Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(032)-74/2023 15.03.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Saat 09:40-da Şirvan şəhər Məhkəməsinin hakimi X4 oğlunun sədrliyi, Məmmədli Murad Sadiq oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X1, müdafiəçi Azərbaycan Respublikası Vəkillər X2 Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1993-cü ildə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Şirvan şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 15 fevral 2023-cü il tarixdə saat 23 radələrində yaşadığı Şirvan şəhəri, Xaqani küçəsində qonşusu X3 ilə aralarında şəxsi münasibətlərin pozulması zəminində baş vermiş mübahisə zamanı qəsdən sonuncunu yumruqla sol sifət nahiyəsinə bir neçə dəfə vuraraq, Fərid Kərimliyə sol gözətrafı yumşaq toxumaların şişkinlik-qançırı, sol göz almasına qansızma kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirməklə qəsdən Fərid Kərimlinin sağlamlığına yüngül zərər vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadə verib göstərdi ki, Fərid Kərimli ilə 10 ildən artıq müddətdir ki, qonşudur. Bu vaxta kimi qonşuluq münasibətləri normal olmuşdur. 15 fevral 2023-cü il tarixində o, gecə saat 23 radələrində Fəridin yaşadığı məhəllədən keçərək yaşadığı evə getmişdir. Bu vaxt qonşusu Fərid onu səsləyərək yanına çağırmışdır. O, Fəridin yanına gedərək onunla salamlaşmışdır. Daha sonra Fərid ona iş axtarmasını və ona bu barədə köməklik etməyini demişdir. Fərid onunla kobud danışmış, o da bu vaxt Fəridə hirslənmişdir. Daha sonra isə yanından ayrılıb getmişdir. Fəridin yanından ayrıldıqdan sonra Fəridin onun arxasınca nalayiq ifadələr söyləməsini eşitmişdir. Bu vaxt Fəridə yaxınlaşaraq, sonuncudan onun barəsində demiş olduğu ifadələrə görə üzr istəməsini tələb etmişdir. Lakin Fərid təkrar onu söyməyə davam etmişdir. O da bu vaxt əsəbləşərək artıq özünü saxlaya bilməyərək, Fəridin sol üz nahiyəsinə bir neçə dəfə yumruqla xəsarət yetirmiş, Fərid özünü saxlaya bilməyərək yerə yıxılmışdır. Daha sonra Fərid onun xəsarət yetirməyi ilə bağlı polisə müraciət edəcəyini bildirmişdir. O da əsəbi olduğundan oradan yayınaraq, yaşadığı ünvana getmişdir. Münaqişə təxminən 5 dəqiqəyə yaxın davam etmişdir. Münaqişə zamanı ətrafda heç kəs olmamışdır. Fəridə xəsarət yetirən zaman heç bir silah və ya silah qismində olan əşyadan istifadə etməmişdir. Yalnız Fəridin sol üz nahiyəsinə bir neçə dəfə yumruqla xəsarət yetirmişdir. Etdiyi əməldən peşmandır. X3 ilə barışmış və ona dəymiş ziyanı aradan qaldırmışdır. İşin icraatına xitam verilməsini xahiş etdi və bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X3 ifadə verib göstərdi ki, Təqsirləndirilən şəxsla 10 ildən artıq müddətdir ki, qonşuluq münasibətləri vardır. Bu vaxta kimi Farizlə onun münasibətləri yaxşı olmuşdur. 15 fevral 2023-cü il tarixində o, saat 23 radələrində yaşadığı ünvandan çıxaraq yaşadığı evin qarşısında dayanmışdır. İşsiz olduğundan bir xeyli maddi çətinlikləri vardır. Bu vaxt qonşusu Fariz onun yanından keçirmişdir. O, Farizi səsləyərək yanına çağırmışdır. Fariz ona yaxınlaşaraq salamlaşmışdır. O, Farizdən işləyib-işləməməsini maraqlanmışdır. Fariz isə onunla bu məsələ danışmayacağını əsəbi formada bildirmişdir. Farizin onunla əsəbi danışmamasını, ona yalnızca sual verdiyini təkrar söyləmişlər də, Fariz ona artıq nalayiq ifadələr işlədərək yanından çəkilmişdir. O da bu vaxt əsəbləşərək Farizin ünvanına nalayiq ifadələr işlətmişdir. Fariz onun söyüşlərini eşitdikdən sonra onun üzərinə hirslə gəlmişdir. Bu vaxt Fariz onun sol üz nahiyəsinə bir neçə dəfə yumruq zərbəsi vurmuşdur. O, bu vaxt özünü itirmiş və müvazinətini saxlamayaraq yerə yıxılmışdır. Daha sonra isə ayağa qalxaraq Şirvan ŞPŞ-yə ərizə ilə müraciət edərək, Farizin onun sol üz nahiyəsinə yumruqla xəsarət yetirməsini bildirmişdir. Münaqişə təxminən 5 dəqiqəyə yaxın davam etmişdir. Fariz onu döyən zaman ətrafda heç kəs olmamışdır. Fariz onun yalnız sol üz nahiyəsinə bir neçə dəfə əli ilə yumruq vuraraq, onun sol üz nahiyəsinə xəsarət yetirmişdir. Hadisə yaşadığı ünvan 2 ünvanının qarşısında baş vermişdir. Həmin vaxt gecə olduğu üçün ətrafda heç kəs olmamışdır. Hazırda Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı hər hansı şikayəti və tələbi olmadığını bildirdi və bu barədə məhkəməyə ərizə təqdim etdi. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 16 fevral 2023-cü il tarixli, 64 nömrəli rəyində göstərilmişdir ki, X1 bədən səthində aşkar olunan xəsarətlər- sol gözətrafı yumşaq toxumaların şişkinlik-qançırı, sol göz almasına qansızma-küt əşya təsirindən törənmiş, yumruqla vurma nəticəsində əmələ gələ bilərdi. Müddəti qərarın təsviri hissəsində göstərilən 15 fevral 2023-cü il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlər ağırlıq dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistik informasiya idarəsindən göndərilmiş tələbnamənin cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan İş materiallarında olan Şirvan şəhər İHB-nın 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs adına veirlmiş xasiyyətnamədə göstərilir ki, onun barəsində nümayəndəliyə yazılı və şifahi məlumat daxil olmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 məhkəməyə ərizə təqdim edərək, hazırda Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam aradan qaldırıldığı, ondan heç bir şikayət və tələbi olmadığını göstərmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək, hazırda zərərçəkmiş şəxs X3 ilə barışdığını, dəymiş ziyanı aradan qaldırdığını, zərərçəkmiş şəxsin ondan heç bir şikayəti və tələbi olmadığını göstərib, barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə olan sadələşdirilmiş icraat materialının icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə araşdırılmış sübutların məcmununa qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə məhkəmə baxışı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətmişdir. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən, cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olması cinayət təqibini istisna edən hallardandır. Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən, həmin məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar məhkəmə baxışı gedişində cinayət təqibinə xitam verilməsi əsaslarındandır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını və ona dəymiş ziyanı tamamilə ödəməsini nəzərə alaraq hesab edir ki, o, Azərbaycan Respublikası CM-nin 73.2ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad olunmalı və icraata xitam verilməli, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CM-nin 73.2, Azərbaycan Respublikası CPM-nin 39.1.11, 43.1.2 və 321.2.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialının icraatına xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Qərardan elan olunduğu vaxtdan 20 gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Qərar apelyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən: Etibar Hümbətov
Məhkəmə qərarları › İş №1(032)-74/2023
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №1(032)-74/2023
15.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver