Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-75/2024 18.09.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Saat 10:30-da Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçilər Azərbaycan Respublikası Vəkillər Kollegiyası Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 Ağamməd oğlu və Müdafiəçi2, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 iştirakları ilə, xx.xx.1994-cü ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Salyan rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, 02 il 02 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına, həmin Məhkəmənin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 67.1-ci maddəsinə əsasən qəti olaraq 09 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, məhkumluğu olan, Salyan rayonu, Qaraçala qəsəbəsi, Çadırlı kəndində qeydiyyatda olmaqla yaşamış, Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə xx.xx.1994-cü ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Salyan rayonu, Çadırlı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şirvan şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən özgənin əmlakını gizli olaraq talamaqla oğuluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, 06 yanvar 2024-cü il tarixdə saat 15 radələrində Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsi ərazisində qrup üzvü Təqsirləndirilən şəxs1 məxsus «VAZ 2107» markalı, **- BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən, yolunun kənarında çöllükdə Zərərçəkmiş şəxs məxsus 40 kiloqram çəkidə, dişi cinsli 250 manat dəyərində bir baş xırdabuynuzlu heyvanı görüb, əvvəlcədən aralarında olan razılığa əsasən Təqsirləndirilən şəxs1 avtomobili yolun kənarında saxladıqdan sonra birlikdə qeyd olunan bir baş xırdabuynuzlu heyvanı tutub, avtomobilin arxa yük yerinə qoymaqla gizli olaraq talayıb, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 250 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, 06 yanvar 2024-cü il tarixdə saat 15 radələrində Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsi ərazisində özünə məxsus «VAZ 2107» markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən, yolun kənarında çöllükdə Zərərçəkmiş şəxs məxsus 40 kiloqramm çəkidə, dişi cinsli 250 manat dəyərində bir baş xırdabuynuzlu heyvanı görüb, əvvəlcədən aralarında olan razılığa əsasən avtomobili yolun kənarında saxladıqdan sonra qrup üzvü Təqsirləndirilən şəxs2la birlikdə qeyd olunan bir baş xırdabuynuzlu heyvanı tutub, avtomobilin arxa yük yerinə qoymaqla gizli olaraq talayıb, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 250 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Salyan rayon sakini Təqsirləndirilən şəxs1 onun qonşusudur. Təqsirləndirilən şəxs1 ilə münasibətləri normaldır. 06 yanvar 2024-cü il tarixdə saat 14 radələrində Təqsirləndirilən şəxs1 ilə birlikdə yaşadığı Salyan rayonu, Qaraçala qəsəbəsi, Çadırılı kəndində olmuşdur. Təqsirləndirilən şəxs1 ona bildirmişdir ki, özünə məxsus olan “VAZ 2199” markalı avtomobilini Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsində yaşayan Rəşad adlı şəxsə vermiş, Rəşad da “VAZ 2107” markalı avtomobilini ona vermiş, Rəşada verdiyi avtomobildə əşyaları qalmışdır. Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsinə gedib həmin əşyaları Rəşaddan götürmək istəyir, birlikdə Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsinə getsinlər. O, Elşənlə razılaşmışdır. Elşənə məxsus olan “VAZ 2107” markalı avtomobilə əyləşmişlər. Elşən avtomobili idarə etmiş, Elşənlə birlikdə Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsinə Rəşad adlı şəxsin evinə getmişlər. Rəşad əşyaları Elşənə verdikdən sonra Elşənlə birlikdə Salyan rayonuna geri qayıtmaq üçün yola düşmüşlər. Rəşadgilin evindən bir qədər kənarlaşdıqdan sonra yolun kənarında 1 baş qoyunun otladığını görmüşlər. Elşən avtomobilini saxlamış, ona bildirmişdir ki, Bakı şəhərində yaşayan 2 nəfər qadınla tanış olmuş, həmin qadınları Salyan rayonuna gətirmək istəyir, birlikdə yolun kənarında olan qoyunu oğurlayıb satsınlar, pulu həmin qızlara versinlər, qızlar Salyan rayonuna gəlsin. O, Elşənlə razılaşmışdır. Yolun kənarında, açıq sahədə otlayan qoyunu oğurlamaq qərarına gəlmişlər. Elşənlə avtomobildən düşərək qoyunun üzərinə gedib tutmuşlar, sonra qoyunu avtomobilin yük yerinə qoymuşlar. Həmin vaxt ətrafda heç kim olmamışdır. Onlar avtomobilə əyləşib həmin ərazidən Salyan rayonu, Çadırlı kəndində getmişlər. Çadırlı kəndinə çatdıqda Rəşad Elşənə zəng vurmuş, bildirmişdir ki, ona küçələrindən qoyun oğurladığını demişlər. Elşən Rəşada demişdir ki, qoyunu gətirib qaytarır. Elşənlə Salyan rayonu Çadırlı kəndindən Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsi istiqamətində hərəkətə başlamışlar. Yolda olduqları zaman polis əməkdaşları avtomobillərinə yaxınlaşmış, onlara bildirmişlər ki, qoyun oğurluğunda şübhəlidirlər. Onları Şirvan ŞPŞnə dəvət etmişlər. Sonra Şirvan ŞPŞ-nə qoyunun yiyəsi Zərərçəkmiş şəxs gəlmişdir. O və Elşən 1 baş qoyunu avtomobilin yük yerindən götürüb Zərərçəkmiş şəxs vermişlər. Təqsirləndirilən şəxs2 ifadəsində həmçinin göstərmişdir ki, polis əməkdaşları tərəfindən ona heç bir təsir və təziq göstərilməmişdir. Hal-hazırda zərərçəkmiş şəxslə barışmış, ona dəymiş ziyan ödənilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təqribən bir ilə yaxındır ki, Bakı şəhərində yaşayan Nərmin adlı qadınla sosial şəbəkədə danışır. Sonuncu dəfə 05 yanvar 2024-cü il tarixdə danışan zaman Nərmin ona bildirmişdir ki, rəfiqəsi də vardır, ümumilikdə 50 manat pul olsa rəfiqəsi ilə birlikdə Salyan rayonuna gələ bilər. O, Nərminə demişdir ki, pulu olsa ona dəyəcək. Salyan rayon sakini Təqsirləndirilən şəxs2 onun qonşusudur. Təqsirləndirilən şəxs2 ilə münasibətləri normaldır. 06 yanvar 2024-cü il tarixdə saat 14 radələrində Təqsirləndirilən şəxs2 ilə birlikdə yaşadığı Salyan rayonu, Qaraçala qəsəbəsi, Çadırılı kəndində olmuşdur. O, Təqsirləndirilən şəxs2 bildirmişdir ki, özünə məxsus olan “VAZ 2199” markalı avtomobilini Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsində yaşayan Rəşad adlı şəxsə vermiş, Rəşad da ona “VAZ 2107” markalı avtomobilini vermişdir. O, Xəyala bildirmişdir ki, Rəşada verdiyi avtomobildə əşyaları qalmışdır. Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsinə gedib həmin əşyaları Rəşaddan götürmək istəyir. Xəyal onunla razılaşmışdır. Xəyal ona məxsus olan “VAZ 2107” markalı avtomobilə əyləşmiş və o, avtomobili idarə etmişdir. Xəyalla birlikdə Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsinə getmişlər. Rəşad adlı şəxsin evinə getmiş və sonuncu əşyaları ona vermişdir. Xəyalla birlikdə Salyan rayonuna geri qayıtmaq üçün yola düşmüşlər. Rəşadgilin evindən bir qədər kənarlaşdıqdan sonra yolun kənarında 1 baş qoyunun otladığını görmüşlər. O, avtomobilini saxlamışdır. Avtomobildə Xəyala bildirmişdir ki, Bakı şəhərindən 2 nəfər qızla tanış olmuş, həmin qızları Salyan rayonuna gətirmək istəyir, qoyunu oğurlayıb satsınlar, pulu həmin qızlara versinlər, qızlar Salyan rayonuna gəlsin. Xəyal onunla razılaşmışdır. Yolun kənarında olan qoyunu oğurlamaq qərarına gəlmişlər. Xəyal ilə avtomobildən düşmüşlər. Qoyunun üzərinə gedib tutmuşlar və sonra qoyunu avtomobilin yük yerinə qoymuşlar. Həmin vaxt ətrafda heç kim olmamışdır. Onlar avtomobilə əyləşib həmin ərazidən Salyan rayonu, Çadırlı kəndində getmişlər. Çadırlı kəndinə çatdıqda Rəşad ona zəng vurmuş və bildirmişdir ki, ona demişlər ki, küçələrindən qoyun oğurlamışlar. O, Rəşada bildirmişdir ki, qoyunu gətirib qaytarır. Xəyal ilə Salyan rayonu Çadırlı kəndindən Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsi istiqamətində hərəkətə başlamışlar. Yolda olduqları zaman polis əməkdaşları onları saxlayıb avtomobillərinə yaxınlaşmış, onlara qoyun oğurluğunda şübhəli olduqlarını bildirmişlər. Onları Şirvan ŞPŞ-nə dəvət etmişlər. Sonra Şirvan ŞPŞ-nə qoyunun yiyəsi Zərərçəkmiş şəxs gəlmişdir. O, 1 baş qoyunu avtomobilin yük yerindən götürüb Zərərçəkmiş şəxs vermişdir. Polis əməkdaşları tərəfindən ona heç bir təsir və təziq göstərilməmişdir. Hal-hazırda zərərçəkmiş şəxslə barışmış, ona dəymiş ziyanı ödənilmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, onun 9 baş qoyunu vardır. Həmin qoyunları həyətdə düzəltdiyi tövlədə saxlayır. Qoyunları gündüz saatlarında otlamaq üçün küçəyə buraxır, axşam saatlarında isə tövləyə salır. 06 yanvar 2024-cü il tarixdə saat 14 radələrində qoyunları küçəyə buraxmışdır. Qoyunlar küçədə otlamışdır. Həmin günü saat 16 radələrində küçəyə çıxmış, qoyunlardan birinin olmadığını görmüş, bundan sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidmətinə müraciət edərək, 1 baş qoyununun naməlum şəxslər tərəfindən oğurlandığını bildirmişdir. Sonra onun yaşadığı evə polis əməkdaşları gəlmişdir. Onlar bir müddət sonra ona məxsus olan qoyunu oğurlayan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 “Vaz 2107” markalı avtomobillə birlikdə yaşadığı evin küçəsinə gətirmişlər. Polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ona məxsus olan qoyunu avtomobilin yük yerindən götürüb ona təhvil vermişlər. Ona məxsus olan 01 baş qoyun 06 yanvar 2024-cü il tarixdə saat 15 radələrində Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsindən küçədən oğurlanmışdır. Qoyunun 2 yaşı vardır, dişi cinslidir, diri çəkisi 40 kiloqramdır. Qoyunun oğurlanması nəticəsində ona 250 manat maddi zərər dəymişdir. Hal-hazırda təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə barışmış və ona dəymiş zərər təqsirləndirilən şəxslər tərəfindən ödənilmişdir. Heç bir şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilən: Hadisə yerinə baxış keçirilməsi haqqında 06 yanvar 2024-cü il tarixli protokoldan görünür ki hadisə yeri Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsində avtomobil yolunun kənarında çöllük sahədə yerləşir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs məhz həmin çöllük sahəni göstərərək 06 yanvar 2024-cü il tarixdə qoyunlarını otlamaq üçün həmin sahəyə buraxdığını bildirmişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 bildirmişlər ki, məhz həmin çöllük sahədən 06 yanvar 2024-cü il tarixdə, saat 15 radələrində 01 baş qoyunu birlikdə oğurlamışlar. 07 yanvar 2024-cü il tarixdə cinayət işi üzrə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsində şübhəli şəxs qismində tutulmuşdur. 07 yanvar 2024-cü il tarixdə cinayət işi üzrə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsində şübhəli şəxs qismində tutulmuşdur. 08 yanvar 2024-cü il tarixdə cinayət işi üzrə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə ittiham elan edilmiş və barəsində Şirvan şəhər Məhkəməsinin qərarı ilə 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. 08 yanvar 2024-cü il tarixdə cinayət işi üzrə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə ittiham elan edilmiş və barəsində həbs qətimkan tədbirinin seçilməsi məqsədilə Şirvan şəhər Məhkəməsinin təqdimat verilməsi üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora vəsatətlə müraciət olunmuşdur. Şirvan şəhər prokurorunun 08 yanvar 2024-cü il tarixli qərarı ilə vəsatətin müdafiə edilməsindən imtina edilmiş və Təqsirləndirilən şəxs1 saxlanıldığı Şirvan ŞPŞnin Müvəqqəti saxlama yerindən azad edilmişdir. 08 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs1 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-ci il tarixli, 4(032)-3/2024 saylı qərarın sürətindən görünür ki, Təqsirləndirilən şəxs2 haqqında həbsetmənin əvvəli xx.xx.2024cü il tarixdən hesablanmaqla 03 (üç) ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs2 Salyan rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 02 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs2 Salyan rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 67.1-ci maddəsinə əsasən qəti olaraq 09 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs1 Tərtər Hərbi Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 322.2.1 və 322.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə xx.xx.2014-cü il tarixli hökm dəyişdirilərək üzərində 07 ay azadlıqdan məhrum etmə cəzası saxlanılmış və xx.xx.2014-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Salyan rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökümündən görünür ki, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 Salyan rayon məhkəməsinin 06 iyul 2023-cü tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilməklə ona qəti olaraq 09 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X5 “Salyan rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin 12 mart 2024-cü il tarixli 18-1-68/2-544/2024 saylı məktubdan görünür ki, Salyan rayon Qaraçala qəsəbəsi, Çadırlı kəndində qeydiyyatda olmaqla yaşayan, xx.xx.1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs2 qeydiyyatda yoxdur. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X5 “Salyan rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin 12 mart 2024-cü il tarixli 18-1-68/2-543/2024 saylı məktubdan görünür ki, Salyan rayon Qaraçala qəsəbəsi, Çadırlı kəndində qeydiyyatda olmaqla yaşayan, xx.xx.1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs1 qeydiyyatda yoxdur. Verilmiş əməliyyat tapşırığına cavabdan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 oğurluq cinayəti törədən zaman sonuncunu kənardan görən hər hansı bir şəxsin olmasının müəyyən edilməsi istiqamətində bir sıra əməliyyat axtarış tədbirləri həyata keçirilmiş, lakin müsbət nəticə əldə olunmamışdır. 06 yanvar 2024-cü il tarixli qəbzdən görnür ki, Həziyev X1 Xəyal Telman oğlu və Təqsirləndirilən şəxs1 tərəfindən oğurlanmış 01 baş qoyunu Şirvan ŞPŞ-dən təhvil almışdır. X4 məntəqəsindən alınmış məktubdan görünür ki, 06 yanvar 2024-cü il tarixə 1 baş dişi cinsli, diri çəkisi 40 kloqram olan qoyunun qiyməti 250 manat olmuşdur. xx.xx.2024-cü il tarixli Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs ilə barışmış və ona dəymiş zərər təqsirləndirilən şəxslər tərəfindən ödənilmişdir. Heç bir şikayət və tələbi yoxdur. Məhkəmə cinayət işi ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146-cı maddəsinin məzmunundan görünür ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özlərinin, zərərçəkmiş şəxsin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi mülkiyyətin xüsusi mülkiyyət, dövlət mülkiyyəti və bələdiyyə mülkiyyəti kimi üç növünü nəzərdə tutmaqla toxunulmaz və dövlət tərəfindən müdafiə olunduğunu təsbit edir. Mülki qanunvericilikdə mülkiyyətin bütün formalarının bərabərliyi və mülkiyyət hüququnun bütün subyektlərinin hüquq və mənafelərinin eyni dərəcədə mühafizə edildiyi, həmçinin cinayət qanununda bütün mülkiyyət formalarının bərabər cinayət-hüquqi mühafizəsi nəzərdə tutulmuşdur. Mülkiyyət əleyhinə olan cinayətlər içərisində talama cinayətləri öz yüksək ictimai təhlükəliliyinə görə seçilir. İqtisadi kateqoriya kimi mülkiyyət əşyalarda maddiləşdiyindən mülkiyyət hüququ da əşya hüquqlarına aiddir. Bu səbəbdən mülkiyyətin müxtəlif obyektlərinə qəsd edən talama cinayətlərini çox vaxt əmlak cinayətləri adlandırırlar. Belə cinayətlər təqsirkarın maddi aləmin əşyalarını qanunazidd olaraq götürməsində, ələ keçirməsində və ya öz xeyrinə keçirməsində ifadə olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanmasını (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 177.2.1-ci maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır Beləliklə, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməli CM-nin 177.2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Beləliklə təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərək, məhkəmə yuxarıda qeyd olunan və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq, belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, 06 yanvar 2024-cü il tarixdə saat 15 radələrində Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsi ərazisində qrup üzvü Təqsirləndirilən şəxs1 məxsus «VAZ 2107» markalı, **- BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən, yolun kənarında çöllükdə Zərərçəkmiş şəxs məxsus 40 kiloqram çəkidə, dişi cinsli 250 manat dəyərində bir baş xırdabuynuzlu heyvanı görüb, əvvəlcədən aralarında olan razılığa əsasən Təqsirləndirilən şəxs1 avtomobili yolun kənarında saxladıqdan sonra birlikdə qeyd olunan bir baş xırdabuynuzlu heyvanı tutub, avtomobilin arxa yük yerinə qoymaqla gizli olaraq talayıb, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 250 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişlər. Həmin əməl isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsinin tərkibini təşkil edir. Cəza məsələsini müzakirə edərək məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısnı almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslə barışmasını və dəymiş ziyanı ödəməsini Azərbaycan Respublikası CM-nin 59.1.12 və 59.1.13-cü maddələrinə, əməlindən peşman olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onun törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır, habelə onun şəxsiyyətini və digər zəruri halları, o cümlədən onun əvvəllər qəsdən cinayət törətməyə görə məhkum olunmasını və bundan müsbət nəticə çıxarmayaraq yenidən qəsdən eyni xarakterli cinayət əməli törətməklə islah olunmamasını nəzərə alıb, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs2 hazırki cinayət əməlini Salyan rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə məhkum edilməzdən əvvəl törətdiyindən ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu qaydasında qəti cəza təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 07 yanvar 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslə barışmasını və dəymiş ziyanı ödəməsini Azərbaycan Respublikası CM-nin 59.1.12 və 59.1.13-cü maddələrinə, əməlindən peşman olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 oğluna cəza təyin edərkən onun törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirici halları, ağırlaşdırıcı halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1-cü maddəsi ilə təqsirli bilinərək ona CM-nin 69.3-cü maddəsinə əsasən 07 yanvar 2024-cü il tarixdən, 08 yanvar 2024-cü il tarixədək şübhəli şəxs qismində həbsdə olduğu 2 gün müddət nəzərə alınmaqla azadlığın məhdudlaşdırılması növündə cəzası təyin olunmalı, üzərinə müvafiq olaraq daimi yaşayış yerlərini günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə yaşadığı Salyan rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək habelə, cəzanın icrasına nəzarət edən orqanlara yaşayış yerinin və iş yerinin dəyişdirilməsi ilə bağlı əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirmək öhdəliyinin qoyulmasını məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə zərərçəkmiş şəxsə vurulmuş 250 manat maddi ziyanın zərərçəkmiş şəxsə ödənilməsi nəzərə alınmalıdır. İş üzrə mülki iddia və məhkəmə ekspertiza xərcləri yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKMETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 Salyan rayon Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli hökmü ilə təyin edilmiş 09 ay müddətinə azadlıqdan məhrumetmə cəzası hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqla ona qəti olaraq 02 il 03 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 07 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 07 yanvar 2024-cü il tarixdən, 08 yanvar 2024-cü il tarixədək həbsdə olduğu 2 gün müddət 4 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə Salyan rayon ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 cəzasının icrası Salyan rayonu üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin, cəzasının əvvəli Təqsirləndirilən şəxs1 Salyan rayonu üzrə İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə maddi sübut olan 1 baş xırdabuynuzlu heyvanın zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınsın. İş üzrə mülki iddia və məhkəmə ekspertiza xərcləri yoxdur. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmü ona verildiyi) andan 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 (iyirmi) gündən sonra qüvvəyə minir. Hakim: Aydan Məmmədli
Məhkəmə qərarları › İş №1(032)-75/2024
Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-75/2024
18.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver