində Azərbaycan Respublikası CMnin 61.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Göstərilənlərə əsasən məhkəmə, Təqsirləndirilən şəxs Əlihüseyin oğluna münasibətdə cəza məsələsini müzakirə edərək, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini xarakterizə edən halları və təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Əlihüseyin oğluna Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Əlihüseyin oğlunun xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində həbsdə olduğu 2 gün müddət 4 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq cəzasından çıxılmalı və onun üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Əlihüseyin oğlunun üzərinə Şirvan şəhəri ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00dək tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı işə düzəlməsi və ya iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs Əlihüseyin oğlu ərazi narkoloji dispanserində qeydiyyatda olması nəzərə alınmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Əlihüseyin oğlunun CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut olan və Şirvan şəhər Polis Şöbəsinin maddi sübutların saxlanılması anbarında saxlanılan tədqiqata sərf edildikdən sonra qalıq qalan 0,289 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Ekspertiza tədqiqatının dəyəri - 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik məbləğində pul Təqsirləndirilən şəxs Əlihüseyin oğlundan tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X1 (kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************,SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülməlidir. Cinayət işinə əlavə edilmiş bir ədəd “CD” disk və bir ədəd “DVD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 349-cu, 351-353cü, 356-cı, 358-ci, 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Əlihüseyin oğlu Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 01 (bir) il 02 (iki) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs Əlihüseyin oğlunun 31 yanvar 2025-ci il tarixdən, 02 fevral 2025-ci il tarixədək şübhəli şəxs qismində həbsdə olduğu 02 (iki) gün müddət 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs Əlihüseyin oğlunun üzərində qəti olaraq 01 (bir) il 01 (bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Əlihüseyin oğlunun üzərinə Şirvan şəhər ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs Əlihüseyin oğlu barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmün icrası Şirvan şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin, cəzasının əvvəli Təqsirləndirilən şəxs Əlihüseyin oğlunun Şirvan şəhər İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs Əlihüseyin oğlu ərazi narkoloji dispanserində qeydiyyatda olması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri - 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik məbləğində pul Təqsirləndirilən şəxs Əlihüseyin oğlundan tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X1 (kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. İş üzrə maddi sübut olan və Şirvan ŞPŞ-nin maddi sübutların saxlanılması anbarında saxlanılan tədqiqata sərf edildikdən sonra qalan 0,289 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Cinayət işinə əlavə edilmiş bir ədəd “CD” disk və bir ədəd “DVD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Aydan Məmmədli
Məhkəmə qərarları › İş №1(032)-71/2025
Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-71/2025
18.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver