Məhkəmə qərarları › İş №1(032)-76/2023

Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-76/2023

23.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-76/2023 23.06.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ saat 11:25-də Şirvan şəhər Məhkəməsinin hakimi X6 oğlunun sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər X3 Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 2004-cü ildə Tovuz rayonu, Düz-Qırıxlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 və 228.4-cü maddələri ilə təqsirli bilinib 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzası çəkilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,900 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində daşımaqla saxlamış, 07 dekabr 2022-ci il tarixdə saat 15:30 radələrində Şirvan şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində o, Şirvan şəhəri, Ş.Şükürov küçəsində saxlanılaraq Şirvan şəhər Polis Şöbəsinin inzibati binasına gətirilmiş və həmin tarixdə saat 16:35-də üzərində axtarış aparılan zaman əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümün içərisində təmiz çəkisi 0,900 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədi, ifadə verərək göstərdi ki, xx.xx.2022-ci il tarixdə saat 14 radələrində yaşadığı evdə olan zaman anası Gülnurə Məmmədova onu yuxudan oyatmış və ona yaşadığı evin həyətində polis əməkdaşlarının olmasını, onu çağırmalarını söyləmişdir. O, da evdən həyətə çıxmış və Şirvan ŞPŞ-nin əməkdaşları kimi tanıdığı Nazim və Təbriz adlı polis əməkdaşlarının onu gözlədiyini görmüşdür. Ona polis şöbəsinə getməli olduğunu söyləmişlər və o da razılaşmışdır. Sonra həmin polis əməkdaşları ilə birlikdə Şirvan ŞPŞ-yə gəlmişdir. Onu polis şöbəsinin ikinci mərtəbəsinə aparıb otaqların birinə salmışlar. Həmin otaqda olarkən polis əməkdaşları onu döyməyə başlamışlar, döydükdən sonra polis əməkdaşları ona Şirvan şəhəri ərazisində yerləşən “Al Market” adlı mağazaya oğurluq məqsədilə daxil olub-olmadığını soruşmuşlar. O, da həmin mağazaya oğurluq etmək üçün daxil olmadığını söyləmişdir. Bundan sonra Təbriz adlı polis əməkdaşı əlində bir ədəd sellofan büküm göstərmiş, həmin bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu söyləmiş və həmin sellofan bükümdə olan psixotrop maddəni əynində olan qara rəngli idman şalvarının sağ yan cibinə qoymuşdur. O, bir qədər sonra videoçəkilişlə üzərində axtarış aparılacağını, üzərindən həmin psixotrop maddənin aşkar olunacağını, həmin vaxt həmin psixotrop maddənin özünə məxsus olmasının söyləməsini və istifadəçisi olmasını bildirməsini demişdir. O, da razılaşmışdır. Biraz sonra onu polis şöbəsinin birinci mərtəbəsində olan otaqların birinə aparmışlar. Bir qədər sonra həmin otağa vəkil gəlmişdir. Həmin vəkilin iştirakı ilə polis əməkdaşı tərəfindən üzərində videoçəkiliş vasitəsilə axtarış aparılmışdır. Axtarış zamanı polis əməkdaşı ondan üzərində narkotik vasitə və ya psixotrop maddə olub-olmamasını soruşduqda, o, Təbriz adlı polis əməkdaşının cibinə qoyduğu bir bükümdə psixotrop maddəni çıxarıb həmin polis əməkdaşına təqdim etmiş və ona məxsus olmasını, istifadə etməsini söyləmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, bu cür ifadə özünü müdafiə xarakteri daşıyır, işin faktiki hallarına uyğun gəlmir,cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Belə ki, məhkəmə baxışında şahid qismində ifadə vermiş Şirvan şəhər Polis şöbəsinin Cinayət Axtarış bölməsinin əməliyyat müvəkkili Şahid1 göstərdi ki, Şirvan şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz olaraq üzərində gəzdirməsi, saxlaması və istifadəsi ilə məşğul olması barədə ona daxil olmuş məlumat əsasında ŞPŞ-nin əməliyyat işi üzrə rəis müavini, polis polkovnik-leytenantı Farid Vəliyev, özü, ŞPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis leytenantı Şahid2 və ŞPŞ-nin təhqiqat bölməsinin təhqiqatçısı Xalid Bunyadovdan ibarət əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs 07 dekabr 2022-ci il tarixdə, saat 15 radələrində Şirvan şəhəri, Ş.Şükürov küçəsində saxlanılaraq Şirvan şəhər Polis Şöbəsinə gətirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin və onların iştirakı ilə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarının sağ yan cibindən 01 ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlənin psixotrop maddə metamfetamin olduğunu və Şirvan şəhərində yaşadığı evin yaxınlığında küçədən tapdığını, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs üzərindən başqa qanunsuz əşya və ya vasitə aşkar edilməmişdir. Şəxsi axtarış aparılması ilə əlaqədar olaraq protokol tərtib edilmiş, iştirakçılara ucadan oxunmuş, əlavə və düzəliş edən olmamış, düzgünlüyü iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs ifadələrində bildirdikləri yalan və böhtan xarakterli olmuşdur. Təqsirləndirilən şəxs əvvəllər də narkotikdən istifadə etdiyi üçün cinayət məsuliyyətinə cəlb edilib və buna görə yalan ifadələr verməklə cinayət məsuliyyətindən yayınmaq istəmişdir. Təqsirləndirilən şəxs hər hansı bir polis əməkdaşı tərəfindən hər hansı bir fiziki və psixi zorakılıq edilməmiş, üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamin Təqsirləndirilən şəxs özünə məxsus olmuş, şəxsi axtarışdan əvvəl müdafiəçi ilə təmin edilmiş və bundan sonra şəxsi axtarış aparılmışdır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə verib göstərilən xüsusatları təsdiq etdilər. Məhkəmə iclasında cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsini əks etdirən videoçəkilişə baxış keçirimişdir. Videoçəkilişdən görünür ki, müdafiəçi X2 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarının sağ yan cibindən 01 ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin kütlənin psixotrop maddə metamfetamin olduğunu və Şirvan şəhərində yaşadığı evin yaxınlığında küçədən tapdığını, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs üzərindən başqa qanunsuz əşya və ya vasitə aşkar edilməmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 Bölməsinin 08 dekabr 2022-ci il tarixli 18/303 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, “Təqsirləndirilən şəxs üzərində..” sözləri yazılmış və imzalar olan kağız paketdəki 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,900 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata sərf edildi - 0,05 qram, qalıq -0,850 qram Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator Məcburi-narkoloji tibbi yoxlamanın 17 fevral 2023-cü il tarixli 903 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opiodilərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİtərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən, Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından və Azərbaycan Respublikası Ali Məhkəməsinin 04 aprel 2023-cü il tarixli qərarından çıxarışdan görünür ki, Məmmədov X4 Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 və 228.4-cü maddələri ilə təqsirli bilinib 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Şirvan Apelyasiya Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin 04 aprel 2023-cü il tarixli qərarı ilə Şirvan Apelyasiya Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin materiallarına əlavə olunmuş şəxsi axtarış və götürmə haqqında 07 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman əynindəki şalvarın sağ yan cibindən 1 ədəd bükümdə psixotrop maddə metamfetaminə oxşar kütlə aşkar edilərək bir ədəd kağız zərfə qablaşdırılıb götürülmüşdür. Cinayət işi materiallarına əlavə edilmiş şübhəli şəxsi tutma haqqında protokoldan və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 07 dekabr 2022-ci il tarixdə, saat 16:15-də şübhəli şəxs qismində tutulmuş, 09 dekabr 2022-ci il tarixdə, saat 09:30-da Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, barəsində Şirvan şəhər Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 05 iyun 2023 tarixli qərardan görünür ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 04 avqust 2022-ci il tarixli, 1(099)-475/2022 nömrəli hökmün hökm etdi hissəsinin 3-cü abzasının sonunda Təqsirləndirilən şəxs təyin edilən qəti cəza müddəti 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün kimi deyil, 1 (bir) il 11(on bir) ay 26 (iyirmi altı) gün kimi oxunmalıdır. Cinayət işi materiallarına əlavə edilmiş Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin 19 aprel 2023-cü il tarixli məktubundan görünür ki, məhkum Məmmədov X4 Ağır Cinayətlər Məhkəməsinin 04 avqust 2022-ci il tarixli hökmü ilə təyin edilmiş cəzanı çəkməmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Şirvan şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs adına verilmiş xasiyyətnamədə göstərilir ki, onun barəsində nümayəndəliyə yazılı və ya şifahi olaraq heç bir şikayət daxil olmamışdır. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinin cinayət işi materialları ilə və məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla təkzib olunmasını nəzərə alıb, hesab edir ki, Təqsirləndirilən şəxs ona qarşı CM-in 234.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirli bilinməlidir. Təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərək, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq, belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,900 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində daşımaqla saxlamış, həmin əməl isə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin tərkibini yaradır. Məhkəmə cəza təyin edərkən təqsirləndirilən şəxsin əvvəllər Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1 və 228.4-cü maddələri ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsini, cəzasını çəkib qurtarmadan yenidən cinayət törətməsini, məhkumluğunun olmasını, qəsdin obyektinin narkotik vasitələrin qanunsuz dövriyyəsinin təşkil etməsini, cinayət əməlinin qəsdən törədilməsini, az ağır cinayətlər kateqoriyasına aid olması barədə cinayətin xarakterini, cinayətin ictimai təhlükəliliyini azalda bilən halın olmamasını nəzərə alır. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxsin iş üzrə cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alır. İş üzrə obyektiv və subyektiv halların məcmusunu nəzərə alıb, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası həddləri daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə hazırki hökmlə təyin edilmiş cəzaya Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası CM-in 68.1.1-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla qismən birləşdirilməklə qəti cəza təyin edilməli, cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli tutulduğu vaxtdan hesablanmalıdır. İş üzrə maddi sübut olan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,850 qram psixotrop maddə olan metamfetamin Azərbaycan Respublikası CPM-nin 132.0.1-ci maddəsinə əsasən məhv edilməlidir. Ekspertiza tədqiqatının dəyəri – 49 manat 74 qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X1 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülməlidir. Məhkəmə şərh olunanları nəzərə alıb və Azərbaycan Respublikası CPM-nın 351- 353,384-cü maddələrini rəhbər tutub, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə hazırki hökmlə təyin edilmiş cəzaya əvvəlki Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1 və 228.4-cü maddələri ilə təqsirli bilinərək təyin edilmiş və çəkilməmiş qalan 1 (bir) il 11(on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanmaqla 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası qismən birləşdirilməklə ona qəti olaraq 1 (bir) il 2 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 07 dekabr 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə onun barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut olan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,850 qram psixotrop maddə metamfetamin məhv edilsin. Ekspertiza tədqiqatının dəyəri – 49 manat 74 qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X1 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülsün. Hökmdən 20 gün müddətində (həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmü ona verildiyi andan 20 gün müddətində) Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən: Etibar Hümbətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar