Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(032)-74/2025 02.07.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi, Xəlilov Xəlil Elşən oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri “Alfa” Vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1989-cu il tarixdə Cəbrayıl rayonu Çaxırlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, Cəbrayıl rayonu Çaxırlı kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şirvan şəhər Məhkəməsinin inzibati binasında məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai araşdırma orqanı tərəfindən ittiham olunur ondan ötrü ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə xeyli miqdarda dələduzluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Şirvan şəhər sakini Zərərçəkmiş şəxs övladı Şahid2 Fövqəladə Hallar Nazirliyində işə düzəltmək adı ilə yalan vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunmuş qəsdlə ondan oğlu Şahid2 vasitəsi ilə 24 avqust 2021-ci tarixdə Bakı şəhəri Binəqədi rayonu ərazisində 4000 manat pulu əlbəəl alaraq və 2021-ci ilin oktyabr ayında Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən “Elit” Ticarət Mərkəzi ərazisində quraşdırılmış “MilliÖN” ödəniş terminalı vasitəsi ilə 3000 manat pulu Şahid2 vasitəsi ilə istifadəsindəki 16 rəqəmi istintaqa məlum olmayan “Unibank” KB-yə məxsus kart hesabına köçürtdürməklə ələ keçirib, verdiyi vədə əməl etməyərək Zərərçəkmiş şəxs ümumilikdə 7000 (yeddi min) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Cinayət işi məhkəmənin icraatına daxil olmuş və məhkəmənin hazırlıq iclası 02 iyul 2025-ci il tarixdə təxirə salınmışdır. Məhkəmənin hazırlıq iclasında dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğu DİMÜİ-nin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı vəsatətlə məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işinin baxılmasına xitam verilməsi, onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması, Şirvan şəhər Polis şöbəsinin İstintaq bölməsinin baş müstəntiqi, polis mayoru Əhməd Baloğlanov barəsində xüsusi qərar çıxarılması və qətimkan tədbirinin dəyişdirilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, məhkəmənin hazırlıq iclasınadək müəyyən edilmişdir ki, cinayət işi üzrə məhkəməyədək icraat zamanı bir sıra kobud qanun pozuntularına yol verildiyindən məhkəmə tərəfindən cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilməsi və cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Belə ki, CPM-in 303.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud qanun pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. CPMin 303.3.1-ci maddəsinə görə təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün) kobud qanun pozuntusudur və bu qanun pozuntusuna yol verildikdə cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin qeyd edilən maddəsində sadalanan kobud prosessual pozuntular elə pozuntular hesab olunur ki, məhkəməyədək icraat zamanı yol verilmiş həmin pozuntuların başqa cür aradan qaldırılması və həmin pozuntular aradan qaldırılmadan təqsirləndirilən şəxsin məhkəməyə verilməklə müvafiq olaraq cinayət işinin məhkəmə baxışına təyin edilməsi barədə qərarın qəbul olunması qeyri-mümkündür. Azərbaycan Respublikası CPM-in 91.5.4 və 91.5.5-ci maddələrinə əsasən iş üzrə təqsirləndirilən şəxs həbsə alındığı və ya ittiham elan olunduğu andan müdafiəçiyə malik olmaq və müdafiəçinin yardımından pulsuz istifadə etmək hüququna malikdir. Cinayət işi üzrə məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxsin müdafiəçisi kimi iştirak edən “Alfa” vəkil bürosunun vəkili Müdafiəçi məhkəməyə vəsatət təqdim edərək bildirmişdir ki, ibtidai istintaqın sonrakı gedişində müqavilə əsasında Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş, ondan əvvəl isə Təqsirləndirilən şəxs hüquqlarını dövlət hesabına təyin edilmiş Şirvan şəhər hüquq məsləhətxanasının vəkili Valeh Vahidov müdafiə etmişdir. Məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxsin müdafiə hüququ pozulmuş, 26 noyabr 2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində dindirilərkən müdafiəçi iştirak etməmişdir. O, müdafiəçi kimi işə buraxılıb cinayət işinin materialları ilə tanış olarkən həmin dindirmə protokolunda müdafəçinin imzası mövcud olmamış, bundan başqa təqsirləndirilən şəxsin şahid Etibar İlyasovla xx.xx.2024-cü il tarixli üzləşdirmə protokolunda da müdafiəçinin imzası olmamışdır. Vəkil Müdafiəçi qeyd edilən sənədlərin fotoşəklini çəkərək vəsatətinə əlavə etmişdir. Təqsirləndirilən şəxs üzləşdirmə zamanı müdafiəçi Valeh Vahidovun iştirak etdiyini təsdiq etsə də, təqsirləndirilən şəxs kimi dindirilərkən müdafiəçinin iştirak etmədiyini bildirmişdir. Müdafiəçi məhkəməyə təqdim etdiyi, təqsirləndirilən şəxs qismində cəlb etmək barədə xx.xx.2024-cü il tarixli qərarın və qeyd edilən tarixli üzləşdirmə protokolunun vəsatətə əlavə edilmiş fotoşəkillərindən də görünür ki, qeyd edilən sənədlərdə müdafiəçi Valeh Vahidovun imzası mövcud deyildir və müdafiəçinin imzaları həmin sənədlərdə sonradan icra edilmişdir. Bu isə CPM-in 303-cü maddəsinin tələblərinə əsasən, məhkəmə tərəfindən cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini zəruri edir. Belə ki, işin faktiki hallarından göründüyü kimi, hazırkı cinayət işində Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində dindirilməsi zamanı müdafiəçi iştirak etməmişdir. Qeyd edilən bu pozuntular kobud prosessual pozuntu olmaqla nəticədə CPM-nin 303.3.1-ci maddəsinin tələblərinin pozulmasına gətirib çıxarmışdır. CPM-in 303-cü maddəsinin tələblərinə əsasən, məhkəmə tərəfindən cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini zəruri edir. Vəsatətdə göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-nin 84 və 303-ci maddələrini rəhbər tutaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işinin baxılmasına xitam verilməsi, onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsi və məhkəməyədək icraat zamanı Azərbaycan Respublikası CPM-nin tələblərinin kobud surətdə pozulmasına yol vermiş müstəntiq barəsində xüsusi qərar çıxarılması xahiş edilmişdir. Məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxsin müdafiəçisi Bakı şəhəri “Alfa” Vəkil bürosunun vəkili Müdafiəçi vəsatətlə məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işinin baxılmasına xitam verilməsi, onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, məhkəməyədək icraat zamanı 01 may 2025ci il tarixdə müdafiə tərəfinə səhifələnməmiş şəkildə təqdim olunmuş cinayət işinin materialları ilə tanış olarkən mobil telefondan istifadə edilməklə cinayət işinin materiallarının fotoşəkilləri çəkilmişdir. Lakin cinayət işinin materialları məhkəməyə daxil olduqdan sonra 26 may 2025-ci ildə artıq səhifələnmiş halda olan cinayət işinin materialları ilə tanış olarkən yenə iş materialarının fotoşəkilləri çəkilmişdir. Vəsatətə əlavə olunmuş şərti olaraq “0 istintaq materialları 10 səhifə”, “1 istintaq materilları-11 səhifə”, “2-istintaq materilları-16 səhifə” istintaq materillarına diqqət yetirdikdə həmin istintaq materilarınının səhifələnmədiyini aydın görünür. Lakin məhkmədə olan hazırkı cinayət işində həmin materiallarını səhifələndiyi görünür. Müstəntiq bundan istifadə edərək cinayət işinə iş materilları ilə tanış olan zamanı faktiki mövcud olmayan istintaq sənədləri əlavə etmişdir. Buna misal olaraq iş materialları ilə tanış olduqdan sonra müdafiə tərəfindən verilən xx.xx.2025-ci il tarixli vəsatətdə telefon danışıqlarına dair məlumatların əks olunduğu disklərə baxış keçirilməsinə dair protokolların olmadığı göstərilmişdir. Həmin vəsatətin rədd olunmasına dair 01 may 2025-ci il tarixli qərarda isə həmin disklərə baxış keçirilməsinə dair protokolun mövcud olduğu və iş materillarına əlavə olunduğu göstərilmişdir. Lakin həmin qərarda protokolların cinayət işinin hansı səhifəsində olduğu qeyd edilməmişdir. Həmin qərarda digər istinaq materialları ilə bağlı cinayət işinin səhifələrinə istinad edilməməsi həm cinayət işinin səhifələnmədiyini və onların cinayət işinə işlə tanış olunduqdan sonra əlavə olunduğunu təsdiq edir. Eyni zamanda, iş materialları ilə tanış olarkən cinayət işinin materiallarında Şahid2, Zərərçəkmiş şəxs, Şahid1 əlavə ifadələri, sonuncunun ifadəsinin yerində yoxlanılması protokolu iş materiallarında olmamışdır. İş materiallarına əlavə edilmiş qeyd edilən istintaq hərəkətləri faktki olaraq 06 may 2025-ci ildə aparılmışdır. Arif Rüstəmova təqsirləndlirilən şəxslə apardığı danışıqda bunu bildirmiş və həmin danışıq təqsirləndirilən şəxs tərəfindən mobil telefona yazılmışdır. Həmin səs yazısını təqdim edə bilərlər. Cinayət işinin 224-230 səhiəfəsinə müdafiəçinin vəsatəti, tərəfindən göndərilən vəsatətin mobil telefonunda qəbulu barədə mobil telefondan köçürülmüş fotoşəkil cinayət işinin 235 səhifəsinə əlavə edilmişdir. Həmin fotoşəkilin yuxarı hissəsində çərşənbə sonra müstəntiq Əhməd Baloğlanovun email ünvanı, aşağı hissəsində bu gun qeyd edilmişdir. Vəsatətin telefondan çıxarılmış və qeydiyyatı ştampında 01 may 2025-ci il yazılmış və “D qeydə alın” dərkənarında xx.xx.2025-ci il qeyd edilərək telefonunun bütün məlumatları saxtalaşdırılaraq həmin günə uyğunlaşdırılmışdır. Lakin onun telefonunda həmin vəsatət həm PDF və word formasında xx.xx.2025-cİ il tarixdə saat 09.03 və 09.07-də göndərildiyi, müstəntiq tərəfindən vəsatətin rədd edilməsinə dair qərarın göndərilməsi həmin gün saat 17.47-də qeyd edilmişdir. Bundar əlavə, vəsatət rəsmi olaraq 05 may 2025-ci il tarixdə təqsirləndirilən Nişanə Əzizov tərəfindən müstəntiqə təqdim olunmuş, onun qəbul edən Əhməd Baloğlanov qəsdən ona qəbul tarixini qeyd etməmişdir. Həmin vəsatətin bir nüsxəsi də xx.xx.2025-ci ildə prokurorluğa təqdim olunmuş və prokuror köməkçisi tərəfindən təqsirləndirilən şəxsdən qəbul olunmuşdur. Sonradan məlum olmuşdur ki, 06 may 2025-ci ildə ittiham aktı tərtib edilərək təsdiq olunması üçün şəhər prokurorluğuna təqdim edilmişdir. CPM-nin 287.1-ci maddəsinə görə cinayət işinin materialları ilə tanış olduqdan sonra müstəntiq təqsirləndirilən şəxsin, onun müdafiəçisinin, habelə zərər çəkmiş şəxsin, mülki iddiaçının, mülki cavabdehin və onların nümayəndələrinin əlavə istintaq hərəkətlərinin aparılması və ya yeni prosessual qərarların qəbul edilməsi barədə vəsatətlərinin olub-olmamasını aydınlaşdırır. Cinayət prosesi iştirakçısının xahişi ilə yazılı vəsatətin hazırlanması və verilməsi üçün 48 saatadək vaxt verilə bilər. Həmin məcəllənin 287.2-ci maddəsinə əsasən vəsatətin tam və ya qismən rədd edilməsi haqqında müstəntiq əsaslandırılmış qərar çıxarır və həmin qərarın surətini vəsatətin verildiyi andan 48 saatdan gec olmayaraq vəsatəti vermiş şəxsə təqdim edir. Vəsatət həll edilməyənədək cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilə bilməz. CPM-nin 287.3-ci maddəsində göstərilmişdir ki, müstəntiqin əlavə istintaq hərəkətlərinin aparılması və ya yeni prosessual qərarların qəbul edilməsindən imtina olunması barədə qərarından bu vəsatətin rədd edilməsi barədə qərarın surəti verildiyi vaxtdan 48 saat müddətində istintaqa prosessual rəhbərliyi həyata keçirən prokurora şikayət verilə bilər. Bütün bunlar göstərir ki, müstəntiq tərəfindən müdafiə tərəfinin hüquqlarını kobud surətdə pozularaq o, vəsatətin rədd olunmasına dair qərardan şikayət vermək hüququndan məhrum edilmişdir. AİHM-nin presedent hüququna görə, cinayət törətməkdə ittiham olunan hər kəsin vəkil tərəfindən səmərəli müdafiə olunmaq hüququ ədalətli məhkəmə araşdırmasının fundamental xüsusiyyətlərindən biridir (Salduz Türkiyəyə qarşı (BP), $ 51). Bir qayda olaraq, şübhəli polis məntəqəsində saxlandığı andan və ya məhkəməyəqədər həbsdə saxlanma zamanı hüquqi yardıma çatım imkanı ilə təmin olunmalıdır (Dayanan Türkiyəyə qarşı, $ 31). Belə ki, müstəntiq müstəntiq tərəfindən təqsirləndirilən şəxsin müdafiə hüquqları kobud surətdə pozulmuş, onu müdafiəçinin iştirakı olmadan dindirmişdir. Belə ki, müstəntiq 26 noyabr 2024-cü ildə təqsirləndirən şəxsi müdafiəçinin iştirakı olmadan dindirmişdir. (Həmin protokol vəsatətə əlavə olunur). Bundan əlavə, təqsirləndirilən şəxsin şahid Etibar İlyasovla üzləşmə aparlmasına dair istintaq hərəkəti də müdafiəçinin iştirakı olmadan keçirilmişdir. (həmin protokol vəsatətə əldavə olunur). Cinayət işinin materilları ilə məhkəmədə tanış olarkən cinayət işinin müvafıq olaraq 63-64, 92-94-cü səhifələrində isə həm Təqsirləndirilən şəxs, həm də müdafiəçinin imzaları vardır. Lakin müstəntiq tərəfindən müdafiə tərəfinə öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxt və imkan yaratmamışdır. Belə ki, 01 may 2025-ci ildə Təqsirləndirilən şəxs yenidən ittiham elan edilmiş, elə həmin gün ona istintaqın qurtarması barədə məlumat verilməklə, tanış olmaq üçün iş materialları təqdim edilmişdir. Beləliklə, təqsirləndirilən şəxsə yenidən ittiham olunduqdan sonra həmin qərarla bağlı vəsatət vermək, qərardan şikayət etmək imkanı yaradılmamış, öz müdafiəsini hazırlmamaq üçün vaxt verilməmişdir. X1 6cü maddəsinin 3-cü bəndinin, CPM-nin 19.4.3-cü maddəsinin tələbləri kobud surətdə pozulmuşdur. CPM-nin 303.3-cü maddəsinə görə təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması, məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284-286, 288-ci və ya 296.3.1-ci maddələrinin tələblərinin pozulması hesab olunur. Belə olan halda cinayət işinə xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar aşağıdakı kobud pozuntulara yol verildikdə çıxarılır. Təqsirləndirilnən şəxs Təqsirləndirilən şəxs məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı müdafiə hüququnun pozulduğunu, vəsatətin həlli məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Cinayət işi materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanması və icraatına qəbul edilmişdir. xx.xx.2024-cü il tarixli şübhəli şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində şübhəli şəxs qismində axtarış elan edilmişdir. xx.xx.2024-cü il tarixli cinayət işinin ibtidai istintaqının dayandırılması haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs yeri müəyyən edilib istintaqa təqdim olunanadək icraat dayandırılması qərara alınmışdır. xx.xx.2024-cü il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər ərazisində yeri müəyyən edilərək tutulmuş və Şirvan şəhər X2 Hissəsinə təhvil verilmişdir. xx.xx.2024-cü il tarixli cinayət işinin icraatının təzələnməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir. xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir. xx.xx.2024-cü il tarixli başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. xx.xx.2025-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə yenidən ittiham elan edilmişdir. ittiham aktından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə ittiham aktı xx.xx.2025-ci il il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Şirvan şəhər prokuroru Kamal Talıbov tərəfindən təsdiq edilərək, iş baxılması üçün Şirvan şəhər məhkəməsinə göndərilmişdir; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin : 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının cinayət qanunu bu Məcəllədən ibarətdir. 1.2-ci maddəsinə əsasən bu Məcəllə Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanır. 5.1-ci maddəsinə əsasən əməlin cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. 8-ci maddəsinə əsasən cinayət mühakimə icraatının vəzifələri şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi hallarından qorumaq; cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək; hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün fiziki şəxslər tərəfindən törədilən cinayətlərə görə hüquqi şəxslər barəsində cinayət-hüquqi tədbirlər tətbiq etməkməkdən ibarətdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin : 9.2-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda cinayət prosesi prinsiplərinin və ya şərtlərinin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər. 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. 12.3-cü maddəsinə əsasən cinayət prosesi gedişində hər kəsin özünün Konstitusiya ilə təsbit edilmiş hüquq və azadlıqlarını qanunla qadağan edilməyən bütün üsul və vasitələrlə müdafiə etməyə hüququ vardır. 90.6-cı maddəsinə əsasən cinayət təqibini həyata keçirən təhqiqatçı, müstəntiq və ya prokuror şübhəli şəxsin hüquqlarını təmin etməli və ona qanunla qadağan edilməyən bütün vasitə və üsullardan istifadə etməklə müdafiə hüququnu həyata keçirməsinə mane olmamalıdır. 91.4-cü maddəsinə əsasən müstəntiq, prokuror və ya məhkəmə təqsirləndirilən şəxsin hüquqlarını təmin etməli və ona qanunla qadağan edilməyən bütün vasitə və üsullardan istifadə etməklə müdafiə hüququnu həyata keçirməsinə mane olmamalı və ona müdafiəyə hazırlıq üçün kifayət qədər vaxt verməlidir. 91.5.1-ci maddəsinə əsasən, “nədə təqsirləndirildiyini bilmək (ittihamın məzmunu, verilmiş ittihamın “faktiki tərəfi” və “hüquqi tövsifi”)”; 91.5.4-cü maddəsinə əsasən, həbsə alındığı və ya ittiham elan olunduğu andan müdafiəçiyə malik olmaq; 91.5.5-ci maddəsinə əsasən, müdafiəçinin yardımından pulsuz istifadə etmək təqsirləndirilən şəxsin hüququdur. 287.1-ci maddəsinə görə cinayət işinin materialları ilə tanış olduqdan sonra müstəntiq təqsirləndirilən şəxsin, onun müdafiəçisinin, habelə zərər çəkmiş şəxsin, mülki iddiaçının, mülki cavabdehin və onların nümayəndələrinin əlavə istintaq hərəkətlərinin aparılması və ya yeni prosessual qərarların qəbul edilməsi barədə vəsatətlərinin olubolmamasını aydınlaşdırır. Cinayət prosesi iştirakçısının xahişi ilə yazılı vəsatətin hazırlanması və verilməsi üçün 48 saatadək vaxt verilə bilər. 287.2-ci maddəsinə əsasən vəsatətin tam və ya qismən rədd edilməsi haqqında müstəntiq əsaslandırılmış qərar çıxarır və həmin qərarın surətini vəsatətin verildiyi andan 48 saatdan gec olmayaraq vəsatəti vermiş şəxsə təqdim edir. Vəsatət həll edilməyənədək cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilə bilməz. 287.3-ci maddəsində göstərilmişdir ki, müstəntiqin əlavə istintaq hərəkətlərinin aparılması və ya yeni prosessual qərarların qəbul edilməsindən imtina olunması barədə qərarından bu vəsatətin rədd edilməsi barədə qərarın surəti verildiyi vaxtdan 48 saat müddətində istintaqa prosessual rəhbərliyi həyata keçirən prokurora şikayət verilə bilər. 299.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. 299.3-cü maddəsinə əsasən, hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında aparılmış ibtidai araşdırma zamanı bu Məcəllənin tələblərinin pozulub-pozulmaması barədə məsələlərə baxılır. 303.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. 303.2-ci maddəsinə əsasən, cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması məhkəmənin əsaslandırılmış qərarı ilə həyata keçirilir. 303.3.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün), eləcə də 303.3.8-ci maddəsinə əsasən, məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284-286, 288-ci və ya 296.3.1-ci maddələrinin tələblərinin pozulması müəyyən edildikdə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılır. Göstərilənlər bilavasitə təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntular hesab edilir. Hüquqi məsələlər: “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi üzrə təmin edilən minimal müdafiə hüquqları sırasında şəxsin nədə ittiham olunduğunu bilməsi cinayət qanununda nəzərdə tutulan cinayəti törətməsi barədə elan edilən ittihamın xarakteri və məzmununun ona aydın olmasını ehtiva edir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsinin 3-cü maddəsinə görə cinayət törətməkdə ittiham olunan hər kəs ən azı aşağıdakı hüquqlara malikdir: a) ona qarşı irəli sürülmüş ittihamın xarakteri və əsasları haqqında onun başa düşdüyü dildə dərhal və ətraflı məlumatlandırılmaq; b) öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxta və imkana malik olmaq və s. “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi, Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 19 yanvar 2006-cı il tarixli, 352 saylı Fərmanı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi işini təşkil etsinlər və onu məhkəmə təcrübəsində nəzərə alsınlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Satşaşvili Almaniyaya qarşı işi” üzrə 15 dekabr 2015-ci il tarixli qərarında göstərilmişdir ki, 6-cı maddənin “3 d” bəndinin təsbit etdiyi bu prinsipə görə təqsirləndirilən şəxs məhkum edilməzdən əvvəl adətən ona qarşı bütün sübutlar onun iştirakı ilə keçirilən açıq dinləmədə ona təqdim edilməlidir ki, o, əks arqumentini irəli sürə bilsin. Məhkəmə yuxarıda sadalanan qanunvericiliyin tələblərini rəhbər tutaraq, qeyd etməyi zəruri hesab edir ki, məhkəmənin hazırlıq iclası məhkəmə baxışının hazırlanmasında və keçirilməsində əhəmiyyətli rol oynamaqla məhkəmə baxışında aradan qaldırılması mümkün olmayan qüsur və çatışmazlıqları olan cinayət işlərinin və ya cinayət təqibi ilə bağlı digər materialların məhkəmə baxışına keçməsinin qarşısını alır. Cinayət işi üzrə müəyyən edilmişdir ki, cinayət işi üzrə məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxsin müdafiəçisi kimi iştirak edən “Alfa” vəkil bürosunun vəkili Müdafiəçi ibtidai istintaqın sonrakı gedişində müqavilə əsasında Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş, ondan əvvəl isə Təqsirləndirilən şəxs hüquqlarını dövlət hesabına təyin edilmiş Şirvan şəhər hüquq məsləhətxanasının vəkili Valeh Vahidov müdafiə etmişdir. Məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxsin müdafiə hüququ pozulmuş, 26 noyabr 2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində dindirilərkən müdafiəçi iştirak etməmişdir. Müdafiəçi kimi işə buraxılıb cinayət işinin materialları ilə tanış olarkən dindirmə protokolunda müdafəçinin imzası mövcud olmamış, bundan başqa təqsirləndirilən şəxsin şahid Etibar İlyasovla xx.xx.2024-cü il tarixli üzləşdirmə protokolunda da müdafiəçinin imzası olmamışdır. Vəkil Müdafiəçi qeyd edilən sənədlərin fotoşəklini çəkərək vəsatətinə əlavə etmişdir. Təqsirləndirilən şəxs üzləşdirmə zamanı müdafiəçi Valeh Vahidovun iştirak etdiyini təsdiq etsə də, təqsirləndirilən şəxs kimi dindirilərkən müdafiəçinin iştirak etmədiyini bildirmişdir. Müdafiəçi məhkəməyə təqdim etdiyi, təqsirləndirilən şəxs qismində cəlb etmək barədə xx.xx.2024-cü il tarixli qərarın və qeyd edilən tarixli üzləşdirmə protokolunun vəsatətə əlavə edilmiş fotoşəkillərindən də görünür ki, qeyd edilən sənədlərdə müdafiəçi Valeh Vahidovun imzası mövcud deyildir və müdafiəçinin imzaları həmin sənədlərdə sonradan icra edilmişdir. Bundan başqa, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 10:05-də CM-nin 178.2.4-cü maddəsi ilə yenidən ittiham elan edilmiş, o, saat 10:15-dən 11:10-a kimi təqsirləndirilən şəxs qismində dindirilmiş, həmin gün müdafiəçi ilə birlikdə saat 11:55-dən 13:05-ə kimi cinayət işinin materialları ilə tanış olmuşlar. Müdafiəçi iş materialları ilə tanış etmə protokolunda cinayət işinin bütün materialları ilə tanış olduğunu, zəruri iş materialları təqdim edildikdən sonra vəsatət verəcəyini qeyd etmişdir. Müstəntiq tərəfindən təqsirləndirilən şəxsə yenidən ittiham elan olunduqdan sonra həmin qərarla bağlı, eləcə də iş materialları ilə tanış olduqdan sonra vəsatət vermək, qərardan şikayət etmək imkanı yaradılmamış, öz müdafiəsini hazırlamaq üçün vaxt verilməmişdir. Həmin gün həmçinin, müdafiəçinin vəsatətinin hazırlanması və Şirvan ŞPŞ-nə daxil olması, müstəntiqin də məhz həmin gün, yəni xx.xx.2025-ci il tarixdə vəsatətin rədd edilməsi barədə qərar qəbul etməsi də vaxt baxımından inandırıcı deyildir. Bununla da müstəntiq tərəfindən Azərbaycan Respublikası CPM-nin 303.3.1 və 303.3.8-ci maddələrinin tələbləri kobud surətdə pozulmaqla ittiham aktı tərtib edilərək təsdiq olunması üçün şəhər prokurorluğuna təqdim edilmişdir . Beləliklə, məhkəmə cinayət işi materiallarını nəzərdən keçirib, hesab edir ki, məhkəmə hazırlıq iclasında dövlət ittihamçısı və müdafiəçi tərəfindən verilmiş vəsatət təmin edilməli, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.4cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəməyədək icraat zamanı aradan qaldırılmadan, müvafiq olaraq cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntulara yol verildiyinə görə cinayət işinin baxılmasına xitam verilərək cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri öz qüvəsində saxlanılmalı və məhkəməyədək icraat zamanı Azərbaycan Respublikası CPM-nin tələblərinin kobud surətdə pozulmasına yol vermiş müstəntiq barəsində xüsusi qərar çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 303.1, 303.2, 303.3.1-ci və 303.3.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Dövlət ittihamçısı və müdafiəçi tərəfindən verilmiş vəsatət təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri öz qüvəsində saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Hakim: Aydan Məmmədli
Məhkəmə qərarları › İş №1(032)-74/2025
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №1(032)-74/2025
02.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver